Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,06 Mb.
səhifə3/41
tarix30.11.2016
ölçüsü4,06 Mb.
#514
1   2   3   4   5   6   7   8   9   ...   41

Ədəbİyyat:
1. Предисловие к книге «Рукописная книга в культуре наодов Востока». Очерки. Книга первая.-М.1987.

2. Конрад Н.И. Старое востоковедение и его новые задачи. Запад и Восток. Статьи -М., 1972.

3. Хайруллаев М.М., Баха­ди­ров Р.М. Абу Абдаллaх ал-Хорезми. -М.: «Нау­ка», 1988.

4. Халидов А.Б. Арабские рукописи и арабская руко­писная тради­ция. –М:1985.

5. Акимушкин О.Ф. Персидская рукописная книга. «Руко­писная кни­га в культуре народов Востока». Очерки. Книга первая.- М. 1987.

6. Терентьев-Катанский А.П. С Востока на Запад (Из ис­тории книги и книгопечатания в странах Центральной Азии). – М., «Нау­ка». 1990

7. Rəcəbov Ə., Məmmədov Y. Orxon-Yenisey abidələri . Bakı: “Ya­zıçı”, 1993

8. Дмитриева А.В. Тюрккоязычная арабописьменная ру­ко­пис­­ная кни­га по ее ареалам. «Рукописная книга в куль­туре нвродов Вос­тока». Очерки. Книга первая.-М.1987.

9. Türk ədəbiy­yatında ilk muta­sav­vif­ler. Prof. Dr.Fuad Köp­rülü. Diya­net İşleri Bakanlığı Yayınları.-Ankara: 1991

10. Казиев А.Ю. Художественное оформление Азербай­джанской ру­ко­писной книги XIII-XVII веков. М., «Книга». 1977.

11. Казиев А.Ю. Художественно-технические материалы средневе­ко­вой рукописи. Баку., Изд. Академии наук. Азерб. ССР, 1966.

12. Ketabarayi dər təməddone-eslami. Nəcib Mail Hərəvi. Məşhəd: As­tane-Qodse-Rizəvi. 1372

13. Divani-Türki. Füzuli. Be ehtemame-Əmin Siddiqi. Tehran. 1374.

14. Kınalı-zade Hasan Çelebi. Tezkiretüş-şuara”. I cilt. Eleştir­meli bas­kı­ya hazırlayan: Dr. İbrahim Kutluk. Türk Tarih Ku­ru­mu Basımevi. An­ka­ra. 1978

15.Kınalı-zade Hasan Çelebi. Tezkiretüş-şuara”. II cilt. Eleş­tir­­­meli bas­kı­ya hazırlayan: Dr. İbrahim Kutluk. Türk Tarih Ku­ru­mu Basımevi. An­kara. 1989

16. Məhəmməd Füzuli. Divan. Elmi-tənqidi mətn: Hacı Mayıl Əliyev. Bakı: “Şərq-Qərb”. 1996

17. Məxzənül-əsrar. Həkim Nizami Gəncəvi. Həvaşi və şərhe-luğat və təshih və muqabele ba si nosxe: Vəhid Dəstgərdi. Tehran: Ərmağan. 1313

18. Məxzənül-əsrar. Nizami Gəncei. Təshih və təliq: Doktor Behruz Sərvətiyan. Tehran: Tus. 1363

19. “Şərhüt-təərrüf li məz­hə­büt-təsəvvüf”. Xacə İmam Əbu İbrahim İsmayıl ibn Məhəmməd Buxari. Təshih və təliq: Məhəmməd Rövşən. Tehran: “Əsatir”, 1361.

20. “Məfatihül-ecaz fi şərhi-Gülşəni-raz” Məhəmməd Lahici. Təshih və təliq: Məhəm­məd Rza Bərzgər Xaliqi və İfrat Kər­basi. Tehran: Zəvvar, 1371

21. Təmhidat. Eynəlqüzzat Həmədani. Təshih və təliq: Əfif Üsiran. Tehran: Ketabxaneye-Mənuçehri. 1373

22. Catalogue of the persian manuscrripts in the british museum by Charles Rieu. Pr.Dr. Reprinted. 1966

23. Кныш А.Д., Мусульманский мисцизм. Краткая исто­рия.– М.- С- П.:, «Диля», 2004

24. Tezkire-i Mucib: İnceleme – Tenkitli Metin – Dizin – Sözlük. Kudret Altun. Ankara: Atatürk Kültür Merkezi Baş­kanlığı. 1997

25. Грантовский Э.Ф., Послесловие к книге «Зороас­трий­цы (Верования и обычаи). Мэри Бойс. М. «Наука». 1988.

26. Akademik yazım ihlalları. İ. Hakkı Demirel, Burçin Erol, Cem Saraç. TUBİTAK, ULAKBİM . –Ankara: 2011

27. E.J. Wilkinson GIBB. Osmanlı Şeir Tarihi (I-II). Tercüme: Ali Ça­vuşoğlu. AKÇAĞ yayınları.

28. Ч.А.Стори. Персидсая литература. (Био-библографи­ческий об­зор). В трех частях. Перевел с английского, переработал и дополн­ил Ю.Э Брегель. М., ГРВЛ. 1972

29. Yunus Emrə. Divan və Risaletün Nushiyye. Dr. Mustafa Tatçı. HYAYINLARI. 2011

30. Nizami Gəncəvi. Sirlər xəzinəsi. Müqəddimə, filoloji tərcümə, şərh və lüğət: R. Əliyev. B.1981

31. Cameül-əlhan. Əbdülqadir İbn Qeybi Hafiz Məraği. Be-ehtemame- Təqi Bineş. Tehran: Moəsseseye-motaleat və təhqiqate-fərhəngi. 1366.

32. Məqasidül-əlhan. Əbdülqadir İbn Qeybi Hafiz Məraği. Be-ehte­ma­­me-Təqi Bineş. Tehran: Moəsseseye- motaleat və təhqiqate-fərhəngi. 1344.

33. Kamandar Şərifli. Mətnşünaslığın nəzəri əsasları. Bakı: “Nurlan”. 2011).

34. Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri. “Elm və təh­sil”. 2012

35. Nizamişünaslığın müasir problemləri və Nizami dünyası ilə ümumi tanışlıq (“Sirlər xəzinəsi”ndən “İskəndərnamə”yə “Ni­­­za­mişünaslıq”, AMEA, Gəncə regional elmi mərkəz. 2012, № 2.
Azadə Musayeva

(Əlyazmalar İnstitutu)
İbrahİm Bərdəİnİn türk “Dİvan”ı əlyazmalarının paleoqrafİyası, struktur özƏllİklərİ və tekstolojİ müqayİsəsİ

Türkdilli təsəvvüfi poeziyanın mükəmməl örnəklərini həm də 30 ildən artıq yaşadığı Misirdə yaratmış, nadir istedadı ilə seçilən Şeyx İb­rahim Gülşəni Bərdəinin vətənində əlyazması mövcud olmayan türk “Di­van”ının fərqli xarici məmləkətlərdə üzə çıxardı­ğı­mız 14 nüsxəsin­dən 6-sının surətini əldə etməyə müvəffəq olmuşuq. Bunlar 3-ü İs­tanbul (1 Universitet, 2 Mil­lət kitabxanası) olmaqla, Sankt-Peterburq, Vatikan Apos­­tol və Ankara nüsxələridir. Burada anılan əyazma nüsxələrinin pa­leoq­rafiyası, struktur özəllikləri və tekstoloji müqayisəsin­dən qısaca bilgi veririkirik:



  1. Türk “Divan”ı. Ankara Milli kitabxanası F.B.–127 şifrli nüsxə­dən “Milli ki­tab­­xana yazmalar kataloqu”nun Türkcə “Divan”lar)”ı əha­tələyən 2001-ci ildə An­ka­rada nəşr olun­muş VI cildində bilgi veril­miş­dir (səh. 40-41, №81). Kö­çü­rülmə ta­rixi h.925 (1520)-ci il, həcmi 206 və­rəq, ölçüsü 19,4x13,4 sm, xətti təliq, katibi Ali bin Məhəmməd, sətir sayı müxtəlif, kağızı vaza şəkilli filiqranlıdır. Frontispisi ənənəvi üslub­da (qırmızı çiçəklər və yaşıl yarpaqlarla) bəzədil­miş­dir. Cildi qara də­­ri­­dir. Kataloqda məzmunca bir müna­cat, 281 qəzəl, 108b-158a-da məsnə­vilər, 157a-171a vərəqlərində qəsidələr və 171a-203a vərəqlərində ye­ni­­dən qəzəllərin yer aldığı göstərilir.

Başalnır: Ey məhəbbətdən təcəlla eyləyən eynül-bəqa,

Elminin eynin görən latəyindən liqa.

Bitir: Gülşəniyə zuyi-ziya verəli nuri-Mustəfa,

Deyər: ümmət olan millət, ver səlavat Məhəmmədə.

6b vərəqində bir sətir üzərindən xətt çəkilib, üstündə daha doğru variant olduğu dü­şü­­nülən yeni bir misra yazılıb. Bu misranın digər bir nüsxədən götürüldüyünü dü­şün­mək olar. 32b, 33a vərəqlərinin hər bi­rində 2, 107a vərəqindəki 1 mis­ra üzə­­rin­dən xətt çəkilib. Haşiyələrdə bir sıra əlavələr şəklin­də­yazılar nəzərə çarpır. Əlyaz­ma boyunca sırf şeir­lər­lə bağlı dü­zə­lişlər də nəzərə çarpır. Haşiyələrdə, mətnin köçürül­düyü xət­lə yazılmış şeir­lə­rin köçürücü tərəfindən son­radan başqa nüs­xədən götü­rü­­lüb əlavə edildiyini düşü­nü­rük. Əslində bu nüs­xədə fərqli janr­lar­da 450 şeir vardır. Qəzəllər 17 hərfi əhatə edir. Mətndəki şeirlər divan üslu­bun­­da ardıcıl düzülməyib, biz əlifba sırası ilə qrup­laş­dırıb veririk:

آ – 10, ب – 6, ت – 5, ث – 1, ج – 1, ح – 1, خ– 1, د – 2, ر – 14, ز – 2 , نک4, ل – 9 , م – 23, ن – 15, و – 17, ه – 3, ى – 93.

23 məsnəvi – qəsidə nüsxədəki 336, 337, 338, 339, 340, 341, 343, 344 (münacat?), 345, 346, 347, 348, 349, 350, 351, 352, 353, 354, 355, 356, 357, 358, 359 saylı şeirləri əhatə edir.



Fəxri Bilgə nüsxəsi Gülşəni “Divan”ının yeganə nüs­xə­sidir ki, bu­rada şairin 22 qə­si­də və tərcihi yer alıb. Yeganə nüsxədə yer aldığından on­ları hələlik nəşrə daxil et­mədik. Fəqət, baş­lan­ğıclarını gələcək araş­dırmalara fay­dalı ola­ca­ğı­nı düşü­nərək aşa­ğıda təqdim etməyi məqsədə uyğun say­dıq:

FB – 127 : qəsidələr

  1. Gecə ilə gündüzə birdir deyən, Rövşəninin münkiri oldur əyan. № 329, 109a-109b;

  2. Ey yoğ ikən aləmi var eyliyən,Qüdrətini gorsədübən sər əleyn. № 330, 109b-112b;

  3. Ey xəmu irağə yəxin kəndüdən,Cüzvü küllə keyfini bikeyf edən. № 331, 112b-114b;

  4. Ey bənə bəndən yaxunum, Rəbb ilah,Mülki-əzəldən əbədə padşah. № 332, 114b-115b;

  5. Qaziyi-hacat, kərim padşah,Sənsən olən fəzlün ilə, ey ilah. № 333, 115-117a;

  6. Ey xəmu düşmüşlərin dutən əlin,Həll qılən dayim gönül­lər müş­kü­lin. № 334, 117a-118b;

  7. Ey ədəmədən şey yaradan qadirü dana həkim,Cud edən möv­cudə xil­qət latəyindən əlim. № 335, 118b-119b;

  8. Ey bənə bəndən yəxunum Rəbb-ilah,Qullarını şah edici padişah. № 336, 119b-121a;

  9. Ey iraği yaxın edən özinə, Urmiyubən qul günahın üzinə. № 337, 121a-122b;

  10. İlahi, bən kiməm kedim ilahi, Qulunəm yarlığa qılsəm günahi. № 338, 122b-125a;

  11. Ey əzəlilə əbədi bər ilah,Qüdrətilə hikməti çox padşah. Qadirü qəyyumü təvana həkim Mübdivü danavü binavü əlim. № 339, 125a-126a;

  12. Ey əzəl ilən əbədi bər ilah, Qüdrət ilən hikməti çox padşah. Batinini zahir edən kirdikar, Əvvəl ilən axirə pərvərdigar. № 340, 126a-127a;

  13. Ey əzəl ilən əbədi bər liqa, Əvvəlü axir əhədi əl-bəqa. Zahirü batin əhədü bi zəval, Qadirü qəyyumü qəvi zülcəlal. № 341, 127a-128b;

  14. Ey qədimü qadirü həyyu əlim, Baqivü qəyyumü danavü həkim. № 342, 128b-131a;

  15. Ey əzəl ilən əbədidən əbəd, Qadirü qəyyumü qəni, fərdü əhəd. № 343, 131a-132b;

  16. Ey düşənin əlin alub qaldurən, Ağlar ikən şad edübən güldürən. Başi ayağ, ayaği baş eyliyən, Qadirü qəyyumü qəni zulməyin. № 344, 132b-136a;

  17. Ey kəs olan bikəsü avarəyə, Çarə qılan acizü biçarəyə. № 345, 136a-138a;

  18. Ey düşənün əlin alub qaldurən, Ağlar ikən şad edübən güldürən. Kimsəsüzün kimsəsi pərvərdigar, Qadirü qəyyümü qəvi kirdikar. № 346, 138a-141a;

  19. Ey əzəl ilən əbədi bir ilah, Qüdrət ilən ləmyəzəli padşah. Qeybə şəhadət verici kirdikar, Gənci-xəfi edübənü aşikar. № 347, 141a-143b;

  20. Ey əzəli şanə əbəddən liqa, Əvvəlü axır əbədi əl-bəqa. № 348, 143b-144a;

  21. Eşit nə derəm dəmi-qədəmdən, Dirlik diləsən bu dəmdə dəmdən. № 354, 150b-158a;

  22. Həmişə dövlət ilə dayim olgil, Vəqaru izzət ilə qayim olgil. № 405, 187b-189b.

Nüsxədə 2 tərcih ikinci qrupdakı qəzəllərin arasında verilib. Sıra sayı ilə 349, 350, 351, 352. № 349-360 qəzəllər, 361-362 tərcihlər, 363-366 qəzəllərdir. Qəzə­l­lər birinci qrup­dakı kimi yenə də ənənəvi divan quruluşunda deyil, qarı­şıqdır. Bu sə­­bəb­dən hərflərini göstərməklə qə­zəl­­lərin, hansı ki, sayı 15-dir və 2 tərcihin sıra­sı­nı göstə­ririk:

1. № 349 ن; 2. № 350 ه; 3. № 351 ل; 4. № 352 ر; 5. № 283 ل; 6. № 355 ن; 7. № 356 ک; 8. № 357 ک; 9. № 358 ک; 10. № 359 ن; 11. № 360 آ; 12. № 361 Tərcih; 13. № 362 Tərcih; 14. № 363 ز; 15. № 364 ن; 16. № 365 ه; 17. № 366 آ;

  1. Türk “Divan”ı. Rusiya Federasiyası EA Şərqşünaslıq İns­ti­tutunun Sankt – Pe­­ter­­burq­dakı Əlyazmalar bölmə­sində B-1206 şifri ilə qorunan Gülşəni “Divan”ı keçmiş Sovetlər İttifaqı məkanında yega­nə məlum əlyazması ol­muş­dur. Bu əlyazma haqqında L.Dmitriyeva 1980-cı ildə Moskvada nəşr olun­muş “Şərq­şü­nas­lıq İnstitutu türk əlyaz­malarının təsviri” kataloqunda ilk dəfə mə­lu­mat ver­miş­dir (səh. 68-69). Daha sonra sözü gedən müəllifin hazır­la­dı­ğı “Ru­si­ya EA Şərq­şünaslıq İnstitutunun türk əlyazmaları kataloqu”nun özü­nün vəfa­tın­dan son­ra 2002-ci il Moskva nəşrində həmçinin həmin əlyazmadan söz açıl­mış­dır (səh.298-299). L. Dmitriyeva hər iki nəşrdə nüsxənin bütövlükdə Gül­şəni “Divan”ı kimi təqdim etmişdir. Bu səbəbdən də Rövşəni Diva­nında yer alan mü­na­cat, nət, müxəmməs, qəzəl, müfrədat və məsnəvilər də Gülşə­niyə aid edil­mişdir.

Kataloqda Gülşəni “Diva­n”ının köçürülmə tarixi kimi gös­tə­rilən h.884 (1484)-cü il isə Rövşəninin “Çoban­namə”sinin yazılma tarixidir. Təs­virdə “Ço­ban­­­namə”nin mexaniki olaraq nüsxəyə əlavə edildiyi gös­tərilir. Hal­buki, Röv­şə­ni Divanı nüs­xələrinin əksəriy­yətində ona məx­sus “Çobannamə” məs­nə­vi­si yer al­­maq­­da­dır. Və bu məs­nəvini onun Mövlananın “Məs­nə­vi”sin­dən ya­ra­dı­cı tər­cümə etdiyi də məlum fakt­dır. L.Dmit­riyeva daha 4 “Çoban­namə” təs­vi­­rini də buraya əlavə et­mişdir.

Əslində isə bu nüsxə Rövşəni və Gülşəni “Divan”la­rının naməlum birgə əl­yaz­­ma­sıdır. Mətnşünaslıq tari­xin­də iki yerə ayrılmış bir abidə və ya əlyaz­ma­nın iki, bir əlyaz­mada bildiril­miş iki əsərin bir abidə kimi təqdim edilməsi təsa­düf­ləri az olmamışdır (Lixaçev, 11). Eyni zamanda yaradıcılıqları, mənə­vi dün­yaları bir-birinə ya­xın sayılan neçə-neçə sənətkarın əsər­lə­ri­nin bir əlyaz­ma­da birləş­dirilməsi, daha da doğmalaş­dırıl­ması faktları da möv­cuddur (Nizami Gən­cə­vi və Əmir Xosrov Dəhləvi; Nəvai və Füzuli və s.: ƏYİ, M-500; M-275 və s.). Frontispis yerində “Həzə divani-Gülşəni” (Bu Gül­şəni divanı­dır) yazılmasına baxmayaraq, əlyazma müəl­lim və tələbənin Divanlarının birgə əl­yaz­masıdır. Baş­lı­ğın isə nüsxəni köçürən katib tərəfindən yazıl­madığını, sonra­lar başqa biri tərəfindən əla­və olundu­ğunu düşü­nürük. Belə ki, az qala hər sə­hifə­sin­də Rövşə­ninin adı yazılmış divanı da katib məntiqi olaraq, sadəcə Gül­şəni divanı kimi təqdim edə bilməzdi. Rövşəni di­vanının əlimizdə olan digər 6 nüsxəsi ilə teks­to­loji müqayisələr apara­raq, haqqında danışılan nüsxənin 1b-125b vərəq­lərindəki əsər­lə­rin məhz ona aidliyini aydınlaşdırdıq.

Ümumi həcmi 148 vərəq olan əlyaz­ma­nın yalnız 126a-148a vərəq­lərindəki mətn Gülşəni Diva­nı­dır. Cildi üzərinə dəri çəkilmiş kartondur, ölçüsü 19x13 sm-dir. Başdan-başa rüq`ə xəttilə, başlıqları qır­mızı, mətn qara mürəkkəblə rəngli Şərq kağızına köçü­rül­müşdür. Divan tam deyil. 135b-136a vərəqləri ara­sın­da çatışmazlıqlar vardır. Burada Gülşəninin ən`ənəvi di­van quruluşunda 69 qəzəl və qəsidəsi yazılmışdır. Əlyaz­ma­nın birinci hissəsinin sonundakı qeyd onun “Əmir Əhmədin ayağı­nın torpağı, bəndəsi Mahmud tərə­findən Qustən­təniy­yədə (Kon­stan­ti­no­polda-İstan­bul­da) köçürüldüyü” yazıl­mışdır (B-1206, 125b). Araş­dır­malar göstərir ki, Əmir Əhməd, İbrahim Gülşəninin “Xəyali” təxəl­lüsü ilə şeirlər yazan oğludur. O, 1569/70-ci illərdə dünyasını dəyişmişdir. Bu tarix bizə əlyaz­manın L.Dmitriyevanın əsaslandırmadan yazdığı kimi təkcə “1831-ci ildən gec olmayaraq” deyil, XVI əsrdə, bəlkə 1570-ci ildən belə qabaq köçürüldüyünü söyləməyə im­kan versə də, katib qeydindən kənarda, eyni xətlə xüsusi üslubda yazılmış “zilhiccə 1023-cü il” qeydi onun 1614-cü ilin sonlarında başa çatdırıldığını gös­tərir. 148b vərə­qin­də köçürü­cü­nün belə bir qeydi də vardır: “Bu kitabı yaz­duranə Həqq Təala Rəsulul­la­hın pak, münəvvər, mütəh­hər ruhiçün neçə yıllar ömrlər ver­digdən sonrə cənnət müyəssər eyləyə. Amin ya Rəb­bül-alə­min”.

Başlanır: Ey məhəbbətdən təcəlla eyləyən eynül-bəqa,

Elminün eynin görən latəyindən liqa. (126a)

Bitir: Rövşəninin eşqiylə, Gülşəni, degil bana,

Kim olupdur səncılayin bir dəxi rüsvayi-eşq.


  1. Türk Divanının Vatikan Apostol kitabxanasındakı Vat. Turco.216 şifrli nüs­xə­sindən ilk söz açan Ettori Rossidir. O, 1953-cü ildə Vatikanda nəşr olunan “Va­tikan Apostol kitabxanası türk əlyaz­ma­ları kataloqu”nda əlyazmanın təs­vi­ri­ni verib (səh.189). Nüsxənin həcmi 148 vərəq, ölçüsü 20,2x15 sm, sətir sayı 13 (iki sütun), xətti nəsx, köçürülmə tarixi h.XII (XVIII) əsrdir. Şərq üslubunda ha­zır­lanmış dəri və karton cildlidir. Ən`ənəvi divan üslubunda deyil. Bu nüs­xə­də 277 şeir vardır. Əvvəli naqisdir. Beləki ilkin beyt düşən vərəq­dəki şeirin son beytidir.

Başlanır: Rövşənidən özgə netə görməz səni gönlümə kim,

Deyəm ana tişrə sənlikli andən özgə hər nə var (1a)

Bitir: Sən səni sən bilmə, anı bil sən,

Sən səni bildün isə bildün anı (146a)



  1. Türk Divanının İstanbul Millət kitabxanası Carullah Vəliyüd­din əfəndi-1661 şifrli nüsxəsi. Bu nüsxədən Təhsin Yazıçı və Himmət Konur məlumat vermiş, əl­yaz­manın Rövşə­ni və Gülşəni divanlarının bir­gə nüsxəsi olduğunu yazmışlar. Həc­mi 272 vərəq, ölçüsü 14,2x10,2 sm, kağızı müxtəlif, sətir sayı ortada və kə­nar­da olmaqla 53, xətti nəsx və təliqdir. Kati­bi və köçürülmə tarixi bəlli deyil. Cil­di alba­lı çürüyü rəngində meşindir. Cədvəllər qırmızı və ya­­şıl rənglidir. Nüs­­xənin əvəlli və sonu yoxdur, həm­çi­nin aradan da vərəqlər düşüb.

Röv­şəni və Gülşəninin türkcə Divanlarının birgə əl­yaz­­ma­larının 2 nüs­xəsi aşkarlanmışdır. Biri, yalnız Gülşəni Divanı adı ilə təqdim olunmuş, naməlum Sankt-Peterburq nüsxəsidir, ikincisi isə “İstanbul kitablıqları yazma divanlar kataloqu”nda Rövşəni Divanı kimi təq­dim olunmuşdur. Yalnız araşdırmalar nəticəsində müəl­lim və tələbənin hər ikisinin divanlarını əhatə etdiyi aş­kar­lanıb. “Divanlar” kataloqunda 5.000-ə qədər beyt olduğu göstərilib (vərəqlərin və hər bir səhifədəki sətirlərin sayına görə isə 13.716 beyt olmalıdır).

“Divanlar” kataloqundakı təsvirdə və H.Konurun yazdı­ğı­na görə hər səhifədə haşıyələrdə də olmaqla 53 sətir yazılıb. Lakin digər nüsxələr­dən fərqli olaraq bu nüsxədə mətn əksərən 2 deyil, bir sütunda yazılıb və haşiyələrində də 2 beyt vardır. Sütunlarda 13 sətir və ya misraya, haşiyələ­rindəki iki beyti – 4 sə­tiri də əlavə etdikdə, hər səhifədə, ümu­mi­likdə əksər səhi­fə­lərdə sətirlərin sayı 17 sətir və ya 17 misra yazılıb. 1a və 271b vərəqlərinin aşağısında dairəvi formada əski şəx­si mö­hürlər basılmışdır.

Başlanır: Dövr ilə xəlqə məkanilə zamanı göstərən,

Şani-vəchündür təcəllidən səna ilən səfa. (1a)

Sonu: Dilərsən Gülşəni kimi bir ola eydü novruzun,

Qıla gör gecəli gündüz ki, novruz ilə eyd olur.

“Divanlar” kataloqunda bu nüsxə Rövşəni divanı əlyaz­maları sı­rasında və Röv­şəni divanı kimi təsvir olun­muş­dur. Rövşəni ilə bağlı təd­qiqatımızda həmin ka­ta­loqa söykə­nərək, vaxtilə biz də sözü gedən nüsxəni Rövşəni divanı kimi təq­dim et­miş­­dik. Fəqət surətini əldə etdikdən sonra artıq əli­miz­də olan 7 Rövşəni və 6 Gül­şəni Divanları əlyaz­maları ilə müqayisə nəticəsində nüsxənin məhz Gül­şəninin türk divanı olduğunu dəqiqləşdirmişik. Divanın Carullah Veliyüd­din nüsxə­sindəki ümumi sayı 447 olan şeirlər 20 hərfi əhatə edir:

آ – 13, ب – 10, ت – 14, ج – 1, خ– 5, د – 4, ر – 48, ز – 74, س – 2, ش – 5, ض– 1, ف – 1, ق –14, ک65, ل12, م75, ن48, و5, ه37, ى57, ى56.

Bu şeirlərin 52-si haşiyələdə, 395-i mətndədir.

Carullah Velüyiddin nüsxəsində naqisliklər müşahidə olunur ki, biri də fərqli yer­lərdə vərəqlərin düşməsidir. 77b-78a, 81b-82a, 119b-120a, 123b-124a və s. və­rəqlər arasından vərəqlərin düşməsi, təbii olaraq həm də mətnin naqisliyinə sə­bəb olmuşdur. Belə ki, bir sıra şeirlərin əvvəli və ya sonu yoxdur. Nüsxədə ağ buraxılmış və ya pozulmuş, oxunma­yan, demək olar ki, oxunmayan və­rəq­lər də az deyil. Bu, haşiyə­lər­də­ki şeirlərə də aiddir. Haşiyələrdəki 52-i şeirdən 5-i na­­ta­mam­dır. Ümu­mi­likdə əlyazmada tam və ya qismən oxunma­yan, vərəq düşdü­yündən ya­rımçıq qalan 93 şeir vardır.


  1. Türk Divanının İstanbul Universiteti kitabxanasındakı T-890 şifr­li nüs­xə­sin­dən ilkin bilgi verən “İstanbul kitab­lıqları türkcə yazma divanlar kataloqu”dur (səh.103). Çox əski və tərtibsiz sayılan nüsxənin bəzi vərəqləri yanlış tikil­miş­dir. Ağ buraxılmış səhifələrə divan sahi­binə aid olmayan mənzumələr yazıl­mış­dır. Kata­loqda baş tərə­fin­də sayı bilinməyən nöqsanlar oldu­ğundan şeirlərin sa­yı­la bilmədiyi göstəril­miş­dir. Həcmi 257 vərəq, ölçüsü 15,8x10,9 sm, sətir sayı 15, xətti müxtəlif təliqdir. 54-63-cü vərəqlər qırmızı cədvəlli, qalanları cədvəl­siz­dir. Ka­ğı­zı qalın və incə Venesiya kağızıdır. Cildi əbru qablıdır. 254-cü və­rəq­də Seyyid Murtəzanın mənzum bir sualı və Seyyid Nemətullanın mən­zum bir cavabı. 255-inci və­rəq­də Sultan Mustəfanın bir müəşşəri, 256-inci vərəqdə Şeyx Səfinin bir mənzuməsi, 257-ci vərəqdə Xəyalinin mü­tə­səv­vifanə bir qə­zə­li ilə İbrahim Gülşəninin İstan­bula gəlişi tarixi yazılmış və başda kitablıq mö­hürü basılmışdır.

Başlanır: Əvvəlü axirdən olansən ğəni,

Zatə nəzər, ey Əhədü hey Xuda.

Bitir: Lalə kimi daği-dildən yanduğiçün Gülşəni,

Ol güli-xəndani baqun ta şərəfdən şadiman

Bir sıra səhifələrin haşiyələrində mətnə aid şeirlərdən par­ça­lar və ya ayrıca şe­ir­­lər yazılmışdır: 45b, 50a, 55a, 56b, 58a, 59a, 77b, 80b, 95a, 98a, 99b, 100b, 108a, 121a, 148a, 149a, 164a, 173b, 174b, 175a, 183a, 187a, 226a. Əlyazmanın bir sıra vərəqləri mətn yazılarkən ağ buraxılıb. Sonralar bu vərəqlərə müxtəlif şe­ir­lər və qeydlər yazılmışdır ki, bəzisi dəyərli sayıla bilər. 100a, 105a, 114a, 125b, 130b-131a, 140b vərəq­lərinin yarısı və ya tamamı ağ buraxılıb. Ümu­miy­yətlə mətn boyunca başlıqlar yox kimidir. Yalnız bəzi məqamlarda, mə­sə­lən, “Şeyx əş-si­yux Gülşəni səlləm əllahu təala”, “Məratibi-həzrəti Sultan Gül­şəni” və s. yazılıb. Vər. 50a, 54b yarım­çıq, 50b-51a tam şəkildə çərçivəyə alı­nıb. Ardıcıl olmasa da, bəzi məqam­larda şeirlərin arasında “Vələhu aydan” (bu da onundur) yazı­lıb. Əlyazmada bəzən vərəq düşdüyünü hiss edirik. 16a-b və­rəq­lərində h.1207 (m.1792) tarixli nəsrlə yazı vardır.

Nüsxədə Gülşəniyə aid 445 şeirdən başqa “Xəlil” təxəllüslü şairin ərəbcə 6 dördlüyü yer alıb. Ola bilsin ki, bu şeirlər də yuxarıda qeyd etdiyimiz kimi Gül­şəniyə məxsusdur. Çünki o, yuxarıda göstərdiyimiz kimi ərəbcə şeirlərini Xə­lil təxəllüsü ilə yazmışdır və ərəbcə Divanı da Xəlil adınadır. Ərəbcə Di­va­nın tam və dolğun mətni əldə olununca bu şeirlər divandakı şeirlərlə müqayisə olunaraq, daha dəqiq qəna­ətə gəl­məyə im­kan verəcəkdir. Əlyaz­ma­dakı Gülşəni şeir­­ləri tamlıqla ənənəvi üslubda tərtiblənməyib. Fəqət, ümumilikdə ardıcıllıq gözlənil­mə­diyinə rəğmən 24 hərfi əhatə etməkdədir:



آ - 27, ب - 15, ت - 8, ث - 1, خ- 1, ح - 9, د - 12, ذ - 1, ر - 88, ز - 44, ق - 15, س - 5, ش - 9, ع- 1, غ - 1, ص - 1, ض - 1, ط - 3, ک - 40, ن - 58, ل - 19, ه - 37, و - 55, ى - 59.

İstanbul Universitet nüsxəsi Gülşəninin türk Diva­nı­nın ən mü­rəkkəb tərkibli və tərtibatlı nüsxəsidir. Əvvəla, tərkibinə müxtə­lif şairlərin şeir­ləri daxil edilib. Nəqşi Hicazi, Şəmsi Bəyani ilahiləri (26b;27b), Fazil (21), Seyfullah (37), Şərəfoğ­lu (38), İbrahim (86a) adlı şairlərə aid şeir­lər yazılıb. Əlyaz­ma­da Yunus Əmrənin “Eşq bəzirgani-sərmayə cani, Bəhadır gördüm canə qıyani” (135a) beytilə başlayan və “Göründü” (86a) rədifli şeirləri də yer alıb. Əlyazmada Xəlili (XV) “Fir­qət­namə”sindən” Ey bilən həqqün sifatın sirri-əsmasi nə­dir? Ya bu əsma­dən murad olan müsəmmasi nədür?” beytilə baş­layan bir şeir vardır (D.,T- 890,250a). Bu şeir əsərin əlyaz­ma­la­rını əldə edə­rək müqayisəli mətnini 2006 və 2011-ci illərdə nəşr etdirdi­yi­miz Alma­ni­ya, Sankt-Pe­terburq, İstanbul nüsxə­lə­rində belə yoxdur. Şeir Faiq Rəşada əsa­sən İsmayıl Hikmət daha sonra Araslı və b. tərəfindən xa­tı­­rlanmışdır. Faiq Rə­şad, İsmayıl Hikmət, H. Araslı, C. Qəhrəmanov və b. şeirin yalnız 5 beytini örnək vermişlər. Gülşəni Divanı əlyazmasında isə sözü gedən şeir 11 beytdir. 2, 3, 6, 9, 10,11-ci beytləri Rəşadda yoxdur. Və Rəşad­dakı 5 beyt isə müvafiq olaraq bu şəkildədir. 1=1, 2=7, 3=5, 4=8, 5=4.

Sözü gedən nüsxədə bir silsilənamə yazılmışdır. Məşhur Xəlvətilik təri­­qə­ti­nin və ya ümumiyyətlə təriqət silsilə­na­məsi adlandıra biləcəyi­miz farsca qələ­mə alın­mış silsilə­na­mə­nin orijinal mətni həmçinin Gül­şəni “Divan”ının bu əl­yaz­masına da salınıb. Rövşə­ninin əlyaz­ma­larında da bu əsərə təsadüf olundu­ğu­n­­dan şairin hazır­ladığımız elmi-tənqidi mətninə də əlavə etmişik (R., I c., 423-425).

Daha çətini isə odur ki, nüsxədə şeyxi Rövşəninin şeirləri elə bir tərzdə Gül­şə­ni­nin şeirləri ilə qarışdırılıb ki, onları sadə­cə sıradan, hər hansı, yəni hər iki­si­nin irsindən xəbərsiz olan kimsənin ayıra bilməsi imkansız olub, deyə bilərik. Gülşəninin digər əsərləri kimi əlyaz­ma­larındakı türk divanı da araşdırıl­mayıb. Röv­şəninin əsərləri isə ilk və yeganə dəfə bizim tərəfi­mizdən 7 nüsxə əsasında mü­qayisəli şəkildə tədqiq olunub və elmi-tənqidi mətni hazırlanaraq nəşr edi­lib. Bu baxım­dan biz bu işi, yəni Gülşəni divanındakı məhz Rövşəniyə aid şeir­ləri üzə çıxara bilmişik. Göstərdiyimiz kimi, çünki əlimizdə Röv­şə­ni Diva­nının 7 nüsxəsinin surəti vardır. Beləliklə, bu nüsxə­lərdəki Rövşəni şeir­ləri ilə Gülşə­ni divanının Universitet nüs­xə­sinin müqayisəsi nəticə­sin­də aşkarladığımız Röv­­şəni şeirlə­rinin aşağıdakı­lardan ibarət olduğu məlum oldu ki, ilk misra, beyt, rədif və sairəsini təqdim edirik:



  • Cəhanın Aydın eli gülşənidir. (61b; R, I,371-372)

  • Dilbər, (60b, 62a)

Qəsidə:

  • Əya sultani kovneyn sözün cumlə həqaiqidir. (66b; D., I, 339-340)

  • Ey həbibim hər nə kim etsən möhübbə xubdur. (67b; R., I, 367)

  • Varlığından aşiqin bir dideyi-giryanı var. (67b-68a; D., I, 372)

Tərcibənd:

  • Biz cani-cananü cani-canız. (91a-93a; R.,D., I, 349)

  • Eşqün sözünü söyləməyə hər totağ olmaz. (94a; R., I, 374)

  • Yüzin günmi, qəmərmi bilmək olmaz. (93b; R., I, 374)

  • Bana eşqün təriqini nədür deyüb soran qəlsün

  • Zülfün qoxusun ol kim alur badi səhərdən (R., I, 387)

  • Hər ki, görər xaliqi hər ləhzə məxluqdən (R., I, 386)

  • Diriğ etmə nəzər nəzzarələrdən (R., I, 389)

  • Qulağın çınlar məgər kim, şahım anər bəndəsin (R., I, 387-388)

  • Gözümün yaşı artubdur gözünlə macərasindən (R., I, 388)

  • Haşaullah kim yuyəm əl bən meyü məhbubdən (R., I, 386) (176b-177a-b, 178a).

  • Həmdəm deyildir, ey dil, demə sözün totagə. (192 a; R., I, 393)

  • Yenə qan etmək dilərsən, əya şahi-cəhan, etmə. (192b; R., I, 392)

  • Gönlümün dolaşığı bu zülfi-müşkasayinə. (192b; R., I, 392-93)

  • Bülbül hekayətin kərəm et, zağə söyləmə. (192-193a; R., I, 393)

Tərcibənd:

  • Dinlə sözün sanə derəm, ey əmu. (203b-205b; R., I, 346)

Tərkibənd:

  • Bir gönüldən sevinci Allahi,

Fəqr iqliminin şahənşahi. (230b-231b; 231b-233b; R., I, 357-359)

Ya bənəfşə qoxulu xətti, qədi-sərvvəsi. (235a; R., I, 396)

  • Göz gördi gönül səvdi, bu bir işvəlü gördi,

Gönlüm bilur anı ki, gözüm andə nə gördi. (235a; R., I, 398)

  • Gün toğub tutdu cahan yüzini hüsnün günəşi,

Kim olə sevmiyə bu vəch ilə bu mahvəşi. (236a; R., I, 395)

  • Hər kəsi bi kimsəyi edindi aləmdə kəsi,

Kimsənəm sənsən bənin, ey kimsəsizlər kimsəsi. (236b; R., I, 397)

Universitet nüsxəsində türk dilində 82 dördlük vardır (205b-210a). Bu dördlük tuyuğlar Rövşəninin elmi-tənqidi mətnindəki 109 tuyuğun bir qismidir, deyə bilərik. Fəqət sıra ardıcıllığı müşahidə olunmur (R., I, 402-417). Bu dördlüklərin bir sırasında Rövşəninin adı belə keçmək­dədir. Bir də vərəq 234b-nin sonunda bir dördlük yazılıb ki, bu da Röv­şəninindir:

Pir əlindən çün yedim nanü nəmək,

Əhli-pirə pəs yenə hörmət gərək.

Xanədani-şeyxə saqın bəd demə,

Uyuz olur ininə ürən köpək. (R., I, 408)

Əlyazmadakı maraqlı şeirlərdən biri də Şeyx Gülşəninin İstanbula gəlişi müna­si­­bətilə yazılmış 9 beytlik tarixdir.


Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin