Alitsiklik sıradan olan vitaminlər
Retinollar (A vitamini). Bu birləşmələr trimetiltsikloheksan tsiklinə daxil olan, tetrayen zənciri ilə birləşən, spirt və ya aldehid qrupu ilə qurtaran 20 karbon atomundan təşkil olunmuşdur.
A Vitamini (retinol)
Bir çox bitkilərdə (yerkökü, ispanaq, kahı, cəfəri, yaşıl soğan, əvəlik, qırmızı istiot, qara qarağat, itburnu, qaragilə, rus alçası, pomidor, şaftalı, ərik və d.) retinolun provita-mini olan α-, b- və g- karotinlər olur. İnsan orqanizmində karotinlərdən retinol əmələ gəlir. Bir molekul b-karotin parçalandıqda iki molekul A vitamini əmələ gəlir.
C40H56+2H2O → 2C20H29OH
β-karotin A vitamini
Retinol maddələr mübadiləsinin normal getməsini, orqanizmin böyümə və inkişa-fını, gözün normal fəaliyyətini təmin edir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır. İnsanın retinola olan sutkalıq tələbatı 1-2,5 mq-dır.
β-karotin (C40H56)
Fitoin (C40H64)
Likopin (C40H56)
Aromatik sıradan olan vitaminlər
Naftoxinonun törəmələri (K qrupu vitaminləri). Onların ümumi formulu aşağıdakı kimidir:
Kimyəvi quruluşundan asılı olaraq təbii K qrupu vitaminlərini şərti olaraq filloxinon və menaxinonlar qrupuna bölürlər.
Filloxinon (K1 vitamini) kimyəvi quruluşca 2-metil-3-fitil-1,4-naftoxinondan ibarətdir. Onun tərkibində 3-cü vəziyyətdə (R) 20 karbon atomundan ibarət qismən doymuş bir izopren zənciri yerləşir:
K1 vitamini (filloxinon)
Filloxinon bitkilərin (qarayonca, ispanaq, gül kələm, iynəyarpaqlılar, yaşıl pomi-dor, kənaf və d.) yaşıl hissələrində daha çoxdur.
Menaxinonun da (K3 vitamini) molekulunun əsasında həmin 2-metil-1,4-naftoxinon yerləşir, lakin fitoxinondan yan zəncirinin (R) quruluşu ilə fərqlənir. Yan zəncir müxtəlif sayda (4- 9) doymuş izoprenoid halqalarından təşkil olunmuşdur.
Menaxinon bakteriyaların, o cümlədən heyvanların və insanların bağırsaqlarında həyat sürən bakteriyaların həyat fəaliyyətinin məhsuludur.
K qrupu vitaminləri antihemorragik maddələr olub, orqanizmdə qanın laxtalanma sisteminin normal fəaliyyətini təmin etmək üçün zəruridir. Belə ehtimal olunur ki, bu vitaminlər qaraciyərdə protrombinin əmələ gəlməsi üçün istifadə edilir, həmçinin qanın laxtalanmasında iştirak edən digər komponentlərin, ilk növbədə fibrinogenin əmələ gəlməsini təmin edir. Orqanizmdə K qrupu vitaminlərinin çatışmazlığı protrombinin azalmasına, qanın laxtalanmasının zəifləməsinə və qanaxmalara səbəb olur.
Dostları ilə paylaş: |