İslam səNƏTİ



Yüklə 11,59 Mb.
səhifə9/50
tarix26.12.2016
ölçüsü11,59 Mb.
#3530
1   ...   5   6   7   8   9   10   11   12   ...   50
Həmid Alqar

İnternetdə Həmid Alqarın adresini tapıb ona bir məktub yazdım. O, mənə cavab yazıb özünün çoxlu xarici dillər (ərəb, fars, türk, rus) bildiyindən danışdı, təsəvvüf mövzusuna yaxşı bələd olduğunu bildirdi. Sonra bu professor və’d etdi ki, onun özü tərəfindən ingilis dilinə tərcümə etdiyi bir kitabı, Kübrəviyyə təriqətinin şeyxi olan Nəcməddin Razinin (q.s) “Mirsad əl-İbad” əsərini mənə hədiyyə göndərəcək. Ancaq, nədənsə göndərmədi, halbuki o kitab mənə çox vacib lazım idi.

2006-cı ildə bir amerkalı sionist, Deyvid Horovits “Profesorlar: Amerikanın 101 ən təhlükəli üniversitet adamları” (The Professors: The 101 Most Dangerous Academics in America) kitabını nəşr edərək, ora dövlətin xarici siyasətinə zidd mövqe tutan adamlardan danışaraq, onların qara siyahısını tutmuşdu. Yəhudi müəllif ABŞ-ın İsrailə və İrana qarşı tutduğu mövqeyini tənqid edib, İran ruhanilərinin nöqtəyi-nəzərinin təbliğatı ilə məşğul olduğuna gərə doktor Həmid Alqarın da adını bu qara siyahıya əlavə etmişdi.

On il bundan qabaq Bakıda bir kitab dükanı vardı ki, orada İranda çap olunan ədəbiyyatı almaq olardı. Bu gün isə hökumət həm bu, İran dükanını, həmdə bütün türk kitabı satan mağazaları bağlatdırıb. Görünür ki, onların dini ədəbiyyat satmaları bizim hökumətə xoş gəlmirdi. On il bundan qabaq orada ingilis dilində dəftər boyda bir kitab almışdım. Kitabın adı “İmam Xomeyninin həccə gedən zəvvarlara müraciəti” idi. O kitabı İranın bir dini nəşriyyatı buraxmışdı, ancaq çox keyfiyyətsiz bir nəşr idi, səhifələrin bir hissəsi oxunmurdu. Mənə təəccüb gəldi ki, İranın dini nəşriyyatı İslam inqilabının rəhbərinin kitabını bu cür səliqəsiz şəkildə buraxıb.

Bu kitabın tərcüməçisinin kim olduğunu bilmirəm, bəlkə onu elə həmin o Alqar edib.

O məruzədə İmam Xomeyni (r.) “Ağ Evi” -- “Qara Ev” , İsraili isə “qeyri-qanuni varlıq” və “dünyanın sionist bədxassəli xərçəng şişi” kimi adlandırır.

Burada İmamın bu xütbəsindən bə’zi iqtibaslar gətirirəm:
Bəli, bizim “Nə Şərqi, nə Qərbi, Cümhuriyye İslami” şüarımız bu, səfalət və zülm dünyasında İslam İnqilabının əsas şüarıdır və o, qoşulmama siyasətinin bir ümumi təsviridir. Bu qoşulmama siyasəti həm İslami ölkələrə və, Allah qoysa, yaxın gələcəkdə, həm də İslamı qəbul edəcək başqa ölkələrə bəşəriyyətin azad olması üçün yeganə bir düsturdur. Biz, bu siyasətdən bir addım belə kənar atmayacağıq...

Ruhanilər, ariflər və alimlər gərək İslamın yardımına gəlsinlər və İslamı, həyatdan və məişətdən təcrid olunmuş vəziyyətindən çıxartsınlar. Siz daha gərək öz alçaldılmış və təhqir olunmuş halınıza dözməyib sizə qəbul etdirilən bütləri sındırasınız...

Biz bu təhqirə və rüsvayçılığa artıq dözməməliyik və dinimizi, onu, zalımlara satan ikiüzlü, üləma adlanan riyakarların əllindən qurtarmalıyıq. Müsəlmanlar gərək razı olmasınlar ki, bu cür satqın və yol azmış üləmalar onlara, zorla rəhbər qəbul etdirilsinlər. Nədə ki, yol versinlər bunlar, riyakar və zalım olanlar, İslami ümmətin səmimi dini rəhbərlərinin, ariflərin və həqiqi ruhani bələdçilərin yerini tutsunlar. Onlar gərək qoymasınlar ki, elələri, İslama sadiq olan həqiqi üləmanın nüfuzundan sui-istifadə etsinlər. Bu gün, İslamın mötəbər rəhbərləri və üləması müsəlman cəmiyyətlərindəki muzdurların, pis üləmanın və saray mollalarının yaratdıqları böyük təhlükədən danışmalıdırlar. Elələri o nadanlardırlar ki, hansılar ki, ədalətsiz hökumətlərlə və zalımlarla birləşib, məzlumların öz haqlarını tələb etməsinə mane’ olurlar. Və əxlaqsızlıq etmək üçün bu onlara lazım olanda, onlar, küfr əleyhinə mübarizə etmək və Allah yolu ilə getmək istəyən adamlara divan tuturlar. Qoy Allah İslam ümmətini bu dəyərsiz fərdlərdən, dinimizi satanlardan azad eləsin...

Necə ki mən, İnqilabdan qabaq və İnqilabdan sonra xəbərdarlıq etmişdim, eynilə bir də xəbərdarlığımı təkrar edirəm -- sionizmin xərçəng şişi hələ ki, İslam ölkələrinin bədənində qalıb durur. Mən bir daha bildirmək istəyirəm, Qüdsün azad olması işi üçün mən özümün və İran xalqının və dövlətinin yardımını İslam ölkələrdən əsirgəməyəcəyəm...

Şah rejimi dövründə İran, öz tarixindən və İslami dəyərlərdən məhrum olan qərbpərəst ölkəyə, İslam əleyhinə olan bir düşərgəyə çevrilmişdi və nübüvvətin bütün nişanələri yox edilirdi ki, tarixin və mədəniyyətin və İslamın bütün əlamətləri məhv olsun...

Ay Allah, Sən bilirsən ki, biz Şərqin və Qərbin əleyhinə ayağa qalxıb Sənin dininin bayrağını ucaltdıq ki, ədaləti bərqərar edək və Sənin Rəsulunun (s.ə.s.) yolunu tutaq, və bizi bu yoldan, bir anlığa belə, heç nə saxlamayacaq.

Ay Allah, Sən bilirsən ki, bu ölkənin camaatı Sənin dininin ləyaqəti üçün valideynlərinin qarşısında şəhid olundu, onlar Sənin əbədi rəhmətinə gülər üzlə, ümidlə və şövqlə yönəldilər. Sən bilirsən ki, Sənin dininin ümməti sui-qəsdlərlə əhatə olunub və Şeytanın amilləri bu ölkənin varlığına belə razı deyillər. Bu ölkənin iqtisadiyyatını gücləndirmək üçün hər gün daha artıq sə’y sərf olunur. Pərvərdigara, Sən bilirsən ki, bizim xalq hər cür çətinliyə sinə gəlib və o, Səndən başqa heç kəsdən qorxmur. Bizim xalq hər cür əzaba və ağrıya dözəcək, çünki o, bilir ki, bütün qələbələr Səndən və Sənin izninlədir.
Ondan başqa Alqar Xomeyninin, İslami hökümətin müsəlmanlar üçün zərururətini təbliq edən, “Hökuməte-islami: Vilayəti-fəqih” kitabını ingilicəyə tərcümə etmişdi.





Yüklə 11,59 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin