VƏLİyev dünyamali əMİr oğlu azərbaycanin qlobal иqtиsadиyyata иnteqrasиyasi


Dövlət qiymətli kağızlar bazarı üzrə əsas göstəricilər



Yüklə 7,05 Mb.
səhifə34/51
tarix10.03.2017
ölçüsü7,05 Mb.
#10912
1   ...   30   31   32   33   34   35   36   37   ...   51

Dövlət qiymətli kağızlar bazarı üzrə əsas göstəricilər

II

Nominal üzrə dövriyyədəki həcm (mln. manat)

Dövretmə müddəti (gün)


DQK bazarında payı, %


Cəmi

DQİ-r

AMB-in notları


Cəmi


DQİ-r

AMB-in notları

DQİ-r



AMB-in notları

1996

3, 00

3, 00

-

-

-

-

100

-

1997

6, 30

6, 30

-

-

-

-

100

-

1998

7, 60

7, 60

-

-

-

-

100

-

1999

-

-

-

46

46

-

-

-

2000

25, 60

25, 60

-

48

48

-

100

-

2001

38, 10

38, 10

-

57

57

-

100

-

2002

28, 00

28, 00

-

50

50

-

100

-

2003

13, 00

13, 00

-

52

52

-

100

-

2004

20, 30

-

20, 30

-

-

-

-

100

2005

39, 38

15, 10

24, 28

26

46

14

38, 3

61, 7

2006

17, 66

63, 02

113, 6

43

98

12

35, 7

64, 3

2007

406, 7

153, 5

253, 2

63

148, 3

11, 9

37, 8

62, 2


Qiymətli kağızların nominal üzrə dövriyyədəki həcmi son beş illərdə 31 dəfə artmışdır. Lakin həmin bazarın mühüm fərqləndirici xüsusiyyəti dövriyyədəki qiymətli kağızların əsas etibarilə qısamüddətli sənədlərdən ibarət olmasıdır.

Milli Bank daxili maliyyə bazarlarının inkişafının stimullaşdırılması və monetar tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində üç əsas məqsəd üzrə tədbirlər həyata keçirir. Bu tədbirlər ipoteka kreditləri sisteminin inkişaf etdirilməsini valyuta bazarında elektron ticarətin təkmilləşdirilməsini və yeni monetar alətlərin təhlili və tətbiqini əhatə edir.

Azərbaycanın qiymətli kağızlar bazarı maliyyə bazarının nisbətən zəif inkişaf etmiş seqmentidir. 1996-cı ildən başlanmış və pozitiv makroiqtisadi amillərin təsiri altında sürətli inkişaf tempi göstərmişdir. Azərbaycanda mövcud olan ödəməmələr problemi 90-cı illərdə iqtisadiyyatın inkişaf etməsində ən ciddi əngəllərdən biri idi. Ödəməmələr probleminin mövcud vəziyyətində veksel dövriyyəsinin tətbiqi mühüm əhəmiyyət kəsb edir və iqtisadiyyatın hazırki durumu bu problemin həll edilməsi üçün münbit zəmin yarada bilər. Veksel bazarının yaradılması və inkişaf etdirilməsi ölkəmiz üçün çox aktualdır. Qiymətli kağızlar bazarında ən önəmli sektorlardan biri korporativ qiymətli kağızlardır. Özəlləşdirmə prosesinin inkişaf etdirilməsi məqsədi ilə qiymətli kağızlar bazarında “Mavi fişkalar”ın mövcud olması səhm bazarının inkişafına təkan verəcəkdir. Bu istiqamətdə əsas məsələlərdən biri mütəşəkkil səhm alqı-satqısı bazarı yaratmaqdır. Bunun üçün də sahibkarlarda korporativ təfəkkürün formalaşması çox vacibdir. Artıq Bakı Fond Birjasında özəlləşdirilmiş müəssisələrin səhmləri üzrə bir sıra əqdlər bağlanıb.

Bütövlükdə QKDK-nın fəaliyyəti Azərbaycanda qiymətli kağızlar bazarının infrastrukturunun yaranması və inkişaf etdirilməsinə, dövlət tərəfindən tənzimlənməsinə, iqtisadi problemlərin həllinə və yerli bazarın beynəlxalq maliyyə bazarları sisteminə inteqrasiyasına yönəldilmişdir.

Qiymətli kağızlar bazarındakı proseslərə əsasən proqnozlaşdırmaq olar ki, az müddət sonra Azərbaycanda kompakt və sağlam qiymətli kağızlar bazarı olacaq.

Ölkədə iqtisadi artımın sürətlənməsi və struktur islahatlarının dərinləşməsi şəraitində maliyyə bazarlarının bütün seqmentlərində canlanma və inkişaf müşahidə olunmuşdur. Valyuta bazarında əməliyyatlar qiymətli kağızlar bazarında REPO, əks REPO və dilinq əməliyyatları, kredit bazarında mərkəzləşdirilmiş kredit, lombard və overnayt əməliyyatları Milli Bankın əsas maliyyə alətləri olmuşdur.

Milli Bank bu maliyyə alətlərindən istifadə etməklə pul-kredit və məzənnə siyasətinin hədəflərinin həyata keçirilməsini təmin edir. Belə ki, ölkədə iqtisadi artımın fiskal amillərinin fəallaşması nəticəsində artan pul kütləsi parametrlərinə təsir göstərmək məqsədi ilə Milli Bank qiymətli kağızlar bazarında dilinq əməliyyatlarından fəal istifadə edir. Maliyyə bazarlarının etibarlılığının artırılması və bank sisteminin likvidliyinin effekli idarə olunması məqsədi ilə REPO və əks REPO əməliyyatları ilə yanaşı mərkəzləşdirilmiş kredit, overnayt və lombard əməliyyatları Milli Bank tərəfindən geniş istifadə olunur. Əməliyyatların həcminin bazarda artması ilə yanaşı pul siyasətinin açıq əməliyyatlar vasitəsi ilə həyata keçirilməsi imkanlarının genişlənməsi diqqət mərkəzindədir.

2007-ci il ərzində qiymətli kağızlar bazarının inkişafı istiqamətində məqsədyönlü işlər görülmüşdür. Bu tədbirlərin nəticəsində qiymətli kağızlar bazarında bir neçə il ərzində müşahidə olunan artım tendensiyaları 2007-ci ildə də davam etmişdir. Qiymətli kağızlar bazarının daha intensiv inkişafı üçün bir sıra normativ hüquqi aktlar qəbul edilmişdir. 2007-ci il ərzində 795 mln. manat məbləğində 137 səhm buraxılışı dövlət qeydiyyatına alınmışdır ki, bu da 2006-cı ilin müvafiq göstəricisindən 2, 3 dəfə çox olmişdur. Səhm buraxılışı üzrə 2006-cı ildə 100 emitent qeydiyyata alındığı halda, 2007-ci il ərzində emitent qeydiyyatı 113 olmuşdur.

Səhmlər üzrə təkrar bazarda 147 mln. manat məbləğində əqd bağlanılmışdır kı, bunun da 83 mln. manatlıq hissəsi Bakı Fond Birjasının, 64 mln. manatlıq hissəsi birjadan kənar bazarın payına düşmüşdür.

2007-ci il ərzində 72 mln. manat məbləğində 20 korporativ istiqraz buraxılışı qeydiyyata alınmışdır. Korporativ istiqraz üzrə təkrar bazarda yüksək artım müşahidə olunmuşdur. Belə ki, təkrar bazarda 14 mln manat məbləğində korporativ istiqraz üzrə 171 əqd qeydə alınmışdır ki, bu da 2006-cı ilin göstəriciləri ilə müqayisədə əqdlər üzrə 2, 8 dəfə, məbləği üzrə isə 8 dəfə çox olmuşdur.

2007-ci il üzrə dövlət qiymətli kağızlarının emissiyası və yerləşdirilməsi üzrə göstəricilərin artması müşahidə olunmuşdur. Belə ki. Dövlət qısa müddətli istiqrazlarının emissiyalarının ümumi həcmi 276 mln. manat olmuşdur ki, bu da 2006-cı ilin müvafiq göstəricisindən 25 faiz çoxdur.



9. 3. Bank sektorunun formalaşması və inkişafı.

Banklar müasir bazar iqtisadiyyatının təsərrüfat strukturunun qan damarıdır. Müəssisələrin və əhalinin külli miqdarda pul hesablaşmaları və ödəmələri banklar vasitəsilə həyata keçirilir, onlar əhalinin müxtəlif təbəqələrində mövcud olan yığımlar və gəlirləri səfərbər edərək borc kapitalına və onun vasitəsilə də fəal işləyən kapitala çevirir, çoxsaylı kredit, sığorta, vasitəçilik, investisiya və digər əməliyyatları həyata keçirirlər. Keçid iqtisadiyyatı şəraitində istehsalın elmi-texniki yeniliklər əsasında modernləşdirilməsi və yenidən qurulması, istehsal edilmiş məhsulların satılması problemləri borc vəsaitinə külli miqdarda ehtiyac yaradır. Bir sözlə kredit sisteminin modernləşməsi və inkişafı təmin olunmadan iqtisadi inkişafa nail olmaq mümkün deyildir.

Məhz buna görə də müstəqil və modern bank sisteminin yaradılması və inkişaf etdirilməsi Azərbaycanda aparılan radikal islahatların mühüm istiqa­mətlərindən birini təşkil edir.

7 avqust 1992-ci ildə bu sahədə iki mühüm qanun qəbul edildi: «Milli Bank haqqında» və «Banklar və bank fəaliyyəti haqqında» qanunlar. Onlar müstəqil Azərbaycanın milli bank sisteminin təməlini qoydu və bank qanunvericiliyini bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırdı.

Qanunvericiliyə əsasən ölkəmizdə iki pilləli bank sistemi yaradılmışdır. Bank sisteminin yuxarı pilləsini təşkil edən Milli Bank mərkəzi bank (ehtiyat sistemi) funksiyasını yerinə yetirir və pul emissiyasında müstəsna hüquqa malikdir. Onun qarşısına aşağıdakı vəzifələr qoyulmuşdur: milli pul vahidinin sabitliyini təmin etmək, kredit, pul tədavülü, hesablaşmalar və valyuta münasibətləri sahəsində dövlət siyasətini həyata keçirmək, bankların fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyənləşdirmək və onlara riayət olunmasına nəzarət etmək, kredit orqanları və əmanətçilərin mənafeyini qorumaq.

Bank sisteminin aşağı pilləsini bilavasitə bank əməliyyatlarını yerinə yetirən kommersiya və səhmdar kommersiya bankları təşkil edir.

Məlum olduğu kimi inzibati-amirlik sistemində banklar bank xidməti ilə yanaşı inzibati və nəzarət funksiyalarını yerinə yetirirdi. İqtisadiyyatda bazar münasibətlərinin formalaşması bankların həmin funksiyalardan azad edilməsini və müəssisələrin sərbəst fəaliyyətinin təmin olunmasını tələb edirdi. Məhz bununla əlaqədar olaraq bank fəaliyyəti haqqında qanunda iqtisadiyyatda bazar münasibətləri mövcud olan dünya ölkələrinin təcrübəsinə uyğun olaraq yalnız banklara məxsus fəaliyyətin həyata keçirilməsi təsbit edilmişdir. Özlərinə xidmət göstərən bankların seçilməsində müəssisələrə müstəqillik verilmişdir. Eyni zamanda banklar da öz fəaliyyətində müstəqillik əldə etdilər.

Belə ki, banklar cari bank fəaliyyətində yəni müştəriləri xidmətə qəbul etməkdə, öz əməliyyatları üzrə faiz dərəcələrini və komisyon haqlarının miqdarını müəyyən etməkdə və digər cari məsələlərin həllində tam sərbəst oldu. Milli Banka isə banklar üzərində yalnız iqtisadi üsullar vasitəsilə fəaliyyətinin tənzimi və ümumi nəzarəti həyata keçirmək səlahiyyəti verilmişdir.

Ölkəmizdə iqtisadi islahatlar dərinləşdikcə və iqtisadiyyatımız bir inkişaf mərhələsindən digər inkişaf mərhələsinə qədəm qoyduqca, bank sistemində apa­rılan islahatlar dəqiqləşdirilmiş və günün tələblərinə uyğunlaşdırılmışdır.

1996-cı ilin iyununda həmin qanunlar beynəlxalq maliyyə-kredit təşkilat­larının tövsiyələri də nəzərə alınmaqla dünya standartlarına uyğunlaşdırı­laraq, yeni redaksiyada qəbul olunmuşdur.

Yeni bank qanunvericiliyinə əsasən, Milli Bankın müstəqillik statusu möhkəmlənmiş və müəyyən olunmuşdur ki, öz fəaliyyətində o yalnız Respublika Prezidentinə tabedir və ona hesabat verir. Milli Banka verilən müstəqillik, ona bank sisteminin inkişafını daha səmərəli əlaqələndirməyə, fəal və çevik pul-kredit siyasəti yeritməyə imkan yaratmışdır.

Bank sistemində radikal islahatlara dörd iri dövlət bankında dövlətin payının azaldılması, səhmləşdirilməsi ilə başlanmışdır. Dövlət banklarının yenidən qurulması ilə yanaşı, yaranmaqda olan xüsusi sektorda bank xidmətinin inkişaf etdirilməsi üçün özəl bankların və bank olmayan kredit təşkilatlarının yaradılması üçün yeni imkanlar ortaya qoymuşdur.

Bank sisteminin ikinci pilləsində də islahatlar daha da dərinləşdirilmişdir. Əgər dövlət banklarında aparılan islahatlar əsasən onların strukturunun təkmil­ləşdirilməsinə, kreditləşdirmə mexanizminin yenidən qurulmasına və bank əməliyyatlarının daha qısa müddət ərzində yerinə yetirilməsinə yönəldilmişdirsə, özəl banklar üzrə islahatların əsas istiqaməti onların nizamnamə fonduna qoyulan tələblərin artırılması, bankların maliyyələşdirmək imkanlarının genişləndirilməsi olmuşdur. [114, s. 287].

Bankların rəqabət imkanlarını genişləndirmək, üzərlərinə düşən öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək üçün bankların kapitallarının iriləşdirilməsi, təmərküzləşdirilməsi və bu əsasda onların iqtisadiyyatı maliyyələşdirmək imkanlarını genişləndirmək məqsədilə nizamnamə kapitallarının minimum həddinə qoyulan tələbin artırılması həyata keçirilmişdir.

1998-ci ilin iyul ayından başlayaraq Azərbaycanda yeni açılan banklar üçün nizamnamə fondunun minimum həddi manatla 5 mln. ABŞ dolları ekvivalentinə bərabər, fəaliyyətdə olan banklar üçün isə 1, 25 mln. ABŞ dolları ekvivalentinə bərabər qəbul edilmişdir.

Bankların etibarlı və sağlam fəaliyyətinin təmin edilməsi üçün onun yetərli kapitallaşması mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdə məcmu kapital tələbinin 2004-cü ilin sonunda 3, 5 mln. ABŞ dolları ekvivalentinə, 1. 01. 2006-cı ildən isə 5 mln. ABŞ dolları ekvivalentinə çatdırılması haqqında qərar qəbul edilmişdir.

Beləliklə, bank sistemində islahatların əsas tələbi bankların dayanıqlığının artırılmasıdır. Bankların sistemli dayanıqlığı onlara qarşı etibarı artıracaq və bununla da bank sektorunda sərmayələrin artırılması, eləcə də kredit təşkilatlarının genişlənləndirilməsi təmin ediləcək. Rəqabətin inkişafı bank xidmətlərinin keyfiy­yətinin artmasına və iqtisadiyyatın real sektoru tərəfindən bu xidmətlərə olan tələbatın artmasına zəmin yaradacaq.

Bank islahatları sərbəst rəqabət mühitinin formalaşması və inkişafı məqsədilə xarici bank kapitalının formalaşmasına da imkan vermişdir. Nəticədə, ölkəmizdə xarici bankların fəaliyyəti genişlənməyə başlamışdır. Onu da nəzərə almaq lazımdır ki, əvvəllər yerli bankların güclənməsi, onların rəqabətqabiliyyətli kredit təşkilatlarına çevrilməsi üçün xarici banklar müəyyən limit çərçivəsində (bank kapitalının 90%-nə qədər) fəaliyyət göstərməsi qaydası müəyyən edilmişdir. Milli bank kapitalı ölkə iqtisadiyyatında öz mövqeyini möhkəmləndirdikcə 2004-cü ilin yanvarından xarici banklar sahəsində məhdudiyyət aradan qaldırılmışdır.


Cədvəl 9. 5.

Azərbaycan Respublikasında bankların sayı*





1996

2000

2001

2002

2003

2004

2005

2006

2007

Cəmi banklar

136

59

53

46

46

44

44

44

46

O cümlədən

-dövlət bankları


4

3

2

2

2

2

2

2

2


-özəl banklar

132

56

51

44

44

42

42

42

44

-xarici kapitallı banklar

13

16

16

15

17

15

18

20

21

- nizamnamə kapitalının 50%-dən 100%-ə qədərini təşkil edən

6

5

5

4

4

5

5

5

6


- nizamnamə kapitalının 50%-dən az hissəsini təşkil edən

5

9

9

9

11

9

11

13

13


-xarici bankların yerli filialları

2

2

2

1

2

2

2

2

2

*[46a, 2008, №1, s. 40]
Verilən məlumatlardan göründüyü kimi bankların sayı 1996-cı ildə 136-dan 2000-ci ildə 59-a qədər azalmışdır. 2004-cü ildən sonra onların sayı sabitləşərək 44, 2007-ci ildə isə 46 olmuşdur. Onların böyük əksəriyyəti (44-ü) özəl banklardan ibarətdir. Bankların təxminən yarısında (21) xarici sərmayə iştirak edir. Onlardan 13-də xarici kapital nizamnamə kapitalının 50%-dən az hissəsini təşkil edir.

Bankların coğrafi strukturuna nəzər saldıqda məlum olur ki, onların böyük əksəriyyəti Bakı və Gəncə şəhərlərində yerləşmişlər. Ona görə də bankların yerli filiallarının artması (2000-ci ildə 195-dən 2007-ci ildə 485-ə çatmışdır) diqqətə layiqdir.

Təhlil göstərir ki, bank kapitalında sürətli təmərküzləşmə prosesi gedir. Belə ki, əgər məcmu kapitalı 10 mln. AZN-dən artıq olan bankların sayı 2004-cü ildə 4-dən 2008-ci ilin yanvar ayında 38-ə çatmışdır. Ümumi bank kapitalında onların xüsusi çəkisi müvafiq olaraq 30, 6%-dən 94, 6%-ə qədər yüksəlmişdir.

Son illərdə aparılan pul-kredit siyasəti nəticəsində bankların aktivləri və kapitalı yüksək sürətlə artmaqda davam edir. Beləki, bankların cəmi aktivləri 1. 01. 2006-cı il 2252, 0 mln. manatdan 1. 02. 2008-ci ildə 3 dəfyə qədər artaraq 6717, 6 mln. manat təşkil etmişdir.


Ümumiyyətlə son 3 ildə bank sisteminin aktivlərinin strukturu aşağıdakı kimi olmuşdur. (mlrd. man. )






01. 012005


01. 012006


01. 01. 2008


Nəğd vəsait

498, 2

548, 5

285, 9

Müxbir hesablar

2148, 2

2312, 2

693, 1

Maliyyə sektoruna tələblər

411, 8

478, 2

268, 1

Qeyri-maliyyə sektoruna tələblər (xalis)

3467, 3

6344, 4

4476, 5


İnvestisiyalar

427

558, 8

466, , 2

Digər aktivlər

812, 3

1017, 7

578, 4

Cəmi aktivlər

7764, 8

11259, 9

6717, 6

Bank aktivlərinin artmasında bankların müştərilərə verdiyi kreditlərin miq­ya­sının artması mühüm rol oynayır. Ölkənin iqtisadi potensialı artdıqca iqtisa­diyyatın inkişafına da daha çox kredit qoyuluşları həyata keçirilir. Belə ki, 2003- 2007-ci illər ərzində kredit həcmi 7 dəfə artmışdır. Xüsusilə yüksək artım 2006- 2007-ci illərdə hiss olunur. 2007-ci il ərzində bu sahədə 1, 9% artım baş vermişdir.

Əgər 2001-ci ildə aktivlərin cəmisi 41%-i kredit əməliyyatlarının payına düşürdüsə, bu nisbət 1.01.2003-cü ildə 45, 6%, 1. 01. 2006-cı ildə 56, 4%-ə və 1. 02. 2008-ci ildə 66, 4%-ə yüksəlmişdir. Cəmi aktivlərdə investisiyaların xüsusi çəkisi də 1.01.2006-cı ildə 4, 96%-dən 1. 02. 2008-ci ildə 6, 9%-ə yüksəlmişdir.

Kredit imkanlarının genişlənməsini heç də yalnız neft gəlirlərinin sürətli artımı ilə izah etmək mümkün deyildir. Çünki Rusiya Federasiyasında neft gəlirlərinin sürətlə artması ölkədə kredit və investisiya imkanlarının artması ilə müşayiət olunmamışdır. Belə ki, Rusiya Federasiyasının Elmlər Akademiyasının müxbir üzvü S. Qlazyev narahatlıq hissi ilə qeyd edir: «Hal-hazırda Rusiyada həyata keçirilən pul siyasətində bir sıra təzadlar özünü göstərir. Neft ixracından valyuta gəlirləri nə qədər çox daxil olursa, Rusiya müəssisələrinin sərəncamında bir o qədər az kredit resursları qalır, xarici investisiya axını nə qədər çoxdursa, daxili yığım imkanları bir o qədər azdır, büdcə profisiti nə qədər çoxdursa, daxili dövlət borcları bir o qədər çoxdur. Belə vəziyyəti izah etmək çətindir». [324, 2007, №5, s. 34].

Azərbaycandakı vəziyyət bu baxımdan nəzərdən keçirildikdə aydın olur ki, bizdə vəziyyət kökündən fərqlidir və daxil olan neft gəlirləri və xarici investisiyalar pul kanalları vasitəsilə iqtisadiyyatın daxili resurslarının artırılmasına yönəldilir.

İqtisadiyyata kredit qoyuluşları da ÜDM-a nisbətən sürətlə artaraq 2006-cı ildə 12, 1%-dən 2007-c ildə 18, 9%-ə yüksəlmişdir.

Real sektora verilən kreditlərin strukturunda manatla verilən kreditlər artma meyli göstərir. Yalnız 2005-ci il ərzində manatla təsbit edilmiş kreditlərin payı 31, 1%-dən 1.01.2008-ci ildə 53, 7%-ə yüksəlmişdir ki, bu da manata olan etibarlılığın artmasının bir göstəricisidir. Qeyri-maliyyə sektoruna verilmiş kreditlərin müddət strukturuna nəzər saldıqda burada uzunmüddətli kreditlərin payının artması diqqəti cəlb edir. Belə ki, 2000-ci ildə uzunmüddətli kreditlər cəmi kreditlərin 27, 2%-ni edirdisə, həmin nisbət 2007-ci ilin sonunda 65, 4%-ə yüksəlmişdir. Bu iqtisa­diyyatın kredit qoyuluşlarına olan tələbinin ödənilməsi üçün çox mühümdür.

Bank sahəsində də gedən liberallaşma prosesinin nəticəsi olaraq kredit qoyuluşlarında dövlət banklarının xüsusi çəkisi sürətlə azalır.

Belə ki, 2006-cı ildə iqtisadiyyata kredit qoyuluşlarının 65, 5%-i dövlət bankları tərəfindən həyata keçirilirdisə, aprel 2007-ci ildə bu nisbət 42, 5%-ə qədər azalmışdır. Özəl bankların payı isə həmin dövrdə müvafiq olaraq 34, 1%-dən 57, 5%-ə qədər yüksəlmişdir. İqtisadiyyata kredit qoyuluşlarında xarici kapitalı özəl banklar da xeyli aktivləşmişlər. Kredit qoyuluşlarında onların payı 2000-ci ildə 13, 6%-dən aprel 2007-ci ildə 21, 6%-ə qədər yüksəlmişdir. Azərbaycan reallığında iqtisadiyyata kredit qoyuluşlarının tərkibində qeyri-bank kredit təşkilatlarının payı sürətlə azalır: 2000-ci ildə 18, 7%-dən aprel 2007-ci ildə 2, 6%-ə qədər.

Kreditlərin səmərəliliyi baxımından onların sahələr üzrə strukturu böyük əhəmiyyət kəsb edir. Təhlil isə göstərir ki, real sektora verilən kreditlərin tərkibində ev təsərrüfatına (fiziki şəxslərə) verilən kreditlər öz həcminə görə birinci yeri tutur və xüsusi çəkisi durmadan artır. Onların xüsusi çəkisi 2000-ci ildə 8, 9%-dən 1. 01. 2008-ci ildə 35, 4%-ə yüksəlmişdir. Bu onu göstərir ki, əhalinin kreditləşməsi bank xidmətinin mühüm hissəsinə çevrilməkdədir.



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin