327
Сечилмиш ясярляри
lX
cümlələrin mənaca ən müxtəlif quruluşlu
cümlələrlə uyğunluğu, bəzən mütləq eyniliyi bu iki
cümlə strukturu arasında ekvivalentlik yaradır.
Konkret
nəticə budur ki, söz-cümlələr
məzmun etibarı ilə sadə cümlənin təktərkibli,
cüttərkibli, bütöv və yarımçıq tipləri ilə ekvivalent
ola bildiyi kimi, tabesiz və tabeli
mürəkkəb cümlə
tipləri ilə də ekvivalentlik yarada bilir.
2. Sadə (üzvlənən) cümlə ilə mürəkkəb
cümlə ekvivalentliyi
Yaxın məzmunu
ifadə etmək üçün dildə
tükənməz ehtiyat əmələ gətirən variantlar,
ekvivalentlər, dubletlər mövcuddur.
Məzmun eyniliyi dildə mövcud olan ifadələr
zəmini, yaxud bu ifadələrin parçalanması, ayrılması
əsasında əmələ gəlir.
Ekvivalentlər
formaca müxtəlif, məzmun və
eləcə də başqa xüsusiyyətlərinə görə tamamilə eyni
olan dil vahidləridir. Bu cəhətin birinci hissəsi
(formaca
müxtəlif)
sinonimin
xarakterinə
uygundur. Lakin müxtəlif formalı
sinonimik quru-
luşların yaxın məna ifadə etməklə başqa bir
quruluşun qrammatik mənasına potensial şəkildə
malik olması, məna çaları baxımından fərqlənməsi
ilə səciyyələnir.
Ekvivalentlər kontekstdən asılı
olmayaraq,
bir-birini əvəz edə bildikləri halda, sinonimlər
kontekstin köməyi ilə qrammatik mənanın
imkanlarını reallaşdırır.