İRƏVAN XANLIĞININ SİYASİ TARİXİ
XVIII əsrin 20-ci illərinin əvvəlində Kartli- Kaxetiya
çarlığının öz himayəsi altına götürən və Şimali Qafqazda inquşların
şəhəri olan Dzaudjikaunu zəbt edib adını dəyişdirərək “Vladikavkaz”
qoyan Rus dövləti, bu bölgəni tamamilə ələ keçirmək niyyətində
olduğunu bildirdikdə, buraya yurdsuz – yuvasız köçən ermənilərin
sayı xeyli çoxaldı.
XVIII əsrin 80 –ci illərində Cənubi Qafqazda köməyi ilə
burada “Ermənistan” dövləti yaratmaq üçün dəridən – qabıqdan
çıxdılar. Heç də təsadüfi deyildir ki, İrəvanda eyni adlı xanlığın
tarixinə həsr olunmuş yeganə tədqiqat əsəri də XVIII əsrin 80-ci
illərini əhatə edir. Bu əsər V.R.Qriqoryanın “XVIII əsrin sonlarında
(1780-1800) İrəvan xanlığı” namizə
dlik dissertasiyasıdır.
Dissertasiyanın avtoreferatı ilə tanışlıq göstərir ki, müəllif
xanlığın əmələ gəlməsinin ilk çağları haqqında bir kəlmə də
yazmamışdır. Dissertasiyanın ikinci fəslində qeyd edilir ki, İran
hakimiyyətinə tabe olan Şərqi Ermənistan – Çuxursəd vilayətində
hakimiyyət (sonradan İrəvan xanlığı) XVIII əsrin ortalarında İranda
baş vermiş hərc – mərclik üzündən bir neçə dəfə əldən - ələ keçmiş,
sonradan xərac verməklə Gürcüstan çarlığından asılı vəziyyətə
düşmüşdü (1795). Ermənistanın görkəmli tarixçilərindən hesab
olunan A.R.İoannisyan bu fikri daha da “elmiləşdirərək” yazmışdır
ki, Gürcüstanın valisi sayılan II İrakli XVIII əsrin 60-70-ci illərində
Gəncə xanlığı ilə birlikdə İrəvan xanlığını da bac verməyə məcbur
etmişdir.
Müasir rus tarixçisi O.P.Markova, İranda Nadir şahın
ölümündən sonra onun dövlətinin dağıldığı zaman Cənubi Qafqazda
baş verən hadisələri – müstəqil xanlıqların yaranmasının qeyd etmək
əvəzinə yazır: “Nadir şahın öldürülməsindən sonra başlanan dövr
Şərqi Zaqafqaziyada Şimali, Cənubi Azərbaycan və Şərqi Gürcüstan
hakimiyyətini ələ almaq uğrunda aparılan mübarizə ilə
82
əlamətdardır.1759-cu ildə zəngin ticarət mərkəzləri olan İrəvan və
Gəncə II İrakliyə bac verməyə məcbur olmuşdur.Bu o demək idi ki,
1759-cu ildə İrəvan xanlığı Gəncə xanlığı ilə birlikdə uzun – uzadı
mübarizədən sonra Kartli –Kaxetiya xanlığından asılı vəziyyətə
düşmüşdür.Halbuki 1759-cu ilə kimi həmin bölgədə müxtəlif
xarakterli feodal ara müharibələri baş vermiş, İrəvan və Gəncə
xanlıqlarının Kartli- Kaxetiya çarlığının bac vermələri faktı da
müvəqqəti xarakter daşımışdır”.
İlk öncə onu qeyd etməliyik ki, XVIII əsrin ortalarında,
Azərbaycan torpağında yaranan xanlıqların bir çoxunun, o cümlədən
İrəvan xanlığının əsası hələ Nadir şahın hakimiyyəti dövründə
qoyulmuşdur. Bunu nadir mənbələrdən biri olan “Car
müharibələrinin salnaməsi” əsərindən müəyyən etmək olar.
Salnamədə yazılmışdı ki,1747-ci ilin əvvəllərində Nadir şah ona tabe
olan ölkələrdən aldığı xəracın miqdarını o qədər artırmışdı ki, yerli
feodallar ondan üz döndərib silaha əl atmalı olmuşdular. Nəticədə bir
çox şəhər, o cümlədən İrəvan İranın tabeliyindən çıxmışdı.
Adı çəkilən mənbələrdə yazılanlar 1747 –ci ildə tərtib
olunmuş rus arxiv sənədlərində də təsdiq olunur. 1747-ci il martın
15-də Azərbaycanda olmuş rus dövlətinin nümayəndəsi
M.M.Qolitsin mərkəzə göndərdiyi məlumatında yazmışdır:
“...hazırda İranın bir çox vilayətlərində təhlükəli vəziyyət yaranıb,
hər yerdə çaxnaşmalar baş vermişdir, bir çox şəhərlərdə - Gəncədə,
İrəvanda, Naxçıvanda və Tiflisdə ağır vergilərin üzündən nəinki
kiçikdən – böyüyə qədər əhali, hətta şəhər hakimləri də üsyan
etmişlər, bir çoxları var-dövlətləri və mal-qaraları ilə dağlara
çəkilmişdir”
1
. Bu dövürdə Nadir şahın zülmünə qarşı Şəkidə,
Şirvanda, xüsusiilə Yeni Şamaxı, Təbrizdə də üsyanlar baş vermişdir.
İrəvan üsyanı belə üsyanlardan biri idi
2
. 1747-ci ilin mayında Nadir
şahın X orasanda öldürüldükdən sonra İrəvanda üsyana rəhbərlik
edən yerli feodal Mir Mehdi xan İranda baş verən hərc-mərclikdən
istifadə edərək sabiq Çuxursəd bəylərbəyiliyinin böyük bir hissəsində
1
RXSA, siyahı 77\ 1, 111-ci sənəd (1747), vər. 77a.
2
Mirzə Camal Cavanşir.Qarabağ tarixi. Bakı, 1959, səh. 126.
83
müstəqil xanlıq yaratmaqla yanaşı, daha çox torpaq əldə etmək
məqsədi ilə qonşuluqda yaranan xanlıqların ərazisinə də göz dikkdi.
Bu məqsədlə o, 1748-ci ilin əvvəllərində Urmiya xanlığına basqın
etdi
1
. Bu yürüş zamanı Urmiya xanlığının hakimi Fətəli xan Əfşar
Mir Mehdi xana ərazisinin bir hissəsini güzəşdə getməyə məcbur
oldu.
Lakin çox keçmədi ki, İrəvan xanlığın özünə təcavüz edildi.
1749-cu ildə qarabağlı Pənah Əli xan, gəncəli Şahverdi xan, şəkili
Hacı Çələbi xan, şamaxılı Hacı Məhəmməd Əli xan və başqaları
birlikdə Gürcüstana yürüş etməyi qərara aldılar. Lakin yürüşə
başlamazdan əvvəl Pənah Əli xan daha çox qənimət əldə etmək
məqsədi ilə 4000 qoşunla İrəvan xanlığına basqın etdi. Qarabağ
qoşunları əsasən, “Üç kilsə” monastırının ətrafındakı kəndləri qarət
edərək bir çox əsir və qənimətlə geri döndülər. İrəvan erməniləri bu
barədə tezliklə II İrakliyə xəbər verərək kömək istədilər. Gürcü
şahzadəsi vaxt itirmədən Pənah Əli xanın qoşunlarını təqib edərək
əsirlərin və qənimətlərin geri qaytarılmasına nail oldu. Bu hadisədən
sonra İrəvan xanlığında çaxnaşma baş verdi. Çox güman ki, bu, Mir
Mehdi xan gürcülərlə əlaqə saxlayan, erməni feodallarla divan
tutduğundan baş vermişdir. 1749-cu il avqustun 12-də ermənilər
yenidən Teymurazla II İrakliyə müraciət edib gürcüləri İrəvana dəvət
etmiş, onlara tabe olacaqlarını və hərəyə 5 manat dəxi verəcəklərini
vəd etmişdilər. Sonradna həmin məbləğ 40 manata qaldırıldı. Rus
tarixçisi P. Q. Butkov yazır ki, ermənilər həmişə bir xiristiyan kimi II
İrakliyə ümüd bəsləyirdilər. 1749-cu il sentyabrın 29-da
Gürcüstandan gələn qoşunların İrəvan xanlığının bir kəndini zəbt
etməsiylə xanlıqda bir növ sabitlik yarandı. Xan müharibənin baş
verəcəyindən ehtiyat edərək erməni feodallarının təqibi siyasətini
dayandırdı. Beləliklə də, Gürcüstandan gələn qoşunlar geri döndülər.
Lakin bu vəziyyət çox davam etmədi.Mir Mehdi xanın zəiflik
göstərməsindən istifadə edən ata və oğul- Teymuraz və II İrakli
1751-ci il sentyabrın 19-da İrəvan xanlığına basqın edərək, qələbə
1
H.Ə.Dəlili. Azərbaycanın cənub xanlıqları.Bakı, 1979, səh. 111.
84
çalmış, oradan isə Təbrizə qədər getmişdi.
Gürcüstana qayıtdıqdan sonra Teymuraz bütün Cənubi
Qafqazda yerli feodalları özünə tabe etmək fikrinə düşdü. Lakin o,
Şimali Azərbaycanda günü – gündən qüvvətlənən şəkili Hacı Çələbi
xandan ehtiyat edirdi. Gürcü feodalları kimi, bir sıra Azərbaycan
xanları da Şəki xanının qüvvətlənməsi ilə razılaşa bilmirdilər.Bundan
istifadə edən Teymurazla II İrakli həmin xanları öz tərəflərinə
çəkməyi qərara aldılar.Beləliklə, təqribən 1751-ci ildə II İrakli İrəvan
və Gəncə xanları, habelə onun tabeliyində olan Borçalı, Şəmşədil və
Qazax məlikləri ilə birlikdə 6000 qoşunla Şəki xanlığına basqın
etdi.Toqquşma zamanı Hacı Çələbi xanın döyüşçüləri birləşmiş
qoşunların üzərində qələbə çaldılar
1
.Bu hadisədən sonra azərbaycanlı
hakim feodallar II İraklidən üz çevirdilər
2
. Gürcü çarları bundan
təşvişə düşərək, yeni hiylələrə əl atmaq barədə fikirləşərkən yeni bir
təhlükə ilə qarşılaşmalı oldular.
Məsələ burasındadır ki, İranda iki il hakimiyyət başında olan
İbrahim şah öldürüldükdən sonra ölkədə yeni hərc-mərclik başladı.
Bundan istifadə edən Nadir şahın sabiq sərkərdəsi,
əfqanlılardan təşkil edilmiş hərbi qüvvələrin başçısı Azad xan, öz
qoşunları ilə Cənubi Azərbaycanda müvəqqəti də olsa bir sıra
xalqları özünə tabe edib Təbriz şəhərini özünə iqamətgah seçdi
3
.
Vaxtilə İrəvan xanı Mir Mehdi xana məğlub olmuş Fətəli xan
Əfşar intiqam almaq məqsədi ilə özündən nisbətən qüvvətli olan
Azad xanın hərbi gücündən istifadə etməyi qərara aldı. Hər iki hakim
feodal arasında aparılan danışıqlar nəticəsində birləşmiş qoşunlar
İrəvan xanlığı istiqamətində hərəkət etdilər. İlkin yürüşdə əfqanlı
1
“
Sank- Peterburq xəbərləri”.Bax: П. Г. Бутков. Материалы для новой истории Кавказа с
1722 по 1802 гг. СПб., 1869, прил. “Н”, стр. 390.
2
Yenə orada.
3
P.Q.Butkov. Göstərilən əsəri, səh. 238.
85
qoşunlarını Fətəli xanın sərkərdələrindən biri müşayiət edirdi. Həmin
yürüşdə Azad xanın məqsədi hərbi qənimət əldə etməkdən, Fətəli
xanın məqsədi isə irəvanlılardan intiqam almaqdan ibarət idi.
Cənubdan yaxınlaşan təhlükənin qarşısını almaq üçün Mir
Mehdi xan İrəvan qalasının müdafiə qabiliyyətini möhkəmləndirdi.
İrəvanda yaşayan ermənilərin əllərinə girəvə düşdü. Onlar xanlıqda
hakim mövqe tutmaq məqsədi ilə Kartli və Kaxetiya çarlıqlarına-
Teymuraza və II İrakliyə müraciyyət edərək onları İrəvana dəvət
etdilər ki, yaxınlaşan təhlükəni sovuşdurub,”xristianların” vasitəsilə
hakimiyyəti ələ alsınlar. İrəvan ermənilərinin müraciəti gürcü
çarlarının ürəyindən oldu. Odur ki, tezliklə gürcü qoşunları II
İraklinin başçılığı altında İrəvan xanlığı istiqamətində hərəkət etdilər.
Artıq bu zaman əfqan və əfşar qoşunları İrəvan qalasını mühasirəyə
almışdılar. Lakin Gürcüstandan gələn döyüşçülər sayca çox olduqları
üçün cənubdan gələn qoşunlar İrəvan qalasının mühasirəsini tərk
edib geri dönməyə başladılar. Mənbələrin verdiyi məlumata görə
“gürcü” qoşunlarının əksəriyyətini Qax və Borçalı mahallarından
səfərbər edilmiş azərbaycanlılar təşkil edirdilər
1
. Gürcü qoşunlarının
avanqardını irəli göndərən II İrakli Qırxbulaq yüksəkliyində
dayanaraq rəqim qoşunlarının toqquşmasının nəticəsini müşahidə
edirdi.
Gürcü tarixçisi Keronti Kikodzenin yazdığına görə
Gürcüstandan gələn döyüşçülər əfqan- əfşar qoşunlarını İrəvan
ətrafından qovaraq, hətta İrəvan qalasına da daxil olmuşdular.
1
T
.M.Musəvi. Orta əsr Azərbaycan tarixinə dair farsdilli sənədlər. Bakı, 1977, səh. 200.
Yeri gəlmişkən qeyd etməliyik ki, 1736 –ci ildə Muğan qurultayında tacqoyma mərasimində
Gəncə feodalları şah olmaq üçün Nadir Qulu xanın namizədliyinin əleyhinə çıxmışdılar.
Həmin qurultayda gürcü və erməni feodalları əksinə, gələcək şahın namizədliyini
dəstəkləmişdilər. Nadir Qulu xan şah seçildikdən sonra Gəncənin feodallarına cəza vermək
üçün onları hakimiyyətdən uzaqlaşdırmış, bir sıra Azərbaycan torpaqlarının, o cümlədən
Qazax və Borçalının idarəsini Kaxetiya çarı I Teymuraza həvalə etmişdir.O ermənilərə
“azadlıq” bəxş etmiş, onları Azərbaycan tabeliyindən azad etmişdi.
86
İraklinin əmrilə İralisə göndərmişdilər
1
. Məğlubiyyətdən xəbər tutan
Azad xan çoxsaylı qoşunla İrəvan tərəfə hərəkət etmişdi. Çox güman
ki, II İrakli daha artıq hərbi qüvvələrlə gələn Azad xanla döyüş
meydanında toqquşmaqdan ehtiyat edib İrəvan qalasından
uzaqlaşmışdı.Azad xan asanlıqla İrəvan qalasına daxil olmuş, Mir
Mehdi xanı Həsən xanla əvəz etmişdi. İrəvanda bir qədər istirahət
etdikdən sonra Azad xan qoşunları ilə II İraklinin düşərgəsi
istiqamətində irəliləmişdi. Lakin rəqib qoşunları arasında döyüş çox
davam etmədi, II İrakli saziş bağlamağı təklif etdi. Danışıqlar zamanı
şərtləri çox güman ki, Azad xan diktə etmişdi. Çünki görüşdən sonra
rəqiblər ayrılarkən Azad xan 200 gürcü döyüşçüsünü, habelə iki
nüfuzlu knyazı-Zal bəyi və Aslan bəyi də özü ilə girov kimi
aparmışdır
2
. Elə məlumat da vardır ki, girovların arasında II İraklinin
bacısı da var imiş
3
. İrəvan yürüşündən sonra Azad xan təxminən bir
il İrəvanda qalmışdı. İrana yola düşərkən sərkərdələrdən biri olan
Xəlil xan Özbəyi müəyyən qədər döyüşçü ilə İrəvanda qoyub
hakimiyyəti ona tapşırmışdır. Erməni mənbəyi olan “Cambrda”
yazılmışdır ki, 1750, 1751, 1752, 1753, 1754-cü illərdə “Eçmiədzin”
katolikoslarından Minas və Aleksandr Azad xandan və onun
nümayəndəsi Xəlil xandan mülklərinin maaf olduğu haqqında rəqam
almışlar
4
. Müasir rus tarixçisi O. P. Markova əfqan-əfşar qoşunları
ilə müharibədə Azad xanın məğlub olduğunu və onun II İrakliyə əsir
düşdüyü barədə məlumat verir. Onun yazdığına görə Gürcüstanla
İran arasında münasibətlər düzəldikdən sonra II İrakli Azad xanı İran
hökmdarı vəkil Kərim xana təhvil vermişdir (1763)
5
.
1
K. Kikodze. II İraklinin apardığı müharibələr. Tbilisi, 1943, səh. 36 (gürcü dilində).
2
P.Q.Butkov. Göstərilən əsəri, səh. 239.
3
H.Ə.Dəlili. Göstərilən əsəri, səh. 132.
4
S.Yerevantsi. Göstərilən əsəri, səh. 207.
5
О.П.Маркова. Россия Закавказье и международные отнощение в XVIII в. М., 1966
стр. 132.
87
Gürcü tarixçisi Kerenti Kikodze isə tarixi həqiqəti daha artıq
bayağılaşdırmışdır. O yazır ki, Azad xanın qoşunları üzərində qələbə
çalan II İrakli 12 top, 200 falkonet, 200 at və dəvə, habelə 2500 çadır
ələ keçirmişdir
1
.Keronti Kikodzenin belə fikir söyləməklə heç bir
mənbə və ədəbiyyata istinad etməməsi bizə onun gətirdiyi “dəlilləri”
etibarsız saymağa əsas verir.
Əslində İrəvandan qayıdan Azad xan İranda hakimiyyət
uğrunda mübarizə aparan Kərim xan Zənd ilə yaxınlaşmaq
təşəbbüsündə olmuşdur. Yeri gəlmişkən onu da qeyd edək ki,
müəyyən müddətdən sonra İranda hakimiyyəti ələ alan Kərim xan
Zənd şah titulundan imtina edərək özünü vəkil elan etmişdi. Bu da
səbəbsiz deyildi. Həmin dövrdə qondarma halında olsa da İranda III
İsmail adı ilə Səfəvi sülaləsinin nümayəndəsi Mirzə Abu Təbəri şah
elan edilmişdi. Özünü şah elan etməsə də Kərim xan Zənd tacqoyma
fikrindən yayınmamışdı. Bu barədə Rusiyanın İrandakı konsulu
M.Sulyakovun mərkəzə göndərdiyi məlumatında belə yazılmışdır:
“Üzümüzə gələn yay ayında Kərim xan Muğan çölündə tacqoyma
mərasimi keçirib İran taxtında oturmaq fikrindədir”
2
. Lakin çox
güman ki, şiələrdən ehtiyat etdiyinə görə Kərim xan ömrünün axırına
kimi “vəkil” titulu ilə məhdudlaşıb, özünü şah elan edə
bilmə
mişdir.
Kərim xan Zənd Azad xanı nəinki dövlət işlərinə yaxın
belə buraxmamış, hətta onun üçün elə şərait yaratmışdı ki, o İranı
büsbütün tərk etmək fikrinə düşsün. Məhz buna görə də Azad xan bir
qədər bundan əvvəl saziş bağladığı və girovlarını saxladığı II
İraklinin yanına pənah gətirməli olmuşdur. Girovları geri aldıqdan
sonra, II İrakli Kərim xanla münasibətlərini yaxşılaşdırmaq məqsədi
ilə Azad xanı qəbul etməyib, yenidən İrana getməyə məcbur
1
K.Kikodze. Göstərilən əsəri, səh. 37.
2
RXSA, f. (1763-1767), iş 13, vər.68.
88
etmişdir.
Azad xan İranda öz əcəli ilə vəfat etmişdir.
Azad xan Azərbaycandan getdiyi zaman burada bir sıra
mühüm hadisələr baş vermişdir. Azad xanın Azərbaycandan
uzaqlaşmasından hər kəsdən əvvəl II İrakli istifadə etdi. O, bir qədər
əvvəl məğlub olduğu Hacı Çələbi xandan intiqam almağı
qərarlaşdırdı.II İrakli yaxşı bilirdi ki, həmin vaxt şəkili Hacı Çələbi
xanın günü-gündən qüvvətlənməsi Azərbaycanın şimalında yerləşən
bir sıra xanlıqları da narahat edirdi. Bundan istifadə edən ikinci İrakli
yeni bir hiyləyə əl atdı. O öz məqsədinə çatmaq üçün ilk növbədə
böyük qüvvəyə malik olan qaradağlı Pənah Əli xanı inandırdı ki,
şəkili Hacı Çələbi xanın əl-qolunu yığışdırmasaq, hamımızın axrına
çıxacaq. II İraklinin əsil məqsədi Hacı Çələbidən intiqam almaqla
yanaşı, Azərbaycan xanlarını özünə tabe etmək və ərazisini
genişləndirməkdən ibarət idi. O həmişə Rusiyaya müraciət etdikdə
deyərdi: “Siz Azərbaycanı tutsanız, bizədə müəyyən ərazi
verəcəyinizə əminəm”. Azərbaycanın xanları II İraklinin
“səmimiyyətinə” inanıb onun təklifi və tərtib etdiyi plan əsasında
hərəkət etdilər. V. N. Leviatovun yazdığına görə II İraklinin təklifi
ilə yaranmış ittifaqa Şahverdi xan, qarabağlı Qasım xan, irəvanlı
Hüseyn Əli xan, naxçıvanlı Heydər Qulu xan və nəhayət, qarabağlı
Pənah Əli xan daxil idilər
1
. Tarixi ədəbiyyatdan məlumdur ki, II
İraklinin fırıldağı ugursuzluqla nəticələndi və gürcü şahzadəsinin
məkrli niyyətinə uyan Azərbaycan xanları kor-peşman öz evlərinə
döndülər. Geri qayıdan xanların arasında İrəvan xanı da var idi.
II İrakli ilə Azərbaycan xanlarının arasında baş verən
hadisəyə inanmamağa heç bir əsasımız yoxdur. Bunu gürcü
1
В. Н. Левиатов. Очерки из истории Азербаиджана в XVIII в. Баку 1942. стр. 122-123.
89
mənbələrində də təsdiq edirlər
1
. Lakin İrəvan xanlığının hakimi kimi
bu əməliyyatda kimi iştirak etməsi bir qədər mübahisəlidir. Məsələ
berasındadır ki, V. N. Leviatovun yazdığına görə bu yürüşdə irəvanlı
Hüseyn Əli xanın iştirak etməsi qeyd olunur. Bu hadisə isə 1753-cü
ildə baş vermişdir. Həmin vaxt Hüseyn Əli xan İrəvanda hakimiyyət
başında deyildi. İrəvan xanlığının taxtında Hüseyn əli xan yalnız
1759-cu ildə oturmuşdur. O, İrəvan xanlığını 1755-ci ildən idarə
edən qardaşı Həsən Əli xanın varisi olmuşdur
2
.
Beləliklə, V. N. Leviatovun Hüseyn Əli xanın ünvanına
yazdıqlarını şübhə altına almağa əsasımız var. Bu sözləri yazmaqla
biz heç də Hacı Çələbi xanın üzərinə edilən yürüşdən İrəvan xanının
iştirakını təkzib etmək fikrində deyilik. 1753-cü il noyabrın 23-də
Sankt-Peterburqda çıxan qəzetdə də (“Sankt-Peterburqskie
vedomosti”) bu barədə məlumat vardır. Lakin müəllif İrəvan xanını
adını yazmır. Qəzetdə dərc olunmuş məqalədə sadəcə olaraq belə
yazılmışdır: “İran vilayətinin beş xanı, o cümlədən Qazaxın xanı,
Borçalının xanı, Şəmşədilin xanı, İrəvanın xanı və Gəncənin xanı
gürcü çarı ilə birləşib öz qoşunları ilə şəkili Hacı Çələbinin üzərinə
yürüş etmişlər. Döyüş zamanı İraklinin 6000 qoşunu həlak olmuş və
əsr alınmışdır. Keçən il də çar İrakli 6000 qoşunla Hacı Çələbi xanın
üzərinə hücüm etmiş, yenə də qoşunlarını itirmiş və az saylı döyüşçü
ilə geri dönmüşdür, hazırda adı çəkilən xanlar-İrəvan, Gəncə, Qazax,
Şəmşədil və Borçalı xanları II İraklidən üz çevirib Hacı Çələbi ilə
birləşdilər”.
Beləliklə, elə qənaətə gəlmək olar ki, 1752-ci ildə baş vermiş
bu hadisədə nə Hüseyn Əli xan və nə də Həsən Əli xanın iştiraki ilə
olmamışdır. Çox güman ki, II İraklinin tərtib etdiyi Şəki yürüşündə
1
S. Yerevantsi. Göstərilən əsəri, səh. 306.
2
Yenə orada, səh. 207.
90
İrəvanda Azad xan tərəfindən taxda oturdulmuş Xəlil xan Özbək
iştirak etmişdir. Lakin Xəlil xan Özbək İrəvanda hakimiyyət başında
çox qala bilmədi. 1755-ci uldə yerli feodallarda Həsən Əli xan
Qacar, Xəlil xan Özbəyi müdafiə edən Azad xanın İranda Kərim xan
Zəndin yanında heç bir nifuz sahibi olmamasından istifadə edib,
İrəvanda saray çevirilişi edərək, İrəvan xanlığında hakimiyyəti ələ
aldı. Bundan əvvəl Azad xan və Xəlil xan Özbəyə itaət edən “Üç
kilsə” monastırının başçısı Aleksandr bu dəfə yeni xana tabe olub,
ona yazılı surətdə xahişlə müraciət edərək bildirdi ki, Azad xan başqa
monastırlardan vergi aldığı halda “Üç kilsə”ni həmişə vergi
verməkdən azad etmişdir. Xahiş edirik ki, bizədə belə səlahiyyət
verəsən. Həsən Əli xan “Üç kilsə “ monastırının xəlifəsi Aleksandrın
xahişinə əməl etmiş və monastırı hər cür vergidən azad etmişdir.
Həsən Əli xanın bu barədə verdiyi fərmanına divanbəyləri, şeyx-ül-
islam və digər müsəlman zadəganları öz möhürlərini vurmuşlar. Bu
da təsadüfi deyildi. Məsələ burasındadır ki, Çuxursəd torpağında
İrəvan xanlığı yaranar-yaranmaz özlərini çar adlandıran gürcü
knyazlarından Kaxetiya hakimi II Teymuraz və onun oğlu Katli
hakimi II İrakli bu xanlığı zəbt etməyə çalışmışlar. Bu məqsədlə də
onlar İrəvan xanlığının tərkibində olan və İrəvan xanına itaət edən
“Üç kilsə” monasdırının xəlifəsi-katolikosu ilə əlaqə saxlayır, İrəvan
xanlarına onun əli ilə zərbə endirməyə çalışırdılar. Çox güman ki,
bunu nəzərə alan İrəvan xanları, “Üç kilsə” xəlifələrinə güzəşdə
gedirmişlər. İrəvan xanlarından Hüseyn Əli xan 1763-cü ildə “Üç
kilsə” xəlifəsi Akop Şemaxensinin təklifi ilə İrəvan xanlığındakı
torpaqsız kəndliləri də zorla “Üç kilsə” monastırının torpaq
sahələrinə köçürmüş və sözləşmişlər ki, əldə edilən məhsulu öz
aralarında bölüşdürsünlər
1
. “Üç kilsə” monastırı təkcə erməni-
1
С.Ереванци. Göstərilən əsəri, səh 43
91
Qriqoryan kilsəsinin başçısı deyildi. Böyük maliyyə əməliyyatı
aparan bu monastırın geniş torpaq sahələri və kəndləri də vardı.
Lakin buna baxmayaraq, İrəvan xanlığında yaşayan erməni
feodalları, başda katolikos olmaqla, azərbaycanlılardan ibarət hakim
feodallara tabe idilər. Maraqlı burasındadır ki, katolikosu da
bilavasitə İrəvan xanı təyin və təsdiq edirdi. Lakin belə tabelik zahiri
xarakter daşıyırdı. Erməni katolikosları qəlbən Rus dövlətinə rəğbət
bəsləmiş və ondan həmişə imdad istəmişlər. XVIII əsrin 60-cı
illərində “Üç kilsə” monastırının başçıları kömək almaq məqsədi ilə
bir neçə dəfə II Yekaterina hökümətinə müraciət etmişlər. 1768-ci
ildə II Yekaterina həmin vaxt “Üç kilsə” monastırının xəlifəsi
(katolikosu) Simona məktub göndərərək bildirmişdir ki, o həmişə
“Üç kilsə” monastırını, onun xəlifəsinin varislərini müdafiə
edəcəkdir
1
. Rusiya ilə yaxınlıq etdiklərindən xəbər tutan İrəvan xanı
“Üç kilsə” xəlifələri ilə münasibətini daha da yaxşılaşdırmağa
çalışdı. 1765-ci və 1769-cu illərdə Hüseyn Əli xanın “Üç kilsə”
xəlifəsi ilə xoş münasibəti öz bəhrəsini verdi. Həmin illərdə II İrakli
iki dəfə İrəvan xanlığına yürüşə hazırlaşmışdı. Lakin hər dəfə
düşmənin yaxınlaşdığını eşidən Hüseyn Əli xan ətraf kəndlərin
əhalisini İrəvan qalasına toplamış, qalanın ətrafındakı xəndəyi
dərinləşdirmiş və su ilə doldurmuşdur. Müdafiəyə hazır olmasına
baxmayaraq əbəs yerə qan tökülməsin deyə, o, “Üç kilsə” monastırı
ilə II İrakli arasında olan dostluq münasibətindən istifadə edərək
xəlifədən-katolikosdan xahiş etmişdir ki, II İrakli ilə görüşüb onu
işğalçılıq fikrindən yayındırsın. Xəlifə Hüseyn Əli xanın ona etdiyi
yaxşılıqları nəzərə alıb II İraklini yürüş zamanı qarşılamış, onu “Üç
1
А. Р. Ионнися. Россия и армянское освободительное движение в 80 –х
годах XVIII столетия, Ереван, 1947, стр. 15.
92
kilsə” monastırına dəvət etmiş və ibadət zamanı ondan geri dönməyi
xahiş etmişdir. II İrakli xalifənin sözünə qulaq asıb geri dönmüşdür
1
.
Lakin II İrakli boş-boşuna geri dönməmişdir. O yalnız öz xeyrinə
olaraq Hüseyn Əli xanla müqavilə bağladıqdan sonra Tiflisə
qayıtmışdır. Çox güman ki, Hüseyn Əli xanın hər il II İraklinin
xəzinəsinə göndərdiyi bac da bununla əlaqədardır
2
. II İraklinin belə
hərəkəti və Hüseyn Əli xanın ona bac verməsi heç də Kərim xan
Zəndin xarici siyasətinə uyğun gəlmirdi.II İraklinin qüvvətlənməsini
arzulamayan Kərim xan Zənd Hüseyn Əli xandan tələb etdi ki, o II
İrakliyə nəinki bac verməsin, hətta lazım gəldikdə ona müqavimət də
göstərsin. Müasirlərin dediklərinə görə, İrəvan uğrunda Kərim xan
Zənd ilə II İraklinin toqquşmaları təhlükəsi də gözlənirdi
3
.Şübhəsiz,
II İrakli Kərim xanla döyüş meydanında görüşməyə cəsarət edə
bilməzdi. Odur ki, Hüseyn Əli xan Kərim xana arxalanaraq II
İrakliyə bac verməkdən imtina etdi. Lakin Kərim xan Zənd vəfat
etdikdən sonra (1779) bütün bölgədə vəziyyət bir qədər dəyişdi.
İranda hakimiyyət uğrunda mübarizə getdiyi zaman, Azərbaycanda
da feodal ara müharibələri yeni qüvvə ilə kəskinləşdi. Həmin dövrə
aid olan arvix sənədlərinin birində deyilirdi: “Azərbaycanda Təbriz,
Xoy və Urmiyə xanlıqları arasında müharibələr davam etməkdədir”
4
.
Başqa bir arxiv sənədində də bu barədə məlumat vardır: “-
Azərbaycanın (feodal) hakimləri bir- birinə ziyan verməkdən
çəkinmirdilər.Zərrə qədər xeyir üçün aralarındakı müqavilələri
1
А. Р. Йоннисян . Россия и армянского ае освободительное движение в 80 –х годах
XVIII столетия, Ереван, 1947, стр. 111.
2
O. P. Markova. Göstərilən əsəri, səh. 129
3
RXSA. İranın Rusiya ilə əlaqələri fondu, 111-ci sənəd, var. 70
4
Центральный Государственный Военно Историчечский Архив (sonradan Mərkəzi
Dövlət hərbi Tarix Arxivi- MDHTA), 52-ci fond, 331-ci siyahı, 1-ci sənəd, vər.25.
93
pozur, bir-biri ilə birləşərək üçüncünü qarət edirlər”
1
.
Göründüyü kimi, Azərbaycanda xanlıqları zəiflədən feodal
ara müharibələrinin ardı-arası kəsilmirdi. Bundan istifadə edən II
İrakli yenidən İrəvan xanlığından bac tələb etdi. Lakin bir sıra
Azərbaycan xanlıqlarına güvənən irəvanlı Hüseyn Əli xan Kartli-
Kaxetiya çarının tələbini rədd etdi. Bunu görən II İrakli iyirmi minlik
ordu ilə qəflətən İrəvan qalasına hücum edib şəhərə soxulmağa can
atdı. Hüseyn Əli xan ciddi müqavimət göstərdiyindən, II İrakli
xanlığın bir çox kəndlərini qarət edib, böyük qənimətlə geri dönərkən
İrəvan xanlığından Gürcüstana “1600 xristian və 700 müsəlman”
ailəsini də Hüseyn Əli xanın vermədiyi bac əvəzinə apardı. Düşmən
qüvvələri İrəvandan uzaqlaşdıqdan sonra xana çatdırıldı ki, II
İraklinin qoşunları İrəvana yaxınlaşdıqları zaman şəhərdə olan bir
sıra erməni ailələri “xristianların” İrəvanı almalarını arzulamışlar.
Bundan xəbər tutan Hüseyn Əli xan həmin ermənilərə divan tutmağı
qərara aldı. Bu dövrdə İrəvan şəhərində baş verən hadisələr haqqında
Simonun qardaşı oğlu, “Üç kilsə” monastırının sakini Xubov öz
xatirələrində belə yazmışdır: “İrəvan qalasında qalanların (müəllif
erməniləri nəzərdə tutur – F.Ə.) aqibəti acınacaqlı olmuşdur. Ölkəyə
mənsub olanlardan otuz nəfərini Hüseyn Əli xan ciddi cəzalandırdı.
Onların mal-dövləti qarət olundu və bir nəfər ermənini, satqınlıqda
günahlandırıb qətlə yetirdi. Patritsi Simon qohumunun ölümünü
görüb xeyli qəhərləndi. O, bu bədbəxtlərin günahından keçməyi
xahiş etdi. Xan onun xahişinə əməl edib, cəzanı cərimə ilə əvəz etdi.
Cərimənin də böyük hissəsini özü verməli oldu
2
.
Sonrakı iki ildə İrəvan xanlığında gərginlik azalmadı. Hüseyn
Əli xanla II İrakli arasında ədavət davam edirdi. Bunun nəticəsi idi
1
MDHTA, 52-ci fond, 218-ci sıyahı, 25-ci sənəd, vərəq, 61.
2
P
.Q.Butkov Göstərilən əsəri, II cild, səh. 74; M.Ə.İsmayılov, F.M.Əliyev. İrəvan xanlığı //
Azərbaycan, 12.06.1991.
94
ki, İrəvan xanlığına gələn yollar demək olar ki, bağlanmışdı.
Xanın məmurları açıqdan-açığa xanlığa xəyanət edən
ermənilərin yaşadıqları kəndləri qarət edirdilər. Bu baxımdan “Üç
kilsə” monastırında yerləşən Vaqaşapat kəndinin əhalisinə daha çox
cəza verildi ki, II İrakli dübarə hücum etdiyi vaxt ərzaq
məhsullarından məhrum olsun. Hüseyn Əli xan Osmanlı Türkiyəsinə
arxalanaraq həmçinin II İraklinin İrəvan xanlığından zorla
Gürcüstana köçürtdüyü ailələrin geri qaytarılmasını tələb etdi.
Məlum olduğu kimi, orta əsrlərdə hər bir kəndli ailəsi feodala vergi
verir, onun torpağını becərir və mal-qarasına baxırdı. Odur ki,
kəndlinin feodal malikanəsində rolu böyük idi. Ona görə də II İrakli
İrəvandan məktub gətirən nümayəndələrə müsbət cavab versə də
sözünə əməl etmədi
1
. Bunun əvəzində II İrakli İrəvan xanlığını xarici
basqınlardan guya müdafiə edəcəyinə söz verdi. Hüseyn Əli xan da
öz növbəsində başqa Azərbaycan xanlıqları ilə yaxınlaşıb II İraklidən
heç bir asılılığı olmadığını bildirdi.
Bundan xəbər tutan II İrakli Azərbaycan xanlıqlarından
ehtiyat edərək Hüseyn Əli xana olan münasibətini dəyişməyə məcbur
olub, hətta xanla ittifaq bağlamağa hazır olduğunu bildirdi.
Həmin dövrdə İrəvan xanlığının qonşuluğunda olan
Naxçıvanda hakimiyyət əldən-ələ keçirdi. İrəvanda öz hakimiyyətini
bir qədər möhkəmləndirən Hüseyn Əli xan Naxçıvan xanlığının
daxili işlərinə də müdaxilə etdi. O zaman Xoylu Əhməd xan
Naxçıvanda hakimiyyət başında olan Abbasqulu xandan iki kəndini-
Nazik və Şükürlü kəndlərini ona güzəştə getməyi tələb etmişdi. Rədd
cavabı aldığı üçün Əhməd xan öz qoşunlarını Naxçıvan xanlığının
sərhədlərinə yetirdi. Əhməd xana müqavimət göstərə bilməyəcəyini
dərk edən və yerli əyanlar tərəfindən müdafiə olunmayan Abbasqulu
1
MDHTA 52-ci fond, I/ 194-cü siyahı, (1781), 234-cü sənəd, vər. 14.
95
xan, Naxçıvanı tərk etməyə məcbur oldu və Sisianda özünə sığınacaq
tapdı. Lakin Əhməd xan Naxçıvanı tuta bilmədi. Çünki irəvanlı
Hüseyn Əli xan hədələyici məktub göndərərək Əhməd xandan tələb
etdi ki, o öz ordusunu təcili surətdə Naxçıvan qalasından
uzaqlaşdırsın. Həmin xanlığa özü sahib olmaq istədiyini də
məktubunda açıqlayırdı
1
. Əhməd xan Hüseyn Əli xanın tələbini
qəbul etsədə öz fikrindən əl çəkmə
di.
Tezliklə Naxçıvan qalası yaxınlığında İrəvan xanı Hüseyn Əli
xanın qoşunu göründü. Lakin Naxçıvanda qalmaq ona da qismət
olmadı. Hüseyn Əli xan hansı məqsədləsə burada qalmaq
istəməyərək ordusunu Naxçıvandan geri çəkdi
2
. Beləliklə Naxçıvan
qalası başçısız qaldı. Bu yaranmış vəziyyətdən istifadə edən
Abbasqulu xan Naxçıvana tələ
sdi.
Hüseyn Əli xanın belə sərbəst xarici siyasət aparması,
xüsusilə II İraklinin gözü olduğu Naxçıvan xanlığını özünə tabe
etmək cəhdləri, heç də Kartli-Kaxetiya çarlığının başçısını təmin
etmədi. O yenə də Hüseyn Əli xanı İrəvanda taxtdan salıb onun
əvəzinə üzüyola bir şəxsi xan təyin etməyi qərara aldı. Bundan xəbər
tutan Hüseyn Əli xan bir daha “Üç kilsə” xəlifəsinə vasitəçilik
etməyi və II İraklini yürüşdən yayındırmağı tapşırdı
3
. Hüseyn Əli
xandan daima güzəştlər alan “Üç kilsə” katolikosu Simon Tiflisə
gedib II İrakli ilə Hüseyn Əli xan arasında vasitəçilik etdi
4
. Nəticədə,
II İrakli ilə Hüseyn Əli xan müqavilə bağlamalı oldular. Hüseyn Əli
xan ildə II İrakliyə yenə də 30.000 rubl verməyi öhdəsinə götürdü
5
.
1
MDHTA 52-ci fond, I/ 194-cü siyahı, 331 –ci sənəd, I hissə (1738), vər. 42.
2
Yenə orada.
3
Yenə orada, 218-ci sənəd (24 may 1780), vər.25.
4
MDHTA 52-ci fond, 218-ci sənəd (24 may 1780), vər.25.
5
Yenə orada, vər. 32.
96
Rus tarixçisi P.Q.Butkovun yazdığına görə II İrakli həmin məbləğin
miqdarını 50.000-ə çatdırmağa nail oldu
1
. Lakin Hüseyn Əli xan
yenə də verdiyi sözə əməl etmədi, həmin dövrün arxiv sənədlərinin
birində yazılmışdır ki, “İrəvan xanlığı Kartli- Kaxetiya çarlığının
əleyhinə siyasət apararaq, onun tabeliyindən çıxmağa çalışırdı”
2
.
Gürcü qoşunlarının tez –tez İrəvan xanlığını narahat
etmələrinə nə Osmanlı Türkiyəsi, nə də ali erməni din xadimləri
biganə baxa bilməzdilər.Buna görə də Ahalsixdə yerləşən Türkiyə
paşası və erməni patriarxı II İraklini tənbeh etdilə
r.
Belə bir tarixi şəraitdə Azərbaycan xanlıqlarından, xüsusilə
Osmanlı Türkiyəsindən ehtiyat edən II İrakli II Yekaterina
hökümətinə müraciət edərək əbədi olaraq Rusiya dövlətinin
himayəsinə keçmək arzusunda olduğunu bildirdi. II Yekaterinaya
müraciət etməklə, II İrakli eyni zamanda, bir sıra Azərbaycan
torpaqlarını, o cümlədən İrəvan xanlığını da Rusiyanın köməyi ilə öz
dövlətinə birləşdirmək məqsədini güdürdü. Bunu II İraklinin knyaz İ.
Baqration və knyaz Xavçavadze vasitəsilə Rusiyaya göndərdiyi
müqavilənin layihəsindən də müəyyən etmək olar.Həmin lahiyədə II
İrakli özünü aşağıdakı şəkildə qələmə verirdi: “”Kartli və Kaxetiya
çarı, Samsxesaatabad knyazı, Qazax knyazı, Borçalı knyazı,
Şəmşədil knyazı, Kax knyazı, Şəki knyazı, Şirvan knyazı, Gəncə və
İrəvan hakimi...”
3
.
Sankt – Peterburqa belə məzmunda məktub
göndərən II İrakli eyni zamanda Azərbaycan xanlıqlarının bir
qisminin qəzəbindən də ehtiyat edirdi. Məhz buna görə də onun
Rusiyaya göndərdiyi müqavilə lahiyəsilə bərabər məktubda yazırdı
ki, müqavilə imzalandıqdan sonra Gürcüstana rus qoşunları
1
P
.Q.Butkov Göstərilən əsəri, II c., səh. 75.
2
MDHTA 52-ci fond, 218-ci sənəd, vər.25 və 61.
3
RXSA. Traktatlar fondu, 2 (465a)-ci siyahı, 177-ci sənəd, vər. 4; В.Махарадзе
Георгиевский трактат. Тбилиси, 1983, стр. 66.
97
göndərilərsə, o zaman “müsəlman”, yəni Azərbaycan xanlarına da
“xəbərdarlıq” göndərilməlidir ki,onu tənbeh etməsinlər və ona qarşı
münasibətlərini dəyişməsinlər
1
.
Rusiyanın hakim dairələrində də sanki belə məzmunda məktub
gözləyirdilər. Həmin dövrdə İranda Kərim xan Zənd öldükdən sonra
(1779) Rusiyanın Şərq ölkələri ilə ticarətinə ağır zərbə vurulmuşdu.
Eyni zamanda Rusiyanın Cənubi Qafqazda, xüsusilə Xəzər dənizində
hakim mövqe tutmaq cəhdləri də heç bir nəticə verməmişdi. 1782-ci
ildə Xəzər dənizinə Rusiya ekspedisiya demək olar ki, geriyə əliboş
qayıtmışdı. Bu hadisə Rusiyanın hakim dairələrini o qədər
hiddətləndirdi ki, komandanlıq silaha əl atmağı qərara aldı. Elə bu
zaman Cənubi Qafqazda erməni dövləti yaratmaq üçün dəridən –
qabıqdan çıxan Moskvadakı erməni kilsəsinin başçısı İosif
Arqutinski II Yekaterina hökümətində Şərq siyasətilə məşğul olan
P.S.Potyomkinə yazdığı lahiyəni təqdim etdi. O, erməni dövləti
yaratmaq üçün rus qoşunlarına Cənubi Qafqaza yürüş etmələrini
məsləhə
t bilirdi.
Belə bir tarixi şəraitdə - 1783-ci ildə Georgiyevsk şəhərində
Kartli-Kaxetiya və Rusiya arasında himayədarlıq haqqında müqavilə
bağlandı. Bundan sonra Rusiyanın hakim dairələri tərəfindən
Azərbaycanın bütün xanlıqlarına “xəbərdarlıq” məktubu, həmçinin
formal olaraq “hədiyyələr” də göndərilərək, Azərbaycan xanlarına
təklif edildi ki, II İraklini belə bir addım atdığına görə tənbeh
etməsinlər və onunla dostluq əlaqəsi saxlasınlar. Elə güman etmək
olar ki, Rusiyanın hökümət üzvləri düşünürdülər ki, onların bu növ
“sülhsevər” siyasəti Azərbaycan xanlıqlarına da sirayət edəcək və
onlar da I
I İrakli kimi addım atacaqlar.
1
MDHTA 52-ci fond, 194-cü siyahı,286-cı sənəd, 11-ci hissə, vər. 117-118; V.Maxaradze.
Göstərilən əsəri, səh. 43.
98
1783-cü il Georgiyevsk traktatına əsasən Kartli-Kaxetiya
çarlığının Rusiyanın himayəsinə keçməsi müəyyən dərəcədə Cənubi
Qafqazın və Cənubi Azərbaycan xanlıqlarının xarıcı siyasətinə təsir
göstərdi. Azərbaycanın ərazisində mövcud olan dövlət qurumlarının-
xanlıqların başçılarının əksəriyyəti Rusiyanın müstəmləkəçilik
siyasətini ilk öncə dərk etmədən çarizmin vədlərinə inanır və
sadəlövhlüklə Rusiyaya ümüd bəsləyirdilər. Diplomatik
münasibətlərdə çox ehtiyatlı olan Rusiya hökümətinin Gürcüstanda
müqavilə bağladıqdan sonra “müsəlman xanlarına” hədiyyələrlə
yanaşı göndərdiyi xəbərdarlıq da öz rolunu oynadı: Rus dövlətinin
“xəbərdarlığından” sonra Azərbaycan xanlarının əksəriyyəti
Rusiyadan daha çox ehtiyat edərək, Kartli-Kaxetiya çarlığı ilə
münasibətlərini nizama salmaqla, Rusiya tərəfindən də öz əmin-
amanlıqlarını təmin etməyə çalışırdılar. Bəzi Azərbaycan
xanlıqlarından, o cümlədən İrəvan xanlığından Rusiyaya göndərilən
cavab məktublarının əsli hazırda Mərkəzi Dövlət Hərbi Tarix
arxivində hifz olunur. Həmin məktubların məzmunundan müəyyən
etmək olur ki, Azərbaycan xanları təhlükə qarşısında Georgiyevsk
traktatını “bəyənməyə” məcbur olmuşlar
1
.
Belə məktublardan birini də, Hüseyn Əli xan şəxsən 1783-cü
il noyabrın əvvəllərində Rusiya hökümətinin xəbərdarlıq məktubunu
İrəvana gətirən qraf Apraksinə təqdim etmişdir
2
.
Məktubda Hüseyn Əli xanın II İraklinin atdığı addımı
bəyəndiyindən, Kartli-Kaxetiya çarının Azərbaycan xanları ilə yaxşı
münasibətdə olduğundan bəhs edilirdi. Məktubun bir yerində belə
deyilirdi: “Çar İraklinin əlahəzrət ümumrusiya taxtına sədaqətli
olması mənədə xoşdur.Məni Çar İraklinin belə hərəkəti ruhlandırır.
1
MDHTA 52-ci fond, 194-cü siyahı,286-cı sənəd, 1-ci hissə, vər.354.
2
Yenə orada, vər. 299.
99
Xahiş edirəm ki, nəslim və əyalətlərimlə birlikdə Rusiya taxtına
sadiq olacağımı qəbul edəsiz. Ömrümün axırına kimi sizə xəyanət
etməyəcəm. Hazırda İrəvanda sakitlik və bolluqdur”
1
. Hüseyn Əli
xan məktuba möhürünüdə
vurmuşdu
İrəvanlı Hüseyn Əli xana Rusiya hökümətinin göndərdiyi
məktubun məzmunu açıq-aydın göstərir ki, 1783-cü il Georgiyevsk
müqaviləsi bağlanan zaman və ondan sonrada İrəvan xanlığının
Kartli-Kaxetiya çarlığından heç bir asılılığı yox idi. Rusiya
dövlətinin, Türkiyənin sərhədində olan İrəvan xanlığına
münasibətinə Osmanlı Türkiyəsi biganə qala bilməzdi. Odur ki,
İrəvanda vəziyyəti öyrənməkdən ötrü Sultanın əmri ilə Qars
şəhərindən İrəvana buğda almaq bəhanəsilə üç nəfər türk “taciru”
göndərildi. Onlar irəvanlılara möhkəm olmağı təklif etdilər və
bildirdilər ki, azərbaycanlılara çatdırmaq məqsədi ilə İstanbuldan
Qarsa xeyli top gətirilmişdir
2
. İstanbuldan Qarsa top gətirilməsini
Trabzonda yerləşən erməni arxiyepiskopu da İrəvan ermənilərinə
bildirdi
3
.Türkiyədən Azərbaycana, xüsusilə İrəvan xanlığına
göndərilən məktubların birində belə yazılmışdı: “Siz irəvanlılar
təbiətcə türksünüz. Əgər qüvvələr İrəvan qalasını almaq istəsələr,
müdafiə olunaraq müsəlman qanunçuluğunu qorumalısınız. Sultan
Qars, Bəyazid paşalarına sizi həmişə müdafiə etmə
yi tapşırmışdır.
Ən qədim dövrlərdən biz qonşu və dost olmuşuq. Biz həmişə
qanunu qorumağa hazırıq”
4
.
Həmin dövrə aid olan rus arxiv sənədlərindən birində
yazılmışdı ki, Türkiyənin elçiləri Azərbaycana səpələnmişlər.Onlar
1
Yenə orada.
2
Yenə orada, I hissə, vər. 360.
3
MDHTA 52-ci fond, 194-cü siyahı,286-cı sənəd, VII-ci hissə, vər.22.
4
Yenə orada, 331-ci sənəd, VI hissə, vər. 20.
100
çalışırlar ki, qoşun toplasınlar və rusların qarşısını kəsib, onları
Cənubi Qafqaza buraxmasınlar.Həmin sənədin başqa bir yerində
yazılmışdır ki, Azərbaycan xanlıqıları Rusiyanın təbəəliyini qəbul
etməyib,Türkiyə və İranla müqavilə bağlamışlar ki, cənuba yürüş edə
biləcək rus qoşunlarına müqavimət göstərsinlər
1
.Türkiyə elçilərinin
Azərbaycanda olmaları və onların xanlara müraciəti haqqında
məlumat, Axalsix və Qars paşalarının, xüsusilə İrəvan xanına
göndərilən məktublarının surəti hazırda Moskva Dövlət Hərb Tarixi
arxivində (MDHTA) bu günə kimi hifz olunur.
Axalsix hakimi Süleyman paşanın İrəvan xanına göndərdiyi
məktubda yazılırdı: “Sizi doğma oğlum hesab edərək həmişə sizin
əmin – amanlığınız üçün çalışmışam. Əlahəzrət hökmdarın və Asak
vəzirin məktubu əsasında Qapıçıbaşı Saloxar Mehmed Sal bəyin
vasitəsilə sizə və Azərbaycanın digər xanlarına pul və hədiyyələr
göndərilmişdir. Onları bu yaxında alacaqsınız. Əgər siz bizim
dövlətə sadiqsinizsə, və bizimlə dostluq münasibətində olmaq
istəyirsinizsə o zaman ali Türkiyə bundan xəbərdar olmalıdır. Siz
nəinki bizim sadiq bəndəmiz olacaqsınız, Sultanın da sizə hörməti
artacaq, əgər sözlərimə inansanız, mənim də sizə qarşı məhəbbətim
artacaq, iltifatlı oğlum və dostum, bu məktubu gətirəni yubanmadan
göndər”
2
.
Qars paşasının İrəvan xanına göndərdiyi məktubda deyilirdi:
“Bizim şöhrətli hakimimiz sizə və Azərbaycanın digər xanlarına
Qapıçıbaşı Saloxar Mehmed Sal bəyin göstərişi ilə axalsixli
Süleyman paşa vasitəsilə puk və hədiyyələr göndərilmişdir.Tezliklə
siz onları alacasınız. Allahın köməyi ilə biz həmişə sizinlə dost
olacağıq və bu dostluğu nə olursa olsun saxlamalıyıq. Sizə nə
1
Yenə orada, 366- cı sənəd.
2
Yenə orada.
101
lazımdırsa əmr edin”
1
Rus tarixçisi O.P.Markova arxiv sənədlərinə əsaslanaraq yazır
ki, Axalsix, Ərzurum, Qars və Bəyazid paşaları İrəvan və
Azərbaycanın başqa xanları ilə əlaqə saxlayır və onları II İrakliyə
qarşı çıxmağa çağırırdılar
2
.
Bu həqiqətən belə idi. Türkiyə sultanın İrəvan xanına
göndərdiyi – arxivdən əldə etdiyimiz məktubda deyilirdi: “Bizə gəlib
çatıbdır ki,Tiflis çarı Rusiya ilə birləşərək Azərbaycan xanlarının
arasını vurmağa, onların arasında Rusiyaya təmayül yaratmağa
çalışır... Siz bizimlə birləşməyə səy edin. Bizim məqsədimiz odur ki,
çar İrakli sizə zərər verə bilməsin. Düşməni dəf etmək üçün birləşsin,
onu öldürün, dağıdın və güllələyin”
3
.
Osmanlı Türkiyəsinin Azərbaycan xanlıqlarına
münasibətindən Cənubi Qafqaz xristianları, xüsusilə ermənilər
narahat olmuşdu. Buna görə də İrəvandakı erməni icması 1784-cü
ildə öz nümayəndəsi StepaniSaakovu Sankt – Peterburqa göndərməli
oldu. Onun Rusiyanın hakim dairələrinə təqdim etdiyi məktubda
deyilirdi ki, türklər ardı- arası kəsilmədən irəvanlılara yazırlar ki,
möhkəm dursunlar və xristianlara qarşı mərd olsunlar. Biz
həmməzhəb (dindaş) olduğumuz üçün başqa dinə mənsub
olmaqdansa sizinlə ittifaqda olmağı daha üstün tuturuq. Mümkünsə
bizə kömək ə
linizi uzadın
.
Daha sonra Stepan Saakov bildir ki, hazırda İrəvanda iki
Dostları ilə paylaş: |