İslam səNƏTİ



Yüklə 11,59 Mb.
səhifə6/50
tarix26.12.2016
ölçüsü11,59 Mb.
#3530
1   2   3   4   5   6   7   8   9   ...   50
IDRIS SHAH. “ƏLNƏFSÜL-ƏMMARƏ” KİTABININ ÜZ CİLDİ

Axundovda, hətta, İdris Şahın yazmış olduğu bir kitab da var idi. Bu İngiltərəli şəxs, təsəvvüfün elmini, tə’limini Qərb oxucusuna tanıdan, çox məhsuldar bir yazıçı və naşir olub. Şərqdə də, Sovet İttifaqında, Moskva, Leninqrad və Tiflis şəhərlərində onun yazılarını oxuyan dairələr mövcud idi. Əvvəllərdə, bunlar özlərini Gürciyevin ardıclıları hesab edirdilər, onun tə’limi ilə maraqlanırdılar, lakin, sonralarda, Şahın əsərləri dəbə düşəndə, axırıncının yaradıcılığının həvəskarları oldular.

Hələ çox cavan olanda, məşhur rus fəlsəfə adamının, P.D.Uspenskinin bir əsəri əlimə düşmüşdü ki, orada Qeorqi İvanoviç Gürciyevin şəxsiyyəti və müəmmalı fəlsəfi tə’limi haqqında bəhs edilirdi. Bu adamla əlaqəli mövzular, təbii ki, bizim xalqın maraq dairəsindən kənar şeylər idi. Halbuki, sovetin paytaxtında, Moskvada, düşüncəli, zəkalı adamlar arasında, bu kitabın surətləri əlbəəl gəzirdi. Bu kitabı, daha doğrusu, onun foto surətini bir tanış moskvalı yəhudidən, pulla almışdım. O vaxt mən heç sufi nədir, sufilər kimdir bilmirdim. Təkcə “dərviş” sözünü eşitmişdim. Fəqət, son dövrlərdə, bə’zi səbəblərə görə, “dərviş” sözünü bir pis şey mə’nasında işlətmək Bakıda bir adət halını alıb. Gürciyevin çar vaxtı Aleksandropolda (Gümrüdə), Tiflisdə və Bakıda yaşadığını, anasının da erməni olmasını o yəhudidən öyrəndim. Moskvalı, bu kitabı oxumağımı mənə məsləhət etdi. Dedi ki, bu adam İranın, Türküstanın şeyxlərindən dərs alıb, gizli, batini elmlər öyrənib, sufi rahının kamillik dərəcəsinə, ulu məqamına çatmışdı.

Gürciyevin yaşadığı dövrdə artıq İslam aləminin hər şeyi tənəzzül halında idi. Min il ərzində toplanmış hikmət və bilik itirilmək üzrə idi. Bu hikmətin, elmi-qeybə aid olan biliklərin itirilməsi böyük bir faciə, bəşəriyyətin mə’nəviyyatı, ruhaniyyəti üçün böyük bir itki ola bilərdi. Gürciyev, bunu anlayaraq, mə’suliyyətlə, qərar alır ki, müsəlmanın ariflərindən, şeyxlərindən əldə etdiyi bu gizli tə’limi aləmə faş etsin, dünyaya yaysın. Bunun üçün Avropaya getməyi lazım bildi. Yə’ni ki, o dövrdə İslam aləmi iqtisadi və mə’nəvi bir böhran halında olduğundan, müsəlmanlar ailə dolandırmaq, pul tapmaq kimi işlərlə məşğul olduqlarından, artıq, orada əlverişli mühit, bu cür şeylərə maraq göstərən adamlar, yox idi.

Pyotr Uspenski, onun bir tələbəsi kimi, müəlliminin mə’ruzələrini qələmə alıb, onları, ilk dəfə, Londonda, bir kitab şəklində çap etdirmişdi. Elə məndə olan foto surətlər də ingilis dilində dərc olmuş həmin o kitabın surəti idi.

Aleksandropolun müsəlmanları Gürciyevin atasının xətrini çox istəyir, yunan əsilli bir adam və xaçpərəst olmasına baxmayaraq, onu “adaş” deyib çağırır və tez-tez öz məclislərinə də’vət edirdilər. Bu kişini sevmələrinin səbəbi onda olub ki, onun aşıqlığı var idi, o, türkün şifahi ədəbiyyatını, dastanlarını yaxşı bilən bir adam olub.

Gürciyev haqqında yazılmış bu dəyərli kitabın sovet kitabxanalarında mövcud olan yeganə nüsxəsi Moskvanın Lenin kitabxanasında saxlanılırdı. Kitabın foto surətini mənə satan tanış adam, mənə o nüsxənin oradan necə oğurlanması barəsində danışmışdı. Onun tanıdığı bir moskvalı, bir səfeh adam bütün paytaxt tanışlarına, dostlarına, Gürciyevin pərəstişkarlarına, fəxrlə, “O kitabı, Lenin kitabxanasından, mən oğurlamışam!” bildirmişdi.

Gürciyev, tədris etdiyi bu müəmmalı tə’limi hesabına, əvvəlcə Rusiyada və sonralarda Qərbdə alimlərin, fəlsəfə sevənlərin arasında böyük şöhrət qazanmışdı. Rusiyada və Qərbdə Gürciyevi, xaçpərəst dinini dirçəltmək, canlandırmaq, Hz. İsanın unudulmuş və təhrif olunmuş tə’liminin məğzini bərpa etmək istəyən bir adam hesab edirdilər. Halbuki, onun danışdığı şeylərin çoxunun sufi mənşəli olması açıq-aşqar göz qabağındadır. Elə ki, deyilənlərə görə, onun ustadları Türküstanın Nəqşbəndiyyə təriqətinin şeyxləri olub. Hər halda, onun, bu gizli elmlərin yerini, mənbəyini tapmaq məqsədi ilə, Qərbdənsə, Xristian aləmindənsə Şərqə, müsəlman torpaqlarına üz tutması buna dəlalət edir. Avropalı şagirdləri Gürciyevə sual verib onun ustadlarının kim olduğunu soruşanda, mənim ustadım Molla Nəsrəddin olub, deyə cavab verirdi.

Gürciyev Rusiyada, Qərbi Avropada və Amerikada mə’ruzələr verir, söhbətinə qatılmaq istəyən adamları arayırdı. O, kəşməkəşli həyat sürdü və 1949 ildə Fransada vəfat etdi, Parisin yaxınlığında dəfn olundu. Ölümündən sonra onun şan-şöhrəti azalmadı, hətta, daha da artdı. Bu gün də, Qərbdə, onun şəxsiyyəti və tə’limi haqqında külli miqdarda əsərlər yazılıb dərc olunur. O, bu kitablarda, XX əsrin ən müəmmalı adamı kimi təqdim olunur.

Qərb adamları, avropalılar, maddi aləmə təmayüllü bir irq sayılırlar. Onlar istər bu canlı, istərsə cansız olsun, yalnız maddi, ağlın kəsb edə biləcək şeylərə, maraq göstərirlər. Fəqət, onlar qəlbə aid olanlara, könüllə duyulanlara, qeyb aləminə, maraq göstərmirlər. Elə bu səbəbdən Gürciyev avropalılar arasından, öz şagirdləri arasından, özündən sonra xəlifəsi olmasına, heç bir kəsi layiq görməyib. Orada onun öyrətdiyi elmi anlaya bilən, kəsb edə bilən birisi tapılmadı. Hətta ona ən yaxın olan şagirdi, Uspenski, sonradan onun söhbətini tərk edərək, Londonda, öz ətrafına tərəfdarlarını toplayıb, başqa üsullu bir məktəb açdı. Uspenskinin dediyinə görə o, batini elmlərin (elmi-qeybin) əməliyyatını deyil, nəzəriyyəsini öyrənmək istədiyi halda, Gürciyevin təqdim etdiyi üsul, yol isə, bunun əksinə, sırf tərki-dünya üsulu, zahid olub guşənişinlik edənlərin yolu idi ki, bu da onun fitri iste’dadına və qabiliyyətinə münasib olmayan bir şey idi.

Gürciyevi yaxından tanıyanlar onun bir əməlisaleh adam olmadığını, davranışının, hərəkətlərinin ədəb-ərkan qaydalarına uymayan bir şəkildə olmasından danışırdılar. Onun şagirdləri belə bir mülahizə sürmüşdülər ki, Gürciyev, bunu qəsdən edirdi və bu bir növ artistlik idi.

Bu məsələyə də bir aydınlıq gətirmək istəyirəm.

Mən bilən, bu cür ədəbsiz, qıcıqlandırıcı hərəkətlərlə Gürciyevin güddüyü məqsəd: öz ətrafında olan adamları mat-məəttəl etmək, dalğınlıq vəziyyətindən, yuxudan oyatmaq olub. Onun dediyinə görə müəllimin işi daim şagirdlərini çətin vəziyyətə salmaq, onları qəflət yuxusundan oyatmaqdır. O, israrla bildirirdi ki, dünya əhli, adamlar ömür boyu yuxuda yaşayır, yuxuda da ölürlər.

Məncə, Gürciyev məlaməti sufi cərəyanına aid bir şəxs olub. Yə’ni ki, o, zahirdə halı qarışıq, daxilində həqiqət əhli kimi yaşayıb, hərəkət edib. Məlamət əhli olanlar, əsasən, İranın Xorasan vilayətində çox idilər. Onlar riyakar din xadimlərinə, yalançı sufi şeyxlərinə, zahirdə dinli-imanlı, daxildə kafir olanlara oxşamamaq üçün qəsddən nalayiq işlər görüb, bunu etməklə camaatın, dünya əhlinin onları məlamət, məzəmmət etməsini, onlardan üz döndərməsini istəyirdilər.

“Kəşf əl-məhjub” adlı məşhur sufi əsərinin müəllifi, Hucviri, Həmdun əl-Qəssarın sözünü misal gətirərək, yazır: “Allah səni adamlardan daha yaxşı tanıyandır”. Yə’ni ki, sənin xəlvətdə Allahla olan təmasın, adamlarla açıqda olan təmasdan daha yaxşı olmalıdır. Çünki sənin camaatla məşğul olman Allahla sənin aranda olan ən böyük örtü, pərdədir.

Gürciyevin doğma qardaşı isə bir kitab yazaraq Gürciyevi əsil erməni, bir milliyyətçi kimi göstərmək istəyirdi. Onun, Qafqazda və Osmanlı Dövlətində fəaliyyət göstərən təxribatçı, gizli erməni təşkilatının üzvü olduğunu sübut etməyə çalışırdı. Bu kitabı vərəqlədim, ancaq oxumadım, onu bir iftira, qeyri-səmimi mahiyyətli əsər olduğunu hesab etdim.

Fəqət, Gürciyevin özünün yazdığı kitaba görə, Qafqazda, fərqli tayfalar arasinda gedən çəkişmələr zamanı, o, bir dərədə, başqasına atılıb, ancaq ona dəyən bir kor gülləyə tuş gəlib, ayağından yaralanmışdı. Gürciyev bu hadisələri bir dəlilik kimi, “bir milliyyətçilik psixozu” kimi qiymətləndirmişdi. O, deyirdi ki, onun zahiri görünüşü o cür idi ki, ermənilər arasında olanda onu müsəlmana oxşadırdılar, müsəlmanlar arasında olanda isə, erməniyə.

Başqa bir kitaba görə Gürciyev osmanlı ərazisində olanda, bir osmanlı zabiti onu və onun yoldaşını saxladıb, onları gizli erməni təşkilatına xidmət edən casuslar sanmışdı. O, yazır ki, mən bir şəhərin erməni keşişindən o biri şəhərin keşişinə gizli bir məktub aparırdım. Ancaq, sonradan, türk dilinin bütün şivələrində gözəl danışma bacarığıma görə özümün bir müsəlman olduğumu zabitə inandırmağa müvəffəq oldum.

Deyilənə görə, osmanlıların qoşunu Qafqaza daxil olanda Gürciyevin erməni qohumları türklərin onlardan qisas almasından qorxaraq Aleksandropoldan qaçdılar. Atası isə öz qoyun

RİSALƏT ƏL-MƏLAMƏTİYYƏ”


Əqidələrinin əsaslarına görə Allahı zikr etməyin (xatırlamağın) dörd növü vardır: dilin zikri; qəlbin zikri; sirrin zikri və ruhun zikri. Ruhun zikri qüsursuz olanda, qəlb və sirr xamuş olunur, susdurulur. Bu zikr müşahidə adlanır. Sirrin zikri qüsursuz olanda qəlb və ruh xamuş olunur. Bu zikr heybətdir. Qəlbin zikri qüsursuz olanda, dil xamuş olunur. Bu bərəkət zikridir. Qəlb zikrə diqqətsiz olanda, dil hərəkətə gəlir və bu, adətin zikridir.

Bu mərhələlərin hər birisinin bir nöqsanı vardır. Ruhun zikri sirr ilə fəhm olunanda qüsurlu olur. Qəlbin zikri nəfs ilə fəhm olunub, valeh olanda və ya yüksək məqama çatmağı arzulayanda qüsurlu olur.


Yüklə 11,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin