Üzeyir hacibəYLİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə15/21
tarix01.12.2016
ölçüsü2,34 Mb.
#541
1   ...   11   12   13   14   15   16   17   18   ...   21

ÜÇÜNCÜ MƏCLİS 

 

 



Bir h a m a m ı n soyunub-geyinən yerində vaqe olur. Sol tərəfdə (zaldan baxarkən) 

qapı  və pilləkənlər, cağ  tərəfdə, küncdə hamamın çimilən yerinə girən qapı var. Ortada 

hovuz və fantan, üstündən qəndil asılıbdır. Hamamçı  Məşədi Qəzənfər sarı kürkə 

burünüb, bayır qapının solunda öz yerində əyləşibdir. Qabağında manqal, üstündə güvəc, 

yanında mücrü. Özü də qəlyan çəkir. Ondan bir az sağ tərəfdə dəllək usta M ə h ə r r ə m 

K ə r b ə l a y ı  N ə s i r i n başını qırxır. Bir az o yanda zurnaçılar oturubdurlar. Bir 

kənarda bir neçə nəfər camadar əllərində qırmızı fitə, balaqları çırmala dayanıbdırlar. 

                            



  

Milli Kitabxana  

 

 



M u s i q i 

 

H a m ı (oxuyurlar). 



 

Hamamın içində, içində də çölündə (2 dəfə) 

Yay, yaz, qış bahar isti, sərin var, 

Dövlətli, kasıb, gəl, gəl, yerin var, 

Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!... 

 

H a m a m d a n b i r s ə s. 



Gəl, ey ha!... Bir yumurta!... 

H a m ı. 

 

Yaz, yaz, qış, bahar isti, sərin var, 



Dövlətli, kasıb, gəl, gəl, yerin var. 

 

M u s i q i 



 

Dəllək qırxır, hamamçı qəlyan çəkir. 

 

M ə ş ə d i   Q ə z ə n f ə r. Həqiqət, hər bir şeyi fikirdən keçirib yenə baxıb görürəm 



ki,  dünyada  hamamdan  başqa  ləzzətli  bir  yer  varsa,  yenə  hamamdır.  Deməyin  ki,  özüm 

hamamçıyam  ona  görə  belə  danışıram,  xeyr!  Əşi,  adam  gərək  insaf  ilə  danışsın:  qışın 

soyuğunda harada qızışa bilərsən? 

H a m ı. Hamamda!... 

M ə ş ə d i  Q ə z ə n f ə r. Yazın istisində harada sərinləyə bilərsən? 

H a m ı. Hamamda! 

M ə ş ə d i  Q ə z ə n f ə r. Daha kim deyə bilər ki, hamam pis şeydir? 

H a m ı. Əşi, heç kəs! 

M ə ş ə d i  Q ə z ə n f ə r. Bəs belə de! 

U  s  t  a   M  ə  h  ə  r  r  ə  m.  Mən  dəlləyəm.  Özüm  də  ömrümün  çox  vaxtını  hamamda 

keçirmişəm,   heç   bir   belə   heyfsilənmirəm.   Çünki   baxıb   görürəm   ki,   mənim   üçün 

hamamdan  başqa  heç  bir  yerdə  xoş  keçmir.  Xalq  gedir,  adı  nədir,  o  klubda,  mənim 

klubum hamamdır. Xalq  gedir  teatra,  mənim  teatrım hamamdır. Əşi,  işləyib  yorulandan 

sonra harada istirahət edə bilərsən? 

H a m ı. Hamamda! 

U s t a  M ə h ə r r ə m. Harda bir parça ləzzət görərsən? 

H a m ı. Hamamda! 

U s t a  M ə h ə r r ə m. Daha kim deyə bilər ki, hamam pis şeydir? 

H a m ı. Əşi, heç kəs! 

U s t a  M ə h ə r r ə m. Bəs elə, de gəlsin! 

 

(Musiqi) 



 

 

276 



__________________Milli Kitabxana___________________ 

277 


 

 

H a m ı. 



 

Hamamın içində, içində də çölündə (2 dəfə)  

Yay, yaz, qış, bahar isti, sərin var,  

Dövlətli, kasıb, tez gəl, yerin var.  

Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!... 

 

H a m a m d a n b i r s ə s. Gəl, ey ha!... Bir papiros, özü də müştük ucunda. 



(Aparırlar). 

 

H a m ı. 



 

Yay, yaz, qış, bahar isti, sərin var,  

Dövlətli, kasıb, gəl, gəl, yerin var.  

Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!... 

 

M u s i q i 



 

K  ə r b ə l a y ı    N  ə s i r (dəllək ülgüc itiləyərkən). Mən özüm bisavadam, amma 

kitabda yazılanlardan oxuyurdular, mən də  eşitmişəm: müsəlman padşahları bir yerdə 

şəhər salanda ilk əvvəlcə hamam tikdirmişlər, ondan sonra karvansara, ondan sonra 

məscid.  Əşi, insaf ilə danışmaq, tozun-torpağın içində  işləyirsən, çirkə-pasağa batırsan, 

bəs sonra harda təmiz olursan? 

H a m ı. Hamamda! 

K ə r b ə l a y ı  N ə s i r. Harda pak olursan? 

H a m ı. Hamamda! 

K ə r b ə l a y ı  N ə s i r. Daha kim deyə bilər ki, hamam pis şeydir? 

H a m ı. Əşi, heç kəs! 

K ə r b ə l a y ı  N ə s i r. Bəs belə! 

M ə ş ə d i  Q ə z ə n f ə r. Padşah dedin, yadıma düşdü: əşi, hamam indi hürmətdən 

düşübdür, qədim zamanlarda hamamın böyük hürməti varmış, bütün şairlər, süxəngulər, 

nağıl deyənlər, dərvişlər  hamısı hamama yığılıb, gözəl-gözəl söhbətlərlə hamam əhlini 

feyziyab edərlərmiş. Əşi, harada şirin-şirin söhbət eşidirsən? 

H a m ı. Hamamda! 

M ə ş ə d i  Q ə z ə n f ə r. Harda dünya qayğısını yadından çıxardarsan? 

H a m ı.Hamamda! 

M ə ş ə d i  Q ə z ə n f ə r. Daha kim deyə bilər ki, hamam pis şeydir? 

H a m ı. Əşi, heç kəs! 

M ə ş ə d i  Q ə z ə n f ə r. Bəs elə isə de gəlsin! 

 

M u s i q i  



 

__________________Milli Kitabxana___________________ 

278 


 

H a m ı. 

 

Hamamın içində, içində də çölündə (2 dəfə)  



Yay, yaz, qış, bahar isti, sərin var,  

Dövlətli, kasıb, gəl, gəl, yerin var,  

Dövlətli, kasıb, gəl, gəl, yerin var!... 

 

H a m a m d a n b i r s ə s. Gəl, ey he!... Ab xurdan, içində qəmiş. (Aparırlar). 



 

M u s i q i  

 

H a m ı.Yay, yaz, qış, bahar isti, sərin var,  



Dövlətli, kasıb, gəl, gəl, yerin var,  

Dövlətli, kasıb, tez gəl, yerin var! .... gəl. 

 

U s t a  M ə h ə r r ə m. Sizin canınız üçün, bir çox naxoşlular var ki, kurs qurtarmış 



həkimlər dərmanlarından acizdirlər. Amma naxoşu hamama gətirən kimi yaxşı olub 

sağalır. Ondan əlavə, hamam belə  şeydir ki, insana zinət verir, abıra mindirir. Özünüz 

deyin, harda yaxşı qan aldırmaq olar? 

H a m ı. Hamamda! 

U s t a  M ə h ə r r ə m. Harda yaxşı baş qırxdırmaq olar? 

H a m ı. Hamamda! 

U s t a  M ə h ə r r ə m. Harda yaxşı həna yaxmaq olar? 

H a m ı. Əşi, hamamda! 

U s t a  M ə h ə r r ə m. De, bəs belə! 

M ə ş ə d i  Q ə z ə n f ə r. Həna dedin, yadıma Sədi Əlyəəl-rəhmənin bir şeri düşdü 

ki, günlərin bir günündə  rəhmətlik hamamda çimərkən öz məhbubindən həna alıb, 

ətrindən bihuş olub və o xüsusda bu şeri deyibdir:  

    

Gili-xoşbuyi dər həmmam ruzi  



Rəsid əz dəsti-məhbubi be dəstəm.  

Bədu qoftəm ke, mişki, ya ənbəri  

Ki, əzbuyi-delavizi-to məstəm.  

Bəqofta mən gili-naçiz budəm  

Və leykən moddəti ba gün neşəstəm.  

Kəmali-həmneşin bər mən əsər kərd  

Və kərna mən haman xakəm ki, həstəm! 

 

İnandırıram sizi ki, əgər Sədi Əlyəəlrəhmə hamama gəlməsə idi, heç vaxt bu şeri yaza 



bilməzdi. Əşi, belə olandan sonra kim deyə bilər ki, hamam pis şeydir? 

 


__________________Milli Kitabxana___________________ 

279 


 

H a m ı. Heç kəs! 

M ə ş ə d i Q ə z ə n f ə p. Bəs belə isə de gəlsin! 

 

M u s i q i  



 

H a m ı. 

 

Hamamın içində, içində də çölündə (2 dəfə)  



Yay, yaz, qış, bahar isti, sərin var,  

Dövlətli, kasıb, gəl, gəl, yerin var,  

Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!... 

 

H a m a m d a n b i r s ə s. Gəl, ey ha!... Qətfə! Gəl apar! 



 

Camadarlar qətfə ilə gedirlər.  

 

H a m ı. 



 

Yay, yaz, qış, bahar isti, sərin var,  

Dövlətli, kasıb, gəl, gəl, yerin var,  

Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!... 

 

İçəridən gəlirlər. Bəy hamamdan çıxır. Zurnaçılar çalmağa başlayırlar. Pərdə enir. 



Amma zurna səsi gəlir.  İki dəqiqədən sonra pərdə qalxır. Zurna kəsir. Səhnədəkilər 

geyinmələrini tamam edirlər. M ə ş ə d i  İ b a d yaxasını düymələyir, sonra əlinə aynanı 

alıb, saqqalına baxır. H ə s ə n q u l u  b ə y surtukunu geyir, R z a  b ə y varatnikini taxır. 

H ə s ə n  b ə y başını darayır.  

Ə s g ə r çəkmələrini geyir, h a m b a l patavasını dolayır. Sairələr də kimi başını 

qurudur, kimi düymələrini bağlayır. 

 

M ə ş ə d i  Q ə z ə n f ə r. Məşədi İbad, səhhəti-vücud! Allah mübarək eləsin! Oğullu-



uşaqlı olasan! 

M ə ş ə d i  İ b a d. Sağ olasan, vücudun bibəla olsun! 

H a m ı. Allah mübarək eləsin, allah mübarək eləsin! 

M ə ş ə d i  İ b a d (cavab verir. Bir az sonra ayna əlində). Amma deyəsən bu səfər 

dəllək hənanı yaxşı yaxıbdır, daha ağ tük gözümə dəymir. 

Ə s g ə r. Maşallah, lap cavan olubsan ki! 

M ə ş ə d i  İ b a d. Cavan olmayanda qoca deyiləm ki....  

M ə ş ə d i  Q ə z ə n f ə r (bəylərə). Bəydadaşlar, hamam xoşunuza gəldimi? Çünki 

sizlər bizim hamamlara gəlməzsiniz, ona görə soruşuram. 

H ə s ə n q u l u  b ə y. Mən çoxdandır ki, töbə eləmişdim, ömrüm olanı müsəlman 

hamamına getməyim, amma Məşədi  İbadın xatirəsi yanımda o qədər  əzizdir ki, töbəmi 

sındırıb məhz onun xatirəsi üçün bu hamama gəldim. Gəldim də.... Heç, daha keçibdir. 



__________________Milli Kitabxana___________________ 

280 


 

M ə ş ə d i Q ə z ə n f  ə r. Bəs belə! 

R z a  b ə y. Hərgah mən bir papaq alaydım və o papağa beş yüz otuz altı manat pul 

vermiş ola idim və bir nəfər də o papağı mənim başımdan götürüb müsəlman hamamının 

içinə tollaya idi, mən papaqdan əl çəkərdim, amma hamama girməzdim. Lakin Məşədi 

İbada söz vermişdim deyə, daha sözümdən qaça bilmədim. 

M ə ş ə d i  Q ə z ə n f ə r  (sınır). Bəydadaş, guya mənim hamamım murdardır? İçində 

urus çimir, erməni çimir, yəhudi çimir?! 

R z a  b ə y. Rəhmətliyin oğlu, girirəm xəznəyə, bilmirəm ki, bu içində çimdiyim 

sudur, neftdir, həlimdir, yoxsa bozbaşdır. Həzərat, vallah, sabah bunu mən qəzetimdə 

yazaram. Belə eləməyin! 

H ə s ə n q u l u  b ə y. Əşi, insafdır, o xəznəyə mən də girim, bu hambal da girsin? 

(hambalı göstərir). 

H a m b a l. Bəy, məgər hambal hamamda çimməz, bəs hambalın canı can deyil? 

H ə s ə n  b ə y. Rza bəy prav. Doğrudan, mən də xəznəyə girib bilmədim ki, sudur, 

yoxsa ayrı bir jidkostdur. (Həsənqulu bəyə). No vı, vı rassujdayete kak burjuy! Necə yəni 

mən də girim, hambal da girsin, məyər hambal da sənin kimi adam deyil? 

H a m b a l. Əlbəttə, adamam! 

H ə s ə n  b ə y. Onun da iki qulağı var, sənin də! 

H a m b a l. Əlbəttə, iki qulağım var, bə nədi? 

H ə s ə n  b ə y. Onun da bir burnu var sənin də! 

H a m b a l. Əlbəttə, bir burnum var, bə nədi? 

H ə s ə n  b ə y. Yedinstvennaya raznitsa bundadır ki.... 

H ə s ə n q u l u  b ə y. (sözünü kəsir). Bilirsən nə var, Həsən bəy! Sən keçən səfər 

Məşədi İbadla savaşdın, yenə də o bir evin içində oldu ki, heç kəs bilmədi, amma bura 

hamamdır, özün bilirsən ki, obşestvenni yerdir, təvəqqə edirəm ki, burada savaşmayasan. 

H ə s ə n  b ə y. Net, mən kak istinnıy narodnik protestuyu! 

 

Bunlar,R z a da iştirak edir,əllərilə işarələrlə danışıb bəhs edirlər. 



 

M ə ş ə d i  İ b a d (adamları nəzərdən keçirməklə sayır). Görəsən bunların hamısını 

hamam pulunu, inşaallah, mən verəcəyəm, hə?... Bu bahalıqda bir bu qədər hamam pulu 

heç bilirsən neçə elər? Görüm, hamamçını bir nokələkləyə bilərəmmi? 

H ə s ə n q u l u  b ə y. (münaqişəyə davam edərək). Da ostavte menya v pokoye! 


__________________Milli Kitabxana___________________ 

281 


 

H ə s ə n  b ə y. Net! Ya doljen protestovat.  

R z a  b ə y. Əşi, ayıbdır hamamın içində....  

H ə s ə n q u l u  b ə y. Da protestuyte, skolko xotite!  

H ə s ə n  b ə y (bərkdən). Ya ne pozvolyu, çtobı.... 

 

Ə s g ə r, R z a tez durub bunların aralarına girirlər ki, aralaşdırsınlar. 



 

M ə ş ə d i  Q ə z ə n f ə r. Bunların hamısı, görünür ki, mənim xəznəmin suyunun 

təsirindəndir. 

M ə ş ə d i I b a d (onlara). Bura bax, a!... Cəncəl eləmək neyçün? Kişinin hamamında 

iki saatdır ki, müftə çimibsiniz, hələ bir durub cəncəl də salırsınız? Eyibdir ki.... (Sükut; 

hamamçıya  müraciətən).  Məşədi Qəzənfər, sənin yadına gəlməz; çünki çox kiçikdin, 

mən ilk toy eləyəndə ki, mərhum Kərbəlayı Murtuzanın qızı, rəhmətlik Sonanı almışdım, 

toy həmin bu hamamda oldu. O zaman sənin oturduğun yerdə  rəhmətlik sənin atan 

Məşədi Səməndər əyləşmişdi. Çıxanda durdum pul verməyə, dedi: ayıbdır ki.... Nə qədər 

eylədim, pul almadı, yalvardım-yaxardım, almadı ki, almadı.... Qərəz, rəhmətlik çox gözəl 

kişi idi.... 

 

Hamı bir-bnrinə baxıb himləşir. 



 

M ə ş ə d i  Q ə z ə n f ə r. Heç mənim özümü demirsən.... Keçən həftə bizim Məşədi 

Muxtarın toyu idi ki, mənimlə bərk aşnadır. Gəldilər hamama, gedəndə nə qədər eylədi, 

pul almadım, dedi inciyərəm səndən, dedim mən də inciyərəm səndən, almadım. Yanında 

lap bu Həsənqulu bəyə oxşayan bir nəfər bəy var idi. Çıxartdı cibindən iki dənə yüzlük 

üstümə atdı, istədim almayam, razı olmadı.  Əlli manat dəlləyə verdi. Camadarların 

hərəsinə on manat naçay bağışladı;  onun sabahı  bir də görüm  ki, bir dəst yaxşı libas, iki 

kisə  əla həna, bir kəllə  qənd və bir dənə  şirniyyat xonçası  gəlibdir. Bunu da toy sahibi 

Məşədi Muxtar göndərmişdi. Axşam da ki, toyda idik. Qərəz, çox canfişanlıq oldu. 

 

B ə y l ə r himləşib gözləşirlər. 



 

H ə s ə n q u l u  b ə y. (Həsən bəyə). Vı vezde umestno, neumestno lezite sporit. 

R z a  b ə y. Yenə başladılar ki....  

H ə s ə n  b ə y. Ya ne moqu, ja doljen protestovat, ja çelovek s ubejdeniyem. 

H ə s ə n q u l u  b ə y. Da vı, prosto obmanşik i vse! 

H ə s ə n  b ə y (bərkdən). Çto? Vı menya oskorblyayete? 



__________________Milli Kitabxana___________________ 

282 


 

H ə s ə n q u l u  b ə y (o da bərkdən). Da oskorblyu! 

 

Ara qarışır, R z a, Ə s g ə r, sair qoçular qalxıb, onları aralaşdırmaq istəyirlər. 



 

H  ə s ə n  b ə y. V takom sluçaye ya uxoju i potrebuyu udovletvoreniye za 

oskorblenie. (Gedir). 

R z a  b ə y (onun dalınca). Həsən bəy, Həsən bəy, hara gedirsən, bir dayan. (O da 

onun dalınca gedir). 

H ə s ə n q u l u  b ə y. (kefsiz)Həzərat, bagıslayın, xudafiz!... (Gedir). 

Ə s g ə r (onun dalınca). Əşi, bir dayan görək, bu saat hamımız gedirik! 

 

Gedir, adamları da onun dalınca çıxırlar.  



Qalır hamam əhli ilə M ə ş ə d i  İ b a d və  h a m b a l. 

 

M  ə  ş  ə d i  İ b a d (kənara). Lotular pul söhbətini eşidib qaçdılar. Yox, mənim 



kələyim baş tutmadı! 

M ə ş ə d i  Q ə z ə n f ə r. Məşədi, sənin bu aşnaların nə hirsli adamlardır? 

M ə ş ə d i  İ b a d. Havanın təsirindəndir. (Ona). Qərdəş oğlu, haqq-hesabımız neçə 

elədi? 


M ə ş ə d i  Q ə z ə n f ə r. Daha onu soruşmazlar ki, toy hamamıdır, neçə verirsən ver, 

istərsən mən də atam kimi səndən heç zad almayım.... 

M  ə  ş  ə d i  İ b a d. Xeyr, çox sağ ol!(Kənara). O, mənə baha oturar. (Pul çıxardır 

verir). Bəsindirmi? 

M ə ş ə d i  Q ə z ə n f ə r.  Bəsdir,  allah bərəkət versin! 

M  ə  ş  ə d i  İ b a d (camadarlara). Balam, ala, bu da sizin! Bunu da içəridəkilərə 

verərsiniz. 

C a m a d a r l a r. Çox sağ ol, Məşədi! Allah bərəkət versin! 

H a m b a l. Məşədi, abbasını vermədin, ha!... 

M ə ş ə d i  İ b a d. Adə, get gör bunlar necə oldu. Deyinən ki, qorxmayın; hamam 

pulu verildi, gəlsinlər bəyi hamamdan çıxarsınlar. (Zurnaçılara). Balam, siz də bir şey 

çalın, camaat yığılsın hamama, çıxaq gedək. 

 

Z u r n a ç ı l a r çalırlar, bir qədər keçmiş çıxıb gedənlər h a m ı s ı geri qayıdırlar. 



 

M ə ş ə d i  İ b a d, (durur). Ya allah!... 

 

H a m b a l kömək edib düşürür aşağı. Zurnaçılar da qabaqda çala-çala çıxıb gedirlər. 



H a m a m ç ı, d ə l l ə k  M ə h ə r r ə m,  K ə r b ə l a y ı  N ə s i r və 

c a m a d a r l a r yerlərində qalır, yenə də əvvəlki sayaqda olurlar. 

 


__________________Milli Kitabxana___________________ 

283 


 

M ə ş ə d i  Q ə z ə n f ə r. Bu urusbabılar heç ildə bir dəfə hamama getməzlər, qüsl-

təharət nə olduğunu bilməzlər, gəlib burda mənim hamamımı pisləyirlər. Əşi, bir insaf ilə 

danışaq: harda yuyunub təmiz olarsan? 

H a m ı. Hamamda! 

U s t a  M ə h ə r r ə m. Harda suya batıb çıxa bilərsən?  

H a m ı. Hamamın xəznəsində. 

K ə r b ə l a y ı  N ə s i r. Daha kim deyə bilər ki, hamam pis şeydir? 

H a m ı. Əşi, heç kəs!  

M ə ş ə d i  Q ə z ə n f ə r. Bəs elə isə de gəlsin! 

 

M u s i q i  



 

H a m ı. 

 

Hamamın içində, içində də çölündə (2 dəfə)  



Yay, yaz, qış, bahar isti, sərin var.  

Dövlətli, kasıb, gəl, gəl, yerin var,  

Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!... 

 

M u s i q i 



 

(U s t a  M ə h ə r r ə m l ə M ə ş ə d i  Q ə z ə n f ə r kürkünü salıb  oynayırlar, 

camadarlar da çırtıq vururlar.) 

 

P ə r d ə 



 

DÖRDÜNCÜ MƏCLİS 

 

M ə ş ə d i  İ b a d ı n  evində  vaqe  olur. Toy məclisidir. Q o ç u Ə s g ə r  "Padşah" 



olub, yuxarı başda əyləşibdir. Səhnədə  olanlar: H ə s ə n q u l u  b ə y,  R z a  b ə y, Ə s g 

ə r və qonaqlar. Pərdə qalxır. Oyunçu qız ləzginka oynayır. Bəəd çıxıb gedir. 

 

Ə s g ə r. Mən tar çalana əmr edirəm ki, bir "Roza" havası çalsın, Həsənqulu bəy 



durub oynasın! 

H ə s ə n q u l u  b ə y.  (ayağa durur). Padşah sağ olsun, vallah, mən oyun bilmirəm, 

məni bağışla! 

Ə s g ə r. Çəkin onu ortaya, bir-iki qırmanc vurun! (Nökərlər Həsənqulu bəyi çəkib 

oynadırlar. Bəədə haman  qərar ilə Rza bəy oynayır). Çəkin buraya Məşədi  İbadı! Bəy 

gərək toyunda oynasın ki, ucuzluq olsun.  

 

O biri otaqdan M ə ş ə d i  İ b a d ı gətirirlər. Məşədi İbad "Mirzəyi" havasını oynayır. 



 

H ə s ə n q u l u  b ə y. Balam, dəxi vaxtdır, gedək gəlini gətirməyə. 



__________________Milli Kitabxana___________________ 

284 


 

H a m ı. Bəli, vaxtdır. (Ayağa durub hamı gedir). 

M ə ş ə d i  İ b a d (daxil olur). Türkdə bir məsəl var: deyərlər ki, hər  gözəlin bir  eybi 

olar.  Qonaqlar  bu evdə olanda mən o biri otaqda səhərdən bəri fikirdə idim ki, ayə, 

mənim eybim nədir?  İndi bilmişəm ki, mənim bir eybim varsa, o da eybsizliyimdir. 

Hərçənd bu çox nazik mətləbdir, amma həqiqətdə də belədir ki, var. Hərgah  mənim bir 

danə eybim olsaydı, xalq deyərdi ki, zərər yoxdur, hər gözəlin bir eybi olar. Amma indi 

mənim heç bir eybim yoxdur, ona görə  də heç kəs mənə gözəl demir. Bütün məsələ 

bundadır. Vəssəlam.... Hər halda qız nə qədər gözəl olsa da bir o qədər mənə baha oturdu: 

beş min manat Rüstəm bəy və toy xərci, beş yüz manat Həsənqulu bəyə rüşvət, yüz manat 

Rza bəyə rüşvət,  əlli  manat Həsən  bəyə rüşvət, bir abbası hambala müzd, dörd yüz 

manat....  Əşi, hesab eləməsəm yaxşıdır!  Daha ürəyim xarab olur. Amma pis 

geyinməmişəm, ha!... (Ətrafına baxır və dalını görmək üçün fırlanır və sonra bir yerdə 

əyləşir). Bəli, qız gəlsin görək nə olacaqdır. (Zümzümə eylzyir): 

 

Şəb əsl şəhido şəmo şərabo şirini,  



Ğənmət əst ke, şəbi ruyi dustan bini! 

 

Qız gəlsin, amma mən bir şeydən  qorxuram ki, evdə oturmağa hövsələsi gəlməsin, 



çünki o cürə evdə böyümüş qız bir az kəmhövsələ olar. (Acıqla). Ağzı nədir! Vallahi, bax 

bu gündən bir yekə qıfıl alacağam. Səhər durub dükana gedəndə qapını  qıfıllayıb,  açarını 

aparacağam ta axşam qayıdana qədər, qoy qalsın evdə,  evə öyrəşsin; pəncərələri də 

daldan taxta ilə vurduracağam. Çox da o yan-bu yan eyləsə, döyəcəyəm, çünki arvad ki, 

döyülmədi, xarab olar; arvad ərindən nə qədər kötək yesə bir  o  qədər ərin çox istəyər. 

Mən bunu qabaqlarda çox təcrübə eyləmişəm. Rəhmətlik Sonaya bir kərrə bir yumruq nə 

tori saldımsa, iki saat nəfəsini ala bilmədi; o idi ki, məni görən kmi üzümə gülərdi. 

Rəhmətlik Pərzada günlərin bir günü bir sillə çəkdim ki, bir dişi sındı, o idi ki, sonra bir 

kərrə olsun üzümə durmadı. Tək bircə mürtəd oğlunun qızı Gülxanıma bir ağac ilə elə 

çəkdim ki, o qaçan oldu ki, qaçdı! Bu da o yan-bu yan eyləsə budur, onun canıdır. 

(Yumruq göstərir. Bu əsnada daldan: "allah", "allah" səsi gəlir, zurna çalınır). Paho, gəlin 

gəldi, mən qaçım! 

 

Qaçır o biri otağa. G ə l i n i gətirirlər.  S ə n ə m dəxi gəlin ilə içəri girir. 



 

B i r i s i. Aha, de gəlin bəri çıxın! Sənəm, sən də bu biri otağa gəl. 

 

Hamı çıxır, tək gəlin qalır. 



 

M u s i q i  

 


__________________Milli Kitabxana___________________ 

285 


 

M ə ş ə d i  İ b a d (daxil olur). 

 

Mən nə qədər, nə qədər qoca olsam da,  



Dəyərəm min cavana.... (və i.a. oxuyur). 

 

X a n ı m, ay xanım, zəhmət çək, başından çarşabı qoy yerə, sənə canım qurban! 



 

Çarşabın içindən gəlin əvəzinə S ə r v ə r çıxıb, əlindəki siğarı tapança kimi uzadır  M 

ə ş ə d i  İ b a d a tərəf. 

 

M ə ş ə d i  İ b a d. Vay!... (deyib çökür). 



S ə r v ə r. Səsin çıxdımı, başına bir güllə vuracağam! Tez ol, bir kağız-qələm götür! 

M  ə  ş  ə d i  İ b a d (qorxu ilə). De qoy tap?m da!... (Stolun üstündən kağız-qəldm 

götürür). Bəs indi nə qayırım? 

S ə r v ə r. Otur, bu saat mən deyəni yaz, tez ol, yoxsa vurdum gülləni! 

M ə ş ə d i  İ b a d. Yazım da, vallah, bu saat yazım!  

S ə r v ə r Yaz! (Bərkdən deyir). Mən, Məşədi İbad Kərbəlayı Xocaverdi xan oğlu.... 

M ə ş ə d iİ b ad. Vaxsey!... Atamın adını da bilir!  

S ə r v ə r. Danışma, yaz, yoxsa odlaram səni! 

M ə ş ə d i  b a d. Vallah, danışmıram, yazıram, sonra? 

S ə r v ə r. Rüstəm bəyin qızı Gülnaz xanımı almaq istəmirəm. 

M ə ş ə d iİ b a d. İstəyirəm.... 

S ə r v ə r (acıqlı). İstəmirəm!... 

M ə ş ə d iİ b a d. Yaxşı, istəmirəm, istəmirəm!... 

S ə r v ə r. Və təvəqqə edirəm ki, onun kəbini geri oxunsun. 

M ə ş ə d i  İ b a d. Bunu kim təvəqqə edir? 

S ə r v ə r. Yaz mən deyəni, yoxsa beynini toz eylərəm! 

M ə ş ə d i  İ b a d. Yazıram, yazıram, sonra? 

S ə r v ə r. Və onun əvəzində qulluqçu Sənəmi alıram, yazdınmı? 

M ə ş ə d i  İ b a d. Yazdım....  

S ə r v ə r. De qol qoy! 

M ə ş ə d i  İ b a d.  Vaxsey!... Bəs  mənim  pullarım....  

S ə r v ə r. Qol qoy, yoxsa partladaram səni.  (Qol qoydurur). İndi tərpənmə! 

M ə ş ə d i  İ b a d. Tərpənmirəm.  

S ə r v ə r. Danışma!  

M ə ş ə d i  İ b a d. Danışmıram. 

 

S ə r v ə r dal-dalı gedib S ə n ə m i gətirir. 



 

__________________Milli Kitabxana___________________ 

286 


 

S ə r v ə r. Bax bu sənin arvadındır. (Dal-dalı gedir). İndi tərpənmə! 

M ə ş ə d i  İ b a d. Tərpənmirəm. 

S ə r v ə r. Danışma! 

M ə ş ə d i  İ b a d. Danışmıram. 

S ə r v ə r birdən dönüb cəld qaçır. 

 

M ə ş ə d i  İ b a d (çığırır). Ədə tutun, ədə qoymayın. Ay, tez olun, qaçdı! Ədə, bu nə 



iş idi mənim başıma gəldi, ay tutun, ay qoymay?n!... 

 

C a m a a t hamısı dolur içəri, səs-küy düşür. 



 

H ə s ə n q u l u  b ə y. Ədə, bir dayan görək nə olubdur. Məşdi İbad, nə olub, nəql 

eylə görək! 

M ə ş ə d i  İ b a d. Əşi, siz bu gəlini gətirəndə bir baxmadınız görək, bu kişidir, yoxsa 

arvaddır? 

H a m ı. Bu nə əcəb sözdür?! Həlbəttə, gəlin arvad olar!  

M ə ş ə d i  İ b a d. Amma bu gəlin kişi çıxdı. Rüstəm bəy mənim evimi yıxdı, qızın 

əvəzinə mənə kişi göndərdi. o da qaçdı getdi. 

H a m ı. Paho!... Bu nə işdir ki, o görübdür, belə də adam aldatmaq olarmı?B i r i s 

IBəs nə tövr olsun, neyləməli? 

H ə s ə n q u l u  b ə y.Məşədi, bir əlli manat ver, gedim bu saat qubernatoru buraya 

gətirim? Razısan? 

M ə ş ə d i  İ b a d (azarlı kimi). Yox.... 

R z a  b ə y. Məşədi, iyirmi manat ver, bu saat qəzetdə Rüstəm bəyi biabır eyləyim, 

razısan. 

M ə ş ə d i  İ b a d. Yox.... 

Ə s g ə r. Məşədi, bir otuz manat ver, gedim Rüstəm bəyin beyninə bir patron çaxım, 

razısan? 

M ə ş ə d i  İ b a d. Yox.... 

H a m ı. Bəs nə eyləməli? 

M ə ş ə d i  İ b a d. Gedin qazıya deyin ki, bu arvadın kəbinini mənim üçün

 kəssin! 

H a m ı. Ha!... Bu başqa məsələdir. Nə eləmək: o olmasın, bu olsun, heç pis 

deyildir. 

 

M u s i q i 



 

H a m ı. 

 

Gedin, gedin, qazıya deyin,  



Qoy kəbini kəssin. (2 dəfə) 

__________________Milli Kitabxana___________________ 

287 


 

(Sənəmə) Məşədiyə arvad edək,  

Razısan? 

S ə n ə m. Hə! ... hə!... 

H a m ı (Məşədi İbada). Razısan? 

M ə ş ə d i  İ b a d. Hə! ... hə!... 

H a m ı Razısız? 

M ə ş ə d i  İ b a d və S ə n ə m Hə! ... hə!... 

H a m ı. Bəs gedək biz? 

M ə ş ə d i  İ b a d. 

Gedin, gedin, qazıya deyin, 

Qoy kəbini kəssin.(2 dəfə) 

(Sənəmə) Səni mənə arvad edə, razısan? 

S ə n ə m. Hə!... Hə!... 

M ə ş ə d i  İ b a d (xora). Razısız? 

X o r Hə Hə!... Razıyıq!... Hə, Hə!... Bəs gedək biz? 

 

Bu əsnada  səhnənin dal pərdəsi qalxır,  S ə r v ə r ilə G ü l n a z hündürdə 



dayanıb görünürlər. Tar çalınır. 

 

S ə r v ə r (bayatı-qacar oxuyur). 



Yetdim vusalına yarın, çəkdim əzabını,  

Aşiqsə vəsl yolunda verər, əlbəttə, canını. 

G ü l n a z. 

Çün qalxdı pərdə, əyan oldu hər kəsə,  

Məşuqə aşiqə vasil edər əlbəttə canini. 

H a m ı (Məşədi İbada). 

Sən qoca, qız cavan, 

Səndə yoxdur eşq odu. 

Sərvərindir eşqi,  

Sənə olmaz heç meyli.  (2 dəfə). 

M ə ş ə d i  İ b a d. 

Yanıma gəl, arvad, yanıma gəl,   

Yanıma gəl, et məni şad!... (2dəfə) 

 

H a m ı. 



Pulunu verdin sən, Məşədi İbad,  

Əlinə düşdü dul arvad,  

Qəm yemə hərçi badəbad,  

Olmasa o, bu olsun!... 

 

P ə r d ə 



__________________Milli Kitabxana___________________ 

288 


 

 

 



Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin