III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1419
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
ÇAĞDAŞ TARİXİMİZİN YENİLMƏZ SƏRKƏRDƏSİ
Baxış ƏLƏSGƏROV, Araz ƏLİYEV
Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı
cesaret8325@mail.ua
AZƏRBAYCAN
XX-XXI əsr Azərbaycan tarixinin ən parlaq siması olan Heydər Əliyevin siyasi obrazı
Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarə-
çilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir.
Tarixşünaslıq elmi Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan
dövlətinin tarixi keçmişini, bu gününü, gələcəyini, ölkəmizdə həyata keçirilən dövlət qurucu-
luğu prosesini, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını, milli mədəniyyətimizi öyrə-
nir. Çağdaş tariximizdə Azərbaycan dövlətinin özünütəsdiq faktına çevrilmiş Heydər Əliyev
fenomeni Respublikaya rəhbərliyi dövründə möhkəm təməllərə əsaslanaraq fundamental
dövlətçilik ənənələri formalaşdırmış, milli müstəqilliyimiz əbədiləşmişdir. Ulu öndərin Res-
publikaya rəhbərliyi dövründə Azərbaycançılıq ideologiyası özünün ən yüksək zirvəsinə
çatmışdır. O, ölkənin gələcək inkişaf planlarını qabaqcadan müəyyən etmişdir.
Tarix yalnız dahi şəxsiyyətlərin böyük əməlləri sayəsində nəsillərin yaddaşına həkk
olunur. Azərbaycan xalqı dünya tarixinə neçə-neçə böyük mütəfəkkirlərlə yanaşı, Cavanşir,
Şəmsəddin Eldəniz, Uzun Həsən, Şah İsmayıl Xətai kimi qüdrətli dövlət xadimləri də bəxş
etmişdir. Əsrlər keçdikdən sonra xalqımız daha bir dahi şəxsiyyət yetirdi. Dünyanın Atatürk,
Corc Vaşinqton, Cavahirləl Nehru, Şarl de Qol kimi nadir tarixi simaları sırasında Heydər
Əliyev şəxsiyyəti öz layiqli yerini tutdu. Sadə zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya
göz açan, min cür maneələrdən, çətinliklərdən keçən, Yer kürəsinin altıda bir hissəsini əhatə
edən SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri səviyyəsinə yüksələn Heydər Əliyev
həm də Azərbaycan tarixinə xalqının xilaskarı kimi daxil oldu.
Müasir dövlət xadimi kimi ən mürəkkəb, ən ağır, hətta çıxılmaz hesab olunan vəziyyət-
lərdən belə vətəni üçün heç kəsin gözləmədiyi anda ən yaxşı çıxış yolu tapmaq bacarığı
Allahın ona bəxş etdiyi vergidir.
Heydər Əliyev bir dünyadır, böyük Azərbaycandır. Azərbaycan xalqının, Azərbaycan
torpağının misilsiz təəssübkeşi, XX yüzilliyin 90 - cı illərində yenidən müstəqilliyə qovuşmuş
dövlətçiliyimizin, Azərbaycan Respublikasının xilaskarıdır.Heydər Əliyev XX yüzilliyin son
dərəcə mürəkkəb və ziddiyyətli tarixi şəraitində fəailyyət göstərmiş təkrarolunmaz dahi şəx-
siyyətdir. Azərbaycan tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun
mübarizə yolu, böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. O, həm də yeni Azərbaycanın
qurucusudur.
Heydər Əliyevin doğma xalqına həsr olunmuş ömür yolu, ictimai-siyasi və zəngin dövlət
quruculuğu fəaliyyəti, fikrimizcə bir-biri ilə üzvü surətdə bağlı olan aşağıdakı dövrləri əhatə
edir.
Birinci dövr - XX əsrin 40-cı illərindən 1969-cu ildə Azərbaycanın rəhbərliyinə gəlmə-
sinə qədərki illəri əhatə edir. Həmin illərdə Azərbaycanın hüquq-mühafizə orqanlarında fəa-
liyyətə başlayan Heydər Əliyev son dərəcə ağır maneələri və çətinlikləri uzaqgörənliklə dəf
edərək Azərbaycanda SSRİ-nin əsas dayağı olan Dövlət Təhlükəsizlik komitəsinin sədri
vəzifəsinə qədər yüksəldi. Onun olduqca gərgin, səmərəli və çox çətin şəraitdə göstərdiyi
məqsədyönlü fəaliyyəti nəticəsində ilk dəfə olaraq xalqımızın övladları təhlükəsizlik orqan-
larında geniş surətdə işə cəlb olunmağa başlandı. O zaman Heydər Əliyev xalqımızın vətən-
pərvər oğullarını, milli əhval-ruhiyyəli ziyalılarını təqiblərdən qorudu və bununla, əslində,
milli oyanışımızın başında durdu. Beləliklə, xalqımızın bugünkü və gələcək nəsilləri unutma-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1420
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
malıdırlar ki, XX əsrin 20-30-cu illərində ermənilərin və qeyri millətlərin nümayəndələrinin
yuva salmış olduğu və xalqımıza qarşı qanlı repressiyalar hazırlayıb həyata keçirmiş Dövlət
Təhlükəsizlik komitəsinin azərbaycanlaşdırılması və xalqımızın düşmənlərdən təmizənməsi
kimi son dərəcə çətin və şərəfli iş ilk dəfə hələ sovet rejiminin ən kəskin vaxtında məhz
Heydər Əliyev tərəfindən həyata keçirilməyə başlanmışdı.
Bu baxımdan Heydər Əliyevin təhlükəsizlik orqanlarını azərbaycanlaşdırmaq sahəsin-
dəki xidmətləri vətən və xalq qarşısında adi xidmətlər deyil. Başqa sözlə, Heydər Əliyev
qeyrətli və milli əhval - ruhiyyəli vətən oğullarını Dövlət Təhlükəsizlik komitəsinə işə cəlb et-
məklə əslində xalqımızın namuslu övladlarına qarşı yönəlmiş növbəti təqiblərin qarşısını aldı.
İkinci dövr - Heydər Əliyevin Azərbaycana birinci rəhbərlik illəridir. 1969-1982-ci
illəri əhatə edən bu dövr müstəqilliyə doğru böyük dönüş və milli oyanışın başlanması dövrü-
dür.
Azərbaycan xalqının qurub yaratmaq dühası sayəsində əldə olunmuş mühüm uğurlara
baxmayaraq, bir sıra obyektiv səbəblər üzündən XX əsrin 60-cı illərində Azərbaycan iqtisa-
diyyatının bir çox sahələrində həm sənayedə, həm də kənd təsərrüfatında mənfi meyillər özü-
nü göstərməyə başlamışdı.
Respublikanın düşdüyü bu ağır vəziyyətdə Azərbaycan rəbərliyində mühüm dəyişiklik
baş verdi. 1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi-
nin birinci katibi seçildi və ölkənin ali idarəçilik sükanının arxasına keçdi. Beləliklə, XX
yüzilliyin 60-cı illərinin sonunda Heydər Əliyevin doğma xalqa həsr olunmuş çoxsahəli fəa-
liyyət dövrü başlandı.
Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi həmin illərdə min cür maneələri dəf edərək
sovet hakimiyyətinin Azərbaycanın hərtərəfli inkişafını təmin edən beş xüsusi qərar qəbul
etməsinə nail oldu. Heydər Əliyevin uzaqgörən, dərindən düşünülmüş, yorulmaz fəaliyyəti
sayəsində ötən əsrin 70-ci illərində, bötövlükdə Respublika ərazisində yüzlərlə zavod, fabrik,
yeni istehsal sahələri yarandı. 213 iri sənaye müəssisəsi işə salındı. Azərbaycanda istehsal
olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Həmin illərin Azərbaycanı nə-
həng tikinti meydanını xatırladırdı. Heydər Əliyev həmin illərin böyük quruculuq dövrünə
belə qiymət verirdi: "Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi
və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına
get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq
təsərrüfatı potensialına əsaslanır". Buna görə də XX yüzilliyin 90-cı illərində böyük Sovet im-
periyası çökərkən məhz Heydər Əliyevin uzaqgörən, gərgin, səmərəli və cəsarətli dövlətçilik
fəaliyyəti nəticəsində Azərbaycan müstəqil yaşamağa tamamilə hazır idi.
Heydər Əliyevin 1982-1987-ci illərdəki dövlətçilik fəaliyyətini əks etdirən üçüncü
dövrdə bu dahi şəxsiyyət SSRİ-nin siyasi bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini kimi geniş səlahiyyətlər əldə etdi. Bu dövrdə Heydər Əliyev böyük dövlətçilik
psixologiyasının hökmranlıq etdiyi Kreml rejiminə, bu rejimin yaratdığı təqiblər və ayrı-
seçkilik sisteminə sübut etdi ki, heç bir qüvvə onun zəngin, tükənməz və hərtərəfli dövlət
idarəçilik istedadının qarşısını almağa qadir deyildir.
Heydər Əliyev siyasi büroda bütün sovet dövlətini idarə etməyə və onu tənəzzüldən
çıxarmğa qadir olan yeganə dövlət xadimi idi. Onun bu idarəçilik qabiliyyətini görən impe-
riya rəhbərliyi, xüsusilə ermənipərəst Mixail Qorbaçov Heydər Əliyevi SSRİ rəhbərliyindən
heç bir əsas olmadan uzaqlaşdırdı. Bu, əslində, bütün Sovet hakimiyyəti illəri ərzində Azər-
baycan xalqına vurulan ən ağır zərbə idi.
1987-1990-cı illəri əhatə edən dövr Heydər Əliyevin Böyük Vətən yolunda mücadiləsi
dövrüdür. Heydər Əliyev Azərbaycanı düşdüyü ağır böhrandan çıxarmaqdan ötrü bütün qüv-
və və bacarığını sərf etmişdi. Lakin o zaman Azərbaycana başçılıq edən səriştəsiz rəhbərlərin
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1421
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Moskva qarşısındakı mütiliyi və xəyanətkar siyasəti nəticəsində Azərbaycan xalqı bu dövrdə
öz böyük oğlunun zəka potensialından məhrum edilmişdi.
1990-1993-cü illəri əhatə edən dövr Heydər Əliyevin vətən naminə, xalq naminə mü-
barizə yolunda xüsusi yer turur. Həmin dövrdə Azərbaycanın müstəqilliyi təhlükə qarşısında
idi. Bu zaman xalqın ümid çırağı yalnız Heydər Əliyev zəkası idi. 1990-cı il yanvarın 21-də
həyatını təhlükə qarşısına qoyaraq Azərbaycanm Moskvadakı daimi nümayəndəliyinə gəlib
doğma xalqına başsağlığı verən, Bakıdakı kütləvi qırğın törədənlərin cəzalandırlımasını tələb
edən Heydər Əliyev, əslində, doğma xalqının qurtuluş mübarizəsinin önünə keçdi. 1990-cı
ilin iyun ayının 20-də Bakıya gələn Heydər Əliyev o vaxtkı rəhbərlər tərəfindən qısqanclıqla
qarşılandı. Lakin iki gün sonra Naxçıvana getməli oldu. Heydər Əliyev Naxçıvanda bütün
Azərbaycanın qurtuluş mübarizəsinə başladı. O zaman milli müstəqilliyimizin ilk addımları
da məhz Naxçıvanda atıldı. Naxçıvan Respublikasının adından "Sovet" [s.5] və "sosialist"
[s.5] sözlərinin çıxarılması, Naxçıvan Ali sovetinin Milli Məclis adlandırılması, Azərbaycan
Xalq Cumhuriyyətinin bayrağının ilk dəfə burada Naxçıvan Muxtar Respublikasının bayrağı
kimi qəbul edilməsi və qaldırılması, kommunist partiyası yerli orqanlarının fəaliyyətinin
dayandırılması, SSRİ-nin saxlanması barədə referendumdan imtina edilməsi, 1990-cı ilin 19-
20 yanvar faciəsinə siyasi qiymət verilməsi, dünya Azərbaycanlılarının həmrəylik gününün
qeyd edilməsi barədə tarixi qərar çıxarılması, Yeni Azərbaycan Partiyasının yaradılması, və
bir çox digər cəsarətli addımlar Naxçıvanı qurtuluş mücadiləmizin önünə çıxardı.
Ulu öndərin Azərbaycanın xilası naminə, xalqın tələbi və istəyi ilə Yeni Azərbaycan
Partiyasına rəhbərlik etməyə razılıq verməsi dahi siyasətçinin böyük siyasətə qayıdışının əsa-
sını qoydu və beləkilə, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Parti-
yasının təsis konfransı keçirildi. Azərbaycanın müasir taleyində mühüm rol oynayan və bun-
dan sonra da mühüm rol oynayacaq Yeni Azərbaycan Partiyası yaradıldı. Bütün varlığı ilə
xalqa bağlı olan böyük dövlət xadimi Heydər Əliyev partiyanın sədri seçildi. Bu dövrdə
xalqın sabaha inamı qalmamışdı. Vətən torpağı hərraca qoyulmuşdu. Azərbaycan məhv olmaq
təhlükəsi qarşısında qalmışdı. Bu fəlakət anında xalqımız qəti hərəkət edərək yeganə düzgün
addım atdı: dünyanın böyük siyasət adammı, Azərbaycanın yeganə ümid yeri olan Heydər
Əliyevi hakimiyyətə gətirdi.
1993-cü ilin iyununda başlamış və Ulu öndərin həyatının son dövrünə qədər davam
edən bu dövr mahiyyətcə Azərbaycanm dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəm-
ləndirilməsi uğrunda mübarizə və yeni, müstəqil Azərbaycanın qurulması dövrüdür.
Məhz o zaman 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə
Azərbaycanın qurtuluşunda yeni dövr başlandı. Ulu öndərin qədirbilən xalqımız qarşısında ən
böyük xidməti budur ki, torpağımıza sahib çıxmaq uğrunda ən kəskin geosiyasi ziddiyyətin
mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi. Azərbaycan dövlətini parça-
lanıb yox olmaq təhlükəsindən qurtardı. Heydər Əliyev mübarizə məsələsində də siyasət işlə-
dərək, Azərbaycanın düşdüyü qanlı burulğanın nə qədər təhlükəli olduğunu nəzərə aldı. Atəş-
kəsə nail oldu. Xalqımızın, torpağımızın, dilimizin üzərindəki, əzəli və əbədi "Azərbaycan"
[s.4] möhürü özümüzə qaytarıldı. Bu gün Azərbaycanın beynəlxalq aləmdə nüfuzu günbəgün
artmaqdadır. Bu uğurlu xarici siyasətin bəhrəsidir. Heydər Əliyevin xarici siyasət sahəsində
ən mühüm uğurlarmdan biri də budur ki, o, Azərbaycanı türk dünyasından təcrid olunmuş
vəziyyətdən çıxardı. Azərbaycan Respublikası qardaş türk dövlətləri ailəsinin bərabərhüquqlu
üzvü-Heydər Əliyev isə bütün türk dünyasının müdrik yol göstərəni olmuşdur. Azərbaycan
bir çox beynəlxalq təşkilatların üzvüdür. Ölkəmizin Avropa Şurasındakı uğurları göz önün-
dədir. Heydər Əliyev zəkasının, onun gərgin, ardıcıl və inadlı fəaliyyətinin nəticəsi olan Bakı-
Tblisi-Ceyhan əsas neft ixrac kəmərinin, həmçinin Bakı-Ərzurum qaz kəmərinin region ölkə-
ləri üçün, o cümlədən türk dünyası üçün nə qədər əhəmiyyətli olduğu hələ neçə-neçə nəsillər
keçdikdən sonra başa düşüləcəkdir. Böyük İpək yolunun dirçəldilməsi təkcə Azərbaycanın
deyil, bütün türk düynasının dirçəlişində, onun iqtisadi-mənəvi oyanışında misilsiz rol oynayır.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1422
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Heydər Əliyevin Xəzərlə bağlı müdrik və uzaqgörən xarici siyasət strategiyası, bu dəni-
zi sülh və əmin-amanlıq dənizinə çevirmək planları uğurla davam edir.
Azərbaycanın müstəqil dövlət kimi yaşaması, Dünya Azərbaycanlılarının bir araya
gəlməsi, bütün türk dünyasının ayağa qaldırılması və birləşdirilməsi bu böyük şəxsiyyətin
yorulmaz mübarizəsinin nəticəsidir. Bu gün Ulu Öndərin müəyyənləşdirdiyi strateji xətt ölkə-
mizdə uğurla həyata keçirilir. Möhtərəm Prezidentimiz İlham Əliyev Ümummilli liderimizin
ideyalarına sadiq qalaraq azərbaycanı uğurla sabaha, xoşbəxt gələcəyə doğru aparır. Onun
rəhbərliyi altında bir çox mühüm dövlət proqramları reallaşdırılır və xalq öz tarixinin şərəfli
bir dövrünü yaşayır.
NOBEL QARDAŞLARI NEFT İSTEHSALI FİRMASININ
MÜƏSSİSƏLƏRİNDƏ ƏMƏK HAQQI MƏSƏLƏSİNƏ DAİR
(“NEFTYANOYE DELO” QƏZETİNİN MATERİALLARI ƏSASINDA)
İlqar HACIYEV
AMEA Milli Azərbaycan Tarixi Muzeyi
hajiyev@box.az
AZƏRBAYCAN
XIX əsrin sonunda Çar Rusiyasının ucqar müstəmləkəsi olan Azərbaycanda fəhlələrin
vəziyyəti hədsiz dərəcədə ağır idi. Fəhlələr neft mədənlərində ağır iş şəraitində işləyir, bunun
müqabilində isə aşağı əmək haqqı alırdılar. Çar Rusiyasınında əmək haqqının səviyyəsi Avro-
pa dövlətlərindəki səviyyədən aşağı idi. Azərbaycanda isə əmək haqqı imperiyanın məkəzi
quberniyasına nisbətən aşağı idi.
“Neftyanoye delo” qəzetində dərc olunmuş Q.E.Startsevin, A.M.Stopaninin araşdırma-
larından məlum olur ki, əmək haqqı işçilərin milli mənsubiyyətindən asılı idi. Belə ki, Çar
Rusiyasının Azərbaycanda yürütdüyü milli və dini ayrı-seçkilik siyasətinə uyğun olaraq
Azərbaycanlılar ruslardan və ermənilərdən aşağı əmək haqqı almışdır.
Əmək haqqı staj artdıqca nisbətən artırdı. Lakin bu fərq cüzi idi. Q.E.Startsevin
araşdırmasına görə 1899-cu ildə stajı 1 ilə qədər olan qara fəhlələr orta hesabla ayda 17,42
rubl, 1 ildən 3 ilə qədər işləyənlər orta hesabla ayda 17,49 rubl, 3 ildən 5 ilə qədər işləyənlər
17,74 rubl, 5 ildən 7 ilə qədər işləyənlər 17,95 rubl, 7 ildən 10 ilə qədər işləyənlər 17,88 rubl,
10 il və daha artıq işləyənlər 18,25 rubl maaş alırdı.
İri neft firmalarında əmək haqqı digərlərinə nisbətən yüksək idi. Lakin onların da no-
minal əmək haqqı fəal əmək haqqından çox aşağı idi. Belə firmalardan biri də Nobel
qardaşları firması idi. Nobel qardaşları firması fəhlə və işçilərin saxlanmasına 1893-cü ildə
396.640 rubl, 1894-cü ildə 378.684 rubl, 1895-ci ildə 258.324 rubl pul xərcləmişdir.
XX əsrin əvvəllərində Nobel qardaşları neft firmasının müəssisələrində əmək haqqı
məsələrsinədair maraqlı mənbə Bakı neft sənayesində çalışmış tokarın gündəliyidir. Tokar
gündəliyinə 1901-1903 və 1908-1910-cu illərdə əmək haqqı və xərclərini qeyd etmişdir. O,
1901-ci ilin may ayında Nobel qardaşları firmasının mexaniki emalatxanasında karyerasına
gündəlik 1 rubl 80 qəpiklə başlamış, 1902-ci ilin may ayına qədər bu həcmdə əmək haqqı
almışdır. 1902-ci ilin may ayından 1902-ci ilin noyabr ayına qədər bir günə 1 rubl 90 qəpik,
1902-ci ilin noyabr ayından 1903-cü ilin fevral ayına qədər bir günə 2 rubl, 1903-cü ilin
fevral-iyul aylarında bir günə 2 rubl 20 qəpik əmək haqqı almışdır.
XX əsrin əvvəllərində Bakı neft sənayesində baş vermiş tətillər neft sənayeçilərini əmək
haqlarını qaldırmağa məcbur etmişdi. Əgər 1903-cü ildə Nobel qardaşları firmasının fəhlələri-
nin (Nobel qardaşları firmasının fəhlələrinin sayı 1907-ci ilin yanvar ayının 1-də 3527 nəfər
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1423
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
idi. Bu da Bakı neft sənayesi firmalarının bütün fəhlələrinin 11,5 % idi) bir günlük orta əmək
haqqı 81 qəpik idisə, 1904-cü ildə 85 qəpik, 1905-ci ildə 93 qəpik, 1906-cı ildə 97 qəpik
olmuşdur. Yəni 1906-ci ildə fəhlələrin əmək haqqı 1903-cü ilə nisbətən 20 % artmışdır.
Əmək haqqının qalxması ilə yanaşı ərzaq məhsullarının da qiyməti qarxmışdır. 1903-
1907-ci illər ərzində çörək məhsullarının qiyməti 42%, baqqaliyə məhsullarının qiyməti 23%
bahalaşmışdır.
23 iyul 1913-cü ildə Nobel qardaşları firmasının ustaları və fəhlələri administrasiyaya
tələblərini bildirmişdilər. Onların tələbləri içərisində əmək haqqının qaldırılması və cərimələ-
rin ləğv edilməsi də yer alırdı.
Nobel qardaşları firması administrasiyasının tətilçilərə 29 iyulda cavab vermişdi. Admi-
nistrasiyanın cavabında göstərilirdi ki, yenidən işə başlayanlara aşağıdakı həcmdə minimum
əmək haqqı təyin olunur:
1 gün üçün açarçıya 1 rubl 35 qəpik, ləngidiciyə 95 qəpik, qazma işlərində fəhləyə 80
qəpik, baş dartayçıya 1 rubl 35 qəpik, dartayçıya 85 qəpik, baş fəhləyə 1 rubl 15 qəpik, növ-
bəli işləyən yığma üzrə fəhləyə 80 qəpik, gündəlik işləyən yığma üzrə fəhləyə 95 qəpik,
ocaqçıya və yağlayıcıya 90 qəpik, emalatxanalarda qara fəhlələlər və xarrat-ustalara 1 rubl,
arteldə qara fəhlələrə 85 qəpik, çəkicvuranlara 1 rubl 30 qəpik, 1 ay üçün gözətçiyə 23 rubl,
kontorlarda gözətçiyə 24 rubl, süpürgəçiyə 23 rubl, mehtərə (tövlədə) 24 rubl, mehtərə (çöldə)
26 rubl, arabaçıya 24 rubl, sanitara 24 rubl, hamamçıya 23 rubl və yenidən işə başlayan
şagirdlərə gündə 50 qəpik.
Nobel qardaşları firmasının işçiləri administrasiyanın yuxarıda qeyd olunan şərtləri ilə
yalnız 18 sentyabrda razılaşıb 2 aya yaxn davam edən tətili dayandırdılar və saat 18-da işə
başladılar.
Yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, XIX əsrin sonu XX əsrin
əvvəllərində Nobel qardaşları müəssisələrində əmək haqqı aşağı olmuşdur. Firma əmək
haqqını fəhlə və qulluqçuların mübarizəsinin nəticəsində cüzi miqdarda artırmışdır.
XXI ƏSRİN İLK DEKADASINDA İSRAIL-FƏLƏSTİN SÜLH
DANIŞIQLARI PROSESİNDƏ ABŞ-IN İŞTİRAKI
Nigar ƏSGƏROVA
Azərbaycan Dillər Universiteti
asgarova.n@gmail.com
AZƏRBAYCAN
XX əsrdə Yaxın Şərqdə Fələstin torpaqlarında İsrail dövlətinin meydana gəlməsi ilə re-
gionda həllinə nail olunmayan İsrail-Fələstin münaqişəsinin əsası qoyuldu. ABŞ münaqişənin
yarandığı ilk illərdən onun həlli istiqamətində aparılan danışıqlar prosesində iştirak etmişdir.
Lakin, münaqişənin hələ də həll olunmaması bu cəhdlərin uğursuzluğa düçar olmasının
göstəricisidir.
2000-ci illərin sonunda Bill Klinton adminstrasiyası tərəfindən aparılan sülh prosesinin
uğursuzluğu İsrail-Fələstin arasında zorakılığın böyük miqyasda yenidən alovlamasına səbəb
oldu. Həmin ilin sonunda Ariel Şaronun Əl-Əqsa məscidinə səfəri və burada məscidinin ətra-
fında olan ərazilərdən İsrailin heç bir zaman imtina etməyəcəyi barədə etdiyi çıxışı fələs-
tinlilər arasında qəzəb və narazılığa səbəb oldu. Həmin gecə minlərlə fələstinli Qərb sahili
boyu ərazilərdə qiyama başladı. Beləliklə, 2000-ci ilin sonunda fələstinlilər miqyasına, gər-
ginliyinə və ölü sayına görə 1987-ci il İntifadasından (xalq hərəkatı) kəskin fərqlənən yeni
İntifadaya başladılar.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1424
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
XXI əsrin ilk dekadasında da bu münaqişənin həlli istiqamətində ABŞ tərəfindən bir
sıra təkliflər irəli sürülmüşdür. Senator Corc Mintçel tərəfindən sədirlik edilən kommisiya
2001-ci ilin may ayında münaqişənin həllinə dair üçpilləli sülh planı təklif etdi. Plana əsasən
hər iki tərəf öncə razılığa gəlmək üçün irəli sürülən öhdəlikləri qəbul etməli, zorakılığın
qarşısı alınmalı və təhülksəzlik səhəsində əməkdaşlıq qurmalı; ikinci mərhələdə yaşayış
məskənlərinin inşasını dayandırmaq və terror aktlarından imtina etmək kimi jest göstərilməli;
üçüncüsü isə, sülh danışıqlarını yenidən başlamalı idilər. Planı hər iki tərəfinin liderləri təsdiq
etsələr də, zorakılıq davam edirdi və bu da planın uğursuzluğa düçar olması demək idi.
2001-ci ildə tərəflərə ABŞ, Rusiya, Avropa İttifaqı və BMT-dən tərəfindən tərtib
edilən və sülhə aparan üç mərhələləli “Yol xəritəsi” plan təqdim edildi. İlkin mərhələdə
(2003-cü il May ayı ərzində) “Yol xəritəsi” planı terrora və zorakılığa son qoyulmasını,
Fələstin dövlət təsisatlarının yaradılmasını və İsrail tərəfindən həyata keçirilən məskunlaşma
prosesinin dayandırmasını nəzərdə tuturdu. İkinci mərhələdə (May-Dekabr 2003) 2003-cü
ilin sonuna kimi müvəqqəti sərhədləri olan Fələstin dövlətinin yaradılmasını, demokratik
hökumətin əsasını qoyan Fələstin konstitusiyasının qəbulunu, ən nəhayətdə isə qaçqınlar, su
və inkişaf məsələlərinin müzakirəsini nəzərdə tutan konfrans təşkil olunmalı idi. Üçüncü
mərhələdə isə (2004-cü ilin May ayına kimi) İsrail-Fələstin arasında sərhədlər, Qüds,
qaçqınlar və məskunlaşma kimi məsələlərə dair sülh danışıqlarının son statusu müzakirə
ediləcək növbəti konfransın təşkil olunmalı idi.
Lakin, “Yol xəritəsi” planının reallaşması bir sıra çətinliklərlə üzləşdi. İlk başda,
həm İsrail, həm də Fələstin Yerusəlim üzərində nəzarət və Fələstin qaçqınlarının hüquqlarına
dair əsas məsələlərdə güzəştə getmək niyyətində deyildilər. İsrail hökuməti Fələstin
hökumətini Həmasın və digər ektrimist qrupların həmlələrinin qarşısını ala bilməməkdə
günahlandırırdı.
Fələstinlilər isə İsraili yaşayış məskənələrini ləğv etməməkdə və üstəlik
Qərb sahili məskənlərində güclü müdafiə qüvvələrini toplamasına görə ittiham edirdi.
2000-ci ildən başlayaraq, İsrail dövləti hücum və istənilən təhlükələrdən qorunmaq
üçün Qərb sahillərində sədd hörməyə başladı. Vatikan, Avropa İttifaqı və hətta ABŞ-ın da
narazılığına baxmayaraq, İsrail bu səddi hörməkdə davam edirdi.
İsrail əhalisinin təhlükəsizliyini artırmaq, İsrail Müdafiə Qoşunlarının üzərində təzyiqi
aradan qaldırmaq, israil və fələstinlilər arasında çəkişməni azaltmaq məqsədilə, 2005-ci ildə
İsrail Qəzza zolağından birtərəfli geri çəkildiklərini elan etdi. Həmin il Qəzza fələstinlilərə
qaytarıldı. Fələstin liderləri İsrailin İordan çayının Qərb sahillərində daha böyük iddialara
malik olmasını beynəlxalq ictimaiyyətə çatdırmağa çalışırdı. Beləliklə də, Qərb sahillərində
israillərin sayı artmağa başladı.
Qəzzadan geri çəkilmə Ariel Şaronun ölkəsində siyasi nüfuzunun zəifləməsinə və
növbəti seçkilərdə məğlub olmasına səbəb oldu. 2006-cı ildə hakimiyyətə Ehud Olmert gəlir.
Həmas və Hizbullahın həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində İsrail Müdafiyə
Qoşunlarının əsgərlərini əsir götürülməsi ilə, İsraili Livanda yeni bir münaqişəyə daxil oldu.
2006-cı ildəFələstin muxtariyyətində keçirilən seçkilərdə Həmas 123 parlament
yerinin 74-nü qazandı. 2006-cı il Fələstində azad və şəffaf seçkilər ABŞ hökuməti tərəfindən
dəstəklənirdi. Lakin Vaşinqtonun qarşısından iki seçim var idi: ya Həması Ərəb
cəmiyyətində demokratik islahatları dəstəkləyən bir qüvvə kimi tanımaq, ya da ABŞ-ın
terrorist təşkilatı siyahısına daxil etdiyi partiyanın seçki nəticələrinə qarşı etiraz etmək.
Vaşinqton ikinci yolu seçdi. ABŞ İsrail tərəfindən işğal olunmuş ərazilərə etdiyi maliyyə
yardımını dayandırdı, Ərəb ölkələrini yeni hökuməti dəstəkləməmələrinə dair xəbərdar etdi.
İsrail isə gömrük xərcini artırdı.
Fələstin fraksiyaları arasında gərgin mübarizə zəifləməmiş və 2007-ci ilin iyulunda
hökumət parçalanmağa başlamışdır. Həmasla Fətah arasında olan davamlı parçalanma Qəzza
zolağında açıq qarşıdurmaya səbəb oldu. Həması dəstəkləyənlər Fətah liderlərinə qarşı
|