İslam səNƏTİ



Yüklə 11,59 Mb.
səhifə4/50
tarix26.12.2016
ölçüsü11,59 Mb.
#3530
1   2   3   4   5   6   7   8   9   ...   50
FƏLƏSTİN. QÜDS. MƏSCİDÜL-ƏQSA.

İndi çox adam şikayət edib deyir ki, sovet dövründə istədiyin kitabı tapıb oxumağa imkan yox idi. Başqalarını bilmirəm, ancaq mən, o vaxt, hər kitab olmasa da çox şey tapıb oxuyurdum. O vaxt, Moskvada Xarici ədəbiyyat kitabxanası var idi. O, dörd mərtəbəli, böyük bir binada yerləşmişdi. Hər dildə kitab var idi. Yazıl, al və oxu. Ora yazıldım da, oxudum da. İstədiyin dildə xaricdə çıxan ədəbiyyatı tapmaq olardı. İngilis, fransız, alman, ərəb, fars, türk, çin, yapon, hindi, suahili (Afrika dilidir) və s. dillərdə kitablar var idi.

Ondan başqa, hər kitabdan bir miqdar (beynəlxalq qanunlara uyğun olaraq), yetmiş səhifəyə qədər, surətini kağıza çıxartmağa icazə var idi. Kitabı tam şəkildə əldə etmək istəsən, onda sifariş edirdin onu orada fotolentə çəkib, sonra ünvanına göndərirdilər. Moskvada yaşayan oxuyucular üçün ingilis, fransız dilində çıxan bədii əsərləri oxumağa, evə aparmağa icazə var idi. Bircə siyasi dövrü mətbuat ayrıca bir otaqda saxlanılırdı. Ora hər adamı, buraxmırdılar, xüsusi icazə lazım idi. Şüşə qapıdan görürdüm ki, orada Qərbin bütün tanınmış siyasi-ictimai məcmuələri var idi.

Külli miqdarda dini kitab da var idi. Onların çoxunu oxudum, bə’zilərinin surətini çıxartdırdım. Orada, “Şərqin müqəddəs kitabları” (“The Sacred Books of the East”) əlli cildlik nəşri, mühafizə olunub saxlanırdı. Bu nəşrdə çinlilərin, hindlilərin, iranlıların müqəddəs saydıqları kitabların, yazılı abidələrin ingilis dilinə tərcümələri vardı. Məsəl üçün Zənd-Avestanın tərcüməsi, Pəhləvi ədəbiyyatı, Budda dinininin müqəddəs kitabları və s. Oxucunu inandırım ki, bu gün Berlinin, Parisin kitabxanalarında o nəşri çətin ki, tapmaq mümkün olsun. Mən türk ədəbiyyatşünası Əbdülbaqi Gölpinarlının, Allah ona rəhmət eləsin,“ Mövlanadan sonra






Yüklə 11,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin