Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə75/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   111
Maşın tərcüməsi 
Adi  ədəbiyyatda  maşın  tərcüməsi,  maşının  köməyi  ilə 
tərcümə, kompyuter tərcüməsi, kompyuterin köməyi ilə tərcümə, 
hətta dil mühəndisliyi kimi terminlər işlənməkdədir. 
Maşın tərcüməsi fikri XVII əsrdə meydana gələn universal dil 
ideyası  ilə bağlıdır. Tərcümə maşını üçün ilk dəfə 1933-cü ildə 
rus  Petr  Smimov  Troyanski  və  erməni  mənşəli  fransız  Georges 
Artsrouni patent almışlar, lakin onlann bu ixtirasına çox etinasız 
münasibət göstərilmişdir. 
Sonralar  bu  işlə  Warren  Weaver  ciddi  məşğul  olmuşdur, 
ikinci  dünya  müharibəsi  dövründə  elektron  kompyuter  icad 
edildi.  Bundan  İngiltərədə  şifrələri  açmaq,  ABŞ-da  isə  atəşi 
düzgün istiqamətləndirmək üçün istifadə olunurdu. 
1951-ci ildən ABŞ hökuməti maşın tərcüməsi sahəsində təd- 
qiqatlan  maliyyələşdirməyə  başladı.  Bu  sahədə  ilk  tədqiqatçı 
Yehoshua  Barhillel  oldu.  1952-ci  ildə  maşın  tərcüməsinə  həsr 
olunmuş ilk konfrans çağırıldı. Ilk tərcümə maşını 1954-cü ildə 
nümayiş  etdirildi.  Bundan  sonra  bu  sahədəki  tədqiqatlar  gah 
sürətlənmiş, gah da zəifləmişdir. 
Hazırda  Koreya,  Yaponiya,  ABŞ,  Rusiya,  Kanada  və 
Avropada  tədqiqatlar  aparılır.  Nəticələr  hələ  qənaətbəxş  deyil. 
Otta-  va  universitetindəki  tədqiqatlardan  məlum  olur  ki, 
kompyuter  vasitəsilə  ancaq  hava  haqqında  məlumatları  ingilis 
dilindən  fransız  dilinə  tərcümə  etmək  mümkündür.  Burda  da 
yəqin şə 
159 


killərin,  mənfi  və  müsbət  işarələrinin  rolu  olmuşdur.  Məlumdur 
ki,  kompyuter  işarələrin  tanınması  prinsipi  əsasında  seçmə  apa- 
nr. 
Maşın tərcüməsinin tam müvəffəqiyyət qazana bilməməsinin 
səbəbləri təxminən aşağıdakılardır: 
■  Kompyuter  kök  sözü  seçir,  şəkilçiləri  quraşdıra  bilmir. 
Məsələn, gəlirəm cümləsi bir sözdən ibarətdir. Bu bir sözdə həm 
şəxs, həm zaman, həm mübtəda, həm də xəbər var. ingilis dilində 
tərcümə  edilsə,  maşın  onu  ya  1  am  coming,  ya  da  /  come  kimi 
tərcümə etməlidir. Hansının düzgün olması kontekstdən asılıdır. 
Maşın isə kontekstə girə bilmir, 
■  Maşın  sözdəki  praqmatik  mənanı  duya  bilmir,  məsələn: 
ingilis  dilində  to  die  felini  götürək.  Oxford  Dictionary  of 
Synonyms and Antonyms (25) bu fel üçün aşağıdakı sinonimləri 
verir: L to bite the dust, to breathe one s last, to cease to exist, to 
come to the end, to decease, to depart, to expire, to fall, to give up 
the ghost, to kick the bucket, to lay down one’s life, to pass away, 
to peg out. to perish, to pop off, to snuff it, to starve. 2. to decline, 
to  decrease,  to  die  away,  to  disappear,  to  droop,  to  dwindle,  to 
ebb, to end, to fade, to fail, to fizzle out, to go out, to languish, to 
lessen,  to  peter  out,  to  stop,  to  subside,  to  vanish,  to  wane,  to 
weaken, to wilt, to wither. 
Məlumdur ki, kompyuter bu sözlərdəki məna fərqini duymur. 
Ona görə də ölmək feli üçün onlardan hər birini seçə bilər. Bu da 
sözün işləndiyi kontekstə görə məqbul sayılmaz. 
■  Sözlərdəki  çoxmənalılığı  və  məcaziliyi  də  kompyuter 
duymur. 
■  Frazeoloji  birləşmədə  onun  komponentlərinin  öz  lüğəti 
mənada  işlənməməsi,  hamısının  birlikdə  müəyyən  məna  kəsb 
etməsi də bu işə mane olur. 
Kompyuterlə tərcümə elmi-texniki ədəbiyyatın tərcüməsində 
müəyyən uğur qazana bilər, çünki mətn  əsasən monoseman- tik 
terminlərdən  ibarətdir.  Burda  da  mütəxəssis  redaktəsinə  ciddi 
ehtiyac var. 
160 



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin