MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 105 ____________________________
•
Qurulan münasibətlərin dərinliyi.
Bu amilləri nəzərə aldıqda sərrast marketinq-menecmentin
yeri şəkil 18-dəki kimi təyin edilən olur.
Şəkil 18. Müəssisənin marketinq strategiyasının ümumi
strukturunda sərrast marketinqin yeri
Kütləvi marketinq bütün müştərilər üçün eyni
məlumatlarla işlədiyindən, burada fərdiləşdirmə səviyyəsi aşağı
olur və hədəf seçilən auditoriya geniş spektrliliyi ilə seçilir.
Kütləvi marketinqdə informasiya axını biristiqamətli olub, yalnız
istehsalçıdan istehlakçıya yönəlir. Odur ki, kütləvi marketinqdə
münasibətlər səthi və dayaz xarakter daşıyır.
Kütləvi marketinqin əksinə olaraq, fərdiləşdirilmiş
marketinq müxtəlif marketinq məlumatlarından istifadə edir.
Buna görə də burada fərdiləşdirmə səviyyəsi olduqca
yüksəkdir. Fərdiləşdirilmiş marketinqdə hər bir müştəri ilə
ayrıca münasibət qurulur. Yəni, burada hədəf seçilən
auditoriyanın spektral darlığı qabardılır. İstehsalçı ilə istehlakçı
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 106 ____________________________
arasında dialoq rejimində informasiya mübadiləsi, yəni, dərin
münasibətlər mövcuddur.
Məqsədyönlü
marketinq
kütləvi
marketinqlə
fərdiləşdirilmiş marketinq arasında yerləşməklə, müxtəlif
təmərküzləşmə səviyyələri nümyiş etdirir və bazarın müəyyən
seqmentlərinə istinad edən marketinq məlumatları ilə iş görür.
Burada münasibətlər hədəf seçilən seqmentdəki müştərilərin
reaksiyaları ilə bağlı olan əks-əlaqədən istifadə edilərək qurulur.
Sərrast marketinq fərdi və dar profilli məqsədyönlü
yanaşmaları özündə birləşdirir ki, bu da marketinq səylərini
bazarın daha gəlirli seqmentlərinə və yarım seqmentlərinə
yönəltməyə və qarşılıqlı fəaliyyət kontaktlarının tam tsiklində
müştərilərlə dərin fərdi münasibətlər qurmağa imkan verir.
Beləliklə, sərrast marketinq (şəkil 19) müasir idarəetmə,
təhlil və satış metodları kompleksi olub, fərdiləşdirməyə,
kanalların
inteqrasiya
edilməsinə
və
münasibətlərin
optimallaşdırılmasına istiqamətlidir.
Bu baxımda:
•
Fərdiləşdirmə - şirkətin gəlirlərinin artmasında xüsusi
çəkisi və əhəmiyyəti böyük olan ayrı-ayrı müştərilər və
bazar seqmentləri barədə fərdi məlumatların əldə
edilməsi;
•
Kanalların inteqrasiya edilməsi – müştərilərlə qarşılıqlı
fəaliyyətin bütün kanalları üzrə biliklərin və
informasiyanın ümumiləşdirilməsi;
•
Münasibətlərin optimallaşdırılması – bütün kontakt dövrü
ərzində müştərilərlə münasibətlərin yaradılmasının
faydalılığının maksimumlaşdırılması kimi başa düşülür.
|