Min dənə yaqut,
Yanaşı düzülüb.
Səliqə-sahmanla,
Bir yerdə əyləşib...
Dodağımda gülüş şeir oxuya-oxuya Həmidə nar
dənələməkdən ləzzət alırdım. Dənələnmiş nara duz vurub
soyuducuya qoyurdum. Evə gələndə də yeməyə macal
vermirdi. Turş olduğundan, mən bir-iki qaşıqdan çox yeyə
bilmirdim, ancaq Həmid o qədər narı birnəfəsə yeyib
bitirirdi.
158
Şam yeməyindən sonra Xeymətül-Abbas dəstəsinə
getməyə hazırlaşdıq. Səidlə yoldaşı da bizimlə gəldilər.
Adətən, hər həftə şam yeməyindən sonra dördümüz
birlikdə əzadarlığa gedirdik. Məclisdən sonra digər
xanımlarla ehsan süfrəsini hazırlayırdıq. Məclisdən
sonrakı dostyana söhbətlərimiz bir dünyaya bərabər idi.
Xanımlar ikinci mərtəbədə, kişilər də hüseyniyyə şəklində
düzəltdikləri birinci mərtəbədə olurdular. Məclisdən
qayıdana qədər gecənin yarısı olurdu.
Həmin gün yorğunluqdan evə tez qayıtmaq istədim. Biz
küçəyə çatanda altsheymer xəstəsi olan yaşlı qonşumuz
həmişəki kimi qapının ağzında oturmuşdu. Onun gündəlik
işi qapının ağzına stul qoyub oturmaqdan ibarət idi. Həmid
hər dəfə yanından keçəndə hörmətlə salam verirdi. Bəzən
motosikletini saxlayıb hal-əhval tutur, sonra yoluna davam
edirdi.
O gün də qocaya çox səmimi şəkildə salam verib, hal-
əhval tutdu. Ondan bir neçə addım uzaqlaşandan sonra
dedim:
-Həmid can, bu qocaya hər dəfə salam verməyə ehtiyac
yoxdur. O, ümumiyyətlə, heç nə anlamır. Əqli problemi
olduğuna görə, yadında heç nə qalmır.
-Əzizim, o anlamır, mən ki anlayıram. Əmin ol ki, bir
gün bu qocaya hörmətimin nəticəsini görəcəksən.
Həqiqətən də dediyi kimi oldu. Bir gün bu hörmətin
cavabını çox gözəl şəkildə gördüm.
***
Mayda tələbələrlə birgə universitetdən Məşhədə
yollandıq. Onsuz səfərə çıxanda heç birimizə problem
olmurdu. Çünki bir-birimizin dostlarını çox yaxşı
tanıyırdıq. Hər dəfə hərəmə girəndə bal ayı səfərimiz
yadıma düşürdü. O səfərin bütün göz yaşları və gülüşləri
159
əbədiyyətə qədər yadımda qalacaq. Həmidlə birlikdə
keçmiş o ziyarətin şirinliyi mənimçün bir də heç vaxt
təkrarlanmadı.
Elə birinci ziyarətimdən sonra hərəmin Came Rəzəvi
həyətindən Həmidə zəng etdim. Onun üçün çox
darıxmışdım. Söhbətimiz eşqlə aşıb-daşırdı. Sağollaşanda
dedim:
-Həmid, bu gün cümədir, cümə namazını unutmayasan.
Evdə qalma. Cüməyə getsən, həm savab qazanarsan, həm
də vaxt tez keçər, təklik səni sıxmaz.
Gülüb dedi:
-Deməli, xəbərin yoxdu. Biz indi dostlarla dəniz
kənarındayıq. Çox üzüb, suya kəllə vurduq. Namazı da
qılmışıq. İndi yeməyə gedirik.
Məni qatara mindirən kimi dostlarıyla şimala getmişdi.
Öncədən planlaşdırılmamış belə birgünlük səfərlərə çox
gedirdi. Axşam saat səkkizə kimi dəniz kənarında qaldı.
Mən həyəcan keçirir, hər dəfə zəng edəndə deyirdim:
“Həmid, dəniz təhlükəlidir, yollarda da tıxac var. Evə tez
qayıt!”
Səfərimin axırıncı günü vida ziyarətindən sonra
rəfiqələrimlə bazara hədiyyə almağa getdim. Həmidə
gözəl bir hədiyyə almaq istəyirdim. Xeyli axtarışdan sonra
mağazanın
vitrinindəki
mavi
dama-dama
köynək
diqqətimi cəlb etdi. Elə onu da aldım.
Məşhəddən qayıdanda məni qarşılamağa gəldi. Rəftar
və danışığından aydın görünürdü ki, bu bir neçə gündə
mənimçün çox darıxıb. Özüm də ondan geri qalmırdım.
Ev səliqəli idi. Nahara makaron bişirmişdi, ancaq çəkilmiş
ət yerinə tikə ətlərlə. Dedi:
-Fərzanə xanımın mübarək gəlişi münasibətilə şahlara
layiq yemək bişirmişəm. Çəkilmiş ət nədir -xırda-xırda!
160
Köynəyi qutudan çıxaran kimi geyindi. Əyninə böyük
gəldi. Dedim:
-Həmid can, bəxtin yoxdur. Bütün bazarı gəzib çox
həvəslə bu köynəyi almışdım; heyf, böyük gəldi.
-Sən almısan deyə, mənimçün çox gözəldir. Sabahdan
bunu geyinəcəm.
Min bir zəhmətlə köynəyi əynindən çıxarmağa nail
oldum. Onun bu köynəkdən asanlıqla əl çəkməyəcəyini
bildiyim üçün ev yiyəsi Keşavərzin yanına getdim. O,
dərzi idi. Həmidin əyninə kiçiltməsi üçün köynəyi ona
verdim.
Həmid gəzmək təklifini edəndə yol yorğunu olmağıma
baxmayaraq, “yox” deyə bilmədim. Yayın son günlərində,
bir neçə günlük ayrılıqdan sonra onunla birlikdə
addımlamağın başqa bir ləzzəti var idi. Uzun bir
axşamçağı idi, hava soyumağa başlayırdı. Hər tərəfdən
payız qoxusu gəlirdi. Çinar ağaclarının yarpaqları yavaş-
yavaş saralırdı. Həmidin və ayaqlarımızın altında
xışıldayan yarpaqların səsi, həqiqətən, çox ürəkaçan idi.
Yolun ortasında dondurma mağazasına girdik. Həmid
iki ədəd böyük dondurma aldı. Əslində, hər ikisini özü
üçün aldı. Mən adətən, bir-iki qaşıq yeyəndən sonra
şirinliyi iştahımı vururdu, qalanını ona verirdim. Ancaq bu
dəfə iştaha gəlib, Həmidlə bərabər bütün dondurmanı
yedim. Beş-altı qaşıq yeyəndən sonra Həmid götürdüyüm
hər qaşığa gözünü dikirdi. Dondurmanı bitirdikdən sonra
mənim boş qalmış dondurma qabıma baxanda planının baş
tutmadığını anladı.
-Axıra kimi yedin? İştahını vurmadı? Yəni bir qaşıq da
saxlamadın?
Gülərək dedim:
161
-Bağışla, əzizim, məgər mənə almamışdın?! Düzü,
haçan idi, səni görmürdüm. İndi ki qayıtmışam, iştahım
açılıb. Bu dəfə axıra kimi yemək istədim.
Təbəssüm edib ayağa durdu və özü üçün bir dondurma
da sifariş verdi.
İki-üç gündən sonra köynək hazır oldu. Xanım
Keşavərz həmişə olduğu kimi, bu dəfə də şirin dillə
“Anam, Fərzanə!” -deyə məni səslədi, köynəyi verib dedi:
-Qızım, keçən il məhərrəm ayında nəzir eləmişdik,
buna görə, sizi əziyyətə salırdıq. Ehsan yeməyini
hazırlamaq üçün həyətdə işləmək məcburiyyətində idik.
Yoldaşım dedi ki, razısınızsa, siz ikinci mərtəbəyə çıxın,
biz düşək birinci mərtəbəyə.
Evləri dəyişmək məsələsini Həmidə söylədim. O, razı
idi.
-Bir cəhətdən də ev sahiblərinə kömək olar, hər gün bu
qədər pilləni çıxıb-düşmək məcburiyyətində qalmazlar.
Ancaq yaxşı olar ki, evləri karate üzrə respublika
çempionatından sonra dəyişək.
***
Həmid silahlı qüvvələrin ölkə üzrə karate çempionatına
gedəndə özümü ağlıma gələn hər şeylə məşğul edirdim ki,
mümkün olduğu qədər az darıxım. Namazda qələbə
qazanması üçün dua edirdim. Yerə-göyə sığmırdım. Yarış
üç gün çəkdi. Həmidin tez qayıtmasını istəyirdim. Yarış
günü nə etdimsə, nəticəni mənə demədi.
Günbatana yaxın qapının zəngi çaldı. Həvəslə düyməyə
basıb qapını açdım. Axsayırdı. Diqqətlə baxanda gördüm
ki, üst dodağı da yarılıb. Bunu görmək mənə o qədər
əzabverici idi ki, gətirdiyi medalı belə görmədim. Üçüncü
yeri tutmuşdu. Elə ilk andan deyinməyə başladım.
162
-Niyə rəqibin diqqətli deyildi? Bu necə yarışdır axı?!
Bəs hakim hara baxırdı?!
Medalı mənə verdi, gülərək dedi:
-Yarış dediyin belə olar. Sən özün də bu işlərin
içindəsən. Bilirsən ki, yarışda belə hallar çox olur. Mən də
rəqibimi çox vurdum. Necə lazımdırsa, xəcalətindən
çıxdım. Sən narahat olma!
Bilirdim ki, bu sözləri məni sakitləşdirmək üçün deyir.
Hətta yarışda belə, rəqibinə ağır zərbə vuracaq əxlaqa
sahib deyildi. Ayaq barmaqlarından ikisi xəsarət almışdı.
Hər ikisini yapışqanla bağlayıb, bintlə sarıdım. Yarılmış
dodağını da bir neçə dəfə təmizlədim. İstəyirdim ki,
qardaşının övladı dünyaya gələnə qədər vəziyyəti düzəlsin
və üzündə iz qalmasın.
Məhərrəm ayına bir neçə gün qalırdı. Oktyabrın
axırlarında ikinci mərtəbəyə köçdük. Müştərək həyatımıza
başladığımız mühiti hətta bu həddə dəyişmək də mənə çox
çətin idi. O evin hər guşəsindən xatirələr var idi. Evimiz
kiçik olsa da, həyatımın ən gözəl günlərinə şahid olmuşdu.
Əşyaları bir neçə gün öncədən qutulara yığmışdım.
Köçən gün universitetdə dərsim var idi. Qayıdanda
gördüm ki, Həmid ev yiyəsi və oğlu ilə təxminən bütün
əşyaları daşıyıb. Ev köhnə olduğundan pilləkəni dar və
yöndəmsiz idi. Əşyaları min bir əziyyətlə daşımışdılar.
Həmid adətən, bütün işlərini özü görmək istəyirdi, heç
kimə əziyyət vermək istəmirdi. Buna görə də, heç kimi
köməyə çağırmamışdı.
Yuxarı mərtəbə də balaca idi. Fərqləri bundaydı ki,
ikinci mərtəbənin qonaq otağı böyük, əvəzində yataq otağı
kiçik idi. Evə on beş pillə qalxırdı. Giriş qapısı köhnə idi,
ortası şüşə ilə bəzədilmişdi. Otaqların heç birinin yerinə
metlax döşənməmişdi, hamısı gipsdən idi.
163
Həmidlə bütün evi süpürdük, sonra da silib qurutduq.
Təmizlik işi bitəndən sonra yerə karton sərdik. Kartonların
da üzərinə xalça sərib əşyaları düzdük. Qonaq otağına iki
ədəd altımetrlik xalça sərdik, on iki metrlik xalçamızı
sərməyə isə yer olmadı.
İkinci mərtəbənin mətbəxi nisbətən kiçik idi, yalnız bir-
iki çəkməcəsi vardı. Buna görə də, boşqab dəsti kimi bəzi
əşyalarımı kartona qoyub, dama çıxan pilləkənə düzdüm.
Qonaq otağı böyük olduğu üçün atamgildə qalmış yemək
və telefon masası kimi bəzi əşyalarımızı gətirdik. Giriş
qapısının ağzında köhnə taxça var idi. Həmidin mənim
doğum günündə aldığı gülü, rəhbərin şəklinin yanına
qoydum. Sadə ev, eyni zamanda məhəbbət və sevinclə
dolu idi. Bəzən sadəliyin özü də bir gözəllikdir!
O gündən sonra Həmid nə zaman pilləkəndən qalxmaq
və ya düşmək istəyirdisə, bir neçə dəfə “ya Allah” deyirdi
ki, birinci mərtəbədə qapı açıq olsa, Həmidin gəldiyini
bilsinlər. Qapının girəcəyinə İmam Baqirdən (ə) bir hədis
yapışdırmışdı. Hər səhər evdən çıxanda onu oxuyur, sonra
gedirdi.
Hər iki mərtəbənin ortaq nöqtəsi gün boyunca bayırdan
gələn uşaqların səsi idi. Bizim evimiz Qəzvinin hərəkətli
məhəllələrindən olan Nəvvab prospektində yerləşirdi.
Küçədən
heç
vaxt məhəllə
uşaqlarının
səs-küyü
kəsilmirdi.
İmtahanlar yenicə başlamışdı. Evdə oturub dərsləri
təkrarlayırdım. O qədər səs-küy var idi ki, bir səhifəni beş
dəfə oxuyurdum, ancaq yenə də anlamırdım. Uşaqların
səsi diqqətimi yayındırırdı. Kitabları kənara atıb doyunca
ağladım. Öz-özümə dedim ki, bura qətiyyən dərs oxunası
yer deyil. Subay vaxtı da bu qədər həssas idim. İmtahana
164
hazırlaşdığım zaman bəzən evə qonaq gələndə dərslərimi
zirzəmidə oxuyurdum.
Bu kimi vəziyyətlərdə Həmid sakitləşdirici rolunu
oynayırdı. Deyirdi:
-Xanım, uşaqların bu cür sevinc içində oynamaları
yaxşıdır, yoxsa Allah eləməmiş, xəstələnib yatağa
düşmələri?! Bu cür hərəkətli olmaları yaxşıdır, yoxsa
kompüter və ya telefon oyunları oynamaları?! Sabah bizim
uşaqlarımız oynamaq istəyəndə də belə edəcəksən?!
Sözləri ilə təskinlik tapırdım. Sonda anladım ki, dərs
oxumaq üçün ən yaxşı vaxt gecə saatlarıdır. İmtahanım
olanda gecə saat on ikidən sonra dərs oxumağa
başlayırdım. Bu saatlarda küçədə səs-küy olmurdu.
Bu metodla ilk imtahanım üçün lazım olan 400
səhifəlik kitabı təkrarlaya bildim. İmtahanda əksər suallara
doğru cavab verdiyim üçün sevinclə evə döndüm. Evə
çatanda gördüm ki, bütün otaqlar tüstü içindədir. Öz-
özümə dedim ki, yəqin, Həmid üzərlik yandırıb. Ancaq
üzərlik tüstüsünə də oxşamırdı. Mətbəxə keçəndə
gözlərimə inanmadım. Xalçanın bir tərəfi yanmışdı.
Soruşdum:
-Həmid, bu tüstü nədir belə? Xalça niyə yanıb?
-İstədim sən gələnə qədər üzərlik yandırım, ancaq
qəfildən qab əlimdən düşdü, xalçanın bir tərəfi yandı.
Bizim davalarımız daha çox zarafata bənzəyirdi.
Dedim:
-Gözüm aydın! Mənim cehizimi yandırdın. Gərək
eynilə bu xalçadan alasan.
Xalçanın yanması bir tərəfə, iki gün əlimə dəsmal alıb
pəncərələrin tüstüsünü silməklə məşğul oldum. Bizə kim
gəlirdisə, elə bilirdi ki, evimiz yanıb.
165
Məhərrəm ayında hava soyuq olsa da, əzadarlığa
motosikletlə gedirdik. Tasua gecəsi hava olduqca soyuq
idi. Ancaq yenə də motosikletlə yola düşdük. Həmid
zarafata dedi:
-Bu vaxt camaatı dəyənəklə döysələr də, bayıra
çıxmazlar. Biz də motosikletlə əzadarlığa gedirik.
Əlini dizimə qoyub əlavə etdi:
-Fərzanə, ayaqların donub?! Dərd çəkmə, sənə maşın
alacam, daha əziyyət çəkməyəcəksən.
Əllərimi Həmidin gödəkçəsinin cibinə saldım. O da bir
əlini əlimin üstünə qoydu. Qəzvinin kəsici payız
soyuğunda qəlbimi isidən yeganə şey onun məhəbbət dolu
əlləri idi.
Digər gecələrdə olduğu kimi, onda da çox sinə
vurmuşdu. Məclisdən çıxanda səsi tutulmuş, gözləri
qızarmışdı. Tutqun səslə ilk dediyi bu oldu: “Allah qəbul
etsin!”
Gözlərinin qızartısını hiss etməyim deyə, gözlərimin
içinə baxmamağa çalışırdı. Şur sinəzənlə, yuxarı-aşağı
atılmaqla arası yox idi, ancaq həddən artıq sinə vururdu.
Ağa Mütiinin sinəzənlərini daha çox sevirdi. Əza
dəstələrində yeniyetmələrə məddahlıq dərsi keçiləndə
müəllimə demişdi: “Bunlara şur sinəzənlər öyrətmə, rövzə
oxumağı öyrət ki, məclisdə insanları ağlatsınlar”.
Həzrət Abbas (ə) gecəsi Həmid üçün xüsusi əhəmiyyət
kəsb edirdi. Qayıdanda motosikletə minərkən dedi: “Çox
istəyirəm ki, həzrət Abbas (ə) kimi hərəm müdafiəçisi
olum, əl-ayağımı həzrət Zeynəbə (ə) fəda edim”.
Onun çox sinə vurduğunu bilib dedim:
-Həmid, az sinə vur, ya da bir az sakit vur. Özünü bu
qədər əziyyətə salmağa ehtiyac yoxdur.
Cavabı çox maraqlı idi.
166
-Fərzanə, bu sinə, vurmaqla heç vaxt yanmaz; nə bu
dünyada, nə o biri dünyada.
Bu sözünü dəfələrlə təkrarladı və mən sonralar səbəbini
anladım.
***
Bir müddətdən sonra Həmidə telefonla mesaj yazmaq
ürəyimə yatmırdı. İstəyirdim ki, öz əlimlə, öz xəttimlə
məktub yazım. Kiçik məktublar yazırdım. Həmid adətən,
işə məndən tez gedir, tez də gəlirdi. Əlimə keçən hər
kağıza bir şey yazıb evə qoyurdum. Nə vaxt dərsimin
bitəcəyini, naharı necə qızdırmalı olduğunu, özündən
muğayat olmasını yazırdım. Sevgimi bu şəkildə bildirir,
sadəcə “salam” yazmaqla olsa belə, hər gün nəsə yazıb
güzgünün qarşısına qoyurdum. Bu, çox xoşuna gəlirdi,
deyirdi ki, yazıların qısa olsa da, bütün yorğunluğumu
çıxarır. Deyirdi ki, gün gələcək, səni bu kağızlarla qəfil
haqlayacağam.
Universitetdən bir günlüyə Tehrana gedəsi oldum.
Nahara lobyaplov hazırlamışdım. Balaca bir kağıza
yazdım: “Əzizim Həmid! Bu gün Tehrana gedirəm.
Yeməyi qızdıranda özündən muğayat ol. Özünə mənim
bol-bol salamımı çatdır”.
Kağızı soyuducunun qapısına yapışdırıb evdən çıxdım.
Tehran səfəri dedikləri vaxtdan tez qurtardı. Təxminən
saat altıda küçəmizə çatdım. Uşaqlar futbol oynayırdılar.
Yaşlı qonşumuz, həmişə olduğu kimi, qapının ağzında
stulda oturmuşdu. Yanından keçmək istəyəndə Həmidin
sözü yadıma düşdü, qocaya salam verib halını soruşdum.
Qapıya çatanda düşündüm ki, yəqin, Həmid yatıb. Ona
görə qapının zəngini basmadım, açarla açıb yuxarı
qalxdım. Qapını açanda evdən gələn tüstü üzümə vurdu.
Boğulmaq
üzrəydim.
Göz-gözü
görmürdü.
Payız
167
olduğundan hava tez qaralmışdı. Gördüyüm yeganə şey
kompüterin işıqlı ekranı idi.
Otağa girəndə Həmidi kompuretin arxasında oturan
gördüm. Məni görən kimi başını qaldırdı və evə tüstü
dolduğunu onda anladı. Dedim:
-Həmid, burda nə baş verir? Diqqətin hardadır? Bu
tüstü nədir belə? Yemək yemisən?
-Yox, yeməmişəm – dedi, sonra birdən “vay, yemək
yandı!” qışqıraraq mətbəxə qaçdı. Saat üçün yarısından
yeməyi qızmağa qoymuş, sonra kompüterin arxasına keçib
diplom işi üzərində işləməyə başlamışdı. Başı o qədər
qarışmışdı ki, qazın üstündə yemək olduğunu tamam
unutmuşdu. Yemək kül olmuş, üstəlik, qazan da yanmışdı.
Bəxtimiz gətirdi, ev yanmadı. Bilirdim ki, yemək
lobyaplov olduğu üçün unutmuşdu, əgər fisincan olsaydı,
heç qızmağa da imkan verməz, qazın üstündəcə yeyərdi.
***
2014-cü ilin payızında hər ikimiz universitetə gedirdik.
Həmid adətən, axşamüstü olanda kompüter arxasında
oturub universitet işləri ilə məşğul olurdu. Yarım saat
olardı ki, kompüterin arxasındaydı. Otağa girib onu bir az
incitdim. Yarım saatdan sonra yenə gəldim, gözlərini
bağlayaraq dedim: “Daha bəsdir, Həmid, gəl, otur. Belə
davam etsən, tez yorularsan”. Zarafat və gülüşlə dərsini
asanlaşdırmaq istəyirdim.
Mən də kompüter arxasına keçəndə eyni hadisə
təkrarlanırdı. Həmid hər yarım saatdan bir qonaq
otağından səslənirdi: “Əzizim, gəl, meyvə yeyək. Sənin
üçün darıxdım“. Bir az gecikən kimi gəlib kompüteri
söndürürdü, mən də onu qabağıma qatırdım. Gedib
dəhlizdə gizlənir, deyirdi: “Axı mən nə edim?! Nə qədər
çağırdım, “sənin üçün darıxıram” dedim, gəlmədin”.
168
Mühasibat ixtisasının axırıncı semestrini oxuyurdu.
Demək olar ki, bir-birimizin dərslərini əzbərləmişdik.
Həmidin mənim dərslərimdən xoşu gəlirdi, bəzən
kitablarımı götürüb oxuyurdu. Mənim riyaziyyatım yaxşı
idi. Hərdən riyazi məsələləri həll edib mənə göstərirdi,
səhvlərini yoxlayırdım.
Axırıncı semestrdə yazdığı diplom işinin mövzusu
“Maliyyə auditində özəlləşdirmənin rolu” idi. Mən
dissertasiya yazmaq kursu keçdiyim üçün bacardığım
qədər
kömək
etməyə
çalışırdım.
İşləri
aramızda
bölmüşdük: sahə işləri, araşdırma, anket işləri Həmidin
boynuna, kompüterdə yığmaq, tərtib etmək də mənim
boynumaydı. Gecə-gündüz çəkilən zəhmətlərdən sonra işi
müəllimimizə göstərdik, nöqsanları aradan qaldırdıq.
Həmid diplom işini 20 qiymətlə müdafiə etdi. Aldığı
qiymət həqiqətən də haqqı idi.
Həmidin
müdafiəsinin
ertəsi
gün
hər
ikimiz
xəstələndik. Burnumuz axırdı, öskürək bizdən əl çəkmirdi.
Həkim bizim üçün nüsxə yazdı. Dərmanları alandan sonra
taksiyə mindik. Sürücü rövzə kaseti qoymuşdu. Bizim də
halımız yaxşı deyildi; durmadan ya öskürür, ya da
burnumuzu çəkirdik. Sürücü elə bildi ki, rövzəyə görə
ağlayırıq.
Küçənin başına çatanda Həmid əlini cibinə salıb pulu
vermək istədi. Sürücü dedi:
-Ağa seyid, məlumdur ki, rövzə əhlisiniz. Pul
istəmirəm, mənim üçün dua edin!
O, bir söz söyləməmizi gözləmədən qaza basıb
uzaqlaşdı. Həmidlə birgə yolun kənarında oturub yarım
saat güldük. Özümüzü saxlaya bilmirdik. Həmid zarafata
deyirdi: “Eh, hacıxanım, az ağla da!” Bu sözü deyən kimi
sürücünün sözü yadımıza düşürdü, yenidən gülməyə
169
başlayırdıq. Həmidin zahiri görünüşü və rəftarı elə idi ki,
bəzən onun hövzə tələbəsi olduğunu düşünürdülər.
Bəziləri ona ”ağa seyid” deyə müraciət edirdi. Əlbəttə,
Həmid həmişə mənə seyid olduğunu deyirdi. Onun ata
tərəfindən nənəsi seyid idi.
2014-cü ilin sonlarında Həmidin qardaşı uşaqları
dünyaya gəldi. Noyabrın 29-da böyük qardaşı Həsənin qızı
Kövsər, dekabrın 13-də düz ərbəin gecəsində əkiz qardaşı
Səidin qızı Nərgiz doğuldu. Hüseynin oğlu Məhəmmədrza
da 26.02.15 tarixində dünyaya gəldi.
Bir yerə yığışanda uşaqların səsi kəsilmirdi. Biri
dayanan kimi o biri ağlamağa başlayırdı. Həmid o vaxta
qədər uşaq barədə bir söz demirdi. Ancaq qardaşı uşaqları
dünyaya gələndən sonra çox istəyirdi ki, bizim də
övladımız olsun. Onun uşağa qarşı böyük həvəsi məni
ümidləndirirdi. Düşünürdüm ki, həyatımız torpağa əkilmiş
bir fidandır, böyüyüb qol-budaq açmaq istəyir və beləcə,
illərlə bir-birimizin yanında yaşayacağıq.
Nərgiz dünyaya gələndən bir gün sonra Həmid Loşan
bölgəsinə on beş günlük ezamiyyətə getdi. Ezamiyyətləri
barədə çox sual verməzdim, ümumi məlumatları
soruşurdum ki, bu bir neçə gündə nə yaşadıqlarını öyrənə
bilim. Onu da zarafat və gülüşlərlə öyrənirdim. O, qıdığa
çox həssas idi. Ona deyirdim:
-Həmid, sən İŞİD-in əlinə keçsən, qıdığa qarşı həssas
olduğunu bilsələr, bəsdir, elə ilk andaca hər şeyi açıb-
tökərsən.
Loşandan qayıdandan sonra onu qıdıqlaya-qıdıqlaya
sorğu-sual etməyə başladım. Əlbəttə, o da zirənglik etdi.
Onu qıdıqlayıb soruşanda ki, komandiriniz kimdir, dedi:
“Tağı Muradi”. Dedim: “Kəşfiyyat komandiriniz kimdir?”
Dedi: ”Tağı Muradi”. Nə soruşurdumsa, atamın ad-
170
soyadını deyirdi. Gülərək dedim: “Atam da özünə yeznə
seçib! Sən gərək qayınatanın adını ən axırda çəkəsən”.
Gülüb dedi: “Səhərə qədər qıdıqlasan da, ancaq onun adını
deyəcəm”.
Bəzən keçdiyi təlimlər və ya yeni öyrəndiyi şeylər
barədə danışırdı. Loşan təlimlərində onlara demişdilər:
“Əgər bir inəyin hansısa istiqamətə doğru getdiyini
görsəniz, bilin ki, orada şübhəli nəsə var. Çünki inək hər
şeylə maraqlanır. Hansı tərəfə hərəkət edirsə, orada mütləq
bir şey var. Ancaq inəkdən fərqli olaraq, qoyun haradan
qaçırsa, orada mütləq şübhəli bir şey var. Çünki qoyun
qorxaq heyvandır, ən kiçik səsdən, gördüyü hər şeydən
qorxub uzaqlaşır”.
Hal-əhval tutandan sonra Loşanda çəkdirdiyi şəkilləri
göstərdi. İlk dəfə idi ki, xüsusən mavi gödəkcədə müxtəlif
formalarda bu qədər şəkil çəkdirmişdi. Şəkillərdə, karate
yarışından sonra ayağına bağladığım yapışqan aydın
sezilirdi. Maraqla baxdığım yerdə danışmağa başladı,
digər şəkillərə baxmağa macal vermədi. Dedi: “Bu
şəkilləri şəhadət üçün çəkdirmişəm. Gör, banner şəkli
üçün hansı yaxşıdır?”
Ürəyim yerindən qopdu. Səs tonu nə ciddi idi, nə də
zarafata bənzəyirdi. Onun bu tərz danışığı mənə acı
verirdi. Nə deyəcəyimi bilmirdim. Nişanlı olduğumuz
zamandan telefonundakı şəkillərə baxanda soruşurdu ki,
şəhadət üçün hansı daha münasibdir. O zaman sözlərini
ciddiyə almaz, zarafatla söhbəti dəyişərdim. Ancaq bu
dəfə yerimdə donub qaldım, ürəyim əsdi.
Bu mövzunu davam etdirmək istəmirdim. Ağlıma da
bir şey gəlmirdi. Dedim:
-Ayağın yaxşılaşıb? Orda hava necə idi? Mənə hədiyyə
almamısan?
171
Bir az sükutdan sonra təbəssüm edərək dedi:
-Orda o qədər qaçdıq ki, ayağım lap əla olub. Mən
anama baş çəkənə qədər sən bu şəkillərdən birini seç,
görüm şəhid yoldaşının zövqü necədir.
Həmid bibimlə görüşməyə gedəndə atama zəng edib
dedim: “Ata can, Həmid ezamiyyətdən yenicə qayıdıb, yol
yorğunudur. Bu gün zala gəlməyəcək. Zəhmət olmasa,
məşqi özünüz keçərsiz”.
Həmidə qarşı necə həssas olduğumu hamı bilirdi. Atam
telefon arxasından gülüb dedi: “Həmid mənim bacım
oğludur. Mən ona ad qoyanda sən hələ dünyaya
gəlməmişdin, ancaq indi ona hamıdan çox fikir verirsən.
Aşdan isti kasa olmusan, qız!”
Sağollaşandan sonra yenə şəkillərə baxmağa başladım.
Hər bir şəklə baxanda ağlayırdım. Həmidi ilk dəfə idi belə
görürdüm.
Üzündəki
qeyri-adi
nur
məni
çox
əndişələndirirdi. O nurluluğu görən iş və əza dəstəsindəki
yoldaşları zarafata deyirdilər: “Həmid, yenə nur saçırsan,
üzünə parça sal”. Bu, Həmidin çöhrəsində o qədər aydın
idi ki, şəkillərinin altından “Şəhid Həmid Siyahkali”
yazırdılar. Utancaq gözləri Şəhid Himmətin gözlərinə
oxşadığı üçün onu “Həmid Himmət” səsləyirdilər. Həmidi
tanıyan rəfiqələrimdən biri həmişə mənə deyirdi:
“Bilmirəm nə vaxt, ancaq əmin ol ki, ərin bir gün şəhid
olacaq. Əgər şəhid olmasa, mən Allahın ədalətinə şübhə
edərəm”. Özü də bunu çox sevirdi, mənsə deyirdim ki, çox
tezdir, hətta söhbətini etməyə belə tezdir.
Loşan ezamiyyətindən sonra yavaş-yavaş Suriyaya və
İraqa getmək zümzümələri başlandı. O deyirdi: “Mən
gərək ya İraqa gedim, ya da Suriyaya. Burda qalası
deyiləm”. Yeddi il müqavilə üzvlüyündən sonra korpusa
yenicə rəsmi üzv kimi qəbul olunmuşdu. Bu sözlərinin
172
cavabında yalnız dilimlə müsbət cavab verirdim ki, ürəyi
rahat olsun. Ancaq ürəyimin dərinliklərində qəbul edə
bilmirdim. Biz təzə-təzə bir-birimizə öyrəşirdik. Biz hələ
bir-birimizi yeni tapmışdıq.
***
Həmid sobanın yanında oturub Şeyx Səduqun “İləlüş-
şəraye” kitabını mütaliə edirdi. Onu çoxdan axtarırdı, mən
də ona hədiyyə almışdım. Meyvələrin qabığını soya-soya
gözaltı ona baxırdım. Oxuduğu hər səhifədə əlini
saqqalına çəkir, bir neçə dəqiqə fikrə dalırdı. Qışda
sobanın yanından ayrılmırdı. Çox üşüyən idi. Hava bir az
soyuyan kimi xəstələnirdi. İşdən gələn kimi əllərini tez
sobanın üzərinə qoyurdu. Bəzən də bayırdan gələndə
birbaş sobanın üzərində otururdu. Deyirdim:
-Həmid, sobanın üstündə oturduğuna görə bir gün
borusu çıxacaq, gecə vaxtı dəm qazından boğulacağıq.
-Gözüm üstə, xanım, riayət edərəm, amma bil ki, ömür
Allahın əlindədir.
Soyulmuş meyvələri yanına qoydum. Gözünü kitabdan
çəkib dedi: “Mən belə razı deyiləm, Fərzanə. Sən həmişə
zəhmət çəkib meyvələri belə gözəl hazırlayırsan. Mən də
tək yemək istəmirəm. Get, divanda əyləş, indi gəlirəm,
birlikdə yeyək”.
Yenicə yeməyə başlamışdıq ki, telefonuna zəng gəldi.
Telefonu açan kimi dedi: “Salam. Bəh-bəh! Təzə bəy!”
Anladım ki, zəng vuran yeni nişanlanmış səmimi dostu
Bəhramdır. Həmidin sözünə gülməyim gəldi. Dostlarıyla
çox zarafatcıl idi. Əvvəllər çox təəccüb edəndə deyirdi:
“Bunlar mənim səmimi dostlarımdır. Yeni evlənənləri belə
çağırırıq ki, digərləri də tez evlənsinlər”. Dostlarından biri
evlənən kimi onunla başqa cür davranırdı.
173
Bəhram nişanlanandan sonra bizim ailəvi gediş-
gəlişimiz çoxaldı. Onların bütün nişanlılıq dövrü bizimlə
keçdi. Birlikdə gəzməyə gedirdik. Bir günlük, hətta bir
neçə saatlıq səfərlərimiz olurdu. Təlaiyyə istirahət
kompleksinə çox gedirdik. Qayığa minir və ya özümüzlə
yemək aparıb orada yeyirdik.
Bəhram təklif etdi ki, cümə günü bir yerə yığışaq.
Həmid dedi:
-Toyuq alıb Sünbülabada gedək.
Cümə günü toyuqları götürüb yola düşdük. Ələmut
bölgəsi qışda qarlı və çox soyuq olur. Evə çatanda otaqları
qızdırmaq üçün neft sobasını yandırdıq. Xeyli vaxt idi ora
kimsə getmirdi. Sanki hər şey buz bağlamışdı. Adam ayaq
üstə donurdu. Həmidlə Bəhram toyuq kababı bişirmək
üçün həyətdə ocaq qalamışdılar. Bəhramın xanımı ilə mən
sobanın yanında adyalın altında tir-tir əsirdik. Sobanın
alovunu o qədər çoxaltmışdıq ki, evə tüstü dolurdu. O
qədər üşüyürdük ki, evin tüstüyə büründüyünü belə
anlamamışdıq. Həmid otağa girən kimi qorxub dedi: “Siz
burda nə edirsiz belə? İndi tüstüdən boğulacaqsız”.
Gözlərimizin, burnumuzun içinə qədər tüstü dolmuşdu.
Bir neçə gün bizdən tüstü iyi gəldi. Günorta yeməyini
yedikdən sonra bayıra çıxdıq. Düşünürdüm ki, yerimək bir
yerdə oturmaqdan yaxşı olar. Həyətdə it də var idi.
Həmişə bizə baxırdı. Bəhramın xanımı ilə mən itdən çox
qorxurduq. Bizə bir addım yaxınlaşanda qorxudan həyətin
o biri tərəfinə qaçırdıq. Həmidlə Bəhram bizə baxıb
gülürdülər. Bizim işimiz ancaq qaçmaq olmuşdu. Həmid
yeməyin qalanını israf olmasın deyə, itə atdı. Həmişə belə
edirdi. Bayıra gedəndə artıq qalmış yeməyi divarın, ağacın
dibinə tökürdü. Ət alanda da ən yaxşı yerindən kəsib dama
174
pişiklərə atırdı. Həmişə də deyirdi: “Bütün ölənlərin
niyyətinə!”
“Allaha doğru” verilişində Hacı Alidən eşitmişdi ki, nə
zaman savab bir iş görmək istəsəniz, bütün ölənləri niyyət
edin. Beləcə yaradılışın əvvəlindən axırına kimi bütün
ölülərə eyni həddə savab çatar. Qiyamət günü ölülər üçün
daha çox savab əməl niyyət edənin əməllərinə tez baxılar.
Buna görə də, heç vaxt artıq qalmış yeməyi zibil qutusuna
atmazdı.
***
Həmid idman zalından zəng edib gec gələcəyini
bildirdi.
Təklikdən
ürəyim
sıxılmasın
deyə
bəzi
dəyişikliklər etməyə başladım. Həmid gələn kimi
soruşdum:
-De görüm, evdə nə dəyişib?
Ətrafa nəzər salıb dedi:
-Yenə qabların düzülüşünü dəyişmisən. Bu evdə
şkafdakı əşyalardan başqa dəyişməyə nə var ki?!
Hər ikimiz güldük. Ev o qədər balacaydı ki, əşyaların
yerini dəyişmək təxminən imkansız idi. Bu kimi şeylərə
çox fikir verirdi. Mənə çox maraqlı idi ki, evdə etdiyim ən
kiçik dəyişikliyi belə hiss edirdi.
-Həmid can, sən zibilləri atana kimi şam süfrəsini
hazırlayacam.
O, mətbəxdəki zibilləri toplayanda rəfiqəm zəng vurdu,
başım onunla söhbətə qarışdı. Hər şeydən danışırdıq.
Həmid əlində zibillər qarşımda dayanmışdı. Sakitcə dedi:
“Diqqətli ol ki, bu sözlərin qeybət olmasın”. İşarə ilə
bildirdim ki, narahat olma, diqqət edərəm. Qeybətdən heç
xoşu gəlmirdi, ona nifrət edirdi. Qeybət iyi duyulan ən
kiçik sözə belə reaksiya verir, tez mövzunu dəyişdirirdi.
İstəmirdi ki, yanımızda olmayan kimsə barədə danışaq. O
175
deyirdi: ”Gərək qeybət barədə bir neçə hədis yazıb evin
divarlarına yapışdırım ki, diqqətimiz yayınsa, hədisləri
görüb yadımıza salaq”.
Danışıb bitirdikdən sonra süfrəni sərdim. Həmid çox
gec gəldi. Dəfələrlə elə olmuşdu, zibil atmağa çıxanda evə
gec qayıdırdı. Fikirləşirdim ki, görəsən, bu qədər
gecikməyinin
səbəbi
nə
ola
bilər.
Heç
vaxt
soruşmamışdım. Ancaq bu dəfə həmişəkindən də gec
gəldi. Qayıdanda soruşdum:
-Həmid, zibilləri Geri Çevirmə Mərkəzinə aparmışdın?!
Niyə bu qədər gec gəldin?
Danışmaq istəmirdi, ancaq israrımı görəndə dedi:
-Bilirsən, küçənin başında həmişə yoxsul bir adam
dayanır. Mən hər dəfə yanından keçəndə bacardığım qədər
kömək etməyə çalışıram. Amma bu dəfə üstümdə pul
olmadığından utandım ki, birdən görərəm, kömək edə
bilmərəm. Buna görə bütün küçəni dövrə vurmaq
məcburiyyətində qaldım.
Bu kimi rəftarlarını görəndə ona daha çox heyran
olurdum. Onun bu hərəkətləri məndə həm gözəl hisslər,
həm də qorxu yaradırdı. Gözəl hisslər həyat yoldaşımın bu
qədər incə və zərif məsələlərə qarşı çox diqqətcil olduğuna
görə idi. Qorxurdum ona görə ki, özümü Həmidlə yarışda
təsəvvür edirdim. Mən yıxıla-yıxıla, sürünərək yoluma
davam etdiyim halda Həmid sürətlə keçib-gedirdi.
Qorxurdum ki, bu yolu Həmidlə birgə davam etdirə
bilməyim.
Axşam yeməyini yeyirdim, ancaq bütün fikrim
rəfiqəmlə danışdığım sözlərdə idi. Bir nəfər barədə
bədgümanlıq olmuşdu. Rəfiqəm telefonda bu məsələni
açanda narahatlığımı gizlədə bilmədim. Həmid fikrə
daldığımı anladı, mənə baxıb dedi:
176
-Nəsə olub, Fərzanə? Fikrə dalmısan.
-Yox, əzizim! Mühüm bir şey deyil, yeməyini ye.
Əlini yeməkdən çəkib gülərüzlə dedi:
-İstəyirsən, Nurüş-şühəda təpəsinə gedək?
Nə zaman kimdənsə narahat olurdumsa, dərhal
anlayırdı, ancaq heç vaxt olan-bitənləri anlatmağımı
israrla istəməzdi. Düşünürdü ki, bir söz desəm, qeybət ola
bilər, çünki qarşı tərəf özünü müdafiə etmək üçün
yanımızda
deyil.
Məni
bu
kimi
düşüncələrdən
uzaqlaşdırmaq üçün Nurüş-şühəda təpəsinə gedərdik.
Motosikletə minib Fədəyə doğru yol aldıq. Naməlum
şəhid məzarı başında oturduq. Sakitləşmək üçün bir az
ağladım. Həmid yanımda oturmuşdu, bir sual belə
vermədən dedi:
-Mən səni səbrə dəvət etmirəm, təkamülə dəvət edirəm.
Mümkün deyil ki, kimsə mömini incitməsin. Əgər haqq
səninlədirsə, çalış ürəkdən və minnətsiz olaraq, bağışla ki,
həmin insanlara qarşı baxışın dəyişsin, onlara qarşı pis
fikirdə olmayasan. Əgər bacarırsansa, bu cür bağışla,
ruhun böyüsün.
Sonra ürəkaçan səsi ilə Aşura ziyarətnaməsini oxumağa
başladı. Halım yaxşılaşandan sonra qalxıb ətrafı gəzdik.
Dondurma yeyib, xeyli zarafat etdikdən sonra evə
qayıtdıq.
***
Yanvarın ortalarında ongünlük ezamiyyətə getdi. Ev
işlərini yekunlaşdırıb qürub çağı atamgilə yollandım. Evdə
Həmidsiz qala bilmirdim. Anamın süzdüyü təzədəm çayı
içməmiş qar yağmağa başladı. Öz evimiz yadıma düşdü;
yağış yağan kimi tavandan su damırdı.
Bir az keçəndən sonra çox narahat oldum. Atama
dedim:
177
-Mən evə getməliyəm. Qorxuram bu qar evimizi bərbad
günə qoyar.
-Sən hazırlaş, özüm aparacam.
Tez maşına minib yola düşdük. Qar yağdığına görə,
bütün yollarda ucsuz-bucaqsız tıxac yaranmışdı. Evə
çatmağa az qalmış maşından düşdüm. Tıxac olduğundan
piyada daha tez çatacağımı düşündüm. Evə tərəf qaçmağa
başladım. Xalça büsbütün suyun içindəydi. Evin
tavanından samovar lüləyi kimi su axırdı. Bütün gecəni
suyun altına qab qoyur, dolan kimi aparıb həyətə
tökürdüm. Bu işi tək görmək məni çox incidirdi. Ürəyimdə
dedim: “Kaş Həmid burda olaydı, bu qədər tək
qalmazdım!” Gözlərimin yaşı sel kimi axırdı. Ancaq bir
neçə gün evdən çıxmadım.
Həmid ezamiyyətdən qayıdıb bu vəziyyəti görəndə çox
narahat oldu, xəcalətdən başını aşağı saldı. Onu utanan
halda görmək istəmirdim. Zarafata dedim:
-Mən artıq evin kişisi olmağa başlayıram, sən buna
narahatsan?!
Ertəsi gün ev sahibinin köməyi ilə dama qır vurdular ki,
yağış-qar cəhətdən əziyyət çəkməyək. İşləri bitəndən
sonra həmişəki görüş yerimiz olan Dörd peyğəmbər
məqbərəsinə getməyi təklif etdi. Yarım saat ziyarət edib
birlikdə bayıra çıxdıq.
Hava şiddətli dərəcədə soyuq idi. Qəzvinin kəsici
soyuğu özünü göstərməyə başlamışdı. Getmək istəyəndə
bizdən irəlidə bir ər-arvad motosikletdən yıxıldı. Tez
xanıma kömək etməyə qaçdım. Ürəkağrıdan mənzərə idi.
Həmid oradan şəhidlər xiyabanına kimi bir kəlmə də
danışmadı. Soruşdum:
-Nə olub, niyə sakitsən?
Bir az sükut etdi, sonra soyuq bir ah çəkib dedi:
178
-O qadın gözümüzün qabağında yıxılanda və sən ona
köməyə gedəndə həzrət Səkinə yadıma düşdü. O, dəvədən
yıxılanda kömək etməyə heç kim yox idi.
Deməyə sözüm yox idi. Həmidin halına qibtə edirdim.
Mən gündəlik işlərlə, xörək bişirməklə, evdarlıqla, dərslə
məşğul olanda o, qarşısına çıxan hər hadisədən öz imanını
artırmaq üçün mükəmməl şəkildə istifadə edirdi.
Fevral ayında Həmidlə birlikdə universitet tələbələrini
İmam Mehdi (ə) mövsuzunda keçirilən kurslarda iştirak
etmək üçün Quma apardıq. Çox gözəl kurslar idi. Deyilən
sözləri yalnız Həmid yazırdı. Digərləri ya yatırdılar, ya da
fikirləri başqa yerdə idi. Ancaq Həmid durmadan verdiyi
suallarla mövzuda daha da dərinə gedirdi. Sanki biz qonaq
idik, Həmid kurs iştirakçısı.
İkinci gün nahar yeməyindən sonra Həmid məni həzrət
Zəhradan (ə) bir hədis seçməyə çağırdı. Səbəbini
soruşanda dəhlizin sonundakı xəttatı göstərib dedi:
-İstəyirəm həzrət Fatimənin (ə) adını bir vərəqə yazım,
sən də bir hədis seç, verək xəttata, adının yanından həmin
hədisi yazsın”.
Xəttatın əl işlərini görəndə çox sevinib bu hədisi
seçdim: “Namaz təkəbbürdən uzaqlaşmaq üçündür!”
Xəttat hədisi yaşıl rənglə həqiqətən də gözəl şəkildə
yazıb bizə verdi.
Dörd gün sürən kurslardan sonra evə qayıtdıq. Qəzvinə
çatanda ah çəkib dedi:
-Oxay! Rahatlaşdım. Ürəyim səninçün çox darıxmışdı,
xanım.
Təəccübləndim.
-Biz ki ayrı deyildik.
-Başqalarının yanında sənə rahat baxa bilmirdim.
Bilirsən nə qədər darıxırdım?!
179
Bu kimi yerlərdə bəzilərinin subay olduğunu nəzərə
alırdı. Ertəsi gün həzrət Zəhranın adını və ona aid hədisi
bir çərçivəyə salıb divardan asdı ki, həmişə gözümüzün
önündə olsun.
|