Necə ki, Şeyx Bəyazid Bistami dedi:
“Mən daha doxsan doqquz şeyxə yetişdim, hər birinə xidmət etdim, amma Cəfəri-Sadiqə yetişməsəydim, axır imansız gedərdim.”
İndi, əziz, bu yolda yalan yerə oturub, gəlib şeyxlik davası edicilər, adam aldadıcılar, şeytanlar çox olur. Necə ki, Rəsul həzrəti (əleyhissəlam) bir xət çəkdi “Dəxi bu Haqq yoludur” dedi və ondan sonra o yoldan mütəfərrik yollar çəkdi, “Dəxi bunlar şeytan yoludur, bunların hər birinin başında bir şeytan oturur talibləri alıb cəhənnəmə getmək üçün” dedi.
Nuh peyğəmbər (əleyhissəlam) şeyxi-ənbiya ikən doqquz yüz il xalqı də’vət eylədi, doxsan adamı də’vət edə bildi...
Ustadı olmayanın ustadı şeytandır. Görməzmisin ki, Rəsul həzrətinin (səllallahu təala əleyhi vəssəllam) ustadı Cəbrail idi və əshabının ustadı Rəsul əleyhissəlam idi. Və ondan dəxi təbeinin ustadı əshab idi və tabei-tabein ustadı tabein idi.
Bəs o dəmdən bu dəmə qədər hamısı silsiləyə gəldi, bu ustadlıq və şagirdlik və şeyxlik və müridlik sürülüb gedir. Əgər talib kökü kəsilsə, şeyxlik dəxi kəsilir, nəüzübillah. Aləmin nəzmi pozulur, qiyamət qopar. Zira aləmin nizamına səbəb olanın biri dəxi məşayixdir. Bu məşayix isə müridi-sadiqdən hasil olur.
Və dəxi onun kimi adamları şeyx edilmək gərəkdir ki; o özü, vücudi-məcazisindən bilkülliyyə fani olmuş ola və vücudi-həqiqi ilə mövcud olmuş ola, taliblik və müridlik məqamından keçmiş ola; bəlkə mətlubluk və muradlıq məqamına yetişmiş ola, o Haqqa murad olmuş ola və Haqq ona mürid olmuş ola, ta ki şeyx olmağa yaraya.
Və dəxi onun kimi adamları şeyx edilmək gərək ki: Onun könlü gerçək könül ola; yə’ni qəlbi, qəlbi-həqiqi ola.
Və qəlbi-həqiqi odur ki, yerdən göydən ulu ola, ərşdən və kürsüdən o könül gen ola. Elə gen ola ki, binəhayə ola; zira binəhayə olmayınca, binəhayə irişməz. Bəs binəhayə yenə binəhayə görünür.
Necə ki Haqq Təala bizə o könüllərdən xəbər verdi:
“Yerlərim mənə gen olmadı, göylərim mənə gen olmadı, ərşim mənə gen olmadı, kürsüm mənə gen olmadı, o mömin qulumun könlü mənə gen oldu ki, məndən qeyri şeylərdən arıdır, pak edər”.
Bəs mürid olanın könlü dəxi elə edilmək gərəkir ki, binəhayə ola, qerçək könül ola.
Və dəxi onun kimi adamları şeyx edilmək gərəkir ki, onların zahirlərindən dəxi Haqq Təala xəbər verib buyurur ki:
“Onların kimi adamların eşidən qulağı mən oluram və görən gözü mən oluram və dəxi tutan əli mən oluram, ayağı mən oluram”.
Bəs bu mərtəbəyə irişməyən adamlar layiq deyildir.
Rəsul həzrəti (əleyhissəlam) buyurmuşdur ki:
“Bu aləmin yıxılmasına və bu dinin xarab olmasına səbəb üç tayfa olacaqdır. Biri cahil sufilər və biri fasiq alimlər və biri zalım bəylər” dedi.
Bəs bu cahil sufilər dinin səlahın və fəsadın bilməzlər, öz dinin və onun və bunun dinini fəsada verir. Bəs onlara uymaq yoxdur.
Və dəxi o adamları şeyx edilmək gərək ki, alim ola dedik; indi bu ülama dəxi iki növdür. Biri ülamai-zahir ki, oxumaqla və yazmaqla olmuş ola və biri ülamai-batin ki, təsfiyəi-nəfs ilə elm ona kəşf olmuş ola; ikisi dəxi alimlərdir, gərək qəsbi olsun, gərək kəşfi olsun. Amma bu ikisindən dəxi məhrum qalıb qara cahil olursa, şeyxliyə əsla yaramaz.
Bəs indi müridi-sadiq və talibi-eşq haçan şeyxin hökmünə, tərbiyətinə təslim olsa və onun ədəbiylə ədəblənsə, şeyxin batinindən onun batininə hal sirayət edər, əsərlərdən yetişir. Onun kimi ki, bir çıraq bir çıraqdan nur alır yanar; o vaxt ki, ikisinin arasında pərdə olamaya, ikisi birbirinə ulaşa. Bəs şeyxin sözü ki, dəxi müridin könlünə girib qərar eyləsə, şeyxin sözü ona nəfis hallar gətirir və dəxi şeyxdən hal müridə intiqal edər. O vaxt ki, mürid şeyxə xoş ədəblə müshib olsa və öz nəfsin ona təslim etməklə və özünün iradətini tərk edib, şeyxin diləyinə girməklə; bəs beləcə şeyxə bir adam mürid olsa, o vaxtın tə’lifi-ilahi ilə şeyxlə özünün arasında imtizaci-qəlbi və irtibat-ruhi olur. Lacərəm mürid dəxi şeyxlə irtibati-qəlblə və imtizaci-ruhi ilə öznün ixtiyarını tərk etməklə ədəblənir. Hətta o mərtəbəyə yetişir ki, şeyxdən fəhm eylədiyini Haqq Təala Həzrətindən dəxi fəhm etmiş olur, elə, vasitəsiz.
KÜÇƏLƏRDƏ YÜRÜYƏN ARVADLAR ŞEYTANIN ÇƏRİSİ VƏ HAMAMLAR FİSQXANƏLƏR MƏKANI OLDUĞU. Şeytan əleyhlə’n deyir ki, o vaxt ki, Haqq Təala məni mərdut eylədi, dərgahından sürdü, mən dedim:
“Yarəb, mən də səndən bir neçə şey diləyirəm!” dedim.
Haqq Təala dedi:
“Dilə, ya məlun, nə istəyirsən?”
Mən dedim:
“Əvvəl mənə çəri lazım!”
Haqq Təala dedi:
“Var sənə çəri, küçələrdə yürüyən arvadlar sənə çəri olsun!” dedi.
Yenə dedim:
“Mənə duracaq yer gərək!”
Haqq Təala dedi:
“Var, hamamlar və fisqxanələr sənə duracaq yer olsun!” dedi.
Mən dedim:
“Mənə bir yer ver ki, mənim əhlim orada bölük-bölük oturalar, danişmənd yeri ola; əlbəttə, xalq ziyan söyləşələr, yalan-yanlış malayə’nilər kimi söyləyə, kimi dinləyə” dedim.
Haqq Təala dedi:
“Var, sənə, bazarlar sənin xalqın ləğviyyət yerin olsun!” dedi.
Onun üçün sülaha’ zümrəsi bazarlarda oturmazlar, malayə’nilərə mürtəkib olmazlar. Həmən bir hacət üçün varırlar, naçar yenə, tezcə, qayıdırlar.
Zira Rəsul həzrətləri əleyhissəlam buyurdu:
“Küçə xalqı cəhənnəm xalqıdır.”
Ya dəxi şeytan deyir ki, yenə mən dedim:
“Yarəbbi, hanı mənə minməyə eşşək gərəkdir?”
Haqq Təala dedi:
“Sənə minməyə eşşək o kimsələr ki, mənim buyurduğumu tutmayan binamazlar, sənin eşşəyin olsun!”
Onun üçün Rəsul həzrəti əleyhissəlam dedi:
“Sizlər yəhudiyə və nəsraniyə salam verməniz və mənim ümmətimin yəhudilərinə salam verməniz!” dedi.
Dedilər:
“Ya Rəsulullah, sənin ümmətinin yəhudiləri kimlərdir?”
Rəsulullah əleyhissəlam dedi:
“Mənim ümmətimin yəhudiləri binamazlardır. Bəs haçan ki, yolda binamaza uğrasanız, bilin ki, şeytan onunladır.”
Lüqətçə:
Süluk: Sufi yolunu getmə.
Nübüvvət: Peyğəmbərlik.
Niyabət: Vəkillik.
Vəch: Cəhət.
Təzkiyəyi-nəfs: Nəfsi pak etmə.
Mücəlla: Cilalandırılmış.
Təfsiyə: Saflaşdırma.
Mün’əks: Əks edilmiş.
Tövhid: Allahın birliyinə inanma.
Cəmal: Allahın mərhəmətinə dəlalət edən vəsflər.
Cami-cəhannüma: Dünyanı göstərən cam.
Künh: Mahiyyət.
Qayət: Axır, nəhayət.
Münkəşıf: Zahir olmuş, kəşf olunmuş.
Baqi: Daimi olan, axirət.
Zillət: Alçaqlıq, rüsvayçılıq.
Taət: Allaha itaət.
Qəsbi: Qəsbi elm – oxumaqla əldə olunan bilik.
Kəşfi: Kəşfi elm – qəlb gözü ilə görüb əldə edilmiş bilik.
Qal: Söz, danışıq.
Qiylü qal: Səs-küy.
Mə’luf: Adət etmiş.
Məhsusat: Duyğu hissi ilə duyulan.
Mühibb: Sadiq, sevən.
Məşrəb: İçki içilən yer, bulaq.
Mübtəde’: Başlayan, ibtidai.
Qaddəsallahu: (Nida) Müqəddəs olsun!
Ərən: İğid.
Mürşid: Müəllim, şeyx.
Əslafi: Sələflər, əcdad.
İqdam: Başlama.
Mütəfərrik: Dağınıq.
Ənbiya: Peyğəmbərlər.
Də’vət: Dinə də’vət, təşfiq etmə.
Əshabə: Məhəmməd peyğəmbərin həmsöhbətləri, ardıcıları.
Tabein: Peyğəmbərin əshabələrinin həmsöhbətləri, ardıcıları.
Nəüzübillah: Allah bizi qorusun!
Məşayix: Şeyxlər.
Vücudi-məcazi: Məcazi, həqiqi olmayan vücud.
Bilkülliyyə: Tamamıilə.
Ərş: Göyün ən uca qatı.
Kürsi: Ərşin altındakı göy.
Binəhayə: Nəhayətsiz, sonsuz.
Fasiq: Qünah işlər görən.
Səlah: Bəyənilən.
Ülama’i-zahir: Zahiri elmləri bilənlər, ruhanilər.
Ülama’i-batin: Batini, gizli elmləri bilənlər, əhli-təsəvvüf, sufilər.
İntiqal: Keçmə.
Müshib: Ardınca getmə.
Tə’lif: Sevqi, dostlaşma, şəkil alma.
İmtizaci-qəlbi: Ərinti, xəlitə, qəlblərin qaynayıb-qarışması.
İrtibati-ruhi: Ruhi rabitə.
Lacərəm: Nəhayət.
Çəri: Qoşun.
Fisqxanə: Əxlaqsızlıq yuvası.
Dərqah: Kandar, qapı.
Əleyhlə’n: Lənət ona olsun.
Mərdud: Rədd edilmiş, qovulmuş.
Danişmənd: Bilikli.
Malayə’ni: Boş, əbəs.
Ləğviyyət: Boş sözlər, işlər.
Sülaha’: Salehin cəmi, mömünlər, şəriətə əməl edənlər.
Mürtəkib: Pis, yaramaz, günah işlər görən.
Nəsrani: Xaçpərəst.
Ümmət: Dini icma.
(Əşrəf oğlu Rumi. “Müzəkki ən-nüfus”).
Dostları ilə paylaş: |