III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1425
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
hücumlar həyata keçirdi. Bu, Qəzza və Qərb sahili olmaqla siyasi hakimiyyəti iki yerə böldü.
Fətah Qərb sahillərində möhkəmlədi və beynəlxalq ictimaiyyət Qəzzaya deyil, Qərb sahililə
yardımı davam etdirdi.
İsrail-Fələstin münaqişəsi XXI əsrin ilk dekadasında da həll edilmədi. Sülhə doğru
atılan addımlar hər iki icmanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe səbəbindən dəfə-
lərlə uğursuzluğa duçar oldu. Bu münaqişənin həlli Yaxın Şərqdə sabitlik baxımından həyati
əhəmiyyət daşıyır. Vaşinqtonun İsraili davamalı olaraq dəstəkləməsi sülhə nail olmağı çətin-
ləşdirir və nəticədə ABŞ Yaxın Şərqdə öz nüfuzunu xətər yetirir.
ŞİMALİ AZƏRBAYCANIN ÇAR RUSİYASI TƏRƏFİNDƏN İŞĞALI
TÜRKİYƏ TARİXŞÜNASLIĞINDA
Vidadi UMUDLU
Azərbaycan Milli Elmlər Akademiyası
A.A. Bakıxanov adina Tarix İnstitutu
vumudlu@qmail.qu.edu.az
AZƏRBAYCAN
XIX yüzilliyin əvvəllərində başlayan Rusiya imperiyasının işğalçı müharibələri Cənubi
Qafqazda geosiyasi vəziyyəti kökündən dəyişdi.Azərbaycan xalqının işğalçılara qarşı apardığı
qeyri-bərabər mübarizə çarizmin yürüşünü ləngitsədə ümumilikdə işğalın qarşısını ala bilmədi
və tədricən ərazilərimiz müstəmləkəçi rejimlə üz-üzə qaldı.
Bu hadisələrin Azərbaycan tarixşünslığında obyektiv olaraq işıqlandırılması yalnız
Sovetlər İttifaqının dağılmasından sonrakı dövrə aiddir. Türk tarixçiləri isə çarizmin işğalçı
Qafqaz siyasətilə bağlı çox saylı kitab və məqalələr nəşr etdirmişlər. Geniş təhlillər əsasında
yazılan bu araşdırmalarda Rusiyanın Qafqazda,eləcədə Şimali Azərbaycanda apardığı istilaçı
müharıbələr obyektiv olaraq türk oxucularının diqqətinə çatdırılmışdır. Bizim bu əsərlərlə
tanışlığımız isə yalnız Azərbaycanın müstəqillik əldə etməsindən sonra mümkün olmuşdur.
Şimalı Azərbaycanın, ümumiyyətlə bütün Qafqazın car Rusiyası tərəfindən işğalı bu
dövrlə məşğul olan türk tarixcilərinin əsərlərinə yetərincə öz damğasını vurmuşdur. Başba-
kanlıq Osmanlı Arxivlərində(BOA) hivz olunan sənədlər də bu mövzuya tam işıq saçır.
İşğalla bağlı BOA-nın Xətti-Hümayun(HH), Cövdeti-Xariciyə(CH), Cövdəti-Daxiliyə(CD)
fondlarında saxlanılan sənədlər çoxluğu ilə diqqəti cəlb edir.Digər fondlarda da işğalın gedişi,
Osmanlı Dövlətinin həmin hadisələrə münasibətini əks etdirən qiymətli sənədlər saxlanmaq-
dadır.
1940-cı ildə nəşr olunan “1828-1829 Türk-Rus Hərbi (Qafqaz cəbhəsi)” əsərində Celal
Erkin daha çox hadisələrin hərbi yönlərini işıqlandırmaya çalışmışdır. Tarixçilər Kadircan
Kaflı və Şərafəddin Erel də öz əsərlərilə türk oxucularınının diqqətini Qafqazda baş verən mü-
haribələrə yönəldə bilmişlər. Cənubi Qafqazda cərəyan edən hadisələrə Osmanlı Dövlətinin
münasibəti Cemal Gökçenin “Qafqaz və Osmanlı İmperatorluğunun Qafqaz siyasəti”
kitabında ətraflı şəkildə öz əksini tapmışdır.
Professor Mehmet Sarayın “Azərbaycan türklərinin tarixi” əsərinin bir bölümü Rusiya-
nın işğalçı siyasətinə, habelə Gülüstan və Türkmənçay müqavilələrinə həsr olunmuşdur.İki
mülləfin Naxçıvan tarixi ilə bağlı qələmə aldığı əsərdə xanlığın ruslar tərəfindən işğalı da öz
əksini tapmışdır. Tarixçi Ömər Göksəl Qarabağ probleminə 300 səhifəlik sanballı bir əsər
həsr etmiş və Qarabağ məsələsini sovet-rus xarici siyasəti baxımından araşdırmağa çalışmış-
dır. Qarabağı ta qədim dörlərdən başlayaraq işıqlandıranmağa çalışan müəllif bu əsərdə
Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalına da geniş yer vermişdir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1426
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Doktor Mustafa Aydının “Üç böyük gücün müharibə meydanı Qafqazlar” kitabında müəl-
lif Rusiya tərəfindən Şimali Azərbaycan xanlıqlarının işğalına və əhalinin istilaçılara mübarizə-
sinə geniş yer verir.Əsərdə həmçinin Osmanlı-Rus və Osmanlı-İran münasibətləri, Rusiya-İran
və Rusiya-Osmanlı müharibələrinin gedişi, habelə Avropa dövlətlərinin dövrəyə girməsi və
nəhayət Qafqaz xalqlarının bağlanmış müqavilələrdən sonrakı durumu öz əksini tapmışdır.
Osmanlı dönəmində Qafqazın siyasi-hərbi idari təşkilatlarını araşdıran Sadik Bilge 1786-1829
illərdə Cənubi Qafqazda baş verə hadisələri geniş təhlil edərək dəyərli əsər ortaya qoya
bilmişdir [10]. Azərbaycanda xeyli araşdırmalar aparan gənc tarixçi Hakan Yeşilot xalqımızın
tarixi ilə bağlı sanballı əsər ortaya qoya bilmişdir. Doktor Səbahəttin Şimşir öz araşdırmasında
Azərbaycan xalqının müstəmləkəçiliyə qarşı apardığı 1826 il üsyanlarına xeyli yer vermişdir
[12]. Azərbaycan xalqının XIX yüzilliyin əvvəllərində işğalçılara qarşı qəhrəman mübarizəsi bir
sıra başqa əsələrin də əsas mövzusuna çevrilmişir
Rusiya–Osmanlı münasibətlərindən, habelə Rusiyanın Şimali Qafgqazda apardığı mü-
haribələrdən bəhs edəni bir çox müəlliflər də öz əsərlərində Rusiyanın Azərbaycandakı işğalçı
siyasətilə bağlı öz fikirlərini bildirməyi lazım bilmişlər.
Bu əsərlərlə yanaşı bəzi mülliflərin müxtəlif dərgilərdə çap etdirdikləri qiymətli məqa-
lələr də mövzumuza tam mənası ilə işıq salmaqdadır.Bu baxımdan Doktor Zəkəriyyə Türkmə-
nin “XIX yüzilliyin başlanğıcında Rusiyanın Cənubi Qafqaz siyasəti (1800-1828)” mühüm
əhəmiyyət kəsb edir. Müəllifın “Qarabağ xanlığının rus idarəsinə bağlanması məsələs”i adlı
məqaləsi də Qarabağ həqiqətləriinin ortaya çixarılmasına xidmət edir. Yenə görkəmli tarixçi
Hüseyn Baykaranın “Çarlıq Rusiyasının Azərbaycandakı işğalçı müharibələri” adlı məqaləsi də
bu baxımdan çox qiymətlidir. İbrahim Yüksəlin “Çarlıq Rusiyasının Azərbaycanı işğal etməsi
və Osmanlı Dövlətinin tutumu” məqaləsi əsasən Azərbaycanın işğalına həsr olunmuşdur. Eyni
zamanda müəllif Osmanlıların Qafqazdakı siyasətini incələyərək baş verənlərə aydınlıq gətirir.
Həmçinin bu məsələ ilə bilavasitə məşğul olan bir sıra Azərbaycan, Avropa və digər
tarixçilərin əsərləri də türk dilinə tərcümə edilərək çap olunmuşdur.
Ümumilikdə Türkiyəli müəlliflər hadisələrə obyektiv yanaşaraq çarizmin iç üzünü
açamış, onun işğalçı siyasətini tam mənası ilə ortaya qoya bilmişlər. Cənubi Qafqazda baş
verən vəhşiliklərə Osmanlı Dövlətinin fəal müdaxilə edə bilməməsi və onu sükutla qarşıla-
ması da tarixçilərin diqqətindən yayınmamışdır. Onu da qeyd edək ki, türk tarixçilər SSRİ-nin
dağılmasından sonra araşdırılan mövzuya daha geniş şəkildə təmas edə bilmişlər.
AZƏRBAYCANIN SƏRHƏD MÜHAFİZƏSİNİN İNKİŞAFI TARİXİ
1918-1920-Cİ İLLƏR
Qərib ƏSGƏROV
Azərbaycan Respublikasnın Prezidenti yanında Dövlət
İdrəçilik Akademiyasının Tarix kafedrasının dissertantı
esgerov.qerib@box.az
AZƏRBAYCAN
“Sərhəd Qoşunlarının möhkəmlənməsi müstəqilliyimizin möhkəmlənməsi deməkdir..
Azərbaycanın hərtərəfli inkişafı üçün, Azərbaycanda sülhün, sabitliyin, təhlükəsizliyin daha
da möhkəmlənməsi üçün sərhəd nəzarəti yüksək səviyyədə olmalıdır”
Ümummilli lider Heydər Əliyev.
Azərbaycanın strateji, coğrafi və müəyyən dövrlərdə ictimai-siyasi vəziyyəti, habelə re-
gionda baş verən dəyişikliklər respublikamızın hərbi qüvvələrinin xüsusən də, sərhəd mühafi-
zə qurumlarının formalaşması işinə öz təsirini göstərmiyə bilməzdi. Məhz bu amili nəzərə
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1427
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
alan Şərqdə ilk müstəqil dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti özünün yarandığı ilk
günlərdən ordu quruculuğu məsələlərinə, xüsusən də sərhəd məsələlərinə xüsusi önəm verirdi.
Azərbaycan Milli Şurasının İstiqlal Bəyənnaməsində 3-cü bəndində deyilirdi: ”Azər-
baycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə
mehriban münasibətlər yaratmaq əzmindədir”. Ancaq bu siyəsətin həyata keçirilməsinə regi-
onda baş verən siyasi proseslər və ən əsası da qonşu dövlətlərlə dəqiq müəyyənləşdirilməmiş
dövlət sərhədlərinin olması mane olurdu.
Qarşıda duran bəlkə də birinci məsələ ölkənin sərhədlərinin dünya tərəfindən tanınması
və dövlətin öz ərazilərini qorumaq hüququna sahib olması idi. Cənubi Qafqaz respublikaları
(Azərbaycan-Ermənistan-Gürcüstan) arasında sərhədlərin müəyyənləşdirilməsi haqqında mə-
sələ 1918-ci il iyunun 4-də bağlanan "Osmanlı hökuməti ilə Azərbaycan Respublikası arasın-
da dostluq müqaviləsi"ndə əks olunsa da, Osmanlı dövlətinin Birinci Dünya müharibəsindəki
məğlubiyyəti bu müqavilənin həyata keçirilməsinə imkan vermədi. Bu, Azərbaycan Cüm-
huriyyətinin hər hansı bir xarici dövlətlə bağladığı ilk müqavilə idi. Müqavilənin ikinci mad-
dəsi Osmanlı imperatorluğu ilə Qafqaz respublikaları arasında, o cümlədən üç respublikanın
bir-biri ilə dövlət sərhədləri müəyyənləşməli idi. Burada eyni zamanda Azərbaycan və
Türkiyə arasında geniş dövlət sərhədi zolağı olması nəzərdə tutulurdu. Müqavilənin üçüncü
maddəsinə əsasən, Azərbaycan, Gürcüstan və Ermənistan dərhal öz aralarında sərhədləri
müəyyənləşdirməli və həmin müqavilənin bir hissəsini təşkil edən protokollar imzalamalı və
bu barədə Osmanlı hökumətinə məlumat verməli idilər. Müqavilənin beşinci maddəsinə
əsasən, Azərbaycan hökuməti Azərbaycan Cümhuriyyətinin sərhədboyu ərazilərindəki möv-
cud quldur dəstələrinin tərksilah edilib zərərsizləşdirilməsini öz öhdəsinə götürürdü.
Azərbaycan Demokratik Respublikasının tarixi xidmətlərindən biri də dövlət sərhəd-
lərini bərpa etmək, onun tanınmasına nail olmaq və mühafizəsini təşkil etmək olmuşdur. An-
caq ilk günlərdən ADR-nın dövlət sərhədlərinin təhlükəsizliyini təmin etmək çox çətin bir
proses halını almağa başladı. Bir tərəfdən Ermənistanın Azərbaycana qarşı olan ərazi idda-
larının daha da genişlənməsi, digər tərəfdən isə 1919-cu ilin mayında Denikin qüvvələrinin
Dağıstana hücum etməsi və Dərbəndi tutması vəziyyəti daha da gərginləşdirirdi.
Bütün bu gərgin vəziyyətə baxmayaraq N.Yusifbəli inadla bildirirdi; ”...Sərhədlərimizi
qorumaq üçün bütün tədbirlər görülüb. Siz əmin ola bilərsiniz ki, qan tökmədən heç kim
bizim sərhədlərimizi keçə bilməz”.
Məhz belə bir şəraitdə 1919-cu ilin iyunun 5-də Parlamentin qərarı ilə dövlət sərhədinin
müdafiəsini təmin etmək və mövcud təhlükələrin qarşısını almaq məqsədilə Dövlət Müdafiə
Komitəsi yaradıldı. Sərhədlərin mühafizəsinin dövlətin təhlükəsizliyi üçün mühüm amil
olduğunu nəzərə alan Azərbaycan hökumətinin 1918-ci il iyun ayının 22-də Fətəli Xan
Xoyskinin imzaladığı qərarla Poylu stansiyasında respublikadan kənara ərzaq daşınmasının
qarşısının alınması üçün sərhəd postu yaradılması barədə Daxili İşlər Nazirliyinə müvafiq
tapşırıq verildi. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı bu qərarla müstəqil
Azərbaycanın tarixində ilk dəfə sərhəd mühafizəsinin təşkili sahəsində vəzifələrin yerinə ye-
tirilməsinə başlanıldı. Bu postun ardınca Azərbaycan Respublikasının əksər sərhəd ərazilə-
rində Daxili İşlər Nazirliyinin tabeliyibndə olan sərhəd mühafizə qüvvələri yaradıldı. İlk
dövrlərdə bu postların başlıca vəzifəsi gənc respublikanın milli sərvətlərinin, strateji əhəmiy-
yətə malik maddi ehtiyatlarının sərhəddən qanunsuz keçirilməsinə qarşı mübarizə aparmaq
idi. Strateji məhsullarIn xaricə daşınmasının qarşısının alınması ilə bağlı növbəti belə qərarlar
iyunun 24-də və 27-də qəbul olundu. 1918-ci il iyunun 24-də “Xaricə yük daşınmasının, həm-
çinin çörək möhtəkirliyi ilə məşğul olmağın qadağan edilməsi” adlı qərar qəbul edilmişdir.
Həmin qərara əsasən nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsinə mane olan və qərarın
tələblərinə əməl etməyənlər hərbi dövrün qanunları ilə məsuliyyət daşımalı idilər. Həmin ilin
iyun ayının 27-də qəbul edilmiş digər qərarla ərzaq ehtiyatlarının qorunmasının zəruriliyi bir
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1428
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
daha nümayiş etdirildi.”Xaricə pambıq, yun, ipək, metal tullantısı, mal- qara, çörək və digər
ərzaq daşınmasının qarşısının alınması haqqında”adlanan bu qərarda göstərilirdi ki, sərhəd-
lərdəki vəziyyətdən istifadə edərək varlanmaq məqsədilə qaçaqmalçılıq fəaliyyətlərindən əl
çəkmək istəməyənlər ən sərt şəkildə çəzalanacaqlar.
Ancaq gündəlik məlumatların təhlili açıq –aydın göstərirdi ki, yeganə sərhəd postunda
ərazidən qanuni yolla keçirilən yüklərin yoxlanılmasını təşkil etməklə qaçaqmalçılığın qarşı-
sına sədd çəkmək mümkün deyil. Buna görə də yeni postlar yaradılması, sərhədin heç olmasa
bir qəza hüdudunda nəzarətə götürülməsi problemi getdikcə daha zəruri şəkildə meydana
çıxırdı.
Qərarlardan göründüyü kimi, bu postlar ancsaq qaçaqmalçılığın qarşısını almaqla
kifayətlənirdi. Bu sərhəd postları sərhədi qanunsuz keçən quldur dəstələri ilə mübarizənin
təşkilində və sərhədlərin tam nəzarətə götürülməsində çox zəif idi. Eyni zamanda görülən bu
tədbirləri və qəbul edilən qərarları vahid sərhəd strategiyasının ilk uğurları kimi qiymətlən-
dirmək lazımdır.
Görülən işlərin məntiqi davamı kimi 1919-cu il avqust ayının 18-də parlamentdə “Azər-
baycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında”
qanun qəbul edildi. Həmin qanunun 1-ci maddəsində göstərilirdi:” Azərbayvan Respublikası-
nın sərhədlərini qeyri-leqal ticarətdən qorumaq və qaçaqmalçılıqla mübarizə aparmaq
məqsədilə Azərbaycanın sərhədləri boyu,əlavə edilən dislokasiya məntəqələrinə uyğun olaraq
sayı doxsan doqquza çatan, doqquz yüz doxsan iki mühafizəçidən ibarət tərkibdə sərhəd
postları yaradılsın...” . Həmin qanunun 3-cü maddəsində deyilirdi: "Sərhəd mühafizəsinin
bütün təşkilinə rəhbərlik etmək və onun fəaliyyətini respublika Gömrük İdarəsi ilə razılaş-
dırmaq üçün Mərkəzi Orqan kimi Maliyyə Nazirliyi dəftərxanasında bu maddəyə əlavədə
göstərilmiş vəzifələri olan Xüsusi Sərhəd Mühafizəsi təsis edilsin. 1919-cu il avqustun 18-də
qəbul edilən həmin qanunda bütün ölkəni əhatə edən sərhəd postlarının yaradılması nəzərdə
tutulurdu.
İRANIN AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLƏ
MÜNASİBƏTLƏRİNDƏ TƏRƏDDÜDLÜ
MÖVQEYİ VƏ BUNUN SƏBƏBLƏRİ
Şəbnəm YUSİFOVA
Azərbaycan Milli Elmlər Akademiyası
Shebnem-yusifova@mail.ru
AZƏRBAYCAN
1918-ci ilin mayın 28-də AXC-nin yaranması müstəqillik tariximizdə mühüm rol oyna-
dı. Yeni yaranmış bir dövlətin siyasi, iqtisadi və hərbi cəhətdən möhkəmlənməsi üçün həm
region, həm də dünya dövlətləri ilə diplomatik münasibətlərinin qurulması vacib məsələlərdən
biri idi. AXC-İran münasibətləri mövzusunun araşdırılması müasir dövrdə Azərbaycan ilə
İran arasında dostluq və müxtəlif sferalarda əməkdaşlığın öyrənilməsi baxımından əhəmiy-
yətlidir. Mövzunun aktuallığını müəyyən edən amillərdən biri də, İranın Qafqaz siyasətində
Azərbaycanın mühüm yer tutmasıdır.
AXC yarandığı ilk günlərdən etibarən öz xarici siyasət strategiyasının 4 əsas prinsipini
elan etdi ki, bunlardan biri də məhz İranla siyasi, iqtisadi və mədəni münasibətlərin
qurulmasına doğru yönəlmişdi. Bu istiqamətdə mühüm addımlar atmasına baxmayaraq, AXC-
nin İranla diplomatik münasibətlərin qurulması üçün atdığı ilk cəhd uğurla nəticələnmədi.
Belə ki, AXC-nin Türkiyədəki nümayəndəsi İranın İstanbulda yerləşən konsulluğuna müraciət
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1429
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
edərək müstəqil Azərbaycan dövlətinin yarandığını bildirsə də, İran konsulluğu bəyannaməni
geri qaytarmış, hətta ona əlavə edilən vərəqdə Azərbaycanın İranın ayrılmaz təkib hissəsi
olduğunu və “Azərbaycan” adlı müstəqil bir dövləti tanımadığını qeyd etmişdi. Əslində buna
səbəb olan bir sıra amillər vardı:
Çar Rusiyasının dağılmasından sonra qeyri-müəyyən vəziyyət yaranmışdı, belə ki,
1917-ci il inqilabı nəticəsində çarizm devrilmiş, yeni formalaşan Müvəqqəti hökumət
çar dövründən qalmış hakimiyyət orqanlarını ləğv etmiş, ancaq 1917-ci ilin oktyabrında
Müvəqqəti hökumət də devrilərək əvəzində Sovet hakimiyyəti qurulmuşdu. Bu zaman
Rusiyanın digər müstəmləkələrində olduğu kimi Azərbaycanda da müstəqillik meyilləri
artmağa başlamışdı. Belə qarışıq bir vaxtda İran baş verən hadisələrin nə ilə nəticələnə-
cəyini gözləyir və Azərbaycanla münasibətlərində tərəddüd edirdi. Məhz buna görə də,
sonralar Azərbaycana göndərilən “Qafqaz Fövqəladə Heyətinə” rəhbərlik iki il
Rusiyada ezamiyyətdə olmuş və təbii ki, burda baş verən hadisələrdən daha yaxşı baş
çıxaran Seyid Ziyaəddin Təbatəbaiyə həvalə edilmişdi.
Yeni yaranmış gənc dövlətin “Azərbaycan” adlanması da İranı narahat edən səbəblərdən
biri idi. Y. V. Çəmənzəminli bu fikrə belə aydınlıq gətirmişdi: “Dövlətimizin Azərbay-
can adlanması sui-təfhümlərə səbəb oldu. Halbuki, Təbriz əyalətinin və İran Azərbayca-
nının İranın olub olmaması barədə ortalıqda heç bir məsələ yoxdur. Iranın haqqına təca-
vüz etmək fikrində deyilik, olmamışıq və olmayacağıq. Bizim tərəqqi və istirahətimizi
təmin edən yalnız qonşularımız ilə dostluğumuz olacaqdır.” İranın bu şübhələrinə son
qoymaq üçün AXC rəhbərləri diplomatik sənədlərdə “Qafqaz Azərbaycanı” ifadəsini
işlətməyə başladılar.
İran şimal qonşuluğunda müstəqil bir dövlətin yaranmasından ehtiyat edir və düşünürdü
ki, şimalda baş verən hadisələr cənuba təsirsiz ötüşməyəcək, Ş. Azərbaycanda olduğu
kimi Cənubda da milli oyanış hərəkatı başlayacaq. Qeyd etmək lazımdır ki, bir müddət
sonra bu ehtimal özünü Xiyabani hərəkatında doğrultdu. AXC-nin rəhbəri M. Ə.
Rəsulzadə öz məktublarında İstanbulda İran azərbaycanlıları ilə görüşdüyünü və onların
Azərbaycanın müstəqilliyinə ümidlə baxdıqlarını qeyd etmişdi. Azərbaycanın İrandakı
diplomatik heyətinin rəhbəri Adil xan Ziyadxanlı da məktublarında yazaraq bildirirdi ki,
farsların bizim respublikaya münasibəti pis olsa da, İran azərbaycanlıları bizə dost və
qardaşçasına münasibət bəsləyir, onlar da İrandan ayrılaraq müstəqil olmaq istəyir. O,
hətta qeyd edirdi ki, tezliklə İranda uzun əsrlərdən bəri yığılıb qalan inqilabi partlayışın
şahidi olacağıq və biz bu hadisələrə hazır olmalı, inqilabi hadisələrdən öz xeyrimiz üçün
istifadə etməliyik.
İran 1813-cü ildə bağlanmış Gülüstan və 1828-ci il Türkmənçay sülhü nəticəsində əldə
etdiyi Cənubi Azərbaycan torpaqlarının itirilməsindən qorxurdu. Hələ 1918-ci ilin
yayında Denstervil qoşunları ilə Andronik Ozanyanın qüvvələrinin birləşməsinin qarşı-
sını almaq üçün Osmanlı qoşunları Cənubi Azərbaycan ərazisinə daxil olmuşdu və İran
ehtiyat edirdi ki, Osmanlının dəstəyilə ilə Təbriz vilayəti Irandan alınaraq Azərbaycana
birləşdirilər. Buna görə də, Cənubi Azərbaycan ərazisində yaranan və konsulluğa
çevrilən Qafqaz İslam Cümhuriyyəti Osmanlı qoşunlarının ərazini tərk etməsindən
sonra ləğv olundu.
Digər bir səbəb isə Britaniya və Rusiya hökumətlərinin AXC-İran münasibətlərindəki
müsbət irəliləyişlərə qarşı əks mövqedə durması idi. Belə ki, hər iki dövlətin həm İrana,
həm də Qafqaza dair öz planları vardı. AXC-İran yaxınlaşması isə onların mənafeyinə
uyğun gəlmirdi. AXC-nin Türkiyədəki səfiri Y. V. Çəmənzəminli isə bu vəziyyəti belə
şərh edirdi: “Biçarə İran rus zərbəsindən göz aça bilmirdi ki, ölkəsinin rahat və tərəq-
qisinə çalışsın.”
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1430
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Bütün bu səbəblərə baxmayaraq, bir müddət sonra münasibətlərdə kəskin dönüş baş
verdi. Azərbaycan hökuməti 1919-cu ilin aprelində İsmayıl xan Ziyadxanlının, sonralar isə
Adil xan Ziyadxanlının rəhbərliyi ilə İrana xüsusi diplomatik heyət göndərdi. Həmçinin, Paris
sülh konfransında davam edən danışıqlar Azərbaycan-İran birgə komissiyasının yaradılması
ilə nəticələndi. Nəhayət 1920-ci ilin martın 20-də iki dövlət arasında bağlanmış dostluq müqa-
viləsinə əsasən İran Azərbaycan Xalq Cümhuriyyətini de-yure tanıyan ilk dövlət oldu. Danı-
şıqlar ticarət, poçt, teleqraf, gömrük, tranzit və konsul konvensiyalarına dair sazişlərin
bağlanması ilə davam etdirildi.
23 aylıq mövcudluğu dövründə çox böyük uğurlara imza atmasına baxmayaraq, hadisə-
lərin sonrakı gedişi gənc dövlətin əleyhinə baş verdi, 1920-ci ilin aprelin 28-də AXC Sovet
Rusiyasının işğalıına məruz qaldı və müstəqil siyasət yürütmək imkanından məhrum edildi.
Azərbaycan dövlət müüstəqilliyini əldə etdikdən sonra 1992-ci il martın 12-də diplomatik
münasibətlər yenidən bərpa edildi.
ОСОБЕННОСТИ ОБРЯДА ЗАХОРОНЕНИЯ В
КУВШИННЫХ
ПОГРЕБЕНИЯХ В
НИЗМЕННОМ ГАРАБАХЕ
Гюлана ГУСЕЙНОВА
младший научный сотрудник Института Археологии и Этнографии НАНА
gulanahuseynova@gmail.com
AZƏRBAYCAN
Погребальные памятники, как своим типом захоронения, так и помещённым в
него инвентарём содержат ценнейшую информацию для изучения религиозных веро-
ваний, социальной структуры и экономического уровня развития общества, социаль-
ного расслоения, имущественной дифференциации, миграционных процессов, взаимо-
связи с другими странами, этнокультурного взаимовлияния, развития земледелия, ско-
товодства, ремесла, торговли и других отраслей хозяйства. Одним из наиболее рас-
пространённых погребальных памятников Кавказской Албании на протяжении всего
периода существования этого государства являются погребения в кувшинах. На сегод-
няшний день в пределах исторической Кавказской Албании зафиксированы более ста
могильников с погребениями в кувшинах. Их большая часть выявлена в низменностях,
зачастую недалеко от рек и каналов, что даёт основание многим исследователям
считать, что обряд захоронения в кувшинах был присущ земледельцам. В.Асадов
отмечает, что обряд захоронения в кувшинах, изначально используемый населением,
обитавшим в речных долинах, постепенно стал распространяться от Мильской степи и
Мингечаура, вдоль Куры, на северо-запад и северо-восток страны. Это высказывание
подкрепляется выводом Т.И. Голубкиной о том, что все кувшинные погребения,
находящиеся к северу от Куры, как правило, более поздние.
На территории Низменного Гарабаха зафиксировано большое количество кув-
шинных погребений, которые имеют ряд локальных особенностей. Сравнительно про-
анализировав кувшинные погребения некрополей Гаракобар, Галатепе, Кобар, Ялдили,
Борсунлу, Узерликтепе и других, были определены
нижеследующие закономерности:
1.
В ходе исследований было установлено, что кувшинные погребения имеют
различную глубину залегания. Обнаруженные
погребальные кувшины
в некрополе
Галатепе
были уложены в могильных ямах
на глубине 0,4-1 м от дневной поверхности,
в некрополе Гаракобар – на глубине 0,5-2 м.
Наряду с кувшинами, уложенными в
могильные ямы, встречаются также впускные кувшинные погребения (Борсунлу,
|