İRƏVAN XANLIĞININ
YARANMASI
Azərbaycan tarixinin ən mühüm dövrlərindən biri olan
xanlıqlar dövrü XVIII əsrin ikinci yarısıdır. Həmin dövrün səciyyəvi
xüsusiyyətlərindən ən başlıcası ondan ibarətdir ki, bu zaman
Azərbaycan əsrlərdən bəri itirdiyi müstəqilliyi yenidən əldə edirsə
də, tarix səhnəsində vahid dövlət halında deyil, bir – birindən asılı
olmayan, müstəqil və xarici siyasət aparan xanlıqlar simasında çıxış
etmişdir.
Belə xanlıqlardan biri də mərkəzi İrəvan şəhəri olan sabiq
Çuxursəd bəylərbəyiliyinin ərazisində yaranmış İrəvan xanlığıdır.
Müstəqil, lakin xırda feodal dövlətinə çevrilməzdən əvvəl İrəvan
xanlığı mürəkkəb və uzun tarixi yol keçmişdir.
Məlum olduğu kimi, XVI əsrin lap əvvəllərində Təbriz şəhəri
mərkəz olmaqla, böyük bir ərazidə Səfəvi dövləti yaranmışdı. Bu
dövlət 1514 –cü ildən başlayaraq müəyyən fasilələrlə, XVIII əsrin
30-cü illərinə kimi Osmanlı Türkiyəsi ilə qanlı müharibələr
aparmışdır. Həmin müharibələr zamanı ucsuz – bucaqsız Səfəvi
dövlətini idarə etmək çətinləşdiyinə görə XVII əsrin 30-cu illərində
inzibati cəhətdən Qızılbaş tayfaları arasında bəylərbəyilik adlanan
on üç əyalətə bölünmüşdü. Belə əyalətlərdən biri mərkəzi İrəvan
(Rəvan) şəhəri olan Çuxursəd bəylərbəyiliyi idi.
Bəylərbəyiliklər də öz növbəsində inzibati cəhətdən bir neçə
mahallara bölünürdü. Bu mahalları idarə edən şəxs xan və yaxud
sultan rütbəsini daşıyırdı.
Çuxursəd bəylərbəyiliyinə Maku, Sədərək, XVII əsrin
əvvəllərindən etibarən Naxçıvan vilayətləri, habelə Bəyazid qalası,
Şadilu tayfasının vilayəti, kürdlərin dumbulu tayfasının vilayəti və
Maqazberd daxil idi. Sərhəd boyunca yerləşən digər
bəylərbəyiliklərdə olduğu kimi, Çuxursəd bəylərbəyiliyində də
Səfəvi şahları daima nizami qoşun hissələri saxlayırdılar.
30
Hər bir bəylərbəyilikdə hakimdən (bəylərbəyi, əmir və yaxud
əmir- ümara) başqa dini məsələləri həll edən və şəriət məhkəməsinin
baş hakimi olan şeyx – ül – islam, vəqf malikanəsini idarə edən sədr,
bəylərbəyinin müavini canişin (o bəylərbəyinin hərəkətlərinə göz
gəzdirir və bu barədə şaha məlumat verirdi), vilayət vəziri də olurdu.
Çuxursəd bəylərbəyini Səfəvi şahları tərəfindən təyin edilmiş
iki Azərbaycan tayfasının (ustaclu və qacar) nümayəndələri idarə
etmişlər. XVI əsrdə bu bəylərbəyin ilkin hakimi 1538 –ci ildə təyin
edilmiş Bədir xan Ustaclu olmuşdur. Sonradan onu həmin vəzifədə
Şah Qulu Sultan Ustaclu və Məhəmməd xan Toxmaq Ustaclu əvəz
etmişdilər
1
.
XVI əsr Səfəvi dövləti tarixinin ən mürəkkəb dövrlərindən
biri idi. Bu dövrün başlıca əlaməti 1514, 1533, 1538, 1548, 1555,
1578-ci illərdə baş vermiş və fasilələrlə davam etmiş möharibələr
olmuşdur. Bu müharibələr, əsas etibarilə Azərbaycan ərazisində d
getdiyinə görə ağırlıq da müharibə bölgəsində yaşayanların
üzərinə düşmüşdür. Osmanlı – Səfəvi müharibələri zamanı Çuxursəd
bəylərbəyiliyinin paytaxtı İrəvan şəhəri çox zaman hərbi
əməliyyatların mərkəzində olmaqla bərabər, gah Osmanlı
əsgərlərinin əlinə keçmiş, gah da Səfəvi qoşunları tərəfindən geri
alınmışdır.
Osmanlı – Səfəvi müharibələrini şərh etmək məqsədimizə
uyğun olmadığından və bu barədə kifayət qədər ədəbiyyat
olduğundan biz ötəri olsa, yalnız Çuxursəd bəylərbəyiliyinə aid hərbi
əməliyyatlardan bəhs edəcəyik.
1514, 1533 və 1538 –ci illərdə Baş verən müharibələrdə
Osmanlı qoşunları qələbə qazansalar da Səfəvi dövlətinin ərazisini
tərk etməli olmuşlar. 1548 –ci il müharibəsi də Səfəvi ordusunun
qələbəsi ilə nəticələndi, lakin osmanlılar bu məğlubiyyətlə
barışmayaraq, intiqam almaq hissi ilə yeni hücumlara hazırlaşdılar.
Bu dəfə Türkiyə sultanı III Muradın (1574- 1595) göstərişi üzrə türk
1
И.П.Петрущевский. Очерки по истории феодальных отношений в Азербайджане и
Армении в XVI – начале XIX вв., Л., 1948, стр. 121.
31
əsgərlərinin ali baş komandanı Mustafa Lələ paşa Ərzurumla yüz
minlik qoşunu müharibəyə hazırlamaqla bərabər, Türkiyənin vasssalı
Krim xanı II Məhəmməd Gərayı da (1577- 1584) nəzərdə tutulan
yürüşdə iştirak etməyə çağırdı.
Düşmən qoşunlarının Qars şəhərinin ətrafında birləşmələri
xəbərini eşidən Çuxursədin bəylərbəyi Məhəmməd xan Toxmaq
Ustaclu vaxt itirmədən bu barədə o zaman dövlətin paytaxtı olan
Qəzvinə çapar göndərib, yaxınlaşan təhlükə barəsində şaha xəbər
verdi. Vurduğu həyəcana cavab almayan və düşmən qoşunlarının
Qars tərəfdən hərəkət etdiyini görən Məhəmməd xan Toxmaq yaxın
qohumlarından Cənubi Azərbaycan bəylərbəyi Əmirxan Türkmənə
və Qarabağ bəylərbəyi İmamqulu xan Qacara müraciət edərək
qüvvələrini birləşdirib düşmənə birlikdə müqavimət göstərməyi
təklif etdi.
Müraciət olunmuş bəylərbəyindən yalnız İmamqulu xan
Qacar Məhəmməd xan Toxmağın xahişinə cavab olaraq, öz qoşunları
ilə İrəvan şəhərinə gəldi. Lakin mütəffiqlərin qoşunu Osmanlı ordusu
qarşısında sayca xeyli zəif idi- təqribən 15 min.
Düşmənin avanqardı ilə ilkin toqquşma zamanı qələbə çalan
Qızılbaş qoşunları osmanlıları təqib etməyə başladıqları zaman özləri
gözlənilmədən çoxsaylı türk əsgərləri ilə üzləşmiş oldular və
nəticədə məğlub olmuşlar. Bu hadisədən sonra Osmanlı ordusunun
əsas qüvvələri qızılbaşların hərbi qüvvələri üzərində qələbə
çalmışlar.
1583 –cü ildə Çuxursəd bətylərbəyiliyinə Türkiyə tərəfindən
daha bir hərbi yürüş edildi. Həmin ildə sərkərdə Fərhad paşanın
komandası altında türk əsgərləri Səfəvi dövlətininərazisindən
keçərək Çuxursəd istiqamətində hərəkət etdilər.
Çoxsaylı düşmən ordusunun yaxınlaşmasını eşidən bəylərbəyi
Məhəmməd xan Toxmaq Ustaclu yenidən kömək üçün Qarabağ
bəylərbəyinin hakimi Əmir xan Türkmənə müraciət etdi. Lakin bu
zaman şah Məhəmməd Xudabəndə (1578- 1587) sərhəddən xeyli
uzaqda – Xorasanda olduğundan həmin bəylərbəyilər Məhəmməd
xan Toxmağın müraciətinə cavab vermədilər. Köməksiz qalan
32
Məhəmməd xan İrəvan şəhərini tərk edib Naxçıvanda sığınacaq
axtarmağa məcbur oldu. İrəvanı alan Fərhad paşa şəhərin qala
divarlarının müdafiə qabiliyyətini möhkəmləndirmək məqsədilə bir
illik azuqə ehtiyatı ilə bir qarnizon qoyub geri çəkildi. Bir qədər
sonra türk qarnizonu da İrəvanı tərk etdi.
Lakin bu heç də Osmanlı Türkiyəsinin sülhsevərlik siyasətini
nümayiş etdirmirdi. İki ildən sonra, 1585- ci ildə türk sərkərdəsi
Osman paşanın başçılığı ilə Səfəvi dövlətinin ərazisinə yeni hücum
hazırlandı. Bunu görən Çuxursəd bəylərbəyiliyinin hakimi
Məhəmməd xan Toxmaq müqavimət göstərməyi yersiz hesab edib,
şah Məhəmməd Xudabəndənin istirahətdə olduğu Qarabağa pənah
apardı.
Beləliklə, Çuxursəd bəylərbəyiliyi və İrəvan şəhəri bir daha
osmanlı əsgərlərinin əlinə keçdi.
Bu hadisədən sonra şah Məhəmməd Xudabəndə müəyyən
tədbir görməyə məcbur oldu. O bütün bəylərbəyilərə öz qoşunları ilə
Təbrizdə cəmləşməyi əmr etdi. Bəylərbəyilərin əksəriyyəti şahın
əmrinə tabe olmadı. Bu zaman şah Məhəmməd Xudabəndə Çuxursəd
bəylərbəyiliyində hakimiyyətini itirən Məhəmməd xan Toxmağı
Qızılbaş qoşunlarının başında döyüşə göndərdi. Sufyan adlanan
yerdə ilk toqquşma zamanı qələbə çalan Qızılbaş qoşunları,
sonradan çoxsaylı türk əsgərləri tərəfindən məğlubiyyətə uğradılar.
Beləliklə, müharibədə qələbə çalan Osmanlı Türkiyəsi Səfəvi
dövlətinin ayrılmaz bir hissəsi olan Azərbaycanın bir çox
torpaqlarına, o cümlədən Çuxursəd bəylərbəyiliyinə də sahib oldu.
İşğal olunmuş ərazilərdə Türkiyə sultanı öz nümayəndələrini hakim
təyin etdi. Türkiyənin Çuxursəd bəylərbəyiliyinin ilk hakimi Xızır
paşa təyin edildi. Ona eyni zamanda Naxçıvan ölkəsini də idarə
etmək həvalə edildi
1
.
XVI əsrin sonlarında Səfəvi dövlətində gələcəkdə ciddi nəticə
verə biləcək dəyişiklik baş verdi. 1587-ci ildə saray çevrilişi zamanı
1
А.А.Рахмани. “Тарих – и аламарай- и Аббаси” как источник по истории
Азербайджана. Баку, 1960, стр.82.
33
34
35
Məhəmməd Xudabəndəni Səfəvi taxtında onun oğlu I Abb as əvəz
etdi.
Yeni şah Səfəvilərin Osmanlı Türkiyəsi ilə apardıqları
uğursuz müharibələrə fasilə vermək və gələcəkdə ciddi döyüşlərə
hazırlaşmaq məqsədilə 1590- ci ildə Osmanlı Türkiyəsi ilə sülh
müqaviləsi bağladı.
Müəyyən hazırlıqdan sonra I Şah Abbas 1602- ci ildə
Osmanlı Türkiyəsi tərəfindən işğal olunmuş bir sıra kəndləri və
yaşayış məntəqələrini azad edərək, İrəvan qalasına yaxınlaşdı. 1604-
cü il iyunun 8 -də İrəvan qalasında Şərif paşanın başçılığı altında
müqavimət göstərən türk qarnizonu qızılbaşlara tabe oldu.
İrəvan qalası alındıqdan sonra I Şah Abbas fəallıq göstərən
sərkədəklərindən Əmir Qunə xanı Çuxursəd bəylərbəyiliyinin hakimi
təyin etdi.
1605 –ci ildə Qızılbaş qoşunlarının müvəffəqiyyətli
yürüşünün qarşısı alındı. Həmin ildə Osmanlı Türkiyəsinin
sərkərdəsi Sinan Paşa Ciqal oğlu çoxsaylı ordu ilə yenidən
Azərbaycan torpaqlarına həmlə etdi. Bu hadisə ilə əlaqədar I Şah
Abbas sərt tədbirlərə əl atmağa məcbur oldu. O, müvəqqəti olaraq
geri çəkilməyi qərara alıb, türk əsgərlərinin tuta biləcəyi şəhər və
kəndlərdən əhalini olub – qalan ərzaq məhsulları ilə birlikdə ölkənin
daxilinə köçürtdürdü.
Tarixdə “Böyük sürgün” adlanan bu əməliyyatda ən ağır
zərbə Çuxursəd bəylərbəyiliyi və Naxçıvan ölkəsinin əhalisinə
dəydi
1
.
Çuxursəd bəylərbəyiliyinin ərazisi və İrəvan şəhərinin
“boşaldılması” əməliyyatını I Şah Abbas Əmir Qunə xanın özünə
həvalə etdi. Şahın əmrilə Çuxursəd bəylərbəyiliyinin əhalisinin
əksəriyyəti Araz çayının cənubunda yerləşən Qaradağ əyalətinə
köçürüldü.
Tezliklə I Şah Abbasın “sürgün” əməliyyatı öz bəhrəsini
1
И.П.Петрущевский. Азербайджан в XVI – XVII веках. Сборник статей по истории
Азербайджана. Баку, 1949, стр. 277.
36
verdi: Çuxursəd ərazisini işğal etmiş Sinan Paşa Ciqal oğlunun
başçılıq etdiyi türk əsgərləri aclıqla üzləşib geri qayıtmağa məcbur
oldular.
Bunu görən Qızılbaş ordusu əks hücuma keçərək 1606 –cı
ildə Çuxursəd bəylərbəyiliyini büsbütün türk əsgərlərindən
təmizlədilər. İrəvan şəhərində yenidən Əmir Qunə xanın hakimiyyəti
bərpa olundu.
Əmir Qunə xan fəaliyyətə başlar – başlamaz Çuxursəd
bəylərbəyiliyinin ərazisinə həmin dövrdə Şimal – Şərqi
Azərbaycanda və Qarabağda feodal istismarına qarşı üsyan etmiş
kəndli dəstələri daxil oldular. Əmir Qunə xan tezliklə qiyamçıları
məğlub edib, üsyanın başçısını- tarixdə “Mıxlı Baba” adı ilə məşhur
olan şəxsi həbs edib dövlətə təhvil verdi
1
.
Tarixi hadisələr tez – tez cərəyan etdiyindən Əmir Qunə xan
Çuxursəd bəylərbəyiliyini tələb olunan səviyyədə idarə edə bilmədi :
1616 –cı ildə başda Türkiyənin baş vəziri Məhəmməd Paşa olmaqla,
çoxsaylı Osmanlı ordusu yenidən Azərbaycan ərazisinə soxuldu və
həmin ilin payızında Çuxursəd bəylərbəyiliyinin paytaxtını ələ keçirə
bilmədilər
2
. İrəvan qalasının müdafiəsinə şəxsən Əmir Qunə xanın
özü rəhbərlik edirdi.
Bu hadisədən sonra Əmir Qunə xan bir müddət hərbi
əməliyyatlarda iştirak etmədən, Çuxursəd bəylərbəyiliyi daxilində
mülki məsələlərlə məşğul oldu.
Səfəvi dövlətinin hər yerində olduğu kimi, Çuxursəd
bəylərbəyiliyində də 5 torpaq mülkiyyəti mövcüd idi: dövlət
torpaqları (divani), şah ailəsinə mənsub olan torpaqlar (xalısə),
feodalların şəxsi torpaqları (muma), dini müəssisələrin torpaqları
(vəqf), kəndli icmasına (camaat) məxsus torpaqlar. Burada da dövlət
qarşısında müəyyən xidmət göstərmiş şəxslərə şərti mülkiyyət
forması olan “soyurqal” verilirdi.
Əhalinin böyük əksəriyyətini təşkil edən kəndlilərin vəziyyəti
1
Yenə onun: Азербайджан. Очерки истории СССР (XVII в.), М., 1955 г.
2
A.A.Rəhmani. Göstərilən əsəri, səh. 120.
37
Səfəvi dovlətində istismar olunan kəndlilərin vəziyyətindən
fərqlənmirdi. Onlardan da 35 -ə kimi müxtəlif vergi toplanılırdı.
Əmir Qunə xan Çuxursəd bəylərbəyiliyini ədalətlə idarə edərək,
buraya pənah gətirən xristianların – ermənilərin yaşayıb –
yaratmaqları üçün də şərait yaradırdı. O, 1441-ci ildə Kilikiyadan
qovulmuş, bu məmləkətə pənah gətirib özlərinə sığınacaq tapmış və
Eçmiədzinə (Üç kilsə) monastırında sakin olmuş erməni
katolikoslarının fəaliyyətini də məhdudlaşdırmamışdır. Həmin
vaxtdan başlayaraq Eçmiədzin (Üç kilsə) bütün ermənilərin dini
paytaxtına çevrilmişdi
1
.
Əmir Qunə xanın dinc fəaliyyətinə son qoyuldu. O,
müharibələrdən aldığı yaralardan heç cürə yaxa qurtara bilmədi.
Bunu görən I Şah Abbas xanı öz sarayına dəvət etdi, yerinə isə oğlu
Təhmasib Qulu bəyi göndərdi. 1625-ci ildə Çuxursəd
bəylərbəyiliyinin əmiri təyin olunan Təhmasib Qulu bəy buranı 10 il
(1625-1635) idarə etdi.
1635 –ci ildə Osmanlı Türkiyəsinin başçısı Sultan Murad 700
minlik ordu ilə Azərbaycanın ərazisinə daxil olub, İrəvan qalasına
yaxınlaşaraq şəhəri mühasirəyə aldı. Doqquz günlük top atəşindən
sonra İrəvan qalası Osmanlı qoşunları tərəfindən alındı. Çuxursəd
bəylərbəyi Təhmasib Qulu xan həbs edilib İstanbula göndərildi. Bu
hadisədən sonra Təhmasib Qulu xana bir daha Azərbaycana
qayıtmaq qismət olmadı. İrəvan şəhərində on iki minlik qarnizon
qoyan Sultan Murad Təbrizə hərəkət etdi, lakin buranı ala bilmədiyi
üçün İstanbula qayıtdı
2
.
Bir ildən sonra – 1636 –cı ildə Şah Səfi (1628- 1642) 100
minlik Qızılbaş ordusunun başında Çuxursəd bəylərbəyiliyinin
ərazisinə daxil olaraq türklərin işğal etdikləri İrəvan şəhərini
mühasirəyə aldı. Mühasirə 3 ay davam etdi. Azsayloı türk qarnizonu
tab gətirməyib tabe oldu. Qaliblər İrəvan qalasında hakim təyin
edilən Murtuza paşanı və xeyli türk əsgərini qətlə yetirdilər. Bundan
1
С.П. Еремян. Армения. Очерки истории СССР (XVII в.), М., 1955, стр.946.
2
Аракел Даврижеци. Книги историй. М., 1973, стр. 494.
38
əlavə türk sərkərdələrindən Şeyxixan paşa, İbrahim paşa, Mömin
paşa həbs edilib İrana göndərildi. Şah Səfi yaxın adamlarından
Kəbləli xanı Çuxursəd bəylərbəyinə əmir təyinedib geri döndü
1
.
Kəbləli xanın hakimiyyəti dövründə Çuxursəd bəylərbəyiliyində
demək olar ki, heç bir ciddi siyasi hadisə baş verməmişdir. Buna əsas
səbəb 1639 –cü ildə Səfəvi dövləti ilə Osmanlı imperiyasının
arasında bağlanan sülh müqaviləsi idi. Hər iki dövlət arasında
yaranmış əmin – amanlıq ölkədə məhsuldar qüvvələrin nisbətən
canlanmasına gətirib çıxardı.
I Şah Abbasın sələfləri II Şah Abbasın (1642- 1667) və şah
Süleymanın (II Şah Səfinin 1667- 1694) hakimiyyəti dövründə
Azərbaycanın ərazisində hərbi əməliyyat aparılmadığından XVII
əsrin 80 –90 -ci illərinə kimi bütün ərazilərdə olduğu kimi, Çuxursəd
bəylərbəyi dəö uzun sürən müharibənin təsərrüfat həyatına vurduğu
yaraları sağaltmaq üçün imkan əldə etdi. Bəzi tarixçilər hətta II Şah
Abbasın hakimiyyət illərini bütün Cənubi Qafqaz ölkələrinin
iqtisadiyyatının inkişafı üçün uğurlu hesab edirlər
2
.
Həmin məsələnin işıqlandırılması xüsusi tədqiqat tələb etdiyi
üçün onun üzərində dayanmayacağıq. Lakin Çuxursəd
bəylərbəyilərinin fəaliyyətləri ilə bilavasitə bağlı olan bir məsələdən
– xristianlara münasibətdən bəhs etməyə bilmərik.
Bununla əlaqədar olaraq qeyd etməliyik ki, erməni tarixçiləri
bu günə kimi səfəvilərin – müsəlmanların, daha doğrusu
azərbaycanlıların erməniləri təqib etmələrindən, hələ orta əsrlərdən
ermənilərin soyqırımından bütün dünyaya car çəkirlər. Əgər erməni
tarixçiləri erməni kəndlilərinin istismar olunmalarından yazırlarsa,
qeyd etməliyik ki, eyni dərəcədə müsəlman kəndliləri də istismar
olunurdular. Səfəvilər dövründə xristianlar dinlərinə görə heç vaxt
təqib olunmamışlar
3
. Əksinə, I Şah Abbas olmaqla, demək olar ki,
Səfəvi şahlarının hamısı erməni din xadimlərinə və feodallarına
xeyirxahlıqla yanaşmışlar, ermənilər heç vaxt, hətta sünni
1
Аракел Даврижеци. Книги историй. М., 1973, стр. 494.
2
П.Петрущевский. Азербайджан в XVI – XVII веках,. Баку, 1949, стр. 285.
3
Yenə orada.
39
müsəlmanlar kimi təqib olunmamışlar. “Matenadaran” da saxlanılan
sənədlərin birində deyilir ki, Səfəvi dövlətində bütün xristianlar can
vergisi – cizyə verdikləri halda, erməni yepiskopları və monastırları
bu vergidən azad olunurdular. Çox zaman erməni ruhanilərindən heç
bir vergi toplanılmırdı
1
. Maraqlı burasındadır ki, bəzi şahlar və
bəylərbəyilər erməni monastırlarını tikdirir və erməni ruhanilərinə
böyük məbləğdə pul da verirdilər
2
. XVII əsrdə yaşayıb – yaratmış
erməni din xadimi və tarixçisi Arakel Təbrizlinin yazdığı “Tarix
kitabı” nın və “Şanlı monastırların bərpa olunması” adlı fəslində
Səfəvi hökmdarlarının erməni din xadimlərinə göstərdikləri
“səxavətdən” bəhs olunur.
Çuxursəd bəylərbəyiliyində ermənilərin dini mərkəzi yerləşən
Eçmiədzinə (Üç kilsə) dünyanın hər yerindən bütün il boyu
ziyarətçilərin gəldiyindən istifadə edərək, onlardan “səlaməti” və ya
“xudrahdari” – bir sözlə, “torpaq basdı” vergisi toplayırdılar ki, bu da
katolikosların (xəliflərin) gəlirlərinin azaldılmasına və onların
etirazını səbəb olurdu.
Çox güman ki, əldə edilən həmin gəlirdən Çuxursəd
bəylərbəyiləri şahın xəzinəsinə kifayət qədər məbləğ göndərirmişlər.
Heç də təsadüfi deyildir ki, Səfəvi şahları Çuxursəd
bəylərbəyiliyində kimin hakim- əmir olması məsələsinə heç də
biganə qalmırdılar. Çuxursəd bəylərbəyiliyində Kəlbəli xandan sonra
Nəcəf Qulu xan hakimiyyəti illərində, çox güman ki, sülh dövründə
həddən artıq “özbaşınalığına yol verərək, dövlət xəzinəsinə tələb
olunan məbləği İsfahana göndərməyi “unudurdu”. Məhz buna görə
də II Şah Abbas 1663 –cü ildə onu vəzifəsindən salıb İrəvana Əmir
Qunə xanın oğlanlarından olan Abbas Qulu xanı hakim göndərmişdi.
Abbas Qulu xan Çuxursəd bəylərbəyiliyini XVII əsrin 70 –ci
illərinin əvvəlinə kimi idarə etdikdən sonra onu bu vəzifədə adını və
dinini dəyişib Səfi xan adını daşıyan gürcü əvəz etmişdir
3
.
1
Yenə orada, səh. 281
2
П.Петрущевский. Азербайджан в XVI – XVII веках, Баку, 1949, стр. 281.
3
С.А.Мамедов. Исторические связи азербайджанского и армянского народов (II пол.
XV в. и первая треть XVII в.) Баку, 1977, стр. 42.
40
Səfi xanın ölümündən sonra Çuxursəd bəylərbəyiliyinin
taxtında Səfi Qulu xan əyləşdi. O, Səfəvi şahlarından və özündən
əvvəlki bəylərbəyilərdən fərqli olaraq xristianlara ürəyiyumşaqlıq
göstərməyib, onlardan da lazımi vergiləri almağa baəladı. O hətta
yağış yağdıqda ermənilərin küçəyə çıxmasına icazə vermirdi ki, onlar
küçələri murdarlamasınlar
1
.
Səfi Qulu xan dini mənsubiyyətindən və milliyyətindən asılı
olmayaraq, hədsiz istismar nəticəsində əhalini var – yoxdan çıxarırdı.
O, topladığı vergidən hakim olduğu bölgədə yerləşən hərbi rəislərə
müəyyən miqdarda məvacib verməli idi. Lakin Səfi Qulu xan onlar
üçün heç bir məbləğ ayırmırdı. 1677 –ci ildə iki il məvacib almayan
Qızılbaş hərbi qulluqçuları, o cümlədən 500 süvari Səfi Qulu xanın
əleyhinə silah qaldırmalı oldu.
Kəndli kütlələrinin narazılığı hərbçi feodalların arzuları ilə
vəhdət təşkil edərək ümumxalq kininə çevrildi. Məsələ o yerə çatdı
ki, İrəvan şəhərində üsyançılar bəylərbəyinin sarayını mühasirə
edərək onun əmlakını talan etməyə məcbur oldular. Nəticədə Səfi
Qulu xan İsfahana qaçmaqla yaxasını üsyançıların əlindən qurtardı.
Əlacsız qalan Şah II Səfi Süleyman Çuxursəd bəylərbəyiliyinə Səfi
Qulu xanın əvəzinə etibarlı adamlarından olan Zal xanı təyin etdi.
Onun hakimiyyəti illərində, XVII əsrin son rübündə bütün Yaxın
Şərq ölkələri kimi, Səfəvi dövləti də dərin siyasi və iqtisadi tənəzzül
keçirirdi. Bu gerilik Çuxursəd bəylərbəyiliyinin təsərrüfat həyatında
da öz əksini tapdı.
Yaxın Şərq ölkələrinin bu tənəzzülü barədə tarixi ədəbiyyatda
kifayət qədər məlumat olduğundan, bu məsələnin üzərində
dayanmayacağıq. Lakin qeyd etməliyik ki, bir sıra mənbələrdə XVII
əsrin II və III rübündə Səfəvi dövlətinin iqtisadiyyatından bəhs
edilirsə, bunu yalnız ticarətə aid etmək olar. Həmin dövrdə İrəvan
şəhəri Türkiyədən, Tiflis, Gəncə, Şamaxı, Ənzəli və İsfahan şəhərləri
ilə aparılan ticarətin düyün nöqtəsi çevrilmişdi
2
.
1
Закария Саркаваг. Хроника. М., 1969, кн. 2, стр. 90; S.A.Məmmədov. Göstərilən əsəri,
səh.135.
2
Л.Х.Тер- Мкртчян. Армения под власбю Надир шаха. М., 1963, стр. 28.
41
XVII əsrdə yaşayıb – yaratmış Zəkəriyyə Sarkafak bu barədə
belə yazmışdır: “Ararat ölkəsi məhsuldardır və hər cür ərzaqla
zəngindir. Bu səbəbə görə İrəvana hər tərəfdən gəlir, istədiklərini alıb
aparırlar”
1
.
Çuxursəd bəylərbəyiliyinin ticarətində müsəlmanların ali
silkinin nümayəndələri ilə yanaşı, erməni monastırları da iştirak
edirdilər
2
.
Ticarətin müəyyən qədər çiçəklənməsini əsrin son rübündəki
təsərrüfat həyatına aid etmək olmaz. Çünki ticarət sahəsindəki gözə-
çarpan canlanma heç də XVII əsrdə, xüsusilə son rübündə kənd
təsərrüfatının çiçəklənməsi demək deyildi. Mənbələrdə bütün Səfəvi
dövlətində kəndlilərin vəziyyətinin ağır olması barədə külli miqdarda
məlumat vardır. Müasirlərin yazdıqlarına görə zəhmətkeş kütlələrin
rifah halı bütün XVII əsr boyu xeyli aşağı səviyyədə olmuşdur
3
.
Şəhərlərdə də vəziyyət ağırlaşmışdı. Bunu əldən - ələ keçən
şəhərlərin, o cümlədən İrəvan əhalisinin xeyli azalması bir daha
göstərirdi.
XVII əsrin əvvəllərində Səfəvi dövlətində mərkəzi hökümət o
qədər zəifləmişdi ki, ucqarlardakı hakim feodalların, bəylərbəyilərin
“mərkəzdənqaçma” siyasəti ilə mübarizə apara bilmirdi. Bundan
istifadə edən bəylərbəyiliklərdə, o cümlədən Çuxursəd
bəylərbəyiliyində hakim feodallar daha çox özbaşınalıq edir və
özlərini hakimmütləq kimi aparırdılar.
Ağır istismar demək olar ki, bütün Səfəvi dövlətini bürüyən
həm feodal, həm də mərkəzi hökümətin əleyhinə qalxan silahlı
üsyanlarla nəticələndi. Azərbaycanın şimalında ən qüdrətli üsyan
Şirvanda baş verdi. Belə ki, üsyançılar Şimalı Azərbaycanda Səfəvi
şahlarının ən etibarlı dayaq nöqtəsi olan Şamaxı şəhərini 1721 –ci
ildə ələ keçirərək Şirvan əmirini qətlə yetirib, bu bölgədə müstəqil
1
İqtibas. L.X.Ter- Mkrtçyanın göstərilən əsərindən götürülmüşdür, səh. 28.
2
И.П.Петрущевский. Азербайджан в XVI – XVII веках, стр. 296.
3
Путешествие Шардена. Тифлис, 1902, стр. 347.
42
dövlətin – xanlığın yaranmasına nail oldular
1
.
Şamaxı şəhərinin üsyançılar tərəfindən alınması xəbəri
tezliklə bütün Səfəvi dövlətini bürüdü. Həmin dövrdə dövlətin
paytaxtı İsfahan şəhəri əfqan tayfaları tərəfindən işğal edildiyindən,
Səfəvi dövlətinin yeni padşahı II Şah Təhmasibin özü ağır günlər
keçirdiyindən Şirvan üsyanına qarşı heç bir tədbir görmək iqtidarında
deyildi. Odur ki, Şirvan üsyanının genişlənməsindən təşvişə düşən
Çuxursəd bəylərbəyiliyinin kömək üçün Şah II Təhmasibə müraciəti
cavabsız qaldığından, Qarabağ bəylərbəyi Uğurlu xanla sözləşib
Şirvan bəylərbəyi Hüseyn xanın aqibətini bölüşdürməsinlər deyə,
birləşmiş qoşunlarla Şamaxı tərəfdən hərəkət etdi. Bundan xəbər
tutan Şirvan üsyançılarının başçısı Hacı Davud Dağıstandan gəlmiş
müttəfiqləri ilə birlikdə düşmənə Kür çayını keçməyə imkan
verməyib, onu qəflətən qarşıladı və darmadağın etdi. Beləliklə,
Çuxursəd bəylərbəyiliyinin qoşunları İrəvan və Gəncə şəhərlərinə
çəkilməli oldular
2
.
1639 –cu ildən Səfəvi dövlətinin Türkiyə ilə sərhədində, o
cümlədən Çuxursəd bəylərbəyiliyində bərqərar olunan əmin –
amanlıq 1723 –cü ildə pozuldu. İsfahan şəhərinin 1720 –ci ildə
əfqanlar tərəfindən işğal olunmasından və Səfəvi xanədanının həddən
artıq zəifləməsindən, habelə Rusiya dövlətinin Xəzərboyu
əyalətlərini tutmasından
3
və ölkədə yaranmış qarmaqarışıqlıqdan
istifadə edən Türkiyə höküməti sülh haqqındakı mövcud olan
müqavilənin şərtlərini pozaraq, 1723 –cü ildə qoşunlarla sərhəd
xəttini keçməyi əmr etdi.
Türk əsgərlərinin yürüşü 1722- 1723 –cü illərdə Xəzərboyu
əyalətləri işğal edən rus qoşunları ilə Azərbaycan torpağında
toqquşmaya gətirib çıxara bilərdi. Bu arzu edilməyən müharibənin
1
Şirvan üsyanı barədə ətraflı b a x : Ф.М.Алиев. Антииранские выступления и борьба
против турецкой оккупации в Азербайджане в I пол. XVIII в Баку, 1975. Стр. 28 – 36.
2
C.Hanvey. İngilis ticarətinin Xəzər dənizi vasitəsilə aparılmasının tarixi təsviri, London,
1762, səh. 36 (ingilis dilində).
3
1722-1723-cü illərdə Rusiya dövlətinin Azərbaycanın Xəzərboyu əyalətlərini işğal
etmələri barədə ətraflı b a x : F.M.Əliyev. Göstərilən əsəri, səh. 38-64.
43
qarşısını alsın deyə, hər iki dövlət arasında 1724 –cü ildə İstanbul
şəhərində müqavilə imzalandı. Müqavilənin şərtlərinə görə Rusiya
işğal etdiyi Xəzərboyu əyalətləri öz dövlətinə ilhaq etməklə
kifayətləndi. Türkiyə isə Cənubi Qafqazın və Cənubi Azərbaycanın
ərazilərini işğal etmək üçün Rusiyanın razılığını aldı.
İstanbul müqaviləsindən sonra Sultan III Əhmədin əmrinə
əsasən Osmanlı qoşunları bütün sərhəd boyunca hücuma keçib qərb
tərəfdən Səfəvi dövlətinin ərazisinə daxil olaraq, qarşıya çıxan
şəhərləri bir – birinin ardınca işğal edərək ta Ərdəbil şəhərinə kimi
gəlib çıxdılar.
Türk əsgərləri ilk ciddi müqavimətlə Çuxursəd bəylərbəyiliyi
ərazisində, İrəvan qalası ətrafında rastlaşdılar.
İrəvana hücum edən 75 minlik türk ordusuna Abdulla Paşa
Köprülü başçılıq edirdi
1
.
Abdulla Paşa Köprülünün göstərişi ilə kəşfiyyat məqsədilə
irəliyə Yalquz Həsən və Qoç Əlinin komandası altında 1800 nəfərlik
qoşun göndərildi. Həmin qoşunlar İrəvan yaxınlığındakı Uçivard
adlanan yerə çatar – çatmaz, İrəvan qalasından Mehrəli xanın
başçılığı altında olan süvari dəstəsi ilə toqquşmalı oldular. Hər iki
tərəfdən böyük itkiyə səbəb olan döyüş Osmanlıların qələbəsi ilə
nəticələndi. Məğlubiyyətə düçar olmuş Mehrəli xan sağ qalan
qoşunları ilə İrəvan qalasına çəkildi və bir daha türk əsgərləri ilə
vuruşmağa cəsarət etmədi
2
. Döyüşü qələbə ilə başa çatdıran Qoç Əli
və Yalquz Həsən yürüşü davam etdirərək, İrəvan qalası yolunda olan
Qarni qalasını mühasirəyə aldılar. Bundan xəbər tutan Mehrəli xan
mühasirədə olanlara heç bir yardım edə bilmədi. Nəticədə Qarni
əhalisi türk sərkərdələrinə külli miqdarda qiymətli “hədiyyə” verərək
qalanın türk qoşunları tərəfindən darmadağın olunmasının qarşısını
aldı.
Bu hadisədən sonra türk komandanlığı Qarni qalasında
mühafizə üçün kiçik qarnizon qoyub İrəvan istiqamətində hərəkət
1
Армянская анонимная хроника (1722-1736). Перевод с турецкого в примечание
академика АН Азерб.З.М.Буниатова. Баку, 1988, стр. 8
.
2
Yenə orada.
44
etdi.
Türk qoşunlarının yaxınlaşmasını eşidən İrəvanın ətraf
kəndlərinin sakinləri də şəhər qalasında sığınacaq axtarırdılar.
İrəvan qalasının mühasirəsindən bir həftə keçmişdi ki,
Abdulla Paşa Köprülüyə İstanbuldan Sultan III Əhmədin fərmanı
çatdırıldı. Fərmanda deyilirdi ki, İrəvan qalası alınarkən ermənilərin
dini mərkəzi olan “Üş kilsə” (Eçmiədzin) nə dağıdılsın və nə də qarət
olunsun
1
.
Məlum olduğu kimi, həmin dövrdə İrəvan şəhəri əhalisinin
böyük əksəriyyətini azərbaycanlılar təşkil edirdilər, ermənilər isə
“Üç kilsə” və onun ətrafında məskun idilər. Sultan III Əhməd
mənsəbcə şiə olan irəvanlıları – azərbaycanlıları qırmağa icazə verir,
lakin ermənilərə toxunmamağı tapşırırdı. Türkiyə sultanın belə bir
hərəkəti müasir erməni təbliğatçılarının hələ orta əsrlərdən türklərin
erməni xalqının soyqırımı ilə məşğul olmaları fikrini bir daha
qətiyyətlə təkzib edir.
Mühasirədə olan İrəvan şəhərinə həmlə etməzdən əvvəl
Abdulla Paşa Köprülü Mehrəli xana məktub göndərib qalanın təhvil
verilməsini tələb etdi. Mehrəli xan cavab məktubunda bildirdi ki, o
İrəvanı yalnız İran şahının razılığı ilə təhvil verə bilər.
Sülh yolu ulə İrəvan qalasını ala bilmədiyindən Abdulla Paşa
Köprülü İrəvan şəhərini top atəşinə tutdurdu. Buna
baxmayaraq,İrəvanın müdafiəçiləri müqavimət göstərməkdə davam
etdilər. Beləliklə, İrəvan qalasının mühasirəsi uzandı. Məcburiyyət
qarşısında olan Abdulla Paşa Köprülü Sultan III Əhmədə aşağıdakı
məzmunda namə göndərdi: “Bu şəhərdə külli miqdarda qoşun vardır,
biz artıq xeyli əsgər itirmişik. Əmrinizi gözləyirik. Kömək
göndərəcəksiniz və yaxud geri qayıdaq?”
2
.
Abdulla Paşa Köprülünün məktubundan sonra Türkiyə sultanı
Sarı Mustafa Paşa və Rəcəb Paşanın komandası altında İrəvan
1
Армянская анонимная хроника (1722-1736). Перевод с турецкого в примечание
академика АН Азерб.З.М.Буниатова. Баку, 1988, стр.17.
2
Yenə orada, səh. 11.
45
şəhərini mühasirədə saxlayan türk qoşunlarına kömək göndərdi.
1724- cü il iyun ayının 7-də İrəvan qalasına daxil ola bildilər.
Şəhərdə küçə vuruşması getdiyi vaxt Mehrəli xan öz ailəsi və
şəhər zadəganları ilə birlikdə qala daxilindəki iç qalada gizləndi.
Türk qoşunları şəhər qarnizonunun və əhalinin müqavimətini
qırdıqdan sonra Abdulla Paşa Köprülü “Üç kilsə” katolikosunu –
həmədanlı I Astvasaturu (1715 - 1725) yanına dəvət edib ona xələt
və ənam verdi. Anonim erməni mənbənin verdiyi məlumata görə,
türklərdən gizlənən Mehrəli xan guya həmin katolikosun vasitəçiliyi
ilə işğaldan çıxıb öz ailə üzvləri ilə birlikdə İrəvanı tərk etmişdir
1
.
Osmanlılar İrəvan şəhərini İran qarnizonundan 1724 –cü il
avqustun 31-də büsbütün təmizlədilər. Abdulla Paşa Köprülü
İrəvanda türk sərkərdələrindən Rəcəb Paşanı hakim təyin edərək
2
Təbriz istiqamətində hərəkət etdi.
Rəcəb Paşa hakimiyyətinin ilk günlərindən Çuxursəd
bəylərbəyiliyinin əhalisini feodalizm quruluşuna xas olan tərzdə
istismar etdiyi halda, “Üç kilsə” ruhanilərinə havadarlıq etmişdi.
Əldə olunan məlumata görə, osmanlıların hakimiyyəti dövründə “Üç
kilsə” monastırının ətrafında yerləşən kəndlərin əhalisi katolikosla
suvarma üstündə mübahisə etdikləri zaman Rəcəb paşa işə
qarışararaq suvarma arxlarını iki hissəyə ayıraraq suyun bir hissəsni
“Üç kilsə” monastırına aid olan əkin yerlərinə vermiş, digər hissəsini
isə 20 kənd arasında bölüşdürmüşdür
3
.
Osmanlı türkləri Çuxursəd bəylərbəyiliyində 13 il hökmranlıq
etmişlər. Həmin illər ərzində Çuxursəd bəylərbəyiliyindəki Türkiyə
hakimləri zəhmətkeş kütlələri istismar etməklə yanaşı, həmişə “Üç
kilsə” monastırının ruhani başçılarına tərəfdar olmuş, mübahisələri
xristian din xadimlərinin xeyrinə həll etmiş və hökm çıxarılarkən
sənədləri öz möhürləri ilə yanaşı qazının möhürü ilə də
1
Армянская анонимная хроника (1722-1736). Перевод с турецкого в примечание
академика АН Азерб.З.М.Буниатова. Баку, 1988, стр.17.
2
S.Erevantsi. Göstərilən əsəri, səh. 177.
3
П.Т.Арутюнян. Освободительное движение армянского народа в I четверти XVIII в.
М., 1957, cтр. 45.
46
rəsmiləşdirmişlər
1
.
Türk qoşunları Səfəvi dövlətinin şimal –qərb ərazisində bir –
birinin ardınca şəhərləri işğal etdiyi bir zamanda, Azərbaycanın
Xəzərboyu əyalətlərində Rusiya hərbçiləri ağalıq edərkən, süquta
uğramış İranda nizami qoşunlara ümumi başçılığı Əfşar tayfasının
nümayəndəsi Nadir Qulu xan tədricən öz əlinə aldı. İran qoşunlarının
yeni sərkərdəsi İsfahanı işğal etmiş əfqanları İranın cənub –
şərqindən qovdu. İradəsiz İran şahı II Təhmasib 1729 –cü ildə
Osmanlı Türkiyəsi ilə müqavilə bağladı, türk əsgərlərinin işğal etdiyi
şəhərlərin, o cümlədən İrəvanın, Gəncənin, Tiflisin, Şamaxının,
Naxçıvanın və s. torpaqların itirilməsi ilə razı olduğunu təsdiq etdi
2
.
Heç bir hörmətə malik olmayan şahın türklərlə bağladığı
müqavilənin şərtləri ilə hesablaşmayan Nadir Qulu xan Cənubi
Azərbaycanın ərazisində türk işğalçı qoşunlarının əleyhinə uğurlu
yürüşə başladı. Artıq 1731 –ci ilin əvvəllərində Marağa, Təbriz və
Ərdəbil şəhərləri türk əsgərlərindən təmizləndi. Qarşıda Naxçıvan və
İrəvan şəhərləri uğrunda mübarizə dururdu. Lakin növbəti uğurlu
yürüşün qarşısını Xorasandan gələn xəbər aldı. Orada mərkəzi
hökümətə qarşı üsyan baş vermişdi. Bununla əlaqədar olaraq, Nadir
xan türk qoşunlarına qarşı apardığı müvəfdfəqiyyətli hərbi əməliyyatı
yarımçıq qoyub, Xorasan istiqamətində hərəkət etdi. Elə bu zaman
şah II Təhmasib xalqın, xüsusilə hərbiçilərin arasında nüfuzunu
qaldırmaq məqsədilə, Nadir Qulu xanın Xorasana getməsindən
istifadə edərək qızılbaş qoşunlarını İrəvan və Naxçıvan istiqamətində
öz ardınca apardı
3
. Lakin şah türk əsgərləri ilə ilk toqquşma zamanı
məğlub olub, geri çəkilməyə və türk komandanlığı ilə yenidən sülh
müqaviləsi bağlamağa məcbur oldu. Beləliklə, 1732- ci il yanvar
ayının 16 –da Səfəvi dövləti ilə Osmanlı Türkiyəsi arasında yeni
müqavilə bağlandı. Müqavilənin şərtlərinə görə bir çox Cənubi
Azərbaycan şəhərləri ilə yanaşı, İrəvan və Naxçıvan şəhərlərinin də
1
S.Erevantsi. Göstərilən əsəri, səh. 177.
2
L.X.Ter- Mkrtçyan. Göstərilən əsəri, səh. 47.
3
Məhəmməd Kazım. Name-ye aləm ara-yi Nadiri, III c., M., 1966, səh. 116 (farsca)
.
47
Türkiyənin tərkibində qalmaları təsdiq edildi.
Lakin Xorasan yürüşündən qayıdan Nadir Qulu xan nəinki
yeni müqavilənin şərtləri ilə razılaşdı, hətta saray zadəganlarına
arxalanaraq həmin ildə çah II Təhmasibi taxtdan devirib, onun 8
aylıq oğlunu III Şah Abbas adı ilə formal şəkildə şah elan edərək,
qəyyumluğu öhdəsinə götürdü və faktiki olaraq hakimiyyəti öz əlinə
aldı
1
.
Hakimiyyət başına keçən kimi Nadir qulu xan Şah II
Təhmasibin türklərlə imzaladığı müqavilənin şərtlərini pozdu və eyni
zamanda, Osmanlı Türkiyəsinə nota göndərərək türk əsgərlərinin
1723-cü ildən bəri işğal etdikləri torpaqlardan geri çəkilmələrini
tələb etdi. Rədd cavabı alan Nadir Qulu xan türk qoşunları ilə hərbi
əməliyyatı bərpa etdi.
Qızılbaş qoşunlarının zərbəsi altında türk əsgərləri tədricən
Azərbaycanın ərazisini tərk etdilər. Türklərin Azərbaycandakı
sonuncu dayaq nöqtəsi İrəvan şəhəri idi. İrəvandakı türk qarnizonu
qızılbaş qoşunlarının yaxınlaşmasını eşitdikdə döyüşə girməkdən
çox, qalada müdafiə olunmağı üstün tutdu. Lakin tezliklə türk
qarnizonu müdafiə olunmağı mənasız hesab edib, Nadir Qulu xanla
danışıq aparmaq qərarına gəldi. Bu danışıqlar sayəsində türk
qarnizonu heç bir qurban vermədən 1735 – ci il oktyabrın 3-də qalanı
tərk etdi
2
.
İrəvan qalasını aldıqdan sonra Nadir Qulu xan əhaliyə
müraciət edərək bildirdi ki, şəhəri tərk etmək istəyənlərə mane
olmayacaq. Bundan sonra qızılbaş ordusunun sərkərdəsi əhalidən
dilindən, dinindən və mümkünatından asılı olmayaraq 10-20, 40-50
tümən alaraq, bir növ onları əfv etmiş oldu.
İrəvan şəhərində kiçik qarnizon saxlayan Nadir Qulu xan
qoşunlarının əsas qüvvəsi ilə müqavimət göstərməkdə davam edən
Gəncə istiqamətində hərəkət etdi.
İrəvan qarnizonundan fərqli olaraq Gəncə qalasındakı türk
1
F.M.Əliyev. Göstərilən əsəri, səh. 106.
2
Армянская анонимная хроника (1722-1736), стр. 61.
48
əsgərləri müqavimət göstərməyi qərara aldılar. 30 gündən sonra
Nadir Qulu xanın başçılıq etdiyi qızılbaş qoşunları Gəncə
qarnizonunun müqavimətini qırmağa müvəffəq oldu. 1735 –ci il
iyulun 9 –da Gəncə qalası da yenidən səfəvilərin əlinə qaldı.
1736 –cı ildə Nadir Qulu xan formal olaraq şah sayılan Səfəvi
sülaləsinin kişi cinsindən olan sonuncu nümayəndəsi 4 yaşlı III
Abbası aradan götürdü. Bununla da Səfəvi sülaləsinin 1502 –ci ildən
bəri davam edən hökmranlığına son qoyuldu. Nadir Qulu xan özünün
yaratdığı şəraitdən bacarıqla istifadə edərək , başına Səfəvi
şahlarının tacını qoymağa nail oldu və bundan sonra o, Nadir şah
adlandırıldı.
Nadir şahın dövlət daxilində keçirtdiyi ilk tədbirlərdən biri
mövcud inzibati bölgünü – bəylərbəyilikləri ləğv etməsi idi. Bu
qayda ilə XVI əsrdə Azərbaycan ərazisini təşkil edən Şirvan,
Qarabağ, Cənubi Azərbaycan və Çuxursəd bəylərbəyilikləri də ləğv
edildi. Dörd bəylərbəyiliyin əvəzinə mərkəzi Təbriz şəhəri olmaqla
vahid Azərbaycan vilayəti yaradıldı. Nadir şah bu vilayətin idarəsini
doğma qardaşı İbrahim xana həvalə etdi. Nadir şah özünü şah
“seçdirdiyi” Muğan qurultayında (1736) iştirak edən və onun
namizədliyini dəridən – qabıqdan çıxa – çıxa müdafiə edən erməni
katolikosu Abram Kretasi bu barədə öz xatiratında yazır: “...Nadir
şah (qardaşını) farsca Azərbaycan adlanan Atropatana rəis və sərdar,
yəni sərkərdə təyin edib, Naxçıvanın, İrəvanın və bütün Ararat
vilayətinin, Gürcüstanın idarəsini ona tapşırdı və onu başqa və onu
başqa xanlar üzərində bəylərbəyi və hakimi –mütləq təyin etdi”
1
.
Yeri gəlmişkən, mətləbdən uzaqlaşsaq da oxucuların nəzərini
bir tarixi incəliyə cəlb etmək istərdik. Abram Kretasinin yazdığına
görə, 1736 –cı ildə Muğanda çağırılan qurultaya İrəvandan və Səfəvi
dövlətinin ərazisinin başqa yerlərindən xeyli erməni din xadimləri
gəlmişdi. Qurultay ərəfəsində Nadir Qulu xan qonaqları nəvazişlə
qarşılamış və onlarla uzun – uzadı söhbət etmişdir. Abram Kretasini
redaktə edən müasir erməni alimi A.D.Papazyan yazır ki,
1
А.Кретаци. Повестование. Ереван, 1973, стр. 244.
49
əlyazmasında Abram Kretasi Nadir Qulu xanın ermənilərlə danışığını
erməni hərflərilə Azərbaycan dilində vermişdir
1
.
Yuxarıda yazılanlardan aşağıdakı qənaətə gəlmək olar;
mənşəcə azərbaycanlı olan əfşar tayfasının nümayəndəsi Nadir Qulu
xan İran dövlətini təmsil etsə də rəsmi zifayətlərdə Azərbaycan
dilində danışarmış, ermənilərin Azərbaycan dilini bilmələri göstərir
ki, Çuxursəd bəylərbəyiliyində zadəganların və əhalinin böyük
əksəriyyətini azərbaycanlılar təşkil etdiklərinə görə erməni ruhaniləri
yerli hakimlərin qılığına girmək və xalq arasında hörmət qazanmaq
məqsədilə məcburiyyət qarşısında Azərbaycan dilini öyrənir və bu
dildə də yerli əhali ilə təmasda olurmuşlar, heç də təsadüfi deyildir
ki, dünya erməni dindarlarının mərkəzi “Eçmiədzin” – “Üç kilsə”
adlandırırdılar, katolikos isə rəsmi sənədlərdə “müsəlmanlığa” xəlifə
kimi qələmə verilirdi. Bu barədə “Matenadaran” da həddən artıq
sənəd vardır.
İndi də əsil mətləbə qayıdaq: Nadir şahın ilkin
tədbirlərindən biri də yaratdığı Azərbaycan vilayətinin ayrı – ayrı
bölgələrinə və şəhərlərinə başçılar – xanlar, bəylərbəyilər təyin
etmək oldu. Əslində Nadir şah bu tədbirə hələ taxta çıxmamışdan
əvvəl əl atmışdı: Muğan qurultayı ərəfəsində Nadir Qulu xan
Heratdan Muğana gələn, etibar etdiyi Pir Mahmud xanı İrəvan xanı
və eyni zamanda bu bölgənin bəylərbəyi təyin etmişdi. Lakin Nadir
Qulu xan qurultay öz işini bitirməyincə xanı öz yanında saxlayaraq
İrəvana göndərmədi. Onun əvəzinə Nadir adı ilə Məhəmməd Rza bəy
göndərildi. O, müvəqqəti olaraq İrəvan şəhəri və onun 9 mahaldan
ibarət olan İrəvan bölgəsini idarə etdi
2
.
Öz yaxın adamlarından yeni bəylərbəyilər, xanlar, kələntərlər
təyin etməyinə baxmayaraq, Nadir şah onlara o qədər də etibar
etmirdi. Odur ki, yeni şahın əmri ilə hər bir şəhərdə dövlət
mədaxilinə nəzarət etmək daha 3 nəfər məmura tapşırıldı. Birinci
məmur mirzə - vəkil adlanırdı. Həmin şəxs adətən, zabitlərdən təyin
1
Yenə orada. 224-cü səhifədə redaktorun qeydi.
2
A.Kreatsi. Göstərilən əsəri, 1973, səh. 227-249.
50
edilirdi. Mirzə - vəkil digər iki məmurun fəaliyyətinə göz qoyur və
şəxsən dövlət xəzinəsi üçün gəlirin toplanmasına nəzarət edirdi.
Onun səlahiyyəti daha geniş idi, lazım gəldikdə o həm pul xərcləyər
və həm də günahkarları mühakimə edə bilərdi. Lakin belə hərəkət
etdikdə mirzə - vəkil digər iki məmurla hesablaşmalı idi.
İkinci məmur vəzir adlanırdı. O mahallardan yığılan vergiləri
xüsusi dəftərə salır, məxarici qeydə alırdı. Üçüncü məmur olan
Mustofi dövlətə aid olan bütün kənd və mülklərin siyahısını xüsusi
şah sarayının dəftəri adlanan siyahıya alır və onlardan toplanan gəlirə
şəxsən nəzarət edirdi
1
.
Hər bir əyalətə və şəhərə 3 nəfərdən ibarət nəzarətçı
göndərməklə Nadir şah apardığı ardı – arası kəsilməyən müharibə və
mübarizələrin xərcini ödəmək üçün dövlət gəlirinin
mənimsənilməsinin, vergi toplanarkən əyintilərə yol verilməsinin
qarşısını almaq məqsədini güdürdü. Bu isə sözün əsil mənasında
feodal istismarının daha da gücləndirilməsi demək idi. Təsadüfi
deyildir ki, Nadir şah hakimiyyət başına gəldiyi gündən zəhmətkeş
kütlələrin vəziyyəti daha da ağırlaşdı. Müasirlərdən birinin
yazısından məlum olur ki, həmin dövrdə: “Təkcə Muğanda deyil, hər
yerdə: Təbrizdə də, Tuzaxda da, Gəncədə də, Qazaxda da, Loridə də,
Gürcüstanda da, Sevan gölünün sahillərində də, Saxnudzorda da,
Qafanda da, Naxçıvanda da, İrəvanda da çörək (buğda) tapılmırdı”
2
.
Bu vilayətlərdə buğdanın satış qiyməti o qədər baha idi ki, onu almaq
mümkün olmurdu.
Əhalinin rifah halının gündən – günə pisləşməsinə
baxmayaraq, Nadir şah toplanılan vergilərin sayı və miqdarı ilə
kifayətlənmirdi. Nadir şahın hakimiyyəti dövründə Azərbaycanda və
eləcə də İranda olmuş ingilis səyyahı və rəsmi nümayəndəsi Con
Hanveyin yazısı bu baxımdan XVIII əsrin 30-cü və 40-cı illərində
bütün Səfəvi dövlətinin rəiyyətləri üçün səciyyəvidir. O yazırdı:
“Nadirqulu quruda və dənizdə Türkiyənin əleyhinə ciddi şəkildə
1
Yenə orada, səh. 247.
2
A.Kreatsi. Göstərilən əsəri,səh. 263.
51
müharibəyə hazırlıq apararkən, Səfəvi dövləti hədsiz vergilərin
ağırlığından inləyirdi. Çox çətinliklə həddən artıq toplanılan vergilər
xalqın ümidini qırmışdı. Çoxları vergi toplayanların amansızlığı
ucundan dağlara çəkilir... bəziləri isə ziyarət bəhanəsi ilə Ərəbistana
qaçırdılar”
1
Nadir şahın İrəvan bölgəsindəki vergi siyasəti
haqqında yazılan mənbələrin birində deyilir ki, şah hər il toplanılan
vergiləri xüsusi siyahıya alır və onların miqdarını ildən-ilə artırırdı
2
.
Sabiq Çuxursəd bəylərbəyiliyinin ərazisində yaşayan əhalinin
acınacaqlı vəziyyətini mənşəcə erməni olan biri belə təsvir etmişdi:
“Bu zaman xalq hədsiz olaraq var-yoxdan çıxmışdı. Lakin müştəri
tapılmırdı. Belə olduqda onlar arvadlarını, oğul və qızlarını atıb
qürbət ölkələrə qaçırdılar. İstərdim Nadir şahın törətdiyi bəd
əməllərdən bunu da nəql edəm: o, bir xeyli erməni və türk
3
oğlan və
qızlarını qul edib satırdı... Bu həm xristian, həm də türklər üçün ağır
imtahan oldu”
4
.
Həmin dövrdə tərtib olunmuş arxiv sənədlərindən birində
yazılmışdır ki, təkcə rəiyyətlər deyil hətta ali silkin nümayəndələri-
feodallar da tələb olunan ağır vergiləri verməyə imkanları
olmadığından dağlara çəkilirdilər
5
. Müasirin yazdığına görə, əsrin
40-cı illərinin lap əvvəllərində bir sıra şəhərlərlə yanaşı, İrəvan
şəhərində də kiçikdən böyüyə kimi demək olar ki, hamı üsyan edib
dağlara qaçmışdı
6
. Ağır və dözülməz vergilərin məntiqi nəticəsi
idi ki, dövlətin hər tərəfini silahlı üsyanlar bürüdü. Üsyanların
yatırılmasında Nadir şah ilk növbədə yerlərdə öz adamlarından təyin
etdiyi hakimlərə istinad edirdi. Sabiq Çuxursəd bəylərbəyiliyi
ərazisində Nadir şah özünün vəzifə başında qoyduğu Pir Mahmud
1
C.Hanvey.Göstərilən əsəri, səh. 373 (ingiliscə).
2
S.Erevantsi. Göstərilən əsəri, səh. 217.
3
Ermənilər başqa xalqlardan fərqli olaraq, müasir azərbaycanlıları tarix boyu “türk”
adlandırmışlar.
4
L.X.Ter- Mkrtçyanın əsərinə istinad edilmişdir, səh. 66.
5
RXSA. Rusiyanın İranla əlaqə fondu. 1942, V c., I hissə, vər. 44.
6
RXSA. Rusiyanın İranla əlaqə fondu. 1942, 5 cild. I hissə, vər. 44.
52
xandan istifadə edirdi. Nadir şah ilk çağlarda onun əli ilə çox
yerlərdə üsyanların yatırdılmasına nail oldu
1
. Lakin ağır vergi sistemi
hörümçək toru tək bütün ölkəni bürüdüyü kimi, feodal istismarına
qarşı qalxan üsyanlar da bir o qədər qol-qanad açmaqda davam
edirdi. Həmin dövrdəİran feodallarının zülmünə qarşı ən iri miqyaslı
üsyan 1743-cü ildə Şirvanda baş verdi. Həmin üsyanı əfşar qoşunları
1743-cü ilin dekabrında amansızcasına yatırtdılarsa da
2
, başqa
yerlərdə üsyanların ardı-arası kəsilmirdi. Əhalinin əfşar üsul-
idarəsindən narazı olmasından istifadə edən və hakimiyyəti ələ
almağa can atan ayrı-ayrı şəxslər özlərini Səfəvi sülaləsinin
nümayəndəsi kimi qələmə verib, ətraflarına “yaxşı şah” axtaran
kütlələrin toplanmasına nail olurdular. Belə yalançı şahzadələrdən
biri də Səfi Mirzə adı ilə fəaliyyət göstərən Rəfsəncanlı
3
Məhəmməd
Əli idi
4
. O, İranda qərar tutmayəb Türkiyəyə köçmüş, burada
“yalançı şahzadə” rolunu oynamaq kimi məsul bir missiyanı
öhdəsinə götürmüş və böyük bir dəstə ilə İranın sərhədlərinə
yaxınlaşmışdı.
Yalançı şahzadə Səfi Mirzənin tərəfdarları İrəvan bölgəsində
də tapıldı. Şirvan üsyanından gözü qorxan Nadir şah çalışırdı ki,
nəyin bahasına olursa olsun, Səfi Mirzəyə dövlətin sərhədini
keçməyə mane olsun. Bu məqsədlə o. İrəvandan Qarsa qədər uzanan
sərhəd boyunca dəstələr yerləşdirmiş, həmin bölgələrdəki elbəyləri
tərəfinə çəkmək üçün onlara xələt göndərməklə bərabər, hamıya illik
verginin yarısını güzəştə getmişdir
5
.
1744-cü ildə Nadir şahın
qoşunları Səfi Mirzənin də hərəkatını yatırmağa nail oldular. Lakin
nizami ordusunun əldə etdiyi qələbələr, heç də Nadir şah hökümətinə
qarşı qalxan üsyan alovlarının söndürülməsi demək deyildi.
1746-1747-ci illərdə Cənubi Azərbaycanda növbəti yalançı
şahzadələrdən biri olan Sam-Mirzə Nadir şahın hakimiyyətinə qarşı
1
L.X.Ter- Mkrtçyan. Göstərilən əsəri, səh.66.
2
Şirvan üsyanı barədə ətraflı b a x : F.M.Əliyev. Göstərilən əsəri, səh.3.
3
Rəfsəncani kəndi Kirmanın şimal – qərbində yerləşir.
4
М.Арунова, К.Ашрафян. Государство Надир шаха. М., 1958, стр. 150.
5
RXSA. Rusiyanın İranla əlaqələri fondu. Siyahı 77/1, III sənəd, vər. 256.
53
üsyan qaldırdı. Bu zaman İrəvan bölgəsində də çaxnaşmalar
başlanmışdı.Həmin dövrdə Azərbaycanda olmuş Rusiyanın İrandakı
səfiri M.M.Qolitsin 1747-ci il martın 15-də Muğandan mərkəzə
göndərdiyi məktubundə yazırdı: “...Hazırda İranın bir çox
vilayətlərində və yerlərdə təhlükəli vəziyyət əmələ gəlmiş və böyük
çaxnaşma başlanmışdı. Artıq Gəncə, İrəvan, Naxçıvan və Tiflisdə
hədsiz vergilərin və cərimələrin üzündən demək olar ki, bütün əhali –
kiçikdən böyüyə kimi, hətta o şəhərin vəzifəli şəxsləri üsyan edib öz
var-dövlətləri, mal-qaraları ilə dağlara çəkiliblər
1
.
Üsyanları yatırıb, üsyan başçıları və üsyançıları
cəzalandırmaq üçün tədbirlər hazırlayan Nadir şahın həyatına qəsd
edildi:1747-ci il mayın 9-da Nadir şah saray əyanları tərəfindən qətlə
yetirildi.Zəhmli şahın gözlənilməz ölüm xəbəri ölkədəki hərc-
mərcliyin artmasına səbəb oldu. Sarayda taxt-tac uğrunda mübarizə
getdiyi zaman, vaxtilə silah gücünə İrana tabe edilən ucqarlarda
müstəqil feodal dövlətləri yarandı. Elə bu anda Cənubi Azərbaycanda
Təbrizi ələ keçirən yalançı şahzadə Sam-Mirzə yeni yaranmış
Azərbaycan xanlıqlarına müraciət edərək hakimlərdən onu vahid
Azərbaycanın başçısı kimi tanımağı tələb etdi. Təbiidir ki,
müstəqillik əldə edən yerli hakimlər yalnız rədd cavabı verə
bilərdilər. Belə olduqda da, Sam-Mirzə ayrı-ayrı şəhərlərdə xalq
kütlələrinə müraciət etməyi və onlara apardıqları mübarizədə kömək
etməklə “qara camaat” arasında nüfuz qazanmağa və beləliklə,
tərəfdarlarının sayını artırmağı qərara aldı. Sam-Mirzə ilk növbədə
Nadir şahın ölümündən sonra onun nümayəndəsi Pir Mahmud xana
tabe olmaq istəməyən İrəvan əhalisinə kömək etməyi qət etdi və
özünün silahlı dəstələri ilə İrəvan istiqamətində hərəkət etdi. Lakin o
bilmədi ki, həmin dövrdə İrəvan şəhərində böyük çaxnaşma var idi.
Məsələ burasındadır ki, İranda taxt-tac uğrunda mübarizə aparan
namizədlərdən biri-Nadir şahın əmisi oğlu Əmir Aslan xan da ordu
toplamaq məqsədilə əfşarların yaxın adamlarından olar Pir Mahmud
1
RXSA. Rusiyanın İranla əlaqələri fondu. Siyahı 77/1, III sənəd, vər. 256.
54
xanın yanına gəlmişdi. İranda isə qeyd edildiyi kimi, yerli əhali
Nadir şahın vəzifə başına gətirdiyi Pir Mahmud xanın əleyhinə
qalxmışdı. Sam-Mirzənin dəstələrinin İrəvan qalasına
yaxınlaşması xəbərini eşidən Əmir Aslan xan tez şəhər əhalisini
“sakitləşdirib”, üsyançıları qarşıladı və darmadağın edib geri oturtdu.
Bu hadisədən sonra Əmir Aslan xan yenidən şahlıq uğrunda
mübarizəyə qoşuldu. İrəvan xanlığının taxtında oturmaq isə yenə də
Pir Mahmuda nəsib oldu.
İrəvan xanlığı XVIII əsrin ortalarında Azərbaycan ərazisində
uzun sürən İran hakimiyyətindən sonra müstəqil dövlət qurumu
qazanan 20-yə yaxın xanlıqlardan biri idi. Tarixçi Həsi Abdullayevin
sözləri ilə desək, “Azərbaycan xanlıqlarının yaranması prosesi onu
əvvəlki dövrdən ayıran feodal münasıbətləri inkişafının labüd dövrü
idi”
1
. Həqiqətən də sabiq Çuxursəd ərazisində müstəqil İrəvan
xanlığının yaranması ilə bu bölgədə yaşayan xalqların tarixində yeni
səhifələr açıldı.
1
Г.Абдуллаев. Азербайджан в XVIII веке и взаимоотношения его с Россией. Баку,
1965.
|