Səkkizinci fəsil
Eşq – yəni Allahla tanışlıq,
İmam Mehdinin (ə) razılığı
Çox geçikmişdim. Hamıdan tez çatıb avtobusa lazım
olan bayraqları və digər əşyaları təhvil almalıydım.
Həmidlə cənubun əməliyyat bölgələrinə getmək qərarına
gəlmişdik. Ancaq getməyə üç gün qalmış Həmidi
ezamiyyətə göndərdilər və bizimlə gələ bilmədi.
Çantamı götürüb motosikletin tərkində oturdum.
Mənim tələsməyimə baxmayaraq, Həmid həmişə olduğu
kimi, səbirlə sürürdü. Son zamanlar o, tək olanda da belə
yavaş sürürdü. O qədər sakit sürürdü ki, dostları onun
motosikletinə minməyib deyirdilər: “Sənin motosikletinə
minsək, heç axşama da çatmarıq”.
181
Motosikletdə gedə-gedə müxtəlif növhələr oxuyurduq.
Həmid məddahlıq edir, mən də adam olmayan yerlərə
çatanda cənub səfərində əzbərlədiyim şeirlərdən deyirdim:
Salam olsun sənə, ey Allah ətrinə boyanmış torpaq!
Sən pak qədəmlərin toxunduğu məkansan, ey Şələmçə!
Sən şəhidlər diyarısan, Kərbəlanın xoş ətrinə qərq
olmusan...
Biz işıqforun qırmızı işığında dayananda bəzi sürücülər
keçib-gedirdilər. Həmid dedi:
-Bu, yaxşı iş deyil! Bəziləri yol polisinin yoxluğundan
istifadə edib qanunu tapdayırlar. Qanun hamı üçündür.
Qanunun səhər-axşamı olmaz. Yüksək məmurdan tutmuş
fəhləyə kimi hamı qanuna əməl etməlidir.
-Bunların hamısı sivilizasiyaya qayıdır.
Duruxub baxdığını görüb dedim:
-Yəni mədəniyyət, ictimai əxlaq.
Ailə qurmazdan qabaq TOEFL imtahanından bir az
aşağı mərhələyə qədər ingilis dili kursuna getmişdim.
Həmid ingilis lüğətlərini birlikdə çalışmağımızı istəyirdi.
Məni yola salandan sonra “sivilizasiya” sözünün mənasını
axtarmışdı. O gündən sonra nə zaman işıqforda
dayansaydıq, mənə “sivilayzed xanım” deyirdi.
2015-ci ildə getdiyim Nur yolçuları səfəri mənimçün
Həmidsiz getdiyim ən çətin səfər oldu. Bəxtimdən
telefonum xarab olmuşdu. Zəng edəndə Həmidin səsini
eşitsəm də, o məni eşitmirdi. Beş gün yalnız mesaj
yazdım. Mənə yazmışdı: “Mənim Nasir Xosrovum
hardadır görən?” O qədər çox səfərə gedirdim ki, bəzən
mənə Nasir Xosrov və Marko Polo deyirdi.
Qayıdan kimi ilk iş telefonumu alıb zarafatla onu
tenbeh etməsi oldu.
182
-Sən bilmirsən mən bu beş gündə nələr çəkmişəm!
Səsini eşidə bilməyəndə istəyirdim ki, başımı götürüb
çöllərə qaçım.
Bu sözləri deyəndə onun necə darıxdığını bütün
vücudumla hiss edirdim. Bu halını görəndə bir az
rahatlaşırdım ki, Allah səsimi eşidib, şəhadət istəyini onun
ürəyindən çıxarıb. Mənə olan eşqini yanımda qalmasına
yeganə səbəb kimi görürdüm. Öz-özümə deyirdim:
“Həmid yanımdadır. Onun məndən sarı darıxmağından
daha dəyərli bir şeyin ortaya çıxıb bizi ayıracağını güman
etmirəm. Ən azından ayrılıq bu tezliklə baş tutmaz”.
Evə çatanda dedi: “Sən şəhidlərin zəvvarısan. Çadranı
evin içində çırp ki, evimiz şəhidlərin ətrinə qərq olsun”.
Gəldiyim günün səhərisi bayram bazarlığına getdik.
Həmidin
sıxlıq
olan
yerlərdən,
böyük
ticarət
mərkəzlərindən heç xoşu gəlmirdi. Hicaba yaxşı riayət
olunmayan yerlərə getməyi də qətiyyən sevmirdi. Ancaq
buna məcbur olanda təmiz gözləri yalnız yerə baxardı.
Satıcı ilə qiymət üstündə heç vaxt çənə vurmazdı. “Niyə
qiyməti aşağı salmırsan?” -deyə soruşanda cavab verirdi:
“Qiymət üstə çənə vurmaq məkruhdur. Yaxşı olar ki,
satıcının sözünə inanaq”. Onun nə vaxtsa çənə vurduğu
yadıma gəlmir. Amma satıcının özü endirim təklif etsəydi,
qəbul edirdi.
Bazarda telefonuma zəng gəldi. Həmidə işarə verdim
ki, üzbəüz dükandan özünə corab alsın. Ancaq getməyi ilə
qayıtmağı bir oldu. Söhbəti bitirəndə soruşdum:
-Nə oldu? Niyə tez qayıtdın? Corab almadın?
Çiyinlərini çəkib dedi:
-Satıcı xanımın geyimi çox da yaxşı deyildi. Yaxşı olar
ki, sən gedib alasan.
Corabı alıb çıxanda dedim:
183
-Əyyami Fatimiyyə də qurtarıb. İstəyirəm bayrama
paxlava bişirim, özü də dadlı Qəzvin paxlavasından.
Paxlavanı çox dadlı bişirirdim. Elə oradaca lazım
olanları almağa getdik. İki gün ancaq paxlava bişirməklə
məşğul oldum. Xəmir yaymaqdan qollarım ağrıyırdı.
Həmid bişən paxlavalardan bir neçəsini elə sobanın
qabında yeyirdi. Şirniyyatı çox sevirdi. Bişirdiyim tort və
ya şirinçörəyin şəkəri az olanda uşaq kimi deyinirdi:
“Deyəsən, çörək bişirmisən. Bu, şirniyyata oxşamır”.
Sonra şirinçörəyə mürəbbə və ya bal yaxıb çayla içirdi.
Bütün paxlava qablarına əl vurduğunu görəndə zarafata
dedim:
-Belə getsə, qonaqlara bir şey qalmayacaq. Səhərdən
bəri iki sini paxlava yemisən. Bu qədər yesən, axırda
səpəcəksən. Yeməyi burax, gəl, kömək elə.
-Oldu! Gözüm üstə!
Kömək etməyə başladı, amma iş görə-görə paxlava
yeməkdən də qalmırdı. Sonrakı günlərdə də məndən gizli
soyuducunu açıb paxlavalardan yeyirdi.
Şirniyyat bişirməkdən fərqli olaraq, ev təmizliyində
mənə çox kömək etdi. Pəncərələri silməkdən tutmuş
çəkməcələrə qədər hər yeri təmizlədi. İşi bitən kimi
yorğunluqdan divanda uzanıb gözlərini yumdu. Ona
meyvə doğrayıb dedim:
-Həmid
can,
həqiqətən,
çox
kömək
etdin.
Yorulmayasan!
Gözlərini bir az aralayıb dedi:
-“Yorulmayasan” demək yerinə de ki, Allah qüvvət
versin!
“Allah qüvvət versin” deyən kimi oturub dedi:
184
-Bir qadın həyat yoldaşı üçün hər şeyin ən yaxşısını
diləməlidir. İndi isə “Allah qüvvət versin” demək yerinə,
“Alllah səni şəhid etsin” de.
Bir az sükut etdikdən sonra dedim:
-Allah səni yüz ildən sonra şəhid etsin!
2015-ci ilin novruzunda hicri-şəmsi ili gecənin yarısı
girirdi. Həmid həmin saatda yatmışdı. Mənə bayram
hədiyyəsi olaraq, kənarları bəzəkli hicab almışdı. Özü də
mənim
Məşhəddən
aldığım
köynəyi
geyinmişdi.
Qonaqlıqların çoxunda onu geyinirdi.
Səid xanımı və qızı Nərgizlə birgə il dəyişəndən bir
neçə saat sonra bizə gəldilər ki, birlikdə qohumlara baş
çəkməyə gedək. Həmid fürsət tapan kimi qardaşı qızı ilə
oynayırdı. Onu çox sevirdi. Həmid çox az hallarda hansısa
körpəni qucağına götürürdü. O deyirdi:
-Uşaqlar o qədər balacadırlar ki, qucağıma götürəndə
əzməkdən qorxuram.
Ancaq Nərgizi hər görəndə qucağına götürürdü. Bu
əlaqə qarşılıqlı idi. Nərgiz də Həmidi çox istəyirdi.
Həmidlə atası bir-birinə çox bənzəsələr də, Nərgiz onları
ayırd edə bilirdi. Həmidin qucağına gedəndə ayrılmaq
istəmirdi. Həmid Nərgizi qucağına götürüb dedi:
-Gözəlim, məni çağır, görüm. “Əmi” de görüm!
Mən dedim:
-Həmid, uşaqdan əl çək. Axı bir neçə aylıq uşaq necə
danışsın?!
Həmin gün bütün qohum-əqrəbanı ziyarət etdik.
Bayramdan iki-üç gün sonra bekarçılıqdan darıxırdıq.
Dedim:
-Bütün qohum-əqrəbanı bir gündə ziyarət etməkdə
böyük səhvə yol verdik.
185
Biz yaşda kiçik olduğumuzdan, adətə görə, böyüklər
iki-üç gündən sonra bizə gələcəkdilər. Yavaş-yavaş
qonaqlarımız gəlməyə başladı. Qonaqlara qulluq etmək,
həmişə olduğu kimi, yenə də Həmidin işi idi. Gələn hər bir
qonaqla oturub paxlava yeyirdi. Yenə paxlava yeyə bilsin
deyə, qonaqlara ikinci dəfə paxlava gətirirdi.
Tətil günlərinin birində Sünbülabada getdik. Həmid
atasına kömək etmək üçün əlinə bel alıb bağa yollandı.
Mən də evə getdim. Küçədə qonşulardan birinin xoruzu
məni görüb arxamca düşdü. Qorxumdan cin vurmuş adam
kimi qaçmağa başladım. Həmid səsimi eşidən kimi həyətə
sarı qaçdı, elə bildi ki, pis bir hadisə baş verib. Çox
nigaran qalmışdı. Məsələnin nə yerdə olduğunu anlayanda
əlindəki beli divara söykəyib yerə oturdu, gülməkdən
uğundu. Mən çox hirsləndim. Həyətdə o tərəf-bu tərəfə
qaçırdım, xoruzsa əl çəkmək bilmirdi.
Bir-iki saat Həmidlə küsülü qaldım. Ona dedim:
-Sən məni xoruzun əlindən qurtarmadın.
Həmid ağzını açıb bir söz demək isəyəndə gülməyi
tuturdu.
-Sən hərbçi yoldaşısan, hərbçi qızısan, özünün də qara
kəmərin var. Yaxşı ki dalına düşən xoruz idi, ayı deyildi.
Zarafat edib gülür, məni əsəbiləşdirmək istəyirdi.
Nə zaman Sünbülabada gedirdimsə, Fatihə oxumaq
üçün bibimlə birgə babamın qəbri üstə gedirdik. Babam,
atamın iki yaşı olanda dünyasını dəyişsə də, qəbri üstə
gedəndə qəlbimdə ona dərin məhəbbət hiss edirdim.
Kəndin qəbiristanlığı böyük bir bağın ortasında yerləşirdi.
Həmid təpənin başında oturub bizə əl yelləyirdi.
Sünbülabaddan qayıdanda yolda Nəsrin xalam zəng
vurub bizi şam yeməyinə dəvət etdi. Həmidin qohum
evlərində başıaşağı və sakit olduğunu bilib xalama dedim:
186
“Xala can, zəhmət çəkmənizə razı deyildik, amma
mümkünsə, ata-anamı da çağırın. Çünki sənin də, mənim
yoldaşım sakit və azdanışan adamlardır. Atam gəlsin ki, ən
azından arabir bir söz desin, ikisi də qulaq assın”.
Həmidin xasiyyəti belə idi. Dostları ilə bir yerə
yığışanda danışıb-gülər, zarafat edərdi. Ancaq qohumlarla
bir yerə yığışanda bir küncə çəkilib ancaq qulaq asardı.
Anamgillə birgə xalamgilə şam yeməyinə getdik. Şam
süfrəsini yenicə yığışdırmışdıq ki, Həmidin telefonuna
zəng gəldi. Salam verib, hal-əhval tutduqdan sonra rahat
danışmaq üçün dəhlizə keçdi. Danışığı bir neçə dəqiqə
çəkdi. Qayıdanda üzündə sevinc hiss olunurdu. Elə
mətbəxdən başımın işarəsilə soruşdum ki, düzəldi?
Təbəssüm edib, dodaqaltı dedi: “Çox şükür Allaha,
düzəldi”.
Neçə gün idi, icazə almağa çalışırdı, ancaq nədənsə
alınmırdı. Keçən il olduğu kimi, bu il də birlikdə Nur
yolçuları səfərində xidmətçi kimi cənuba getmək istəyirdi.
Xalamgildən çıxan kimi soruşdum:
-Nə oldu, Həmid? İcazə ala bildin?
-Şəhid Hüseynpurun niyyətinə nəzir etdim ki, işimiz
alınsın. Komandirimiz zəng vurub dedi ki, bir həftəlik
gedə bilərsiz.
-Bəs nə zaman çıxırıq?
-Sən hazırlaş, günü sabah çıxaq.
Aprelin yeddisi axşam saat onda Əhvaza çatdıq. Hacı
Səbbağian demişdi ki, Həmid Meracüş-şühəda xidmətçisi
olsun,
mən
də
Şəhid
Məsudian
düşərgəsinin
xidmətçilərinə köməkçi kimi gedim. Həmid məni
düşərgəyə kimi apardı. Həmin bir neçə gündə hər gün
danışsaq da, bir-birimizi görə bilmirdik. Üçüncü gün
axşam saat 11-də zəng edib dedi: “İndi Meracüş-şühədaya
187
qayıdan yolun üstündəki Hüveyzə bölgəsindəyəm. Səni
görməyə gəlirəm”. Sevindiyimdən qanad çalıb uçmağa
qalmışdım. Termosdakı təzədəm çayı götürdüm, həzrət
Zəhra (ə) hüseyniyyəsinin qapısından bir neçə metr aralıda
oturub Həmidi gözləməyə başladım.
Şəhid Məsudian düşərgəsinin özünəməxsus ab-havası
var idi. Düşərgədə yerləşən hər zal bir vilayətə aid idi.
Müharibə vaxtı onlardan yaralıları müalicə etmək üçün və
yuyucuxana kimi istifadə edilirdi. Allah bilir, orada nə
qədər döyüşçü ağır yaraların acısına dözmüş, şəhadətə
qovuşmuşdu. Düşərgənin qarşısında uca bir təpə
görünürdü.
Təpədə
çoxlu
sayda
yaşıl
bayraqlar
dalğalanırdı.
Həmidin məsum baxışları üçün darıxmışdım. Tək
istədiyim onun tezliklə yanımda əyləşməsi, yalnız və
yalnız onun danışması və beləcə bir neçə günlük
yorğunluğumu çıxarması idi. Gecə saat biri keçmişdi. Öz-
özümə dedim ki, yəqin, keçən dəfəki kimi işi çıxıb, gələ
bilməyib. Termosu götürüb otağa yola düşdüm. Bir neçə
addım gedəndən sonra asfalta sürtünən çəkələklərin səsini
eşitdim. Hələ baxmamış bildim ki, Həmiddir. Yorğun
olanda başmaqlarını yerə sürtə-sürtə gedirdi. Üzümü
döndərən
kimi
onu
gördüm.
Qəşəng
xidmətçi
paltarındaydı, başında İmad Müğniyənin qoyduğu yaşıl
papaqdan, əynində komandos şalvarı vardı, yorğundu,
ancaq gülərüzlə gəlirdi. Həmidin gəlişi mənə elə enerji
verdi ki, bütün düşərgəni səhərə qədər onunla gəzmək
istəyirdim.
O gecə bir saat birlikdə olduq və bütün bir saatı ancaq
söhbət etdik. Növbəti dəfə Həmidi görmək üçün Meracüş-
şühədaya getdim. Başı o qədər qarışmışdı ki, hətta mənim
gəldiyimi belə anlamamışdı. Xidmətçi paltarı əynində
188
olanda yalnız şəhid ziyarətçilərinə xidmət barədə
düşünürdü. Düşərgənin həyətində gözlədim ki, fürsət
tapsa, bir neçə dəqiqə birlikdə danışaq. Ancaq bu əsnada
düşərgənin mikrofonundan şəhidlərdən birinin həyat
yoldaşının çıxış edəcəyini elan etdilər. Həmid o anda məni
gördü, ancaq bir anın içində gözdən itdi. Məclisdən sonra
bir anda yoxa çıxmasının səbəbini soruşanda dedi:
“Ürəyisınıq şəhid yoldaşı danışan yerdə bir yerdə olmaq
istəmədim”.
***
Aprel ayı mənə ən sevimli və ən fərqli bir ay olmuşdu.
Həmid bu ayın 24-də dünyaya gəlmişdi. Xudmani bir ad
günü keçirdik. Səhər tezdən tort bişirməyə başladım.
Həmidin dondurmanı hədsiz sevdiyini bilirdim. Buna görə
də, təzə süd və vanildən çoxlu dondurma hazırladım.
Gözləyirdim ki, Həmid gəlsin, birlikdə yemək yeyək.
Hava yağışlı idi. Saat üçü keçsə də, Həmiddən xəbər yox
idi. Öz-özümə fikirləşdim ki, yəqin, kiminsə işi düyünə
düşüb, ona kömək edir. Qapının zəngini basanda həmişə
olduğu kimi, qarşılamağa getdim. Üst-başını görəndə
gözlərimə inana bilmədim. Başdan-ayağa toz-torpaq
içində idi. Anladım ki, qəza törədib. Şalvarının dizləri
cırılmışdı. Gödəkçəsinin arxasında asfaltın izi qalmışdı.
Dözməyib halsızlaşdım, elə oradaca, qapının ağzında yerə
oturdum. Həmidi bu halda görməyə taqətim yox idi. Mənə
ürək-dirək verib dedi:
-Narahat olma, inan, heç nə olmayıb. Bax, özüm öz
ayağımla gəlmişəm evə. Hər şey yaxşı qurtardı.
Nə qədər desə də, inanmırdım. Nə baş verdiyini
anlamaq üçün sorğu-suala tutdum.
189
-Harda qəza törətdin, Həmid? Düzünü de görüm, nə baş
verib? Gərək xəstəxanaya gedək, səni başdan-ayağa
rentgenə salmaq lazımdır.
Həmid suyu başına çəkə-çəkə dedi:
-Meysəm və Nəbiyullahla birgə motosikletlə gəlirdik.
Birdən Qiyasabadın ortasında bizi bir maşın vurdu.
Üçümüz də yerə yıxıldıq. Bəxtim gətirdi ki, kaska
taxmışdım.
Həmidin yaraları çox da dərin deyildi. Hadisəni bütün
xırdalığına kimi danışdı. Harda yerə yıxıldılar, dostları
necədirlər və s. Bu kimi şeyləri heç vaxt gizlətməzdi. Mən
də ancaq danlayıb deyirdim: “Maşının sürücüsü niyə elə
sürürdü? Fikri hardaydı?..” Sonra da tez gedib üzərlik
yandırdım. Mənim üzərlik yandırmağımın özü bir müsibət
olmuşdu. Hər evdən çıxanda üzərliyi götürüb Həmidin
başına fırladırdım. Həmid də üzərliyi alıb qoltuğunun
altına, belinə, ayaqlarının arasına fırladaraq gülürdü. Hətta
paltarını yuxarı çəkib, üzərliyi qarnının üstünə qoyur,
deyirdi: “Paxılın gözü çıxsın!”
Bu, Həmidin ilk qəzası deyildi. Bundan öncə də,
dəfələrlə o vəziyyətdə gəlmişdi. Ancaq hər dəfə onu qan
içində, paltarları cırıq halda görəndə əl-ayağım əsirdi və
heç bir iş görə bilmirdim. Ələlxüsus da bir dəfə
Sünbülabaddan qayıdanda motosikleti yolda nissan
markalı maşına çırpılmışdı. Qəza o qədər şiddətli olmuşdu
ki, Həmid motosikletlə yolun ortasına düşmüşdü. Ələmut
magistralının hər iki tərəfi təhlükəli uçurumlardan ibarət
idi. Bəxti gətirib yolun ortasına çırpılmışdı. Onda da bu
vəziyyətdə idi və evə gec gəlmişdi. Paltarları cırılmışdı, əl-
ayağı qan içində idi. Onun bu hadisələri məni daha da
əsəbiləşdirirdi. Düşünürdüm ki, ona qarşı həssaslığımı
190
bildiyi halda niyə diqqətli olmur? Bu fikirlə onunla
dalaşmağa başladım.
-Axı gündüzü qoyub niyə gecə yola çıxdın? Niyə
diqqətli olmursan axı? Gərək motosikleti ataq getsin, bir
daha sürməyəsən.
Bu qəzalardan o qədər görmüşdüm ki, artıq gözüm
qorxurdu.
O
qədər
həssas
olmuşdum
ki,
məni
sakitləşdirəcək bir adama çox ehtiyacım var idi.
Həmid cırılmış, qanlı paltarlarını dəyişib axşama qədər
yatdı. Ancaq gecə belindən güclü ağrı tutdu. Ağrının
şiddətindən gözlərini yuma bilmirdi. Səhərə qədər
ayaqlarını suya qoydum, alnına yaş parça sərdim, başının
üstə Quran oxudum. Tibbi yardımları öyrəndiyimdən
serum qoşmaq kimi bəzi işləri özüm görürdüm. Səhərə
qədər başının üstündə oyaq qaldığımı görüb dedi:
-Mən ana məhəbbəti eşitmişdim, ancaq həyat yoldaşı
məhəbbətini eşitməmişdim. Buna öz gözlərimlə şahid
oldum. Əgər nə vaxtsa mehribanlıq yarışı keçirilsə,
əminəm ki, birinci yeri tutarsan.
Səhər tezdən hazırlaşıb xəstəxanaya getdik. Rentgen
çəkəndən sonra anladıq ki, bel diskində yırtıq əmələ gəlib.
Həkim on gün istirahət etməsini məsləhət gördü.
İstirahətin birinci günündə hamı məsələni öyrəndi. Hər
yerdən qonaq gəlirdi. Ev bir an belə boşalmırdı. Dost,
qohum, qonşu, əza dəstəsi və məscid əhli, idman
yoldaşları, bir sözlə, hamı gəlirdi. Öz-özümə dedim ki,
yüngülcə qəza keçirib, bu qədər gələn-gedəni var. Əgər
Allah eləməmiş, yaralansa, mən gərək Qəzvinin yarısını
qonaq qarşılayıb yola salım. Bu müddət ərzində “xoş
gəldiniz” deyib xidmət göstərmək üçün həmişə ayaq
üstəydim. Qonaq o qədər çox idi ki, gecələr yorğunluqdan
Həmiddən tez yatırdım.
191
Beli ağrıdığına görə ev işlərinə kömək edə bilmirdi.
Ancaq məni işlərimlə baş-başa da buraxmırdı. Mətbəxdə
oturub mənə Hafizin şeirlərindən, Sədinin dastanlarından
oxuyurdu. Məni yorğun görəndə deyirdi: “Səni and
verirəm Xanım Zəhraya (ə), məni bağışla, sənə kömək edə
bilmirəm. Bu günlərdə çox əziyyət çəkdin. On gün
istirahətdən sonra gərək bir neçə gün icazə alım, sənə
xidmət edim. Bir az da mən işləyim, sən istirahət edəsən”.
Bəzi işlər onun üçün adətə çevrilmişdi, ən çətin anlarda
belə, əməl edirdi. Qürub çağından sonra suyu mütləq
oturub içirdi. Deyirdi: “İmam Sadiqdən (ə) nəql olunub ki,
qürubdan sonra kim suyu oturub içsə, ruzisi çoxalar”.
Bu on gün ərzində əlamətdar günlərdən biri də Xanım
Zəhranın (ə) mövludu və Qadınlar bayramı idi.
Vəziyyətinə görə, mənə hədiyyə almasını ağlımdan belə
keçirmirdim. Korpusda xanımlar üçün proqram təşkil
olunmuşdu. Həmidin israrıyla orada iştirak etdim. Evə tez
qayıtmaq üçün səhər tezdən məclisə getdim. Məclis boyu
bütün fikrim-zikrim Həmiddə qalmışdı. Evə qayıdanda
başımdan tüstü çıxdı; o halda gedib mənə gül dəstəsi və
hədiyyə almışdı. Bu mənə həyatım boyu verilən ən gözəl
Qadınlar günü hədiyyəsi idi. Maddi dəyərinə görə deyil,
gözlənilməz olduğuna, məni qafil haqladığına görə çox
dəyərli idi. Onun belə bir vəziyyətdə və bazarın ən sıx
vaxtında pilləkəndən düşüb mənə hədiyyə alacağını
ağlımın ucundan belə keçirməmişdim. Həmin gün mənə
dedi: “Belim çox ağrıyırdı deyə, anama və qayınanama bir
şey ala bilmədim. Onların zəhmətini sən çəkərsən”.
Həmid hər il belə edərdi. Xanım Zəhranın (ə) doğum
günündə, həm mənə, həm də analarımıza hədiyyə alardı.
Anaya qarşı çox həssas idi. Ananın razılığı, hətta bir
təbəssümü onun üçün dünyaya dəyərdi. Anasını görəndə
192
əyilib alnından öpərdi. Bu adətini heç vaxt tərk etmədi.
Həmin on gün ərzində anası nə zaman zəng vurub halını
soruşurdusa, üzü gülürdü, uzanmış olsaydı, cəld oturardı,
oturmuş olsaydı, ayağa durardı. Onun bu rəftarları mənə
çox qəribə gəlirdi. Ona dedim:
-Həmid can! Axı anan sənin oturduğunu, ya da
uzandığını görmür. Elə uzandığın yerdə, istirahət edə-edə
də danışa bilərsən.
-Düzdür, anam yanımda deyil, məni görmür, bəs Allah
necə? Allah yanımdadır və məni görür.
Şəban ayının üçü, İmam Hüseynin (ə) mövludu və
Pasdar günü idi. Həmid dedi: “Bəlkə İmamzadə Hüseynə
gedək? Briqada hərbçilərinə ətir almaq istəyirəm. Elə
namazı
da
orda
qılıb,
qayıdarıq”.
İmamzadənin
mağazasına çatanda bir neçə ətrə baxdıq. Yetmiş ədəd ətir
almaq istəyirdi. Axırda birini bəyəndi. Başqa bir ətri də
mən alıb dedim: “Ağa can, Pasdar günü münasibətilə bu
da məndən sənə hədiyyə olsun”.
İki gün ancaq mənim aldığım ətri vurdu. İki gündən
sonra gördüm ki, ətir yoxa çıxıb. Bir neçə dəfə soruşsam
da, hər dəfəsində söhbətdən qaçırdı. Öz-özümə dedim ki,
yəqin xoşu gəlməyib, amma deməyə utanır. Bir dəfə də
onu sual yağışına tutandan sonra məcbur qalıb dedi:
“Əsgərlərdən birinin xoşu gəldi, mən də dura bilmədim,
ona verdim”.
Həmid bir gün işdən birbaş idman zalına getmişdi. Evə
çatanda o qədər yorğun idi ki, saat on olmamış yatdı.
Yarım saatdan sonra telefonuna zəng gəldi. İş yerindən idi.
Bilmirdim ki, onu oyadım, ya yox. Axırda bəlkə mühüm iş
olduğunu düşünüb oyatdım.
Telefonla danışanda bildim ki, onu iş yerinə çağırırlar.
Tez
hazırlaşdı.
Sağollaşanda
dedim:
“Nə
vaxt
193
qayıdarsan?” Dedi: “Məlum deyil”. Gecə saat on ikiyə
kimi gözlədim, gəlib çıxmadı. Yavaş-yavaş yuxuya
daldım. Gecə saat ikidə oyandım. Hələ qayıtmamışdı.
Narahat olmağa başladım. Telefona baxdım. Belə bir
mesaj yazmışdı: “Xanım, mən Bəndər-Abbasa gedirəm.
Nə vaxt qayıdacağım bəlli deyil. Özündən muğayat ol!”
Çox təəccüb etdim. Özüylə bir şey aparmamışdı; nə
paltar, nə də başqa bir şey. Adətən, ezamiyyətə gedəndə
öncədən xəbər verirdi və mən lazım olan əşyaları bir
çantaya yığırdım. Çox qorxdum. Tez televizoru açdım ki,
görüm, Bəndər-Abbasda bir hadisə baş verib, ya yox.
Altyazı xəbərlərində orada təlim keçirildiyi yazılmışdı. Bir
az rahatlaşdım, düşündüm ki, yəqin, bir neçə günlük
təlimlərdir, iştirak edib, qayıdacaq. Ancaq yenə də
həyəcanlı idim.
Dözə bilməyib, zəng vurdum. Avtobusda idi. İş
yoldaşlarının gülmək səsi gəlirdi. Dedim:
-Həmid, niyə belə xəbərsiz getdin? Gecənin yarısı
Bəndər-Abbasa getmək hardan çıxdı? Özünlə heç nə
aparmamısan.
Daha artıq izah etmək istəmirdi, ya da edə blmirdi.
Dedi:
-Burda bizə hər şey verirlər, xanım! Sən yat, səhər də
gedərsən atangilə.
Bütün bədənimi qəribə həyəcan bürümüşdü. Səhərə
qədər neçə dəfə yuxudan oyandığımı unutmuşam.
Günəş çıxan kimi universitetə getdim. Günortaya qədər
dərsim var idi. Mən dərsdə olanda atam zəng vurdu.
-Həmid Sərdəştə gedib, sən də gəl bizim yanımıza.
Telefonda donub qaldım.
-Sərdəşt? Axı mənə Bəndər-Abbas dedi.
194
Atam bildi ki, Həmid nigaran qalmamağım üçün
həqiqəti gizlədib. Dedi:
-Sərdəştə gediblər, amma nigaran qalma, heç nə
olmayıb, tez qayıdacaqlar.
Atamın bu sözlərindən sonra narahatlığım daha da
çoxaldı. Evə gələndə gördüm ki, ağlamaqdan anamın
gözləri qıpqırmızı olub.
Ürəyim əsdi və daha çox qorxmağa başladım. Dedim:
-Nəsə olub, məndən gizlədirsiz?
Atam dedi:
-Yox, qızım, narahat olma. Sadəcə, bir neçə günlük
ezamiyyətdir. İnşallah, sağ-salamat qayıdar.
Anam başımı qarışdırmaqdan ötrü bazara getməyimizi
təklif etdi. Alış-veriş boyunca bütün fikrim Həmiddə
qalmışdı. Nə aldığımı, hara getdiyimi bilmədim. Anamla
bazarı gəzdiyimiz yerdə atam zəng vurdu.
-Qızım, muştuluğumu verərsən, Həmid qayıdıb. Tez
gəlin evə!
Doğru-düzgün alış-veriş etmədən tez taksiyə minib evə
yollandıq. Həmidi görən kimi rahat nəfəs aldım. Narahat
halda, divanda oturmuşdu. Mən də zarafata dedim:
-Bəndər-Abbasdan girib Sərdəştdən çıxırsan! Sonra da
bir günün içində qayıdırsan. Heç bilirsən nə edirsən, ağa?!
Atam gülüb dedi:
-Heç biri deyildi; nə Bəndər-Abbas, nə də Sərdəşt.
Samirraya getmək istəyirdilər, uçuşları ləğv olundu. Bu da
təbii haldır. Düşmən uçuşdan xəbər tutub vurmasın deyə,
belə gecikmələr olur.
Bu xəbəri eşitmək mənə çox ağır idi. Çox narahat
oldum.
-Həmid, sənin getdiyin heç bir ezamiyyətə qarşı
çıxmamışam.
Məgər
xarici
bir
ölkəyə
getməni
195
bilməməliyəm?! Mən gözləyirdim ki, ikigünlük təlimin
bitər, evə qayıdarsan. Ancaq sən Samirraya getmək
istəyirmişsən, özü də bir neçə aylıq. Məgər hara getdiyini
bilmək mənim haqqım deyil?!
Uçuşun ləğv olunduğuna görə o qədər narahat idi ki,
ağzını açıb bir kəlmə də danışmırdı. Ancaq mən ürəyimdə
sevinirdim. Motosikletə minəndə belə bir kəlmə də
danışmadı. Bir neçə gün halı yaxşı deyildi. Ölkədaxili
ezamiyyətlərə çox gedirdi; birgünlük ezamiyyətdən tutmuş
ongünlüyə qədər. Narahat olmasınlar deyə, çox vaxt
valideynlərinə
demirdi.
Ancaq
ilk
dəfə
idi
ki,
uzunmüddətli xarici ezamiyyət barədə bu qədər ciddi
söhbət gedirdi. Özü İraqı seçmişdi. İstəyirdi ki, Samirrada
İmam Mehdinin (ə) atasının hərəminin müdafiəçisi olsun.
***
Ev tikmək üçün bir qədər pul yığmışdıq. Həmid israrla
deyirdi ki, bankda öz adıma hesab açdırım, pulları orada
saxlayım. Bir gün səhər yeməyi yeyəndə dedi:
-Bu gün işə gec gedəcəm. Birlikdə banka gedək, sənə
hesab açaq və pulları ora köçürək. Birdən başıma bir iş
gələr, pullar sənin hesabında qalsa, yaxşıdır.
Razı olmayıb dedim:
-Necə yəni başıma bir iş gələr?! Mən o işin baş
verməməsi üçün deyirəm ki, gedək, pulları sənin hesabına
yatıraq.
Yenə israr edincə küsdüm. Tərslik etdim ki, bir də bu
sözləri dilinə gətirməsin. Sonra pulları öz hesabına
yatırmağa razı oldu. Səhər tezdən banka hesab açmağa
getdi. Bütün bank kartlarının, hətta telefonunun koduna da
mənim şəxsiyyət vəsiqəmin seriya nömrəsini qoymuşdu.
Mayın ortalarında Suriyadan çox pis xəbər gəldi.
Həmidin əvvəlki komandiri Həmid Məhəmmədrzayi
196
ezamiyyətdə idi. Ezamiyyət müddəti bitsə də, hələ ondan
xəbər çıxmamışdı; şəhid olması və ya əsir düşməsi barədə
heç bir məlumat yox idi. Bu vəziyyət həm ailəsi, həm də
Həmid üçün çox ağır idi. Həmid Məhəmmədrzayinin
yoldaşını nişanlı vaxtımda müqəddəs müdafiə barədə
sərgidə görmüşdüm. O, atamın iş yoldaşı olduğuna görə
həyat yoldaşı ilə bir-birimizi yaxşı tanıyırdıq. Yoldaşı o
vaxt məndən soruşmuşdu: “Nişanlının adı nədir?” Mən
“Həmid” deyəndə belə demişdi: “Nə maraqlı! Mənim də
yoldaşımın adı Həmiddir. Mən Həmidi çox sevirəm. O özü
də çox sevimlidir”.
Bu kimi aşiqanə sözləri mənim kimi yeni evlənmiş
birisinin dilindən eşitmək çox da qəribə olmazdı. Ancaq
illərlə evli olan, yoldaşıyla illərlə ömür yaşamış üç uşaq
anasının dilindən eşitmək mənə qəribə gəlmişdi. Nə gözəl
olardı ki, bütün ailələr illərdən sonra da bir-birini bu
şəkildə sevib-sevilərdilər!
Həmid bu xəbəri eşitdiyi gündən narahat idi.
Məhəmmədrzayidən bir xəbər alması üçün bütün iş
yoldaşları ilə birlikdə Yasin surəsini xətm etməyi nəzərdə
tutmuşdu. Evə gələndə Yasin surəsini oxuyacağını demiş
hər kəsə bir-bir mesaj yazır, günbatana qədər oxumalı
olduqlarını yada salırdı. Yasin surəsinin 9-cu ayəsini çox
oxuyardı ki, Məhəmmədrzayinin özü, ya da pak cəsədi
İŞİD-in əlinə keçməsin. Məhəmmədrzayinin bir qardaşı da
müqəddəs müdafiədə itkin düşmüşdü. Bu baxımdan, bu
itkinlik bütün əzizləri üçün həqiqətən, çox çətin idi.
***
Hər il olduğu kimi, builki ramazan ayında da müntəzəm
olaraq, kitab oxumağa başlamışdıq. Mənim axırıncı
semestr imtahanlarım ramazan ayından dərhal sonra
başlayırdı. Birinci imtahan gecəsi Həmidə dedim:
197
“Əzizim, bu axşama yemək bişirmək sənlikdir. Gör nə
edirsən! Sən bişirənə qədər mən bir neçə səhifə dərs
oxuyaram”. Bunu deyib, yemək bişənə qədər acqarına dərs
oxumağa başladım. Bir saat keçdi, iki saat keçdi, ancaq
yeməkdən xəbər olmadı. Mətbəxə keçəndə gördüm ki,
kartofları sanki xətkeşlə doğrayıb qızartmağa başlayıb.
Ancaq qazın şöləsi o qədər az idi ki, tavanın özü güclə
qızırdı. Dedim:
-Həmid can, acından böyük bağırsağım kiçik bağırsağı
yeməyə başlayıb. O qazın şöləsini artır.
Sakit bir tonla dedi:
-Əzizim, məni tələsdirmə. Gərək kartoflar yaxşı bişsin.
-Həmid can, lazım olmadı. Bura qədər çəkdiyin
ikisaatlıq zəhmətə görə minnətdaram. Get otur, özüm
bişirərəm.
İsrar etdi.
-Ağlına belə gətirmə. Bu axşam yemək mənlikdir. Sən
get, dərslərinlə məşğul ol, yemək 15 dəqiqəyə hazırdır.
Həmidin on beş dəqiqəsi bir saat oldu. Otaqdan
qışqırdım:
-Yemək nə oldu, aşpaz? Acından əldən düşdüm,
gözlərim heç nə görmür.
O qədər etirazdan sonra nəhayət, kartoflar hazır oldu.
Dedi:
-Baş aşpazın yeməyi hazırdır. Gəl, gör nə bişirmişəm?!
Kartof qızartması bişirmiş, üstünə yumurta vurmuşdu.
Mətbəxə girəndə gördüm ki, artıq süfrə də hazırdır. Hər
dəfə süfrəni düzəndə adətən, nəyisə unudurdu. Süfrəyə
diqqətlə baxıb dedim:
-Həmid, özün bilirsən ki, bu yemək nə ilə yaxşı yeyilir.
Bəs niyə xiyar turşusu qoymamısan?
198
-Vay-vay! Gördün də, baş azpazı o qədər tələsdirdin ki,
yadımdan çıxdı. Bu saat gətirirəm.
Gülüb dedim:
-Allah saxlamış, dörd saatdır yemək gözləyirəm. Yaxşı
ki, restoran aşpazı olmamısan. Yoxsa, yeməyi gecə saat on
ikiyə hazırlayardın. Sən otur, mən gətirərəm.
Əlini çiynimə qoyub ayağa durmağıma imkan vermədi.
O, xiyarı diqqətlə doğrayıb gətirənə qədər mən yeməyin
yarsını yedim.
***
İmtahanlarım bitən kimi şam yeməyinə atamgilə dəvət
olunduq. Həmidin motosikleti çox çirklənmişdi. Bizim
həyətdə də motosiklet yumağa yer yox idi. Motosikleti
atamgildə yumaq üçün bir az tez yola düşdük. Evə çatanda
pilləkənin ağzında dayanıb “ya Allah” deməyə başladı.
Bununla ev adamlarına gəldiyini xəbər verirdi ki, əgər
naməhrəm varsa, başını bağlaya bilsin.
Motosikleti tək yumağa utanırdı. Mənə dedi:
-Əzizim, gəl, yanımda dayan.
Həmid bizdə həddən artıq həyalı idi. Atam dayısı olsa
da, ona olduqca hörmət edirdi. Motosikleti yenicə
yumuşduq ki, Həmidə zəng gəldi. Yenə işə çağırırdılar. İş
o həddə çatmışdı ki, nə zaman işə çağırırdılarsa, halım
pisləşirdi, təhlükənin olduğunu kilometrlərlə uzaqlıqdan
hiss edirdim. Həmid hazırlaşıb getdi. Anama dedim: “Bu
dəfə Suriyaya gedəcək. Mən əminəm”.
Bir neçə saat keçdi. Gecə saat on radələrində evə
qayıtdı. Çox narahat idi, özünə qapılmışdı. Arada atamla
pıçıldaşırdı, elə danışırdılar ki, mən eşitməyim. Həmidə
meyvə aparıb dedim:
-Aranızda nə danışırsız elə? Suriyaya gedirsən?
Atam gülüb dedi:
199
-Həmid can, mənim qızım düşündüyündən də ağıllıdır.
Ondan bir şey gizlətmək mümkün deyil.
Həmid başı ilə təsdiqləyib dedi:
-Bəli, düz tapdın. Suriyaya gedəcəyik. Mənim bütün
dostlarım getmək istəyirlər, ancaq püşkatmada adım
çıxmadı.
Təəccüblə dedim:
-Məgər Suriyaya getmək üçün püşk atırlar?
Atam dedi:
-Könüllü getmək istəyənlərin sayı çox olduğundan hər
dəfə bir qrup aparırlar.
Həmid atamla danışmışdı ki, getməyinə kömək etsin.
Deyirdi:
-İndi qalmaq vaxtı deyil. Əgər qalsam, bir ömür həzrət
Zəhra (ə) yanında xəcalətli olaram.
Gedə bilmədiyi üçün o qədər narahat idi ki, hətta
yanına yaxınlaşmağa belə cürət etmirdim. Bu kimi
vəziyyətdə xəlvətə çəkilib tək qalmaq istəyini anlayışla
qarşılayırdım.
Televizora
baxanda
birdən
anamın
mətbəxdən qışqırıq səsi gəldi. Əlinə qaynar yağ
tökülmüşdü. Yerimdən bir az gec qalxdım. Ciddi bir şey
olmamışdı. Otağa qayıdanda Həmid həddən artıq narahat
idi. Evimizə qayıdanda dəfələrlə dedi: “Axı niyə ananın
köməyə ehtiyacı olanda yerindən gec qalxdın? Mətbəxə
gec getməyin çox pis iş idi. Əgər bir qadının köməyə
ehtiyacı varsa, gərək tez qaçasan. Üstəlik, sənin anan idi.
Gərək bir saniyə belə itirməzdin”.
2015-ci ilin oktyabr ayında nənəm xəstələndi. Həmidlə
birlikdə ziyarətinə getdik. Halı çox pis idi. Çox narahat
olmuşdum. Nənəmi ziyarət edəndən sonra bibimgilə
getdik. Otağa girib doyunca ağladım. Həmid gəlib dedi:
200
-Əzizim, olar ağlamayasan? Sən ağlayanda anamı qəhər
boğur. Mən sizin heç birinizin ağlamağına dözə bilmirəm.
Əlimdə deyildi, ağlamaya bilmirdim. Həmidin Suriyaya
getmək məsələsi ortaya çıxdığı gündən daha kövrək
olmuşdum. Həmid halımın dəyişdiyini görüb zarafata
dedi: “Dur, gedək. Deyəsən, qan təzyiqin düşüb.
Motosikletə minən kimi düzələcək”.
Bibimi daha artıq narahat etmək istəmədiyimdən, tez
çıxdıq. Həmid halımı yaxşılaşdırmaqdan ötrü yolda çoxlu
qarğıdalı aldı. Biz evə çatanda ev sahibinin nəvələri
qapının ağzında dayanmışdılar. Həmid qarğıdalıdan onlara
da verdi. Həmişə əliaçıq idi. Onları görəndə əlində
olanlardan verirdi. Evdə sup və ya əriştə aşı bişirəndə
deyirdi ki, bir kasa ev yiyəsinə verək, bir kasa da hazırla,
anama aparım. Əlimizdə olanın yarısını ev yiyəsinin
nəvələrinə verib yuxarı qalxanda dedi:
-Mən əməl dəftərimdən çox qorxuram. Ola bilsin, Allah
bu məsum uşaqların duasını eşidib, bizi bağışladı.
Bu hadisələrdən bir həftə keçməmiş televizordan Hacı
Hüseyn Həmədaninin Suriyada şəhid olduğunu eşitdik.
Həmid televizorun qabağında ağlamağa başladı. General
Həmədanini çox yaxşı tanıyırdı. Bir neçə dəfə Tehranda
keçirilən təlimlərdə görüşmüşdülər. Həsrətlə dedi:
-Heyf o cür şəhiddən! Bizim ona ehtiyacımız var idi.
Həmin gün bibim bizi nahara dəvət etmişdi. Göyərti
təmizləyəndə ona dedim:
-General Həmədani şəhid oldu. Həmid bu xəbəri
eşidəndə çox ağladı.
Həmid mənim sözlərimi eşidib qaşlarını çatdı. Demək
istəyirdi ki, bu sözləri anama demə. Mən də çiynimi
çəkdim. Anasının narahat olmasını istəmirdi. Buna görə
də, otağa keçib bacısı uşaqlarıyla top oynamağa başladı.
201
Uşaqlardan çox Həmidin səsi gəlirdi. Artıq onlar da
deyirdilər ki, kaş dayımız bizimlə qalaydı, top-top
oynayaydıq.
***
Suriyaya getmək üçün püşkatmada adı çıxanlar tez-tez
təlimlərdə iştirak edirdilər. Həmin günlər dünya Həmidə
zindan kimi gəlirdi, heç bir iş görməyə həvəsi yox idi.
Bütün dostları getmiş, özü qalmışdı.
Hərbçilərin uçuşu bir neçə dəfə təxirə salındı. Həmid
evə gələn kimi dostlarının gedib-getməməsi barədə
soruşurdum. O da gülə-gülə deyirdi: “Maraqlısı budur ki,
hər gün səhər onlarla sağollaşır, sabahısı yenə iş yerində
görüşürəm. Bəziləri deyirlər ki, daha evə getməyə üzümüz
gəlmir. Hər gün səhər bizi göz yaşlarıyla yola salırlar,
ancaq axşam yenə evə qayıdırıq”.
Oktyabrın səkkizində evə narahat gəldi.
-Nəhayət, getdilər və biz qaldıq. Onlar gedəndə atan
çox ağladı. Hamısını bir-bir qucaqlayıb halallıq istədi.
Sonra da Quranın altından keçirib yola saldı.
Atam bu kimi məsələlərə qarşı çox həssas idi. Çox tez
təsirə düşürdü. Bu səhnələr ona müqəddəs müdafiə
dövrünü və şəhid yoldaşlarını xatırladırdı. Həmin günlərdə
Üfüq
kanalından
hərəm
müdafiəçilərinin
həyat
yoldaşlarının çıxışları yayımlanırdı. Atam Həmidə zəng
vurub deyirdi: “Fərzanəni bu verilişə baxmağa qoyma”.
Bir müddət evimizdə Üfüq kanalına baxmaq qadağan
olundu. O günlər hamımıza çox çətin keçdi. Həmid deyirdi
ki, bütün hərbi hissəni qəm-kədər bürüyüb. Özü də çox
dözümsüz olmuşdu. Gecə namazlarındakı halı da
dəyişmişdi. Nə zaman universitetdən gəlirdimsə, qapı
arxasından dualarını eşidir, evə girəndə yaşlı gözləri ilə
rastlaşırdım. Bir an belə qalmaq istəmirdi.
202
Bir az sonra Həmid Suriyaya gedən dostları ilə telefon
əlaqəsi qurmağa başladı. Dostları zəng vurub oradakı
vəziyyət barədə məlumat verirdilər. Həmid onların əhval-
ruhiyyəsini gücləndirməyə çalışırdı. Telefonda da deyib-
gülməkdən qalmırdılar. Meysəm deyirdi: “Sən gələnə
qədər burda qalacam, səninlə görüşüb, sonra qayıdacam”.
O, gedəndə də Həmidi qucaqlayıb demişdi: “Həmid,
mənim iki oğlum var: biri Əbülfəz, digəri Abbas. Əgər
Suriyadan qayıda bilsəm, heç, ancaq şəhid olsam, onlara
doğru yolu göstərərsən”.
Həmid evə gələndə deyirdi: “Suriyaya gedən
dostlarımın xanımlarına zəng elə, hallarını soruş! De ki,
bir şeyə ehtiyacları olsa, mütləq desinlər”. Bəzən
Həmiddən xəbərsiz kompüter qarşısında oturub, kollektiv
çəkdirdikləri şəkillərə baxırdım. Övladlarını qoyub
Suriyaya gedənləri görəndə ürəyim yanırdı. Göz yaşları
içində dua edir, Allaha belə deyirdim: “İlahi! Səni and
verirəm Əhli-beytin haqqına! Həmidin övladı olan
dostlarını sağ-salamat evlərinə qaytar!” O günlərdə heç
ağlımdan belə keçməzdi ki, bir neçə həftədən sonra bu
şəkillərə yenə baxacam, Həmidin yoxluğu üçün gecə-
gündüz ağlayacam.
|