142
edilir. Rəqqasın rəqsinin dövrü (periodu) sərbəstdüşmə təcilinin
qiymətindən asılıdır.
2. Bu qravimetr yaydan asılmış m qravitasiya
kütləsinə malik olan
cisimdir. Yükün çəkisi sərbəstdüşmə təcilinin qiymətindən asılıdır
(R=mg). Yayın gərilməsi ilə təcilin nisbi dəyişməsini təyin etmək olur.
3. Qravitasiya variometrləri və qradientometrlərin sistemləri
tərəzi kimi təqdim edilir. Bu cihazlarla qravitasiya potensialının
ikinci törəməsini təyin edirlər.
§45. Sərbəstdüşmə təcilinin rəqqaslı cihazla təyini
Rəqqaslı cihazın köməyi ilə sərbəstdüşmə təcilinin həm
mütləq, həm də nisbi qiymətini təyin etmək olar. Rəqqaslı
üsulun
əsas ölçmə prinsipi rəqqasın izoxron rəqsinə əsaslanır. Ən sadə
rəqqaslı cihaz horizontal ox ətrafında sərbəst rəqsi hərəkət edən bərk.
cisimdir Şəkil 46. Bəzi hallarda dövr edən rəqqaslardan istifadə
edirlər . Rəqqasın 1 çubuğuna 2
iki prizma geyindirilib A və V,
tilləri üzbəüz istiqamətdə qoyulub, bunlar arasındakı məsafə rəqqasın
uzunluğuna bərabərdir 1. Rəqqas hər iki prizma üzərində rəqs edə
bilər, bu mexanizm hər iki prizma üzərində rəqs zamanı rəqsin dövrü
hər iki hal üçün sabit olur (yəni eyni olür). Belə rəqqaslar
Sərbəstdüşmə təcilinin qiymətini böyük
dəqiqliklə təyin etməyə
imkan verir. Rəqsin dövrü (periodu) rəqqasın uzunluğundan və
müşahidə məntəqəsində sərbəstdüşmə təcilindən g asılıdır.
T=
g
l
Rəqqasın uzunluğunu və rəqsin dövrünu (periodunu) bilərvk
bu düstürla sərbəstdüşmə təcilinin qiymətini təyin edə bilərik.
Rəqslərin dövrlərini xüsusi metodika (üsulla) ilə təyin edirlər. Bu
metodika ilə sərbəstdüşmə təcilinin ölçmə dəqiqliyi
xəta ilə birlik
downloaded from KitabYurdu.org
143
Şək
.46.
Dövrü rəqqas.
də 1mQal-dan çox olmamalıdır, yəni sərbəstdüşmə təcilinin mil-
yonda bir qiyməti dəqiqliyində, rəqqasın
uzunluğu və rəqslərin
dövrünü də həmin dəqiqlik nisbətində təyin etmək vacibdir. Bunun
üçün müşahidə nöqtələrində ölçülərin sayını artırmaq lazımdır.
Beləliklə, bir nöqtədə ölçmə üçün 8-13 saatdan çox vaxt tələb olunur.
Belə az məhsuldar iş indiki dövrdə geofiziki xidmət idarələrini qane
etmir. Bir tərəfdən rəqqaslı müşahidələr imkan verir ki,
sərbəstdüşmə təcilinin
mütləq qiymətini təyin etsin, ona görə də bu
cihazlarla istinad (dayaq) məntəqələrində sərbəstduşmə təcilinin
mütləq qiyməti təyin olunur (Potsdam, Pulkova)
və bütün Yer
kürəsinin hər nöqtəsində təyin olunan qiymətləri burada təyin olunan
qiymətlərlə əlaqələndirirlər. Müasir rəqqaslı cihazlar vasitəsilə müşa-
hidə aparmağa çox cüzi vaxt tələb olunur və ölçülən qiymət böyük
dəqiqliyə malik olur (milli Qalın 100-dən biri) və bu cihazların
qravimetrik axtarış işlərində geniş istifadə olunmasına imkan yaradır.
Dostları ilə paylaş: