Yaşar Kamalın əsərlərində folklor və mifoloji qaynaqlar



Yüklə 270,5 Kb.
səhifə6/38
tarix02.01.2022
ölçüsü270,5 Kb.
#35303
1   2   3   4   5   6   7   8   9   ...   38
AYDAN MEDENIYET VE INCESENET yeni

    Bu səhifədəki naviqasiya:
  • Adət
Göy Tanrı
Orxon-Yenisey kitabələrində Allah kimi nəzərdə tutulan Göy Tanrı bütün insanları yaradan və həm də onlara vaxt qoyan (yaşayış müddəti), dünyada hər şeyi öz nəzarətində saxlayan ilahi güc kimi götürülüb. Quranda Allahın verdiyi güclə, sayca az olanların yağılara qalib gəlməsi haqda ayələr var. Hətta «Fil» surəsində Əbabil quşlarının fillərin üzərinə nömrələnmiş daşlar yağdırmasından, nəticədə düşmənin məhâ edilməsindən danışılır. Runik abidələrdə də belə məqamlara rast gəlirik. «Tanrı güc verdiyi üçün atam xaqanın qoşunu qurd tək imiş, yağısı qoyun tək imiş» (Kültigin abidəsi, şərq tərəf, sətir 12). Və ya: «Tanrı yar olduğu üçün ellini elsizləşdirmiş, xaqanlını xaqansızlaşdırmış, yağını tabe eləmiş, dizlini çökdürmüş, başlını səcdə etdirmiş». Allahdan başqa heç kəsdə qüdrət və qüvvətin olmaması, bütün qələbə və məğlubiyyətlərin, uğur və uğursuzluqların Allahın iradəsi ilə olduğuna işarə: «Türk oğuz bəyləri, xalqı, eşidin: üstdə Tanrı əzməsə, altda yer dəlinməsə, türk xalqını, elini, qanununu kim dağıdar?» (Kültigin, şərq tərəf, 22). Quranda da hər bir xalqın yalnız öz yolundan sapdığı halda Allahın qəzəbinə məruz qalması, «zalım qövmü Allahın doğru yola çəkməməsi» haqda ayə var.

Quranda kainatı, bütün insanları Allahın yaratdığı və hər bir kəsin, hətta bitkinin belə taleyinin, yarpağın düşməsinin belə Onun nəzarəti altında olduğu deyilir. Runik abidələrdə də xeyirin və şərin Tanrıdan gəlməsi, bütün məsələlərdə Tanrıya təvəkkül inancının olduğunu görürük: «İnsan övladı hamısı yaranıb ki, Göy tərəfindən qoyulmuş vaxtda ölsün» («Bilgə Kağan» abidəsi). Və ya: «Kiçik qardaşım Kültigin həlak oldu. Düşündüm. Görən gözüm görməz tək, bilən biliyim bilməz tək oldu. Özüm düşündüm: «Bəxti Tanrı yazar, insan övladının hamısı ölümlü yaranmış» (Kültigin, şimal tərəf, 10-cu sətir). Ölümdən sonrakı həyat, yəni Qiyamətdə dirilməyə inamın izləri də var deyilən abidələrdə.Qurandaki «Sizi yaradan Odur, O da dirildəcək» fikri və bunun göylərdə olması yenə həmin Kültigin abidəsində belə ifadə olunub: «Göylərdə diri edilənəcən...» (Kültigin, cənub-şərq tərəf, cümlə yarımçıq qalıb). Elə adıçəkilən abidələrdə olan yad qarışıqları atıb, yuxarıdakı örnəkləri götürəndə, belə inanc yaranır ki, bu, bir təktanrılıq inancıdır.

Türk mifoloji qaynaqlarında tanrıçılıqdan qalanlar belədir. Dünyanı on yeddi ilah idarə edir. Bunlar aşağıdakılardır: Göy Tanrı, Yer-SubUmay,Erlik, Yer, Su, Od, Günəş, Ay, Ulduz, Hava, Bulud, Külək, Qasırğa, Şimşək və İldırım, Yağış, Göy Qurşağı (monqollarda bir qədər fərqlidir, onlar kainatı 99 ilahənin idarə elədiyini düşünürdülər). Göy Tanrını ədalətli, mərhəmətli, bağışlayan, amma yeri gələndə cəza verən kimi təsəvvür edirdilər. Ona yalvaranda əlləri yuxarı tutar, diz çöküb səcdə edərdilər. Dua edərdilər ki, Tanrı can sağlığı və ağıl versin, ədalətli mübarizədə onlara qələbə nəsib eləsin. Başqa məsələlərdə yardımı Tanrıdan istəməzdilər. Tanrıya köməkçilər qoşulmuşdu və hər sahədə duanın konkret ünvanı vardı.

Qədim türklər onu da düşünürdülər ki, insan özü aktiv olmalıdır. Çünki Tanrı ona sayğı ilə yanaşanlara və çalışqanlara yardım edir. Tanrının həm də xaqanlara taxt-tac və ağıl verməsi inancı vardı. «Bilgə xaqan» abidəsinin özündə belə Tanrı ilə yanaşı alternativ güc mənbələrindən də yardım istəndiyi görünür: «Atamın ölümündən sonra türk Tanrısının və türk müqəddəs Yer-Subunun yardımı ilə özüm xaqan oldum». «Göydə türk Tanrısı və türk müqəddəs Yer-Subu dedilər: «Qoy türk xalqı ölməsin, məhv olmasın. Xalq olsun».

«Yer-Sub» dedikdə türklər görünən dünyanı düşünürdülər və «Yer-Sub» bəzən Vətən anlamına da gəlirdi. Belə düşünülürdü ki, Vətənin insan üzərində haqqı var. Vətənə xəyanətdən ona görə çox qorxardılar. Çünki Yer-Subun hallallığı olmadan insanın xoşbəxt ola biləcəyini düşünə bilmirdilər. Bu və ya digər xalq haqqında Tanrı qərar çıxaranda isə Vətəndən də rəy soruşulması hər kəsi diqqətli olmağa məcbur edirdi. Qədim türklər Yer-Subu qadın olaraq təsəvvür edirdilər. Bəlkə də «ana vətən», «ana torpaq» ifadələri də o inancdan qalıb.

Başqa bir ilahə olaraq isə Humay qəbul edilmişdi. Onu qadın kimi təsəvvür edirdilər və sanırdılar ki, bu xeyirxah ilahə Göy Tanrının zövcəsidir. Humayın göydə yaşadığı güman edilirdi. Hesab edilirdi ki, Humay insanlara şüa saçır. Bu şüa insanın bədəninə daxil olur və ölənədək orada qalır. Bu, bir enercidir. Qədim türklər Humaya ev heyvanlarından qurban kəsməzdilər. Onun üçün ət və süd yeməkləri bişirərdilər. Qədim türk dövlətlərinin süqutu ilə Humay ilahə də transformasiyaya uğradı və indi Altay türklərində doğan qadınların və çağaların hamisi statusunda qalıb. Düşünürlər ki, Humay ana olmasa, pis ruhlar gedib ana bətnində belə uşağa zərər vura bilər.



Yer. Qədim türklər Yer ilahəsini də Göy Tanrının həyat yoldaşı sayırdılar. Qədim türk mifoloji təsəvvürlərində (monqollarda da belədir) insanları Tanrının Yer ilahəsi ilə nikahının nəticəsi kimi götürürdülər. Hesab edirdilər ki, Yer ana kimi insanı doyurur. Öləndə isə öz ağuşuna alır. Yazda təsərrüfat ili öncəsi və payızda – məhsul yığımından sonra Yerə təşəkkür edərdilər – süd, qımız və çayı yerə çiləməklə.

Su. Qədim türklər Suyu Yerin böyük bacısı sayırdılar. Çünki kosmoqonik əfsanəyə görə, əvvəlcə təkcə Su varmış. «Səma ördəyi» suya baş vurub oradan qum, gil və lil çıxarıb. Nəticədə quru - Yer yaranır. Bundan sonra Tanrı torpaqdan kişi, kişinin qabırğasından isə qadın yaradır.

Od. O vaxtkı türklər Odu Tanrının nəvəsi, Günün oğlu hesab edirdilər. Yerdə yaşasa da, öləndən sonra tüstü şəklində göyə getməsi ata-babaya doğru hərəkət sayılırdı.

Gün. Tanrının Yerdən olan oğlu sayılırdı. Qədimlərdə türklər arasında Günəşi qarşılama mərasimi də vardı. Hunlar çadırın üzünü Günə tərəf qurardılar. Qədim türklər dua edəndə üzlərini Günə tərəf tutardılar.



Ay. Göy Tanrının Yerdən olan qızı sayılırdı.

Qədim türklərdə tanrıçılığın o qədər də qədim olmadığını düşünmək olar. Çünki türk mifologiyasında evli olaraq təkcə Göy Tanrıdan söz açılır. Amma qədim yunanlar hələ eramızdan 8 -10 əsr əvvəl həddi-büluğa çatmış bütün «allah»larını evləndirmiş, qudalıq əlaqələri qurmuş, üstəlik, insanlarla da nikah əlaqəsinə girməyə «macal tapmışdılar». Adət

Alışılmış şey, öyrəşilmiş qaydalar. Adət örfə nəzərən daha zəifdir.

Gələnək

Nəsildən-nəslə keçərək gələn, cəmiyyətin üzvləri arasında ortaq və özəl bir ruh və dolayısıyla möhkəm bir əlaqə yaradan alışqanlıq”

Gələnəklər köhnəyə bağlı cəmiyyətlərdə inkişafın qarşısını alır.


Yüklə 270,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin