Türklərin əsas məskənləri
Tarixçilər Çin qaynaqlarına əsaslanaraq Altay dağlarını Türklərin ana yurdları qəbul edirlər. Hətta Xəzər dənizinin şimal, şimal şərq çölləri Türklərin məskənləri olaraq qəbul edilməkdədir.
Türklərin tarix səhnəsinə çıxışlarının haradan olması məsələsi uzun müddət mütəxəssislərin marağına səbəb olmuşdur. Bu sahədə müxtəlif araşdırmalar aparılmış, fikirlər irəli sürülmüşdür. Altay dağlarının Şərqi, Qobi səhrasına qədər uzanan ərazilərin Türklərin ilk anayurdu olduğu haqqında məlumatlar vardır. Lakin Dilci Gyula Nemet tərəfindən ən qədim türkcə ilə ural dilləri arasındakı əlaqəyə əssən, ilk məskəninn Aral gölü ətrafı ilə Ural və Altay dağları arasındakı çöllərin olduğu fikri irəli sürülmüşdür.
Bununla yanaşı tarixçilərdən Klapport, Vamberri və başqaları türklərin ana yurdlarının Altay dağlarında, Radlof oranın şərqində, bəziləri də Baykaldan Qobi səhrasına qədər ərazini əhatə etdiyi fikrini irəli sürmüşlər.
Tarixçi Poppeye görə ana yurd Orta Asiya olmuşdur. Gyula Nemetə görə bəzi hind və qədim türk sözləri arasındakı oxşarlığı qəbul etmiş və nəticədə bu sualı ortaya qoymuşdur: “Görəsən, türklər hansı ərazidə yerləşməklə əski hind sözlərini almışlar?Nemetə görə bu ərazi Qərbi Asiyada Aral gğlü ətrafı ilə Ural və Altay dağları arasındakı şöllərdə, bugünki Qazaxstanda mümkün ola bilərdi.
Dostları ilə paylaş: |