Yadında qalsın



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə14/15
tarix17.09.2023
ölçüsü4,97 Mb.
#144862
1   ...   7   8   9   10   11   12   13   14   15
Yadında-qalsın-nahayi

Yadımızdadır! 
İzin ver, keçək... 
Nöqtə yerinə, göz yaşlarımızı qoyub gedirik. 
O günlərin ümidiylə ki, Həmid şəhidlərdən ibarət bir 
orduyla 
İmam Mehdinin (ə) əmrinə hazır olar. 
Və bu dəfə Nəcəf-Kərbəla yolunda onunla birgə 
həmsəfər olarıq. 
Bu qədər yazdıq, 
Ancaq heç biri sənin gözlərinin nəstəliqi olmadı... 
Yadigar şəkillər 
Yadigar şəkillər (Nurüş-şühəda təpəsi, naməlum 
şəhidlərin məzarı) 
Həmidlə görüş yerimiz 


267 
Vəsiyyətnamə 
Allahın adıyla 
Salam olsun varlığın və məkanın şərəfi olan 
Məhəmmədə (s) və onun pak ailəsinə! 
Mən Həmid Hişmətullah oğlu Siyahkali Muradi bir 
neçə sətirdə ürək sözlərimi yazmağı lazım bildim. İlk 
olaraq, bildirmək istəyirəm ki, həzrət Zeynəbin (ə) 
hərəmini qorumağı özümə vacib və bu pak ailənin yolunu 
getməyi səadət bilirəm. Allahdan bu yolda qədəmlərimi 
möhkəm etməsini təmənna edirəm. Bu həqir bəndə bu 
zamana qədər öz həyatında bunu dərk edib ki, bəzi 
insanlar bəsirətsizlikdən və əyri düşüncələr səbəbindən ya 
bu ailənin məqamını dərk etməyib, ya da tarixin heç bir 
səhifəsində onların yanında olmayıblar. Yaxud da 
yanlarında olsalar da, ya həssas zamanlarda meydanı boş 
qoyublar, ya da onlara bu müqəddəs yolda mane olublar. 
Qalanlar isə dindarlıqdan din xidmətçisinə çevrildilər və 
anladılar ki, Allaha çatmağın yeganə yolu məhz budur. 


268 
Həmçinin bəşəriyyətin azğınlığının səbəbi də bu yoldan 
uzaq düşməsi, bu hidayət nuruna qarşı kor olmasıdır. 
Bu məktubu oxuyan və ya eşidən hər kəsin yanında 
xəcalətliyəm. Çünki İmam Mehdi (ə) və onun haqq naibi 
olan İmam Xamenei yolunda qurban verməyə cəmi bircə 
canım vardı. Buna əminəm ki, töküləcək qanım mənim 
səadətimə səbəb olacaqdır. Həzrət Qasimin sözüylə 
desəm, ölüm mənə baldan da şirindir. Mövlam İmam 
Hüseyn (ə) kimi öz Allahımla aşiqanə görüşə, Allaha qərq 
olmağa gedirəm. Ancaq bir məsələni demək istəyirəm. O 
da budur ki, hazırda bir çox qardaşlarımız ön cəbhədə 
cihadla məşğuldurlar, bütün cavanların arxa cəbhədə daha 
çətin və daha mühüm cihad olan mədəni cihada əməl 
etdiklərinə inanırlar. Onlar ümid edirlər ki, bacılarımız öz 
hicablarına riayət etməklə bu cihada yardım etsinlər... 
Bu zəif bəndəyə görə, heç nə və heç bir şey gözəl söz 
və rəftardan dəyərli deyil. 
Bu dünyada nə qədər malım varsa, hamısı həyat 
yoldaşıma verilsin ki, onunla öz həyatını qura bilsin. 
Sonda, bu mətni oxuyan və eşidən hər kəsdən istəyirəm ki, 
haqlarını bu zəif bəndəyə halal etsinlər”. 


269 
Düşsəniz nə zaman bu aciz könülün siz yadına, 
Baxaram Əli rüxsarina, çataram eşqin sonuna. 
 
Gülərəm dodaqlarınla sakit, gözlərində olaram məst, 
Sənin canına and ola, rəhbər yolundayam paybəst. 
 
Yağı düşmən məni öz gözündə zəlil görərmiş, 
Şükr ola, yolunda düşdüm torpağa qanə bələnmiş. 
 
“Kəfa bil-hilmi nasirən” (Kömək üçün səbir etmək 
kifayətdir!)
 
Həmid Siyahkali Muradi


270 
 
 
 
 
 
 
Həmidin şəhadəti üçün seçdiyi şəkil 


271 
Qohumlardan birinin toyu, 1997 
Saçını dibindən qırxdırardı. Keçəl və həddən artıq dəcəl, 
ancaq olduqca mehriban uşaq idi. Uşaqlıqdan mənə çox fikir 
verər, məni oğlanlarla oynamağa qoymazdı. Dava-dalaşda 
həmişə mənim tərəfimi saxlayardı. Məscidin mükəbbiri -camaat 
namazında təkbir deyəni idi. Tez-tez atasıyla məhəllədəki Bəsic 
mərkəzinə gedərdi. 
Həmid və atam, 1994 
Sağdan: Həmid və Səid, novruz bayramı, 1994 
Mənə elçi düşən Həmid həmin bibioğlum idi ki, əkiz qardaşı 
Səidlə həmişə eyni geyinib gəzərdi, adlarını atam təklif etmişdi. 


272 
İbtidai məktəb, 1999 
Aşağıdan ikinci cərgədə, soldan ikinci Həmiddir. 


273 
Həmidin qardaşları Səidin əşyalarını yeni evinə 
daşıyarkən, 2014 
Sağdan: Həsən, Həmid, Səid, Hüseyn və Cavad 
Ələmutun Sünbülabad kəndində ata bağları, 2015 
Sağdan: Cavad, Həsən, Hüseyn, Həmid və Səid 
Atası və qardaşları Həmidlə Sünbülabada gedəndə 
bibim arxayın olurdu ki, ac qalmayacaqlar. Qardaşları 
bəzən zarafata ona Yanqom deyirdilər. 


274 
Səidin toyu, 2013 
Soldan oturan: Həmid və Səid 
Səidin toyu çox yaxşı keçdi, ancaq Həmidin halı çox da 
yaxşı deyildi, əkiz qardaşıyla həyat yolları ayrılırdı. 
Toydan sonra onu restoranın qapısı önündə gözləyirdim, 
ancaq o qədər fikirli idi ki, məni unudub getdi. Bir az 
gedəndən sonra yadına düşdüm. 
Mən zarafata ona bir-iki atmaca atdım: “Maşallah, 
Həmid ağa! Bəh-bəh! Gör biz kimlərlə piknikə gedirik! 
Gör kimin divarına xatirələr yazırıq! Kim yoldaşını unudar 
axı, ay Həmid?!” Belə yerlərdə birinin üstünə beşini də 
qoyurdum ki, sözlərimi ciddiyə alsın. 


275 
Suriyaya getməzdən öncəki günlər, 2015 
Evə gələndə artıq axşam idi. Hərbi formada, paltarı toz-
torpaqlı idi. Ezamiyyət öncəsi təlimlərinə qoşulmuşdu. İş 
yerindəki bütün şəxsi əşyalarını gətirmişdi. Sanki ona 
ilham olunmuşdu. 


276 
Qumda yazdırdığımız hədisi çərçivəyə salmışdı ki, 
həmişə gözlərimiz önündə olsun. 
Həmid şəhidlərin xidmətçisi geyimində, 2014 
Dehlaviyə, Doktor Çəmranın şəhid olduğu yer 


277 
İmamzadə Fəllar, bahar, 2014 
Sağdan: mən, Həmid, Həmidin atası, bibim, Səid 
İmamzadə İsmayıl məqbərəsinin qarşısı, 2014 


278 
Qızılgül və məryəm güllərini sevdiyimi bilirdi. Mənə 
on ədəd qızılgül, altı ədəd məryəm gülündən ibarət gözəl 
bir gül dəstəsi bükdürmüşdü. Həmin gün birlikdə 
aldığımız kostyumu geyinmişdi. Həmişəkindən daha 
yaraşıqlı və sevimli görünürdü. Gəlin maşınımız da 
olduqca sadə bəzədilmişdi. 
Toy günümüz, 2013 


279 
Sünbülabadda cücəkabab bişirərkən, 2014 
Qışda sobanın yanından ayrılmırdı. Çox üşüyən idi. 
Hava bir az soyuyan kimi xəstələnirdi. İşdən gələn kimi 
əllərini tez sobanın üzərinə qoyurdu. Bəzən də bayırdan 
gələndə birbaş sobanın üzərində otururdu. Deyirdim: 
“Həmid, bir gün sobanın borusu çıxacaq, gecə vaxtı dəm 
qazından boğulacağıq”. 
Sünbülabad kəndi, 2014 


280 
Kərbəla, 2010 
Həmid bacısı oğlu Sina ilə, 2009 
Otağa keçib bacısı uşaqlarıyla top oynamağa başladı. 
Uşaqlardan çox Həmidin səsi gəlirdi. Artıq bacısı uşaqları 
da deyirdilər ki, kaş dayımız bizimlə qalaydı, top-top 
oynayaydıq. 


281 
2013-cü ilin novruzu 
Bayramdan iki gün sonra cümə axşamı həmin geyimdə 
də əza məclisinə getmişdi. Gecə yarısı mənə zəng vurdu. 
Məclisdəki dostlarının reaksiyasından danışırdı. Onlar 
Həmidi adətən, hərbçi, ya da xidmətçi paltarında 
görərdilər, kostyumda görməmişdilər. Dedi: “Dostlarıma 
maraqlı gəldi. Pencəyimi geyinib zarafatlaşırdılar”. 
Cəbhə bölgələrinə səfər, 2014 
Məlayir restoranı 


282 
Sadiqiyyə Bəsic qrupunun iclası, 2012 
Həmidin ad günü, 2015 
Xudmani bir ad günü keçirdik. Səhər tezdən tort 
bişirməyə başladım. Həmidin dondurmanı hədsiz sevdiyini 
bilirdim. Buna görə də, təzə süd və vanildən çoxlu 
dondurma hazırladım. 
Bu paltarla Suriyaya getdi. 


283 
Həmid silahlı qüvvələrin 
ölkə üzrə karate çempionatına 
gedəndə özümü ağlıma gələn 
hər şeylə məşğul edirdim ki, 
mümkün olduğu qədər az 
darıxım... 
Yarış 
günü 
nə 
etdimsə, nəticəni mənə demədi. 
Günbatana yaxın qapının 
zəngi çaldı. Həvəslə düyməyə 
basıb qapını açdım. Axsayırdı. 
Diqqətlə baxanda gördüm ki, 
üst dodağı da yarılıb. Bunu 
görmək 
mənə 

qədər 
əzabverici idi ki, gətirdiyi 
medalı belə görmədim. Elə ilk 
andan deyinməyə başladım. 
“Niyə rəqibin diqqətli deyildi? 
Bu necə yarışdır axı?! Bəs 
hakim hara baxırdı?!” 
Silahlı qüvvələrin ölkə üzrə karate çempionatı, üçüncü 
yer, 2015 


284 
Bahar, 2015 
Dehlaviyə, mart 2014 
Həmidlə birgə cənub səfərində 


285 
Həmid qardaşı Həsənlə Suriyaya hazırlıq təlimlərində, 
2015 
Həsənin özü pasdar idi, Həmiddən çox xidmət etmişdi. 
Ezam ərəfəsində hansının Suriyaya gedəcəyini müzakirə 
edirdilər. Qanuna görə, hər ailədən yalnız bir nəfər gedə 
bilərdi. Həmid qardaşına demişdi: “Qardaş, sənin övladın 
var. Sən qal, mən gedim. Sonrakı göndərişdə də sən 
gedərsən”. 
Həmid və Şəhid İlyas Çegin
Həmid və Şəhid İlyas Çegini 
Hər üçü bir gecədə şəhadətə qovuşdu, ancaq dostlarının 
cəsədi həzrət Zeynəbin yanında qaldı.
Həmid və Şəhid 
Zəkəriyya Şiri


286 
Həmid əsgərləri ilə birgə 
İyun 2011 
İş yoldaşlarından çox əsgərlərlə şəkil çəkdirmişdi, 
onlarla dost kimi rəftar edirdi, heç vaxt əmrlə danışmırdı. 
Əsgərdən bir şey almalı olanda “gətir” demirdi, deyirdi ki, 
haradasansa, gəlim götürüm. 
Həmid Suriyaya hazırlıq təlimlərində, 2015 
Həmid onluğa beş güllə vurub. 


287 
Məşhəddə tibbi yardım kursu, 2013 
Nişanlı vaxtımızda tibbi təlimlərdə iştirak etmək üçün 
üç aylıq Məşhədə getməli idi. Ertəsi gün hələ sübh 
namazının səccadəsindən qalxmamış zəng vurub dedi: 
“Burda, təlim düşərgəsində gözəl yasəmən gülləri yetişib. 
İndi onların yanından danışıram. Bu güllərdən sənin 
səccadənin ətri gəlir”. 
Səccadəmin arasına qoyduğum qurumuş yasəmən 
gülünü iyləyib dedim: “Nə gözəl! Onda hər axşam 
danışacağımız yer o yasəmən güllərinin yanı olsun”. 
Həmid xidmət etdiyi hərbi hissədə, 2013 


288 
Həmid şəhid dəfnində, 2015 


289 
Hərbi təlim, 2013 
Suriyaya 
getməzdən 
qabaq 
Həmidə 
keçirdiyim 
xınayaxdı
Çantanı 
hazırlayandan 
sonra xına düzəldib dedim: 
“Həmid, düzü, bilmirəm nə 
vaxt gedəcəksən və nə vaxt 
əməliyyatda 
olacaqsan. 
Ancaq 
istəyirəm 
ki, 
əməliyyat gecəsi xına yaxan 
döyüşçülər kimi sənə də 
xına 
yaxaq. 
Əgər 
sağ-
salamat qayıtsan, heç, ancaq 
qismətində 
şəhid 
olmaq 
varsa, indidən xınayaxdı 
edirəm 
ki, 
şəhadətinin 
sabahısı toy günün olsun. 
Sənin xoşbəxtlik və xeyirli 
aqibət günün hər kimiz üçün 
ən gözəl gündür. Üstünə ağ 
parça atıb ayağının altına qəzet qoydum. Niyyət edib saçına, 
saqqalına və ayaqlarına xına yaxdım.


290 
Şəhidlər prospektində vida mərasimi,
Həmid Qəzvinin ilk hərəm şəhidi idi. Xeyli insan 
gəlmişdi. Ancaq dostlarının bir çoxundan xəbər yox idi. 
Bəziləri Suriyada idilər, bəziləri də bir müddət öncədən 
Ərbəin səfərinə yollanmışdılar. 


291 
Gözləyirdim ki, Həmidi yuxarı qaldırsınlar, onu görə 
bilim. Tabutu qaldıranda cana gəldim. Yol yeriyə 
bilmirdim, rəfiqələrim və bacım qolumdan tutub 
aparırdılar. Dedim: “Xahiş edirəm, Həmidlə birlikdə 
hərəkət edək. Nə qabağa keçək, nə də geri qalaq!” Son 
dəfə onunla birlikdə addımlamaq istəyirdim. 
Bu qısa zamanda hər gün daha çox sevdiyim, qəlbimin 
sevgisilə aşıb-daşdığı, müştərək həyatımızın enişli-
yoxuşlu bütün anlarında dağ kimi yanımda olmuş əziz 
həyat yoldaşımdan halallıq istəyirəm. 
Qüsl veriləndən sonra yoldaşıma bir müddət mənimlə 
tək qalıb dərdləşməyə icazə verilsin. 


292 
Son görüş 
Qəzvinin Meracüş-şühəda məzarlığı 
Həmidin vəsiyyətnaməsində yazdığı kimi, məni on beş 
dəqiqə onunla baş-başa buraxdılar. Həmişə düşünürdüm 
ki, bir şəhid xanımı belə bir anda yoldaşına nə deyə bilər! 
Bu 
son 
dəqiqədə 
nə 
deyəcəyimi 
əvvəlcədən 
hazırlamışdım. Ancaq hamısını unutmuşdum. Başımı 
qulağına yaxınlaşdırıb dedim: “Yadında qalsın! Səni 
sevirəm! Özü də çox sevirəm!” Cavab gözləyirmişəm kimi 
başımı geri çəkdim. Bir neçə dəqiqə sükut edib, yenə 
qulağına dedim: “Həmid, səni sevirəm!” 
Əlimi son dəfə üzünə qoydum. Bu əlimlə mehriban və 
isti çöhrəsini həmişə nəvaziş edərdim. İndi isə çox soyuq 
idi. Soyuqluğu adamın iliyinə işləyirdi. Tapşırmışdılar ki, 
Həmidin yarıaçıq gözlərini bağlamayın, anasını və 
xanımını son dəfə görə bilsin. Özüm gözlərini öpüb, 
bağladım. 


293 
Suriyadan gətirilən əşyaları: 
Daraq, üzük, möhür, toy saatı 
və qanlı kimlik nişanı 
Mənə ən çətin günlərdən biri 
döyüş yoldaşlarının 21 dekabrda 
Həmidin çantasını gətirdikləri gün 
idi. Həmidin çantası mənə yelda 
gecəsində çatdı. O günü qəhər 
içində keçirdim. Qaranlıq düşəndə 
hamının gözündən uzağa çəkildim. 
Çantanı 
qucaqlayıb 
Həmidlə 
birlikdə keçirdiyim bütün yelda 
gecələrini xatırladım. İndi isə ondan qalan yalnız bir çanta 
əşya vardı. Səhərə qədər ağladım. Həmidə öz əllərimlə 
hazırladığım çanta idi. 
Həmidin şəhadətindən sonra ilk novruz süfrəsi, 2016 


294 
Pasdar günü, 2016 
Qəzvinin şəhidlər məzarlığı 
Payızı, qışı, yazı, yayı -bütün fəsilləri Həmidlə birgə 
şəhidlər xiyabanında sınaqdan keçirdim. Bəzi fikirlər 
beynimdən bir an belə çıxmırdı: “Torpaqda uyuyan 
əzizimin bədəni çürüyüb, ya yox? Ağrı hiss edib, ya yox?” 
Hava isti olanda, soyuyanda, qar yağanda narahat olursan. 
Baxmayaraq ki, hər şeyin bitdiyini, ruhun bədəndən 
çıxdığını çox gözəl bilirsən. 


295 
Əlvida, ey bəyaz gecələrin şeiri! 
Əlvida, ey sevgi romanı! 
Əlvida, ey eşqin gözəl səhəri! 
Əlvida, ey axşam şeirinin ətri! 
Əlvida, ey həmişəki həmsöhbətim! 
Əlvida, ürəyimə qonmuş kədərim! 
Sən tək qalmazsan, ey mənsiz qalan! 
Səni yorğun qəlblərə tapşırıram mən! 
Səni tapşırıram işıqlı ayın minasına! 
Səni dəryalara tapşırıram mən! 
Səni gecəyə tapşırıram ki, yanmasın! 
Səni ölməz ürəyə tapşırıram mən! 


296 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin