Xanlığı Ş Ə r q – q ə r b b a k I bu kitab “Fuad Əliyev, Urfan Həsənov. İrəvan xanlığı” (Bakı, Azərnəşr, 1997) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır. Redaktoru və ön sözün müəllifi: Kərim Şükürov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə5/11
tarix04.04.2023
ölçüsü0,94 Mb.
#93059
1   2   3   4   5   6   7   8   9   10   11
Irevan xanligi

Birinci cəmiyyətə daxil olanlar:
a)Müsəlmanlar cəmiyyəti – şahın xəzinəsinə 1200;
b) Erməni cəmiyyəti – 2 440 tümən;
c) Qaraçılar 30 tümən vergi verməli idilər.
Göründüyü kimi, müsəlmanlar, daha doğrusu, azərbaycanlılar
İrəvan xanlığında əhalinin böyük əksəriyyətini təşkil edirdilər.
İkinci cəmiyyətə “Üç kilsə” mənastırı aididi. Şahzadə Abbas
Mirzənin sərəncamı ilə bu dini müəssisə hər cür vergidən azad edilsə
də, XVIII əsrın sonu, XIX əsrin əvvəllərində İrəvan xanı – sərdar
Hüseyn xan erməni dindarlarını ildə 400 tümən vergi verməyə
məcbur edirdi.
Üçüncü cəmiyyətə İ.Şopen Maku xanlığından pulla
toplanılan vergiləri daxil etmişdir. Çox güman ki, İran hakimiyyəti
illərində Abbas Mirzə Maku xanlığını İrəvan xanlığına qatmış və
ümumi idarəni İrəvan xanı sərdar Hüseyn xana həvalə etmişdir.
Maku xanı Əli xana tiyul hüququ əsasında ona verilən Ərəblinski,
Qara Həsənli və Diadin kəndləri, habelə Şərur mahalından İrəvan
xanlığı ildə 300 tümən verməli idi.
Dördüncü cəmiyyətə elatlar aid edilmişdir:
a) Azərbaycanlı elatlardan
Böyük çoban – qara elatları – 350 tümən
Sər – 150 tümən
Dəmirçili – 50 tümən
Kərimbəyli - 130 tümən
Qafarlı – 200 tümən
Şıxlar – 100 tümən
Milli – 300 tümən
Qaraçarlı – 300 tümən
Əlikenli – 300 tümən
Seyidli – 200 tümən


64
Ağsaxlı – 240 tümən
Ayrımlar – 1040 tümən
b) Kürd ailələrini təşkil edən
Zömlan ailəsi – 400 tümən
Cal-Əli ailəsi – 267 tümən
Sakentli ailəsi – 219 tümən
İsa ağanın tabeliyində olan kürd ailələri – 174 tümən
Xali-xanlı ailəsi – 280 tümən
Qızılbaş uşağı kürdləri–127 tümən
Misir kəndli kürdləri – 151 tümən
Şərur qaraçı kürdləri – 10 tümən
Beşinci cəmiyyətə əhalinin binaçı adlanan, vergi verən qismi
daxil edilmişdir (binaçı – bina sözündən olub maddi cəhəddən binası
– bünövrəsi olan ailələrdən alınırdı). Yeri gəlmişkən qeyd etməliyik
ki, bu vergi barədə başqa tarixi ədəbiyyatda hələlik məlumat əldə
edilməmişdir.
İran tərəfindən İrəvan xanlığına hakim təyin edilmiş sərdar
Hüseyn xan binaçı pullarını ən yaxın iki nəfər köməkçisi vasitəsilə
toplayırdı. Bununla belə, sərdar Hüseyn xan özü şəxsən hər bir
kəndin vəziyyəti, torpağın münbitliyi, suya olan ehtiyacı ilə
maraqlanmış və beləliklə də, kəndlərdə binaçı vergisini verməyə
qadir olan həyətləri müəyyən etmişdir.
Binaçı vergisi icbari olsa da, bəzən quraqlıq düşdükdə və
yaxud dolu yağdıqda, əkin sahələrinə çəyirtkə üz verdikdə və çay
daşqını əkin sahələrini basdıqda rəiyyətlərdən binaçı vergisi
alınmırdı. Lakin vəziyyət bir qədər düzəldikdə və əhalinin maddi-
rifah halı yaxşılaşdıqda sərdar bu verginin məbləğini də bilirdi. Elə
hallar olurdu ki, bu və ya digər təqsir üzündən kənd əhalisini
cəzalandırmaq əvəzinə sərdar binaçı verginin miqdarını əvvəlkinə
nisbətən xeyli artırırdı. Bəzi mahallarda əhali binaçıdan azad edilirdi.
Məs.: Şərurda əhali əldə edilən məhsulu sərdarla tən yarı
bölüşdürdüyünə görə binaçı vergisini bir daha vermirdi.
Sonuncu İrəvan xanı sərdar Hüseyn xan bəzi hallarda başqa
xanlıqlardan olan qaçqın kəndlilər üçün öz torpaqlarında işləmək


65
məqsədilə şərait yaradır, onlara əkin istehsal alətləri və qoşqu
heyvanları verməklə müəyyən vaxt onları vergidən azad edirdi.
Sonralar xüsusi vergi siyahısına daxil edilərək həmin kəndlilərdən
tələb olunan vergilər toplanılırdı.
İrəvan xanlığında binaçı vergisi verən kəndlilər iki qismə
bölünürdülər: bəhrəkərlər və yarımkərlər.
Bəhrəkərlər sərdarın xəzinəsinə ildə 10 tümən məbləğində
binaçı verməli idilər.Yarımkərlər isə üç tümən binaçı verməklə
kifayətlənirdilər. Ermənilər azərbaycanlılardan fərqli olaraq sərdarın
xəzinəsinə daha çox məbləğdə binaçı verməli idilər.

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin