Ədəbİyyat:
1. Предисловие к книге «Рукописная книга в культуре наодов Востока». Очерки. Книга первая.-М.1987.
2. Конрад Н.И. Старое востоковедение и его новые задачи. Запад и Восток. Статьи -М., 1972.
3. Хайруллаев М.М., Бахадиров Р.М. Абу Абдаллaх ал-Хорезми. -М.: «Наука», 1988.
4. Халидов А.Б. Арабские рукописи и арабская рукописная традиция. –М:1985.
5. Акимушкин О.Ф. Персидская рукописная книга. «Рукописная книга в культуре народов Востока». Очерки. Книга первая.- М. 1987.
6. Терентьев-Катанский А.П. С Востока на Запад (Из истории книги и книгопечатания в странах Центральной Азии). – М., «Наука». 1990
7. Rəcəbov Ə., Məmmədov Y. Orxon-Yenisey abidələri . Bakı: “Yazıçı”, 1993
8. Дмитриева А.В. Тюрккоязычная арабописьменная рукописная книга по ее ареалам. «Рукописная книга в культуре нвродов Востока». Очерки. Книга первая.-М.1987.
9. Türk ədəbiyyatında ilk mutasavvifler. Prof. Dr.Fuad Köprülü. Diyanet İşleri Bakanlığı Yayınları.-Ankara: 1991
10. Казиев А.Ю. Художественное оформление Азербайджанской рукописной книги XIII-XVII веков. М., «Книга». 1977.
11. Казиев А.Ю. Художественно-технические материалы средневековой рукописи. Баку., Изд. Академии наук. Азерб. ССР, 1966.
12. Ketabarayi dər təməddone-eslami. Nəcib Mail Hərəvi. Məşhəd: Astane-Qodse-Rizəvi. 1372
13. Divani-Türki. Füzuli. Be ehtemame-Əmin Siddiqi. Tehran. 1374.
14. Kınalı-zade Hasan Çelebi. Tezkiretüş-şuara”. I cilt. Eleştirmeli baskıya hazırlayan: Dr. İbrahim Kutluk. Türk Tarih Kurumu Basımevi. Ankara. 1978
15.Kınalı-zade Hasan Çelebi. Tezkiretüş-şuara”. II cilt. Eleştirmeli baskıya hazırlayan: Dr. İbrahim Kutluk. Türk Tarih Kurumu Basımevi. Ankara. 1989
16. Məhəmməd Füzuli. Divan. Elmi-tənqidi mətn: Hacı Mayıl Əliyev. Bakı: “Şərq-Qərb”. 1996
17. Məxzənül-əsrar. Həkim Nizami Gəncəvi. Həvaşi və şərhe-luğat və təshih və muqabele ba si nosxe: Vəhid Dəstgərdi. Tehran: Ərmağan. 1313
18. Məxzənül-əsrar. Nizami Gəncei. Təshih və təliq: Doktor Behruz Sərvətiyan. Tehran: Tus. 1363
19. “Şərhüt-təərrüf li məzhəbüt-təsəvvüf”. Xacə İmam Əbu İbrahim İsmayıl ibn Məhəmməd Buxari. Təshih və təliq: Məhəmməd Rövşən. Tehran: “Əsatir”, 1361.
20. “Məfatihül-ecaz fi şərhi-Gülşəni-raz” Məhəmməd Lahici. Təshih və təliq: Məhəmməd Rza Bərzgər Xaliqi və İfrat Kərbasi. Tehran: Zəvvar, 1371
21. Təmhidat. Eynəlqüzzat Həmədani. Təshih və təliq: Əfif Üsiran. Tehran: Ketabxaneye-Mənuçehri. 1373
22. Catalogue of the persian manuscrripts in the british museum by Charles Rieu. Pr.Dr. Reprinted. 1966
23. Кныш А.Д., Мусульманский мисцизм. Краткая история.– М.- С- П.:, «Диля», 2004
24. Tezkire-i Mucib: İnceleme – Tenkitli Metin – Dizin – Sözlük. Kudret Altun. Ankara: Atatürk Kültür Merkezi Başkanlığı. 1997
25. Грантовский Э.Ф., Послесловие к книге «Зороастрийцы (Верования и обычаи). Мэри Бойс. М. «Наука». 1988.
26. Akademik yazım ihlalları. İ. Hakkı Demirel, Burçin Erol, Cem Saraç. TUBİTAK, ULAKBİM . –Ankara: 2011
27. E.J. Wilkinson GIBB. Osmanlı Şeir Tarihi (I-II). Tercüme: Ali Çavuşoğlu. AKÇAĞ yayınları.
28. Ч.А.Стори. Персидсая литература. (Био-библографический обзор). В трех частях. Перевел с английского, переработал и дополнил Ю.Э Брегель. М., ГРВЛ. 1972
29. Yunus Emrə. Divan və Risaletün Nushiyye. Dr. Mustafa Tatçı. HYAYINLARI. 2011
30. Nizami Gəncəvi. Sirlər xəzinəsi. Müqəddimə, filoloji tərcümə, şərh və lüğət: R. Əliyev. B.1981
31. Cameül-əlhan. Əbdülqadir İbn Qeybi Hafiz Məraği. Be-ehtemame- Təqi Bineş. Tehran: Moəsseseye-motaleat və təhqiqate-fərhəngi. 1366.
32. Məqasidül-əlhan. Əbdülqadir İbn Qeybi Hafiz Məraği. Be-ehtemame-Təqi Bineş. Tehran: Moəsseseye- motaleat və təhqiqate-fərhəngi. 1344.
33. Kamandar Şərifli. Mətnşünaslığın nəzəri əsasları. Bakı: “Nurlan”. 2011).
34. Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri. “Elm və təhsil”. 2012
35. Nizamişünaslığın müasir problemləri və Nizami dünyası ilə ümumi tanışlıq (“Sirlər xəzinəsi”ndən “İskəndərnamə”yə “Nizamişünaslıq”, AMEA, Gəncə regional elmi mərkəz. 2012, № 2.
Azadə Musayeva
(Əlyazmalar İnstitutu)
İbrahİm Bərdəİnİn türk “Dİvan”ı əlyazmalarının paleoqrafİyası, struktur özƏllİklərİ və tekstolojİ müqayİsəsİ
Türkdilli təsəvvüfi poeziyanın mükəmməl örnəklərini həm də 30 ildən artıq yaşadığı Misirdə yaratmış, nadir istedadı ilə seçilən Şeyx İbrahim Gülşəni Bərdəinin vətənində əlyazması mövcud olmayan türk “Divan”ının fərqli xarici məmləkətlərdə üzə çıxardığımız 14 nüsxəsindən 6-sının surətini əldə etməyə müvəffəq olmuşuq. Bunlar 3-ü İstanbul (1 Universitet, 2 Millət kitabxanası) olmaqla, Sankt-Peterburq, Vatikan Apostol və Ankara nüsxələridir. Burada anılan əyazma nüsxələrinin paleoqrafiyası, struktur özəllikləri və tekstoloji müqayisəsindən qısaca bilgi veririkirik:
-
Türk “Divan”ı. Ankara Milli kitabxanası F.B.–127 şifrli nüsxədən “Milli kitabxana yazmalar kataloqu”nun Türkcə “Divan”lar)”ı əhatələyən 2001-ci ildə Ankarada nəşr olunmuş VI cildində bilgi verilmişdir (səh. 40-41, №81). Köçürülmə tarixi h.925 (1520)-ci il, həcmi 206 vərəq, ölçüsü 19,4x13,4 sm, xətti təliq, katibi Ali bin Məhəmməd, sətir sayı müxtəlif, kağızı vaza şəkilli filiqranlıdır. Frontispisi ənənəvi üslubda (qırmızı çiçəklər və yaşıl yarpaqlarla) bəzədilmişdir. Cildi qara dəridir. Kataloqda məzmunca bir münacat, 281 qəzəl, 108b-158a-da məsnəvilər, 157a-171a vərəqlərində qəsidələr və 171a-203a vərəqlərində yenidən qəzəllərin yer aldığı göstərilir.
Başalnır: Ey məhəbbətdən təcəlla eyləyən eynül-bəqa,
Elminin eynin görən latəyindən liqa.
Bitir: Gülşəniyə zuyi-ziya verəli nuri-Mustəfa,
Deyər: ümmət olan millət, ver səlavat Məhəmmədə.
6b vərəqində bir sətir üzərindən xətt çəkilib, üstündə daha doğru variant olduğu düşünülən yeni bir misra yazılıb. Bu misranın digər bir nüsxədən götürüldüyünü düşünmək olar. 32b, 33a vərəqlərinin hər birində 2, 107a vərəqindəki 1 misra üzərindən xətt çəkilib. Haşiyələrdə bir sıra əlavələr şəklindəyazılar nəzərə çarpır. Əlyazma boyunca sırf şeirlərlə bağlı düzəlişlər də nəzərə çarpır. Haşiyələrdə, mətnin köçürüldüyü xətlə yazılmış şeirlərin köçürücü tərəfindən sonradan başqa nüsxədən götürülüb əlavə edildiyini düşünürük. Əslində bu nüsxədə fərqli janrlarda 450 şeir vardır. Qəzəllər 17 hərfi əhatə edir. Mətndəki şeirlər divan üslubunda ardıcıl düzülməyib, biz əlifba sırası ilə qruplaşdırıb veririk:
آ – 10, ب – 6, ت – 5, ث – 1, ج – 1, ح – 1, خ– 1, د – 2, ر – 14, ز – 2 , نک – 4, ل – 9 , م – 23, ن – 15, و – 17, ه – 3, ى – 93.
23 məsnəvi – qəsidə nüsxədəki 336, 337, 338, 339, 340, 341, 343, 344 (münacat?), 345, 346, 347, 348, 349, 350, 351, 352, 353, 354, 355, 356, 357, 358, 359 saylı şeirləri əhatə edir.
Fəxri Bilgə nüsxəsi Gülşəni “Divan”ının yeganə nüsxəsidir ki, burada şairin 22 qəsidə və tərcihi yer alıb. Yeganə nüsxədə yer aldığından onları hələlik nəşrə daxil etmədik. Fəqət, başlanğıclarını gələcək araşdırmalara faydalı olacağını düşünərək aşağıda təqdim etməyi məqsədə uyğun saydıq:
FB – 127 : qəsidələr
-
Gecə ilə gündüzə birdir deyən, Rövşəninin münkiri oldur əyan. № 329, 109a-109b;
-
Ey yoğ ikən aləmi var eyliyən,Qüdrətini gorsədübən sər əleyn. № 330, 109b-112b;
-
Ey xəmu irağə yəxin kəndüdən,Cüzvü küllə keyfini bikeyf edən. № 331, 112b-114b;
-
Ey bənə bəndən yaxunum, Rəbb ilah,Mülki-əzəldən əbədə padşah. № 332, 114b-115b;
-
Qaziyi-hacat, kərim padşah,Sənsən olən fəzlün ilə, ey ilah. № 333, 115-117a;
-
Ey xəmu düşmüşlərin dutən əlin,Həll qılən dayim gönüllər müşkülin. № 334, 117a-118b;
-
Ey ədəmədən şey yaradan qadirü dana həkim,Cud edən mövcudə xilqət latəyindən əlim. № 335, 118b-119b;
-
Ey bənə bəndən yəxunum Rəbb-ilah,Qullarını şah edici padişah. № 336, 119b-121a;
-
Ey iraği yaxın edən özinə, Urmiyubən qul günahın üzinə. № 337, 121a-122b;
-
İlahi, bən kiməm kedim ilahi, Qulunəm yarlığa qılsəm günahi. № 338, 122b-125a;
-
Ey əzəlilə əbədi bər ilah,Qüdrətilə hikməti çox padşah. Qadirü qəyyumü təvana həkim Mübdivü danavü binavü əlim. № 339, 125a-126a;
-
Ey əzəl ilən əbədi bər ilah, Qüdrət ilən hikməti çox padşah. Batinini zahir edən kirdikar, Əvvəl ilən axirə pərvərdigar. № 340, 126a-127a;
-
Ey əzəl ilən əbədi bər liqa, Əvvəlü axir əhədi əl-bəqa. Zahirü batin əhədü bi zəval, Qadirü qəyyumü qəvi zülcəlal. № 341, 127a-128b;
-
Ey qədimü qadirü həyyu əlim, Baqivü qəyyumü danavü həkim. № 342, 128b-131a;
-
Ey əzəl ilən əbədidən əbəd, Qadirü qəyyumü qəni, fərdü əhəd. № 343, 131a-132b;
-
Ey düşənin əlin alub qaldurən, Ağlar ikən şad edübən güldürən. Başi ayağ, ayaği baş eyliyən, Qadirü qəyyumü qəni zulməyin. № 344, 132b-136a;
-
Ey kəs olan bikəsü avarəyə, Çarə qılan acizü biçarəyə. № 345, 136a-138a;
-
Ey düşənün əlin alub qaldurən, Ağlar ikən şad edübən güldürən. Kimsəsüzün kimsəsi pərvərdigar, Qadirü qəyyümü qəvi kirdikar. № 346, 138a-141a;
-
Ey əzəl ilən əbədi bir ilah, Qüdrət ilən ləmyəzəli padşah. Qeybə şəhadət verici kirdikar, Gənci-xəfi edübənü aşikar. № 347, 141a-143b;
-
Ey əzəli şanə əbəddən liqa, Əvvəlü axır əbədi əl-bəqa. № 348, 143b-144a;
-
Eşit nə derəm dəmi-qədəmdən, Dirlik diləsən bu dəmdə dəmdən. № 354, 150b-158a;
-
Həmişə dövlət ilə dayim olgil, Vəqaru izzət ilə qayim olgil. № 405, 187b-189b.
Nüsxədə 2 tərcih ikinci qrupdakı qəzəllərin arasında verilib. Sıra sayı ilə 349, 350, 351, 352. № 349-360 qəzəllər, 361-362 tərcihlər, 363-366 qəzəllərdir. Qəzəllər birinci qrupdakı kimi yenə də ənənəvi divan quruluşunda deyil, qarışıqdır. Bu səbəbdən hərflərini göstərməklə qəzəllərin, hansı ki, sayı 15-dir və 2 tərcihin sırasını göstəririk:
1. № 349 ن; 2. № 350 ه; 3. № 351 ل; 4. № 352 ر; 5. № 283 ل; 6. № 355 ن; 7. № 356 ک; 8. № 357 ک; 9. № 358 ک; 10. № 359 ن; 11. № 360 آ; 12. № 361 Tərcih; 13. № 362 Tərcih; 14. № 363 ز; 15. № 364 ن; 16. № 365 ه; 17. № 366 آ;
-
Türk “Divan”ı. Rusiya Federasiyası EA Şərqşünaslıq İnstitutunun Sankt – Peterburqdakı Əlyazmalar bölməsində B-1206 şifri ilə qorunan Gülşəni “Divan”ı keçmiş Sovetlər İttifaqı məkanında yeganə məlum əlyazması olmuşdur. Bu əlyazma haqqında L.Dmitriyeva 1980-cı ildə Moskvada nəşr olunmuş “Şərqşünaslıq İnstitutu türk əlyazmalarının təsviri” kataloqunda ilk dəfə məlumat vermişdir (səh. 68-69). Daha sonra sözü gedən müəllifin hazırladığı “Rusiya EA Şərqşünaslıq İnstitutunun türk əlyazmaları kataloqu”nun özünün vəfatından sonra 2002-ci il Moskva nəşrində həmçinin həmin əlyazmadan söz açılmışdır (səh.298-299). L. Dmitriyeva hər iki nəşrdə nüsxənin bütövlükdə Gülşəni “Divan”ı kimi təqdim etmişdir. Bu səbəbdən də Rövşəni Divanında yer alan münacat, nət, müxəmməs, qəzəl, müfrədat və məsnəvilər də Gülşəniyə aid edilmişdir.
Kataloqda Gülşəni “Divan”ının köçürülmə tarixi kimi göstərilən h.884 (1484)-cü il isə Rövşəninin “Çobannamə”sinin yazılma tarixidir. Təsvirdə “Çobannamə”nin mexaniki olaraq nüsxəyə əlavə edildiyi göstərilir. Halbuki, Rövşəni Divanı nüsxələrinin əksəriyyətində ona məxsus “Çobannamə” məsnəvisi yer almaqdadır. Və bu məsnəvini onun Mövlananın “Məsnəvi”sindən yaradıcı tərcümə etdiyi də məlum faktdır. L.Dmitriyeva daha 4 “Çobannamə” təsvirini də buraya əlavə etmişdir.
Əslində isə bu nüsxə Rövşəni və Gülşəni “Divan”larının naməlum birgə əlyazmasıdır. Mətnşünaslıq tarixində iki yerə ayrılmış bir abidə və ya əlyazmanın iki, bir əlyazmada bildirilmiş iki əsərin bir abidə kimi təqdim edilməsi təsadüfləri az olmamışdır (Lixaçev, 11). Eyni zamanda yaradıcılıqları, mənəvi dünyaları bir-birinə yaxın sayılan neçə-neçə sənətkarın əsərlərinin bir əlyazmada birləşdirilməsi, daha da doğmalaşdırılması faktları da mövcuddur (Nizami Gəncəvi və Əmir Xosrov Dəhləvi; Nəvai və Füzuli və s.: ƏYİ, M-500; M-275 və s.). Frontispis yerində “Həzə divani-Gülşəni” (Bu Gülşəni divanıdır) yazılmasına baxmayaraq, əlyazma müəllim və tələbənin Divanlarının birgə əlyazmasıdır. Başlığın isə nüsxəni köçürən katib tərəfindən yazılmadığını, sonralar başqa biri tərəfindən əlavə olunduğunu düşünürük. Belə ki, az qala hər səhifəsində Rövşəninin adı yazılmış divanı da katib məntiqi olaraq, sadəcə Gülşəni divanı kimi təqdim edə bilməzdi. Rövşəni divanının əlimizdə olan digər 6 nüsxəsi ilə tekstoloji müqayisələr apararaq, haqqında danışılan nüsxənin 1b-125b vərəqlərindəki əsərlərin məhz ona aidliyini aydınlaşdırdıq.
Ümumi həcmi 148 vərəq olan əlyazmanın yalnız 126a-148a vərəqlərindəki mətn Gülşəni Divanıdır. Cildi üzərinə dəri çəkilmiş kartondur, ölçüsü 19x13 sm-dir. Başdan-başa rüq`ə xəttilə, başlıqları qırmızı, mətn qara mürəkkəblə rəngli Şərq kağızına köçürülmüşdür. Divan tam deyil. 135b-136a vərəqləri arasında çatışmazlıqlar vardır. Burada Gülşəninin ən`ənəvi divan quruluşunda 69 qəzəl və qəsidəsi yazılmışdır. Əlyazmanın birinci hissəsinin sonundakı qeyd onun “Əmir Əhmədin ayağının torpağı, bəndəsi Mahmud tərəfindən Qustəntəniyyədə (Konstantinopolda-İstanbulda) köçürüldüyü” yazılmışdır (B-1206, 125b). Araşdırmalar göstərir ki, Əmir Əhməd, İbrahim Gülşəninin “Xəyali” təxəllüsü ilə şeirlər yazan oğludur. O, 1569/70-ci illərdə dünyasını dəyişmişdir. Bu tarix bizə əlyazmanın L.Dmitriyevanın əsaslandırmadan yazdığı kimi təkcə “1831-ci ildən gec olmayaraq” deyil, XVI əsrdə, bəlkə 1570-ci ildən belə qabaq köçürüldüyünü söyləməyə imkan versə də, katib qeydindən kənarda, eyni xətlə xüsusi üslubda yazılmış “zilhiccə 1023-cü il” qeydi onun 1614-cü ilin sonlarında başa çatdırıldığını göstərir. 148b vərəqində köçürücünün belə bir qeydi də vardır: “Bu kitabı yazduranə Həqq Təala Rəsulullahın pak, münəvvər, mütəhhər ruhiçün neçə yıllar ömrlər verdigdən sonrə cənnət müyəssər eyləyə. Amin ya Rəbbül-aləmin”.
Başlanır: Ey məhəbbətdən təcəlla eyləyən eynül-bəqa,
Elminün eynin görən latəyindən liqa. (126a)
Bitir: Rövşəninin eşqiylə, Gülşəni, degil bana,
Kim olupdur səncılayin bir dəxi rüsvayi-eşq.
-
Türk Divanının Vatikan Apostol kitabxanasındakı Vat. Turco.216 şifrli nüsxəsindən ilk söz açan Ettori Rossidir. O, 1953-cü ildə Vatikanda nəşr olunan “Vatikan Apostol kitabxanası türk əlyazmaları kataloqu”nda əlyazmanın təsvirini verib (səh.189). Nüsxənin həcmi 148 vərəq, ölçüsü 20,2x15 sm, sətir sayı 13 (iki sütun), xətti nəsx, köçürülmə tarixi h.XII (XVIII) əsrdir. Şərq üslubunda hazırlanmış dəri və karton cildlidir. Ən`ənəvi divan üslubunda deyil. Bu nüsxədə 277 şeir vardır. Əvvəli naqisdir. Beləki ilkin beyt düşən vərəqdəki şeirin son beytidir.
Başlanır: Rövşənidən özgə netə görməz səni gönlümə kim,
Deyəm ana tişrə sənlikli andən özgə hər nə var (1a)
Bitir: Sən səni sən bilmə, anı bil sən,
Sən səni bildün isə bildün anı (146a)
-
Türk Divanının İstanbul Millət kitabxanası Carullah Vəliyüddin əfəndi-1661 şifrli nüsxəsi. Bu nüsxədən Təhsin Yazıçı və Himmət Konur məlumat vermiş, əlyazmanın Rövşəni və Gülşəni divanlarının birgə nüsxəsi olduğunu yazmışlar. Həcmi 272 vərəq, ölçüsü 14,2x10,2 sm, kağızı müxtəlif, sətir sayı ortada və kənarda olmaqla 53, xətti nəsx və təliqdir. Katibi və köçürülmə tarixi bəlli deyil. Cildi albalı çürüyü rəngində meşindir. Cədvəllər qırmızı və yaşıl rənglidir. Nüsxənin əvəlli və sonu yoxdur, həmçinin aradan da vərəqlər düşüb.
Rövşəni və Gülşəninin türkcə Divanlarının birgə əlyazmalarının 2 nüsxəsi aşkarlanmışdır. Biri, yalnız Gülşəni Divanı adı ilə təqdim olunmuş, naməlum Sankt-Peterburq nüsxəsidir, ikincisi isə “İstanbul kitablıqları yazma divanlar kataloqu”nda Rövşəni Divanı kimi təqdim olunmuşdur. Yalnız araşdırmalar nəticəsində müəllim və tələbənin hər ikisinin divanlarını əhatə etdiyi aşkarlanıb. “Divanlar” kataloqunda 5.000-ə qədər beyt olduğu göstərilib (vərəqlərin və hər bir səhifədəki sətirlərin sayına görə isə 13.716 beyt olmalıdır).
“Divanlar” kataloqundakı təsvirdə və H.Konurun yazdığına görə hər səhifədə haşıyələrdə də olmaqla 53 sətir yazılıb. Lakin digər nüsxələrdən fərqli olaraq bu nüsxədə mətn əksərən 2 deyil, bir sütunda yazılıb və haşiyələrində də 2 beyt vardır. Sütunlarda 13 sətir və ya misraya, haşiyələrindəki iki beyti – 4 sətiri də əlavə etdikdə, hər səhifədə, ümumilikdə əksər səhifələrdə sətirlərin sayı 17 sətir və ya 17 misra yazılıb. 1a və 271b vərəqlərinin aşağısında dairəvi formada əski şəxsi möhürlər basılmışdır.
Başlanır: Dövr ilə xəlqə məkanilə zamanı göstərən,
Şani-vəchündür təcəllidən səna ilən səfa. (1a)
Sonu: Dilərsən Gülşəni kimi bir ola eydü novruzun,
Qıla gör gecəli gündüz ki, novruz ilə eyd olur.
“Divanlar” kataloqunda bu nüsxə Rövşəni divanı əlyazmaları sırasında və Rövşəni divanı kimi təsvir olunmuşdur. Rövşəni ilə bağlı tədqiqatımızda həmin kataloqa söykənərək, vaxtilə biz də sözü gedən nüsxəni Rövşəni divanı kimi təqdim etmişdik. Fəqət surətini əldə etdikdən sonra artıq əlimizdə olan 7 Rövşəni və 6 Gülşəni Divanları əlyazmaları ilə müqayisə nəticəsində nüsxənin məhz Gülşəninin türk divanı olduğunu dəqiqləşdirmişik. Divanın Carullah Veliyüddin nüsxəsindəki ümumi sayı 447 olan şeirlər 20 hərfi əhatə edir:
آ – 13, ب – 10, ت – 14, ج – 1, خ– 5, د – 4, ر – 48, ز – 74, س – 2, ش – 5, ض– 1, ف – 1, ق –14, ک – 65, ل – 12, م – 75, ن – 48, و – 5, ه – 37, ى – 57, ى – 56.
Bu şeirlərin 52-si haşiyələdə, 395-i mətndədir.
Carullah Velüyiddin nüsxəsində naqisliklər müşahidə olunur ki, biri də fərqli yerlərdə vərəqlərin düşməsidir. 77b-78a, 81b-82a, 119b-120a, 123b-124a və s. vərəqlər arasından vərəqlərin düşməsi, təbii olaraq həm də mətnin naqisliyinə səbəb olmuşdur. Belə ki, bir sıra şeirlərin əvvəli və ya sonu yoxdur. Nüsxədə ağ buraxılmış və ya pozulmuş, oxunmayan, demək olar ki, oxunmayan vərəqlər də az deyil. Bu, haşiyələrdəki şeirlərə də aiddir. Haşiyələrdəki 52-i şeirdən 5-i natamamdır. Ümumilikdə əlyazmada tam və ya qismən oxunmayan, vərəq düşdüyündən yarımçıq qalan 93 şeir vardır.
-
Türk Divanının İstanbul Universiteti kitabxanasındakı T-890 şifrli nüsxəsindən ilkin bilgi verən “İstanbul kitablıqları türkcə yazma divanlar kataloqu”dur (səh.103). Çox əski və tərtibsiz sayılan nüsxənin bəzi vərəqləri yanlış tikilmişdir. Ağ buraxılmış səhifələrə divan sahibinə aid olmayan mənzumələr yazılmışdır. Kataloqda baş tərəfində sayı bilinməyən nöqsanlar olduğundan şeirlərin sayıla bilmədiyi göstərilmişdir. Həcmi 257 vərəq, ölçüsü 15,8x10,9 sm, sətir sayı 15, xətti müxtəlif təliqdir. 54-63-cü vərəqlər qırmızı cədvəlli, qalanları cədvəlsizdir. Kağızı qalın və incə Venesiya kağızıdır. Cildi əbru qablıdır. 254-cü vərəqdə Seyyid Murtəzanın mənzum bir sualı və Seyyid Nemətullanın mənzum bir cavabı. 255-inci vərəqdə Sultan Mustəfanın bir müəşşəri, 256-inci vərəqdə Şeyx Səfinin bir mənzuməsi, 257-ci vərəqdə Xəyalinin mütəsəvvifanə bir qəzəli ilə İbrahim Gülşəninin İstanbula gəlişi tarixi yazılmış və başda kitablıq möhürü basılmışdır.
Başlanır: Əvvəlü axirdən olansən ğəni,
Zatə nəzər, ey Əhədü hey Xuda.
Bitir: Lalə kimi daği-dildən yanduğiçün Gülşəni,
Ol güli-xəndani baqun ta şərəfdən şadiman
Bir sıra səhifələrin haşiyələrində mətnə aid şeirlərdən parçalar və ya ayrıca şeirlər yazılmışdır: 45b, 50a, 55a, 56b, 58a, 59a, 77b, 80b, 95a, 98a, 99b, 100b, 108a, 121a, 148a, 149a, 164a, 173b, 174b, 175a, 183a, 187a, 226a. Əlyazmanın bir sıra vərəqləri mətn yazılarkən ağ buraxılıb. Sonralar bu vərəqlərə müxtəlif şeirlər və qeydlər yazılmışdır ki, bəzisi dəyərli sayıla bilər. 100a, 105a, 114a, 125b, 130b-131a, 140b vərəqlərinin yarısı və ya tamamı ağ buraxılıb. Ümumiyyətlə mətn boyunca başlıqlar yox kimidir. Yalnız bəzi məqamlarda, məsələn, “Şeyx əş-siyux Gülşəni səlləm əllahu təala”, “Məratibi-həzrəti Sultan Gülşəni” və s. yazılıb. Vər. 50a, 54b yarımçıq, 50b-51a tam şəkildə çərçivəyə alınıb. Ardıcıl olmasa da, bəzi məqamlarda şeirlərin arasında “Vələhu aydan” (bu da onundur) yazılıb. Əlyazmada bəzən vərəq düşdüyünü hiss edirik. 16a-b vərəqlərində h.1207 (m.1792) tarixli nəsrlə yazı vardır.
Nüsxədə Gülşəniyə aid 445 şeirdən başqa “Xəlil” təxəllüslü şairin ərəbcə 6 dördlüyü yer alıb. Ola bilsin ki, bu şeirlər də yuxarıda qeyd etdiyimiz kimi Gülşəniyə məxsusdur. Çünki o, yuxarıda göstərdiyimiz kimi ərəbcə şeirlərini Xəlil təxəllüsü ilə yazmışdır və ərəbcə Divanı da Xəlil adınadır. Ərəbcə Divanın tam və dolğun mətni əldə olununca bu şeirlər divandakı şeirlərlə müqayisə olunaraq, daha dəqiq qənaətə gəlməyə imkan verəcəkdir. Əlyazmadakı Gülşəni şeirləri tamlıqla ənənəvi üslubda tərtiblənməyib. Fəqət, ümumilikdə ardıcıllıq gözlənilmədiyinə rəğmən 24 hərfi əhatə etməkdədir:
آ - 27, ب - 15, ت - 8, ث - 1, خ- 1, ح - 9, د - 12, ذ - 1, ر - 88, ز - 44, ق - 15, س - 5, ش - 9, ع- 1, غ - 1, ص - 1, ض - 1, ط - 3, ک - 40, ن - 58, ل - 19, ه - 37, و - 55, ى - 59.
İstanbul Universitet nüsxəsi Gülşəninin türk Divanının ən mürəkkəb tərkibli və tərtibatlı nüsxəsidir. Əvvəla, tərkibinə müxtəlif şairlərin şeirləri daxil edilib. Nəqşi Hicazi, Şəmsi Bəyani ilahiləri (26b;27b), Fazil (21), Seyfullah (37), Şərəfoğlu (38), İbrahim (86a) adlı şairlərə aid şeirlər yazılıb. Əlyazmada Yunus Əmrənin “Eşq bəzirgani-sərmayə cani, Bəhadır gördüm canə qıyani” (135a) beytilə başlayan və “Göründü” (86a) rədifli şeirləri də yer alıb. Əlyazmada Xəlili (XV) “Firqətnamə”sindən” Ey bilən həqqün sifatın sirri-əsmasi nədir? Ya bu əsmadən murad olan müsəmmasi nədür?” beytilə başlayan bir şeir vardır (D.,T- 890,250a). Bu şeir əsərin əlyazmalarını əldə edərək müqayisəli mətnini 2006 və 2011-ci illərdə nəşr etdirdiyimiz Almaniya, Sankt-Peterburq, İstanbul nüsxələrində belə yoxdur. Şeir Faiq Rəşada əsasən İsmayıl Hikmət daha sonra Araslı və b. tərəfindən xatırlanmışdır. Faiq Rəşad, İsmayıl Hikmət, H. Araslı, C. Qəhrəmanov və b. şeirin yalnız 5 beytini örnək vermişlər. Gülşəni Divanı əlyazmasında isə sözü gedən şeir 11 beytdir. 2, 3, 6, 9, 10,11-ci beytləri Rəşadda yoxdur. Və Rəşaddakı 5 beyt isə müvafiq olaraq bu şəkildədir. 1=1, 2=7, 3=5, 4=8, 5=4.
Sözü gedən nüsxədə bir silsilənamə yazılmışdır. Məşhur Xəlvətilik təriqətinin və ya ümumiyyətlə təriqət silsilənaməsi adlandıra biləcəyimiz farsca qələmə alınmış silsilənamənin orijinal mətni həmçinin Gülşəni “Divan”ının bu əlyazmasına da salınıb. Rövşəninin əlyazmalarında da bu əsərə təsadüf olunduğundan şairin hazırladığımız elmi-tənqidi mətninə də əlavə etmişik (R., I c., 423-425).
Daha çətini isə odur ki, nüsxədə şeyxi Rövşəninin şeirləri elə bir tərzdə Gülşəninin şeirləri ilə qarışdırılıb ki, onları sadəcə sıradan, hər hansı, yəni hər ikisinin irsindən xəbərsiz olan kimsənin ayıra bilməsi imkansız olub, deyə bilərik. Gülşəninin digər əsərləri kimi əlyazmalarındakı türk divanı da araşdırılmayıb. Rövşəninin əsərləri isə ilk və yeganə dəfə bizim tərəfimizdən 7 nüsxə əsasında müqayisəli şəkildə tədqiq olunub və elmi-tənqidi mətni hazırlanaraq nəşr edilib. Bu baxımdan biz bu işi, yəni Gülşəni divanındakı məhz Rövşəniyə aid şeirləri üzə çıxara bilmişik. Göstərdiyimiz kimi, çünki əlimizdə Rövşəni Divanının 7 nüsxəsinin surəti vardır. Beləliklə, bu nüsxələrdəki Rövşəni şeirləri ilə Gülşəni divanının Universitet nüsxəsinin müqayisəsi nəticəsində aşkarladığımız Rövşəni şeirlərinin aşağıdakılardan ibarət olduğu məlum oldu ki, ilk misra, beyt, rədif və sairəsini təqdim edirik:
-
Cəhanın Aydın eli gülşənidir. (61b; R, I,371-372)
-
Dilbər, (60b, 62a)
Qəsidə:
-
Əya sultani kovneyn sözün cumlə həqaiqidir. (66b; D., I, 339-340)
-
Ey həbibim hər nə kim etsən möhübbə xubdur. (67b; R., I, 367)
-
Varlığından aşiqin bir dideyi-giryanı var. (67b-68a; D., I, 372)
Tərcibənd:
-
Biz cani-cananü cani-canız. (91a-93a; R.,D., I, 349)
-
Eşqün sözünü söyləməyə hər totağ olmaz. (94a; R., I, 374)
-
Yüzin günmi, qəmərmi bilmək olmaz. (93b; R., I, 374)
-
Bana eşqün təriqini nədür deyüb soran qəlsün
-
Zülfün qoxusun ol kim alur badi səhərdən (R., I, 387)
-
Hər ki, görər xaliqi hər ləhzə məxluqdən (R., I, 386)
-
Diriğ etmə nəzər nəzzarələrdən (R., I, 389)
-
Qulağın çınlar məgər kim, şahım anər bəndəsin (R., I, 387-388)
-
Gözümün yaşı artubdur gözünlə macərasindən (R., I, 388)
-
Haşaullah kim yuyəm əl bən meyü məhbubdən (R., I, 386) (176b-177a-b, 178a).
-
Həmdəm deyildir, ey dil, demə sözün totagə. (192 a; R., I, 393)
-
Yenə qan etmək dilərsən, əya şahi-cəhan, etmə. (192b; R., I, 392)
-
Gönlümün dolaşığı bu zülfi-müşkasayinə. (192b; R., I, 392-93)
-
Bülbül hekayətin kərəm et, zağə söyləmə. (192-193a; R., I, 393)
Tərcibənd:
-
Dinlə sözün sanə derəm, ey əmu. (203b-205b; R., I, 346)
Tərkibənd:
-
Bir gönüldən sevinci Allahi,
Fəqr iqliminin şahənşahi. (230b-231b; 231b-233b; R., I, 357-359)
Ya bənəfşə qoxulu xətti, qədi-sərvvəsi. (235a; R., I, 396)
-
Göz gördi gönül səvdi, bu bir işvəlü gördi,
Gönlüm bilur anı ki, gözüm andə nə gördi. (235a; R., I, 398)
-
Gün toğub tutdu cahan yüzini hüsnün günəşi,
Kim olə sevmiyə bu vəch ilə bu mahvəşi. (236a; R., I, 395)
-
Hər kəsi bi kimsəyi edindi aləmdə kəsi,
Kimsənəm sənsən bənin, ey kimsəsizlər kimsəsi. (236b; R., I, 397)
Universitet nüsxəsində türk dilində 82 dördlük vardır (205b-210a). Bu dördlük tuyuğlar Rövşəninin elmi-tənqidi mətnindəki 109 tuyuğun bir qismidir, deyə bilərik. Fəqət sıra ardıcıllığı müşahidə olunmur (R., I, 402-417). Bu dördlüklərin bir sırasında Rövşəninin adı belə keçməkdədir. Bir də vərəq 234b-nin sonunda bir dördlük yazılıb ki, bu da Rövşəninindir:
Pir əlindən çün yedim nanü nəmək,
Əhli-pirə pəs yenə hörmət gərək.
Xanədani-şeyxə saqın bəd demə,
Uyuz olur ininə ürən köpək. (R., I, 408)
Əlyazmadakı maraqlı şeirlərdən biri də Şeyx Gülşəninin İstanbula gəlişi münasibətilə yazılmış 9 beytlik tarixdir.
Dostları ilə paylaş: |