Heterotsiklik sıradan olan vitaminlər və kofermentlər
Tokoferollar (E vitamini). Kimyəvi quruluşuna görə tokoferollar xromanın (benzo-g-dihidropiranın) törəmələridir.
Xroman
α-tokoferol β-tokoferol γ-tokoferol
burada,
Kimyəvi quruluşunun əsasında tokol yerləşən 7 tokoferol məlumdur. Tokoferollar bir-birlərindən 5, 7 və 8-ci vəziyyətlərdə yerləşən metil qruplarının sayı ilə fərqlənirlər.
Tokoferollar bitki yağlarında, həmçinin bitkilərin yaşıl hissələrində, xüsusilə buğda, qarğıdalı rüşeymlərinin və çaytikanının yağında çox toplanır. Tərkibində 3 metil qrupu olan α-tokoferol (günəbaxan yağındakı) daha fəaldır. α-tokoferol cinsiyyət vəziləri epitelinin normal inkişafını və funksiyasını, həmçinin rüşeymin inkişafını tənzimləyir.
Tokoferollar oksidləşmə əleyhinə fəal təsir göstərən vasitələrdir (antioksidantlar-dır). Onlar oksidləşmə-reduksiya reaksiyalarında iştirak edir, digər maddələri oksidləşməkdən qoruyur. b- və g- tokoferolların daha yüksək antioksidant fəallığa malik olması müəyyən edilmişdir.
P qrupu vitaminləri ( Flavonoidlər)
P qrupu vitaminlərini keçiricilik vitaminləri də adlandırmaq olar. Bu vitaminlər askorbin turşusu ilə birgə daha fəal təsir göstərdiklərinə görə onları bəzən C2 vitamini də adlandırırlar. P qrupu vitaminlərinə təbii birləşmələrin böyük bir qrupunu - flavanları, katexinləri, flavanonları, auronları və digərlərini aid edirlər. Onlar müxtəlif fəsilələrdən olan bitkilərdə geniş yayılmışlar. P qrupu vitaminləri kapilyar qan damarları divarlarının keçiriciliyinin qarşısını alan bir amil olub, onların kövrəkliyini azaldır ki, xüsusilə askorbin turşusu ilə birlikdə bu təsir özünü daha aydın göstərir.
Kimyəvi quruluşundan asılı olaraq flavonoidlər həmçinin xoralar əleyhinə, hipoa-zotemik, iltihab əleyhinə, şişə qarşı, radioprotektor, ödqovucu və digər təsirlər göstərir.
Nikotin turşusu (PP vitamini). Nikotin turşusu və onun amidi kodehidraza I (di-fosfopiridinnukleotid -NAD) və kodehidraza II (trifosfopiridinnukleotid -NADF) prostetik ferment qrupu olub, hidrogen daşıyıcılarıdır və oksidləşmə-reduksiya proseslərini həyata keçirirlər.
Nikotin turşusu Nikotinamid
Nikotin turşusu və nikotinamid qarabaşaq yarmasının, yerfındığının, qurudulmuş meyvələrin, badamın, mayanın tərkibində həmçinin heyvanların müxtəlif orqanlarında (xüsusilə qarciyərdə) olur, az miqdarda isə buğda çörəyində, düyüdə, mərcidə rast gəlinir.
Nikotin turşusu qida borusunun, dərinin və sinir sisteminin normal funksiyasını təmin edir, periferik qan dövranını stimullaşdırır və qaraciyər parenximinə mühafizəedici təsir göstərir.
Dostları ilə paylaş: |