Şaman sözü haqqında
"Şaman” sözünün mənşəyi bilinmir. Tədqiqatçılar bu sözün sanskrit dilində "sırmana” və ya "çramana” olduğunu iddia edir. Qədim türkcədə "kam” adlanan şamanlara sonradan hər türk xalqı fərqli bir ad vermişdir. Anadoluda "ozan” , "aşıq” , "baxıcı” adlandırırdılar.
Maraqlıdır ki, qədim türk kitabələrində nə şaman , nə də kam sözünə rast gəlinib. Halbuki, bu kitabələrdə dini ayinlərdən çox bəhs edilir. Qırğızlar şamanı "qan” adlandırırlar.
Şaman və şamanizm adları ruslar vasitəsilə dünya ədəbiyyatına daxil olmuşdur. Ruslar Sibiri tutduqları zaman buradakı xalqların ənənəvi dininə şamanizm adını vermişlər. Kəlmə Avropa ədəbiyyatına XVII əsrdə daxil olub.
Dostları ilə paylaş: |