Dördüncü fəsil
Dərmansız olanın dərdinə
dərman ol!
İlin son günlərində hər yeri bəzəyən qırmızı balıqlar və
“yeddi sin” süfrəsi mənə ilin bitdiyini xatırlatmaqdan çox
“Nur yolçuları” ekskursiyasını xatırladırdı. İlk dəfə
yeddinci sinifdə oxuyanda cənuba döyüş bölgələrinə
getmişdim. İstəyirdim ki, orada uyuyan şəhidlər məni hər
il dəvət etsinlər, mən də onlara qonaq olum. Şəhidlər elə
ilk səfərimdə məni özlərinə məftun etmişdilər.
Səfər boyu rəfiqələrimlə çox zarafatlar etsək də, şəhid
torpağının cazibəsi hər il martın ortalarında novruzdan çox
“Nur yolçuları” səfəri üçün darıxmağıma səbəb olurdu.
Universitet imtahanına hazırlaşırdım deyə, iki il idi
cənuba gedə bilmirdim. Bu il nə olursa-olsun, getmək
istəyirdim. Universitet karvanının cənuba gedəcəyi tarix
84
qətiləşən kimi Həmidə mesaj yazdım. Bu dəfə onunla
birlikdə ziyarətçilərə xidmətçi kimi getmək istəyirdim.
Cavabda yazdı: “Gərək işlərimin gedişatına baxım. Düzü,
ilin axırında icazə almaq bir az çətindir. Axşamçağı
anamla sizə, nənəni görməyə gələcəyik. Cavabımı orda
sənə söyləyərəm”.
Şam namazını qılandan sonra gördüm ki, nənə həmişə
olduğu kimi, səccadə üzərində əllərini qaldırıb hamı üçün
dua edir. Dedim: “Nənə, iki ildir cənub səfərinə gedə
bilmirəm. Dua et, bu il gedim”.
Nənə qaşlarını çatıb dedi:
-Görmürsən, Həmid səni nə qədər sevir?! Onu qoyub
hara gedirsən?!
-Həmidsiz getmək mənə də çətindir. Ona dedim ki,
işdən icazə alsın, birlikdə gedək.
Şam süfrəsini yenicə yığışdırırdıq ki, Həmid qapının
zəngini basdı. Bibimlə birgə gəlmişdi. Üzündən məlum idi
ki, icazə ala bilməyib. Mənim tək getməyimə çox da razı
deyildi. Mənə o qədər bağlı idi ki, bir neçə gün ayrılıq ona
çətin gəlirdi.
Anamla və bibimlə birgə nənənin olduğu otağa keçdik.
Otağı yığışdırmış, paltarları çamadandan çıxarmışdım.
Birdən yaşıl bir örpək diqqətimi cəlb elədi. Bibimə dedim:
“Bibi can, bu örpəyi başına bağla. Məncə, sənə çox
yaraşacaq”. Örpəyi bağlayanda yanılmadığımı bildim.
-Əladır! Elə bil, sizin üçün tikiblər.
Ancaq bibim götürməyib dedi:
-Ziyarətdən qayıdanda hədiyyə kimi birinə verərsən.
Mənim örpəyim çoxdur.
Bibini bu örpəkdə görmək üçün Həmidi çağırdım.
Anam da çox israr edəndən sonra bibim qəbul etdi.
85
Bir neçə dəqiqədən sonra Həmidə gözlə işarə verdim
ki, mətbəxə keçsin. İcazə alıb-almadığını bilmək
istəyirdim. Hicab üçün təşəkkür edib dedi:
-Əgər anam onu qəbul etməsəydi, bütün Qəzvini
gəzmək bahasına olsaydı belə, axtarıb bu rəngdə örpək
tapacaqdım. Həqiqətən, çox yaraşdı.
Həmidin anasına bu qədər hörmət etməsi çox xoşuma
gəlirdi, məni əsla narahat etmirdi, əksinə, onu daha da
həvəsləndirirdim. Mən düşünürdüm ki, bir insan anasına
hörmət edirsə, həyat yoldaşına daha çox hörmət edər.
-Həmid, icazə məsələsi nə yerdə qaldı? Cənuba
gedirsən, ya yox?
-Çox istərdim, ancaq görünür, qismət deyilmiş.
Ezamiyyətə getməliyəm. İcazə almağım mümkün deyil.
-Bu iki ili ancaq dərslə məşğul olmuşam. Çox
istəyirdim ki, bu il səninlə birlikdə gedəm. O da belə oldu.
-Problem deyil. Sən getmək istəyirsənsə, get, ancaq bil
ki, sənsiz çox darıxacam.
-Əgər sən razı olmasan, getməyəcəm.
Təbəssüm etdi.
-Yox, əzizim. Bu nə sözdür?! Bu, şəhidləri ziyarət
səfəridir. Get və hər ikimiz üçün dua et”.
Ona nə qədər çətin olsa da, özü məni avtobusa mindirib
yola saldı. Hələ Qəzvindən çıxmamış mesajları dalbadal
gəlməyə başladı. Darıxmaqdan gileylənirdi. Yazmışdı:
“Doğrudan da qadın bəladır. Ancaq Allah bu bəlanı bizə
çox görməsin!”
Cənub səfərində anladım ki, bir-birimizin yanında
olmağımıza çox ehtiyacımız var. Bütün səfər beş gün
sürdü. Ancaq elə bildim, əlli gün keçdi. Belə bir hala
düşəcəyimi ağlımdan belə keçirməmişdim. Gecələr
86
yazışmağımıza, zəngləşməyimizə baxmayaraq, bütün
işimiz ahu-zar olmuşdu.
Sonuncu gün zəng edəndə səsi tutulmuşdu.
-Həmid, necəsən?
-Tez qayıtmağını istəyirəm. Saatın tıq-tıq səsi mənə
əzab verir, iştahım qalmayıb.
-Mən də sənin kimiyəm. Kaş sözünə qulaq asaydım!
Kaş gəlməzdim, sonralar imkan tapıb birlikdə gələrdik!”
-Sonuncu gün cəbhə bölgəsində mənimçün də dua
etdin?
-Hər bölgədə səni xüsusi yad edirəm. Burda Şəhid
Himmətin öz boyu ölçüsündə bir şəkli var. Hər dəfə
yanından keçəndə elə bilirəm ki, sənsən, orda dayanmısan.
Gülüb dedi:
-Şəhid Himmət hara, mən hara?! Mən daha çox Şəhid
Himmətin rabitəçisi kimi şəhid olmaq istəyirəm.
Mənim halım da bir o qədər yaxşı deyildi. Ancaq
telefonda bu hisslərimi demək istəmirdim, onun daha da
darıxacağını bilirdim. Şəhidlərin qonağı olmağıma
baxmayaraq, çətin günlər yaşadım. Həm şəhidlərin
yanında qalmaq, həm də Həmidin yanına qayıtmaq
istəyirdim. Bəlkə də bu istəyim onların və Həmidin eyni
ruhdan olduqlarına görə idi.
Qayıdanda dəfələrlə zəng vurdu. Qəzvinə saat neçədə
çatacağımı bilmək istəyirdi. Mən avtobusdan düşəndə
yolun o biri tərəfində motosikletin yanında dayanmışdı.
Məni çox səmimi qarşıladı. Motosikletə minəndə bir əli ilə
motosikletin sükanını, bir əli ilə də mənim əlimi bərk
tutmuşdu. Heç nə demirdi. Bir söz deyib sükutu pozmaq
istəyirdim. Ancaq onun əlimi bərk-bərk tutması bir dünya
sözə bərabər idi.
***
87
Mən qayıdandan sonra novruz bayramına yalnız bir
neçə gün qalırdı. Bu müddətdə səfər yorğunluğunu
çıxarmaq əvəzinə bütün günü yarımçıq qalmış işlərimin
arxasınca qaçmaqla məşğul oldum. Alış-verişdən tutmuş
bayram təmizliyinə qədər xeyli iş qalmışdı. Mən bağçaya
açılan pəncərənin şüşəsini təmizləyəndə Həmid mesaj
yazaraq yeni ildə nə edəcəyimiz barədə soruşdu. Dedim:
-Bilmirəm. Bəlkə şəhidlər xiyabanına gedək?
-İstəyirəm ki, Quma gedək.
İsrar edirdi ki, yeni hicri-şəmsi ili girəndə həzrət
Məsumənin hərəmində olaq.
-Həmid, ilin sonunda yollarda tıxac olur. Bizim də
maşınımız yoxdur. Çətin olar.
-Sən ata-anandan icazə al, qalan hər şey düzələr. Mən
səni həzrət Məsumədən almışam, istəyirəm ki, gedib
təşəkkür edək.
Bir günə gedib-qayıtmaq üçün ata-anamdan icazə
aldım. Martın iyirmisi günəş çıxmamış yola düşdük. Tıxac
yaranmadan yolun bir hissəsini getmək istəyirdik. Ancaq
yollarda çox sıxlıq var idi. Sanki hamı yeni ili hərəmdə
qarşılamağı niyyət etmişdi. Min bir zəhmətlə özümüzü
Quma çatdıra bildik. İlin girməsinə bir saat qalmış,
günorta saat ikidə hərəmdə idik.
Ziyarətə gedəndə ağlımıza gəlmədi ki, bir yer təyin
edək və il girən anda bir-birimizin yanında olaq.
Düşündük ki, telefon var, ziyarətdən sonra zəngləşib
görüşə bilərik. Bir-birimizdən ayrılmağımızla itməyimiz
bir oldu.
Telefonda şəbəkə yox idi. Çarəsiz qalıb o qədər insan
arasında onu axtarmağa başladım. Onun da məni
axtardığını bilirdim. Sanki həyatımızın ilk yeni ilini bir
yerdə qarşılamaq qismətimizdə yox imiş. Bir-birimizdən
88
ayrılanda gözümə günəş eynəyi taxmışdım. Həmid bütün
bu müddət ərzində gözündə eynək olan çadralı xanım
axtarırmış, mənsə eynəyimi çıxarmışdım. Mən də o qədər
insan içində o tərəf-bu tərəfə boylanıb Həmidi o qədər
axtardım ki, tamam əldən düşdüm. Quma qədər gəldiyimiz
yolun çətinliyi bir tərəfdən, bir neçə saatlıq axtarışın
yorğunluğu da digər tərəfdən məni əldən saldı.
Hovuzun yanında oturdum. Bu zaman telefonun şəbəkə
problemi düzəldi və biz yeni ilin girişindən bir saat yarım
sonra nəhayət, bir-birimizi tapa bildik. Həmidi görən kimi
dedim:
-Səni o qədər axtardım ki, yeni ilin nə vaxt girdiyini
bilmədim.
-Mən də səni axtarırdım. Yeni il girəndə ikimiz üçün
çoxlu dua etdim.
Əlini bərk-bərk tutmuşdum. Aramızda bir an belə
ayrılıq düşməsini istəmirdim. O qədər sıxlıq var idi ki,
irəli gedə bilmədik. Elə oradaca üzünü zərihə tutub dedi:
“Bibi
can,
xanımımı
gətirmişəm.
Məni
eşqimə
qovuşdurduğun üçün minnətdaram”.
Təxminən qürub çağı idi. O vaxt nə restoran açıq idi, nə
də yemək tapmaq olardı. O qədər yorğun idik ki,
yeməkxana axtarmağa halımız da yox idi. Bir neçə
peçenye alıb qayıtmaq üçün 72 Şəhid meydanına getdik.
Sıxlığa düşdüyümüzə və bir-birimizi itirdiyimizə görə
məndən dəfələrlə üzr istədi. Qəzvinə avtobus yox idi.
Əlacsız qalıb Zəncana gedən avtobusa mindik ki, yolun
yarısında, Qəzvində düşək. Həddən artıq yorulmuşdum. O
halda yediyimiz peçenyelər bizimçün dünyanın ən ləzzətli
qidası idi. Həmid gülərək dedi: “Xərcin yaman azdır.
Səhərdən bəri sənə nə səhər yeməyi almışam, nə də nahar;
şam yeməyinə də Qəzvinə çatarıq. Əgər xərcin həmişə bu
89
qədər az olsa, səni tez-tez səfərə aparacam”. Belə
birgünlük səfərlər həyatımızda doğrudan da çox oldu.
Qumdan qayıdan kimi bayram ziyarətləri başladı.
Həmid mənə palto və şalvar almışdı. Həmişəki kimi, yenə
də ən gözəl paltarları seçmişdi. Adətən, mənə hədiyyə
olaraq, ya paltar alardı, ya da bir dəstə təbii gül. Mən də
ona ətir almışdım. O, hər cür ətirdən istifadə edirdi;
yasəmən gülü, qızılgül kimi ətirlərdən tutmuş Franc,
Holiday və Law ətirlərinə kimi. Həmin il bayramda
əməlli-başlı bəzənmişdi. Əynində kostyum, gözündə gün
eynəyi vardı. Nikah günü ona aldığım saatı da taxmışdı.
Bayramdan iki gün sonra cümə axşamı həmin geyimdə
də əza məclisinə getmişdi. Gecə yarısı mənə zəng vurdu.
Məclisdəki dostlarının reaksiyasından danışırdı. Onlar
Həmidi adətən, hərbçi, ya da xidmətçi paltarında
görərdilər, kostyumda görməmişdilər. Dedi: “Dostlarıma
maraqlı gəldi. Pencəyimi geyinib zarafatlaşırdılar”.
Həmidin
sevincini
görüb
mən
də
sevinirdim.
Sağollaşanda dedim: “Sabah Buin-Zəhraya, Firiştə
xalagilə gedək?” Həmid dedi: “Yaxşı fikirdir, gedək. Biz
bütün qohum-əqrəbanı ziyarət etmişik. Sənin ən balaca
xalangilə də gedərik. Əminəm ki, çox sevinəcək”.
Səhər tezdən qapının zəngi çalan kimi tez hamıyla
sağollaşıb ayaqqabılarımı geyindim və qapıya qaçdım.
Həmid dedi:
-Min, gedək!
-Həmid can, zarafat edirsən? Buin-Zəhraya gedirik ha!
Qırx kilometr yol var. Motosikleti qoy evə, maşınla gedək.
Nə qədər desəm də, razılaşmadı.
-Motosikletlə daha maraqlı olar.
Motosikletə minən kimi danışan GPS-ə döndüm:
“Həmid, diqqətli ol! Sağa get! İndi sola dön! Dairəyə
90
yaxınlaşırıq! Sürəti azalt! O adama fikir ver! Diqqətli ol,
pişiyi əzmə!..” Keçirdiyim həyəcan üzündən bu sözləri
deyirdim. Bir hadisə olacağından qorxurdum. Həmid dedi:
-Axı sən niyə belə edirsən? Bir sürücü hər yerə diqqət
edir. Öyünmək olmasın, mən özüm Şumaxerəm.
-Mən bu vaxta qədər maşınların belə sıx olduğu
magistral yollarda motosikletə minməmişəm. İnan, əlimdə
deyil, qorxuram.
Yanımızdan ağır yük maşını keçəndə özümü var
gücümlə Həmidə sıxır və sağ-salamat çatmağımız üçün
dodaqaltı dua edirdim.
Yolboyu Həmidin dəcəlliyi tutmuşdu. Qəsdən elə
yerlərdən keçirdi ki, ya çuxuru vardı, ya da tramplini.
Sonra da deyirdi: “Görürsən də, necə ləzzət edir! Növbəti
çuxura hazırlaş”. Sonra da gedib təkəri başqa bir çuxura
salırdı. Həmin vaxtlar mən motosikletin özündən
qorxurdum, o ki qala belə yolda çuxurlara düşə-düşə
getməyə.
Gözlərimi
yumub
bərk-bərk
belindən
yapışmışdım. İş o yerə çatdı ki, dözə bilməyib dedim:
-Həmid, saxla, düşürəm. Ayaqla gəlsəydim, daha xoş
olardı.
Sonra da özümü küsülü göstərmək üçüm üzümü
döndərim. Həmid dedi:
-Barış mənimlə, əzizim. Ər-arvadın on saniyədən çox
küsülü qalmasını Allah sevmir.
-Bu, evə aiddir. Motosiklet məsələsi başqadır.
Zarafata küsdüyümü anlayıb sürəti artırdı. Qorxumdan
dedim:
-Yaxşı, əzizim, səhv elədim, səni çox sevirəm. Bax,
barışdım!
Yolun yarısına çatmamış motosikletin təkəri partladı.
Həqiqətən də Allah rəhm elədi, az qalmışdı hər ikimiz
91
maşının altına girək. Yolun ortasında qaldıq, qapı-qapı
gəzib kömək axtarırdıq. Mən motosikletin yanında
dayanmışdım, Həmid də bir az irəlidə əlini qaldırmışdı ki,
bəlkə kimsə kömək etdi. Min bir müsibətlə bir vanet yük
maşını tapa bildik. Həmid sürücünün köməyi ilə
motosikleti vanetin arxasına qoydu. Qabağımıza çıxan ilk
təmir yerində təkəri düzəltdikdən sonra yolumuza davam
etdik.
Firiştə xala bizi nahara saxlayıb, gözəl bir süfrə açdı.
Motosikletə minəndə artıq günbatan çağı idi. Hər ikimiz
soyuqdan
donurduq.
Əl-ayağım
qurumuşdu.
Motosikletdən düşəndə addım ata bilmirdim. Gözlərimin
içi qan dolu kasa kimi qıpqırmızı qızarmışdı. Məni görən
bütün günü ağladığımı düşünərdi. O günə qədər
motosikletlə
bu
qədər
yol
getməmişdim.
Bütün
çətinliklərinə rəğmən, bu hadisəni çox sevdim. Bütün bu
çətinliklərin mənə xüsusi gözəlliyi vardı.
Bayram tətilləri bitən kimi Həmidin bacı-qardaşlarıyla
İmamzadə Fəlların ziyarətinə getdik. Çox gözəl bir gün
keçdi. Bulağın yanında tonqal qalayıb çoxlu şəkil
çəkdirdik. Həmid qardaşlarıyla voleybol oynayırdı. On
dəqiqədən sonra hamı istirahət üçün otursa da, Həmid hələ
də ayaq üstə idi. Yavaş-yavaş inanmağa başlayırdım ki,
həyatımızda ayrılıq və çətinlik olmayacaqdır.
***
Hələ bayram ab-havasından çıxmamış Həmid dedi:
-Bu il cənuba getmək qismət olmadı. Çox istəyirəm ki,
bir neçə günlüyə şəhidlərə xidmətçilik etməyə gedək.
-Əgər alınsa, mən də gələrəm. Hələ dərslərim
başlamayıb.
Elə o andaca telefonu götürüb, “Nur yolçuları”
ekskursiya
mərkəzinin
müavini
Hacı
Məhəmməd
92
Səbbağiana zəng elədi. O, Həmidi tanıyırdı. Onunla çox
səmimi hal-əhval tutdu. Həmid nişanlandığını və mənimlə
birgə cənubda xidmət etmək istədiyini deyəndə çox
sevindi.
Hacı Səbbağianla danışdığımız kimi, aprelin yeddisində
cənuba yollandıq. Karvanla birgə gedən ambulansda tibb
bacısına ehtiyac var idi. Bunu biləndə tez qəbul etdim.
Əlimdən gələn işlərlə şəhidlərə və “Nur yolçuları”
zəvvarlarına xidmət etmək istəyirdim. Həmid də
Dehlaviyədə, Şəhid Mustafa Çəmranın şəhid olduğu
ərazidə xidmətçi kimi fəaliyyət göstərirdi.
Hər gün səhər tezdən təcili yardım maşınına minib
karvanlarla birgə bölgələri gəzirdik. O bir neçə gündə
Həmidi görmək qismət olmadı. Hava şəraitinə görə tibbi
yardıma ehtiyacı olanların sayı çox idi. O qədər xəstəyə
yardım etməkdən də çətini ambulansın kələ-kötür yollarla
getməsi idi. Gün boyunca təxminən on altı saat yolda olur,
bir
bölgədən
o
birinə
gedirdik.
Gecələr
bütün
sümüklərimin bir-birindən ayrıldığını hiss edirdim.
Sonuncu gün Şəhid Gülhər düşərgəsinə getdik. Düşərgə
təxminən Əndimeşk şəhərinin girəcəyindəki iki dağla
üzbəüz yerləşirdi. Həmidlə vədələşmişdik ki, orada bir-
birimizi görək. Gecənin yarısına kimi xəstələrimiz var idi,
onlara yardım etməklə məşğul idik. İş azalanda
yorğunluqdan başımı ambulansın qapısına qoydum.
Ayaqlarım sallanırdı. O qədər yorğun idim ki, oradaca
yuxuya getdim.
Sübh azanına yaxın düşərgədə yayımlanan gözəl
münacat səsinə oyandım. Gözlərimi açanda Həmidi
gördüm. Mənimlə üzbəüz səkinin yanında oturmuşdu. Ay
işığı düşmüş yorğun üzü xidmətçi paltarında və başına
93
qoyduğu yaşıl papaqda olduqca maraqlı görünürdü.
Soruşdum:
-Həmid can, nə vaxtdan burdasan? Bəs, niyə məni
oyatmırsan?
-Təxminən üç saat olar çatmışam. Yatdığını görəndə
oyatmağa ürəyim gəlmədi. Burda oturdum ki, həm sənə
nəzarət edim, həm də rahat istirahət edəsən.
Təbəssüm edib dedim:
-Bütün bədənim yorğundur, bu bir neçə gündə iki-üç
min kilometr yol getmişik, ancaq səni görüncə bütün
yorğunluğum çıxdı. İstəsən, səninlə Əhvaza qədər piyada
gedərəm.
Səhərin mehində düşərgənin hüseyniyyəsinə yollandıq.
Şəhidlərlə qonşuluğun şəhərdə çox az hallarda qismət olan
gözəlliklərindən biri də sübh namazını cəm halda qılmaq
idi; eynilə mücahidlərin müharibə zamanı sübh namazının
birinci sırasında dayanmaq üçün bir-birilə yarışdıqları
kimi. Həmid sübh namazından sonra yarımçıq qalmış
işlərini tamamlamaq üçün Dehlaviyəyə qayıtdı. Oradan da
Qəzvinə gedəcəkdi. Ancaq mənim dərslərim olduğuna
görə həmin gün qatara minib Tehrana, oradan da avtobusla
Qəzvinə yola düşdüm.
Cənubdan qayıtdığım andan Həmidin ad günü barədə
düşünürdüm. İstəyirdim ki, birlikdə olduğum ilk ad
gününü öz aramızda gözəl keçirək.
Aprelin 24-ü, Həmidin doğum günündə səhər saat
beşdə yuxudan dik atıldım. Alnımı soyuq tər basmış,
dodaqlarım qupquru qurumuşdu. Qəribə bir yuxu
görmüşdüm. Bir kişi xüsusi bir nur içində -görünür, şəhid
imiş -mənə nəsə demək istəyirdi. Fikrini izah etməyə
çalışırdı. İstədiyini söyləmək istəyəndə yuxudan oyandım.
Şəhidin üzü dəqiq yadımdaydı. Bütün beynim məşğul idi
94
ki, görəsən, şəhidin demək istəyib, ancaq deyə bilmədiyi
nə idi?
Doğum günü münasibətilə Həmidlə şəhidlər xiyabanına
getməyi planlaşdırmışdıq. Şəhidlərlə baş-başaydıq. Ona
tort almışdım. Şəhidlər xiyabanına çatanda həmişə olduğu
kimi, birinci Şəhid Hüseynpurun məzarı başına getdi.
Bilirdim ki, dostu ilə tək qalmaq istəyir. Həmin cərgədə
gəzişməyə başladım. Əlimdə tort şəhidlərin şəkillərinə
baxırdım. Hamısının özünəməxsus yaşı, görkəmi olsa da,
hər biri eyni rahatlığa, hüzura sahib idilər. Hamısı ümid
dolu baxışlarla baxırdı.
Öz aləmimdə ikən birdən yerimdə donub qaldım.
Gözlərim dörd oldu. Şəklini gördüyüm şəhidlərin biri gecə
yuxuda gördüyüm adam idi. Eynilə həmin baxışlarla
baxırdı. Şəhid Ərdəşir İbrahimpur idi. Özünəxas cazibəsi
vardı. Həmişə fikirləşirdim ki, bu şəhid mənə nəsə demək
istəyir. Baxışları sözlə dolu idi. O gündən sonra nə zaman
şəhidlər
xiyabanına
gedirdiksə,
Həmid
Şəhid
Hüseynpurun, mən də bu şəhidin məzarı başına
yollanırdım. Onun nə demək istədiyini bilməsəm də,
məzarı başında qeyri-adi hüzur tapırdım.
Fatihə və ziyarətnamə oxuduqdan sonra şəhidlər
xiyabanının yanındakı yaşıl meydana gedib çəmən
üzərində oturduq. Tortu ortaya qoyub şəkil çəkdim. Həmid
tortu kəsəndə başını qaldırdı, gözlərini gözümə dikərək
dedi: “Fərzanə, çəkdiyin zəhmətə görə minnətdaram.
Düzü, bir söz demək istəyirəm, amma narahat olacağından
qorxuram”.
Ürəyim yerindən qopdu. Ağzıma qoyduğum tortu uda
bilmədim. Ağlıma min cür fikir gəldi. Əlimlə işarə verdim
ki, narahat olmasın. Çox ciddi şəkildə dedi:
-Fərzanə, sən mənim fikirləşdiyim kimi deyilsən.
95
Bu sözü eşidəndə sanki dünya başıma uçdu. Nə
edəcəyimi, ne deyəcəyimi bilmirdim. Dedim ki, yəqin,
məhrəm olduğumuz ilk anlardakı rəftarım onu incidib.
Zarafata mənə “buz dağı” demişdi, amma indi çox ciddi
idi.
-Necə yəni, Həmid? Mən yaxşı həyat yoldaşı olmaq
üçün əlimdən gələni edirəm.
Öz aləmimdə bir neçə dəqiqəlik fikrə daldım. Qətiyyən
danışmırdı. Torta dilini belə vurmadı. Mənim bir quş kimi
çırpındığımı görəndən sonra görkəmi dəyişdi, ucadan
gülüb dedi:
-Təbii ki, mən fikirləşdiyim kimi deyilsən, ondan da
üstünsən. Sən möhtəşəmsən.
Yaxşı ki şəhidlərin yanındaydıq, yoxsa ona nə
deyəcəyimi yaxşı bilirdim. Ürəyimi partlatmağı çox yaxşı
bacarırdı.
Günbəgün ona daha çox bağlanırdım, yoxluğu məni
incidirdi. Hətta bir neçə saatlığa işə gedəndə də yoxluğunu
hiss etməyim deyə, başımı dərslə qatırdım.
Mayın əvvəlləri idi. Həmid tibbi təlimlərdə iştirak
etmək üçün üç aylıq Məşhədə getməli idi. Heç vaxt onun
inkişafına mane olmaq istəmirdim. Keçdiyi hər mərhələdə
onu həvəsləndirirdim. Ancaq üçaylıq ayrılıq mənim üçün
də, Həmid üçün də, həqiqətən, çətin idi.
Mayın altısı Həmidin qardaşı qızı Reyhanənin ad
gününə getmişdik. Ertəsi gün gec olsa da, bizə gəldi.
Quranın altından keçdikdən sonra sağollaşıb getdi.
Həmidin arxasınca su tökəndən və içəri girib qapını
örtəndən darıxmağa başladım. Mən “Nur yolçuları”
səfərinə gedəndə Həmid mənə bu halı yaşadığını deyirdi.
Sanki özüylə bərabər ürəyimi də aparmışdı. Yol boyunca
iki-üç dəfə zəng etdim. Avtobusda olduğu üçün rahat
96
danışa bilmirdi. Ertəsi gün hələ sübh namazının
səccadəsindən qalxmamış zəng elədi.
-Burda, təlim düşərgəsində gözəl yasəmən gülləri
yetişib. İndi onların yanından danışıram. Bu güllərdən
sənin səccadənin ətri gəlir.
Səccadəmin arasına qoyduğum qurumuş yasəmən
gülünü iyləyib dedim:
-Nə gözəl! Onda hər axşam danışacağımız yer o
yasəmən güllərinin yanı olsun.
Demək olar ki, hər axşam danışırdıq. Səhər tezdən
ayaqqabımı geyinib universitetə gedəndən evə qayıdana
qədər baş vermiş hər şeyi danışırdım. Həmid də keçdiyi
təlimlərdən danışırdı.
İkinci həftədən başlayaraq mənim üçün və ata-anası
üçün çox darıxmağa başlamışdı. Hər dəfə zəng edəndə
məndən soruşurdu: “Ata-anamı görməyə getmisən?”
Bibim və atası barədə danışanda necə darıxdığını
telefondan hiss edirdim. Nəhayət, bir ay yarımlıq müddət,
bütün çətinliklərinə rəğmən, geridə qaldı.
Təlim arası bir neçə günlük istirahət vermişdilər. Onu
görməyə səbirsizlənirdim. Hər ikimizin səbri tükənmişdi.
Məşhəddən avtobusa minən andan durmadan zəng edirdi.
Mən də harada olduğu, nə etdiyi, nə zaman çatacağı
barədə soruşurdum. Avtobusun hərəkət etmədiyini hiss
edirdim. Sanki zaman durmuşdu. Bütün səbrimi
itirmişdim. Hər danışanda soruşurdum: “Hələ çatmamısan,
Həmid?” Deyirdi: “Təəssüf ki, yox”. Belə vaxtlarda
düşünürdüm ki, kaş aşiqlərə Süleymanın uçan xalçasını
verə biləydim, gözləri bu qədər yolda qalmazdı!
Birdən yadıma düşdü ki, yarımçıq qalmış işlərim var və
Həmid çatmazdan qabaq həll etməliyəm. Səhər saat 8-də
tələsik evdən çıxdım. O qədər tələsirdim ki, nişan
97
üzüyümü taxmağı unutdum. Axırıncı dəfə zəng edəndə
Qəzvinin yaxınlığındaydı. Səbzə meydana görüş təyin
etdik. Bir-birimizi görəndə sadəcə əlimizdən tuta bildik.
İstədiyim tək şey ona doyunca baxmaq idi. Əlimi tutanda
barmağımda üzüyün olmadığını görüb soruşdu: “Yəni mən
olmayanda üzük taxmırdın?” Hər şeyə fikir verirdi. Hər
bir halda yalnız ona aid olmağımı istəyirdi. Barmağımdakı
üzüyün ifadə etdiyi məna onun üçün çox önəmli idi. Min
bir əziyyətlə anlada bildim ki, üzüyü onu görməyə
tələsdiyimdən evdə unutmuşam.
Ürəyim hər şey üçün darıxırdı; piyada yol getməyimiz,
dondurma yeməyimiz, onun zarafatları, bir sözlə hər şey
üçün. Qəzvində qalacağı bir neçə gündə bir an da ondan
ayrılmaq istəmirdim. Bibim Həmidə zəng vurub nahar
üçün hazırlıq gördüyünü və bizi gözlədiyini bildirdi.
Həmid yeməkdən sonra çamadanını açdı. Bizə çoxlu
hədiyyə gətirmişdi. Mənə bir neçə dəst paltar almışdı.
Paltarları çamadanında səliqə ilə qatlamış, hər birinin
arasına gül qoymuş, hamısına ətir vurmuşdu. Bibim
Həmidin bu səliqəsini görüb zarafata dedi: “İnanmağım
gəlmir ki, sən alış-verişdən qaçan Həmidsən. Axı əlini
ağdan-qaraya vurmazdın, ay Həmid! Qız gərək bütün
paltarlarını özü ər evinə aparsın, ancaq sən hər şeyi
almısan”. Bibim bunu deyən kimi hamımız gülməyə
başladıq. Görünür, təlim keçilməyən saatlarda məni necə
sevindirəcəyini düşünürmüş.
Havanın çox isti olmasına baxmayaraq, Qəzvində
olduğu bir həftənin bütün günlərini birlikdə keçirdik.
Müxtəlif yerlərdə görüş təyin edirdik. Hətta insanların
kölgə axtardığı vaxtlarda belə hər anımızı birlikdə
keçirməyə çalışırdıq.
98
Təlimdə günlərinin əksinə olaraq, bu bir həftə çox tez
keçdi, təlimləri davam etdirmək üçün yenidən Məşhədə
qayıtmalı oldu. İkinci ayrılıq birincidən də çətin oldu.
Sağollaşanda çalışdım ki, narahatlığımı büruzə verməyim.
Bilirdim ki, onun işi bu təlimlərə, ezamiyyətlərə bağlıdır.
Hər sağollaşanda giley-güzar etsəydim, ruhiyyəsinə mənfi
təsir göstərərdi.
Öncəki səfərində yoluna hazırladığımız yemək onu
incitdiyinə görə bu dəfə evdə hazırlanmış sendviç
qoydum. Yola salandan sonra elə oradaca hovuzun
yanında oturub durmadan ağladım, öz-özümə dedim:
“Bizim bəxtimiz yoxdur, nişanlı günlərimizin əvvəli
payıza, qışa düşdü, gün qısa olduğuna görə bir-birimizlə
çox vaxt keçirə bilmədik. İndi günlər uzanıb, amma
Həmid yoxdur”.
Onsuz günlərim əzab-əziyyət içində keçirdi. Beynimdə
xəyallar qururdum, təsəvvür edirdim ki, Həmid yanımda
olsaydı, gedərdik Çaharsütuna, ya da Nuruş-şühədaya.
Ürəyim
Həmidin
şirin
dilindən
və
mehriban
davranışlarından ötrü alışıb-yanırdı. Xüsusən də 23
iyunda, nişanlandığımızdan sonra keçirdiyim ilk ad
günümdə yanımda deyildi. Zəng edib təbrik etdi, xeyli
zarafatlaşdı. Onun yoxluğuna görə çox narahat idim. Bu,
mənə əzab verirdi.
Məncə, Həmid mənim narahat olduğumu anlamışdı.
Telefonda danışandan sonra mesaj yazdı. Şeir göndərmiş,
məni “qürrətül-eyn”, yəni gözümün işığı adlandırmışdı.
Bir neçə duyğulu cümlə də yazmışdı. Əgər istəsəydi, yaxşı
şair olardı. Həm yaxşı duyğusal cümlələr yazırdı, həm də
poetik istedadı vardı. Yazdığı hər bir sözündən necə
darıxdığını hiss etmək olurdu. Bütün cümlə və şeirləri
özünün yazdığını bilsəm də, halını dəyişmək üçün yazdım:
99
“Həqiqətən, gözəl cümlələrdir. Hansı kitabdan seçmisən?”
Məsumcasına yazdı: “Məni ələ salmısan, ay qız? Bunların
hamısı öz əl işimdir”. Yazdım: “Zarafat edirəm, əzizim!
Yazdığın hər kəlmə mənə əzizdir. Hamısını dəftərə yazıb
yadigar saxlayıram”.
Ertəsi gün zəng edəndə dünən yazdığı şeiri ona oxumaq
istədim. Şeirlərinin özünəməxsus rəvanlığı və ritmi var idi.
Özümdən bir ritm uydurub oxumağa başladım. Hamısını
səhv deyir, oxuyarkən əllərimi oynadırdım. Ancaq nə
etsəm də, şeirin ritmini lazımınca tuta bilmədim. Həmid
dedi:
-Bu cür şeir oxumağınla mənim bütün hisslərimi
korladın.
İkimiz də güldük.
-Yaxşı, Həmid! Mən bacarmadım, özün oxu.
Özü hər şeyi düz oxudu. Vəzn, qafiyə, ritm -hər şey
qaydasındaydı. Şeirin ortasında dayandı, sonra dedi:
-Əzizim, mən oxuyuram, maraqlı gəlmir. Sən oxu, bir
az gülək.
Məşhəd təlimləri iyul ayının onunda sona çatdı. Həmid
əla qiymətlərlə qəbul olmuşdu, iyirmidən on doqquz, ya da
iyirmi almışdı. Mən də imtahanlarımı çox yaxşı
vermişdim. Yenə qayıdanda çoxlu hədiyyə almışdı.
Xüsusən də çox gözəl bir ətir almışdı, onu işlətməyə
ürəyim gəlmirdi, qurtaracağından qorxub çox az-az
vururdum. Mənə verdiyi ən kiçik şeydən də ikiəlli
yapışmaq istəyirdim.
Əvvəllər deyirdim ki, mən hara, eşq hara; mən hara,
aşiq olmaq hara; mən hara, vurulmaq hara?! Ancaq indi
Həmid mənim hər şeyim olmuşdu. Bütün vücudumla aşiq
olduğumu hiss edirdim.
100
Məşhəddən qayıdandan bir neçə gün sonra xəstələndi.
Düşündüm ki, yəqin təlim şəraitinə görə belə olub.
Birlikdə Heydəri küçəsində yerləşən Pakrəvan klinikasına
getdik. Həkim serum yazdı. Tibb bacısı damarını tapana
qədər iki-üç dəfə qoluna iynə saldı. İlk dəfə idi ki,
başqasına iynə vururdular, ancaq ağrısını mən hiss
edirdim; ilk dəfə idi ki, başqası xəstələnirdi, ancaq mənim
halım pisləşirdi.
Serum qurtarana qədər yanında qalmağa icazə aldım.
Çantamdan Quran çıxardım. Mənim halım ondan pis
olmuşdu. Onun acı çəkməsinə dözə bilmirdim. Quranı
açıb oxumağa başladım. Həmid dedi: “Xanım, ucadan
oxu. Tərcüməsini də oxu. Bu dərmanların hamısı
bəhanədir. Əsl şəfa Allahın əlindədir”.
|