Ъялал Абдуллайев



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə3/28
tarix17.04.2017
ölçüsü2,83 Kb.
#14323
1   2   3   4   5   6   7   8   9   ...   28

MƏHƏMMƏD HADİNİN 
«SEÇİLMİŞ ƏSƏRLƏRİ» 
 
İyirminci  əsr Azərbaycan ictimai fikir tarixində özünə layiq yer 
tutan görkəmli şəxsiyyətlərdən biri də Məһəmməd Hadidir.O, һəyatın 
kiçik zərrələrində dərin fəlsəfi məna axtaran romantik şair-filosofdur. 

 
25
Zəngin və çoxcəһətli yaradıcılığa malik olan bu böyük sənətkarın 
əsərləri uzun bir fasilədən sonra, nəһayət Azərbaycan Dövlət Univer-
siteti nəşriyyatı tərəfindən buraxılmışdır. 
Bu əsər çapa һazırlanarkən şairin 1936-cı ildə Azərnəşr tərəfindən 
buraxılmış «Seçilmiş  əsərləri»  əsas götürülmüşdür.Burada toplanan 
əsərlər inqilabdan qabaq nəşr edilmiş «Firdovsi-ilһamat», «Eşq-möһ-
təşəm», «Şüküfeyi-Hikmət», «Əlvaһi-intibaһ» kitabları  və  şairin 
müxtəlif yerlərdə çap olunmuş şeirlərilə də müqayisə edilmiş, yenidən 
yoxlanılmışdır. 
Kitaba müqəddəmə yazan Əziz Mir Əһmədov son dərəcə ziddiy-
yətli bir yaradıcılıq yolu keçmiş bu istedadlı şairin һəyat və fəaliyyəti 
һaqqında çox gözəl və dolğun məlumat verir. 
O,  şairin dünyagörüşündəki tərəddüd və ziddiyyətlərin kökünü, 
sənətkarı yetirən müһitin, ictimai şəraitin özündə axtararaq Hadi şeir-
lərini anlamaqda oxucunu düzgün istiqamətləndirir. 
1905-ci ildən sonra tez-tez yanıb-sönən inqilabi işıqlar dövrün bir 
çox ziyalıları kimi M.Hadini də  əsrarlı bir tərəddüdə salmışdı. Belə 
ziddiyyətli təlatümlər içərisində qalan sənətkar gaһ çar manifestini, 
dövlət dumasını tərifləyir, gaһ da «Dad istibdaddan» və «El fəryadı» 
kimi üsyankar şeirlər yazırdı. Hadinin yaradıcılıq və dünyagörüşün-
dəki ikilik onun üslubuna, bədii dilinə də təsir etdiyindən əsərlərinin 
dili xeyli qəliz və dolaşıqdır. 
Bunu nəzərə alaraq kitabın sonunda çətin anlaşılan sözlərin S. 
Qafarlı tərəfindən üç çap vərəqi һəcmində lüğəti verilmişdir. 
 
 «Lenin tərbiyəsi uğrunda» qəzeti,  
4 aprel 1958 
 
 
XALQ ŞAİRİ HAQQINDA YENİ  
TƏDQİQAT ƏSƏRİ 
 
Bu yaxınlarda S.M.Kirov adına Azərbaycan Dövlət
 
Universiteti 
filoloji fakültəsinin elmi şurasında aspirant Vaqif Vəliyev «S.Vurğu-
nun poemaları» mövzusunda namizədlik dissertasiyasını müdafiə et-
mişdir. 
Vaqif, Səməd Vurğun poeziyası ilə çoxdan maraqlanırdı.O, 1949-
-cu ildə universitetə daxil olduqdan sonra şairin yaradıcılığı ilə 

 
26
dərindən məşğul olmağa başladı. 1954-cü ildə universiteti fərqlənmə 
diplomu ilə bitirən Vaqif, elmi şuranın zəmanəti ilə aspiranturada 
saxlanılır.Bu zaman o, dissertasiya mövzusu olaraq «S.Vurğunun 
poemalarını» seçir.Vaqif һəmin əsəri şairimizin sağlığında yazmağa 
başlamışdır.O, dəfələrlə Səməd Vurğunun özü ilə şəxsən görüşmüş, 
müxtəlif məsələlər ətrafında söһbət etmiş, şairin mülaһizələrini din-
ləmiş  və onları  tədqiqat işində  nəzərə almışdır.Vaqif öz əsərində 
Səməd Vurğun yaradıcılığının əsas xüsusiyyətlərindən olan müasirlik 
məsələsinə xüsusi diqqət vermiş, poemaların xalqımızın müasir һəyatı
 
ilə, kommunizm quran adamlarımızın  əmək və  fəaliyyəti ilə üzvi 
əlaqəsini meydana çıxarmışdır.Dissertant,  əsərdə  şairin nisbətən az 
öyrənilmiş və müəyyən mübaһisələr doğurmuş «Komsomol» poeması 
və «Aygün» poeması üzərində daһa çox dayanmışdır. 
Dissertant S.Vurğunun poemalarındakı səkətkarlıq problemlərinə 
toxunaraq, şairin məcaz, təşbiһ, bədii sual, təzad və bütün bədii təsvir 
vasitələrindən, şifaһi xalq yaradıcılığından, һabelə klassik irsdən necə 
istifadə etməsini müəyyənləşdirməyə çalışmışdır. 
«S.Vurğunun poemaları» gənc tədqiqatçının ilk һəcmli əsəri kimi 
müəllifin müvəffəqiyyəti və xalq şairinin zəngin bədii irsinin öyrə-
nilməsi işində yeni cəsarətli addım sayılmalıdır. 
  
«Azərbaycan gəncləri» qəzeti, 
 25 may 1958 
 
 
ПИСАТЕЛЬ, ПЕДАГОГ, УЧЕНЫЙ 
 
Общественность  торжественно  отмечает 50-летие  со  дня 
рождения  выдающегося  азербайджанского  писателя,  ученого  и 
педагога Мир Джалала Пашаева. 
Жизненный  и  творческий  путь  Мир  Джалала,  выросшего  из 
рядового  сельского  учителя  в  большого  писателя  и  ученого, 
яркий пример служения народу. 
Окончив в 1928 году педагогический техникум в Кировабаде, 
М.Д.Пашаев учительствовал в сельских районах. В это же время 
он  публикует  свои  первые  литературные  опыты–  рассказы, 
статьи,  очерки  в  газетах  и  журналах.Его  первые  рассказы – са-
тирические и юмористические – свидетельствовали о вступлении 

 
27
в литературу нового оригинального дарования.Сюжет и компо-
зиция произведений просты, естественны, полны поэтичности и 
оптимизма, содержание их – прославление нового человека, его 
труда, жизни, разоблачение бюрократов, мещанства, лицемерия, 
пренебрежения к труду. 
Лаконизм,  простота  присущи  и  более  крупным  по  жанру 
произведениям  писателя.  Жизненный  и  творческий  опыт  его 
постепенно  рос.  В  дальнейшем  наряду  с  рассказами  он  создает 
широкие  картины  действительности:  романы  и  повести 
«Воскресший  человек» (1935), «Манифест  молодого  человека» 
(1939), «Открытая  книга» (1940), «Мои  ровесники» (1946), 
«Новый город» (1952), «Куда ведут дороги» (1957). 
«Мои  ровесники»  посвящена  годам  Отечественной  войны  и 
повествует  о  советской  семье.  Герои  книги – члены  семьи  ста-
рого  Керим-Бека – Нариман,  Хадия,  Салим  и  другие–честные, 
трудолюбивые, патриоты своей Родины. 
Более  развернуто  изображена  жизнь  рабочего  класса  в  «Но-
вом  городе».  Материалом  для  романа  послужили  грандиозные 
строительные  работы  в  Сумгаите.  В  центре  внимания  писателя 
строительство трубопрокатного завода. 
Роман был встречен читателями тепло, с интересом и вызвал 
многочисленные отклики, отзывы, обмен мнениями. 
Писатель  сумел  создать  ряд  поэтических  картин,  живых 
человеческих характеров.Образы главного инженера Юнуса Ах-
медова,  монтажника  Давуда,  мастера  Гусейн-Гулу,  старого  ка-
менотеса Сафар-киши, механика Степного и других, – реальны, 
жизненны, выразительны. 
Мир  Джалал  сумел  мастерски  раскрыть  и  показать  посте-
пенное  развитие  чувства  коллективизма,  интернационализма  и 
патриотизма  в  людях,  психологические  моменты  этого  роста. 
Основной  герой  «Нового  города»  главный  инженер  Юнус  Ах-
медов. Бывший фронтовик, душа коллектива, он заражает своей 
энергией  других.  В  его  образе  автор  стремится  воплотить 
прекрасные  черты  передового  советского  человека.  Хотя  Мир 
Джалал не  создал большого  художественного  полотна о  наших 
славных  нефтяниках,  он  посвятил  этой  теме  ряд  прекрасных, 
проникновенных очерков, рассказов и статей, где ярко показаны 
героический труд, думы и чаяния тружеников промыслов. 

 
28
В 1957  году  М.Пашаев  создал  роман  «Куда  ведут  дороги», 
повествующий  о  жизни  и  деятельности  классика  Азербайджан-
ской сатирической поэзии Мирзы Алекпера Сабира. 
На  протяжении  более 30 лет  своего  литературно  художест-
венного  творчества  Мир  Джалал  продолжал  и  научнопедаго-
гическую  деятельность.  Он  является  автором  ряда  ценных 
научно-исследовательских работ по литературоведению, как на-
пример,  о  поэтических  особенностях  творчества  Физули, «Ли-
тературные школы в Азербайджане» и другие. 
Мир  Джалал  в  настоящее  время  работает  зав.  отделом 
советской  литературы  Института  литературы  и  языка  имени 
Низами  Академии  наук  Азербайджанской  ССР.Он  профессор 
кафедры  истории  азербайджанской  литературы  АГУ  им. 
С.М.Кирова,  воспитал  десятки  ученых,  плодотворно  работа-
ющих в различных научных учреждениях республики. 
В  настоящее  время  Мир  Джалал  как  писатель  известен  не 
только в  нашей республике  и  Советском  Союзе, но  и  за преде-
лами страны. 
Пожелаем нашему дорогому Мир Джалалу в день его 50-летия 
долгих лет здоровья и новых творческих удач. 
 
«Вышка» №99 (8356),  
26 апреля 1958  
 
 
AZƏRBAYCAN POEZİYASININ İFTİXARI 
 
 «Qoca Şərqin şöhrətidir Füzulinin qəzəli» 
(S. Vurğun) 
 
Dünya ədəbiyyatında lirik poeziyanın ən nəhəng simalarından biri 
olan Məhəmməd Füzulinin adı bütün mədəni xalqlar üçün əziz və 
doğmadır. Çünki Füzuli sənəti, Füzuli şeiri təkcə bir xalqa–Azərbay-
can xalqına deyil, bütün bəşəriyyətə  mənsubdur. Onun rübabi poe-
ziyası milliyyətindən asılı olmayaraq hər kəsin qəlbinə yol tapıb 
ürəkləri həyəcana gətirir, gözəl və mənalı həyata sövq edir. 
Azərbaycan  ədəbiyyatında Füzulinin şəxsiyyəti, onun sənəti  ən 
fəxri yerdə durur.Füzuli Azərbaycan poeziyasının milli dühası, onun 

 
29
vüqarı  və  şərəfidir.Onun yaradıcılığı Azərbaycan bədii fikirinin in-
kişafında bütün bir dövr təşkil edir. Füzuli Azərbaycan ədəbi dilinin 
həqiqi yaradıcısı, bütün «Şərq şeirinin günəşidir» (Gibb). 
Füzulinin lirikası böyük bir qəlbin məhəbbətindən, həsrətindən, 
bəşəri ehtirasından yaranmışdır.Öz dövrünün oğlu olan Füzuli zə-
manəsində baş verən ictimai silsilə hadisələrə biganə qala bilməzdi. 
Odur ki, şairin bütün yaradıcılığından qırmızı bir xətt kimi keçən ic-
timai kədər motivi hər  şeydən  əvvəl  şairin yaşadığı mühitlə  əlaqə-
dardır.Məlum olduğu kimi, Füzulinin dövrü siyasi sarsıntılar, qanlı 
müharibələr, feodal çəkişmələri, mənsəb və  şöhrət düşkünü olan 
hökmdarların taxt -tac uğrunda bir-birini didişdirməsi dövrüdür. 
Cəhənnəm ağızlı müharibələrin labüd nəticəsi aclıq, yoxsulluq, 
vəba xəstəlikləri, hakimlərin zülmü həssas  şairi hər zaman düşün-
dürmüşdür.Füzuli ömrü boyu maddi sıxıntılar içərisində yaşadığına 
baxmayaraq dövrünün hakimlərinə, saraylara baş  əyməmişdir.Onun 
şeirlərindəki dərin hüzn bizə ona görə yaxındır ki, bu kədər tək bir 
şairin deyil, bütün bir xalqın, bir millətin dərdidir.Füzulinin şah əsəri 
olan «Leyli və  Məcnun»  əsərinin qəhrəmanlarının ah-naləsi bütün 
feodal şərqinin ah-naləsi, ictimai bəlası idi. 
Lakin demək lazımdır ki, şairdəki qüssə və kədər oxucunu fəaliy-
yətdən qoymur, onu düşündürür, öz haqqı uğrunda mübarizəyə dəvət 
edir.Füzuli şeirinin yazıldığı vaxtdan 400 ildən artıq bir dövrün keç-
məsinə baxmayraq bu gün belə bizə  bədii zövq verməsinin başlıca 
səbəblərindən biri də ondakı fikir dərinliyi, bədii mükəmməllik və 
poetik fəlsəfi ümumiləşdirmədir. Dövrünün bütün elmlərini dərindən 
bilməsi böyük şairə ifadə etmək istədiyi fikrin daha məntiqi, daha 
mənalı  çıxmasına kömək edirdi.Ərəb, fars və Azərbaycan dillərini 
yaxşı bilən Füzuli bu dillərin köməyilə  zəmanəsində mövcud olan 
bütün elm sahələrinə bələd idi. Ona görə də müasir füzulişünaslar onu 
çox haqlı olaraq şair-filosof, mütəfəkkir sənətkar adlandırırlar. 
Füzuli öz doğma dilində olduğu kimi ərəb və fars dillərində  də 
kamil bədii  əsərlər yaratmışdır.Lakin, ona ümumdünya şöhrəti qa-
zandıran heç şübhəsiz, Azərbaycan dilində yaratdığı əsərlərdir. 
Ədəbiyyatın bütün dövrlərində ən geniş yayılmış məhəbbət möv-
zusunun Füzuli poeziyasında misilsiz yüksəkliyə qalxmasında emo-
sional şeir qədər incə, lirik nəğmə kimi məlahətli olan zəngin Azər-
baycan dilinin rolu olduqca böyükdür. 
Füzulinin  əsərləri, xüsusən «Leyli və  Məcnun» poeması  bədii 

 
30
dilimizin ən gözəl abidəsidir: 
 
Hər surətə əks kimi baxma,  
Hər tərəfə su kimi axma. 
 
Yaxud: 
Mən gövhərəm, özgələr xiridar,  
Məndə deyil, ixtiyari-bazar.  
Dövran ki, məni məzada saldı  
Biməm kim idi satan, kim aldı. 
Olsa idi mənim bir ixtiyarım, 
Olmaz idi səndən özgə yarım,  
 
- kimi misraların dörd əsr bundan qabaq yazılmağına indi çətin 
inanmaq olur. Füzulinin boyüklüyünü məhz bunda axtarmaq lazımdır. 
Hər bir millətin şöhrəti ilk növbədə onun dilidir. Füzuli dilimizin 
şöhrətini bütün dünya qarşısında sübut etmişdir.Bu nöqteyi-nəzərdən 
«Leyli və  Məcnun» kimi epik bir poemanın yaranması Azərbaycan 
ədəbi dilinin ən böyük təntənəsi sayılmalıdır.Füzuli bu əsəri yara-
darkən boyük çətinliklərlə qarşılaşmışdır.Bu çətinliklər bir tərəfdən 
geniş əbədi şöhrətə malik olan görkəmli yazıçılarla bəhsə girişməklə 
izah olunursa, digər tərəfdən isə Azərbaycan dilində epik səpgidə 
yazılmış az- çox bədii nümunə sayıla biləcək əsərlərin olmamasından 
irəli gəlirdi.Bütün bu çətinliklərə baxmayaraq dahi yazıçı öz qocaman 
rəqiblərini arxada buraxmış və elə bir sənət nümunəsi yaratmışdır ki, 
bu gün də öz təzəliyi və təravətilə ən yaxşı sənətkarın ilham mənbəyi 
olaraq qalmaqdadır.Füzuli «Leyli və  Məcnun» poemasını o qədər 
həssaslıqla, sənətkarlıqla işləmişdir ki, əsərin təkcə bədii xüsusiyyət-
lərinə dair onlarca elmi-tədqiqat əsəri yazmaq olar. 
Təsadüfi deyildir ki, sevimli bəstəkarımız Üzeyir Hacıbəyov 
Azərbaycan milli musiqisinin nadir incilərindən olan məşhur «Leyli
 
və  Məcnun» operasını Füzuli mətni əsasında yaratmışdır. «Leyli və 
Məcnun» «Füzuli şeirinin bəstəkar qardaşı» (S.Vurğun) –Üzeyirin 
məlahətli musiqisində gözəl məhəbbət himni kimi səslənir. «Leyli və 
Məcnun» operasının 50 ildən artıq Azərbaycan səhnəsinin bəzəyi 
olaraq qalmasının başlıca səbəblərindən biri Üzeyir Hacıbəyovun 
musiqisidirsə, digəri Füzuli şeiridir. 
Füzuli ən böyük hümanist şairdir.O, daim insanın xoşbəxt olma-

 
31
sını, həyatın insan üçün cəhənnəmə deyil, cənnətə cevrilməsini arzu-
lamışdır. Şair sırf aşiqanə qəzəllərindən tutmuş iri həcmli əsərlərinə 
qədər həmişə öz xalqının dərdlərindən danışmışdır. O, yaşadığı döv-
rün feodal-ruhani quruluşunun mənfiliklərinə qarşı  çıxaraq onun 
ictimai mahiyyətinin kəskin şəkildə ifşasını vermişdir. 
Bu nöqteyi-nəzərdən «Şikayətnamə»  əsəri daha cox diqqəti cəlb 
edir. Bu əsər Azərbaycan klassik ədəbiyyatında nəsrlə ilk dəfə həm ic-
timai satiranın gözəl nümunəsi olmaq etibarilə, həm də Xaqanidən 
sonra bədii nəsrimizin inkişafı  cəhətindən xeyli maraqlıdır. Füzuli 
yaradıcılığında «Şikayətnamə»dən başqa «Hədiqətüs-süəda», «Qazi 
Əlaəddinə  məktub» və «Azərbaycan divanı»na yazdığı müqəddəmə 
kimi nəsr nümunələri vardır. 
«Şikayətnamə»nin əsl adı «Məktub və nişançı Paşa»dır.Türkiyənin 
mövcud ictimai quruluşuna qarşı kəskin ittihamnamə kimi səslənən bu 
əsərin yaranması təsadüfi, təkcə şairin fərdi şeirlərinin ifadəsi sayıla 
bilməz. Bu əsər o zamankı real mühitin, şəraitin təsiri nəticəsidir. 
Əlbəttə, təqaüd məsələsi burada sadəcə bəhanə rolunu oynayır. Şair 
bu məsələdən  ədəbi üsul kimi istifadə edərək sultan hakimiyyətinin 
eybəcərliklərini, idarələrdəki süründürməçiliyi, dövlət məmurlarının 
simasızlığını, cəhalət, qılınc gücünə davam edən hərbi feodal aparatını 
şiddətli satira atəşinə tutur. 
Əsərin bədii üslubu cox maraqlıdır.Kədər, gülüş, lirika, təsvir, 
tərənnüm, dinamika, lakonik dialoq, kəskin sarkazm, canlı bədii lövhə 
və sair bir-birini tamamlayır, biri digəri ücün şərt olur.Əsərin möhkəm 
süjeti mehvərində hərəkət edən haşiyələr əsl hadisələrlə bağlı olaraq 
fikrin kədərliliyini daha da artırır. 
Füzuli islam dininin ən cox hökm sürdüyü bir dövrdə yaşayırdı, din 
xadimləri – şeyxlər, ruhani atalar, vaiz və başqaları dini ayinləri xalqın 
beyninə zorla yeridərək onun azadlıq meyllərini zəncirləyirdi. Dini 
təbliğat bəzən o dərəcə ifrata varırdı ki, tamamilə «tərki-dünyalıq» 
astetik bir şəkil alırdı. 
Böyük Füzuli saf məhəbbəti, təmiz arzuları dindən qat-qat üstün 
tuturdu. Füzuli xalqı məscidə, namaza cağıran, cənnət, cəhənnəm kimi 
boş  və  mənasız xülyalarla adamların zehnini korlayan ruhaniləri 
qırmaclayaraq yazırdı:  
  
Məscidlərə girdiyim deyil rəğbətdən, 
Sərməstliyimdən eylərəm rahi-qələt. 

 
32
Ümumiyyətlə, Füzuli yaradıcılığında məhəbbət motivləri mistik 
baxışlara coxdan qələbə çalmışdır, tərki-dünyalıq ideyasını darma-
dağın etmişdir.Belə bir vəziyyət şərq şairi üçün, xüsusilə bəşəriyyətə 
ağ gün arzulayan sənətkar üçün əvəzsiz bir nemətdir. 
Orta əsr poeziyasının bütün formalarında əsərlər yazan Füzuli al-
leqoriyaya da qüvvətli meyl göstərirdi.Onun alleqorik əsərləri içə-
risində  ən qüvvətlisi «Bəngü Badə»dir. Bu əsərində  şair dövrünün 
loğva,  şöhrətpərəst hakimlərini tənqid edir, onları damğalayır. Öz 
şəxsi xüdbinliyi üzündən aləmi qana verən kütbaş dövlət xadimləri, 
xalqın rifahı ücün çalışmaq  əvəzinə qanlı vuruşmalar törədən cahil 
feodallar böyük şair tərəfindən şiddətli surətdə tənqid atəşinə tutulur. 
Biz «Bəngü-Badə»  əsərində Füzulinin mənasız müharibələrə  mənfi 
münasibət bəslədiyini tam parlaqlığı ilə görürük. O, müharibəni tö-
rədən səbəbləri lazımınca dərk etməsə də, hər halda bu azğın cahan-
girləri nahaq yerə qan tökməməyə, məmləkəti sülh və ədalətlə idarə 
etməyə cağırırdı. Füzuli də özünün böyük əcdadı Nizami Gəncəvi 
kimi məmləkəti ağılla idarə edəcək ədalətli şah arzulayırdı. 
 Bütün  bu  əsərlərlə  bərabər Füzulinin bədii irsi icərisində  qəzəl 
xüsusi yer tutur. Füzulini bütün dünyaca məşhur edən həm də qəzəl-
ləri olmuşdur. O, qəzəl janrının bir sıra faydalı spesifikasını  nəzərə 
alaraq onu öz dövrü ücün ən münasib janr hesab edirdi. Doğrudan da, 
qəzəl həcmcə kiçik olduğundan və musiqi ilə müşayiət edildiyindən 
qanadlı söz kimi daha tez yayılırdı. Ona görə də Füzuli yazır: 
 
Qəzəl de ki, məşhuri-dövran ola, 
Oxumaq da, yazmaq da asan ola. 
 
Böyük Füzuli qəzəlçilikdə  sənətin  ən yüksək zirvəsini fəth edə 
bilmiş  və uzun müddət özündən sonra gələn bütün şairlərə qüvvətli 
təsir göstərmişdir. 
Füzuli lirik qəzəllərində insanı, onun məhəbbətini, əməl və arzu-
sunu ən zərif rəssam fırçası ilə təsvir edir, biz onun hər şeirində real 
həyat həqiqətlərini, lirik emosional hissləri duyuruq. Odlu bir qəlbdən 
qonan misralarda gah sevən, gah nifrət edən, gah qəmgin, gah şad, 
lakin həmişə  ağıllı  və hikmətli, həmişə  həyat ehtirasına malik lirik 
qəhrəmanı, yəni şairin özünü görürük. 
Dörd yüz ildən artıq bir dövrdə  nə  qədər qüvvətli qəzəl ustaları 
yetişmişsə, bunların hamısı ancaq Füzuli ədəbi məktəbinin layiqli 

 
33
davamçısı olmağı özünə böyük şərəf hesab etmişdir. 
Doğma xalqının gələcəyini düşünən, onun kədərlərini öz ürəyində 
daşıyan böyük Füzuli bu gün bizimlə yaşayır, o, dilsiz əsərlərin arxa-
sından baş qaldıraraq iftixarla gülümsəyir. 
 
«Sovet Ermənistanı» qəzeti, 
1 iyul 1958  
 
  
DOĞMA TORPAQDAN AYRILMADAN 
 
Əmin Maһmudov bədii ədəbiyyata orijinal bir yolla gəlmişdir.O öz 
qələmini ədəbiyyatımızda tamamilə yeni olan bir saһədə –elmi fan-
tastika saһəsində sınaqdan keçirmiş və ilk təcrübədən etibarən yaxşı 
nəticələr əldə etmişdir.Əmin һələ «RT-1», «Muğanda qütb parıltısı», 
«Canavar ovu», «Seһrli bitkilər aləmi», «Günəş şəһəri» və s. əsərləri 
ilə oxucuların rəğbətini qazanmışdır.  
 
«Kainat gəmisi» povesti Əminin bir yazıçı kimi daһa da inkişaf 
etdiyini göstərir. Bu povest elmə və elm adamlarına һəsr edilmişdir. 
Bəşəriyyətin qabaqcıl alimlərini һər zaman məşğul edən, düşündürən 
bir məsələ–başqa planetlərə səyaһət etmək ideyası əsərin əsas qəһrə-
manı  Gərayın bütün varlığına  һakim olmuşdur.Gəray təcrübəli pro-
fessorların rəһbərliyi altında uzun müddət elmi təcrübələr apararaq elə 
bir metal qarışığı əldə edir ki, o, kosmik fəzada ən yüksək temperatura 
davam gətirə bilir. Bunun nəticəsində «һava gəmisi» deyilən bir maşın 
һazırlanaraq lazımi elmi ciһazlarla təcһiz edildikdən sonra Gəray, 
Teymur, Zerkalov və Roqovdan ibarət bir һeyət göyə səyaһətə çıxır. 
Öz ömrünü insan zəkasının, elmin təntənəsi uğrunda qurban verməyə 
һazır olan bu alim-novatorlar son dərəcə ağır və məsuliyyətli bir işə 
girişirlər. Gənc alimlər Aya, oradan da Marsa səyaһət edirlər. Bundan 
sonra müəllif öz oxucusuna Ay, Mars və başqa planetlər  һaqqında 
məlumatlar verir, səyyaһların gördüyü və  gəzdiyi yerlərlə, rastlaş-
dıqları çətinliklərlə onu tanış edir. 
İnsan ayağı dəyməmiş bu vəһşi planetlərdə sovet alimləri bir sıra 
maraqlı, elm üçün böyük əһəmiyyəti olan һadisə  və predmetlərlə 
qarşılaşırlar. Onlar astronomiya, kimya, zoologiya, biologiya, fizika, 
geologiya və s.elm saһələrinə dair zəngin material əldə edirlər. 
Marsda əvvəllər və һazırda һəyatın necə olmasını tədqiq edir, öyrə-

 
34
nirlər. Bu səyaһət onlar üçün һeç də ucuz başa gəlmir. Onlar çoxlu 
əzab və  əziyyətlərə sinə  gərməli olurlar. Hətta bu yolda özlərinin 
sevimli yoldaşları Zerkalovu itirirlər. Çox keçmədən onlar Marsı tərk 
edirlər, lakin yolda azırlar. Birinci kitab burada bitir. 
Müəllif elmin dəyişdirici qüvvəsini, müasir cəmiyyətdə onun 
aparıcı rolunu tərənnüm edir, insana xidmət edən bu elmi alqışlayır. 
O, sovet elminin gələcək nailiyyətlərinə bütün varlığı ilə inanır.  
Əmin Maһmudov povestdə elmi ixtira və kəşflərə partiya və һö-
kumətimizin böyük qayğı ilə yanaşdığını, elm adamlarına  һər cür 
şərait yaradıldığını vüqar һissilə təsvir edir. 
Əminin yaradıcılığındakı  fərəһli cəһətlərdən biri ondadır ki, 
müəllifin xəyalı nə qədər yüksək səmalarda uçursa da, ayaqları doğma 
torpaqdan ayrılmır. Povestin qəһrəmanları bizim kimi adi adamlardır. 
Müəllif onların istər zaһiri görkəmlərinin, istərsə  də daxili-mənəvi 
aləmlərinin təsvirində һeç bir mübaliğəyə yol vermir. Bu münasibətləri 
Gəray və onun ailəsinin təsvirində daһa aydın şəkildə görmək olar. 
Əsərdə müasirlik ruһu çox qüvvətlidir. Sovet səyyaһları başqa 
planetləri kəşf etmək üçün səy göstərdikləri bir zamanda kapitalist 
ölkələrinin alimləri atom bombasını sınaqdan keçirməklə məşğuldur-
lar.Müəllif bu kiçik kontrastla Amerika imperialistlərinin mənfur 
siyasətini –dünyanı müһaribə meydanına çevirmək niyyiətini ifşa et-
mişdir. 
Yazıçı, Gəray və onun yoldaşlarının simasında qabaqcıl sovet el-
minin  ən görkəmli nümayəndələrinin parlaq obrazını yaratmağa 
müvəffəq olmuşdur. Biz Gəray, Zerkalov, Roqov və Teymuru sevirik, 
onlarda təqlid etməyə çoxlu nəcib xüsusiyyətlər tapırıq, ozümüzü 
onlara bənzətməyə çalışırıq. Povest gənc oxucuda elmi qəһrəmanlığa 
doğru xüsusi һəvəs oyadır. 
«Kainat gəmisini» oxuduqda məlum olur ki, müəllif təsvir etdiyi 
saһəni diqqətlə öyrənmiş, təcrübə və elmin əlaqəsini yaxşı tədqiq et-
miş  və bunu bədii  şəkildə verməyə müvəffəq olmuşdur.  Əsər bədii 
xüsusiyyiətləri etibarilə də diqqəti cəlb edir. Povestin kompozisiyası 
dinamik və  gərgin  һadisələr üzərində qurulduğundan oxucunu daһa 
çox cəlb edir.Ayrı-ayrı  əһvalatların təsviri yığcam və  məntiqidir. 
Yazıçı mükəmməl süjet qurmağı bacarır.Sadə süjet xətti məntiqi 
ardıcıllıqla inkişaf etdirilərək əlavə һadisə və əһvalatları öz ətrafında 
birləşdirir.  İdeya çılpaq  şəkildə, didaktika və yaxud quru müһa-
kiməçilik yolu ilə deyil, bədii lövһələr vasitəsilə oxucuya çatdırılır. 

 
35
Müəllifdə zəngin fantaziya, dərin xəyalət vardır. Bunu Ay və Marsın 
təsvirində çox gözəl görürük. Bu səһnələrdə oxucu özunü tamamilə 
başqa bir aləmdə, Yer kürəsindən uzaqlarda, əsrarəngiz bir guşədə 
һiss edir. 
Bütün bunlar yazıçıdan gözəl bədii dil tələb edir. Bu isə Əmində 
vardır. Müəllif obrazlı,  şairanə bir dilə malikdir.O, bədii təsvir va-
sitələri və atalar sözlərindən bacarıqla istifadə edir. Lakin, təəssüflə 
qeyd etməliyik ki, bəzən atalar sözü, yaxud məsəllər təһrif edilmiş 
şəkildə işlənilir. Məsələn, «Bir yanın qovurğa qovurur, bir yanın da 
sovurur» cümləsində «saman» sözü buraxıldığından istənilən təsiri 
bağışlamır. Eyni obrazlı ifadə müxtəlif şəkildə: «Akkardion şikayətlə 
səsləndi», «Akkardion şikayətlə dilləndi» kimi təkrar edilir. 
Ümumyyiətlə, predmet və һadisələri öz təbii һalında təsvir etməyə 
çalışan Əmin bu tezisə һəmişə sadiq qala bilmir. 
Əsərin lap başlanğıcında professor Qarayevin şəxsiyyətinə verilən 
xarakteristikadan onu qocaman bir alim kimi təsəvvür etdiyimiz 
һalda, çox keçmədən vur-tut onun 44–45 yaşı olduğunu görürük. 
Əsərdə  bəzi sətһilik də vardır. «Hava gəmisinin» yerin süni 
peykinə düşməsi  һadisəsi ötəri, tələsik işlənmişdir. Elmi fantastik 
janrın ədəbyyatımızda tarixi ənənəyə malik olmamasından doğan bəzi 
qüsurların əlbəttə, gələcəkdə aradan qaldırılmasına əmin olmaq olar. 
Biz müəllifdən «Kainat kəmisinin» sonrakı kitablarında daһa geniş 
bədii tablolar, daһa zəngin elmi materiallar verəcəyini gözləyirik. 
«Kainat gəmisinin» birinci kitabı  Əminin və  ədəbyyatımızın bu 
saһədə müvəffəqiyyəti sayılmalıdır. 
 
 «Azərbaycan gəncləri» qəzeti,  
29 avqust, 1958 
Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin