III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1409
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
сделанного первым переводчиком. В Голландии, например, была группа лингвистов,
которые собрались и выработали минимальной экономической лексики согласованный
по всей стране и активно используются специалистами и так же широко понятен
каждому. Это может быть полезно для нашей страны тоже. Последнее, но не менее
важное, экономический перевод является низкооплачиваемой работой. Мы должны
признаться, что плохо оплачиваемая работа снижает качество конечного результата.
Все эти трудности могут объяснить нежелание экономистов принимать переводы тер-
минов. Возможно, некоторые из вышеуказанных мер может реально помочь улучшить
качество перевода экономических текстов и решить, будет ли он, непереведенным или
нет. Переводчик сталкивается с большими трудностями, когда он пытается перевести
старый языка на язык, без каких-либо литературных традиций. Потому что, каждый
язык имеет свой индивидуальный путь, отражающий окружающую действительность.
Хотя, есть неприемлемыми случаи плохого перевода, ошибки или неточности, опре-
деляемой небольшим знанием языка. Таким образом, переводчик обладающий высоко
качественной лингвистической знании, будет знать как бороться проблемами или же
найдет выход устранить эти проблемы. Так же он должен иметь способность интерпре-
тировать конкретную информацию знанием морфологической и синтаксической струк-
турой. Эмфатические, лексические когерентности или модальные глаголы сигнал отно-
шения между словами и способствовать согласованности и единства текста. То, есть
читатель должен с легкостью понимать речь. В процессе перевода экономических тер-
минов необходимо принимать во внимание такие характеристики многихэкономичес-
ких термин, как их метафорический цвет. Стратегии метафорического перевода эконо-
мической точки зрения, и многообразие типовпреобразования, используемые в процессе
их перевода, следует рассматривать как объект научного исследования.Прежде всего,
выполнения следующих задач, кажется, фактор первостепенной важности:
- Выявить семантическую и прагматическую характеристику в метафорических и
экономических условиях;
- Составить семантическую классификацию терминов, лексических единиц,
находящихся под исследованием;
- Определить типы преобразований, используемых в переводе метафорических
экономической точки зрения.
Методы исследования предполагаются задачами, упомянутые выше, и, по нашему
мнению преимущественное использованиетаких методов, как компонентный анализ,
трансформационный анализ и статистический метод, определяется сложный характер
объекта исследования.Быстрый прогресс в нашем обществе возрастает потребность в
общении между различными языковыми сообществами. Это развитие требует быстрых
переводов и специализированных текстов. В итоге, для качественного перевода,
необходимо обладать базу экономических термин, чтобы во время интерпретации не
сталкиваться проблемами, которые может привести к потери работы. Как мы знаем,
какова не была развитая технология в нашей глобальной стране, нужда переводчиком
всегда будет потому что, человеческий мозг настолько уникален что, его творения
может привести к шокирующим результатам. И так, быть профессиональным пере-
водчиком нужна опыт не только в конкретных сферах, но о информациях происход-
ящего в нашей стране.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1410
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
İNGİLİSDİLİNDƏNBƏDİİ TƏRCÜMƏNİNPROBLEMLƏRİ
LÜİSKEROLUNALİSAMÖCÜZƏLƏRDİYARINDA ƏSƏRİ
TİMSALINDA
Natiq ADILOV
Qafqaz Universiteti
nadilov@qu.edu.az
AZƏRBAYCAN
Yaqub ƏLİYEV
Qafqaz Universiteti
yaliyev@qu.edu.az
AZƏRBAYCAN
Tərcümənin müxtəlif təsnifatlarından bəhs edərkən əsasən praqmatik və bədii tərcümə
növləri ayırd edilir. Bədii tərcüməyə adından da görüldüyü kimi bədii ədəbiyyat nümunələri-
nin─hekayə, povest, roman, poeziya, dram əsərləri─tərcüməsi daxildir. Qeyd etmək lazımdır
ki, bədii ədəbiyyat estettik-koqnitiv (idraki) funksiya daşıyır və bədii ədəbiyyatdakı fikirlər
bədii şəkildə təqdim olunur.
Bədii tərcümə haqqında danışdıqda Azərbaycanda Şekspirin əsərlərini orijinaldan bir-
başa dilimizə tərcümə etmiş Sabir Mustafanın fikirlərinə diqqət etmək yerinə düşər: “Mən bir
qayda olaraq həmişə ayrı-ayrı sözləri deyil, ümumi fikri, əsas ideyanı müfəssəl əks etdirməyə,
orijinalın poetik ifadə tərzini, milli koloritini saxlamağa çalışıram. Bunun üçün bədii tərcümə-
də lazım olan bütün tələbləri imkanım daxilində yerinə yetirir, sanki öz vicdanım qarşısında
hesab verirəm”.
Ümumiyyətlə, mütəxəssislər bədii tərcümə prosesində poetik ekvivalentlərin tapılma-
sının vacibliyinə xüsusi olaraq diqqəti çəkir. Orijinal dilin bilinməsi vacib olduğu kimi, hədəf
dilin-ana dilinin bütün incəliklərinin bilinməsi də vacib məsələlələrdəndir. Bütün bu məqam-
ların fonunda qeyd etmək lazımdır ki, tərcüməçinin şəxsi keyfiyyətlərinin də nəzərə alınması
vacibdir. Bu fikri təsdiqləmək üçün Haynrix Haynenin maraqlı fikrinə diqqəti çəkmək olar
"Orijinalın hərfini, hətta dəqiq fikrini qrammatikanı öyrənib söz ehtiyatına malik olan hər kəs
tərcümə edə bilər. Lakin əsərin ruhunu tərcümə etmək hər adamın işi deyil".
Tərcüməçi və tərcümə nəzəriyyəçisi Y. Ryaşentsev «Ən yaxşı tərcümə nədir?» sualına
belə cavab vermişdir: «Əgər ikinci dildə yaradılan əsər orijinalın oyatdığı təəssürata maksimum
dərəcədə yaxın təsir oyada bilirsə, onu ideal tərcümə hesab etmək olar».
Bütün bu fikirləri fonunda bədii tərcümədə qarşıya çıxan problemləri nümayiş etdirmək
üçün Lyuis Kerrolun Alisa Möcüzələr Diyarında əsərindən bəzi cümlələrin Azərbaycan dilinə
tərcümələrini müqayisə etmək istəyərdik. Burada Lüis Kerol və onun əsərləri haqqında heç də
hamı tərəfindən bilinməyən bəzi faktları qeyd etmək də yerinə düşərdi. Lüis Kerol İngiltərə-
nin Oksford şəhərində Krayst Çerç Kollecində riyaziyyat müəllimi kimi işləyən Çarlz Docso-
nun təxəllüsüdür. Onun riyaziyyatda həndəsə, riyazi analiz, xətti cəbr və daha çox riyazi mən-
tiqdəki bilikləri onun əsərlərində gizli də olsa özünü biruzə verir. Məsələn aşağıdakı abzasda
müəllif Alisanın dilindən sonsuz kiçilmə haqqında danışır:
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1411
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Əsərin tərcümə edilmiş variantın birində oxuyuruq:
Başqa bir tərcümədə isə yazılıb:
Qeyd etməliyik ki, burada Kerolun riyaziyyatdakı “limit” anlayışına daha dəqiq desək sıfır
ədədinə yığılan ardıcıllıq və ya funksiyaya eyham vurduğu hiss olunur: “… for it might end, you
know,” said Alice to herself, “in my going out altogether, like a candle…”. Görünündüyü kimi
birinci tərcüməni oxuduqda hələ də limit anlayışını sətir arasında hiss etmək olur amma ikinci
tərcümə haqqında eyni fikri demək çətindir. Demək tərcüməçi yalnız həmin cümlələrin birba-
şa tərcüməsini deyil, o həm də müəllifin maraqlarını nəzərə alaraq onun nəyə eyham vurduğu-
nu da nəzərə almalıdır.Bu əlbətdə tərcüməçidən qeyri adi erudisiya və bacarıq tələb edir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1412
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1413
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
17-18, April 2015, Baku, Azerbaijan
PROCEEDINGS
SECTION V
HISTORY AND LAW
History
Law
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1414
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1415
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
17-18, April 2015, Baku, Azerbaijan
PROCEEDINGS
SECTION V
HISTORY AND LAW
History
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1416
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
İLK AZƏRBAYCANLI ALİ TƏHSİLLİ QADIN – NİGAR XANIM
ŞIXLİNSKAYA
Günay HEYDƏRLİ
Hacıqabul şəhər 5 saylı orta məktəb
gunay.heyderli@gmail.com
AZƏRBAYCAN
XIX əsrin sonu XX əsrin əvvəllərində ölkəmiz çar Rusiyasının işğalı altında olmasına
baxmayaraq bir qrup ziyalı elm və mədəniyyətin inkişafı üçün fəaliyyətlərini artırmışdılar. ”
Üsuli – cədid tərəfdarları” və ya qısaca “cədidçilər” adlanan bu ziyalılar yenilik tərəfdarı
olmaları ilə seçilirdilər və güclü bir hərəkata çevrilmişdilər. Bu hərəkatın nümayəndələrindən
biri Mirzə Hüseyn Əfəndi Qayıbzadə idi. O, Qori Müəllimlər Seminariyasının ilk ərəb və fars
dili müəllimi idi. Mirzə Hüseyn Əfəndi müsəlman mədrəsəsində təhsilin keyfiyyətini yaxşı-
laşdırmaq məqsədilə "Məsaili-ammil-hesab" (Hesab ümumi məsələləri) və ana dilini təzə
öyrənənlər üçün "Məbdəyi-təlimi-sibyan" (Yeniyetmələr üçün başlanğıc") adlı dərs vəsaitləri-
nin müəllifi idi. Qızlarından Nigar xanım 1889-cu ildə Tiflis Zaqafqaziya Qızlar İnstitunu
qızıl medalla bitirərək ilk azərbaycanlı ali təhsilli qadın olaraq tarixə düşür. 1909 – cu ildə
Əliağa Şixlinski ilə ailə qurur. Əliağa Şixlinski özünün “Xatirələrim” kitabında yazırdı ki,
“Bu dəyişiklik mənim həyatımı işıqlı bir yola, parlaq bir səadətə yönəltdi. Bir yerdə keçirmiş
olduğumuz iyirmi iki illik həyatın aydın səmasında bir bulud ləkəsi belə görünmədi.”
Nigar xanım Şixlinskaya rus, ərəb, fars, fransız dillərini mükəmməl bilirdi. 1912-ci ilin
yayında Çarskoye Seloya gələn fransız generalı Dezavye onun danışığına valeh olmuşdur.
Nigar xanımın qardaşı Bahadır Qayıbov 1946-cı ildə akademik Heydər Hüseynova yazdığı
məktubunda qeyd edirdi ki, “ Rəhmətlik Nigar bacı atamdan daha çox şey əxz etmişdir: o yet-
kinliyində,nəinki İran klassikləri Sədi, Firdovsi, Hafiz, Cami və başqalarını oxumuş həmçinin
bütün Azərbaycan şairlərini – Xaqani, Nizami, Füzuli, Vaqif və başqalarını mütaliə etmiş ərəb
dilini öyrənmiş və ərəb ədəbiyyatı ilə də tanış idi.”
Birinci dünya müharibəsi başlanandamzabit arvadları yaralı əsgərlərə yardım göstərmək
üçün “Qırmızıxaç” cəmiyyətini təşkil edirlər. Nigar xanım Şıxlinskaya həmin cəmiyyətə sədr
seçilir.İmperatorun “Qırmızı xaç” cəmiyyətinin səlahiyyətli nəzarətçisi polkovnik Velçinski
bir yoxlama zamanı demişdir ki, Nigar xanım Şıxlinskayanın başçılıq etdiyi xəstəxana hazırkı
müharibədə fövqəladə təşkil olunmuş bütün “Qırmızı xaç” cəmiyyətinin xəstəxanaları arasın-
daən yaxşısıdır. Onu da xatırladaq ki, xəstəxananın rəsmi adı “Topçu zabitləri məktəbi qadın
komitəsinin xəstəxanası” olmasına baxmayaraq, hörmət əlaməti olaraq hamı ona “Şıxlinska-
yanın xəstəxanası” deyirmiş. 1914- cü ildə “ Russkiy invalid” qəzetinin 4 avqust nömrəsində
çap olunmuş məqaləsində o, döyüşçü qadınlarını mübariz olmağa çağırırdı.Yazırdı ki, “Biz
yaxın kimsələrimizi “Hara gedirsən, hara?, Sənsiz vay günüm qara…” deyə-deyə uğurlama-
malıyıq: biz təmkinlə xeyir -dua verməli, ona təlqin etməliyik ki, o özünün əvəzinə ailədə,
ocaqda zəif, aciz məxluq deyil, ruhən güclü, təhlükənin gözünə düz baxmağı bacaran sadiq,
sevən dost qoyub gedir.”
Nigar xanım həm də Azərbaycan qadınlarının azadlığı və təhsili ilə də məşğul olurdu.
Hələ inqilabdan əvvəl Tiflisdə təşkil olunmuş “Qafqaz qadınlarının xeyriyyə cəmiyyəti”nə
ömürlük üzv seçilmişdir. O, çıxışlarında hökuməti müharibədə ailə başçısını itirənlərə yardım
verib, təqaüd kəsməyə çağırırdı. 1921-ci ildə Nigar xanım “Yeni fikir” qəzetində Azərbaycan
ədəbiyyatına dair sanballı bir məqalə ilə çıxış etmiş, dilin saflığını korlayan çağdaş qələm
sahiblərini tənqid atəşinə tutmuşdu. “Axır vaxtarda çox yazır və söyləyirlər ki, molla dili, ki-
tab dili ilə yazmaq lazım deyil; yazı el, camaat diliycə yazılmalıdır ki, “hamı onu qansın”.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1417
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Belə sözləri oxuyanda, eşidəndə adam fikir edir ki, kişi doğru deyir, camaat dili ilə yazılsa
hamı başa düşər. Amma bu deyən kişinin dediyini yerinə yetirmək çox çətin işdir. Camaat dili
ilə demək asandır. Hamının məlumudur ki, Azərbaycan camaatı növbənöv şivədə danışır:
Şəki, Şirvan, Gəncə... hər biri bir başqa şivədə, El dili ilə yazmaq istəyən hansı şivə ilə
yazmalıdır. Yazan özü hər nə şivədə danışsa da, yazdığını ədəbi dildə yazır”. Nigar xanım
Şıxlinskaya zəngin klassik ədəbiyyatımızı, mədəni irsimizi qoruyub saxlamağı gənc nəslə
tövsiyə edir, ədəbiyyatımızı, dilimizi yad ləhcələrdən təmizləməyin doğru-dürüst yolunu
göstərirdi. O, 1923- cü ildə “ Proletar mədəniyyəti” şüarı altında klassik irsimizə xor baxan,
Nizami Gəncəvinin farsca yazmasına görə milliyətini şübhə altına alanları ciddi tənqid edir,
onları savadsız adlandırırdı. O, Nizaminin azərbaycanlı olmasını yazan ilk tədqiqatçılardan
biri idi. Nigar xanım 1923 – cü ildə “Yeni fikir” qezetinin 9 oktyabr nömrəsində dərc etdir-
diyi “Azərbaycan ədəbiyyatına dair” irihəcmli elmi məqaləsində ədəbi problemlərə toxunur-
du. “Farsca yazmaq adəti şey olubdur və bu hal uzun müddət davam edibdir. İran ilə həm-
sərhəd və bir vaxt İrana tabe olan Azərbaycanda, hətta İrandan çox uzaqda olan Krımda və
Türkiyədə dəxi şairlərin farsca yazılmış əsərləri az deyil. Şeyx Nizaminin farsca yazmağı
türkcəyə məhəl qoymamaq deyil, zəmanəyə tabe olmağındandır.
Nigar xanım 1931- ci ilin 15 avqustunda Bakıda vəfat edir. Onun ölümü Əliağa Şıxlın-
skiyə ağır təsir edir. Nigar xanımdan sonra on üç il tənha ömür sürür. ” Mənim ölüm tariximi
sevimli Nigar xanımın vəfatı günü ilə hesablayın” deyən general öz vəsiyyətnaməsində
xanımı ilə bərabər dəfn olunmasını və heç bir tarixin qoyulmamasını istəyir.
Dahi bəstəkar Üzeyir Hacıbəyov Nigar xanımın şərəfinə generalın “Mənim” şerinə ro-
mans bəstələyir. 1948- ci ildə Üzeyir bəyin vəfatı ilə əlaqədar romans tamamlanmamış qalır.
AVROPA BİRLİYİNİN KİPR SİYASƏTİ
Nərgiz QULİYEVA
Dövlət Miqrasiya Xidməti
qnargiz@inbox.ru
AZƏRBAYCAN
Kipr probleminin bu günə qədər uzun sürməsi və həllinə nail olunmamasının səbəblə-
rindən birincisi adanın strateji əhəmiyyətə malik mövqedə yerləşməsi və müxtəlif şəkildə ada
ilə bağlı olan ölkələrin adadan öz mənfəətləri üçün istifadə etmələrindən qaynaqlanır. Kipr
adası Yaxın Şərq, Qafqaz və Orta Asiya enerji qaynaqlarının xarici bazara çıxışı və
Cəbəllütariq, Süveyş və Qara dənizdən keçən dəniz ticarətinə nəzarət etmək baxımından
əhəmiyyətli bir bölgədə yerləşir. BMT uzun illərdir ki, problemin həlli yolunu tapa bilmir.
1964-cü ildən bəri Kipr probleminə dair 120-dən artıq qərar qəbul edilmişdir. Rumlar unitar
və ya unitar dövlət qədər mərkəzçi bir federasiya, türklər isə konfendirasiya hətta 2 müstəqil
dövlət yaradılmasını arzu edir. 24 aprel 2004-cü ildə adanın hər iki tərəfində referenduma
çıxarılan Annan planına kiprli tüklər 64,9% lehinə, rumlar isə 75,8% əleyhinə səs vermişdir.
Kipr respublikası Şimali Kipr Türk Cumhuriyyətini nəzərə almadan özünü adanın tək dövləti
kimi təqdim edir. Əsas hədəfi isə türk hərbi qüvvələrinin adadan çıxarmaq və Türkiyənin
təsirini heçə endirməkdir. AB nisbətən ABŞ problemin həllinə daha yumşaq yanaşır. ABŞ
prezidenti Obama TBMM-də çıxışı zamanı Kiprda 2 xalqı və 2 bölgəni federasiya şəklində
birləşdirərək problemin sülh yolu ilə həllinə nail olmalıyıq deyə bildirmişdir. ABŞ Türkiyə-
Yunanıstan arasında meydana gələ biləcək qarşıdurmanın qarşısını almaq və Şərqi Aralıq
dənizi bölgəsinin təhlükəsizliyinin qorunmasını istiyir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1418
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Yunanıstan 1981-ci ildə AB-nin tam üzvü olduqdan sonra Kipr problemi Avropa-
Türkiyə münasibətlərində yer almışdır. Yunanıstanın isə hər zaman hədəfi adanı özünə
birləşdirmək olmuşdur. AB-nin Kipr probleminə müdaxiləsi Türkiyənin birliyə namizəd ölkə
olaraq qəbul edilməsindən başlamışdır. Kipr Respublikasının bütövlükdə adanın sahibi kimi
qəbul edilməsi Türkiyənin mənafelərinə toxunur. AB 1990-cı illərin ikinci yarısından yeni
genişlənmə mərhələsinə daxil olarkən Kipri problemli bölgə olaraq üzvlüyə qəbul etməyəcəyi
fikrindəydi. Ancaq buna baxmayaraq 1998-ci ildə Kopenhagen Zirvə toplantısında bütün
adanın təmsilçisi kimi Kipr Respublikası ilə tam üzvlük görüşlərinə başlamışdır. Toplantıda
AB birləşmiş Kiprin daxil edilməsi niyyətində olduğunu bildirmişdir. Ancaq buna baxmaya-
raq Kiprdəki 2 toplum arasında 28 fevral 2003-cü il tarixinə qədər bir razılığa gəlinməssə,
Kipr Respublikasının tək AB-ə üzv ola bilməsi fikri də ifadə edilmişdir. Lüksemburq Zirvə
toplanmasında isə Türkiyənin AB-nə üzv ola bilməsi üçün Kipr problemində irəliləmə əldə
etməsi ifadə edilmişdi. Bundan sonra AB Helsinki Zirvə toplantısında Türkiyəni namizəd ölkə
olaraq qəbul edir. Türkiyəni razı salmaqla yanaşı Kipr probleminin həlli tapılmasa da belə
bunun rumların üzvlüyünə əngəl törətməyəcəyi ifadəsini də səsləndirir.
2005-ci ildə AB ilə Türkiyə arasında Gömrük Birliyini Kipr Respublikası da daxil
olmaqla 10 yeni AB üzvünü əhatə edəcək şəkildə genişləndirəcək EK Protokolu imzalanır.
Ancaq Türkiyə hökuməti protokolun imzalanması və həyata keçirilməsi hər hansı bir şəkildə
Kipr Respublikasının tanınması demək deyildir bəyanatını verir. ŞKTC ilə münasibətlərini
heç bir şəkildə dəyişdirməyəcəyini bildirir. Bundan sonra Fransanın baş naziri Domnique
Villepin 2 avqust 2005-ci ildə verdiyi müsahibəsində AB üzvlərini tanımayan bir namizəd
ölkə ilə müzakirələrin başlanmasını düşünmək mümkün olmadığını bildirmişdir. Avropa
Parlamenti Xarici İşlər Komissiyasının rəhbəri olan Elmar Brok Türkiyənin Kipr probleminin
həlli istiqamətində fəaliyyətini onun AB-ə üzv olması arzusunun gerçəkləşməsində bir siyasi
test rolu oynayacağını ifadə etmişdir: ”Əlbəttə Gömrük Protokolunun Kipri də əhatə edəcək
dərəcədə genişləndirilməsi həm AB, həm də Türkiyə üçün çox önəmlidir. Müzakirələrə
başlamaq üçün Cənubi Kiprin Türkiyə tərəfindən tanınması şərt deyil. Ancaq tam üzv olması
üçün Cənubi Kiprin tanınması qaçılmaz olacaqdır”. Hələ də AB Kipr problemindən
Türkiyəyə təsir vasitəsi kimi istifadə edir.
Kipr Respublikası adanı bütövlükdə təmsil edən ölkə kimi AB-nə qəbul edilmişdir.
Təbiidir ki, Yaxın Şərq və Avropa arasında strateji baxımdan körpü rolunu oynayın Kiprin
problemli olması AB üçün əhəmiyyətli deyil. AB Türkiyədən Kipr ilə münasibətlərin normal-
laşdırılmasını, limanların və hava məkanının rum təyyarə və gəmiləri üçün açılmasını tələb
edir.
Türkiyə tərəfi belə hesab edir ki, 2 yoldan birini seçmək məcburiyyətində qalmışdır: ya
Şimali Kipr Türk Cumhuriyyətinin müstəqilliyini dəstəkləyəcək, ya da kiprli türklərin rumlar
tərəfindən assimliyasiyasına göz yummalı olacaqdır. Bu səbəbdən mövcud status kvonu türk
tərəfinin mənafelərinə uyğun bir nəticə əldə edilənədək davam etdirmək lazımdır. Türkiyənin
Kipr məsələsinə belə ciddi yanaşmasının səbəbi təhlükəsizlikdən qaynaqlanır. Bu ada Türki-
yəyə Osmanlıdan qalan mirasdır və bu torpaqda yaşayan türklərin təhlükəsizliyini təmin
etmək öhdəliyini daşıyır. ŞKTC-nin keçmiş rəhbəri Denktaş məsələ belə münasibət bildir-
mişdir: bunlar müştərək bir həyatı bölüşmək istəmirlər. 2 xalq heç bir zaman bütöv Kipr dü-
şüncəsinə sahib olmayıblar. Tərəflər arasında ayrılma səbəbləri çoxdur, birləşmə səbəbləri isə
yox dərəcəsindədir. 400 illik bir zaman kəsiyində birgə yaşayan 2 xalq hər zaman qarşı
qarşıya gəliblər. Türkiyə belə fikirdədir ki, AB tərəfindən Cənubi Kiprin dəstəklənməsi da-
vam etdikcə həllə nail olmaq mümkün olmayacaqdır. Rumlar türk tərəfini azlıq kimi gör-
məkdə davam edəcəklər. Bu da təbii ki, türklər tərəfindən qəbul edilməyəcəkdir. Bununla
yanaşı Türkiyə AB-nə namizədlik müzakirələrində Kipr Respublikasının və Yunanıstanın
veto təhdidi ilə qarşı-qarşıya qalacaqdır.
|