Üzeyir hacibəYLİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə12/21
tarix01.12.2016
ölçüsü2,34 Mb.
#541
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

İKİNCİ  PƏRDƏ 

 

 

Vaqe olur həmin o t a q d a. Pərdədən qabaq musiqi çalınır; sonra pərdə qalxır.  



S ə f i tək. 

 

(M u s i q i) 

 

S ə f i-- 



 

Bədnam oldun, Mərcan, bala-bala!  

Camaatın içində.  (2 dəfə) 

Ha, ha! Ha, ha! Ha, ha!... 

 

Bədnam oldun, Mərcan, bala-bala   



Camaatın içində. (2 dəfə)  

 

X o r-- 



 

Ha, ha! Ha, ha! Ha, ha, ha!...   

Bədnam oldun, Mərcan, bala-bala.  


__________________Milli Kitabxana___________________ 

233 


 

Camaatın içində. (2dəfə) 

 

S ə f i-- 



 

Qıldı  nəfsin  tuğyan,  bala-bala, 

Arvad ilə savaşdın. 

Bir tövr qıllı şeytan, bala-bala, 

Başdan dibə dolaşdın. 

Ha, ha, ha!... Ha, ha, ha!... 

Bədnam oldun, Mərcan, bala-bala 

Camaatın içində. 

 

Qapı döyülür.  H a m ı  qaçır, tək bir S ə f i qalıb, qapını açır, əlində supürgə. M ə 



r c a n  b ə y daxil olur, dalınca K ə r b ə l a y ı  Q u b a d. 

 

M ə r c a n  b ə y--Kərbəlayı, sən  hələ qapıda gözlə; sonra mən səni çağıranda 



gələrsən. 

S ə f i--Ağa, sənə bir kağız var, buyurun!  

M ə r c a n  b ə y--Nə kağızdır, kim verdi? 

S ə f i--Dünən bir qulluqçu qız bunu gətirdi.  

M ə r c a n  b ə y--Kimin qulluqçusu idi?  

S ə f i--Bilmirəm. (Gedir). 

M ə r c a n  b ə y kağızı oxuyur)--"Ey mənim ruhi-rəvanım Mərcan bəy. Bir dəfə 

səni gördüm, aşiq oldum. İkinci dəfə gördüm, dəli oldum. Üçüncü dəfə gördüm, tab 

gətirə bilmədim və bu kağızı sənə yazdım. Əyər sək mənə iltifat edib məni almasan 

və  məni özünə arvad etməsən dəli-divanə olub, çöllərə düşəcəyəm. Ah-naləm səni 

tutacaq.... Mən iyirmi üç yaşında bir nazəninəm ki, dərdimdən ölənlər çoxdur; amma 

mən də  sənin dərdindən ölürəm.  Əgər məni alsan, iki yüz min manatlıq malımı da 

sanə qurban edərəm. Məni görmək istəsən, sabah saat altıda gəlib, qapınızı təqqülbab 

edərəm.... Sənə aşiq bir nazənin". (Məbhut). Görəsən bu yuxudur, yoxsa gerçəkdir? 

Yox-yox, bu, yuxudur.... Mən yuxu görürəm.... Səfi! Səfi!  (Çağırır).  

S ə f i (daxil olur)--Nə buyurursan, ağa?  

M ə r c a n bəy--Səfi! Mən yatmışam, yoxsa oyağam?  

S ə f i--Allaha şükür, oyaqsan. 

M ə r c a n  b ə y--Bərəkallah, Səfi! Bu kağızı  sənə kim verdi? 

S ə f i--Bir qulluqçu. 

M ə r c a n  b ə y--Kimin qulluqçusu idi? 

S ə f i--Bilmirəm. 



__________________Milli Kitabxana___________________ 

234 


 

M ə r c a n  b ə y--Nə dedi? 

S ə f i--Dedi bu kağızı Mərcan bəyə ver.  

M ə r c a n  b ə y--Yaxşı, get. (Səfi gedir. Mərcan kağızı öpüb, qoyur gözlərinin 

üstünə). Oxxay! A bu kağızı yazan əllər, a bu kağızı yazan əllərin sahibi! Sən ki, 

mənim dərdimdən dəlisən, mən də sənin dərdindən dəli olacağam. (Ağlamsınır). Ox, 

aşiq oldum, dəli oldum. Yox-yox, bu eşq məni öldürər. Mənim eşq bəlasına bir o 

qədər tabım yoxdur. Doğrudan da ki: məhəbbət bir bəla  şeydir, giriftar  olmayan  

bilməz.    Ey  iyirmi  üç  yaşında nazənin! Sən iki yüz min manatını  mənə qurban 

edirsənsə, mən də  əlli  min  manatı-sənə qurban edirəm və bir canımı da üstündə 

verirəm. (Bərkdən). Yox-yox, rədd olsun Minnət! Mən gərək onu bu gün boşayam, 

mən aşiqəm, aşiq!  

 

Qəzayi-eşqi ta kördüm, səlahi-əqldən durəm.  



Məni rüsva görüb, eyb etmə, ey naseh ki, məzurəm.  

 

Kərbəlayı Qubad! Kərbəlayı Qubad! (Kərbəlayı Qubad daxil olur). Başına 



dönüm, axı  mən aşiq olmuşam. Sən allah, bu işi bu gün qurtar. Məni Minnətin 

üzündən xilas eylə, allah atana rəhmət eyləsin. Zərər yoxdur, sənə iki min beş yüz 

əvəzinə, üç, min manat verərəm. Mən aşiq olmuşam.... Mənə  aşiq.... Mənə  aşiq 

olublar.... Mən də  aşiqəm.... Eşq vurub başıma. Oy, ürəyim xarab olur.... Nə  şirin 

şeydir bu eşq.... Oy, bitab oldum. (Yıxılır səndəlin üstə, ürəyi bitab olan tək olur). 

 

K ə r b ə l a y ı  Q u b a d--Ağa, ağa Mərcan bəy! Ağa Mərcan bəy, ay ağa! 



M ə r c a n  b ə y (gözünü açır)--Hə!... 

K  ə r b ə l a y ı  Q u b a d--Ağa! Olmazmı o beş yüz manatı bu saat mənə 

verəsən! Çünki o, notariusda yazılmayıbdır. Əgər arvadı bu gün tovladım, tovladım; 

tovlamadım, onda beş yüz manatı gətirib verərəm özünə. 

M ə r c a n  b ə y--Yaxşı, bir hovur verərəm. Ürəyim xarab oldu, aşiq olmuşam. 

Ey iyirmi üç yaşında nazənin! (Bitab olur. Sonra birdən ayağa durub kağızı cibindən 

çıxardır). Ay kişi, kağızda da yazıbdır ki, sabah saat altıda gələcəyəm.... Kağız dünən 

yazılıbdır, deməli, bu gün gələcəkdir. Hurra!... Bu gün gələcəkdir. İndi saat neçədir? 

(Saata baxır). Saat ikidir, hələ dörd saat var. De bircə, Kərbəlayı, sən tez ol, işini gör. 

Kə r b ə l a y ı Q u b a d--Mən hazıram, ancaq arvad gəlsə başlarıq. 

M ə r c a n  b ə y--Aha, çox yaxşı, sən get qapıda dur, sonra çağırram. (Qubad 

gedir). Səfi! Səfi! (Səfi daxil olur). Get, Minnət xanımı buraya çağır.  



__________________Milli Kitabxana___________________ 

235 


 

(Səfi gedir). Yox, bu kağız mənə cürət verdi. Mən ona açıq-açığına deyəcəyəm 

ki, səni boşayıram, daha səninlə bir yerdə ola bilmərəm. 

M i n n ə t  x a n ı m (daxil olur)--Buyurun! Nə deyirsən! (Gülümsünür).... 

M ə r c a n  b ə y--Minnət.... (Kənara). Cürətim gəlməyir, gözümü bərk qorxuzub. 

(Ona). Minnət.... Ey! (Kənara). Lap arvada dönmüşəm. (Ona). Ağız, Minnət!... Çörək 

yeyibsən? 

M i n n ə t  x a n ı m--Yemişəm! Nə eyləyirsən? 

M ə r c a n  b ə y--Sözün doğrusu, daha bundan sonra mən səninlə bir yerdə ... 

çörək yeyəcəyəm. (Kənara). Tfu mənim üzümə; görün mən nə deyirəm, ay camaat!... 

M i n n ə t  x a n ı m--Daha niyə acıqlanırsan? 

M  ə r c a n  b ə y--Çünki (kağıza baxır). Acığımı  sən tutdurursan, sən! Bütün 

təqsir səndədir. Ona görə bir də mən səninlə dolana bilmərəm, gərək səni boşayam. 

(Kənara). Allah, sənə şükür, dedim. 

M i n n ə t  x a n ı m--Aha! Deməli, çörək bəhanə imiş! Sən məni boşamaq 

istəyirsən! Çox əcəb! Mən də namərd qızıyam, əgər bir dəqiqə sənin evində qalsam. 

Boşa məni! 

M  ə r c a n  b ə y (kənara)--Nə yaxşı razı oldu! (Ona), Əlbəttə boşayacağam, 

təvəqqə edirəm ki, bu gün mənim evimdən çıxasan. 

 

M ə r c a n  b ə y gedir. M i n n ə t  x a n ı m tez gedib G ü l p ə r i n i  çağırıb 



evdə oturdur, özü də pərdənin dalına girir. 

 

M i n n ə t  x a n ı m--Gülpəri, dünən dediyim sözləri unutma, mən deyən kimi 



əməl eylə! (Gizlənir). 

G ü l p ə r i--Arxayın ol! (Üzün bərk tutub oturur).  

K ə r b ə l a y ı  Q u b a d (daxil olur)--Oho!... Oho!... (Öskürür, sükut).  Bu gün 

hava çox istidir.  (Sükut). Görəsən bu  evlərin hamısı Mərcan bəyindir?  (Bir  qədər  

çırtıq vurur). 

 

(M u s i q i) 



 

Ay xanım, xanım, dərdin alım,  

Bəs məni neylərsən, vəsməni neylərsən?... 

 

(M u s i q i) 



 

Qaşın qara, gözün qara,  

Bəs məni neylərsən, vəsməni neylərsən? 

 


__________________Milli Kitabxana___________________ 

236 


 

G ü l p ə r i--Buy, a kişi, dəli deyilsən ki, allah, aman, kişi elə bil ki, qızıbdır. 

K ə r b ə l a y ı  Q u b a d--Xanım, bir de görüm, səni görən adam da qızmazmı? 

Vallah, bu saat sənin dərdindən qızmış dəvəyə dönmüşəm, inanmırsan: lok, lok, lok, 

lok, (Arvadın yanından keçəndə xoruz kimi qanad sallayır). 

G ü l p ə r i--Ay kişi, xoruz deyilsən  ki, mənə qanad sallayırsan! 

K  ə r b ə l a y ı  Q u b a d--Vallah, sənin  dərdindən bu saat xoruz olmuşam, 

inanmırsan: quqqulu qu.... 

G ü l p ə r i--Mənim ərim var, vallah, bilsə səni öldürər. 

K ə r b ə l a y ı  Q u b a d (kənara)--Yazıq, daha bunu bilmir ki, əri mənə əli ilə üç 

min manat pul verir.  

G ü l p ə r i--Nə deyirsən?... 

K ə r b ə l a y ı  Q u b a d--Sənə Kərbəlayı qurban! Deyirəm ki, ərindən boşan, 

gəl mən səni alım, gül kimi saxlayım, bülbül kimi saxlayım. 

G ü l p ə r i--Bəlkə ərim razı olmadı?! 

K ə r b ə l a y ı  Q u b a d--Neçün razı olmur? De ki, kəbinim halal, canım azad. 

Onda hansı ər olsa razı olar. 

G ü l p ə r i--Doğrusu, mən özüm də ərimdən incimişəm. 

K ə r b ə l a y ı  Q u b a d--Axı sənin ərin nə adamdır ki, sənin qədrini bilsin. 

Sənin qədrini bu qara lələşin bilər! Vallah, səni mən tükcə incitmərəm! Razısanmı? 

Nənəm sənə qurban! (Sükut). Razısanmı? Canım sənə qurban! (Sükut). Aha! Fars 

deyər ki: "Sükut əlaməti-rizast". Görünür ki, razısan. Elə deyilmi? Gözümün ağı 

gözünün qarasına qurban! 

G ü l p ə r i--Razıyam. 

K ə r b ə l a y ı  Q u b a d--Vəssəlam. Bax, sən bu güncə talağını ərindən al; sonra 

bir üç ay on gün gözlə iddən çıxsın; ondan sonra gedək evimizə. 

G ü l p ə r i--Yaxşı, sən get, mən bu gün kağızlarımı alaram. Səlamət qal. 

(Gülpəri gedir). 

K  ə r b ə l a y ı  Q u b a d--Səlamət qal, canım sənə qurban! Səlamət qal. 

(Papağını  çıxarır). Paho! Lap tərlədim. Amma, vallah, bərəkallah mənə. Sözün 

doğrusu, indi mən arvad alış-verişində yaxşıca dəllal ola bilərəm. Mən heç özümü 

belə bilmirdim. 

M ə r c a n  b ə y (daxil olur)--Nə tövr oldu?  

K ə r b ə l a y ı  Q u b a d--Coxdan!... 

M ə r c a n  b ə y--Nə çoxdan?  

K ə r b ə l a y ı  Q u b a d--Coxdan!... 



__________________Milli Kitabxana___________________ 

237 


 

M ə r c a n  b ə y--Ay kişi, tez de görüm nə oldu? 

K ə r b ə l a y ı  Q u b a d--Nə olacaq? Razı oldu, qurtardı getdi. 

M ə r c a n  b ə y--Ə kişi, nə deyirsən? Razı oldu? 

K ə r b ə l a y ı  Q u b a d--Əlbəttə oldu, oynaya-oynaya oldu. 

M ə r c a n  b ə y--Ə kişi, qəribə sən hünərlisən! 

K ə r b ə l a y ı  Q u b a d--Rəhmətlik oğlu, dəvə kimi nərildəmişəm, xoruz kimi 

banlamışam, qoç kimi mələmişəm, zarafat deyildir! 

M ə r c a n b ə y--Yəni dedi ərimdən boşanıb gələrəm? 

K ə r b ə l a y ı  Q u b a d--Bəli, bu gün səndən talağ alacaqdır. 

M ə r c a n  b ə y--Ay bivəfa arvad!... Hər halda, balam, allah səndən razı olsun, 

mən ki, səndən razıyam. 

K ə r b ə l a y ı  Q u b a d--Bəs pulu nə vaxt vercəksən? 

M ə r c a n  b ə y--Elə ki, arvad sənin evinə gəldi, haman dəm yüyür gəl pulunu 

al! 

K ə r b ə l a y ı  Q u b a d--Çox gözəl. 



M ə r c a n b ə y--Yəni lap razı oldu? 

K  ə r b ə l a y ı  Q u b a d--Səni aldatmıram ki, indi bir hovur arvad səndən 

talaqını istəyəndə görərsən.  İndi mən gedirəm, sabah işi lap təmizləyərik.  İndi  

tələsiyirəm. 

M ə r c a n  b ə y--Niyə tələsiyirsən?  

K  ə r b ə l a y ı  Q u b a d--Gedirəm Sijimqulu bəyin yanına. Deyəsən, o da 

arvadından narazıdır, boşamaq istəyir. 

M ə r c a n  b ə y--Çox əcəb! (Kərbəlayı Qubadı yola salır). 

M i n n ə t  x a n ı m (pərdənin dalından çıxır)--Qoçaq Gülpəri oyun oynadı, indi 

qaldım mən özüm.  (Mərcan daxil olur. Acıqlı o yan-bu yana gəzir). Bu saat mənim 

talağımı ver! 

M ə r c a n  b ə y (kənara)--Kişi doğru deyirmiş. (Ona). Hə!... Özgə ərə getmək 

istəyirsən?... 

M i n n ə t  x a n ı m--O sənin borcun deyil, bu saat mənim talağımı ver! 

M ə r c a n  b ə y--Baş üstə, hazır olum gedək talağa. (Gedir). 

 

G ü l p ə r i daxil olur. 



 

M i n n ə t  x a n ı m--Ay Gülpəri, bərəkallah, çox yaxşı iş gördün. İndi mənim 

işim qalıbdır. Mən bu saat gedəcəyəm atam evinə, ancaq  


__________________Milli Kitabxana___________________ 

238 


 

bir hovur buraya gəlib, sonra yenə gedəcəyəm. Sən sabah mənim çarşabımı geyərsən 

və qapının ağzında gözlərsən, mən ərimdən talağ kağızımı alıb sənə verəcəyəm. Onu 

da yanında saxlarsan, sonra hər nə lazımdır mən sənə deyərəm. 

G ü l p ə r i--Baş üstə, xanım. 

M i n n ə t  x a n ı m--İndi get, ərim səni burada görməsin. 

 

G ü l p ə r i gedir. 



 

M ə r c a n  b ə y (daxil olur)--Gedək talağa.  

M i n n ə t  x a n ı m--Bu saat. (Gedir). 

M ə r c a n  b ə y (fikirli)--Ay bivəfa arvad! Gör, sən allah, məni qoyub Kərbəlayı 

Qubada gedir. Məni, məni ki, iyirmi üç yaşında bir nazənin dərdimdən ölür. 

(Tələsik). Aha, saat neçədir, o vaxta bir saat qalıbdır, zərər yoxdur, qurtardım 

Minnətin üzündən, qurtardım! Bir saatdan sonra bir nazənin sənəm gələcəkdir. O 

mənə  aşiq, mən ona aşiq.  Əlbəttə, insan gərək arvada əvvəlcə  aşiq ola, sonra ala, 

yoxsa görməz-bilməz alırıq, sonra da peşiman olub qovuruq. (Çağırır). Səfi! Səfi! 

(Səfi gəlir). Xanım hazırdırmı? 

S ə f i--Bəli, hazırdır! 

M  ə r c a n  b ə y--Çox yaxşı. İndi sən bu otağı təmizcə süpür, bir saata qədər 

qurtar və sonra qapı döyülən kimi, gəl mənə  xəbər ver. Mən də bu saat gəlirəm. 

(Gedir). 

S ə f i--Baş üstə! 

 

(M u s i q i) 



 

Elə ki, ər axmaqdır, 

Onun payı toxmaqdır. 

Dəyirman öz işində,  

Baş ağrıdan çax-çaxdır. (2 dəfə)  

Ay Mərcan, vay Mərcan, gəl görüm nə gündəsən?! 

 

(M u s i q i) 



 

Millətpərəst olmaqlıq,  

Xalqın evin yıxmaqlıq-- 

İkisi də bir işdir,        

O da, bu da--axmaqlıq!  (2 dəfə)  

Ay Mərcan, vay Mərcan, gəl görüm nə gündəsən?! 

 

 

 



__________________Milli Kitabxana___________________ 

239 


 

M ə r c a n  b ə y  gəlib keçir öz otağına. Qapı döyülür,  S ə f i  qapını açır, 

 

M i n n ə t  x a n ı m yaxşı libasda daxil olur. 



 

S ə  f i--Buy xanım, heç sizi tanımadım! 

M i n n ə t  x a n ı m--Sus!... (Üzünü açır). Səfi! Get  Mərcan bəyə söylə ki, bir 

nəfər arvad gəlib onu görmək istəyir. Ancaq mən olduğumu demə ha! Anlayırsan nə 

deyirəm? 

S ə f i--Arxayın ol, xanım, yaxşı anlayıram. (Gedir). 

M i n n ə t  x a n ı m--Bu libasda o məni tanımaz, gərək bir qədər ehtiyatlı olam. 

 

Səs gəlir, M i n n ə t  x a n ı m bərk-bərk gizlənir. 



 

M  ə r c a n  b ə y (titrəyə-titrəyə daxil olur)--A ... a.... Nazənin sənəm! Mənə 

kağız yazan sənsənmi? 

M i n n ə t  x a n ı m--Bəli, mənəm! 

M ə r c a n  b ə y (ağlamsınır)--Mən sənə aşiq olmuşam, dərdindən ölürəm, ya 

məni öldür, ya dirilt! 

M i n n ə t  x a n ı m--Xeyr, əvvəl mən sənə  aşiq olmuşam. Mən səni  əvvəl 

ibtidadə gördükdə  qəlbimin içinə bir zərrəyi-eşq daxil olub, bəədə o zərrə mürur-

zaman ilə tövsi edib, bir atəşi suznak oldu və fikrimi etraf-binnar etdi. 

M ə r c a n  b ə y (kənara)--Paho! Görünür, bu da qəzet oxuyanlardandır. 

M i n n ə t  x a n ı m--İndi gəlmişəm ki, görüm sən də məni sevirsənmi? Çünki 

sən məni görübsən. 

M ə r c a n  b ə y--Ey nazənin sənəm! Mən səni görməmişdən sənə aşiqəm, ancaq 

urus demişkən: interesno znat: mən səni nərədə görmüşəm? 

M i n n ə t  x a n ı m--Bir gün sən at ilə gəlirdin, mən də balkonda oturmuşdum, 

gilas yeyirdim; sən ötən zaman mən sənin başına bir danə gilas atdım, sən başını 

yuxarı qaldırıb məni gördün. 

M  ə r c a n  b ə y (şadlığından bilmir nə qayırsın)--Vay, dədəm vay! Sən o 

nazəninsən? Yəni mən bu qədər xoşbəxt olmusam! Yox, yox!... Mən bu qədər 

xoşbəxtliyə davam gətirə bilmərəm! Yox, yox!... Mən dəli olaram, özümü itirmişəm! 

Hanı mənim başım? Mən haradayam? Bura haradır? (Ora-bura yüyürüb, divardan bir 

şey tutur). Elə bildim  



__________________Milli Kitabxana___________________ 

240 


 

taxtabitidir. Bax, eşq vurub məni dəli edibdir! Ey nazənin sənəm! Bir ləhzə üzünü 

açıb mənə göstər. 

M i n n ə t  x a n ı m--Yox, bu səfər əlimə bax! Hələ üzümü görməzsən, ancaq o 

vaxt ki, mənim kəbinimi kəsdirərsən. Mən buraya gəldikdə bütün qonaqların içində 

üzümü açıb sənə göstərərəm ki, xalq sənin taleyinə həsəd aparsın! 

M ə r c a n  b ə y (kənara)--Vaxsey, anam qurban! (Ona) Ey  nazənin sənəm!  Bəs 

nə vaxt kəbinimizi kəsdirək? 

M i n n ə t  x a n ı m--Üç aydan sonra. 

M ə r c a n  b ə y--Vay, dədəm vay!... Üç aydan sonra! Yox, bu xoşbəxtlik məni 

dəli edəcəkdir! 

M i n n ə t  x a n ı m--Üç aydan sonra mənim kəbinimi kəsdir, mənim tərəfimdən 

hər kəsi istəsən vəkil elə, mənim adım Bədigülcamaldır. Üç aydan sonra qonaqların 

hazır olsun, mən öz adamlarım ilə gələcəyəm. Hələ ki, xudahafiz!... (Tez çıxıb gedir). 

M ə r c a n  b ə y--Yox, getmə, sən getsən mənim canım gedər. Uc aydan sonra ... 

uc ay, uc ay!... Ey fələk!... Mən sənə nə etdim ki, sən məni bu qədər xoşbəxt elədin? 

Yoxsa mənə satasırsan? Yox, yox! Satasma!... Bəli, getdi, getdi.... (Oxuyur) 

 

Getsən o qədər ağlaram, aləm olu dərya, 



Axırda olursan qərq o dəryayə, yavaş get!  

 

(Çağırır) Səfi! Səfi! 



 

S ə f i (daxil olur)--Bəy, nə buyurursan?    

M  ə r c a n  b ə y--Get, hamını buraya çağır. (Səfi gedir). Bəxtim qudurubdur, 

amma qorxuram içindən bir xəta çıxa.... Xeyr, nə xətası vardır?! Bir göyçək arvaddır 

rastıma çıxıbdır, alıram. (Nökərlər daxil olurlar). Ay uşaqlar, heç dünyada xoşbəxt 

adam görübsünüz? 

H a m ı--Xeyr, ağa! 

M ə r c a n  b ə y--Di görün! O xoşbəxt adam mənəm! 

H a m ı s ı--Allah səni həmişə xoşbəxt eyləsin! 

M ə r c a n  b ə y--Bu yavuqda mənim toyumdur. Taza arvad alıram, ona görə 

sizin hərənizə bir abbası pul bağışlayacağam. 

H a m ı--İltifatın artıq olsun! (Onlardan biri gülməyini saxlaya bilməyib 

pıqqıldayır). 

M ə r c a n  b ə y--Ha? Nə oldu? Nə üçün gülürsən? Mənə sataşırsan? 



__________________Milli Kitabxana___________________ 

241 


 

N ö k ə r--Xeyr, ağa, səni xoşbəxt görüb şadlığımdan gülürəm. 

M ə r c a n  b ə y--Qoçaq, sənə iki abbası verəcəyəm. (Hamı gülür). Siz nə ucun 

guldunuz?... 

H a m ı--Ağası xoşbəxt olan adamlar əlbəttə gülərlər. 

M ə r c a n  b ə y--Qoçaqlar, sizin də hərənizə iki abbası verəcəyəm. İndi hərəniz 

hər nə bilirsinizsə  oxuyun, mən də qulaq asım. (Nökərlər səs verib hərə bir şey 

oxuyur). Yox! Bu olmadı! Heyvan deyilsiz ki, uluyursunuz? Tək-tək oxuyun. 

B i r n ö k ə r--Ağa, istəyirsən mən sənə bir türk havası oxuyum. 

M ə r c a n  b ə y--Oxu! 

(M u s i q i) 

 

N ö k ə r--Mən bir türkəm, dinim, cinsim uludur. (Oxuyub qurtarır). 



Q e y r i n ö k ə r--Ağa, istəyirsən mən sənə bir fars havası oxuyum. 

M ə r c a n  b ə y--Oxu! 

(M u s i q i) 

 

N ö k ə r--Eşqin, eşqət  pənceyi darəd  ahəni. (Oxuyub qurtarır). 



A y r ı n ö k ə r--Ağa, istəyirsən mən sənə bir erməni havası oxuyum. 

M ə r c a n  b ə y--Oxu! 

(M u s i q i) 

 

N ö k ə r (oxuyur).... 



S ə f i--Ara, istəyirsən mən sənə bir urus havası oxuyum. 

M ə r c a n  b ə y--Oxu görək! 

(M u s i q i) 

 

S ə f i (oxuyur)--Poy, lastoçka, poy! (Oxuyub qurtarır). 



B i r n ö k ə r d ə--Ağa, istəyirsən mən sənə bir gürcü havası oxuyum. 

M ə r c a n  b ə y--Oxu! oxu! 

(M u s i q i) 

 

N ö k ə r (oxuyur)— 



Qurban olum səni doğan anaya,  

Səni doğdu, məni saldı bəlaya.... 

M ə r c a n  b ə y--Bunlar hamısı çox gözəl, indi bizim öz Qafqaz havamızdan bir 

şey oxuyun!(M u s i q i) 

X o r-- 

Eşitmişik xanımı yola salmısan, (2 dəfə) 

Xanım getcək, kim, sən tənha qalmısan. 

Ay Mərcan bəy, ay Mərcan bəy, ay Mərcan bəy! 

 


__________________Milli Kitabxana___________________ 

242 


 

(M u s i q i) 

 

Biz sənin üçün çalıb, gülüb, oxuruq, (2 dəfə) 



Heç fikr etmə kim, sən tənha qalmısan. 

Ay Mərcan bəy, ay Mərcan bəy, ay Mərcan bəy! 

 

PƏRDƏ 


 

ÜÇÜNCÜ PƏRDƏ 

 

 



Həmin o t a q d a. Bu dəfə otaq bəzənib. Çox qonaqlar vardır. Bir tərəfdə tarzən 

və xanəndə oturub, musiqi çalınır. Pərdə qalxdıqda M ə r c a n  b ə y fəxir libas 

geyinmiş daxil olur. Onu görcək oxuyurlar. 

 

(M u s i q i) 



Q o n a q l a r-- 

Söylə bir görək, Mərcan,  

Bu nə toy, bu nə xərcdir? (2dəfə) 

Bəs sənin əvvəldəncə 

Arvadın yoxdurmu? (3 dəfə) 

Ey.... Minnət xanımı sən neylədin bəs? (2 dəfə) 

İndi tazadan arvad  

Alırsan Mərcan?!   (2dəfə) 

(M u s i q i) 

 

M ə r c a n  b ə y-- 



Allahın bəndələri,        

Minnəti boşadım mən.   (2dəfə) 

Kəbinin verdim onun, 

Özgəyə ərə getdi. (3 dəfə) 

Ey.... Kərbəlayı Qubad aldı Minnəti, (2 dəfə) 

Mən də alıram indi bir özgə arvad. (2 dəfə) 

B i r  q o n a q--Nə var, pullu adamsan, sən gündə üç arvad alıb, üçün də boşaya 

bilərsən. 

M ə r c a n  b ə y--A kişi, bu siz öləsiz, iş pulda deyildir, iş ürəkdədir. 

Q o n a q l a r--Doğrudur, doğrudur.  

M ə r c a n  b ə y--İndi, əziz dostlarım, axır o gün olubdur ki, (ağlamsınır)  mən 

öz ürəyim istəyəni tapmışam, mən öz muradıma  



__________________Milli Kitabxana___________________ 

243 


 

çatmışam. Allah sizi də öz muradınıza çatdırsın. (Gözlərini silir). Mənim taza 

arvadım hələ üzün mənə göstərməyibdir və söz veribdir ki, qonaqların içində üzünü 

mənə göstərsin. Təvəqqə edirəm ki, gəlin gələnə  qədər buradan bir yana 

tərpənməyin. Oturun burada, yeyin, için, kef çəkin; bu gün şadlıq günüdür, gərək şad 

olasınız. 

Q o n a q l a r--Yaşasın Mərcan bəy!...  

(M u s i q i.  Oxuyurlar) 

Şadlıqdan başqa ola bilməz işimiz,  (2 dəfə)  

Şükür allaha kim, daha yoxdur qəmimiz. (2 dəfə)  

Arvad almaqda müzəffər olmuş Mərcan, (2 dəfə)  

Olmamış düşmən ona heç qalib hərgiz, (2 dəfə)  

Şadlıqdan başqa ola bilməz işimiz, (2 dəfə)  

Şükür allaha kim, daha yoxdur qəmimiz. (2 dəfə)  

M ə r c a n  b ə y--Sağ olun, qardaşlar, sağ olun! Mən gedirəm özümü bir qədər 

düzəldim, siz öz işinizə məşğul olun. 

Q o n a q l a r--Buyur! Buyur! (Mərcan gedir).  

B i r  q o n a q--Hanı xanəndə? Hanı sazəndə? A gədə, bizim üçün bir  bayatı-

kürd çal, xanəndə oxusun. 

T a r z ə n bayatı-gürd çalır,  xanəndə oxuyur, meyxana deyirlər,  qumar 

oynayırlar. 

(M u s i q i)  

X o r-- 

Aqil qardaşım, ayıl, bəsdir xəbidən, (2 dəfə)  

Yatma, dur gör nədir səni hamıdan baz edən, (2 dəfə)  

Aman, aman allah, aman, aman allah, allah amandır,  

İbrət eylə qeyrət eylə, gör nə zamandır. (2 dəfə) 

(M u s i q i) 

Bəsirət gözün açıb, bax bir cahanə! (2 dəfə)  

Əhli-elmə bax, gör necə dolub zəmanə! (2 dəfə)  

Aman, aman allah, aman, aman allah, allah amandır, (2 dəfə)  

İbrət eylə, qeyrət, eylə, gör nə zamandır. (2 dəfə) 

 

Musiqi rəngi çalınır. R ə q q a s  rəqs edir. Rəqs qurtardıqda qapıdan məşəllərin 



işığı görünür və zurna səsi eşidilir. 

 

Q o n a q l a r--Gəlin gəldi. (Gedirlər  qapıya). 



M ə r c a n  b ə y (tələsik daxil olur, yaxşı geyinmişdir)--Oy! (Üzünü yelləyir). 

Yox, deyəsən mən bu gecə tab gətirə bilməyəcəyəm. Vallah, arvadın vəhmi məni 

basıbdır. Puf! Nə istidir! 

 


__________________Milli Kitabxana___________________ 

244 


 

Qapılar açılır, səs-küy ilə gəlini gətirirlər. M i n n ə t  x a n ı m  üzü rübəndli gəlib 

ortada durur. M ə r c a n  b ə y  onun o tərəf bu tərəfinə keçir. 

 

M i n n ə t  x a n ı m--Mən  əhd eləmişdim ki, qonaqların içində üzümü sənə 



göstərim, indi əhdimə vəfa edirəm. 

 

Q o n a q l a r  xanımın ətrafına yığılırlar və diqqətlə tamaşa edirlər. Hamı  M i n 



n ə t ə  sakit baxır. Minnət xanım əvvəlcə çarşabını açır. Sonra başındakı yaylığını. 

Hər dəfə M ə r c a n  b ə y  tələsdiyini bildirir. Ayaqlarının birini götürüb o birini 

qoyur. Axırda Minnət xanım rübəndini açıb Mərcanın üzünə baxır. 

 

M ə r c a n  b ə y--Minnət! 



M i n n ə t  x a n ı m--Bəli! 

M ə r c a n  b ə y--Sənsən? 

M i n n ə t  x a n ı m--Bəli, mənəm, ... Mərcan! 

M ə r c a n  b ə y--Bəli! 

M i n n ə t  x a n ı m--Sənsən? 

M  ə r c a n  b ə y--Bəli, mənəm! Vay, dədəm vay!... Bu mənim öz əvvəlki 

arvadımdır. Ay camaat, bu Minnətdir! Yox, yox, belə  şey olmaz! Mənə sataşırlar. 

(Hamı mat, məbhut durur). Yox, mənə sataşmaq olmaz! Mənim kimi adamı aldatmaq 

olmaz! Kimdir, bu saat desin, bu oyunu mənim başıma gətirən, kimdir? 

 

Camaatı yara-yara K ə r b ə l a y ı  Q u b a d daxil olur.  



 

K ə r b ə l a y ı  Q u b a d--Mərcan bəy, dur üç min manatı bu saat ver, arvadı 

aparım evə. Bircə tez ol, başına dönüm, istəyirəm bu gun bir dükan yeri alım. 

M ə r c a n  b ə y (bərkdən)--Ay zalım balası zalım! Məni sən aldatdın. Mənim 

evimi yıxdın, hələ bir gəlib məndən pul da istəyirsən?! Ay camaat, məni tutmayın, bu 

kişini öldürəcəyəm. Buraxın, məni tutmayın, bu saat mən bu kişini qanına 

bulaşdırım, bu mənim namusuma toxunan işdir. Tutmayın məni, hanı  mənim 

afserskim? Hanı, hanı?... 

K ə r b ə l a y ı  Q u b a d--Bu nə danışır, ədə, dəli olubsan nədir? Mənə kələk 

istəyir kəlsin.... Bu saat pulu ver, yoxsa kedib bu saat notariusu gətirrəm, evini 

yazdıraram. Zəhmət çəkib arvadını almışam! 

M ə r c a n  b ə y--Ay evin yıxılsın kişi, arvad buradadır, budur arvad, burda! 

K ə r b ə l a y ı  Q u b a d--Vay, dədəm vay!... Bəs mən aldığım arvad kimdir? 


__________________Milli Kitabxana___________________ 

245 


 

M ə r c a n  b ə y--Mən nə bilirəm kimdir! 

K ə r b ə l a y ı  Q u b a d--Qoy gedim bir arvadı gətirim bura. 

 

Gedir, c a m a a t qarnını tutub gülüşür. 



 

M  ə r c a n  b ə y--Niyə gülürsünüz? Mənə gülürsünüz? Mənə sataşırsınız? 

Namərdlər, siz hamınız bədzatsınız! (Gülüşmə). Juliksiniz, moşenniksiniz! Yox, yox, 

bu dərd məni öldürər. (Yıxılır stolun üstə.) 

K ə r b ə l a y ı  Q u b a d (daxil olur, yanında Gülpəri)--Bəs bu kimdir, sənin 

arvadın deyildirmi? 

M  ə r c a n  b ə y--Bu Gülpəridir, ay evini allah yıxsın! Sən arvadı  dəyişik 

salmısan. 

K ə r b ə l a y ı  Q u b a d--Vay, evim yıxıldı!... Allah sənin evini yıxsın, Mərcan 

bəy! Bu nə  kələk idi mənim başıma açdın! Ay camaat, mən öz arvadımı  kənddə 

qoyub, şəhərə qaçdım. Burada da bir arvad boğazıma keçdi. İki yüz manat da kəbin 

pulu yazdırmışam. Bəs mən dükan yeri alacaqdım. 

M ə r c a n  b ə y--Vay, sənin evin yıxılsın Kərbəlayı Qubad!... A kişi, bəs sən 

mənim arvadımı alırdın? 

 

Bir a r v a d əlində ağac, pərdə dalında qışqırıq sala-sala daxil olub, ucadan 



çığırır. 

 

A r v a d--Hanı o başı batmış  Kərbəlayı Qubad? A kişi, mənim üstümə arvad 



alırsan? A sənin saqqalın tökülsün! (Ağac ilə vurur Kərbəlayı Qubadı və bir-iki ağac 

da Mərcan bəyə  dəyir. Arvad gedə-gedə deyir). Görək, Kərbəlayı Qubad, hərgah 

sənin saqqalında bir tük qoysam sağ, onda bu ləçək mənə haram olsun. (Qonaqlar 

tutub, qoymayırlar vursun və arvadı yola salırlar). Mən gedirəm, sonra görüşərik, 

allah qoysa. 

 

A r v a d gedir. K ə r b ə l a y ı  Q u b a d və M ə r c a n  b ə y hərəsi bir tərəfdə 



oturub ağlayırlar. 

 

M i n n ə t  x a n ı m--Mərcan! Kefin necədir? Canın-başın sağdırmı? Məni 



satmaq istəyirdin, ay namərd! Məni! Di get, al payını. (Qubada). Sən saqqalından 

utanmadın, xalqın arvadını satın almaq istədin? Daha bir ayrı alış-veriş tapmırdın?! 

De al payını!... 

(M u s i q i) 

Q o n a q l a r-- 

 

Mübarək olsun toyun   



Sənin, Mərcan, ay Mərcan! (2 dəfə)  

__________________Milli Kitabxana___________________ 

246 


 

A kişi, bəs utanmadın?  

Belə bədnam oldun sən!   (2 dəfə) 

M ə r c a n  b ə y-- 

Nə bilim mən çarşabın....  

K ə r b ə l a y ı  Q u b a d-- 

Nə bilim mən çarşabın....  

M ə r c a n  b ə y-- 

İçinə kim girmişdir.  

K ə r b ə l a y ı  Q u b a d-- 

İçinə kim girmişdir.  

X o r-- 


Nə bilim mən çarşabın İçinə kim girmişdir.  

Mərcan, Mərcan, Kəblə Qubad, hey!... 

 

(M u s i q i) 



 

X o r-- 


Mübarək olsun toyun   

Sənin,  Mərcan,  ay  Mərcan! (2 dəfə)  

A kişi, bəs utanmadın?  

Belə bədnam oldun sən!  (2 dəfə) 

M ə r c a n  b ə y-- 

          

Nə bilim mən çadranın....  

K ə r b ə l a y ı  Q u b a d-- 

Nə bilim mən çarşabın....  

M ə r c a n  b ə y-- 

İçinə kim girmişdir. 

K ə r b ə l a y ı  Q u b a d-- 

İçinə kim girmişdir. 

X o r-- 


Nə bilim mən çarşabın  

İçinə kim girmişdir.  

Mərcan, Mərcan,  

Kəblə Qubad, hey.... 

 

PƏRDƏ 


 

__________________Milli Kitabxana___________________ 

247 


 

Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin