Mal-qaraya görə toplanılan vergi (gümüş pulla)
Camış üçün -1manat
İnək üçün -50 qəpik
Ulaq üçün -50 qəpik
Dişi ulaq üçün – 1 ma.20 qəpik
Yük daşıyan at üçün – 2 man. 20 qəpik
Dişi at üçün -1 manat
Minik atları heç bir gəlir gətirmədiyindən sahibi vergidən
azad olunurdu. Taxılın əkilib becərilməsində öküz və kəllər üçün də
vergi alınmırdı.
Qoyun sürüsü saxlayanlar hər baş qoyun üçün bir
“pənahabadi” və yaxud 20 qəpik gümüş pul verməli idi
1
.
İqtisadiyyatının əsas sahəsini maldarlıq təşkil edən
xanlıqlarda maldarlar heyvanlarını dövlətə məxsus çəmənliklərdə
otardıqları üçün xəzinəyə “çopbaşı” adlanan xüsusi vergi
verirdilər.Ondan eyni zamanda “çobanbəyi” vergisi də
toplanılırdı.Bundan başqa maldarlar xana yağ, yun və başqa
məhsullar da verməli idilər. Mənbələrin birində bu barədə oxuyuruq
“... maldarlardan alınan vergilərdən başqa, sərdar öz mal – qarasını
1
Şuşada kəsilmiş pul vahidi “pənahabadi” bütün xanlıqlarda işlədilirdi.
68
saxlamaq üçün də elatlatdan yem alırdı...”
1
. Bundan əlavə, hər bir
elatdan ildə sağılan bir baş qoyuna görə yarım batman yağ, sağılan
və sağılmayan qoyunlara görə isə yun alırdılar. Göründüyü kimi
kəndlilərdən pul ilə vergi toplanılsa da, vergini pul ilə əsasən, şəhər
əhalisi verməli idi.
Şəhərlilər aşağıdakı maddələr üzrə də xəzinəyə pul verməli
idi:
1. Mancanaq pulu – bu vergi dəzgahlarda ipək toxuyan hər
bir sənətkardan alırdı.
2. Toxucu pulu - bütün il boyu toxuculuqla məşğul olan
sənətkarla yanaşı, qış mövsümündə əkin sahələrində işləməyən və
sənətkarlıqla, xüsusilə toxuculuqla məşğul olan kəndlilər də xəzinəyə
vergi verməli idilər.
3. Bağpulu – həmin vergini şəhərdə və şəhər həndəvərində
bağı olan şəhərlilər verirdilər.
4. Bayramlıq – xüsusilə, Novruz və Qurban bayramları
zamanı həm şəhər, həm də kənd əhalisindən alınırdı.
5. Toyxərci – həmin vergi həm xanın, həm də rəiyyətin
evində toy olarkən xəzinəyə verilirdi.
6. Dəyirmanpulu – bu vergini şəhər və kənd əhalisi
dəyirmandan istifadə etdiyi üçün verməli idi.
7. Hamamdan, karvabsaradan və dükan binalarından istifadə
etmək üçün də müəyyən vergi ödənilirdi.
8. Tacirlər, sənətkarlar xəzinəyə ildə təqribən 400 tümən
vergi verməli olurdular.
9. Rəiyyətlər qeyd edilən vergi ilə yanaşı, müəyyən
mükəlləfiyət ə daşımalı idilər. Mükəlləfitə iki şəkildə olurdu- “biyar”
və “əvariz”.
Kənd təsərrüfatı vergilər kəndlilərin iqtisadi vəziyyətini
ağırlaşdırırdı. Xarici işğalçıların və feodala ara müharibələrinin
vurduğu ziyana baxmayaraq xanın vergiyığanları, darğalar və digər
məmurlar rəiyyətlərdən vergini qamçı ilə alırdılar. Lakin kəndlilər,
1
İ.İ.Şopen. Göstərilən əsəri, səh. 1127.
69
yaşamaq xatirinə ağır vergilərə dözür, yeganə yaşayış mənbəyi olan
torpaqlardan ayrıla bilmirdilər. XVII əsrin axırıncı rübündə
kəndlillərin ağır vəziyyətinin şahidi olmuş, səyyah Marşall Fon
Biberşteyn yazırdı: “ Aramsız müharibələr və əhalinin narahtçılığı
əkinçiliyə mənfi təsir göstərsə də, kəndlilər torpaqları becərməyə
məcbur olurdular”.
1
Kəndlilər həm əkin həm də məsul yığımı zamanı bir sıra
çətinliklərlə qarşılaşırdılar; onları hər an xaricdən təhlükə gözləyirdi.
Bəzən hazır məhsul xarici işğalçılara qismət olurdu. Daim gedən
müharibələr və soyğunçuluq kəndlilərin həmişə üstlərində xəncər,
yaxınlıqda isə silah saxlamağa vadar edirdi.
Xanlığın relyefi ilə bağlı olaraq kəndlilər torpağı işlərkən cüt
və toxadan istifadə edirdilər. Cütə bir və ya iki öküz qoşaraq
nisbətən yumşaq yerləri, kotanla isə daşlıq yerləri şümlayırdılar.
Torpağın suvarılmasına gəldikdə qeyd etməliyik ki, yalnız düzən
olmayan yerlərdə kiçik kanallar-arxlar çəkilirdi.
Ucuz və asan başa gəldiyi üçün kəndlilər tədricən
əkinçilikdə cütdən istifadə etməyə başladılar. Lakin bu kəndlilərin
hamısına nəsib olmurdu. Dağlıq hissələrdə cütdən və işlək
heyvandan istifadə etmək olmurdu. Ona görə də kəndlilər
yamaclarda torpağı daha primitiv alətlərlə- kərki və bellə
şumlayırdılar. Dağlıq yerlərdə əsasən dəmyə əkirdilər. İrəvan
xanlığının dağlıq yerlərində az miqdarda kətan becəriliurdi.
Kətandan təkcə yağ alınmırdı, ondan həmçinin toxuculuqda da
istifadə edirdilər.
İrəvan xanlığının kənd təsərrüfatının əsasının taxılçılıq təşkil
edirdi. Taxılçılıqla demək olar ki, əhalinin əksəriyyəti məşğul olurdu.
Hətta bəzən maldarlar da öz şəxsi istifadələri üçün yaxıl əkirdilər.
İrəvan xanlığında yazlıq və payızlıq taxıl əkilirdi. Payız
əkini sentyabr ayında başlayır, Novruz bayramından yüz gün
keçdikdən sonra təqribən iyun ayının ortalarında yığılırdı. Yazlıq
buğda isə mart ayının axırında əkilir, payızlıq taxıldan iki həftə
1
AMEA- nın Tarix İnstitunun Elmi arxivi, sənəd 467, səh. 36.
70
sonra yığılırdı. Rusiya tərəfindən işğal edilməzdən əvvəl İrəvan
xanlığında yığılan taxıl təqribən 10 min xalvara bərabər idi.
Kənd təsərrüfatə sahəsində İrəvan xanlığının əhalisinin əsas
məşğuliyyətlərindən biri də bağçılıq idi. Bağçılığın əsasını
meyvəçilik və üzümçülük təşkil edirdi. İrəvan xanlığının kəndlərinin
iqtisadi həyatında bostançılığın da özünəməxsus yeri var.
Əhali ipəkçiliklə də məğşul olurdu. Xanlığın düzənlik
yerlərindəki kəndlərində tut ağaclarının cərgəsi genişləndirilirdi ki,
onlarla da ipək qurdları yemlənirdi.
Dağlıq yerlərdə yaşayan əhali maldarlıq məşğul olurdu. Varlı
maldarların iki yüzə qədər iribuynuzlu mal-qarası, on və yaxud daha
çox atı olurdu. İrəvan xanlığının düzən ərazilərində təbii otlar
olmadığından əhali süni biçənəklər yaratmağa çalışırdı. Şumlanmış
sahələrdə xüsusilə ot-yonca əkilirdi. Yonca atlar üçün ən yaxçı yem
sayılırdı.
Öküzlərdən və kəllərdən topağın şumlanmasında və qoşu
məqsədi ilə, atlardan və qatırlardan isə minik vasitəsi kimi istifadə
olunurdu. Göründüyü kimi, İrəvan zanlığının iqtisadiyhyatında
kənd təsərrüfatı mühüm yer tuturdu. Təsərrüftada əsas rolu
əkinçilik və maldarlıq oynayırdı. Lakin bu heç də sənətkarlığın və
ticarətin əhəmiyyətini azaltmırdı.
Sənətkarlıq və ticarətdən danışmazdan əvvəl xanlığın əsas
şəhəri olan İrəvan haqqında məlumat verməyi lazım bilirik. Bu şəhər
təkcə şərq mənbələrində deyil, eyni zamanda orta əsr rus
arxivlərində çox zaman “Rəvan” adlandırılırdı. Bu da təsadüf
deyildi. Şəhər XVI əsrin əvvəllərində dağlarla əhatə olunmuş rəvan
yerdə-düzənlik salındığı üçün “Rəvan” adlandırılmışdır. Məlum
olduğu kimi həmin bölgədə yaşayan azərbaycanlılar “r” hərfinin
əvvəlinə “i” hərfi əlavə edirlər. Məsələn, Rza-İrza, rahat-irahat,
“rəhmin gəlsin”-“irəhmin gəlsin” və s. “Rəvan” sözünün əvvəlinə “i”
hərfi əlavə olunaraq “İrəvan” adı əmələ gəlmişdir. Sonralar
ermənilər azərbaycanca səslənməsin deyə, bu adı “Yerevan” və
“Erivan” çağırmışlar. Yeri gəlmişkən onu da qeyd edək ki, erməni
71
alimlərinin Şərq –müsəlman adlarını “erməniləşdirmələri” onlarda
bir peşə olmuşdur.
XVIII əsrin birinci yarısında İrəvan şəhəri Osmanlı əsgərləri
tərəfindən zəbt edilmişdir. Osmanlılar 1723-cü ildən 1735-ci ilə
qədər şəhəri öz əllərində saxlamışlar. 1735-ci ildə İrəvan qalası Nadir
şahın sərbəzları tərəfindən zəbt olunarkən qarətı məruz qalmışdır.
İran qoşunları ermənilərin “Məkkə” si sayılan “Üç kilsə” monastına
katolikosdan “hədiyyə” almış Nadir şahın göstərişinə əsasən
toxunmağa cürət etməmişdilər.
İrəvan şəhəri 1795-ci ildə İrəvan hökmdarı Ağa Məhəmməd
xanın qoşunlar, 1827-ci ildə rus qoşunları tərəfindən işğal
olunmuşdur.
Xanlıq dövründə mərkəz şəhər olan İrəvan yaşıllıqlara qərq
olunmuşdur. Qalanın ətrafında şərq üslubunda ucaldılmış dairəvi
hasarın uzunluğu 28 verstə bərabər idi. Qala divarı Zəngişay
körpüsü, Dəmirbulaq məhəlləsi, Abbasdarı, Köşəli, Abaqayat,
Qarabağ, Zokalqala adlanan adlanan yerlıərdən keçərək Zəngfi çayı
tərəfə dönüb bir dairə yaradırdı. Qala daxilindəki sahənin əsasən
hissəsini bağlar təşkil edirdi. İrəvan qalası inzibatl cəhətdən üç
məhəlləyə bölünürdü: Şəhər məhəlləsi, Topbaşı məhəlləsi və
Dəmirbulaq məhəlləsi. Şəhər məhəlləsi ən geniş sahəni tuturdu.
Topbaşı məhəlləsi qalanın qərb, Dəmirbulaq məhəlləsi isə qalanın
cənub-qərb hissələrini əhatə edirdi. İrəvan su cəhətdən təminatına
görə Azərbaycannın digər şəhərlərindən fərqlənirdi. Şirin sulu
Qırxbulaq çayı Abbasdərə, Şəhər, Dəmir bulağı və Xosrovabad
sahələrdəki bağları suvararaq Zəngi çayına xırdı.
İlk baxışda İrəvan qalası nəzərəçarpacaq heç bir təsir
bağışlamırdı. Bu şəhərin xaraixi görünüşü adi şərq şəhərlərindən
fərqlənmirdi. Burada da küçəlıər dar və əyri-üyrü idi. Qala
daxilindəki evlər hasarlarla əhatə olunurdu. Şəhərin mərkəzlərində
axan çaylardan həyətlərə su çəkilmişdi. Həyətlər əsasən, ev və ya
həyətyanı bağlardan ibarət idi. Evlərin pəncərləri hündürdə tikilirdi
ki, içəriyə baxan olmasın və həmçinin otaqdan keçəni, bayırı görə
bilməsinlər, qonşuluq da evdə olmasın.
72
İrəvan şəhərində 8 məscid müsəlmanlara xidmət edirdi.
Şəhərə ictimai müəssisələr az idi. Hər bir məscidin öz məktəbi var
idi. Hüseyn Əli xan məscidində 200 şagird təhsil alırdı.
İrəvanda Şəhər və Topbaşı məhəllərləri arasında bazar
yerləşirdi. Burada karvansara, tacir və səntkar dükanları var idi.
Ümumiyyətlə, qala daxilində yeddi karvansara mövcud idi.
XVIII əsrin ikinci yarısında Azərbaycanda mövcud olan
iqtisadi və siyası pərakəndəlik İrəvan şəhərinin də inkişafına öz
mənfi təsirini göstərmişdir. Bu təsir o qədər böyek olmuşdur ki, şəhər
rus qoşunları tərəfindən işğal edildikdən (1827) sonra da uzun
müddət öz simasını dəyişdirə bilməmiş, feodal şəhəri olaraq
qalmışdı. Öyrəndiyimiz dövrdə şəhər möhtəşəm bina və abidləri ilə
fərqlənmirdi. “Xan sarayı”ndan başqa, demək olar ki, burada evlərin
əksərittəi birmərtəbəli, damları isə yastı idi. Şəhər evlərinin çoxu daş
və palıçıqla hörülmüş hündür hasarlarla əhatə olunmuşdur
1
.
1795-ci ildə İran kökmdarı Ağa Məhəmməd xanın
Azərbaycana birinci yürüşü zamanı irəvanlılar düşmənə ciddi
müqavimət göstərə bilməmişdilər. Sərbazlar şəhəri dağıdaraq
əhalinin bir qismini İrana köçürmüşdülər. Bu hadisəsədn dsonra
İrəvan əhalisinin sayı kəskin şəkildə azalmışdı. Birinci və ikinci
Rusiya-İran müharibələri dövründə şəhər güclü dağıntıya məəruz
qalmışdı. Təkcə bunu qeyd etmək kifayətdir ki, XVII əsrin axırlarına
nisbətən XIX əsrin əvvəllərində İrəvan şəhərinin cəmi bir neçə yüz
evi var idi. İ. Şopen şəhərin xarici görünüşünü obrazlı şəkildə ifadə
edərək yazmışdır: “Buranın görünşü qəddarlıqla zəbt edilmiş şəhəri
xatırladır. Şəhərdəki dəhşətli dağıntılar nəticəsində uçurulmuş evlər,
ensiz dar küçələr cəhənnəmi andırır. Bəzi yerlərdə palçıqdan
hörülmüş divarların qalıqları üzrənidə quşlar yuva salmışdı”. Başqa
bir mənbələrdə də təxminən belə bir ifadələrə rast gəlirik: “İrəvanın
xarıcı görünüşü İran şəhərlərini xatırladır. Bütün evlər
birmərtəbəlidir. Hündür palçıq divarla əhatə olunmuşdur. Küçələr
dar, əyri və natəmiz olduğundan şəhər həddindən artıq miskin
1
Друвиль Гаспар. Путешествие в Персию в 1812 и 1813 годах. М., 1826, стр. 48.
73
görünür. Küçələri əyri olduğundan nə qədər gəzsən də, hündür
divarlardan başqa heç nə görməzsən. Meşə olmadığndan evlərin
hamısı palçıqdan hazırlanmış kərpiclərdən hörülmüşdür.
Ümumiyyətlə, burada ağacdan tikilmiş evlərə rast gəlmək mümkün
deyil”.
Şəhərin mərkəzində dördkünc şəkildə bazar var idi. Bu
bazarda üç karvansara yerləşirdi. Dükanların hamısı demək olar ki,
bazarda mərkəzləşmişdi. Burada adi və memarlıq baxımından sadə,
Asiya üslubundan tikilmiş dörd məscid var idi.
XIX əsrin başlanğıcına aid mənbələrin birində deyilir ki,
Cənubi Qafqazda Rusiay tərəfindən işğal olunmazdan əvvəlki dövrdə
,demək olar ki, “bütün şəhərlərdə evlər tikilərkən onların
gözəlliyinə, düzgünlüyünə, məqsədəuyğun şəkildə tikilməsinə diqqət
verilmirdi”.
1
Sənətkarların evlərindəki otaqlardan biri emalatxana və
ya dükan üçün ayırlırdı. Bu cür evlər Yaxın Şərqin başqa orta əsr
evlərindəki evlərdən fərqlənmirdi. Əhalinin əksəriyyəti kiçik və o
qədər də hündür olmayan evlərdə və zirzəmilərdə yaşayırdı.
Kasıbların bir və ya iki otağı olardı. Bunlar həm yataq otağını, həm
də mətbəxi əvəz edirdi. Bu cür evlərdə adətən, pəncərə qoyulmurdu.
Ona görə də belə evlər, xüsusilə qış döründə yaşayış üçün əlverişli
deyildi. Yoxsulların evinin döşəməsində çörək bişirmək üçün də
təndir olurdu.
Evlərin küncündə kiçik ocaqlar düzəldilir, tüstününü çıxması
üçün evin tavanında baca qoyulurdu.
Evin daxilində əşyalar aşağıdakı qaydada yığışdırılırdı:
divarın yuxarı hissəsindəki düzəldilmiş çıxıntıları-ləmələrin üzərinə
şüşə və digər qablar yığılırdı. Döşəməyə palaz və ya həsir sərilirdi.
Yorğan-döşəyi və digər zəruri əşyaları divardakı taxçalara yığır və
üstünü müxtəlif rəngli parçalarla örtürdülər.
Şəhərin varlılara məsus evlərində otaqların sayı nisbət çox
olurdu. Belə evlərdə ocaqlar əvəzinə daşdan hörülmüş buxarılar, sadə
1
О.Евецкий. Статистическое описание Закавказского края в исходе в., XVIII СПб.,
1835, стр. 45.
74
şüşə və ucuz qabların əvəzinə çini qablar, gümüş və qızızlı qab-
qacaq, palaz əvəzində xalı-xalçalar, gəbələr olurdu. Yorğan-döşək
divarlarda yerləşdirilmiş sandıqların üstünə və ya içinə yığılır, taxta
və camaxatanlar pərdələrlə örtülürdü. Bəzi varlıların evlərinin
divarları milli naxışlarla bəzədilirdi, pəncərlərə əlvan şüşələr
vurlurdu.
İlk mənbə və sənədlərə əsaslanaraq, belə bir qənaətə gəlmək
mümkündür ki, XVIII əsrin ikinci yarısı-XIX ərin əvvəllərində
İrəvan özünün beynəlxalq aləmdə keçmiş iqtisadi əhəmiyyətini
itirmişdi.
XVIII əsrin ikinci yarısında Azərbaycan şəhər əhalisinin sayı
və ictimari tərkibi demək olar ki, öyrənilməmişdir. Halbuki, bu
məsələlərin tədqiqi şəhərlərin sosial-iqtisadi quruluşunu, ölkənin
ioqtisadi vəziyyətini, əhalinin sayca və ictimai tərkibcə öyrəniməsini,
sənətkarlıq məhsullarının, ticarətin vəziyyətini və miqdarını, yerli
bazarların və şəhər əhalisinin tələbatını müəyyənləşdirməyə şərait
yaradırdı.
İrəvan şəhərində əhalinin vəziyyətini dəqiqləşdirmək üçün
faktiki material son dərəcə azlıq təşkil edir. Yalnız xanlıq Rusiya
tərəfindən işğal edildikdən, çarizm zəbt olunmuş yeni torpaqlarda
əvvəllər mövcud qayda-qanunu öyrənmək məqsədilə öz məmurlarına
həmin yerləri yazılı surətdə təsvir etməyi tapşırdıqdan sonra
müəyyən sənədlər hazırlanmışdı. Rus məmurlarının müstəmləkəçilik
baxımından tərtib etdikləri “təsvirlər” və arayışlar hazırda
Azərbaycan tarixi üçün əvəzedilməz mənbələrə çevrilmiş və
əhalinin ictimai tərkibi haqqında həqiqətə uyğun məlumatlar əldə
edilmişdir. Həmin dəlillərdən müəyyən etmək olur ki, İrəvan xanlığı
nəinki Rusiyanın işğalı ərəfəsində, həm də Rusiya dövlətinin
tərkibində olduğu müddətdə də İrəvan şəhəri xalis feodal şəhəri
olmaqda davam etmiş, əhalisinin əksəriyyəti də azərbaycasnlılardan
ibarət olmuşdur.
Feodal ara müharibələri və xarici işğalçılsrın tez-tez baş verən
basqınları nəticəsində şəhər əhalisi öz doğma evini və ocağını tərk
etməyə məcbur olurdu. Qaşqın əhali öz əmlakı ilə birlikdə əlçatmaz
75
yerlərdə gizlənirdi. Bu zaman şəhərə əhalisinin çox hissəsi soyuqdan
və aclıqdan məhv olurdu. Bu cür hadisələr Azərbaycanın
şəhərlərində, o cümlədən İrəvanda tez-tez baş verirdi. Bəzi hallarda
isə işğalçılar əhalini cəzalandırmaq məqsədilə onları zorla başqa
yerlərə köçürdürdülər. Lakin belə siyasi hadisələr şəhər əhalisinin
ictimai tərkibində əsaslı dəyişiklik yarada bilmirdi. Əldə olunan
məlumata görə, İrəvan xanlığının Rusiya tərəfindən işğal edildiyi
dövrdə şəhərdə beş mindən artıq əhali yaşayırdı.
Beləliklə, XVIII əsrin ikinci yarısında və XIX əsrin
əvvəllərində İrəvan xanlığında yeganə şəhər İrəvan feodalizminə xas
spefisik cəhətləri özündə birlşdirirdi. Burada da sənətkarların və
tacirlərin fəaliyyəti, əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı
ilə bağlı idi. Belə bir vəziyyət şəhərə əhalisinin ictimai tərkibinə təsir
göstərməyə bilməzdi. XVIII əsr və XIX əsrin birinci yarısında
burada sənətkar və xırda tacirlərlə yanaşı, kənd əhlinə, feodallara,
həmçinin əkinçilərə, maldarlara və qaçqın kəndlilərə də təsadüf
edilirdi. Məhz ona görədir ki, kənd təsərrüfatı ilə müqayisədə
sənətkarlıq vəı ticarət xanlığın təsərrüfat həyatında mühüm yer
tuturdu. Təsadüfi deyildir ki, xanlıqda əhalinin məşğuliyyəti
bilavasitə əkinçiliklə bağlı idi. Belə vəziyyət, əksər hallarda natural
təsərrüfatın çiçəklənməsi üçün şərait yaradırdı.
Bir çox orta əsr şəhərlərində olduğu kimi, İrəvanın da
sənayesinin özyəni sənətkarlıq təşkil edirdi. Kənd yerlərində
sənətkarların və kustar sənayenin inkişafında aztorpaqlı kəndlilərin
rolu daha böyük idi. Çünki son dərəcə az olan məhsulu yığdıqdan
və kiçik torpa sahəsini əkdikdən sonra, xüsusilə qış vaxtı, bekar
qalan kəndlilər də istər-istəməz sənətkarlıqla məşğul olurdular.
Çoxsahəli təsərrüfatla məşğul olan kəndlilər ilk növbədə öz
ailələrinin və təsərrüfatlarının ehtiyaclarını nəzərə alırdılar. Belə ki,
kəndli ailələri çörək bişirir, ipək lifləri açır, yun darayır və rəngləyir,
paltar tikir, paltar aşılıayır, ayaqqabı tikir, xalça toxuyur, yaşayış evi,
tövlə inşa edir, əmək alətləri hazırlayır, dülgərlik və dəmirçiliklə
məşğul olurdular.
76
İrəvan xanlığında toxuculuqda geniş yayılmışdı. Demək olar
ki, hətr bir kəndli ailəsinin əyrici və toxucu dəzgahı var idi. Bu
barədə İ.Şopen yazır: “Burada sənətkarların əksəriyyətini toxucular
təşkil edir. Hər bir ailənin öz dəzgahı var ki, bu dəzgahlarda qadınlar
ipəkdən bez toxuyur və pambıq parça hazırlayırdılar. Toxuculuq
məhsulları əsasən, ailənin öz təsərrüfatı və məişət tələbatını
ödəyirdi”.
Gəbə, palaz, cecim, məfrəş-evi bəzəmək üçün; yun və pambıq
parça-üst palatları tikmək üçün, xurcun, çuval-yola çıxanlar üçün;
dəridən çarıq, palan və yəhərlər hazırlamaq üçün istifadə olunurdu.
XVIII əsrin ikinci yarısında Azərbaycan şəhərlərində, o
cümlədən İrəavan şəhərində belə sənət və peçə növləri müəyyən
edilmişdir: dərzi, papaqçı, çəkməçi, başmaqçı, zərgər, sərrac,
dəmirçi-misgər, toxucu, boyaqçı, qəssab, çörəkçi, bınna, xarrat,
dülgər, şüşəsaz, keçəsi, dabbağ, bəzzaz, kababçı və s.
Azərbaycanın digər şəhlərində olduğu kimi, burada da
sənətkarların əksəriyyəti “əsnaf” adlanan sex təşkilatları ətrafında
birləşirdi. Lakin əsnaflar sex təşkilatlarının zəif olduqları üçün
ölkənin həyatılnda bir o qədər də həlledici rol oynamırdı. Sex
başçılarınnı (ustabaşı) hüquqları sex təşkilatının hüquqlarında kənara
çıxmırdı. Sex təşkilatlarının zəifliyi üzün dən Azərbaycan
şəhərlərinin hamısında “əsnaf” üzvləri ilə yanaşı, fərdi sənətkarlar da
fəaliyyət göstərirdilər.
İrəavan xanlığında fərdi sənətkarlıqda xalçaçılıq əsas
yerlərdən birini tuturdu. Xalçaçılar həm özləri, həm də satış üçün
xalça-palaz hazırlayırdılar. Boyaqçılığın inkişafına da diqqət
yetirilirdi. Yunun və müxtəlif ev əşyalarının boyanmasında təbii
bitkilərdən istifadə olunurdu.
Dəmirçilər, təkərçilər, metal əşyalardan əmək alətləri, o
cümlədən dəryaz, oraq, balta, nal, bıçaq, mismar və başqa şeylər
hazırlayırdı.
Arxeoloji qazıntılar nəticəsində əldə olunmuş saxı qab
nümunələri burada dulusçuluğun inkişaf etdiyini sübut edir. İrəvan
sənətkarları arasında sabunçuların məhsulları da xüsusilə fərqlənirdi.
77
İrəvan şəhərində şüşəsazlıq sənəti zəif inkişaf etmişdi.
Halbuki, burada inşaatda adi şüşlərdən yanaşı, şəbəkələrdən də
istifadə olunurdu. “Mətndaran”da saxlanılan mənbələrdən birində
məlum olur ki, İrəvan xanlığını hakimlərindən biri-Hüseynəli xan
Naxçıvanlı Kəlbəli xandan xahiş etmişdi ki, İrəvan şəhərində
tidirdiyi hamamın pəncərə-şəbəkəsi üçün 400 ədəd müxtəlif rəngli
şüşə göndərsin
1
.
Sənətkar emalatxanaları-dükanalr demək olar ki, bazar
meydanlarında mərkəzləşirdi. Xarici, tranzit və yerli ticarət də
əsasən, bazarlarda aparılırdı. İrəvan şəhərinin bazarında irili-xırdalı
138 dükan vardı
2
. Tacir və sənətkar düknalarından başqa bazarda
həmçinin ərzaq düknaları var idi. Ticarət, xüsusilə yerli ticarət,
sənətkarlıqla birlikdə şəhərin iqtisadi həyatının əsasının təşkil edir
və əsasən, iki cür aparılırdı: topdansatış və pərakəndə.
Bazarda ticarətin bütün növləri üzərində ağır vergilər, gömrük
haqqı qoyulmuşdu. Xanlığın hər bir bucağında-qala qapısında
tutmuş çayların keçidlərinə qədər, hətta dini ocaqlara gedən yolların
hamısında, rahdarları və bacdarları qurub, gedib-gələnlərdən ağır
vergilər alırdılar
3
.
Rahdaların və bacdarların hamısı vergi toplayırdı. Lakin buna
baxmayaraq, onların fəaliyyətində müəyyən fərq var idi. Bacdarlar
gələn tacir və səyyahlardan bir növ “torpaqbasdı” gömrüyü alırdılar.
Rahdarlar idə yalnız xanlığın daxilində vergi toplayırdılar.
İrəvan xanlığının ticarətindən bəhs olunarkən qeyd etmək
lazımdır ki, ərazidə tez-tez feodal ara müharibələri getdiyindən,
xanlıq müharibə meydanına çevrildiyindən və rahat yollar
olmadığından daxili ticarət zəif inkişaf etmişdi.
Daxili ticarətdən fərqli olaraq, xanlıqda gəlmə tacirlərin
gəlmə hesabına xarici ticarətdə canlanma hiss olunurdu. Xaricdən,
xüsusilə Rusiyadan gələn tacirlər ölkələrinə İrəvan ustalarının
1
Məhəmməd Müslüm (Qüdsi). İrəvanlı Hüseyn Əli xanın məktubları (1789- 1791).
“Mətndaran” (“Matenadaran”), 233-cü sənəd, vər. 51.
2
Статистическое описание Нахичеванской провинции. Тифлис, 1833, стр. 96.
3
“Mətndaran” , 411-ci sənəd, vər. 1.
78
hazırladıqları nəfiz ipək parçalar aparırdılar. Təsadüfi deyildir ki,
Moskvadakı, Nijni-Novqoroddakı yarmarkalarda İrəvanda istehsal
edilmiş ipək parçalara və müxtəlif rənglərlə boyanmış saplara təsadüf
olunurdu. İrəvan xanlığından bir sıra xarici bazarlara ağ və qırmızı
bez parçalar, düyü, şərab və s. məhsullar aparılırdı. Bez əsasən,
Qarabağ xanlığına, düyü Mərənd, Xoy və təbriz xanlıqlarına,
pambıq, parça Bayazid, Qars, Tiflis, Şuşa və digər şəhələrə ixrac
edilirdi.
Ticarətin zəif inkişaf etməsinə baxmayaraq, İrəvan xanları
xəzinəni əsasən, ticarətdən yığılan vergilər hesabına doldururdular.
Ona görə də xanlar ticarət vergilərinin toplanmasına ciddi
fikir verir, bu məsuliyyətlki işi ən yaxın adamlarına etibar edirdilər.
İrəvan xanlığının ticarətində ən çox gəlir “rahdari” gömrüyündən
əldə edilirdi. Demək olar ki, bazara gətirilən bütün mal və
məhsullardan növündən, cinsindən, sayından asılı olmayaraq
“rahdari” gömrüyü alınırdı.
Xanlqlar dövründə “rahdari” gömrüyü xanların ən böyük
gəliri hesab olunurdu. İrəvanlı Hüseynqulu xanın məktublarınnı
məcmuəsində açıqdan-açığa göstərilirdi ki, xanın gəlirinin
əksəriyyətini “rahdari” gömrüyü təşkil edirdi
1
.
İrəvan xanlığında “rahdari” gömrüyü toplamaq hüququ başqa
sahələrdə olduğu kimi icarəyə verilirdi. Xandan böyük məbləğ (ildə
təqribən 1300 tümən) həmin “vəzifəni” almış icarədarın bazara
gətirilən mallardan gömrük toplamağa hüququ olurdu. Məsələn, at
və dəvə ilə gətirilmiş hər top ipək, boyaq, sap və pambıq yükü üçün
sahibkar icarədara 4 manat 20 qəp. verməli idi.
Şəkər, dəmir məlumatları, həna, yağ, bal, tütün, mal piyi və s.
satan tacir 2 manat 12 qəpik “rahdari” gömrüyü verməli idi.
Boyaqçılara lazım olan qırmız (marena) adlı boyaq bitkisi, həmçinin
İrandan gətirilmiş müxtəlif məhsullar üçün tacirdən 1 manat 60 qəpik
miqdarında “rahdari” alınırdı. Saxsı qablar üçün də satıcı 25 qəpik
gömrük verməli idi. Məhsulun satılıb-satılmamasından asılı
1
Məhəmməd Müslüm (Qüdsi). Göstərilən əsəri, səh. 242.
79
olmayaraq, satıcıdan geri qayıdarkən “rahdari” gömrüyü alırdılar.
İrandan gətirilən toxunma parçalara görə 2 manat 40 qəpik həcmində
gömrük verilirdi. Xanlıqdan aparılan üzüm, noxud və düyü üçün
gümüş pulla artıq gömrük alınırdı. Dövlət xəzinəsinə axan gəlirin
müəyyən hissəsini boyaqçılıqdan alınan vergi təşkil edirdi. Burada
boyaqçılıqdan vergi alınması hüququ da icarəyə verilirdi. Bundan
sonra heç kəsin icarədarın icazəsi olmadan və ona müəyyən məbləğ
vermədən hər hansı əşyanı boyatmağa ixtiyari yox idi.
Çörək və dənli bitkilər satmaq hüququ da 50 min tümən
həcmində icarəyə verilirdi. Bu hüququ almış şəxs-icarıdar satılan hər
batman buğda, arpa, darı üçün gümüş pulla 2 qəpik, düyüyə görə isə
4 qəpik gömrük alırdı.
Sabun satışından gömrük toplamaq hüququnu almış icarədar
xəzinəyə hər il 60 tümən verməli idi. O, xanlıqda sabunun bişirilməsi
və satılması üzərində nəzarət edir və haqqını alırdı. İrəvan xanlığında
icarədarın icazəsi olmadan heç kəs sabunu nə bişirə, nə də sata
bilərdilər. Başqa xanlıqdan sabun istehsal edənlər öz mallarını yalnız
icarədara sata bilərdilər. İcarədar isə həmin sabunu istədiyi qiymətə
satırdı.
Tütün satışından gömrük toplamaq hüququ da ildə 15 min
tümənən icarəyə verilirdi. Şəhərdə yalnız icarədarın tütün satmağa
ixtiyarı var idi. Xanlıqdan kənara tütün aparmaq qadağan edilmirdi
və bunun üçün də vergi-gömrük alınmırdı.
Bazarlarda pul, çəki, ölçü vahidlərinin müxtəlifliyi ticarətin
normal aparılmasında ciddi çətinliklər törədirdi. İrəvan bazarında
İranda, Türkiyədə, Rusiyada və Gürcüstanda, habelə Şuşada, Xoyda,
Təbrizdə və b. şəhərlərdə zərb olunmuş pulların dəyəri də bir-
birindən fərqlənirdi. Xüsusilə, yerli pul vahidlərinin sabit olmaması
ticarətin gedişinin çətinləşdirirdi.
Siyasi hadisələr, habelə yaranmış şəraitlə əlaqədar olaraq
xanlar özlərinin pul vahidlərinin dəyərini dəyişməyə məcbur
olurdular. Belə hallarda bazarlarda pul dövriyyəsinin ləngidirdi.
Azərbaycanın başqa şəhərlərindən olaraq İrəvanda pul zərb
edilmirdi. Ona görə də xanlıqlar dövriyyədə əsasən, İran və
80
Azərbaycan pul vahidləri işlədilirdi: “tümən”, “yarım tümən”,
“sahibqran”, “pənahabadi”, “yarım pənahabadi”, “şahi”, “yarım
şahi”, “para”, “mahmudiyyə”, “səksənlik”, “yüzlik” və s.
Tədqiq olunan dövrdə İranda olduğu kimi, Azərbaycanda da
“hər vilayətin özünəməxsus ölçü və çəki vahidləri var idi”
1
. Bu
sistem şəhər və kəndlərdə elə dərin kök salmışdı ki, hətta Azərbaycan
Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə də müəyyən
müddət bu cür ölçü və çəki vahidləri qüvvədə qalmışdı. Yalnız xeyli
vaxt keçdikdən sonra yeni pul sistemi, ölçü və çəki vahidlərinin
nizama salınması barədə çar məmurları tərəfindən müəyyən tədbirlər
görülrdü.
Xanlıqlar dövründə nəinki ayrı-ayrı, hətta bir xanlığın öz
daxilində ölçü və çəki vahidləri fərqlənirdi. Odur ki, alqı-satqı
zamanı bəzən ciddi mübahisələr baş verirdi. Hər kəz çalışırdı ki, malı
alıb-satarkən öz çəki və ölçü vahidindən istifadə etsin.
1
Д.Томара. Экономическое положение Ирана. СПб., 1895, стр. 114.
|