1-Cİ MÖvzu sosiologiya elminin meydana gəlməsi, predmeti, metodu, funksiyaları, strukturu



Yüklə 206,29 Kb.
səhifə36/41
tarix26.11.2022
ölçüsü206,29 Kb.
#70653
1   ...   33   34   35   36   37   38   39   40   41
sosiologiya

Katolisizm və Pravoslavlıq. Katolisizm və pravoslavlıq vahid dinin qolları olsa da, hər ikisi xristianlığın
ümumi etiqad ehkamlarına əsaslansa da, onların həm dini təlimlərinin məzmununda, həm də kilsə idarəçiliyi
formasında müəyyən fərqlər vardır.
Katolisizm dində müəyyən dəyişikliklər etməyə, onu yeni şəraitə uyğunlaşdırmağa çalışırdısa,
pravoslavlıq dini təlimi ənənvi formada saxlamağa cəhd edirdi. Katolisizmdə bir sıra yeni inamlar və ayın
fomaları meydana çıxdığı halda pravoslavlıqda əsrlər boyu heç bir dəyişiklik baş verməmişdir. Katolisizmə görə
müqəddəs ruh təkcə ata-allahdan deyil, həmçinin oğul-allahdan da nazil ola bilər. Pravoslavlıqdan fərqli olaraq
katolisizmdə cənnət və cəhənnəmdən başqa məhşərə də etiqad vardır.
Pravoslav kilsə xadimlərindən fərqli olaraq katolisizm nümayəndələri, xüsusən də ali dini rəhbər olan
Papa dünyəvi işlərə qarışaraq siyasi mövqe nümayiş etdirirlər. Pravoslavlıqda vahid allah üç sifətdə təzahür
edir.: ata-allah (dünyanın yaradıcısı), oğul-allah (İusus Xristos), ruh-allah (yalnız ata allahdan irəli gələn ruh).
Katolisizmə görə dindar şəxs yalnız kilsənin köməkliyi və vasitəçiliyi ilə günahlarından təmizlənə bilər.
1517-ci ildə Almaniyanın Vittenberq kilsəsinin keşişi Martin Lüter özünün dini ehkamlara qarşı irəli
sürdüyü 95 tezisi ilə Protestantizm dini cərəyanını yaratdı. M.Lüter günahlardan təmizlənməni rədd edərək
ayinləri sadələşdirməyi tələb edirdi. Əsas şüar isə ilkin xristianlığa qayıtmaq idi. Nəticədə ibadət ana dilində
aparıldı, bazar günü əməklə məşğul olmaq qadağan edildi. Həmin gün insanlar kilsədə ibadət etməli oldular.
Kilsə dünyəvi hakimiyyətə tabe edildi.
Ən qədim dinlərdən biri olan İudaizm b.e. əvvəl I minillikdə Fələstin yəhudiləri tərəfindən yaradılmışdır.
Əsas ehkamları bunlardır: a) Vahid allah Yaqveyə (İeqova) etiqad; b) «Tövrat»ın (Qanun) müqəddəsliyinə
inam, c) qiyamət gününə, axirətə, o dünyada əcr veriləcəyinə inam; d) ölülərin diriləcəyinə və xilaskarın
(Messiya) zühur edəcəyinə inam; e) ruhun varlığına etiqad və s.
İudaizmin müqəddəs abidəsi hesab edilən «Əhdi-Ətiq» 5 kitabdan ibarətdir: Varlıq, Çıxış, Levit,
Rəqəmlər, İkinci qanun.
Dünya dinləri içərisində ən gənc və ən mükəmməl olanı İslam dinidir. VII əsrdə əsası Məhəmməd
peyğəmbər tərəfindən qoyulan islam dininin müqəddəs kitabı «Qurani -kərim»dir. Başqa dinlərdə olduğu kimi, islamda da ideya və təsəvvürlərin əsasını etiqad ehkamları təşkil edir:
1. Allahdan başqa ilahi qüvvə yoxdur, Məhəmməd Allahın rəsuludur.
2. Allah təkdir, əbədi və hər şeyə qadirdir.
3. Axirət haqdır, orada hər kəs cəzaya və ya mükafata layiq görüləcəkdir.
4. Quran müqəddəsdir və Allah tərəfindən göndərilmişdir.
5. Taledən qaçmaq olmaz, yazıya pozu yoxdur və s.
Bu saysız – hesabsız etiqadlar əsasında İslam dini hər bir dindar müsəlmanın qarşısında 5 əsas vəzifə
qoyur:
1. Kəlmeyi-şəhadətini oxuya bilmək.
2. Namaz qılmağı bacarmaq.
3. Oruc tutmaq.
4. Zəkat vermək.
5. Həccə getmək.
İslamın ardıcılları 1 milyard nəfərdən artıq olmaqla dünyanın 120-dən çox ölkəsində yaşayırlar. 35
ölkənin əhalisinin mütləq əksəriyyətini müsəlmanlar təşkil edir. Asiya və Afrikanın 53 dövləti İslam Konfransı
Təşkilatında birləşmişlər.
İslam dini artıq VII əsrdə iki təriqətə: sünnilik və şiəlik cərəyanlarına parçalanır. Bunlardan birincisi islam
dinini olduğu kimi saxlamağa çalışan, yalnız Məhəmməd peyğəmbərə aid olan hekayətləri müqəddəs hesab
edən cərəyan olduğu halda, ikincisi peyğəmbərin kürəkəni Əlinin tərəfdarlarını birləşdirən partiya olub,
peyğəmbər nəslindən olanları da müqəddəsləşdirirlər.
İslam dini müasir dünyada gedən sosial-siyasi proseslərə güclü təsir göstərməkdədir. Azadlıq və
istiqlaliyyət əldə etmiş olan bir sıra Asiya və Afrika ölkələrinin tarixi inkişaf yolunun müəyyənləşdirilməsi,
müstəqilliyin möhkəmləndirilməsi uğrunda mübarizənin təşkil olunması əhalisinin möhkəm dindar olduğu
həmin ölkələr şəraitində islam amilini nəzərə almadan həll oluna bilməz.
İslam dini də digər dinlər kimi XX əsrdən etibarən modernizasiya prosesinə məruz qalmışdır. İslamda heç
nəyi dəyişməməyə çağıran «qəilmlə» cəəanıa əs olan «Üuli-cəid» cəəanımodernlə .məi zəurə kimi
qəul edirdi. Məz buna göədəbu din düyanı büü qitəəindəöüətəədarlar toplamaqda davam edir.
Üumiyyələmüsir dördəictimai həatda dinin yeri vərolu məəəində2 əas meyl möcuddur:
Ekumenizm cərəyanı tərəfdarları müxtəlif dini təşkilatların qarşılıqlı anlaşma və əməkdaşlığına cəhd
göstərirlər. Əsası 1910-cu ildə Şotlandiyanın Edinburq şəhərində missioner konfransında qoyulmuşdur. Əsas
məqsədi xristianlığı müasir şəraitə uyğunlaşdırmaq, dinin böhranının qarşısını almaqdır. 1948-ci ildə kilsələrin
Ümumdünya Şurası yaradılmışdır.
Sekulyarizasiya prosesi – müqəddəs qüvvələrə, ayinlərə etiqadın azalması sayəsində dini institutların
sosial təsirinin zəifləməsini əks etdirir. Bunun isə səbəbləri aşağıdakılardır:
1. Elmin inkişafı nəticəsində bir çox sualların cavabının tapılması;
2. Dövlətlərin inkişafı nəticəsində kənar qüvvənin köməyinə ehtiyacın olmaması;
3. İqtisadiyyatın güclənməsi sayəsində insanların rifahının yüksəlişi;
4.Sosial mobillik nəticəsində ümumi birliyin itirilməsi və s.
Müasir dövrdə dünya dinlərinin inkişafı ciddi suallarla qarşılaşır. Elmi-texniki və ictimai tərəqqidən ibarət
olan müasir şərait dinin təkamülünü daha da mürəkkəbləşdirmişdir. Çünki əməli, ictimai həyatlarında dərin
inqilabi dəyişikliklərlə qarşılaşan, elmi-texniki inqilab şəraitində yaşayan insanın dünyagörüşündə də əsaslı
dəyişiklik baş verir. Müasir insan ictimai həyat, təbiət və idrak qanunauyğunluqlarına daha dərindən
yiyələndikcə onun şüurunda dini təsəvvür, bəzi ehkam və ayinçiliyin təsiri olduqca azalır. Çünki ictimai həyatda
baş verən hər bir böyük tarixi çevriliş aydındır ki, insanların baxış və təsəvvürlərində də, deməli, onların dini
təsəvvürlərində də ciddi çevriliş, əsaslı dəyişiklik əmələ gətirir.
Müasir ictimai və elmi-texniki tərəqqi şəraitində zəhmətkeş insanın şüur səviyyəsinin adi məişət
təsəvvürləri, dini görüşlər çərçivəisndə qalması artıq qeyri-mümkündür. Çünki təbiət və cəmiyyətin ona sirli
görünən əsrarəngiz cəhətləri aydınlaşır, onunla təbiət arasında hər cür dumanlı, kortəbii əlaqələrin yerini elmi,
məqsədəuyğun fəaliyyət tutur. Müasir insan dünyaya ancaq göründüyü tərzdə baxmır, o, zahiri təzahür və
görünüşlərin arxasında gizlənən daxili mahiyyəti, qanunauyğunluğu axtarır. O, başa düşür ki, ictimai formaları
96
dini təsəvvürlərdən daha çox insanın ictimai zərurəti dərk edərək, azad fəaliyyət göstərməsi müəyyən edir.
Müasir insana görə günəş çıxıb-batmır, Yer kürəsinin özü Günəş ətrafında fırlanır.
Əlbəttə, müasir dövrdə din xadimləri bu prosesi başa düşür, dini daim inkişaf edən müasir həyata
uyğunlaşdırmaq üçün çox müxtəlif üsul və vasitələrə əl atırlar. Təsadüfi deyildir ki, müasir dövrdə dinin elmə,
elmi-texniki nailiyyətlərə münasibətində ciddi dəyişiklik baş vermişdir. Din indi elmə qarşı çıxış etmir, onunla
uyğunlaşır. Hazırda din xadimləri daha incə metodlarla dinin «elməbənzərliyi», onların biri-birinə yekcinsliyi
haqqında dəlillər axtarır, hətta dini təlimdə «təmizləmə» belə aparırlar. İlahiyyatçılar dinin elmi və ictimai
tərəqqinin təkzib etdiyi əfsanəvi ehkamlarının üstündən indi ya tam sükutla keçir ya onlardan açıq imtina edir,
ya da onların bəzilərini müasir elmi dilə «tərcümə etməyə» çalışırlar. Bu prosesdə isə ilahiyyatçılar yenə də əsas
diqqətlərini müasir elmi-texniki nailiyyətlərdən dinin başlıca ehkam və müddəalarını qorumaq və saxlamaq,
dinin böhranının qarşısını almaq məqsədilə istifadə etməyə verirlər.
Müasir dünyada gedən ictimai-siyasi və mənəvi proseslərin inkişaf meylləri onu sübut edir ki, hələ
bundan sonrada uzun illər boyunca din sosial institut kimi öz əhəmiyyətini və funksiyalarını qoruyub
saxlayacaqdır. Deməli din insanların düşüncəsinə və davranışına təsir göstərən ictimai şüur forması kimi daim
sosioloji tədqiqatların mərkəzində olacaqdır.__

Yüklə 206,29 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin