Yadında qalsın



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə7/15
tarix17.09.2023
ölçüsü4,97 Mb.
#144862
1   2   3   4   5   6   7   8   9   10   ...   15
Yadında-qalsın-nahayi

Altıncı fəsil 
Dəli-divanəyə dönmüşük! 
Məcnun və yorğun düşmüşük! 
2014-cü ilin novruzunda şam yeməyinə atamgildə idik. 
Evliliyimizin ilk novruzunda mənə bir gül və bir ətir 
almışdı. Həmin ətiri illərlə saxladım, işlətməyə ürəyim 
gəlmirdi. Novruz bayramı Fatimiyyə günlərinə təsadüf 
edirdi. Həzrət Zəhranın hörmətinə görə şirniyyat 
bişirməmişdik. Gələn qonaqlara meyvə və çayla qulluq 
etdik. Balaca olduğumuza görə öncə biz qohum-əqrəbanı 
ziyarət etdik. Təzə bəy-gəlin olduğumuz üçün getdiyimiz 
hər evdə bizə xüsusi diqqət göstərirdilər. Bayramın üçüncü 
günündən etibarən bizə durmadan zəng gəlirdi. Qohumlar 
zəng vurub qonaq gəlmək üçün evimizin ünvanını 
soruşurdular. 


127 
Həmid çox öncədən Punək məhəlləsində bir məscidin 
tikintisi ilə məşğul olur, bənna işlərini görürdü. Əvvəldən 
özü məscidin işlərini üzərinə götürmüşdü. Məhəllə 
camaatından, tanış və qohumlardan imza toplayır, 
məscidin tikintisi üçün icazə almağa çalışırdı. 
Məhəllə camaatı və Həmidin dostları arasında məscidin 
adı üstündə fikir ayrılığı var idi. Bəziləri məscidin 
“Əmirəlmöminin (ə) məscidi”, bəziləri də “Həzrət Abbas 
məscidi” adlanmasını istəyirdilər. Həmid deyirdi ki, əgər 
həzrət Abbasın özü olsaydı, məscidə atasının adının 
verilməsini istəyərdi. Axırda məscidin adını “Həzrət Əmir 
məscidi” qoydular. Həmid, bütün tətil boyu məscidin 
tikintisinə kömək etdiyi üçün evdə olmurdu. Tətillərdən 
istifadə edib məscidin tikintisinin irəliləməsinə kömək 
etmək istəyirdi. O ərəfədə yaxın qohumlardan başqa heç 
kimi ziyarət edə bilmədik. 
Tətil günlərinin birində kənddə yaşayan qohumları 
ziyarət etmək üçün Sünbülabad kəndinə getdik. Həmid 
doğrudan da yaxşı yol yoldaşı idi, orada olduğumuz 
müddətdə mənim hər şeydən razı qalmamı istəyirdi. 
Birlikdə bulağın yanındakı təpənin başına çıxıb çoxlu şəkil 
çəkdirdik. Təpənin zirvəsində əlimi bərk tuturdu. Belə 
yerlərdə onun varlığını bütün vücudumla hiss edirdim. 
Sonra qərara gəldik ki, bibim qızları və bibim oğlanları ilə 
piknikə gedək. Ancaq Həmid bizimlə gələ bilmədi. Onun 
yoxluğu mənə qəribə gəlirdi. Piknikə gedəndə mənə dedi: 
-Əgər çata bilsəm, heç, ancaq çata bilməsəm, çayın 
kənarından yeddi ədəd daş götür, qayıdanda yeddidaş 
oynayaq. 
-Məni köhnə günlərə apardın. Nə gözəl günlərimiz var 
idi. Sənin bacılarınla bir yerə yığışar, səhərə qədər deyib-
gülər və yeddidaş oynayardıq. Bəzən nənə bizə şeir 


128 
deyərdi, qədim nağıllardan “Əmir Aslan”, “Əziz və Nigar” 
nağıllarını danışardı. 
Həmid gülüb dedi: 
-İndi də yığışıb oynayaq. Ancaq bil ki, mən bu oyunu 
əla bacarıram. 
Həqiqətən də çox gözəl bacarırdı. Mən həmişə 
uduzacağımı bilirdim. 
Ayda iki dəfə növbətçi kimi hərbi hissədə qalır, evə 
gəlmirdi. Mən də evdə tək qalmamaq üçün atamgilə 
gedirdim. Evləndikdən sonra yalnız bir gecə öz evimizdə 
tək qaldım. Həmin gün də hər 15 dəqiqədən bir zəng edib 
halımı soruşurdu. Səhər evə gələndə çox narahat idi. Dedi: 
-Axı niyə evdə tək qaldın? Səhərə qədər ancaq 
düşünmüşəm ki, birdən qorxarsan, ya da başına bir hadisə 
gələr. Bir yerdə qərar tuta bilmirdim. 
Bir gün Həmid yenə növbətçi idi. Hava yaxşı 
olduğundan işə motosikletlə gedirdi. Səhər yeməyini 
yeyəndən sonra onu yola saldım. Həmişə olduğu kimi, 
motosikleti küçənin başına qədər əli ilə itələyib-aparır, 
orada işə salıb gedirdi. Qonşu haqqına qarşı çox həssas idi. 
Səhər tezdən motosikletin səsinin qonşuları incitməsini 
istəmirdi. Gecələr gec gələndə də küçənin başında 
söndürüb, evə kimi əlində gətirirdi. 
Həmid növbətçi olanda və ya ezamiyyətə gedəndə alış-
verişi mən edirdim. Lazım olanları bir kağıza yazıb evdən 
çıxdım. O qədər ləzavimatı almaq, yerbəyer etmək, özü də 
bütün bunları maşın olmadan etmək mənə çox çətin idi. 
Subay ikən belə bir təcrübəmin olmamasına baxmayaraq, 
istəmirdim ki, Həmid ezamiyyətdən yorğun qayıdanda 
evdə çatışmayan bir şey olsun və o, yorğun halıyla 
mağazaya getsin. Alış-verişdən sonra atamgilə getməzdən 
öncə bacım Fatimə bizə gəldi. Həmidlə evdə tək olanda 


129 
adətən, kitab oxuyardıq. Buna görə də, evə hakim olan 
sükut bacıma olduqca qəribə gəldi. Hövsələsi çatmırdı. 
Darıxdığı aydınca sezilən bir səs tonu ilə dedi: 
-Dur, bir az televizora baxaq. Ürəyim sıxıldı. 
-Biz adətən, televizoru işlətmirik. Baxanda da xəbərlərə 
və ya uşaq verilişlərinə baxırıq. 
Həqiqətən də belə idi. Çox az hallarda hansısa verilişə 
baxardıq. Qərara gəlmişdik ki, gözümüz hər şeyə 
baxmasın və qulağımız hər şeyi eşitməsin. 
Bayram ziyarətləri azalan kimi qərara gəldik ki, yaxın 
qohumları nahara və ya şama dəvət edək. Əslində, 
hamının bir yerə yığışmasını istəyirdik, ancaq evimiz 
balaca olduğu üçün məcbur qalıb növbə ilə çağırdıq. Ev o 
qədər balaca idi ki, hətta Həmidin qardaşlarını belə 
birlikdə çağıra bilmədik. 
Həmid çox istəyirdi ki, hər gecə qonağımız olsun, 
hamıyla get-gəl edək. O deyirdi: 
-Qonaq Allahın dostudur. Bu gediş-gəlişlər məhəbbət 
yaradır. Qapımız hər kəsin üzünə açıqdır. 
Bu qonaqpərvərlik o həddə çatdı ki, bəzən iki-üç gün 
ard-arda qonağımız olurdu, həm nahar, həm şam yeməyi 
bişirirdik. Universitetə getdiyim üçün bütün bunlar mənə 
olduqca çətin idi. Mən hər iki həftədən bir, uzaqbaşı 
həftədə bir dəfə qonaq gəlməsini istəyirdim. Dəfələrlə 
olurdu ki, Həmid zəng edib qonağımız gələcəyini bildirir, 
mən də deyirdim: “Həmid can, sən meyvəni hazırla, çayı 
qoy, mən də gələndə xörək bişirərəm”. 
Bəzən dərslərim günbatana qədər uzanırdı və qonaqlar 
evə məndən qabaq çatırdılar. O qədər vaxt azlığı ilə 
qarşılaşırdım ki, hətta universitet paltarımı dəyişməyə 
macal tapmırdım. Qonaqlarla salamlaşandan sonra birbaş 
mətbəxə keçib yemək bişirməyə başlayırdım. Hətta adicə 


130 
çadramı dəyişməyə də vaxt tapmırdım, qara çadrayla 
işləyirdim. Həmid bu halımı görəndə deyirdi: 
-Əzizim, həqiqətən, sənə minnətdaram. Evlənməzdən 
qabaq elə bilirdim ki, sən yalnız oxumağı bacarırsan, 
yemək bişirməyi də sonra öyrənəcəksən. Ancaq sən bütün 
bu işləri təkbaşına görürsən. 
Hansısa bir iş görəndə və ya qonaq qəbul edəndə 
mütləq təşəkkür edərdi. Onun belə münasibətindən sonra 
yorğunluğum çıxardı.
Qonaqları yola salandan sonra mən qabları yuyurdum, 
Həmid də ya tozsoranla evi təmizləyirdi, ya da yuyulmuş 
qabları dəsmalla silirdi. Əksər vaxtlarda qabları tək 
yumağa qoymazdı. Deyirdim: 
-Həmid, sabah tezdən işə getməlisən, get yat, özüm 
yuyaram. 
Əlimdən tutub stulda oturdur, deyirdi: 
-Ya birlikdə yuyacağıq, ya da sən oturacaqsan, mən 
yuyacam. Sən məndə əmanətsən, əllərinin qab yumaqdan 
kobudlaşmasını istəmirəm. 
Həmidin “sən məndə əmanətsən” sözünü eşidəndə 
evliliyimizin ilk günü yadıma düşdü. Divanda oturduğum 
yerdən Həmidə dedim: 
-Həzrət Zəhradan (ə) nəql olunub ki, hər bir qadının üç 
evi vardır: atasının evi, ərinin evi, qəbir evi. Mən hər iki 
evdə xoşbəxtəm. Ümidvaram ki, üçüncü evə də üzüağ 
gedərəm. 
-Ümidvaram ki, ikinci evdə sənə yaxşı həyat yoldaşı 
olaram və üçüncü evə xeyirli aqibətlə daxil olarıq. 
*** 
2014-cü ilin baharı öncə mənə qəribə gəldi. Həmidin 
halı çox dəyişmişdi, namazın səcdələrini daha da uzadırdı. 
O vaxta qədər mənim yanımda ağladığını görməmişdim, 


131 
ancaq apreldən bəri bəzən gözlərindən süzülən yaşa şahid 
olurdum. Qaranlıq otağa girib səssizcə ağlayır, gecə 
namazını qılanda yanıqlı halda “İlahi, əl-əfv” deyirdi. Hər 
üzünə baxanda müsbət enerji və hüzur alırdım. Gözləri 
çox gözəl idi, ancaq olduqca gözəlləşmişdi. Öz-özümə 
deyirdim ki, yəqin onu çox sevdiyimdən belə görürəm. 
Lakin yalnız mənim baxışım belə deyildi, arabir dostları 
da zarafata deyirdilər: “Həmid, yenə nur saçırsan”. 
Bu hisslərim səbəbsiz deyildi. Həmid həqiqətən də çox 
mənəvi auraya girmişdi. Bəlkə də buna görə bir ay 
keçmədən yenə şəhidlərə xidmət etmək səadətinə nail 
olduq. Həmişə olduğu kimi, yenə də Hacı Səbbağianla 
əlaqə saxladı və aprelin altısında Dokuhəyə yola düşdük. 
Düşərgənin qapısından içəri girən kimi sanki tikililər belə 
bizə “xoş gəldiniz” deyirdi. O tikililər şəhidlərin yanında 
gözəl günlərə şahid olmuşdular, indi də ziyarətçilərə ev 
sahibliyi edirdilər. Onların üzərindən asılmış şəkillər 
danışmasa da, bir kitablıq sözləri vardı. Onlar Kumeyl, 
Miqdad, Əbuzər və Malik briqadalarını hələ də 
unutmamışdılar. 
Hacı İbrahim Himmət hüseyniyyəsinin önünə çatanda 
Həmid dedi: 
-Bir gün Dokuhə sübhündə döyüşçülərin səsi ətrafı 
bürüyürdü. Şəhid Gülüstaninin oxuduğu duadan sonra 
gimnastika edərək deyirdilər: “Bir, iki, üç, şəhid!” İndi isə 
Dokuhə sükuta qərq olubdur, intizardadır. Gözləyir ki, bir 
gün bu şəhidlər kimi biriləri gələcək və buralar yenidən 
nəfəs alacaqdır. 
Bir neçə gün xidmətçi kimi Dokuhədə qaldıq. Həmidi 
bəzən maşınla keçərkən, ya da ziyarətçilərə kömək 
edərkən görürdüm. Dokuhədə olduğumuz üçüncü gün 
Tehrandan bir karvan gəldi. Onlar minaçı briqadanın 


132 
hüseyniyyəsinə getmək istəyirdilər. Bu hüseyniyyə 
Dokuhə düşərgəsinin mərkəzindən 2 kilometr aralıda 
yerləşirdi. Minaçı briqadanın döyüşçüləri oranı təlimlər və 
gecə ibadətləri üçün seçmişdilər. Hava isti olduğundan ora 
piyada getmək mümkün deyildi. Axırda məsul şəxslər 
qərara gəldilər ki, ziyarətçiləri hüseyniyyəyə maşınlarla 
aparsınlar. Mən də onlarla getdim. 
Yolda Dokuhəyə ilk dəfə gəlmiş xanımlara dedim: 
-Bura uçuş zolağı kimidir. Bir çox şəhidlər elə buradan, 
bu tikililərdən yüksəlməyə başladılar və sonra başqa-başqa 
bölgələrdə şəhadətə qovuşdular. Burada olduğunuz bir 
neçə saatın qədrini bilin! 
Bir neçə dəqiqə çəkmədən hüseyniyyəyə yetişdik. Ora 
heç bir şəraiti olmayan, döyüşçülərin mənəvi inkişaf üçün 
istifadə etdikləri çox sakit yer idi. Döyüşçülərin özləri 
üçün qazdıqları, gecələr içərisində uzanaraq Allahla raz-
niyat etdikləri qəbirlər necə var idisə, elə də qalmışdı. 
Hüseyniyyə haqqında məlumat veriləndən və rövzə 
oxunandan sonra yenə maşınlara minib geri qayıtdıq. 
Miqdad binasındakı istirahət yerimizə çatmamış 
telefonumun hüseyniyyədə qaldığını bildim. Hüseyniyyə 
yoluna qayıtdım, ancaq məni ora aparacaq bir maşın belə 
yox idi. Bilirdim ki, Həmid və ya anamgil mənə zəng 
etsələr, nigaran qalacaqlar. Başqa yol yox idi; piyada 
hüseyniyyəyə yola düşdüm. Yüz metr getməmiş bir 
maşının sürətlə hüseyniyyə tərəfə getdiyini gördüm, 
sevindim ki, yəqin, məni də aparar. Dayananda Həmidi 
gördüm, yanında bir əsgər də vardı. Təəccüblə soruşdu:
-Xanım, bu istidə təkbaşına hara gedirsən? 
Olan-bitənləri danışıb dedim: 
-Telefonu hüseyniyyədə unutmuşam deyə, qayıtmağa 
məcbur oldum. 


133 
-Mənim təcili işim var, həm də işin şəxsi olduğu üçün 
səni hərbi maşınla apara bilmərəm. 
Bunu dedi və sağollaşıb getdi. Xasiyyətinə bələd idim; 
başını verərdi, ancaq dövlət mülkündən şəxsi işləri üçün 
istifadə etməzdi. 
Yenidən piyada yola düzəldim. Yandırıcı günəşin 
istiliyi başımın içinə qədər girirdi. Hüseyniyyəyə çatmağa 
az qalmış uzaqdan bir nəfərin qaça-qaça mənə tərəf 
gəldiyini gördüm. Düşündüm ki, yəqin, nəzarətçidir, 
mənim belə tək-tənha gəlməyim onda şübhə doğurub. 
Yaxınlaşanda gördüm ki, Həmiddir. Onu görüb sanki 
enerji aldım. Çatan kimi dedi: 
-İşlərimi sahmana salıb, maşını əsgərə verdim ki, 
aparsın. Gəldim ki, tək qalmayasan. 
Qalan yolu birlikdə getdik. Telefonu hüseyniyyədə 
tapdım. Yaman yorulmuşdum. Bir neçə dəqiqə oturdum. 
Hüseyniyyənin hər tərəfinə lampa qoymuşdular. Həmid 
dedi: 
-Buranın gecələri çox gözəl olur. Qaranlıqda bu yolla 
gəlib hüseyniyyəyə çatanda bərzəx aləmindən cənnətə 
girdiyini hiss edirsən. Allah nəsib etsin, həzrət Əzrail 
canımızı alanda bizim qəbir evimiz də belə işıqlı olsun. 
Söhbət cənnət-cəhənnəmdən düşəndə ölüm mələyini 
son dərəcə hörmətlə yad edər, ona istisnasız olaraq, 
həmişə “həzrət Əzrail” deyərdi. 
Qayıdanda həddən artıq yorğun idim. İki kilometr 
getmişdim, iki kilometr də qayıtmalıydım. Yağış 
yağdığından və bahar fəsli olduğundan yolun kənarlarında 
sarı çiçəklər açmışdı. Həmid başımı qarışdırmaq üçün 
mənə gül dərirdi. O qədər məhəbbət göstərdi ki, dörd 
kilometrlik yolun yorğunluğunu tamam unutdum. 
*** 


134 
Həmid əza dəstəsini çox sevirdi. Hər cümə axşamı 
məclislərində iştirak edirdi. İşlərini elə nizamlayırdı ki, 
cümə axşamı mütləq məclisə getsin. Mən də nişanlı 
vaxtlarımızdan oranı sevməyə başlamışdım. Deyirdi ki, ən 
gözəl tərbiyə səngəri elə buradır. Dəstələrinin adı 
“Xeymətül-Abbas”, yəni Abbas çadırı idi. Həmidin özü 
onun təsisçilərindən idi. 
Əvvəllər məhərrəm ayının ilk on günündə böyük bir 
çadır qurur, məclislərini orada keçirirdilər. Ancaq həftəlik 
məclisləri dostlarından birinin evinin birinci mərtəbəsində 
keçirilirdi. Oranı hüseyniyyəyə çevirmişdilər. Hər həftə 
cümə axşamları orada Kumeyl duası və Aşura 
ziyarətnaməsi oxunurdu. 
Bütün bunlarla yanaşı, məclisdən evə gec gəlməsi məni 
çox incidirdi. Ora gedəndə zamanı və məkanı unudurdu. 
Bir dəfə çox yorğun olduğum üçün Həmidlə gedə 
bilmədim. Demişdi ki, saat on ikinin yarsı qayıdacaq. 
Yarım saat, bir saat, iki saat keçdi, amma ondan xəbər 
çıxmadı. Həqiqətən, narahat oldum. Nə qədər zəng 
edirdimsə, telefona da cavab vermirdi. Gecə saat iki oldu. 
Ürəyim çırpınırdı. Telefonu götürüb, dostlarından birinin 
xanımına zəng vurdum. Öyrəndim ki, dəstə üzvləri 
toplantı keçirirlər deyə, işləri bu qədər uzanıb. 
Çox 
keçmədən 
qapının 
zəngini 
basdı. 
Çox 
hirslənmişdim, ancaq xətrinə dəymək istəmirdim. Dəstəyi 
götürüb dedim: 
-Bu gecə vaxtı kimdir narahat edən? 
-Mənəm, xanım. Həmiddir, Fərzanənin həyat yoldaşı! 
-Tanımıram! 
Gecənin o vaxtı Qəzvinin havası çox soyuq idi. Onu 
qapı arxasında bundan çox saxlamağa ürəyim gəlmədi. 


135 
Qapını açdım, dəhlizə girdi. Evin qapısını bir az aralı 
saxladım, qapıya çatanda dedim: 
-Əvvəlcə barmaqlarını göstər, görüm, Həmidsən, ya 
yox?! 
Yazıq tabe olmağa məcbur idi, bilirdi ki, tərs damarım 
tutsa, gərək səhərə qədər nazımı çəksin. Barmaqlarını 
qapıdan içəri saldı. Barmaqları donmuşdu. Boynunu 
büküb özünü məzlum göstərirdi. Belə hallarda gözləri 
yumrulanır, daha da şirin görünürdü. Dedim: 
-Bu vaxta qədər hardaydın? Gecə saat ikidir. 
-Heyətdəydim. 
Zirzəmiyə 
yığışmışdıq, 
telefonun 
şəbəkəsi itmişdi. Gələcək proqramlarımızı müzakirə 
edirdik. O qədər başım qarışmışdı ki, zamanın necə 
keçdiyini bilməmişəm. Bağışla! 
-İndi ki belədir, hardan gəlmisən, ora da get! Axı hansı 
kişi öz arvadını gecə saat ikiyə kimi evdə tək qoyar?! 
Xahişlə, zarafatla danışır, məni də gülmək tuturdu. Mən 
də zarafata dedim: 
-Adyalla yastıq verəcəm, həyətdə yatarsan. 
İşi uzun çəkəndə zəng vurub xəbər vermədiyinə görə 
çox incimişdim. Xülasə, o qədər üzrxahlıq etdi ki, axırda 
bağışladım. 
Ertəsi gün televizorun qarşısında oturmuşduq. Həmid 
dedi: 
-Kaş biləydin, həzrət Məsumənin hərəmi üçün necə 
darıxıram! Bəlkə bu həftəsonu Quma gedək? Keçən dəfə 
hərəmdə o qədər sıxlıq vardı ki, necə ziyarət etdiyimizi 
bilmədik. Bu dəfə gedək, sakit halda ziyarət edib qayıdaq. 
Cənub səfərindən yenicə qayıtmışdıq deyə, dedim: 
-Mən 
də 
getmək 
istəyirəm, 
ancaq 
qorxuram 
dərslərimdən geri qalam. Sən istəyirsənsə, iş yoldaşlarınla 
gedə bilərsən. 


136 
-Yaxşı məsləhətdir. Çoxdandadır dostlarla bir yerə 
getmirik. 
Telefonu götürüb dostlarından üçünə zəng vurdu, 
üçgünlük Quma getməyi təklif etdi. Qərara gəldilər ki
səhər tezdən çıxsınlar. Getməyi dəqiqləşəndə dedi: 
-Gərək anamgilə də baş çəkək. 
-Olar, ancaq evə tez qayıdaq, yoluna yemək bişirim. 
Tez hazırlaşıb motosikletlə yola düşdük. Bibimgilə iki 
yol gedirdi: biri asfalt idi, biri torpaq. Yolayrıcına çatanda 
dedi: 
-Xanım, gəl bu dəfə torpaq yolla gedək. Adam o yolda 
özünü motosiklet yarışındakı kimi hiss edir. 
Motosikleti torpaq yola sürdü. Mənim içalatım ağzıma 
gəldi, ancaq o, motosiklet yarışçılarının keçirdiyi hissləri 
yaşayırdı. Bu dəcəllik onda uşaqlığından var idi. Çatanda 
tez üst-başımızın tozunu çırpdıq evə elə girməyək. 
Bir saat oturduq, şam yeməyinə qalmadıq. Sağollaşanda 
hamı Həmiddən onların əvəzinə də ziyarət etməsini istədi. 
Evə çatan kimi tez mətbəxə keçdim. Yoluna kotlet 
bişirmək qərarına gəldim. Yemək dolu çanta hazırladım. 
İçində xiyar turşusundan tutmuş toyuq ətinə, şişə, yağa 
kimi hər şey var idi. 
Həmid mətbəxdə əyləşmişdi. Birdən gülmək səsini 
eşitdim. Dedi: 
-Bilirsən, iş yoldaşım nə yazıb? 
-De görüm, nə yazıb ki, gülməkdən qəşş elədin. 
-Mən yazdım ki, yola nahar yeməyini mən gətirəcəm. 
Xanım zəhmət çəkib bizə kotlet bişirib. O da cavab yazdı 
ki, xoş sənin halına! Yoldaşımın yemək bişirməsi bir yana, 
mən getməyə razı sala bilmişəmsə, özü böyük şeydir, 
gərək papağımı atım-tutum. 


137 
-Mən sənin dostların sarıdan arxayınam. Bu kimi 
səfərlər də çox faydalıdır. İnsanın ruhiyyəsinə çox təsiri 
var. Adam dostlarıyla birlikdə olanda hər şey maraqlı 
keçir, əhval-ruhiyyəsi evə də təsir edir. 
-Elədir, ancaq bəzi xanımlar yoldaşlarını çox sıxırlar. 
Sənsə çox fərqlisən. Özün öz əllərinlə səfər üçün hər şey 
hazırladın. 
-Bəli, sənə hər şey qoymuşam. Bircə mayonez qaldı, 
onu da zəhmət deyilsə, get, küçənin başından al, gəl. Sən 
gələnə qədər, mən şam yeməyini hazırlayaram. Elə bu 
kotletlərdən bir-ikisini şama yeyərik. 
Stuldan qalxıb dedi: 
-Düz deyirsən, özüm də mayonezi sevirəm. Mayonezsiz 
kotletin dadı olmur. 
Tez paltarlarını geyinib getdi. Mən də süfrəni 
hazırladım. Bir neçə dəqiqə keçməmiş gəldi. Mayonez ala 
bilməmişdi. 
-Bəs 
niyə 
əliboş 
qayıtdın? 
Mayonezsiz 
dadlı 
olmayacaq. 
-Qonşunun mağazası bağlıdır, sabah gedəndə alaram. 
-Axı indi də lazımdır. 
-Burda mağaza açmış qonşunun ilk ümid yeri biz 
qonşularıq. Mümkün olduğu qədər oradan alış-veriş 
etməyə çalışmalıyıq. 
Onun bu rəftarları müqabilində sadəcə sükut edirdim. 
Nə demək istədiyini anlamam üçün bir neçə dəqiqə vaxt 
lazım idi. Bu qədər diqqətcil olmaq, bu qədər riayət etmək 
böyük ruh istəyirdi. Bəzən düşünürdüm ki, mən Həmidlə 
çiyin-çiyinə addımlamağı bacarmayacağam. 
Gecə saat birə qədər kotletlərin hamısını qızartdım, 
sonra yemək çantasını hazırlayıb qonaq otağının qapısı 
ağzına qoydum. Yorğunluqdan elə oradaca uzanıb yuxuya 


138 
getdim. Həmid dəstəmaz alıb Quran oxuyurdu. Mənim 
qonaq otağında yatdığımı görüb dedi: 
-Tənbəl olma, dur, dəstəmaz al, rahat yat. 
Bərk yuxuya getmişdim. Gözlərimi bir az açdım. 
Həmid Quranı oxuyub taxçaya qoydu, başımın üstündə 
dayanıb dedi: 
-Hədisdə var ki, kim dəstəmaz almadan yatsa, yatağı 
qəbri kimi olar. Ancaq kim dəstəmazlı halda yatarsa, 
yatağı məscid olar və səhərə kimi ona savab yazılar. 
Zarafat və gülüşləriylə məni qaldırmaq istəyirdi. 
-Öz xeyrinədir. Əgər tez durub dəstəmaz alsan, rahat 
yatarsan. Yoxsa rahat yata bilməyəcəksən, çünki mənim 
kimi bir bəlan var. Bilmək olmaz, bəlkə də yuxunu 
büsbütün qaçırmaq üçün başına bir stəkan su tökdüm. 
Səs-küy salırdı ki, dəstəmaz almadan yatmayım. 
İki gün Qumda qaldı. Qayıdanda hərəmin ətrafından 
mənə gözəl bir paltar almışdı. Hədiyyəni verəndə dedi: 
-Qumda hər an səni düşünürdüm. Kumeyl duasının 
ortasında ikimiz üçün çoxlu dua etdim. Bütün günü nişanlı 
vaxtı Quma getdiyimiz anlar yadıma düşürdü. 
*** 
Özünəməxsus aşpazlığı var idi, yeniyetmə çağından 
öyrənmişdi. Atası və qardaşı Həmidlə Sünbülabada 
gedəndə bibim arxayın olurdu ac qalmayacaqlar. Həmid 
özündən uyudurduğu yeməkləri yazsaydı, “Həmid üsulu 
aşpazlıq” adlı kitab yaza bilərdi. Elə şeylər icad edirdi ki, 
heç cinlilərin də ağlına gəlməzdi. 
Axşam saat beş idi. Çox yorğun idim. Dərsin son 
dəqiqələrində telefonu açıb Həmidə yazdım: “Salam, 
başımın tacı! Məşqdən gəlmisən? Əgər tez çatsan, zəhmət 
olmasa, mən gələnə qədər plovu hazırla”. Evə çatanda 
plovun ətri hər yanı bürümüşdü. 


139 
Yorğun olduğumdan saat yeddi olmamış şam süfrəsinə 
oturduq. Həmişəkindən fərqli olaraq, Həmid bu dəfə 
qeyri-adi bir şey bişirməmişdi. Plovu dediyim kimi 
hazırlamışdı. Ancaq rəngi başqa cür idi, sarıya çalırdı. 
Fərqli bir dadı da yox idi. Düşündüm ki, yəqin, duz yerinə 
sarıkök vurub. Ancaq sarıkök dadı vermirdi. Yeməyi 
axırıncı qaşığına kimi yedik. Süfrəni yığanda soruşdum: 
-Həmid, xörək niyə bu qədər sarı idi? 
-Bilmirəm, 
mənə 
də 
qəribə 
gəldi. 
Düyünü 
təmizləyəndən sonra duz və yağ vurub qazın üstünə 
qoymuşam. 
Bunu deyən kimi tez gedib qazana baxdım. 
-Yəni düyünü qaynatmazdan qabaq yumadın? 
Süfrəni toplaya-toplaya dedi: 
-Məgər dünən özün demədin ki, düyünü islatmayaq?! 
Birdən yadıma düşdü ki, dünən qonağımız var idi. 
Həmid bir neçə saat qabaqcadan düyünü islanmağa 
qoymuşdu. O zaman ona demişdim: “Həmid can, kaş belə 
etməzdin! Çünki bir neçə saat suda qalan düyü yaxşı dəm 
almır”. O da elə başa düşmüşdü ki, düyünü yumaq lazım 
deyil. Beləliklə, bizə toz-torpaqlı düyü yedirtmişdi. 
Şam yeməyindən sonra dedi: 
-Dostlar həzrət Ümmül-bəninin vəfatı münasibətilə əza 
məclisi təşkil ediblər. Mən gedim, tez qayıdacam. 
Saat on bir olmamış qayıtdı. Tez gəldiyinə 
təəccübləndim. Qapının zənginə cavab verəndə pərdənin 
əyildiyini gördüm. O gələnə qədər düzəltməyə başladım. 
Həmid içəri girəndə əlində yemək var idi. Mənim pərdə 
düzəltdiyimi görüb dedi: 
-Mən gedəndən pəncərə arxasında qalmısan, Fərzanə?! 


140 
Xanımın pərdə arxasından bayıra baxmasını heç 
xoşlamazdı. Adətən, sözünü bu cür zarafatlarla çatdırırdı. 
Əmrlə danışıb adamın qəlbini qırmazdı. 
-Yox, əzizim, pərdə əyilmişdi, onu düzəldirdim. Nə 
yaxşı, bu gün tez qayıtmısan! 
-Məclisin axırında ehsan verirdilər. Mən də götürüb 
gəldim ki, ehsandan sənə də qismət olsun. Yoxsa gecə saat 
ikiyə kimi məni gözləməli olacaqdın. 
-Ağa can, belə eləmə! Mən sənin əziyyət çəkməyinə 
razı deyiləm. 
-Əksinə, mən bu işi qəsdən görürəm ki, digərləri də 
baxıb öyrənsinlər. Xoşuma gəlmir ki, kişi bayırda nəsə 
yesin, ancaq xanımı evdə ondan məhrum qalsın. 
İstəyirdi ki, başqaları da öz yoldaşlarına bu şəkildə 
sevgi göstərsinlər. Əzadarlıqda verilən ehsanı yemirdi, evə 
gətirirdi ki, birlikdə yeyək. Bəzən ehsan çox olanda uca 
səslə deyərdi: “O yeməkdən birini də verin, xanımıma 
aparım”. 
Paltarlarını dəyişəndə köynəyinin yaş olduğunu görüb 
dedim: 
-Məgər bayırda yağış yağır? Paltarın niyə yaşdır? 
-Yox, əzizim, yağış yağmır. Tennis stolu almışdıq. 
Məclisdən sonra dostlarla bir az tennis oynadıq, tərlədim. 
Bəziləri tennis oynamağa gəlsə də, ən azından ayaqları 
məclisə dəyir. 
Aprelin 24-ü Həmidin doğum günü idi. Həmin gün 
axşama qədər dərsim vardı. Universitetdən çıxan kimi 
birbaş ətir mağazasına getdim, sonra sifariş verdiyim tortu 
alıb evə yollandım. Yaşıl rəngli, ürək şəklində tort idi, 
üstünə “Həmid can! Doğum günün mübarək!” yazılmışdı. 
Mən evə çatanda Həmid qonaq otağının yerinə adyal sərib 
yatmışdı. 


141 
Tortu stolun üstünə qoyub işığı yandırdım. Gözlərim 
qalın kabellərlə işləməkdən qabaq-qabar və qupquru 
olmuş əllərinə sataşdı. Korpusun Rabitə şöbəsində 
işlədiyindən, bütün işi qalın hərbi məftillərlə və yüksək 
təzyiqli kabellərlə idi. Adətən, iş vaxtının çoxunu günəş 
altında olurdu, üzü yanmışdı. Evə çatanda o qədər yorğun 
olurdu ki, nahar yeməyini yedikdən sonra ayaq üstə 
dayanmağa taqəti qalmırdı. Əl-ayağını o vəziyyətdə görüb 
yazığım gəldi. Qəzet gətirib ayağının altına sərdim. Elə 
yatdığı yerdə əl-ayağına krem vurdum, üzünə qatıq-xiyar 
maskası çəkdim ki, günəş yanğısını aparsın. O qədər 
yorğun idi ki, heç nə anlamadı. Krem vurmaqdan heç xoşu 
gəlməzdi. Həmişə deyirdi: “Krem kişi üçün deyil. Kişinin 
kremi palçıq olmalıdır”. Ancaq mən həmişə əl-ayağına 
krem vurardım. 
Bir az sonra yuxudan oyandı, tortu görüb çox sevindi. 
-Səhər tezdən bankdan təbrik mesajı gələndə öz-özümə 
dedim ki, yəqin Fərzanənin yadından çıxıb, yoxsa təbrik 
edərdi. 
Kiçik məclisimizin şəklini çəkməyə imkan vermədi. 
Tortu görən kimi tez böyük bir dilim kəsib yedi, sonra 
bıçağı tortun üstünə qoyub dedi: “Elə təsəvvür elə ki, mən 
bu torta əl vurmamışam. İndi nə qədər istəsən, şəkil çəkə 
bilərsən”. 
Gecəni Həmidin iş yoldaşı Meysəmgilə getdik. 
Uşaqları dünyaya gələndən getməyə vaxt tapmamışdıq. 
Həmidin başı söhbətə elə qarışmışdı ki, elə bil, iş yoldaşı 
deyillər və hər gün bir-birlərini görmürlər. Biz də digər 
otaqda uşaqdan, ana olmaqdan danışırdıq. Əbülfəzi 
qucağıma götürən kimi içdiyi südü çadrama qaytardı. 
Çadram çox bulaşdı. Məcbur qalıb Meysəmin yoldaşından 
evə getməyə bir çadra aldım. Təxminən saat on birdə 


142 
onlardan çıxdıq. Öz çadramı torbaya qoydum, əmanət 
çadranı da başıma saldım. Motosiklet sürəndə Həmid 
ucadan zikr deyirdi. Onun “Hüseyn-Hüseyn” deməsini çox 
xoşlayırdım. Dedim: 
-Astadan zikr elə, gecənin bu vaxtı kimsə eşidər. 
-Problem yoxdur, qoy hamı desin ki, Həmid İmam 
Hüseyn (ə) dəlisidir. Motosiklet sürmək halal bir əməldir; 
vacibdir, nə də müstəhəb. Qoy zikr deməklə bizim bu 
işimiz müstəhəb olsun. Hər ikimizə savab yazılar. 
Evə çatan kimi hər iki çadranı əlimdə yuyub, sobanın 
üzərində qurutdum. Sonra əmanət aldığım çadranı ütüləyib 
Həmidin əşyalarının yanına qoydum. 
-Əzizim, sabah işə gedəndə bu çadranı Meysəmə 
verərsən. Birdən xanımının ehtiyacı olar. 
Səhər oyananda hava yağmurlu idi. Həmişə olduğu 
kimi, ona səhər yeməyi hazırlamışdım. Həmid süfrəyə 
oturan kimi dedi: “İş yoldaşlarım deyirlər ki, xanımlar 
ancaq evliliyin birinci ili səhər yeməyi hazırlayırlar. Sonra 
səhər yeməyindən xəbər-ətər olmur. Ancaq məncə, sən bu 
işi həmişə davam edəcəksən. 
Gülüb dedim: 
-Nə qədər ki mən varam, sən bu evdən yemək yemədən 
çıxmayacaqsan. Hətta bazar və çərşənbə axşamı günləri 
dostlarınla dağa səhər yeməyinə gedəndə də gərək evdə 
səhər yeməyini yeyib gedəsən. 
Saata baxdım. Həmid həmişəkinin əksinə olaraq, bu 
gün tələsmədən yemək yeyirdi. Dedim: 
-Bir neçə dəqiqə vaxtın qalıb ha! İndi servis maşını 
gələcək. Fikrin hardadır belə? 
-Bu gün iş yoldaşıma çadra aparmalıyam deyə, servislə 
gedə bilməyəcəm. Çadranın ağırlığı qədər olsa belə, şəxsi 
işlərimi korpusun servisi ilə görə bilmərəm.


143 
Dövlət əmlakına bu qədər diqqətindən təəccüblü halda 
ona məcun hazırlamağa başladım. İdman zalında və iş 
yerində dizləri ağrıdığı üçün hər gün səhər tezdən ona ilıq 
su, bal və darçın tozu qarışığından ibarət məcun 
hazırlayırdım. Bunu klassik təbabətdən öyrənmişdim. 
Yeniyetmə çağımdan klassik təbabət və islami qidalanma 
ilə maraqlanırdım. O məcunu içəndən dizi yaxşılaşırdı. 
Sağollaşanda dedim: 
-İndi ki servislə getmirsən, ən azı, çətir götür ki, yağış 
altda qalmayasan. 
-Sən universitetə götürərsən, mənim islanmağım çox da 
problem deyil. 
Həmin gün universitetin Bəsicində şura üzvləri ilə yay 
üçün nəzərdə tutulmuş səfərin müzakirəsi üçün bir araya 
gəlmişdik. Söhbətin uzandığını görəndə Həmidə mesaj 
yazıb dedim ki, günortaya çoban salatı hazırlasın. İclas 
bitəndən sonra tez taksiyə minib evə yollandım. Çox 
yorulmuşdum. Həmidin hazırladığı salatı görəndə iştahım 
da qaçdı. Salatın rəngi sarıya çalırdı, bütün xiyar-
pomidorlar əzilmişdi. Həmidə dedim: 
-Mən bu salatı yemirəm. Bu, salatdan başqa hər şeyə 
oxşayır. De görüm, niyə belə olub? 
Həmidin aşpazlıq məharəti mənə məlum idi. Yaxşı 
xörəklər bişirirdi. Ancaq özünün icad etdiyi xörəklər 
bəzən bizi zəhərlənmək həddinə də çatdırırdı. 
Yeməyə dilimi vurmadığımı görəndə olan-bitəni 
danışmağa başladı: 
-Birinci salata duz vurdum, sonra yoxlamaq üçün 
darçın, istiot və sarıkök əlavə etdim. İstəyirdim elə bir şey 
hazırlayım ki, içində bütün dadlardan olsun. 
Bir sözlə, evdə olan bütün ədviyyatları salata 
boşaltmışdı. Dedim: 


144 
-Bu dediklərini salata rəng qatmaq üçün etmisənsə, bir 
söz demirəm. Bəs xiyar-pomidor niyə bu haldadır? 
Məzlum görkəm alıb dedi: 
-Canım sənə desin ki, sonra limon suyu qatdım. Düzü, 
çaşıb limon suyunu o qədər çox vurdum ki, xiyar-pomidor 
su içində yox oldu. Belə olduğunu görüb bütün salatı 
süzgəcə tökdüm, iki-üç dəfə yudum. Gördüyün sarı rəng 
də onun düzəlmiş halıdır. Ancaq qorxusuz yeyə bilərsən, 
heç bir təhlükəsi yoxdur. 
Elə bir salat hazırlamışdı ki, özünün də yeməyə meyli 
yox idi. Çoban salatını çox sevməyimə baxmayaraq, 
ondan sonra bir müddət heç bir salat yeyə bilmədim. 
*** 
2014-cü ilin baharında ailəmdən uzaqda ilk ramazan 
ayını yaşadım. Ramazan ayında gecələr daha çox oyaq 
qalırdım. Bəzən gecə saat ikiyə qədər kitab oxuyur, söhbət 
edirdik. Mübarək ramazan ayının ilk gecəsi Həmid 
evimizdəki kitablar arasından “Müntəhəl-amal” kitabını 
seçdi. Elə ilk gündən onu oxumağa başladıq. Kitab on 
dörd məsumun həyatı barədə idi. Hər gün imamlardan 
birinin həyatını oxuyurduq. Cümə axşamı İmam Mehdinin 
(ə) həyatını oxuyaraq kitabı bitirdik. O bitən kimi Həmid 
iş yerindən 30 kiçik kitabça gətirdi. Qərara gəldik ki, kim 
birini oxuyub qurtarsa, xülasəsini digərinə danışsın. Daha 
çox etiqadi kitablara maraq göstərir, dostlarıyla və ya əza 
dəstəsində əqidə mövzusunda söhbətləşəndə yeni sözlərlə 
cavab vermək istəyirdi. 
Ramazan ayında günorta saat üçün yarısına kimi işdə 
olurdu. Evə gələndə bir-iki saat istirahət edirdi. Cüt 
günlərdə istirahətdən sonra idmana gedirdi. Evdə olduğu 
günlərdə isə birlikdə kitab oxuyur, fikirlərimizi bir-
birimizlə bölüşürdük. Fikirlərimiz hər zaman üst-üstə 


145 
düşmür, bəzən haçalanırdı. Günün mövzularından tutmuş, 
əqidə məsələlərinə kimi hər şey barədə danışırdıq. İftardan 
sonra da kitab oxuyurduq. Çətin terminli kitabları 
oxumaqdan həzz alırdı. Mənasını bilmədiyi sözlə 
qarşılaşanda lüğətə baxırdı. 
Bir gün yenə ağır məzmunlu kitab oxuyurdu, mən də 
mətbəxdə obaşdana yemək hazırlayırdım. Başımın yemək 
bişirməyə qarışdığını görüb ucadan oxumağa başladı. Bir-
iki səhifə oxuyandan sonra dedim: 
-Əzizim, zəhmət çəkmə, onsuz da oxuduqlarından heç 
nə anlamadım. Kitab, mənasını bilmədiyim sözlərlə 
doludur. 
-Başa düşməməyin özü də yaxşı bir şeydir. Məcbur 
olub sözlərin mənasını axtarırıq. Bu kimi kitablar 
məlumatımızı çoxaltmaqdan əlavə, söz ehtiyatımızın 
çoxalmasına da kömək edir. 
Ramazan ayında ən çox qarpız yeyirdi. Qarpızın 
yarısını iftarda, yarısını da obaşdanda yeyirdi. Buna görə 
də, çox qarpız alırdı. 
Ramazan ayının 12-si idi. Qapını açıb Həmidi 
qarşılayanda əlində iki qarpız vardı. Salam verəndən sonra 
yanımdan keçib mətbəxə getdi. Qapını örtmək istəyəndə 
dedi: “Gözlə, hələ bir neçəsi qalıb”. 
Yenidən bayıra çıxıb ikisini də gətirdi. Mat-məəttəl 
qalmışdım. Bir neçə dəfə bayıra çıxıb, əlində iki qarpızla 
qayıtdı. Ondan çox qarpız almışdı. Təəccüblə dedim: 
-Həmid, bu qədər qarpızı neyləyirsən? Deyəsən, 
bostana girib, əlinə keçəni yığıb gətirmisən. 
Güldü. 
-Qarpız xarab olan şey deyil. Qoyarıq mətbəxə, bir-bir 
kəsib yeyərik. 


146 
Mətbəximiz balaca idi. Yemək bişirən kimi havası 
qızırdı. Qarpızları almasından bir neçə gün keçməmiş 
gördüm ki, qəribə iy gəlir. Əvvəl fikirləşdim ki, yəqin 
qarpızlar çoxdur deyə, iyi məxtbəxə yayılıb. Ancaq bir 
neçə gün sonra anladım ki, yerə dəyən hissələri xarab 
olub. Üstündən aylar keçməsinə baxmayaraq, mətbəxdən 
həmin iy kəsilmirdi. İyi duyan kimi ürəyim ağzıma gəlirdi. 
O hadisədən sonra Həmid bir müddət qarpız almadı. 
Bəzi günlər iftarı bayırda yeyirdik. Ən çox getdiyimiz 
yer şəhidlər xiyabanı idi. Evdə bişən həlimi o qədər də 
sevməzdi, amma yeməkxanada bişəndən xoşu gələrdi. 
Şənbə günü Bəhram və yoldaşı ilə şəhəri gəzməyə çıxdıq. 
Çox keçməmiş Bəhram və Həmid yollarını sendviç 
dükanına sarı dəyişdilər. Qızardılmış kartof, göbələk, 
sendviç, pizza və meyvə şirəsi aldılar. Bizim yeməyə çox 
da meylimiz yox idi, oturub heyrətlə onlara baxırdıq. 
Həmidlə dostu doyunca yedilər. Həmid yeməyin ortasında 
məndən soruşdu: “Siz də yeyirsiz? Utanmayın, bir şey 
istəyirsizsə, deyin, sifariş verim”. Təəccüblə dedik: 
“İftardan sonra bu qədər yesək, mədəmiz partlayar. 
Fikirləşirik ki, siz onları necə yeyə bilirsiz!” 
*** 
Ramazan ayının günləri bir-birinin ardınca keçirdi. 
Müştərək həyatımızın ilk qədr gecəsinin həyəcanını bütün 
vücudumla hiss edirdim. Rəzməndeqan (Döyüşçülər) 
heyətinin hüseyniyyəsi bizə yaxın olduğu üçün əhya 
gecələrində piyada oraya gedirdik. Öncəki ildə, nişanlı 
vaxtımızda Həmid öz əza dəstələrinin məclislərinə gedirdi. 
Bu il həmin məclisləri parka salmışdılar.
Əhya gecələrində Həmidin halı qəribə olurdu, ürəyi 
əsirdi. Onu, dəyərli bir şeyini itirmiş, Qədr gecələrində 
göz 
yaşları 
və 
təvəssüllə 
axtaran 
və 
qəlbinin 


147 
dərinliklərində gizlətdiyi arzusuna çatmaq istəyən biri 
kimi görürdüm. O deyirdi: 
-Fərzanə, bu bərəkətli gecə və gündüzləri asanlıqla 
əldən vermək heyfdir. Heç kim bilmir ki, gələn ramazan 
ayına sağ çıxacağıq, ya yox. Səndən istəyim budur ki, nə 
zaman hüzur tapsan, məni də xatırla, dua et ki, mən də öz 
arzuma çata bilim. 
Söhbət arzudan düşəndə və ya “mənim üçün dua et” 
deyəndə nikahımızın ilk günü İmamzadə İsmayıl 
Baracinin məqbərəsi yanında dediyi sözlər yadıma 
düşürdü: 
-Məni şəhidlər xiyabanına aparacaqlar. Mənim ən 
böyük arzum şəhadətdir. Dua et, sənə qovuşduğum kimi 
şəhadətə də qovuşum. 
Ramazan ayının son cüməsinə bir neçə gün qalmış 
televizorda, Qüds günü münasibətilə Fələstinlə bağlı 
veriliş yayımlanırdı. Fələstinli uşaqların ata-analarının 
qucağında öldürülməsi adamın ürəyini parçalayırdı. 
Həmid deyirdi: “Düzdür, hələ ata olmamışam, övladının 
cansız bədənini qucaqlayıb, sığınmağa yer axtaran atanın 
keçirdiyi hissləri dərk edə bilmirəm, ancaq bilirəm ki, belə 
müsibətlər bir kişinin belini çox rahatlıqla bükə bilər”. 
Yürüşlərə həmişə birlikdə gedirdik. Həmin il hava çox 
isti idi, sanki göydən od yağırdı. Susuzluqdan əziyyət 
çəkirdik. Oruc halda yürüş bütün taqətimi tükətmişdi. 
Yürüş bitən kimi tez evə qayıtdıq. Həyətə girəndə 
Həmidin şıltaqlığı tutdu. Su ilə bütün üz-gözümü islatdı, 
nə qədər yayınmaq istəsəm də, xeyri olmadı. Mən də kranı 
açıb onu başdan-ayağa islatdım. Suya düşmüş siçan kimi 
çabalayırdı. Günəş şüaları islanmış çöhrəsinə saçanda 
daha da sevimli olurdu. Ürəyim istəyirdi ki, saatlarla 


148 
günəşin altında dayanıb ona baxım, gözlərindən saçan 
həya məni yerdən-yerə vursun… 
*** 
Yayda günortadan sonra uşaqlara fərdi müdafiə 
fəndlərini öyrədirdi. Mənim qara kəmərim var idi, ancaq 
fərdi müdafiə dərslərində iştirak etməmişdim. Bir gün 
israrımdan sonra mənə də bir neçə fənd öyrətməyə başladı. 
Deyirdi ki, məsələn, kimsə yaxamdan tutsa, nə etməliyəm, 
qolumu bursa, nə etməliyəm və sair. Öyrəndiklərimi 
göstərmək istəyəndə hər şeyi əksinə etdim. O qədər 
gülməli oldu ki, yerə uzanıb ucadan güldü. Elə güldü ki, 
ev yiyəsi bizim ağladığımızı düşünüb məni səslədi. 
Qapıdan çıxanda pilləkənin başından dedi: 
-Anam, Fərzanə, nəsə olub? Niyə ağlayırsız? 
Utandığımdan yerə girdim. 
-Yox, hacı xanım, bir şey olmayıb, sadəcə, gülürdük. 
Bağışlayın, bir az ucadan güldük. 
Gülüb dedi: 
-Heç vaxt dodağınızdan gülüş əskik olmasın, anam! 
Bu dərsimiz gülüş içində axşama qədər davam etdi. 
Axşam atamgilə getdik. Atama dedim: 
-Ata can, bax, gör qızın bu gün hansı fəndləri öyrənib. 
İstəyirəm qiymət verəsən. 
Qardaşımı çağırıb dedim: 
-Burda möhkəm dayan, fəndi göstərim. 
Elə birinci fəndi başdan-ayağa səhv yerinə yetirdim. 
Atam gülərək bir neçə dəfə Həmidin kürəyindən vurub 
dedi: 
-Halal olsun belə müəllimə, bütün müəllimlərin üzünü 
ağ elədi! 
Qardaşım dedi: 


149 
-Fərzanə, indi sən dayan, mən göstərim, gör müdafiə 
necə olur. 
Qardaşım bunu deyən kimi Həmid yerindən qalxdı, 
əlimdən tutub məni divanda oturtdu. Dedi: 
-Yox, sən Allah, Fərzanəyə bir şey olar. Ümumiyyətlə, 
yaddan çıxar, Fərzanə heç nə bilmir, bilməsi lazım da 
deyil. 
Mənə qarşı çox həssas idi. Mən də ona qarşı beləydim. 
Zərrə qədər də zərər görməyinə və ya xəstələnməyinə dözə 
bilmirdim. Bir dəfə anam ona evin lampasını dəyişməyi 
tapşıranda bir saat deyindim ki, niyə Həmidi dördayağın 
üstünə çıxarmısız, birdən yıxılsa, baxın işinizə”. Bir hadisə 
baş verəcək deyə, narahat idim. Həmişə Həmidə deyirdim: 
“Sən Allah, diqqətli ol! Bil ki, sənə bir şey olsa, mən 
ölərəm”. Əvvəldən axıra kimi aşağıda dayanıb dördayağı 
ikiəlli tutdum. Bütün ailəmiz Həmidə qarşı belə 
davranırdı. Atam ona bir bacıoğludan, yeznədən çox 
məhəbbət göstərir, gözünün üstə saxlayırdı. Anam ona 
“Həmid can” deyə müraciət edir, bəzən də “yaraşıqlı 
oğlum” deyərdi. O, Həmidlə əkiz qardaşını elə əvvəldən 
çox sevirdi. Uşaq vaxtı bibimin vaxtı olmayanda hər 
ikisinə anam baxırdı. Onlarla oynayır, nağıl danışırdı. 
Evlənəndən sonra hər dəfə atamgilə gedəndə anam 
deyirdi: “Həmidin yeri baş tərəfdədir”. Nə bişirirdisə, 
deyirdi ki, birinci Həmid yeyəcək. Bütün bunlar Həmidin 
rəftarına görə idi. Gözəl xasiyyətlərinə görə hamı onu çox 
sevirdi. 
*** 
Universitetdən çıxanda evə qayıtmaq üçün avtobusa 
mindim. Təxminən saat üç olardı. Avtobus boş idi. 
Rəfiqəm çantasından alça çıxarıb mənə verdi. Birini 


150 
götürüb təşəkkür etdim. Bir az keçəndən sonra rəfiqəm 
dedi: 
-Orucsan, Fərzanə? Alçanı hələ yeməmisən. Xoşuna 
gəlmədi? 
-Yox, oruc deyiləm, ancaq belə şeylər boğazımdan tək 
keçmir. Nə olsa, çantama qoyub aparıram evə ki, 
yoldaşımla birlikdə yeyim. 
Mən bunu deyəndə Həmid zəng vurdu. Dedim: 
-Adını çək, qulağını bur! İndicə səndən danışırdım. 
-Mən evə çatmışam. Səni gözləyirəm. Gəl, birlikdə 
yemək yeyək. Sonra zala getməliyəm. 
-Bir neçə dəqiqəyə çatıram. 
Əlimdə alça qapının zəngini basdım. Həmid qapını 
açdı. Dedim: 
-Həmid ağa, bu gün tez gəlmisən evə. 
-Dostumgilə gedib akvarium düzəltməyə kömək 
etməliyəm. 
Bu cümləni həsrətlə dedi. O, akvariumu çox sevirdi. 
Şüşələri bir-birinə yapışdırıb akvarium düzəltməyi də 
bacarırdı. Ancaq mənim əsla xoşum gəlmirdi, hər bir 
heyvandan qorxurdum, xüsusən də balıqdan. Həmidin belə 
həsrətlə danışdığını görəndə çox narahat oldum. 
-Mən akvariumu sevməsəm də, nə vaxt böyük ev 
tutsaq, problem yoxdur, özümüzə də düzəldərsən. 
Bu sözü deyən kimi ürəkdən sevindi. 
-İndi ki razısan, onda get, soyuducuya bax. Mütləq 
sevinəcəksən. 
-Albalı şirəsi? 
-Özün bax, görəcəksən! 
Hər dəfə dostuyla görüşəndə meyvə şirəsi içməyə adət 
etmişdi. Həmişə bir stəkan da mənə alırdı; xüsusən də 


151 
albalı şirəsi. Onu çox sevdiyimi bilirdi. Onun bu kimi 
rəftarlarından çox həzz alırdım. Dedim: 
-Həmid can, mən soyuducuya çatana qədər alçanın 
yarısını ye, yarsını da mənə saxla. Tək yeməyə ürəyim 
gəlmədi. 
Mətbəxə girəndə gördüm ki, balaca bir kağız parçasını 
maqnitlə soyuducuya yapışdırıb. Bir tərəfinə həftənin 
günlərini, yuxarısına da “nahar” və “şam” yazmışdı. Bütün 
boş xanalara da bir imamın adını yazmışdı. Dedim: 
-Həmid can, bu nədir? 
-Bundan sonra bişirdiyimiz hər yeməyi imamlardan 
birinə nəzir edək. Hər günün yeməyini həmin günün 
imamını niyyət edib, bişirək. Beləliklə, hər gün imamlara 
nəzir edilmiş ehsan yeyərik, ruhumuza da müsbət təsir 
edər. Soyuducuya yapışdırdım ki, gözümüzün önündə 
olsun. 
Bu təklif o qədər xoşuma gəldi ki, soyuducuda olan 
albalı şirəsini tamam unutdum. 
O gündən etibarən hər dəfə xörək qarışdıranda həmin 
günün zikrini deyir, həmin günün imamını niyyət edirdim. 
Anamın xoşuna gəldiyini bilib onlara da belə bir cədvəl 
düzəltdi. İstəyirdi ki, gördüyü bütün işlər imamların adı ilə 
bağlı olsun. 
Nahardan sonra akvarium düzəltməyə getdi. Həmişə 
olduğu kimi, bu dəfə də məhəllənin uşaqları başına 
toplaşdılar. Gözəl əxlaqına görə, hətta bir neçə dəqiqə olsa 
da, hamısı onunla oynamaq istəyirdi. Motosikletinin 
siqnalını basır, təriyində otururdular. Həmid bu işləri çox 
sevir. Səbir və hövsələ ilə hamısını razı salır, sonra 
gedirdi. 
Akvarium düzəltməyi üç-dörd saat vaxt apardı. Evə 
çatanda dedi: 


152 
-Həftəsonuna proqramımız nədir, xanım? Bəhram deyir 
ki, şimala gedək. 
-Mən razı! Birgünlük səfər üçün çox yaxşı fürsətdir. 
Ab-havamızı dəyişək. 
Cümə günü, Bəhramgillə birlikdə şimala yollandıq. 
Dəniz kənarında bir neçə saat qalıb gecə qayıtmaq 
istəyirdik. Biz Qəzvindən uzaqlaşmamış yağış başladı. 
Yollarda o qədər tıxac var idi ki, Məncildən o tərəfə gedə 
bilmədik. Elə orada, Məncil bəndinin yanında sendviç alıb 
yedik. Həmid dedi: 
-Boğaz dedikləri yer bura olmalıdır. Hər şeyin qiyməti 
boğaza çatır. Yığışın, pulumuz qurtarmamış tez evə 
qayıdaq. 
Elə oradan dönüb Qəzvinə qayıtdıq. Gecə evə çatdıq, 
toyuq kababı bişirib yedik.


153 

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin