İkinci fəsil
Səni yad etmək qəlbimizdə tufan
yaradır
Xəstəxananın Ürək Reanimasiya şöbəsinin pəncərəsi
arxasından bütün xəstələr, xüsusilə də nənəm üçün dua
edirdim. Bir-iki gün idi ürəyində yaranmış ağrılara görə
xəstəxanada yatırdı. Dərin fikirlərə daldığım halda birdən
bir nəfər başını mənə çevirib salam verdi. Həmid idi. Hələ
də gözlərinə baxmağa cürət etmirdim. Hətta o günə kimi
gözlərinin nə rəngdə olduğunu belə bilmirdim. Dedi:
“Narahat olma, nənənin vəziyyəti yaxşıdır. Hə, bir də iki
gün sonraya genetik müayinə üçün həkimdən növbə
almışam”.
Növbəmiz çatan gün anamı da özümüzlə apardıq.
Anamla mən qabaqda gedirdik, Həmid də arxadan gəlirdi.
Həkimin otağına çatanda anam növbətçidən soruşdu:
28
“Həkim gəlib, ya yox?” Növbətçi dedi: “Həkim
məzuniyyətə çıxdığı üçün bu günə verilmiş növbələri
çərşənbə axşamına keçirdik”.
Həmid dedi: “Bibi, siz niyə zəhmət çəkirsiz? Mən
özüm gələn həftəyə vaxt təyin edərəm. Siz əyləşin”.
Həmid vaxt almağa gedəndə anam gülərək astadan dedi:
“Fərzanə, deyəsən, bu sənin atandan da qısqancdır”.
Gülümsədim. Utanmasaydım, anama belə deyərdim:
“Gələcək həyat yoldaşına qarşı belə həssas və diqqətli
olması xoşuma gəlir”.
Klinikadan çıxanda Həmid bizi evə aparmaq istəyirdi,
ancaq biz bazara getməli olduğumuzdan, orada ondan
ayrıldıq.
İkinci gün özümüz həkimə getdik. Gözləmə zalında
oturmuşdum, hələ növbəmiz çatmamışdı. Hava mülayim
idi, payız günəşinin şüaları pəncərədən içəri düşürdü.
Həmid özünü soyuqqanlı göstərməyə çalışsa da,
yüngülcə titrəyən əlləri həyəcanlı olmasından xəbər
verirdi. Onun şıltaqlığı da tutmuşdu. Əlindəki mobil
telefonu elə tərpədirdi ki, günəş şüaları gözlərimə düşürdü.
O, elə uşaqlıqdan bu kimi dəcəlliklərindən qalmırdı.
Mülayim səslə dedim: “Həmid ağa, olar ki, belə
etməyəsiz?!” Nişanlanandan bir ay sonraya qədər onunla
rəsmi danışır, “siz” deyə müraciət edirdim.
“Siyahkali” soyadını eşidən kimi vaxt itirmədən
həkimin otağına getdik. Həmid qapını açdı və məndən
sonra içəri girdi.
Yaşlı qadın olan həkim bizim qohumluq əlaqəmiz
barədə soruşdu. Bir neçə nəsil davam edən qohumluq
tarixçəmizi araşdırmalıymışıq. Həmidin bu mövzu barədə
kifayət qədər məlumatı yox idi. Məsələn, o, atamın ögey
dayısının onun bibisi ilə evləndiyini bilmirdi, amma mən
29
nənəmin sayəsində bütün bunlardan xəbərdar idim.
Qohumların bütün evliliklərini bilirdim. Buna görə də,
atamın ögey dayısını asanlıqla yaza bildim.
Tayfamızda qohum evliliyi çox olduğundan həkim
sülalə sxemini tərtib etməkdə neçə dəfə yanlışa yol verdi.
Tez-tez xətt çəkib düzəliş edirdi. Axırda alınmadığını
görüb dedi: “Görünür, əvvəldən başlamalı olacağıq. Sizin
qohumluğunuz çox qarmaqarışıqdır”. Nəhayət, birtəhər
cədvəli tamamlayıb qan analizi və digər işlər üçün nüsxə
yazdı.
Analiz verəcəyimiz gün Fatimə də bizimlə getdi. Qan
analizi olduqca çətin və ağrılı idi. Gözlərimdən yaş axırdı,
rəngim qaçmışdı. Həmid narahat halda başım üstə
dayanmışdı.
Məni
bu
vəziyyətdə
görməsini
heç
istəməzdim.
Fikrimi
yayındırmaq
üçün
mənimlə
zarafatlaşır, müxtəlif mövzular barədə danışırdı.
Analizi verdikdən sonra bir neçə dəqiqə oturduq. Çox
qan verdiyimə görə bədənim zəifləmişdi. Bayıra çıxanda
analiz qəbzini verib dedi: “Üzr istəyirəm, Fərzanə xanım!
Doğrusu, mən sabah ezamiyyətə yollanacam. Zəhmət
olmasa, iki gün sonra cavabını alarsız. Xahiş edirəm,
nəticəni yubanmadan mənə çatdırın. Qayıdandan sonra
birlikdə gedərik”.
İki gün ərzində onunla heç bir əlaqəm olmadı. Hətta
danışmaq üçün bir-birimizin telefon nömrəsini də
götürməmişdik. Bəzən başı kəsilmiş toyuq kimi yerimdə
qıvrılır, durmadan gözümü analiz qəbzinə zilləyirdim. Bir
neçə il sonranı pazl hissələri kimi beynimdə bir-birinin
yanına düzürdüm. Öz-özümə deyirdim: “Analizin cavabı
yaxşı çıxsa, Həmidlə ailə quracağıq. İllər ərzində bir-
birimizin
yanında
gözəl
həyat
yaşayıb,
övladlar
böyüdəcəyik”.
30
Analizin mənfi olacağı barədə fikirləşmək istəmirdim.
Bu evliliyin baş tutmayacağını təsəvvür edə bilmirdim.
Bəzən hissə qapılıb öz-özümə deyirdim: “Analizin cavabı
mənfi olsa, necə olacaq? Onda hər şey danışdığımız kimi
sona çatacaq, hər kəs öz həyatının arxasınca gedəcək. Bu
barədə heç kimə bir söz deməyəcəyik. Axı bu qədər
mühüm analizin cavabını görməzdən gələ bilmərik!” Bu
yerə çatanda xəyalımda toxuduğum hər şey bir andaca
sökülürdü. Bu barədə Həmidin də fikirini bilmək
istəyirdim.
Bu iki gün çox uzun və çətin keçdi. Durmadan saata
baxır, əqrəblərinə ip bağlayıb qabağa çəkmək istəyirdim.
Çantamı açıb analiz qəbzini gözdən keçirdim. Analizin
cavabını hansı saatda almalı olduğumu bilmək istəyirdim.
Mən plan cızmaqla məşğul ikən bibim zəng elədi,
salamlaşandan sonra Həmidin ezamiyyətdən qayıtdığını
bildirdi. Həmid analizin cavabını öyrənmək üçün mənimlə
birgə getmək istəyirdi. Mənsə xəcalət çəkirdim, yolboyu
onunla necə danışacağımı bilmirdim.
Həmidlə birlikdə analizin cavabını almağa yollandıq.
Həyəcan və streslərimizi bir-birimizdən gizlətməyə
çalışırdıq. Ancaq iztirab hər ikimizin gözlərində aydın
sezilirdi. Həmid analizin cavabını alıb mənə göstərdi.
Dedim:
-Əgər nəticəni bilmək istəyirsizsə, gərək bizi nahara
qonaq edəsiz”.
-Siz dua edin, bir problem çıxmasın, on dəfə qonaqlıq
verməyə hazıram.
Verdikləri kağızdan anladım ki, heç bir problem
yoxdur. Buna baxmayaraq, Həmidə dedim: “Əmin olmaq
üçün gərək nəticəni həkimə göstərək”. Həmid elə oradaca
həkimə zəng edib, axşama növbə aldı.
31
Analizi alandan sonra oradan çıxıb, Xəyyam prospekti
ilə Səbzə Meydan dairəsinə kimi yarım saat piyada getdik.
Analizin cavabı qəti olana qədər bu barədə heç kimə, hətta
yaxın qohumlara belə bir söz demədiyimizdən kiminsə
bizi birlikdə görəcəyindən narahat idim.
Bir-bir mağazaların önündən keçəndə Həmid dedi:
-Meyvə şirəsi içək?
-Xeyr, meylim yoxdur.
Bir neçə addım atdıqdan sonra dedi:
-Nahar vaxtından keçir, gedək bir yerdə yemək yeyək.
-İştahım yoxdur.
Təkliflərindən məlum idi ki, birlikdə daha çox zaman
keçirmək üçün bəhanə axtarır. Öz əlimdə deyildi, onunla
hələ də səmimi ola bilmirdim.
Təkliflərinin qəbul olunmadığını görüb inciməyə
başlayırdı. Maşında da bir-birimizlə çox danışmazdıq.
Hava çox isti idi, sanki yay fəsli bitməmişdi. Günəş eynəyi
taxmışdım. Həmidin kirpiyi köynəyinə düşmüşdü. Mənə
göstərib dedi: “Bax, o qədər danışmadın, kirpiklərim
tökülür”.
Özümdən asılı olmayaraq, gülməyim tutdu. Məhz elə o
gülüşümə görə də, evə gələndə narahat olmağa başladım.
Axı mən nə üçün bir naməhrəmlə deyib-gülməli idim?!
Anam halımın pozulduğunu görüb dedi: “Qızım, burda
narahatlığa səbəb olacaq bir şey yoxdur. Sən artıq
Həmidin həyat yoldaşı olursan”.
Anamın məhəbbətlə dediyi sözlər qəlbimi sakitləşdirsə
də, beynimdə fırlanan burulğanlardan qurtara bilmirdim.
Bir tərəfdən, Həmidlə daha çox vaxt keçirmək, onu
tanımaq və daha çox söhbətləşmək istəyirdim, digər
tərəfdən də xəcalət çəkirdim. Doğrusu, o vaxta qədər belə
bir duruma düşməmişdim.
32
Həmin gün axşam Həmid məni həkimə aparmağa gəldi.
Növbədə cəmi bir-iki nəfər vardı. Giriş pulunu ödədikdən
sonra yanımdakı boş oturacaqda əyləşdi. Ayaqlarını
durmadan silkələməyindən həyəcanlı olduğu məlum idi.
Bir neçə dəqiqə gözləməli olduq, növbəmiz çatanda otağa
girdik.
Həkim analizin cavabını diqqətlə nəzərdən keçirdi. Bir
neçə dəqiqə baxandan sonra eynəyini gözündən çıxardı,
gülərək dedi: “Gərək muştuluq verəsiz. Təbrik edirəm, heç
bir problem yoxdur, rahat şəkildə evlənə bilərsiz”.
Həkim bu sözləri deyən kimi Həmid gözlərini bağlayıb
dərindən nəfəs aldı. Çünki bu evliliyə mane olacaq yeganə
səbəb həmin genetik problemi idi ki, o da Allahın lütfü ilə
həll olmuşdu. Həmid dedi: “Təşəkkür edirəm, xanım
doktor. Sözün düzü, elə analizin cavabını alanda Fərzanə
xanım nəticənin nədən ibarət olduğunu anlamışdı. Ancaq
əmin olmaq üçün sizə göstərdik”.
Həkim dedi: “Fərzanə bir neçə ildən sonra bizim
həmkarımız olacaq. Bunu bilməsi normaldır. Ümidvaram
ki, gözəl və xoşbəxt bir ailə qurasız”.
Həmid sevincdən yerə-göyə sığmırdı. Həkimin yanında
öz hisslərini büruzə verə bilməsə də, ona dəfələrlə
təşəkkür etdi və biz məmnun halda otaqdan çıxdıq.
Həmidin gözləri qəribə şəkildə gülürdü.
-Allaha şükürlər olsun, artıq hər şey bitdi. Rahatlaşdıq.
Bir anlıq dayanıb dedim:
-Xeyr, hələ bitməyib. Məncə, bir analiz də verməli və
nikah üçün kursa getməliyik.
Həmid bunları eşidən kimi dedi: “Yox, daha bəsdir.
Heç nə lazım deyil. Tez gedək, şirniyyat alıb bu xoş xəbəri
ailələrimizə çatdıraq. Əminəm ki, onlar da sevinəcəklər”.
33
Çiyinlərimi çəkib dedim: “Bilmirəm, bəlkə də mən
yanılıram və sizin daha dəqiq məlumatınız var”.
Uşaqlıqda bibimgilə tez-tez gedər və bibim qızları ilə
oynayardım. Böyüyüb həddi-büluğa çatandan sonra
utandığımdan onlara çox az gedərdim. Həmid də nadir
hallarda bizə gələrdi. Evlilik məsələmiz ciddi hal alandan
sonra get-gəllərimiz çoxalmışdı. Həmin gün də Həmid ata-
anası ilə məsələni həll etmək üçün bizə gəlməli idi.
Mətbəxdə meyvə yuyanda atam yaxınlaşıb dedi:
“Qızım, mehr təyin olunmalıdır, nə deyək? Fikrin nədir?”
Atamla bu haqda açıq danışa bilmədiyim üçün başımı
qaldırıb qısaca dedim: “Siz nə məsləhət görürsünüzsə, elə
də olsun, ata can”. Atam gülümsəyib dedi: “Mehr sənin
haqqındır, mənim bu barədə heç bir fikrim yoxdur. Mehri
qız təyin etməlidir”. Dedim: “500 ədəd qızıl sikkə
necədir? Eşitdiyimə görə anamın qohumlarının hamısının
mehri 500-dən yuxarıdır”. Atam bir naringi götürüb dedi:
“Sən nə desən, elə də olacaq, amma mənim fikrimcə,
çoxdur”. Meyvələri səbətə yığıb dedim: “Onda 300
deyərik”. Atam gülüb dedi: “Bu vaxtacan kim mehr verib,
kim alıb?!” Gülməmək üçün özümü güclə saxladım.
Atamın baxışları çox qəribə idi. Sanki həmişə atasının
qucağına atılmağa bəhanə axtaran, onunla saatlarla
oynamağı sevən balaca Fərzanə ilə mehr, toy barəsinə
söhbət etdiyinə inana bilmirdi.
Qonaqlar üçün hər şey hazırlamışdım. İlk dəfə deyildi
ki,
qonaq
qəbul
edirdim,
amma
nədənsə
çox
həyəcanlıydım. Qab-qacaqları bir neçə dəfə sildim. Fatimə
məni ələ salır, anam da sakit halda atamla danışırdı.
Anamın atamla mehr barədə danışdığını düşünürdüm.
Nəhayət, qonaqlar gəldilər. Salamlaşandan sonra
yenidən mətbəxə qayıtdım. Qabları sonuncu dəfə sildim.
34
Bütün diqqətim qonaq otağında gedən söhbətlərdə idi.
Bibim dedi: “Qardaş, analizin cavabı yaxşı çıxdığına görə
icazə ver, Həmidlə Fərzanə gedib bazardan üzük alsınlar.
Gələn həftənin cümə günü də nişan mərasimi keçirək”.
“Üzük” sözünü eşidən kimi bir anlığa gözüm sol
barmağıma sataşdı, vücudumu qəribə bir hiss bürüdü. Bu
hiss rahatlıqla eyni zamanda, üzərimə düşən məsuliyyətin
ağırlığını əks etdirirdi.
Mehr söhbəti başlayan kimi atam dedi: “Fərzanənin
istəyi 300 sikkə qızıldır”. Həmidin atası dedi: “Mənim
fikrimcə, Həmidlə Fərzanə mehrin miqdarını təyin edib
razılığa gəlməlidirlər”. Otağa bir neçə dəqiqəlik ağır sükut
çökdü. Həmidin böyüklərin yanında danışmayacaq qədər
həyalı olduğunu bilirdim. Ancaq hamının onu gözlədiyini
görüb dedi: “Bizim qohumlarımızın, qardaşlarımın
yoldaşlarının, bacılarımın mehri təxminən 140 qızıl olub.
300 qızıl çoxdur, mənim fikrimi soruşsanız, həyat
yoldaşımın mehrinin 14 sikkə qızıl olmasını istəyərdim.
Ancaq yenə də gəlin tərəfinin nəzəri əsasdır”.
Hər şey düşündüyümün əksinə olurdu. Çoxdan idi ki,
Həmidin məhəbbəti ailəmin qəlbinə hakim olmuşdu.
Anam mənim tərəfimi saxlamaq və dediyim miqdarı
təsdiq etmək əvəzinə Həmidə dedi: “Sabah üzük almağa
gedəndə bu barədə Fərzanə ilə danışarsız. Bəlkə fikrini
dəyişdirə bildin. Siz nə qərara gəlsəniz, biz qəbul
edəcəyik”. Atam da bu məsələdə anamdan geri qalmır,
məndən çox Həmidi düşünürdü. Mənim fikrimin 300 qızıl
olduğunu desə də, əslində, öz fikrinin tamam başqa bir şey
olduğunu gizlədə bilmirdi.
Qonaqlara çay aparanda özümü əlinə ilk dəfə sini
götürmüş biri kimi hiss edirdim. Elə bil, o vaxta qədər
Həmidi əsla görməmişdim. Sanki bu gün bizim evə gələn
35
Həmid daha öncə dəfələrlə gördüyüm bibim oğlu deyildi.
O indi təkcə bibim oğlu deyil, həm də həyatıma yoldaş
olacaq ömür sirdaşım idi. Hamıya çay verəndən sonra
bibimin yanında oturdum. Üzündən sevinc yağırdı.
Əlimdən tutub dedi:
-Qardaşımdan icazə aldım. İnşallah, gələn həftənin
cümə günü nişan mərasimi keçirəcəyik. Sabah gedib üzük
ala bilərsiz?
-Saat 4-ə kimi dərsim var. Evə çatana beşin yarısı
olacaq.
Qərara gəldik ki Həmid sabah saat beşdə bizə gəlsin,
birlikdə bazara üzük almağa gedək.
Ertəsi gün səhər saat 7-dən dərsim vardı. Hər dərs bir
kafedradaydı, birini bitirib qaça-qaça digərinə gedirdim.
Evə qayıdanda saat beşin yarısı oldu. Atamla Fatimə
həyətdə tennis oynayırdılar. Yorğun oduğum üçün onların
yanında dura bilmədim.
Paltarımı dəyişib televizorun qarşısında oturdum. Təzə
ayaqqabılarım
ayağımı
döyürdü.
Topuqlarımın
suluqladığını hiss edirdim. Televizorda Donqi serialı
gedirdi. Birdən qapının zəngi çaldı. Həmid idi. Düz saat
beşdə gəlmişdi.
O qədər yorğun idim ki, Həmidlə bazara gedəcəyimi
tamam unutmuşdum. Həmid yuxarı çıxmadı, aşağıda məni
gözlədi. Pəncərədən həyətə göz gəzdirdim. Həmid əlini
saçında gəzdirirdi. Əynində mənimlə ilk dəfə söhbət etdiyi
zaman geyindiyi paltar vardı: boz şalvar və üzərinə saldığı
boz sadə köynək. Sadə və gözəl!
Səhərdən dərsdə olduğuma görə getməyə həvəsim yox
idi. Ayaqlarım da sızıldayırdı. Ayağımı bəhanə etmək
istəyəndə anam həmişəki kimi Həmidin tərəfini tutub dedi:
36
“Dur, get, ayıbdır, Həmid səni gözləyir. Gör nə vaxtdır
həyətdə ayaqüstə dayanıb”.
Tez hazırlaşıb evdən çıxdım. Güclü külək əsirdi, hər
tərəfi toz-torpaq bürümüşdü. Həmid qardaşı Səidin maşını
ilə gəlmişdi. Düzü, bir az qorxurdum. Buna görə də,
taksiylə getməyi məsləhət gördüm. Belə bir təklifin onun
xətrinə dəydiyini hiss etsəm də, məsləhətimi qəbul edib
tez taksi tutdu.
Biz taksidən düşəndə külək daha da şiddətlənmişdi,
yeriməyə imkan vermirdi. Dedim:
-Həmid ağa, deyəsən, alış-veriş etmək bu günə qismət
deyilmiş. Bir tərəfdən mən yorğunam, bir tərəfdən də hava
belədir.
Həmid havanın pisləşməsini görməzdən gəlib dedi:
-Məncə, hava çox gözəldir, iki nəfərə alış-veriş etməyin
əsl vaxtıdır. Gərək bu gün üzüyü alaq, anama söz
vermişəm.
Bir neçə qızıl dükanına baş çəkdik. Barmağıma taxanda
rahat olacağım yüngül və sadə üzük axtarırdım. Həmid isə
daş-qaşla bəzədilmiş ağır üzük axtarırdı. Mağazaların
vitrininə baxanda Həmidin nə isə demək istədiyini hiss
etdim.
-Nəsə demək istəyirsən?
Bir anlıq fikrə daldı.
-Bəli, amma bilmirəm indi deyim, yoxsa yox.
-Sizə necə rahatdırsa, elə də edin, özünüzü əziyyətə
salmayın. Bir problem varsa, buyurun, deyin.
Üstündən yarım saat keçsə də, fikrim-zikrim Həmidin
demək istədiyi sözdə idi. Buna görə diqqətimi cəmləyib
bir üzük seçə bilmirdim. Üzümü ona tutub astadan dedim:
-Həmid ağa, xahiş edirəm, sözünüzü deyin. Diqqətimi
toplaya bilmirəm, fikrim dağınıqdır.
37
Hələ də onunla belə rəsmi danışırdım. Zarafata dedi:
-Axı mən hələ fikirləşib qurtarmamışam.
-Fikirləşib bir nəticəyə gələ bilsəniz, minnətdar olaram.
Yenə bir qədər fikirləşib dedi:
-Mehri azaltmaq mümkündür? Doğrusu, mənə 14 qızıl
daha uyğundur.
“Mehr” sözünü deyən kimi anamın Həmidə dediyi
sözlər yadıma düşdü.
-Elə buna görə bu qədər fikirləşirdiz? Mən fikrimi
dünən
bildirdim.
Bilirsiz,
mənim
ana
tərəfdən
qohumlarımın hamısı 500 sikkədən çox təyin edib. Mən
sizi nəzərə alıb 300 demişəm, 200-ünü azaltmışam. Siz də
qəbul etsəz, peşman olmazsız.
Heç nə demədi. Birinci gün mənimlə necə rəftar
etmişdisə, indi də elə davranırdı. İstədiyi şey yalnız mənim
razılığım idi. Onun bu davranışı mənimçün çox dəyərli idi.
Çox gəzdikdən sonra sadə bir üzük ala bildik. Qızılın
bir qramı 114 min tümən idi. Aldığımız üzük də 600 min
tümənə başa gəldi. İşimiz qurtarandan sonra Həmidə
piyada qayıtmaq istədiyimi bildirdim. Birlikdə söhbət
etmək, onu daha çox tanımaq istəyirdim. Belə olanda
özümü daha yaxşı hiss edirdim.
Bazardan Nizamvəfa dördyoluna kimi piyada gəldik.
Həmid məni meyvə şirəsinə qonaq etmək istəyirdi, ancaq
nə qədər gəzdiksə, tapa bilmədik. Dedi:
-Bir şirəsatan yoxdur ki, adam öz istəklisinə bir şey ala
bilsin.
Gülümsədim.
-Bu küçədəki mağazaların hamısı elektrik dükanlarıdır.
Burda kim meyvə şirəsi satar axı?!
38
Bir qədər də gedib Səidi küçəsinə çatanda nəhayət,
meyvə şirəsi satılan bir dükan tapa bildik. Həmid iki
dondurma, yemiş və kök şirəsi və bir də adi su aldı.
Suyu stəkana töküb içdikdən sonra üzümü Həmidə
tutub dedim:
-Bəziləri deyirlər ki, antisanitariya nöqteyi-nəzərindən
hamı öz şəxsi stəkanında su içməlidir. Ancaq mən
alimlərin birindən eşitmişəm ki, ər-arvadın eyni stəkandan
su içməsi ailədə sevginin möhkəmlənməsinə səbəb olar.
Mən bu sözü deyən kimi Həmid öz stəkanını kənara
qoyub, mənim stəkanımı su ilə doldurdu. Suyu içmək
istəyəndə utancaq halda dedi: “Olar ki, su içəndə mənə
baxmayasan?”
Zarafata salıb onu bir qədər incitmək istəyirdim.
Gözümü ondan çəkmədim. Onu gülmək tuturdu, bir
qurtum da içə bilmirdi. Dedim:
-Özün bilirsən ki, mən dəcəl uşağam.
Bunu deyib uşaqlıqda balaca bacımın başına gətirdiyim
hadisələri danışmağa başladım.
-Yadımdadır, bir gün çəngəli istiota batırıb ikiyaşlı
Fatiməyə vermişdim. Yazıq uşağın ağzı alışıb yanır,
ağlayır, mən də ona baxıb gülürdüm.
Uşaqlıq xatirələrimi, dəcəlliklərimi danışanda Həmid
zarafatla dedi:
-Dayıqızı, hələ gec deyil, gəl bu evliliyin xeyrindən
keçək.
-Bəli, hələ də gec deyil, fürsətiz var. Gedin, yaxşı-yaxşı
fikirləşin.
Dondurmaları yedikdən sonra yorğun olmağıma
baxmayaraq, yenə də piyada yola düşdük. Həmid çox
sevinirdi. O da uşaqlıq və yeniyetməlik çağlarını xatırlayıb
dedi:
39
-Bayramda sizə gələndə ən çox istədiyim şey qapını
açıb bayıra çıxmağın və səni görməyim idi. Sən bayıra
çıxmayanda əsəbiləşirdim. Ancaq sizdən çıxanda bu
hərəkətindən xoşum gəldiyini hiss edirdim. Çünki bayıra
naməhrəm səni görməsin deyə çıxmırdın.
Həmid doğru deyirdi. Evimizə naməhrəm gələndə
otaqdan bayıra çıxmamağa adət etmişdim.
Söhbətimiz bir qədər səmimiləşəndən sonra soruşdum:
-Həmid, sənin elçiliyinə “yox” cavabı verdiyimi
eşitdikdə hansı hissləri keçirdin?
Dərin nəfəs alıb dedi:
-Sən canın, yaramı təzələmə. Mənim heç bir şeydən
xəbərim yox idi. Evdəki bu söz-söhbəti eşidəndə
otağımdan çıxıb anama dedim: “Siz hara getmişdiz ki? Bu
nə söz-söhbətdir?” Anam dedi ki, Tağı dayıngilə
getmişdik, Fərzanə də bizi əliboş qaytardı. Mən də narahat
olub yarızarafat-yarıgerçək dedim: “Ana can, elçiliyə
getmisiz, məni niyə aparmamısız?! Axı harda görünüb ki,
elçiliyə bəysiz getsinlər?!” Sonra otağıma girdim,
gözlərim doldu. Doğrusunu bilmək istəsən, hətta bir qədər
ağladım da. Öz-özümə dedim ki, mən dayıqızını çox
sevirəm, onsuz yaşaya bilmərəm. Bir zamanlar sənin nə
vaxtsa mənim həyat yoldaşım olacağına bütün varlığımla
inanırdım. Sənin rədd cavabı verdiyini eşidəndə çox
duyğulandım. Fikirləşdim ki, bir insanı bu qədər sevib,
yalnız onu düşündüyün halda onun səni sevməməsi
mümkündürmü?!
Həmid bunları deyəndən sonra mən də ona Allahla
bağladığım əhd-peymandan danışdım:
-Siz ikinci dəfə gəlməzdən öncə mən Allahla əhd-
peyman bağladım ki, qırx gün Təvəssül duasını oxuyacam,
sonra da ilk gələn elçiyə “hə” cavabı verəcəm. Ancaq
40
görünür, siz tələsirdiz, səbir etməyib əhd-peymanımın
iyirminci günündə gəldiz.
Həmid təbəssümlə dedi:
-Sənə bir söz deyim, amma lovğalanıb nazlanma!
Onun danışıq tərzinə gülüb dedim:
-Eşidirəm, buyur.
-Doğrusu, mən sizə ikinci dəfə gəlməzdən bir həftə
qabaq müqəddəs Qum şəhərinə -həzrət Məsumənin
ziyarətinə getmişdim. O həzrətə yalvarıb dedim: “Ya
həzrət Məsumə! Səni and verirəm qardaşın İmam Rzaya
(ə), məni sevdiyimə qovuşdur. Mən Fərzanədən başqa heç
kəsi sevə bilmərəm, həyatımda ondan başqasını təsəvvür
edə bilmərəm”.
Bir qədər fikrləşib dedim:
-Həmid ağa, indi ki bunları dedin, icazə ver, mən də bir
neçə il öncə gördüyüm yuxunu danışım. Bu şərtlə ki,
yuxumu eşitdikdən sonra çox da lovğalanmayasan.
-Danış, görüm nə görmüsən?
-Yuxuda gördüm ki, bir helikopter evimizin üstündə
fırlanaraq məni çağırır. Dama çıxanda helikopterdən
qucağıma başı kəsilmiş qoyun cəmdəyi atdılar.
-Qəribə yuxudur. Yozumunu öyrənmədin?
-Bu yuxunun təəssüratından qurtara bilməsəm də, onu
heç kəsə danışmamışdım. Məşhəd ziyarətinə gedəndə
mehmanxananın foyesində şəhidlərin xatirələrindən bəhs
edən bir neçə kitab vardı. Kitabların arasından Şəhid Nasir
Kaziminin həyat yoldaşının xatirələrini oxuyurdum.
Təsadüfən, xatirələrin birində mənim gördüyüm yuxuya
bənzər bir yuxu danışırdı. Yazılmışdı ki, mənim kimi o da
elçilərə ilk dəfə “yox” deyəndə bir helikopterin evlərinin
üzərində uçduğunu, onun da qucağına başı kəsilmiş bir
qoyun və bir balıq atıldığını görmüşdü. O, bu yuxusunu
41
danışanda iş yoldaşlarından biri deyir ki, başı kəsilmiş
qoyun Allah yolunda veriləcək qurbana işarədir. Yəqin,
ailə qurandan sonra həyat yoldaşın şəhid olacaq. Balıq da
uşağa işarədir. Yozumu da budur ki, həyat yoldaşın
övladın dünyaya gəlməzdən qabaq şəhid olacaq. Sonda
onun həyatı eynilə deyilən kimi olur. Övladı dünyaya
gəlməmiş yoldaşı şəhid olur. Bu xatirəni oxuyanda
anladım ki, mənə də bir şəhidin həyat yoldaşı olmaq
qismət olacaq.
Bu hadisəni danışanda Həmid məni qəribə baxışlarla
süzüb dedi:
-Yəni bu, mümkündür? Şəhid olmaq mənim ən böyük
arzumdur. Ancaq biz hara, şəhadət hara?!
O gün ürəyimiz istəyən qədər piyada gəzib, söhbət
etdik. İlk dəfə idi ki, bu qədər səmimi və şirin zaman
keçirirdik. Su kanalına çatanda həddən artıq yorulduğumu
hiss etdim. Həmid mənim vəziyyətimi görüb taksi ilə
getməyi məsləhət gördü. Maşına minən kimi dedi:
“Deyəsən, şirniyyat yadımızdan çıxdı. Gərək bir şey alıb
özümüzlə aparaq”.
Bir qədər getdikdən sonra maşından düşüb Əlborz
bazarına yollandıq. Həmid iki qutu şirniyyat aldı; birini
özlərinə, birini də bizimçün. Bir qutu da mənə ayrıca
sifariş verib dedi: “Bu “Məhəmməd gülü” şirniyyatı da
sənin üçündür, səhərlər dərsə gedəndə yeyərsən”.
Həmidin doğum günü tarixini bilmək istəyirdim.
Birbaşa soruşmaq istəmədiyim üçün şirniyyatlar hazır
olana qədər qəsdən ad günü tortları olan vitrinə
yaxınlaşdım, tortlara baxıb dedim: “Görürsən necə
gözəldir?! Builki ad günüm keçib, amma gələn il 23
iyunda belə bir tort sifariş vermək istəyirəm. Ad günündən
söz düşdü, bəs siz hansı aydansız?”
42
-Mənim ad günümə də çox qalıb, aprelin 24-üdür”.
Bu sözü eşidən kimi ad günlərimizi müqayisə etməyə
başladım. Tələsik beynimdə doğum günlərimiz arasında
ortaq nöqtə tapa bildim. Doğrusu, mənə çox təəccüblü
gəldi. Çünki ad günlərimiz bir-birinə uyğun gəlirdi. Mən
(hicri-şəmsi təqvimilə) dördüncü ayın ikisi, Həmid isə
ikinci ayın dördündə dünyaya gəlmişdi.
Şirniyyat mağazasından Kövsər dairəsinə kimi piyada
getməli idik. Həmid uşaqlıqdan idmanla məşğul
olduğundan bu gəzintilər onun üçün adi bir iş idi. Ancaq
mən o qədər piyada gəzməyə adət etmədiyimdən tez-tez
yolun ortasında oturub deyirdim: “Mən daha bacarmıram,
çox yorulmuşam”.
Həmid əlində şirniyyat yenə də öz şıltaqlığından
qalmırdı.
-Məhrəm də deyiləm ki, əlindən tutam. Burda maşın
tapılmaz. Küçənin başına kimi piyada getməyə məcburuq.
Bizim yol getməyimiz, rəftarımız eynilə təzə nişanlılara
bənzəyirdi. Qəzvin kimi şəhərdə yol gedib qohum-əqrəba
və ya dost-tanışla rastlaşmamaq mümkün deyildi. Xüsusilə
də Həmidi şəhərdə çoxları tanıyırdı.
Səkinin yanında oturmuşdum. Həmidin idmançı
şagirdlərindən bir neçəsi bizi gördü. Onlar uzaqdan bizi
bir-birlərinə göstərib nəsə pıçıldaşırdılar. Uşaqlardan biri
ucadan dedi: “Müəllim, yoldaşınızdır? Allah mübarək
eləsin!”
Həmidi gözaltı süzdüm. Utandığından alnından tər
axırdı. Sanki bədənini tikə-tikə edirdilər. Hörmətlə onlara
əl yelləyib dedi: “Bu uşaqlar adamı biabır edərlər. Sabah
bütün Qəzvin xəbərdar olacaq”.
Axşam saat doqquzda evə çatdıq. Anam bizi üzərliklə
qarşıladı. Üzük Fatiməylə anamın çox xoşuna gəldi.
43
Həmid şirniyyat qutusunu verib getmək istəyirdi, anamsa
əl çəkməyib onu yuxarı dəvət edirdi. Həmid yazıq görkəm
alıb dedi: ”Dayıdostu, indi çox gecdir, inşallah, başqa vaxt
gələrəm”.
Sağollaşanda üzüyü mənə vermək istədiyini görüb
dedim:
-Üzüyü bibiyə verin, nişan mərasimində gətirər.
-İndi ki üzük məndə qalır, onda sənə başqa bir hədiyyə
verəcəyəm.
Pencəyinin cibindən bir qutu çıxarıb mənə uzatdı.
Duruxub qaldım. Bu, onun mənə ilk hədiyyəsi idi. Qutunu
yavaş-yavaş açdım ki, cırılmasın. Gözəl qoxusu olan
Lacoste ətri idi. Bizim nişanlılıq dövrümüz bu ətirlə keçdi.
Həmid də həmişə ondan vurardı.
***
2012-ci ilin oktyabr ayının 12-i, cümə günü bizim
nişanımız oldu. Düz “Dəhvül-ərz” gününə təsadüf edirdi.
Hər iki tərəfdən çoxlu qonaqlar dəvət edilmişdi. Kişilər
həyətə sərilmiş xalça üzərində oturmuş, qadınlar isə evdə
əyləşmişdilər. Bayramdan sonra tanışlardan çoxunu
görməmişdim. Həmidin atası səhər tezdən Həsən ağa ilə
meyvə və şirniyyatları gətirmişdilər.
Qonaq otağı adamla dolu idi. Bəzi rəfiqələr və
qohumlarımla otaqların birində oturmuşduq. Həmidi
seçdiyim üçün ürəyimdə rahatlıq olsa da, nədənsə daxilən
iztirab içindəydim. Çalışırdım ki, heç kim üzümə baxıb
keçirdiyim gərginliyi başa düşməsin. Rəfiqələrimlə
səmimi söhbətə məşğul ikən Həmidin bacısı Məryəm içəri
girib dedi: “Gəlin xanım, qardaşımın səninlə işi var”.
Gümüşü rəngli çadramı başıma salıb, qapının ağzına
kimi getdim. Həmid əlində gözəl güllərlə dolu bir səbətlə
qapının ağzında gözləyirdi. Başı aşağı idi, hələ məni
44
görmürdü. Çağıranda başını qaldırıb gülə-gülə mənə
yaxınlaşdı. Kostyum geyinməmişdi, əynində həmişə
geyindiyi paltar var idi: boz şalvar və üzərinə saldığı eyni
rəngli köynək.
Səbəti aldım, gülləri iyləyib dedim: “Minnətdaram.
Zəhmət çəkmisiz”. Təbəssümlə dedi: “Xoşdur. Əslində,
özün elə gülsən!” Sonra mənalı-mənalı baxıb dedi:
“Kəbinimizi kəsəcək adam gəlib, bir neçə dəqiqədən sonra
nikah mərasimi olacaq. Siz də hazır olun”. Baxışlarımla
hazırlığımı bildirib otağa qayıtdım.
Oktyabrın girməsinə baxmayaraq, evin havası həddən
artıq isti idi. Yarım saat keçsə də, bir xəbər olmadı.
Bilmirəm niyə mərasimə tez başlamırdılar ki, qonaqlar
əziyyət çəkməsin. Anam otağa girəndə yavaşca soruşdum:
“Həmid ağa demişdi ki, kəbinkəsən gəlib, bəs nəyi
gözləyirlər?” Anam dedi: “Yəqin ki, kəbindən qabaq
hansısa işləri həll edirlər, ona görə uzanır”.
Qonaqların hamısı gəlmişdi, təkcə Həmid yox idi. Bir
az sonra məlum oldu ki, Həmid şəxsiyyət vəsiqəsini
gətirməyib. O, vəsiqəni gətirənə kimi bir saat keçdi.
Məsələ ağızdan-ağıza dolaşaraq bütün qonaqlara çatdı.
Hamı Həmidin vəsiqəni unudaraq gətirməməsinə zarafatla
yanaşsa, deyib-gülsə də, mən bu unutqanlığa bir az
əsəbiləşdim.
Həmid qayıtdıqdan sonra böyüklər kəbinin qarşılıqlı
öhdəliklərini yazmağa başladılar. Qərara alındı ki, cehizin
bəzi əşyalarını Həmidin ailəsi təmin etsin.
Nikah xütbəsi oxunan zaman Həmidlə birlikdə
üçnəfərlik divanda oturmuşduq; mən divanın bir tərəfində,
Həmid də o biri tərəfində.
Əqd süfrəsi olduqca sadə, eyni zamanda çox
mənəviyyatlı idi. Bərəkət əlaməti olaraq bir tikə çörək, bir
45
ədəd yaşıl boşqab, aydınlıq rəmzi olaraq, bir kasa suyun
içində qurumuş gül ləçəkləri, bal dolu bir kasa, üzük qabı
və qarşımızda bir güzgü var idi. Sadəliyin özü də bir
gözəllikdir.
Həmidin əlində tərcümə və təfsiri olan bir Quran var
idi. O zaman Quranın beş cüzünü əzbər bilirdim. Hər
ikimiz Quran oxuyurduq. Kəbinkəsən Quranın bir neçə
cüzünü əzbərlədiyimi biləndə mənə bir hədiyyə verəcəyinə
söz verdi. Sonra da kəbini oxumazdan öncə analizlərin
cavabını istədi.
Həmid analizlərin cavabını ona uzatdı. Kəbinkəsən
analiz kağızını görən kimi dedi: “Bu, qohum olduğunuz
üçündür. Bundan əlavə, Şəhid Büləndi tibb müəssisəsinə
gedib ordan analizin cavabını almalı, sonra da kəbin üçün
nəzərdə tutulan dərsdə iştirak etməli idiniz”.
Həmid işi korladığını anlayandan sonra əlini saqqalına
çəkib dedi: “Məgər bu, həmin analiz deyil?! Mən bunun
kifayət edəcəyini düşünürdüm”. Həmid bunu deyən kimi
qonaqlar gülməyə başladılar. Pıçıltıyla dedim: “Mən
bilirdim ki, işimiz hardasa düyünə düşəcək. Sizə deyəndə
ki, gedək analiz verək, buna ehtiyac olmadığını dediniz”.
Ürəyim əsirdi. Özü də bu qədər qonaq dəvət etmişdik.
Nə edəcəyimizi bilmirdik. Analizin cavabı gəlməyənə
qədər isə kəbinkəsən daimi əqd oxumurdu. Böyüklərin
məsləhətinə uyğun olaraq, qərara alındı ki, müvəqqəti
olaraq məhrəmiyyət əqdi oxunsun, kəbin üçün nəzərdə
tutulan dərslərdə iştirak edib analizin cavabını alandan
sonra daimi əqdi oxutduraq.
Kəbin oxunmağa başlayanda hamı sakit qalaraq bizə
tamaşa edirdi. Qəribə hisslər keçirirdim. Ürəyimin
döyüntülərimi eşidə bilirdim. Astadan Yasin surəsini
46
oxuyur, qəlbimdə bütün diləklərimin həyata keçməsi üçün
dua edirdim.
Bir anlığa aynada Həmidlə özümü gördüm. Gözlərini
yummuşdu. Əllərini təvazökarcasına dizlərinin üstünə
qoymuşdu və pıçıltıyla raz-niyaz edirdi. Saçı alnına
tökülmüşdü. Qarşımda görünən bəzək-düzəksiz bu insan
mənim gözümdə dünyanın ən yaraşıqlı kişisi idi. Bir qədər
cəsarətlənmişdim. Gözüm Həmidə sataşan kimi ona baxıb
təbəssüm etdim.
Şirin anlara qərq olmuşdum. Kəbinkəsəni iki dəfə yola
verdim. Üçüncü dəfə mənə müraciət edib: “Gəlin bacı,
məni nikah əqdinizi oxumağa vəkil edirsiz?” – deyə
soruşanda Bismillahla başlayıb dedim: “Ata-anamın və
böyüklərin icazəsilə, bəli!”
Mən “bəli” deyən kimi şam azanının “Allahu-əkbər”
sədası ucaldı. Özümü yüksəkliklərdən yerə enən bir insan
kimi hiss edirdim. Qəlbimi riqqətə gətirən bir təskinliyə
qovuşmuşdum.
Kəbin oxunduqdan sonra Həmid atamdan icazə alaraq
üzüyü barmağıma taxdı. Həmidin üzüyü isə adət-
ənənəmizə əsasən, toy gününə qaldı. Şəkil çəkilən zaman
da
olduqca
maraqlı
keçdi.
Bir-birimizə
məhrəm
olmağımıza baxmayaraq, yenə də aralı dayandıq. Bütün
şəkillərdə hər ikimiz eyni qaydada durmuşduq, dəyişən
şey yanımızdakı insanlar idi.
Bəzi qonaqlar gedəndən və otaq seyrələndən sonra bir
neçə nəfər israr etdi ki, bir-birimizin ağzına bal qoyaq.
Həmid çox utancaq idi. Mən də Həmidin barmaqlarını
görəndən sonra fikrimdən daşındım. Fikirləşdim ki,
vəsiqəsini
gətirməyə
gedəndə
dostlarının
birinin
motosikletinin xarab olub yolda dayandığını görüb. Bu
işləri yaxşı bacardığına görə dayanıb motosikleti
47
düzəltməyə kömək edib. Qayıdıb gələndən sonra da
məclisə gecikdiyinə görə macal tapıb əllərini yumayıb.
Həmid məclisdən sonra həyətdə Əli ilə söhbət edirdi.
Atam onun dayısı olsa da, bizim yanımıza gəlməyə utanır,
bütün qonaqların getməsini gözləyirdi.
Həmidin bacısı Məryəm mənə yaxınlaşıb dedi: “Allaha
şükürlər olsun ki, məclis gözəl keçdi. Bu gün qardaşımla
şəhərə çıxıb bir qədər gəzin. Biz ev işlərinə kömək
edərik”.
Süfrədəki bəzi əşyaları götürüb dedim: “Problem deyil,
ancaq gərək atam icazə versin”. Məryəm dedi: “Həmid
sabah Həmədana gedəcək və üç ay burda olmayacaq”.
Təəccüblə dedim: “Üç ay?! Niyə bu qədər çox? Deyəsən,
indidən özümü uzunmüddətli ayrılıqlara alışdırmalı
olacam”.
Əşyaları yerbeyer etdik və bütün qonaqlar gedəndən
sonra atamdan icazə alıb Həmidlə evdən çıxdıq. Biz yola
düşəndə hava tamam qaralmışdı.
Səidin köhnə peykan maşınına mindik. Maşının özü
süd rəngli, oturacaqları isə qəvhəyi idi. İki qardaş maşına
elə qulluq etmişdilər ki, elə bil, zavoddan bu saat çıxmışdı.
Özünü də Formula-1 pilotu Şumaxer hesab edirdi, maşını
elə sürürdü ki, əldəki su tərpənməsin.
İmamzadə İsmayıl məqbərəsinə yola düşdük. Axşam
saat onun yarısında oraya çatdıq. Məqbərənin qadınlara
məxsus qapısından girmək istəyəndə bir az tərəddüdlə
dedi: “Zəhmət olmasa, telefon nömrəni ver ki, ziyarətdən
sonra səninlə əlaqə saxlaya bilim”. O günə qədər hətta bir-
birimizin telefon nömrəsini belə bilmirdik.
Nömrəni alandan sonra təbəssümlə dedi: “Telefonumda
adını başqa cür yazdım, amma sənə deməyəcəm”.
48
Düşündüm ki, yəqin öz adımı və ya xanım sözünü yazıb.
Çox da fikir vermədim.
Ziyarət edib, namazımızı qıldıq. On beş dəqiqədən
sonra mənə zəng vurdu. Çıxandan sonra imamzadənin
həyətini axıra kimi gəzdik. Şəhid Ümidəli Keymasinin
məzarını da ötüb keçdik. Yaxşı ki, baxdım. Gördüm ki,
Həmid imamzadənin qəbristanlığına tərəf gedir. Çox
təəccübləndim. Məhrəm olduğumuz ilk gündə, özü də
gecə vaxtı restoran, kafeyə getmək yerinə, gəlib bura
çıxmışdıq.
İmamzadənin qəbristanlığı təpəlikdə yerləşirdi. Həmid
məndən öndə gedirdi. Qəbirlərin bəzisi aşağıda, bəzisi
yuxarıdaydı. Bir neçə dəfə ayağım büdrədi, özümü güclə
saxladım. Həmidə “əlimdən tut” deməyə üzüm gəlmirdi.
Hər yer qaranlıq olsa da, mən əsla qorxmurdum.
Bir qədər getdikdən sonra üzünü mən tutub: “Fərzanə!
Şadlığımızın ilk günündə bura gəlməkdə məqsəd budur ki,
sonumuzun məzarlıq olmasını heç vaxt unutmayaq”.
Sonra əlavə etdi: “Düşünürəm ki, mən burada dəfn
olunmayacam”.
-Nə demək istəyirsən?
Üzünü göyə tutdu.
-Mən əminəm ki, şəhidlər xiyabanında dəfn olunacam.
Bu gün nikah əqdimiz oxunanda dua etdim ki, Allah məni
şəhid olaraq aparsın.
Bu sözləri eşidəndə canıma lərzə düşdü. Səs tonu qeyri-
adi idi. Bu ifadələr mənə yad deyildi, uşaqlıqdan belə
mühitdə böyümüşdüm. Belə bir vaxtda isə ölüm və yoxluq
barədə düşünə bilmirdim. Ən azından, hələ çox tez idi,
müştərək həyat yoluna yenicə qədəm qoyurduq. Öz xəyal
dünyamda gələcək həyatımız üçün nələr təsəvvür
etmirdim! İndi bu sözlər məni incidirdi; Həmidlə uzun
49
illər yaşayıb ömrümü onun hər gün çiçəklənən eşqi ilə
başa vurmaq istəyirdim.
Ayaq üstə dayanıb söhbət etdiyimiz yerdə dəfnə bir
cəsəd gətirdilər. Təəccübləndim, o vaxta qədər kiminsə
gecə ikən məzarlığa gətirildiyini görməmişdim. Maraqlısı
bu idi ki, dünyasını dəyişən şəxs bibimin qonşularından
idi. Həmid dedi: “Sən burda qal, mən başsağlığı verib
qayıdıram. Boynumda qonşuluq haqqı var. Nigaran qalma,
tez qayıdacam”.
Qəbristanlığın ortasında tək-tənha oturdum. Öz-özümə
düşünürdüm ki, ölümə nə qədər yaxın, eyni zamanda
ondan nə qədər uzaq olduğumuzu hiss edirik. Şəhərin və
imamzadənin sayrışan işıqları sanki adama ümid bəxş
edirdi. Onlara baxdıqca xoşbəxt bir həyat yaşayacağımızı
düşünürdüm.
Gecə saat on birdə maşına mindik. Çox acmışdım.
Məclis işlərinə o qədər başımız qarışmışdı ki, səhərdən
bəri doğru-düzgün yemək yeyə bilməmişdim. Gecənin o
vaxtında imamzadənin ətrafında açıq bir yer də yox idi ki,
oturub bir şey yeyək.
Şəhərə tərəf getdik. Həm cümə günü, həm də gec
olduğuna görə hansı restorana baş vururduqsa, ya bağlı idi,
ya
da
yeməkləri
qurtarmışdı.
Sonda
bazarın
qurtaracağında balaca bir kababxana tapa bildik. İçəridə
oturmağa yer yox idi. Qərara gəldik ki, yeməyi götürüb
özümüzlə aparaq. Həmid özü üçün lüləkabab, mənə isə
toyuq kababı sifariş verdi. Yeməyi alandan sonra dedi:
“Yaxşı, indi harda yeyəcəyik?” Çiyinlərimi çəkdim.
Həmin köhnə peykan bizi Baracinə apardı. Oraya qədər
təxminən 10 kilometr məsafə vardı. Təpənin başına çıxdıq,
bütün şəhər ayaqlarımızın altında qaldı. Həmid yerə
sellofan sərib dedi: “Burda otur, çadran bulanmasın”.
50
Yeməyə başlamaq istəyəndə yağış yağmağa başladı.
Əvvəlcə yağış altında romantik bir şam yetmək istədik.
Bir qədər sonra isə yağış romantikadan güclü çıxdı.
Əşyalarımızı götürüb tez maşına qaçdıq.
Həmid diqqətimi cəlb etmək üçün soğanı alma kimi
dişləyirdi. Ağzı alışıb yansa da, büruzə verməyib gülürdü.
Gözlərini bağlamışdı, sanki nəfəsilə soğanın acısını
üfürmək istəyirdi. O qədər güldüm ki, yeməyi necə yeyib
qurtardığımı bilmədim. Hətta qayıdanda az qalmışdı qəza
törədək. Həmin anlarda başqa bir aləmdəydik. O aləmdə
Həmid mənim üçün, mən də Həmid üçün yaradılmışdım.
Danışmağa söz tapa bilmirdik. Bütün bu hisslər mənə
son dərəcə yeni, eyni zamanda möhtəşəm idi. Aramıza
dərin sükut çökmüşdü. Həmid deyirdi: “Bir şey danış.
Niyə dinmirsən?” Mənsə nədən danışacağımı bilmirdim.
Həddən artıq sakit olduğumu hiss etsəm də, bu sükutun
nədən yarandığını və onu necə poza biləcəyimi
düşünürdüm.
Həmid məni danışdırmaq üçün hər yoldan istifadə
edirdi. Mən universitetdən, Həmid də iş yerindən söz açdı.
Mövzular qısa zamanda bitdi, vaxtımızsa çox idi. Bir neçə
dəqiqə dayanandan sonra Həmid dilləndi:
-Axı niyə danışmırsan? Sənə bir söz deyim, balı
dodaqlarına sürtəndə əlim dilinə dəydi. Onda başa düşdüm
ki, yox, bu qızın dili varmış. Bəs indi niyə danışmırsan?
-Hə, mazutlu barmağını deyirsən?!
Bunu deyəndə hər ikimiz ürəkdən güldük.
Saat birdə evə çatdıq. Anam əncir dərib hazırlamışdı ki,
Həmid bibimə aparsın. Əncirləri alıb getdi. Səhər tezdən
ezamiyyətə getməli idi; özü də nə az, nə çox, düz üç
aylığa. Hələ getməmiş onun üçün darıxmağa başladım.
51
Nişanlılıq dövrümüzün ilk günü belə asanlıqla keçdi.
Sadə, gözəl və xatirə dolu bir gün idi.
|