VitamiNLƏR, TƏSNİfati, FİZİKİ-KİMYƏVİ xassəLƏRİ. BİTKİ xammalindan alinmasi. EyniLİk və Mİqdari TƏYİNİ Üsullari. TƏKİBİNDƏ VİtamiNLƏr olan dərman biTKİ VƏ xammallari



Yüklə 252,36 Kb.
səhifə26/29
tarix14.12.2023
ölçüsü252,36 Kb.
#176769
1   ...   21   22   23   24   25   26   27   28   29
Farmakoqnoziya 1 II kurs mühazirə 8 aze

Kimyəvi tərkibi. Meyvələri askorbin turşusu (138-dən 568 mq-a qədər), P (1 %), B1, B2, B6, D, E, P və K vitaminləri, 17 %-ə qədər şəkər, 6 %-ə qədər antosianidinlər kompleksi, fenolkarbon turşuları, aşı maddələri, pektin maddələri, flavonollar, üzvi turşular: alma, salisil, kəhrəba və limon (4 %-ə qədər) ilə zəngindir. Meyvələrin tərkibində həmçinin efir yağı, karotinoidlər, kalsiferol, α-tokoferol, piyli yağlar, mikroelementlər: yod, manqan, sink, dəmir, mis, kobalt və s. vardır. Bitkinin meyvələrinin tərkibində P vitamini (flavonoidlər) 100 mq%-dən çox olur ki, bu da polivitaminli vasitə kimi onun faydalılıq dərəcəsini artırır.
Bitkinin yarpaqlarında 0,4 %-ə qədər C vitamini, P vitamini, iridoidlər, katexinlər, fitonsidlər, sianogen birləşmələr, aşı maddələri, üzvi turşular, flavonoidlər və efir yağı aşkar edilmişdir.
Dərman xammalı. Qurudulmuş yetişmiş meyvələrin səthi qırışlı, rəngi isə qaradır. Onların zəif ətirli iyi, turş, azacıq büzücü dadı vardır. Meyvələrin səthində tükcüklərə, ucunda isə çiçəyin qurumuş hissələrinə təsadüf edilir.
Farmakoloji təsiri. Qara qarağat vitaminli, iltihab əleyhinə, büzüşdürücü, qankəsici, tərqovucu, sidikqovucu, ödqovucu, antihipoksant, ateroskleroz əleyhinə və ümumi gücləndirici vasitə kimi isitifadə edilir. Qarağat azot mübadiləsi məhsullarını orqanizmdən xaric etmək qabiliyyətinə malikdir. Həmçinin polivitaminli vasitə və mikroelementlər mənbəyi kimi təyin olunur.
İstifadəsi. Bitkinin meyvə və yarpaqları qiymətli polivitaminli vasitə hesab edilir və iltihab əleyhinə, tərqovucu, sidikqovucu və ishala qarşı təsirlərə malikdir. Polivitaminli diuretik vasitə kimi fenilketonuriyada, həmçinin orqanizmin xoşagəlməz mənfi təsirlərə qarşı müqavimətini artırmaq üçün (adaptogen təsir) tətbiq edilir.
Meyvələrdən vitaminli preparatlar hazırlanır, eləcə də, vitaminli yığıntıların tərkibinə daxildir.
Meyvələrdən yeyinti, qənnadı və likör-araq sənayelərində də istifadə edilir.
Meyvələri isə bişirmə və ya təzə halda mədə-bağırsaq traktının xəstəliklərində, ürək ritminin pozğunluqlarında, aterosklerozda, parodontozda, qlomerulonefritdə, soyuqdəymə və infeksion xəstəliklərdə istifadə edilir.
Bitkinin meyvələrinin dəmləməsi qəbizlikdə qəbul edilir.
Qara qarağatın təzə meyvələrinin şirəsi gündə 3 dəfə 50-100 ml miqdarında qəbul edilir. Daha çox qripin başlanğıc formasında və ya soyuqdəymə xəstəliklərində təyin olunur.
Qırmızı qarağat meyvələrinin tərkibində C vitamini dəfələrlə az olduğundan, yalnız qida məhsullarına dadverici vasitə kimi istifadə olunur.



Yüklə 252,36 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin