Xanlığı Ş Ə r q – q ə r b b a k I bu kitab “Fuad Əliyev, Urfan Həsənov. İrəvan xanlığı” (Bakı, Azərnəşr, 1997) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır. Redaktoru və ön sözün müəllifi: Kərim Şükürov


İRƏVAN XANLIĞININ İCTİMAİ – İQTİSADİ



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə4/11
tarix04.04.2023
ölçüsü0,94 Mb.
#93059
1   2   3   4   5   6   7   8   9   10   11
Irevan xanligi

İRƏVAN XANLIĞININ İCTİMAİ – İQTİSADİ
VƏZİYYƏTİ
İrəvan xanlığının siyasi tarixi kimi, ictimai-iqtisadi vəziyyəti də
tədqiqatçılar tərəfindən bu günədək demək olar ki, işlənilməmişdir.
Həmin məsələdən bəhs etməzdən əvvəl, bir qədər geriyə nəzər salıb
qeyd etməliyik ki, hələ XVII əsrin axırlarında Səfəvi dövlətində
başlanmış həm siyasi və həm də iqtisadi böhran XVIII əsrin
əvvəllərində daha da gərginləşmişdi. Nadir şahın silah gücünə
yaratdığı dövlət parçalandıqdan sonra ölkədə mərkəzi hakimiyyəti
ələ keçirmək, habelə taxt- tac və torpaq uğrunda qanlı feodal ara
savaşı daha da şiddətlənmişdir. Bir – birini əvəz edən saray
çevrilişləri mərkəzi hökuməti daha da zəiflətdi və vaxtilə Səfəvi
dövlətinə tabe edilmiş ölkələrin feodalları paytaxta tabe olmaqdan
imtina etdilər və qısa bir müddət ərzində şah hakimiyyətinin
hökmranlığından çıxdılar. Yaranmış belə bir şəraitdə Azərbaycan da
uzun sürən İran hakimiyyətindən xilas oldu. Lakin həmin dövrdə
Azərbaycan tarix səhnəsində vahid dövlət kimi deyil, müstəqil, lakin
pərakəndə xanlıqlar şəklində çıxış etdi. Belə xanlıqlardan bir də
İrəvan xanlığı idi. Azərbaycanın şimal- qərbində yerləşən bu xanlıq
paytaxtı İrəvan şəhəri olmaqla, inzibati cəhətdən 15 mahala
bölünürdü: 1) Qırxbulaq mahalı; 2) Zəngibasar mahalı; 3) Qarnibasar
mahalı; 4) Vedibasar mahalı; 5) Şərur mahalı; 6) Suran mahalı; 7)
Dərək mahalı; 8) Saatlı mahalı; 9) Tala mahalı; 10) Seyidli-Axaclı
mahalı ; 11) Sərdarabad mahalı; 12) Qərpi mahalı; 13) Abran mahalı;
14) Dərəçiçək mahalı; 15) Göyçə mahalı
1
.
XVIII əsrin ikinci yarısında Azərbaycanda mövcud olan
1
И.И.Шопен. Исторический памятник состояния Армянской области в эпоху ее
присоединения к Российской империи. СПб., 1852, стр. 442-446.


56
başqa xanlıqlar kimi, İrəvan xanlığının da siyasi tarixi ardı-arası
kəsilməyən feodal vuruşmaları, qanlı saray çevrilişləri və yadelli
işğalçılara qarşı mübarizə ilə bağlıdır. Bu isə minlərlə əhalinin məhv
olunmasına, şəhər və kəndlərin dağıdılmasına, istehsal qüvvələrinin
zəifləməsinə və istehsalın aşağı düşməsinə gətirib çıxarırdı. Lakin
bununla belə, mütəxəssislərin fikrincə, XVIII əsrin ikinci yarısında
Azərbaycanda dövrün birinci yarısına nisbətən müəyyən təsərrüfat
canlanması nəzərə çarpırdı. Azərbaycanın başqa xanlıqlarında olduğu
kimi, İrəvan xanlığında da bu nisbi canlanma müşahidə olunurdu.
İrəvan xanlığının iqtisadiyyatında əsas yeri torpaq üzərində
mülkiyyət təşkil edirdi. Ölkənin iqtisadiyyatının başlıca sahəsini
heyvandarlıq və əkinçilik təşkil edirdi, XVIII əsrin ikinci yarısında
başqa Azərbaycan xanlıqlarında olduğu kimi, İrəvan xanlığında da
aşağıdakı torpaq mülkiyyəti mövcüd idi:
1.Divani – dövlət torpaqları.  Qeyd etməliyik ki, XVIII
əsrin ikinci yarısında bu torpaqlar əvvəllərdə olduğu kimi,
bütövlükdə dövlət xəzinəsinin əlində deyildi. Bu dövrdə dövlət
torpaqlarının xan və xan ailəsi üzvlərinin torpaq sahələri ilə
qarışması və divan torpaqlarının hesabına xüsusiyyətçi torpaqların
artması nəzərə çarpırdı. Bu torpaq mülkiyyəti xan və onun ailə
üzvlərinin və yaxın qohumlarının varlanması üçün əsas mənbələrdən
birinə çevrilmişdir.
2. Xalisə torpaqları – xanın ailə üzvlərinə məxsus torpaq
sahələri.
3. Mülk torpaqları – iri bəylərə- mülkədarlara məxsus
torpaq sahələri. Mülk torpaqları şəxsi mülkiyyət kimi satıla və başqa
şəxsə bağışlana da bilərdi. Bu torpaq sahələri hüquqi cəhətdən,
adətən nəsildən – nəsilə keçirdi.
4. Vəqf torpaqları – dini ocaqlara- məscidlərə, pirlərə,
kilsələrə aid torpaq sahələri.


57
5. Camaat torpaqları – bu torpaq sahələri əsasən kənd
icmasına məxsus olurdu
1
.Yuxarıda adları çəkilən torpaq
mülkiyyətlərinin özünəməxsus xüsusiyyəti vardır. Divan torpaqları
dövlətin gəlirinin özəyini təşkil etsə də, xanlar XVIII əsrin ikinci
yarısında həmin torpaqları “səxavətlə” bu və ya digər xidmətinə
görə, xüsusilə döyüş meydanlarında fərqlənənlərə bir növ
bağışlayırdı. Belə torpaq sahələri “tiyul”adlanırdı. Tiyul torpağı
almış şəxsin – tiyuldarın bu sahədən yalnız məhsul toplamaq hüququ
vardı. Özü də “tiyul” daimi deyildi və nəsildən – nəslə də keçə
bilmirdi. Tiyuldan əldə etdiyi məhsulun müəyyən hissəsini xəzinəyə
verməli idi. İrəvan xanlığında “vəqf” torpaqları başqa xanlıqlardan
bir qədər fərqlənirdi. Bu xanlıqda onlarca məscidlə yanaşı, bir neçə
kilsə də var idi. Sayca az olmasına baxmayaraq, kilsə torpaqlarında
təsərrüfat geniş miqyasda aparılırdı. Bu sözləri “Üç kilsə” –
“Eçmiədzin” monastırına daha çox şamil etmək olar. Ermənilərin bu
dini mərkəzinin qol – qanad açmasına adətən, həmin bölgədə daimi
hakim olan azərbaycanlı feodallar şərait yaradırdılar. Ermənilərin
dini feodallarına təsərrüfatla geniş məşğul olmaları üçün imkan
yaradan müsəlmanlar, özləri də bunu dərk etmədən belə hərəkətləri
ilə tarixən Azərbaycan ərazisində qüdrətli feodal erməni
təsərrüfatının yaradılması üçün zəmin yaradırdılar. Belə ki,
Eçmiədzin monastır təsərrüfatı inkişaf edərək, XVIII əsrdə bir növ
“dövlət daxilində dövlətə” çevrilmişdir. Xanlıqlar dövründə həmin
monastırın 190 xalvar ( 375 hektar) torpaq sahəsi vardı ki, onun hər il
103 xalvarı əkilib becərilirdi
2
.
Bu geniş torpaq sahəsinin 40 xalvarında buğda, 10 xalvarında
arpa, 15 xalvarında darı, 14 xalvarında çəltik, 3 xalvarında pambıq, 4
xalvarında kətan, 4
½
xalvarında pərinc (buğda növü), 5 xalvarında
isə tərəvəz (çuğundur, noxud, kələm, soğan, sarımsaq, kök və s.)
1
И.П.Петрущевский. К вопросу об иммунитете в Азербайджане в XVII - XVIII вв.
Исторический сборник, № 4, М.- Л., 1945, стр. 72.
2
С.А.Егиазаров. Очерки по истории учреждений в Закавказье, т. Сельская община.
Казан, 1889.


58
əkilirdi
1
.
Geniş torpaq sahəsindən savayı Eçmiədzin monastırı ticarətlə
də məşğul olurdu ki, buna da “vəqf” kimi müsəlman hakimləri
maneçılık törətmirdilər.
Məscidlərin nəzdində olan “vəqf” torpaqlarından alınan gəlir
axundların, seyidlərin, mollaların, keşişlərin dolanacağına, həmçinin
mədrəsələrin, mollaxanaların məxaricinə sərf edilirdi.
İrəvan xanlığında mövcud olan mülkiyyət formalarından biri
də “camaat” torpağı idi. Belə torpaqlar əsasən, kənd icmasının
ixtiyarında olurdu.
Xanlıqda mövcud olan torpaq mülkiyyət növlərinin hamısı,
“camaat” torpaqları istisna olmaqla, feodalların ixtiyarında idi. Yeri
gəlmişkən onu da qeyd edək ki, “camaat” torpaqlarının yalnız adı
vardı. Çünki icmalara məxsus olan torpaqlar həm az və həm də
becərilməyə qabil deyildi. Feodallar münbit torpaqları öz əllərinə
keçirərək, kəndlilərə əkin – biçin üçün yararsız olan dağlıq yerlərdə
sahələr ayırırdılar. İrəvan xanlığında torpaq sarıdan korluq çəkən
kəndlilər feodalların torpaqlarında işləməyə məcbur olurdular: onlar
torpağı becərir, əkir, məhsulunu yığır, feodallar üçün odun qırır, onu
lazimi yerlərə daşıyır və qış üçün ehtiyat hazırlayırdılar. Kəndlilər
onlara verilən hər qarış torpağı təbiətlə mübarizə şəraitində becərməli
olurdular.
XVIII əsr Azərbaycan tarixinin tədqiqatçılarından biri olan
V.N.Leviatov yazır ki, maldarlar – elatlar bütün dövrlərdə oturaq
həyat sürən əhali üçün bədbəxtçilik gətirirdilər. Belə ki, yaylağa
gedərkən və yaylaqdan qayıdarkən elatlar yolların üstündə olan
bağları və əkinləri məhv edir və yeri gəldikdə kəndləri də talayırdılar.
Maldarlar arasında oturaq əhaliyə nisbətən daha çox oğrular və
talançılar əmələ gəlirdi ki, onlar da öz hərəkətləri ilə oturaq əhali
içərisində qorxu və həyəcan yaradır, onlarda sabaha inam
qoymurdular. Ona görə də bu hadisələr ölkənin ümumi iqtisadi
vəziyyətinə pis təsir edirdi.
1
B.M. Arutyunyan. Göstərilən əsəri, səh. 50.


59
İrəvan xanlığında feodal təsərrüfatının özünəməxsus
səciyyəsini iki müxtəlif iqtisadi forma – oturaq əkinçilik və
yarımköçəri maldarlıq təşkil edirdi ki, bu da kəndlərdən çoxsaylı
vergilərin alınmasına gətirib çıxarırdı.
İrəvan xanlığında kəndlilərdən alınan vergilərin sayı və
miqdarı müxtəlif idi. Vergilərin müxtəlifliyi ilk növbədə iqlim
şəraitindən və tez-tez baş verən feodal ara müharibələrinin vurduqları
zərərdən də aslı idi. Məlum olduğu kimi, XVIII əsrin ikinci yarisinda
Azərbaycanın bütün xanlıqları çox ağır siyasi şəraitlə
qarşılaşırdılar.Tez-tez baş verən hərbi yürüşlər, saray çevrilişləri
kəndli təsərrüfatına ağır zərbə endirirdi. Belə bir şəraitdə feodallar
istər-istəməz yaşayış mənbəyi olan kəndli əməyini qorumağa məcbur
olurdular. Professor İ.P.Petruşevskinin göstərdiyi kimi... xanların
əsas məqsədi ondan ibarət idi ki, yerli əhalini həddindən artıq
həyəcanlandırmasın, feodal istismarını son həddə çatdırmasın və
kəndliləri məlum olan patriarxal vəziyyətdə saxlasın.Xan bəzi
hallarda kənd icmasının hüququnu və adətlərini, habelə yarımköçəri
tayfaların hüquqlarını müdafiə etməyə çalışırdı.
İrəvan xanlığında da iki əsas sinif-feodal və kəndli sinfi
mövcud idi. Məcazi mənada iyerarxiya pilləkəninin ən yüksək
zirvəsində xan, xandan sonra aşağıya doğru xanın vəziri və yaxud,
baş mirzə adlanan şəxs, sonrakı pilləkəndə isə müxtəlif vəzifə
daşıyan bəylər-divan bəyləri, sərkərdələr, əmirlər və bu kimi şəxslər
dururdular. Feodal sinfinə, həmçinin ali ruhanilər, maldarlıqla
məşğul olan, yarımoturaq həyat tərzi keçirən elatların – maldarların
qəbilə başçıları – elbəyilər də daxil idilər.Elbəyilər bəzi hallarda
müəyyən xidmətlərinə görə, adətən müharibələr vaxtı göstərdikləri
igidliyə görə, xandan mükafat əvəzinə yarımoturaq və ya oturaq
əhalisi olan torpaq sahəsi alır və beləliklə, özləri də bilavasitə
əkinçiliklə məşğul olurdular. Elbəyilərin xanın qarşısında ümdə
vəzifələri – müharibə zamanı tabeliklərində olan elatlarla birlikdə,
silahlanmış halda hazır olmaqdan ibarət idi.
Ruhani təbəqəsi də iki qrupa bölünürdü: birinci – şeyx-ül-
islam, mücdəhid, axund, seyidlər; ikinci – ruhanilər (adı


60
mollalar,mədrəsədə və mollaxanada dərs deyən və məhəllə
mollaları).
Bir qayda olaraq, feodalların hamısı vergi və
mükəlləfiyyətdən azad idilər. Kəndli sinfini əsas etibarilə rəiyyət,
rəncbərlər və elatlar təşkil edirdilər ki, onlar da qoyulan vergiləri
məcburi ödəməli və mütləq mükəlləfiyyət daşımalı idilər.
Kəndli sinfinin özəyini təşkil edən rəiyyətlər kənd icması
tərəfindən ayrılmış torpağı becərir və əldə etdikləri məhsulun
16
/
1
-
dən hissəsinə qədərini renta şəklində feodala verirdilər. Bəzi
rəiyyətlər öz torpaqları yararsız olduğundan və suvarma cəhətdən
korluq çəkdiklərinə görə feodaldan daha ağır şərtlərlə sahə icarəyə
götürür və əldə etdikləri məhsulun
1
/
2
-dən üç hissəsinə qədərini
feodala verməyə məcbur olurdular
Rəiyyətlər nəinki torpaqların becərilməsi ilə məşğul olur, həm
də feodal torpaqlarında bir sıra tikinti işləri görürdülər. Rəiyyətlərin
vəziyyəti həm də ona görə ağırlaşırdı ki, feodaldan aldıqları əmək
alətləri, toxum və s. üçün əldə etdiyi məhsulun müəyyən hissəsini də
feodala verməli olurdular.
Kəndlilərə becərdikləri feodal torpaqlarını atıb başqa yerlərə
getməyə hüquqi cəhətdən icazə verilirdi. Lakin təcrübədə çox nadir
hallarda bu cür köçmə əməliyyatı baş tuturdu. Belə hallarda onlar bir
sıra çətinliklərlə qarşılaşırdılar ki, bu da rəiyyətlərin könüllü şıkildə
köçmələrinə imkan vermirdi; köçməzdən əvvəl rəiyyət öhdəsinə
düşən bütün işləri başa çatdırmalı, torpaqla bağlı olan bütün
mükəlləfiyyətləri yerinə yetirməli idi. Rəiyyət başqa bir yerə
köçəcəyi barədə neçə ay əvvəl feodala xəbər verməli, öz borclarını
və vergiləri vaxtında ödəməli idi. Göründüyü kimi, rəiyyətlərin
feodal torpaqlarından köçmələri bir sıra ciddi çətinliklərlə
qarşılaşırdı.
Beləliklə, yuxarıda deyilənlərdən aydın olur ki, kəndlilərin
şəxsi azadlığı nəzərdə tutulsa da, əslində onlar feodal torpağında
təhkim olunmuş kimi idilər. Kəndlilərin hüquqi cəhətdən torpağa
təhkim olunmaları rəsmi sənədlərlə öz əksini tapmasa da, əslində
feodalların özləri rəiyyətlərin müqəddəratını həll edirdilər. Bəzi


61
hallarda torpaqlarla birlikdə rəiyyətlər də başqa feodalların ixtiyarına
verilirdi.
Rəncbər qrupuna məxsus olan kəndlilər daha ağır vəziyyətdə
yaşayırdılar. Nə torpağı, nə də əmək aləti olmayan rəncbərlər xan,
sultan, məlik, bəy və digər feodalların torpaqlarında işləyir və əldə
edilmiş məhsulun, adətən
1
/
3
hissəsini alırdılar.
Rəncbərlərin əməyindən nisbətən ağır işlərdə - çəltiklə,
pambıqçılıqla və ipəkçiliklə bağlı işlərdə istifadə edilirdi. Rəncbərlər
üzərində feodal hüququ heç nə ilə məhdudlaşdırılmırdı. Belə ki,
feodal rəiyyətdən fərqli olaraq rəncbəri torpaqla birlikdə istədiyi
adamlara həmişəlik verə də bilərdi. Bəzən vəzifə sahibləri xidmətdən
getdikdən sonra onun ixtiyarında olan rəncbərlər həmin vəzifəyə yeni
təyin edilmiş şəxsə verilirdi.
Rəncbərlər müxtəlif vergiləri verməklə yanaşı, həm də
torpağı şumlamalı, məhsulu yığmalı, çəltik plantasiyalarını
becərməli, çəltikləri arıtmalı, təsərrüfat üçün lazım olan ağac
məmulatları, habelə odun gətirməli və kənd təsərrüfatı məhsullarını
lazım olan yerə çatdırmalı idilər.
Kəndlilər bu cür çətinliklər qarşısında qaldıqları üçün bəzən
başqa yerlərə qaçmağa məcbur olurdular. Rəncbərlərin sırası bir çox
amillərə görə çoxalırdı. Bəzi hallarda aclığa məruz qalan və iflasa
uğrayan rəiyyət məcbur olurdu ki, özünün kiçik torpaq sahəsini
satsın. Beləliklə də, vaxtilə rəiyyət hesab olunan kəndli rəncbərə
çevrilirdi. Bəzən başqa ölkələrdən və xanlıqlardan qaçqın kəndlilər
də rəncbərə çevrilirdilər
1
.
Xanlar məmnuniyyətlə qonşu xanlıqlardan gələn qaçqınları
qəbul edir, sonradan isə onlardan ən ağır işlərdə istifadə edərək,
üzərlərində nəzarəti artırırdılar. Son dərəcə az gəlir əldə edən
rəncbərlər öz ailələrini yaşada bilmir və yaranmış ağır şəraitdən
yaxalarını qurtarmaq üçün yeganə vasitəni qaçmaqda görürdülər
2
.
Kəndlilərin öz doğma yurdlarını qoyub qaçmaları sinfi
1
İ.P.Petruşevski. Göstərilən əsəri, səh. 13.
2
Gürcüstan Respublikası Mərkəzi Dövlət Tarix Arxivi, fond 3, iş 52, vər. 10.


62
mübarizənin passiv formalarından biri idi. Belə hallar tez-tez baş
verdiyindən feodallar qaçqın kəndlilərin öz yerlərinə geri
qaytarılmaları haqqında biri-biri ilə razılaşırdılar
1
.Kəndlilərin digər
qrupu olan elatların vəziyyəti heç də rəncbərlərdən fərqlənmirdi.
Onlar da rəiyyətlər və rəncbərlər kimi müəyyən vergi verməli və bir
sıra mükəlləfiyyətləri yerinə yetirməli idilər.
Yuxarıda göstərildiyi kimi, xanlığın təbəələri xəzinə üçün tələb
olunan vergiləri məcburi verməli və hər cür mükəlləfiyyəti daşımalı
idilər. Vergi və mükəlləfiyyətlər kəndlilər kimi, şəhər əhalisinə də
aid idi. İrəvan xanlığının siyasi tarixi Azərbaycanın digər
xanlıqlarından müəyyən qədər fərqli olduğundan bununla əlaqədar
olaraq vergi toplamaq üsulu da fərqlənirdi. Bu xanlıq 1797-ci ildən
etibarən müstəqilliyini itirmiş və 1828-ci ilə kimi İrəvan xanlığında
İran hakimiyyəti bərpa olmuşdur. Odur ki, burada həmin dövrdə
vergilər Azərbaycan xanlıqlarında olduğu kimi deyil, mərkəzdən
gələn əmrlər əsasında aparılırdı.
İrəvan xanlığında vergilər əhalidən həm məhsulla, həm də
pul ilə alınırdı. Pul ilə toplanılan vergilər iki qrupa bölünürdü:
vasitəsiz və vasitəli.
Vasitəsiz vergilər ildə bir dəfə taxılçılardan, şəhər
əhalisindən, elatlardan, “Üç kilsə” (“Eçmiədzin”) monastırından
alınırdı
2
.
Xanlıqlar dövründə pul ilə toplanılan vergilərin miqdarı
barədə hələlik heç bir sənəd əldə edilməmişdir. Lakin İrəvan xanlığı
Rusiya tərəfindən işğal edildikdən sonra çar Rusiyası xanlıqlar
dövründə nə kimi vergi sisteminin, qayda-qanunun mövcud olması
ilə maraqlanmış və öz məmurlarına bu yerlərin statistik təsvirini
tərtib etməyi tapşırmışdır. Beləliklə, rusdilli tarixi ədəbiyyatda başqa
xanlıqlarla yanaşı, İrəvan xanlığı haqqında da yazılar işıq üzü
görmüşdür.
Belə yazılardan biri İ.Şopenin əsəridir ki, İrəvan xanlığı
1
Акты Кавказской Археографической Комиссии (bundan sonra - AKAK), t. III, док.
1081, стр. 726.
2
B.M. Arutyunyan. Göstərilən əsəri, 1940.


63
Rusiya tərəfindən işğal edildiyi ilk çağlarda tərtib edilməyə başlamış
və 1831-ci ildə tamamlanmışdır. Həmin əsərdə olan məlumata əsasən
İrəvan xanlığının əhalisi vergi vermək siyahısında səkkiz qrupa –
cəmiyyətə bölünmüşdür:

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin