İslam səNƏTİ



Yüklə 11,59 Mb.
səhifə10/50
tarix26.12.2016
ölçüsü11,59 Mb.
#3530
1   ...   6   7   8   9   10   11   12   13   ...   50
Həmid Alqar. “İmam Xomeyni: Qısa tərcümeyi-hal”. Kitab cildi


XV ƏSR OSMANLI SUFİ ŞEYXİNİN KİTABINDAN BİR FƏSİL

MÜRŞİDİ-KAMİLİN LÜZUMU ÜZƏRİNƏ. İndi bil ey talibi-sadiq, haçan bir adam Haqq yoluna süluk etmək istəyə əvvəl ona lazımdır ki, bir mürşidi-kamil tapa, o mürşid Allahu Təalayı sevdirə; Allahı Təalayı sevməsə Allahu Təalaya talib olmaz.

Bəs ondan deyirlər kim: Mürşid odur ki, adama tələb bağışlaya, yə’ni Allahu Təalayı sevdirə. Və Allahı, talib, gərəkli şəkildə sevdikdən sonra, Allahu Təalaya o talibi dəxi sevdirə.

İndi belə bil ki, şeyxlər mərtəbəsi sufilər təriqindən ə’la mərtəbədir və dəxi o, nübüvvət niyabətidir; Allahın qullarını Allaha də’vət etməkdir.

İndi bu şeyxlər Allahı qullarına sevdirməyə səbəb olduqlarının vəchi odur ki, şeyxlər sadiq müridlərini təzkiyəi-nəfs və təzkiyəi-qəlb təriqinə süluk etdirirlər, könlü ayinəsini açarlar; o vaxta ki, könül ayinəsi mücəlla və təsfiyə olub açıla, könüldə ənvəri-ilahi mün’əks olur və tövhidi-cəmal aşikarə olur. Bəs ondan könül, ayninəi-cami-cəhannümayi-Həzrət olur. Və onun kimi könüldə Haqq Təalanın cəmi sifəti canu-könüldən daim onun həzrətinə talib olur, bir vəchi budur.

Və bir dəxi qulun Allahı sevməyin vəchi budur ki: Onda ki, şeyxlər gerçək müridlərin könülləri ayinəsin açsalar, o könüldə dünya bütün qəbayətiylə, həqiqətiylə zahir olur; axirət dəxi künh ilə qayət ilə aşikarə olur. Bəs könül gözü münkəşif olacaq, iki cahanın həqiqəti və iki mənzilin xasili bilinir və o vaxt qul bəqiyi sevər, faniyi tərk edər. İndi o vaxt zahir olur ki, şeyxlərin tərbiyətinin mənfəəti...

Rəsul həzrəti (əleyhissəlam) buyurdu:

Alimin yuxusu cahilin ibadətindən xeyirlidir”



Birdə demişlər ki:

Alimin yuxusu ibadətdir, cahilin taəti külli zillətdir”



İmam Qəzali Həzrətləri (rəhmətullahi əleyh) dedi:

Üləmayi-zahirin elmi qəsbidir və sufilərin elmi kəşfidir”.



Və Şeyx Cüneydi Bağdadi (rəhmətullahi əleyh) deyir:

Biz təsəvvüfu qaldan, qeyldən almadıq; cəmi mə’luf və məhsusatı tərk etməkdən aldıq və Haqq Təala eşqi oduna yanıb göynəməkdən aldıq” dedi.



Sultanül-arifin Şeyx Bəyazid Bistami (rəhmətullahi əleyh) buyurdu kim:

Hər kimin ustadı yox, şeytan olur onun ustadı”



Və bu dəxi deyilmişdir ki:

Hər kimin şeyxi yoxsa, onun dəhi dini yoxdur”.



Və bə’zi ariflər dəxi demişlər ki:

Hər kim şeyx ədəbiylə ədəblənməsə, o dəxi Tanrı sözləriylə ədəblənməz və peyğəmbər sözüylə ədəblənməz”.



Belə olsa, bundan dəxi bilindi kim, bu şeyxlərə uymaq və bunlara mühibb olmaq labüd imiş və hər adama şeyx əldə etmək və onun ədəbiylə ədəblənmək əlbəttə gərəkmiş. Zira bu şeyxlər taliblərin çobanı kimidir, çobanı olmayan qoyunu qurd alırmış. Hər adam ki, talib ola, Haqq yoluna yürümək istəyə, ona şeyx gərəkdir.

Və bunu dəxi belə bil ki: Ta Adəm peyğəmbərdən bu dəmə yüz iyirmi dörd min dəxi artıq-əskik peyğəmbər və dörd yüz firqə, dörd təbaqat ərənləri və dəxi bunca əslafi-övliya, cəmi hamısı belə yürüdülər, amma birisi şeyxsiz və mürşidsiz bu yola yürümədi.

Bəs bunlardan bilindi ki, belə iqdam edən talibə əlbəttə bir şeyx gərəkmiş; yalnız elmlə və ağıl çoxluğu ilə olmazmış.

Necə ki Həzrəti Mövlana Cəlaləddini Rumi buyurur:

Bu yollarda ağıl rəhbər olsaydı, Fəhri Razi dinin ən dərin məsələlərini bilən biri olmazmıydı?”



Zira bu müəllifi-fəqir deyir:

On yeddi şeyxə yetişdim və hər birinə xidmət eylədim, onun içində həmən dördü şeyxi-kamil idi və şeyxliyə layiqdi və safi-məşrəb idi; qalanı kimi məşrəbi bulanıqdı və kimi mübtəde’ olub qedəməzlər, yolda buraxırlardı. Ondan birinə dəxi varırdım, o dəxi bir az çalışırdı, alıb gedəməz buraxırdı. Birinə dəxi gedirdim... Axır Sultan-i Şeyx Mühiyiddin Əbdülqadir Qeylaninin (qaddəsallahu) əziz oğlunun oğlunun oğlunun oğlu Şeyx Əbdülqadir Qeylanidir, ona yetişdim və onun qatında süluku tamam etdim, məqsuda yetişdim.”




Yüklə 11,59 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin