66
Yeddinci cəmiyyətə ermənilərin üzüm bağları daxil
edilmişdi.Şəriət qanunlarına görə müsəlmanlara
spirtli içkiləri
hazırlamaq və içmək qadağan edilmişdisə,
sərdar Hüseyn xan və
onun yaxın adamları xudmani məclislərdə şərabdan imtina
etmirdilər. Lakin buna baxmayaraq xarici və daxili bazarda böyük
gəlir əldə edən şərab hazırlayan ermənilərdən sərdar
lazimi vergiləri
toplayırdı.
Qırxbulaq mahalının Çalmaqçı kəndinin üzüm sahələrindən
150 tümən, Kanaqzir kəndindən 100 tümən, Qızılqaya kəndindən 90
tümən, Zəngibasar mahalının Şirabad kəndindən 100 tümən,
Qarnibasar mahalının Aştaraki kəndindən isə 240 tümən vergi
toplanılırdı.
Üzüm bağları olan azərbaycanlılardan şərab
hazırlamadıqlarına görə vergi də alınmırdı.
Dostları ilə paylaş: