“Hara gedirsən? Niyə məni özünlə aparmırsan? Bu son
anlarında necə də anana oxşayırsan...”
Həmin rövzəni bir az dəyişib Həmid üçün oxudum:
“Həmid! Hara gedirsən? Həmid, olar getməyəsən?
Həmid, məni də özünlə apar! Həmid, necə də anana
oxşayırsan”.
227
Saat 11-də dostları ilə birgə peyvənd vurdurmağa getdi.
Qayıdanda hər şeyi hesabladıq. Təhsil aldığı universitetin
hesabına ayda 16 min tümən yatırmalı idim. Universiteti
bitirməyə üç semestr qalmışdı. Onu da ezamiyyətlərin
çoxluğuna
görə
bitirə
bilməmişdi.
Universitetdən
demişdilər ki, ezamiyyətdə olduğun üçün imtahanda səni
nəzərə alacağıq, o isə qəbul etməmişdi. Diplom alacağı
təqdirdə maaşının artdığını bildiyindən, istəyirdi ki, bütün
dərsləri oxuyub imtahan versin, aldığı pul da halal olsun.
Qərara gəldik ki, hər ay təhsil haqqını ödəyim, qayıdanda
imtahanlarını verib diplomunu alsın.
Korpusdan aldığı maaşdan yetmiş tümən qalmışdı.
Dedi ki, o pulları atama verim, korpusa qaytarsın. Bizə
veriləcək ev barədə dedim:
-Əgər sən gəlməmiş evi versələr, nə edək?
-O vaxta qədər verəcəklərinə inanmıram. Versələr də,
əşyaları apararsız, özüm qayıdanda rəngləyib əşyaları
düzərik.
Yeni evin həvəsilə bütün təmizləyici maddələri bir neçə
həftə öncədən alıb evə qoymuşdum. Axı haradan biləydim
ki, hazırkı ev Həmidlə yaşadığım ilk və son ev olacaq?!
Gecə saat on ikidə yatdı. Səhər saat beşdə durub hərbi
hissəyə gedəcəkdi. Zəngli saatı beşə iyirmi dəqiqə işləmişə
qurdum. O, rahat yatsa da, mənim gözümə yuxu getmədi.
Pəncərədən saçan ay işığı onun üzünü işıqlandırırdı.
Gözlərimi üzünə dikib səssiz-səmirsiz göz yaşlarına qərq
oldum. Yastıq islandı. Yerimdə qərar tuta bilmirdim. Otağı
obaş-bubaşa gəzib zikr deyir, sonra gəlib yanında
otururdum. Getməsinə mane olacaq səbəblər axtarırdım.
Sanki məntiqimlə hisslərim müharibəyə başlamışdı. Öz-
özümə deyirdim ki, bəlkə duranda qarınağrısı tutdu, bəlkə
ayağı burxuldu. Ancaq ürəyimin dərinliyində başından bir
228
tük əskik olmasına belə razı deyildim. Öz-özümə təlqin
edirdim ki, öncələr olduğu kimi, inşallah, bu dəfə də sağ-
salamat qayıdacaq.
Azana bir saat qalmış yuxudan oyatdım. Həyatımızın
hər günündə olduğu kimi, bu dəfə də ona səhər yeməyi
hazırladım. Çox sevdiyi tomatlı yumurtanı bal, darçın və
iydə tozundan hazırladığım məcunla birlikdə süfrəyə
qoyub dedim:
-Həmid, gec olmamış ye. Mən bir yerdə qərar tuta
bilmirəm. Qorxuram ki, göz-gözə gələk, yenə ağlamağa
başlayım.
Süfrədə oturanda dedi:
-Son səhər yeməyini mənimlə yemək istəmirsən?
Sanki ürəyimə xəncər sancıldı. Qulağım dediyi sözü
eşitsə də, beynim inkar edirdi. Mətbəx başıma fırlanırdı.
Qəhər içində dedim:
-Niyə belə deyirsən? Məgər ilk dəfədir ezamiyyətə
gedirsən?!
-Kaş səsini yazıb, özümlə apara bilsəydim! Hər qulaq
asanda rahatlaşardım.
Axı qərara gəlmişdik ki, harda imkan olsa, zəng
edəcəksən! Bax, mən sənin zənglərini gözləyəcəm.
Yanında oturdum. Özü yemək tikələrini götürüb mənə
verirdi. Baxışlarında xüsusi enerji var idi. Dedim:
-Həmid, həzrət Zeynəbin (ə) hərəminə çatanda mənim
üçün xüsusi dua edərsən.
-Gözüm üstə, əzizim! Ora çatanda deyəcəm ki, bibi
can, xanımım həmişə yanımda oldu, Fərzanə həyatda dik
dura bildiyi üçün mən indi İslam və etiqadım uğrunda dik
durmağı bacardım. Deyəcəm ki, Fərzanənin gözləri
yaşaranda, mən ondan niyə ağladığını soruşanda heç nə
229
demirdi, gözdən uzaq bir yerə çəkilib ağlayırdı ki, iradəm
zərrə qədər də olsa, zəifləməsin.
İş yoldaşı zəng vurub küçənin başında gözlədiyini
bildirdi. Tez hazırlaşdı. Mavi xətli ağ köynək, qara
gödəkcə və boz şalvar geyinmişdi. Bu dəfə onun daha gec
hazırlaşmasını istəyirdim, ancaq o, getməyə çox həvəsli
idi.
İçimdə böyük bir təlatümlə Quranı qapının ağzında
tutdum. Çıxarkən dedim:
-Kaş özünlə telefon apara biləydin, Həmid! Səni and
verirəm həzrət Zeynəbə (ə), məni xəbərsiz qoyma, imkan
olan kimi zəng vur”.
-Narahat olma! İmkan yaranan kimi zəng edəcəm.
Ancaq bir məsələ var. Suriyadan zəng edəndə səni
sevdiyimi necə deyərəm? Yanımda başqaları da olacaq.
Onlar belə dediyimi eşitsələr, utandığımdan yerə girərəm.
Birdən oxuduğum şəhid xatirələri yadıma düşdü.
Bəziləri bu kimi vəziyyətlər üçün aralarında xüsusi sözlər
seçmişdilər. Həmidə dedim:
-Telefonda “səni sevirəm” yerinə, “yadında qalsın”
deyərsən. Mən anlayacam.
Təklifimdən xoşu gəldi. Pillələri düşə-düşə əl yelləyib
ucadan deyirdi:
-Yadında qalsın! Yadında qalsın!
Təbəssüm edib dedim:
-Yadımdadır! Yadımdadır!
Küçəyə qədər yola salmağa qoymadı. Birinci
mərtəbənin pilləkənindən bayıra açılan pəncərədən
arxasınca su tökdüm. Küçənin başına çatana kimi iki-üç
dəfə döndü, əl yelləyərək sağollaşdı. Uşaqlıqdan küçələrlə
bağlı yaxşı xatirələrim yox idi. Atam bizi göz yaşları
içində anamıza tapşırıb Kürdüstana gedirdi. Əli ilə mən
230
ağlayaraq
korpusun
maşınının
arxasınca
qaçırdıq.
Atamızdan ayrılmaq hər dəfə daha da çətinləşirdi.
İndi yenə saoğllaşmaq, yenə küçə... Ancaq bu dəfə
gedən Həmid idi.
Əliylə işarə verdi ki, içəri girim. Ancaq girmək
istəmirdim. Beynimdə bir səs fəryad qoparırdı: “Həmid!
Bir az yavaş! Axı niyə bu qədər tələsirsən?! Qoy sənə
doyunca baxım!” Ancaq bütün bunlar sadəcə, beynimin
fəryadları idi. Həmidin gördüyü yeganə şey hər addımını
izləyən baxışlarım idi. Vüqarlı və iradəli addımlar atırdı. O
gündən sonra bir daha yol getməyini izləmək mənə qismət
olmadı.
Pillələri bir-bir çıxıb evə girdim. Evdə hər şey Həmidi
səsləyirdi. Evin divarları həmişəkindən də çox darıxırdı.
Evimiz balaca olmasına rəğmən, Həmidin sayəsində bir
dünya məhəbbət və mehribanlıqla dolu idi. Ancaq indi
dözümsüz bir qəfəsə dönmüşdü. Nəfəsim daralırdı. O
qədər məhəbbət dolu ev birdən-birə qaralmış, daralmışdı.
Azandan sonra səccadədə oturub doyunca ağladım.
Ürəyim sakitləşsin deyə namazdan sonra Quranı açdım,
niyyət tutub, istixarə etdim. Qarşıma bu ayə çıxdı:
“Biz sizi canınızla və malınızla imtahan edərik. Elə isə
səbrli olun...”
Bu ayəni oxuduqdan sonra sakitləşdim. Bütün
vücudumla Allahdan istədim ki, həyatımın ən böyük
imtahanında mənə yardım etsin.
Səccadəni yığışdıranda gözüm Həmidin öz əliylə
qoyduğu möhürə sataşdı. Ona əl vurmadım, öz-özümə
dedim: “Həmid nə zaman qayıtsa, möhürləri də özü
götürər”. Qoyduğu və ya asdığı heç bir şeyə əl vurmadım,
hamısı olduğu kimi qaldı.
|