Xxi əsrin əvvəlində Rusiyanın xarici siyasəti Tərkib Giriş I fəsil


I.3. Rusiya və beynəlxalq siyasət



Yüklə 99,45 Kb.
səhifə3/6
tarix11.05.2023
ölçüsü99,45 Kb.
#111048
1   2   3   4   5   6
Rusiyanin XXI srd xarici siyasti

I.3. Rusiya və beynəlxalq siyasət
Müasir Rusiya dünyanın başlıca güc mərkəzlərindən olub, fəal və çoxcəhətli xarici siyasət yeridir. Sovetlər birliyinin dağılmasından sonra özünü onun qanuni varisi hesab edən Rusiya nəinki sərhədlərinə yaxın əraziləri, eləcə də Avroasiyanın xeyli uzaq regionlarını da özünün strateji maraq dairəsi bilir, dünyada baş verən hadisələrə ciddi surətdə müdaxilə etməyə cəhd göstərir. Bu da başa düşüləndir. Dünyanın ərazi baxımından bu ən böyük dövləti, ən güclü ordulardan birinə malik, böyük nüvə arsenalı olan, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri kimi, qlobal sülh və təhlükəsizlik üçün birbaşa məsuliyyət daşıyan Rusiya, başqa cür də ola bilməz. Lakin bu cür möhtəşəm geosiyasi mövqelərə malik olmaqla yanaşı, iqtisadi-maliyyə imkanları, inkişaf tempi, valyuta ehtiyatları kimi parametrlər baxımından Rusiya özünün başlıca rəqibləri olan ABŞ, Avropa Birliyi, Çin kimi güc mərkəzlərindən xeyli geridə qalır.  Rusiya xarici siyasətinin dinamikası ilə bağlı debat, rejim məsələsi ətrafında dolanan ziddiyyətlərlə yaxından əlaqəlidir, siyasi sistemin təbiətindən doğan bu problem Putinin 2004-də yenidən seçilməsi və 2008-də öz yerinə baş nazir Medvedevi seçki adıyla təyin etməsi ilə daha da gərginləşdi. Bu məsələlər bir-biri ilə qarşılıqlı əlaqəlidir və birini başa düşmədən digərlərini anlamaq mümkün deyil. Xarici siyasət daxili hadisələrlə birbaşa bağlı olduğundan, Rusiyada Putin hakimiyyəti zamanı birincinin tamamilə ikincinin tərkibinə daxil olması Sovet dövrü hadisələrini müəyyən qədər xatırladır. Bu isə Rusiya hakimiyyətində “Soyuq Müharibə” təfəkkürünün hələ də yaşadığını göstərir və aparılan siyasət də kənardan həmin keçmiş zamanları xatırladır. Sovetlərin son dövründə Qorbaçovun apardığı “Yenidənqurma” siyasətinin iflasa uğraması, SSRİ-nin dağılmasından Atlantik ölkələrinin yararlanması, Rusiyanın 1990-cı illərdə ağır iqtisadi və siyasi böhranla üzləşməsi,aqressiv siyasətinə qarşı Qərbdən gələn reaksiyalar, ruslarda ABŞ və Avropanın onlara düşmən olması fikrini yaratmışdır və daxili diktaturanın xarici düşmənə olan ehtiyacı da ABŞ-ı düşmən kimi göstərməkdə maraqlıdır. Putinin dəfələrlə Rusiyanın uğursuzluqlarında daxili problemlərdən qaçıb bütün təqsiri Qərbin üzərinə atması, sistemin çürüklüyünü etiraf etməsinin qeyri-mümkünlüyü artıq 20 ilə yaxın bir prosesdir ki davam edir və bu illərdə əhalinin mühüm bir hissəsini də buna inandıra bilib. Halbuki, bütün bu illər ərzində Qərb Rusiyanın demokratikləşib dünyaya inteqrasiya oluna biləcəyinə inanırdı və çağırışları da yalnız bu yöndə idi. SSRİ dağıldıqdan sonra Avropa ölkələrinin hərbi xərcləri, silahlanmanı azaltmaları, rəsmi Moskvaya maliyyə yardımları yeni infrastrukturun qurulmasında iştirakı və maraqların toqquşması zamanı yumşaq mövqeyi də Putin hökümətinin bu iddialarının üzərindən xətt çəkir. Müasir qloballaşan dünyadan Rusiya maksimum özünü tədricə çalışır, əgər rus xalqı bunu yerli dəyərlərin itirilməsi və yadlaşma kimi görürsə, hökümət rəsmilərinin bunda israrı onun demokratikləşmə dalğası yaradacağı və illərdir dövləti ələ keçirmiş bu oliqarxların xalq qarşısında hesabat verəcəkləri qorxusudur. Hökümətin populist, xalqın hisslərini ələ almaq yönündə siyasət aparması da buna bağlıdır. Yeni Dünya Düzənində Rusiyanın ağlasığmaz iddialarla çıxış etməsi, potensialı olmadığı halda supergüc olmaq iddiası, imperial ambisiyalardan əl çəkmək istəməməsi onu bir çox fürsətlərdən məhrum etdi. “Qala mentaliteti” ilə rəsmi Moskva artıq özünü dünyadan tədric etmişdir. Primakovun baş nazirliyi zamanı dövlət siyasətində praqmatizm xətti olsa da, deyilən sözlərlə edilən əməllər üst-üstə düşmürdü. Hakimiyyətin ilk illərində Putin xarici ölkələrlə münasibətləri normallaşdırmağa çalışsa da, bu da çox zaman söz olaraq qaldı. Çünki, əməldə bunu etmək üçün ölkədə islahatlar etmək, Qərb institutlarına qapı açmaq gərək idi, ancaq, Rusiyanın ənənəvi siyasi və hərbi xarakteri ona nə Avropa Birliyi, ATƏT, Avropa Şurası kimi təşkilatlarla normativ-hüquqi baxımdan nə də NATO ilə hərbi baxımdan əməkdaşlığa imkan verdi. Ümumiyyətlə rəsmi Moskva xarici siyasətində aydın bir xəttin olmaması ölkənin siyasi həyatında davamlı mübahisə və disputlarla bağlıdır. Problem ondadır ki, ABŞ və Avropa ilə yanaşma tərəfdarları olan Atlantistlər, keçmiş əzəməti geri qaytarmaq istəyən və postsovet ölkələrində yenidən hakim olmaq istəyən İmperialistlər və dil, mədəni kimlik, mental ənənələr kimi məsələləri qabardan və slavyan ölkələri ilə birlik tərəfdarı olan Neoslavofillər heç cür razılaşıb ortaq məxrəcə gələ bilmirlər. Neoslavofillərlə imperialistlər çox məsələlərdə razılaşıb ortaq mövqe müəyyən edə bilsə də Atlantislərlə bu 2-si heç cür razılığa gələ bilmir. Putin özü isə neoslavofillərlə imperialistlər arasında manevr edir12, çünki atlantistlər sayca daha azdırlar və ictimai fikrə təsirləri də çox aşağıdır. Son zamanlar ölkədə Avrasiyaçılıq fikri güclənsə də bu da öz növbəsində çoxsaylı qollara bölünür – praqmatik, neo, sivilizasiya və qarşılıqlı sivilizasiya avrasiyaçılığı. Bunların içində hətta bir-birinə zidd yönlər də var. Hazırki dövrdə Şərqdə Çinin güclənməsi və Güneydə islamçı qeyri-sabitlik, bəzi rus mütəfəkkirləri Rusiyanın geosiyasi baxımdan Qərblə yaxınlaşmalı olduğu fikrinə yönləndirib. Rusiya höküməti də bunu yaxşı anladığından, Avropa və ABŞ-la sabit əlaqələrin saxlanmasında maraqlıdır. Avrasiyaçılıq ideyasına qədər Rusiyanın xarici siyasəti daha çox realist idi, bundan sonra isə Rusiyanın unikal sivilizasiya olduğunu və ətraf ölkələri isə periferiya kimi görən imperialist baxışın hakim olduğu idealist mövqeyə kökləndi. Hələ çar dövründən bu ideologiya haqqında fikirlər meydana gəlsə də, Sovet dövründə güclənənən Çinə qarşı alternativ olaraq formalaşdırıldı və irəli sürüldü, Putinin dövründə isə Kremlə yaxın akademik Aleksandr Duqin bunu yenidən işləyərək Rusiyanın xarici maraqlarına uyğunlaşdırdı. Rusiya siyasətindəki idealizmin başlıca fərqi realizmlə izlənməsidir, daha doğrusu o, xarici siyasətin bir alətinə çevrilib. Bütün bu qeyri-sabitlik dövlət siyasətindəki çoxfikirliliklə, debatlarla bağlıdır. Bu yeni realizm dünya hegemonluğuna iddia etməsə də, öz resursları çərçivəsində təsir yaratmağı, nüfuzunu gücləndirməyi və təhdidləri istismar etməyə yönəlir. Sadəcə olaraq supergüc yanaşması öz yerini “böyük güc”ə verib. Rusiya qəbul edilmiş beynəlxalq qayda və normalarla razılaşmır və onların yenidən yazılmasını istəyir. Bununla yanaşı ölkə dünyada nüfuzunu, prestijini artırmağı, ona daha hörmətlə yanaşılmasını istəyir. Paradoks ondadır ki, bloklara qoşulmaq, iştirak etmək fikrində olan Putin burada Rusiyanın öz yolu ilə getməli olduğunu söyləyir. Rusiya özünü Qərbə alternativ qoymasa da Çinlə yaxınlaşmağa da ehtiyatla yanaşır, özünü daha çox suveren dövlətlərin himayəçisi kimi göstərir və birlik xatirinə suverenlikdən azca imtina etməyi də düşünmür. Beləliklə bugünkü Rusiya siyasəti dualist xarakter daşıyır. Putinin siyasəti müəyyən qədər Fransada Şarl de Qollun siyasətinə bənzəyir – Qərbin bir hissəsi olmaq istəyir, ancaq öz şərtləri ilə. Xarici siyasətdə uğursuzluqlarla yanaşı, Putin ölkə iqtisadiyyatının inkişaf və modernləşməsinə böyük diqqət verdi. Gəlirlər dəfələrlə artdı, ticari balans yaradıldı, ancaq, bütün bunlar 2008-də Gürcüstana hərbi müdaxilə ilə başa çatdı.
Yeltsin dövründə Rusiya Qərb siyasi cəmiyyətinə keçidini tamamlaya bilməsə də, strateji istiqamət artıq müəyyən idi və Putin bunu ölkəni beynəlxalq siyasətdə periferiyadan mərkəzə çevirməklə tamamladı. Rusiya və Qərb dövlətlərinin siyasi istiqamətinin artan konvergensiyası dövlətin rəhbərlik etdiyi yarı-avtarkik modernləşdirmənin uğursuzluğuna səbəb oldu və iqtisadi qloballaşmanın təklif etdiyi imkanlar strukturunu dəyişdi. Rusiyanın periferiyadan mərkəzə çevrilməsi də düzgün və tam şəkildə olmadı vu bu həm onun özü həm də qonşuları üçün travmalı nəticələr yaratdı. Qərb dəfələrlə Rusiyanın inteqrasiyası üçün şərait yaratsa da bunun şərtləri Rusiya cəmiyyəti və dövləti tərəfindən xoş qarşılanmadı, əgər əvvəllər bu dövlət iqtisadi zəifliyinə görə inteqrasiyadan imtina edirdisə, sonralar iqtisadi baxımdan dayanıqlı olduğu zaman da buna meyil göstərmədi. Rusiya cəmiyyəti yaxınlaşmanı qəbul etsə də, birləşmə ilə razılaşmırdı. Hökümət isə bunun onun daxili manevrlər imkanını məhdudlaşdıracağını, beynəlxalq səviyyədə müəyyən normalar çərçivəsinə salacağını görərək bundan vaz keçti. Qərb də Rusiya ilə münasibətdə oxşar problemlərlə qarşılaşdı. Heç kim yeni gələn dövlətə böyük imkanlar səlahiyyətlər vermək istəmirdi. Üzv olmadan inteqrasiya olmaq qeyri-stabil və dayanıqlı idi. Digər tərəfdən rəsmi Moskvanın daxildə çoxsaylı problemləri var idi və bu “xəstə uşağı” Avropa ailəsinə qəbul etmək istəmirdilər.Qlobal təşkilatlarla bağlı da Rusiya oxşar problemi yaşayırdı. Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün hələ 1993-də müraciət etsə də, Putin hakimiyyətə gələnə qədər bu məsələdə bir tərpəniş olmadı, bundan sonra isə yenə də Avropa və ABŞ-ın Rusiyaya inamsızlığı və həm də Rusiyanın ölkə daxilində qiymətlərin tənzimlənməsi ilə bağlı təşkilatın şərtlərinə razı olmaması bunu təxirə saldı. Bir tərəfdən hökümətin öz beynəlxalq istəklərindən vaz keçməməsi, modernləşmək istəyi, digər tərəfdən isə daxili siyasətdə müxalifətlə problemlər də dualist xarakteri bir daha göstərdi. Müxalifətə qarşı repressiya, demokratik institutların məhvi isə zamanında Rusiyada çoxlarını təəccübləndirmişdi, bir zamanlar demokratik, hüquqi dövlət qurulacağını bəyan edən Putin güclü dövlət qurmaq arzusuyla avtoritar bir rejim yaratmışdı. 2006-cı ildən başlayan bu dövrdən etibarən Rusiyada dövlət səviyyəsində keçmişə revizionist baxış formalaşdırıldı. SSRİ artıq əvvəlki kimi tənqid olunmurdu, Yeltsin dönəmi faciə kimi qiymətlənirilir, Rus qoşunlarının postsovet ölkələrindən çıxarılması və Kosovo məsələsindəki mövqe zəiflik kimi qiymətləndirilməyə başlandı. Rusiya siyasi şərhçiləri Qərblə razılaşmalarda güzəştə getməyin, zəiflik kimi qiymətləndirildiyin vurğulayırdılar. Böyük Britaniya ilə A. Luqavoyun ekstradisiya məsələsində səfir tərəfindən Rusiya konstitusiyasının müvafiq maddəsinin dəyişdirilməsinin təklif olunması13 ilə həm hökümətdə həm də ölkə cəmiyyətində böyük hiddət doğurmuşdu. Bundan sonra artıq Rusiyada Qərbə rəğbət yaratmaq çox çətin idi. Qərb qarşısında məyusluq və peşmançılıq bu ölkənin özünə qapanaraq revizionist siyasətə keçməsinə yol açdı. Fyodor Lukyanovun da iddia etdiyi kimi Rusiya, onun hər hansı təsir imkanının olmadığı zamanda yaradılmış qlobal oyun qaydalarına yenidən baxmağı təklif edir. 2007-dən başlayaraq Rusiyanın ordunu müasirləşdirməyə, yenidən silahlanmaya başlaması da güc faktoruna qayıdışın göstəricisi idi. Bəziləri bunu keçmişə qayıdış, digərləri isə vaxtilə əzilmiş, alçaldılmış bir dövlətin qisas almaq hissi kimi görürlər. Qərb tərəfdən isə SSRİ-yə qarşı yaradılmış ATƏT və NATO kimi birliklərin isə Sovet İttifaqının bitməsinə rəğmən mövcudluğunu daha güclü formada davam etdirməsi və Rusiyaya doğru yaxınlaşması da Kremlin dediklərinə ictimaiyyəti inandırmağı bacardı.Bütün bunlarla münasibətdə, avtoritar dövlət üçün xarici düşmən siması ehtiyacı da lazım idi. Moskva Qərb tərəfindən demokratikləşməyə çağırıldıqca buna qarşı əks reaksiya da artır, Rusiya siyasətindəki ifratçıların əlinə möhkəmlənmək üçün fürsət verir və beynəlxalq arenada daha geniş sahə, daha böyük muxtariyyət tələb edilirdi. Tərəflərin razılığa gələ bilə bilməməsi dünya siyasətində daha bir fiasko ilə nəticələndi və təhdidlər artmağa başladı. Rusiyanın problemli qonşularının da olması, sərhədlərindəki gərginlik və bu ölkələrdə olan anti-rus mövqeyi də ABŞ-ı və Avropanın Rusiyaya yaxınlaşmaqdan çəkindirən faktorlar oldu, çünki hər 2-si yenicə müstəqilliklərini bərpa etmiş bu ölkələrlə xoş və yaxın münasibətlərdə maraqlı idilər. Bütün bunlar siyasətdə keçmiş Sovet təfəkkürlü, “Soyuq Müharibə” xarakterli şəxslərin önə keçməsinə və neo-imperial gündəliyin güclənməsinə yol açdılar.
Putinin hakimiyyətinin ilk illərində NATO ilə yaxın münasibətlərin və ona üzvlük perspektivinin vurğulanması, 2001-də Almaniya Bundestaqında çıxışı zamanı dostluq və əməkdaşlıq ruhunda, “Soyuq Müharibə” qalıqlarından qurtulmaq fonunda Avropa ilə xoş münasibətlər qurulacağına ümid var idi, ancaq onun 2007-də Münhen Təhlükəsizlik Konfransında çıxışı 6 il14 əvvəlki çıxışın tam əksi idi və bu da Moskvanın ümidlərinin boşa çıxması, peşmançılıq kimi görünürdü. Lakin, Putin vaxtilə dediklərindən fərqli olaraq, müasir Rusiyanı Sovet qalıqlarından təmizləyə bilmədi və bu ölkə hələ də sələfinin problemləri ilə yaşamaqdadır. Əgər Qərbdəki həmin blokların qurucu dövlətləri və sosial sistemləri bu gün də varsa, Rusiya üçün nə SSRİ, nə ortaq ideologiya nə də eyni sosial münasibətlər vardır. Rusiyanın NATO-ya qoşulmaq istəyinin birbaşa və dolayı yolla rədd edilməsi də qarşılıqlı əlaqələri gücləndirmək üçün 2002-də yaradılmış NATO-Rusiya Şurası üçün fəaliyyətini dondurmaq, daha sonra isə dayandırmaqla yekunlaşdı. Baltik ölkələrində artan anti-rus mövqeyi, Ukraynanın ABŞ-ı Rusiyaya qarşı daha sərt olmağa çağırması, Rusiyanın həm də bu ölkələrlə münasibətlərini korladı. 2006 və 2007-də Ukrayna və Belarusa qaz verilişlərini dayandırması, Ermənistanda isə bütün enerji infrastrukturunu tamamilə ələ keçirməsi ilə bu ölkələrlə Rusiyanın onsuz da xoş olmayan əlaqələrini gərginləşdirdi, dünyada isə Rusiyanın “enerji supergücü” iddiasından olmaq istədiyi fikrini yaratdı. Əslində Qərblə Rusiya arasında baş verən qarşıdurmaların başlıca səbəblərindən biri də enerji resursları və onların idarə edilməsi məsələsidir. Avropa ilə yaxınlaşmanın digər problemi isə mədəni uğursuzluqdur. Avropa və Rusiyanın 300 ildən çoxdur ki davam edən fərqli sivilizasiya və maraqları hər 2 tərəf üçün həlli çətin problemlərdəndir. Avropa üçün tarixən “Rus problemi” mövcuddur. Bu problemlərə rəğmən Avropa ilə Rusiya arasında enerji münasibətləri və ümumi Avropanın qaz istehlakının üçdə birinin, Avropa Birliyinin qaz ehtiyacının isə yarıdan çoxunun15 Rusiya qazı hesabına ödənilməsindən olan asılılıq qoca qitənin Moskva qarşısında kəskin siyasət yürütmək imkanını əlindən alır. Rusiyanın enerjidən silah olaraq bir neçə dəfə qış vaxtı Baltik ölkələrinin qazını kəsməsi, Avropanın da ABŞ-ın bu sahədə siyasətinə qoşularsa, onun bir qış günü qaz verilişinin dayandırılması ilə nəticələnə biləsi qorxusu ilə üz-üzə qoyur. Dövlətlər, millətlərarası münasibətlərin də icmalar arası əlaqələrdən, bunun da insanlararası davranışdan gəldiyini nəzərə alsaq, problemin dərinliyini görərik. Eyni zamanda ABŞ-ın da Rusiyaya irəli sürdüyü tələblərin sərtliyi və Şərqə doğru demokratik bir formada genişlənmək siyasəti Kremli bu vəziyyətdə güzəştə gedərsə beynəlxalq nüfuzuna zədə olacağı ilə bağlı təşvişə salır. Belə bir durumda dünyada yalnız, yaran biləcək hər hansı qlobal geosiyasi təhlükə, təbii hadisələrdən doğan zəruri əməkdaşlıq bu 2 zidd dövləti bir araya gətirə bilir. Çinin artan gücü və hər 2 dövlətin bundan ehtiyat etməsi, ekstremistlərin hakimiyyətə gəlməsinin qarşısını almaq bu gün ABŞ və Rusiyanı demək olar ki kompromisə gətirə biləcək yeganə səbəblərdir. Buna baxmayaraq, Afrika, Asiya və Güney Amerikada hibrid müharibələr vasitəsilə bu ölkələr bir-birinə qarşı mübarizədən heç zaman geri çəkilmir


Yüklə 99,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin