Yaşar Kamalın əsərlərində folklor və mifoloji qaynaqlar


İslamdan öncəki türk dastanları



Yüklə 270,5 Kb.
səhifə16/38
tarix02.01.2022
ölçüsü270,5 Kb.
#35303
1   ...   12   13   14   15   16   17   18   19   ...   38
AYDAN MEDENIYET VE INCESENET yeni

İslamdan öncəki türk dastanları

Oğuz Kağan Dastanı türk dastanlarından Hun_Oğuz dastanlarındandır. 4 nüsxəsi məlumdur. Çağatayca, Farsca və Uyqurca. Uygur yazısıyla olanı Parisdə Milli kitabxanada saxlanılır. Uyqur Oğuz dastanı e.ə.201-126 cı illər arasında Hunlarla bağlıdır. Təxmin edilir ki, Jğuz Kağan bu Hun dövlətini quran Mete xandır.

"Kitabi-Dədə Qorqud"da və ondan öncə yaranmış dastanların qəhrəmanları da alp ərən statusu qazanıb, bu adla xatırlanıblar. "Alp Ər Tunqa", "Oğuz Kağan", "Şan qızı", "Şu-Saka", "Bilgə kağan", "Mulan türküsü", "Atilla" ilə bağlı rəvayətlər və s. bu qəbildəndir. Bu dastanlar qədim türklərin dövlət quruculuğunu özündə əks etdirir. Onlar yazıya alınana qədər ağızlarda dolaşıb, dəyişikliyə uğrayıb, sonradan hər birinin müxtəsər məzmunu Mahmud Kaşqarlının "Türk dili lüğəti"ndə və başqa qaynaqlarda özünə yer tapıb. Hun türklərinin dastanı hesab edilən "Oğuz Kağan" dastanı islamdan öncə Oğuz türklərinin qərbdə apardığı böyük və uzunmüddətli savaşlardan bəhs edir. "Türkün qızıl kitabı"nda deyildiyi kimi, dastanın qəhrəmanı Oğuz Kağanın Asiya hunlarının məşhur xaqanı Mete olduğunu tarixçilər etiraf edirlər. Metenin bir çox məziyyətləri, qəhrəmanlıqları, həyatının Oğuz xanın həyatına oxşaması onların eyni şəxs, eyni qəhrəman olması qənaətini doğurur. Lakin bu baxış Oğuz Kağan haqqında sonrakı təsəvvürlərdir. Mifik tanrı kimi Oğuz, onun nəslinin davamçıları tarixdən əvvəlki dövrdə yaşayıblar.

Qaynaqlarda deyildiyi kimi, Oğuz xan türklərin atası hesab edilib. Çünki Oğuz xanın - hunların Osmanlı dövlətinə qədər qurduqları Türk və Oğuz dövlətləri (Xorasan, Azərbaycan, İraq, Anadolu, Krım, Balkanlar, Ukrayna, Şimali Afrika) hun-Oğuz birliyinin yetirmələridir. Dastan Oğuzun doğulduğu andan başlayır. Oğuz qeyri-adi şəkildə bir çox xanlıqları birləşdirib böyük imperiya qurur, qocalığında bu səltənəti oğulları arasında bölür və ömrü sona yetir. Əvvəli, ortası və sonu tamam olmayan bu böyük və əzəmətli dastanın əvvəlində deyilir:

"...Günlərin bir günü Ay Xaqanın gözü parladı, doğum sancıları başladı və bir erkək çocuq doğdu. Bu çocuğun üzü göy kimi parladı. Ağzı atəş qızılı, gözləri ala, saçları və qaşları qara idi. Pərilərdən də daha gözəldir. Bu çocuq anasının döşündən bir dəfə süd əmdi, bir daha içmədi. Sonra dilə gəlib çiy ət və şərab istədi. Qırx gün keçdi böyüdü, yüyürdü oynadı. Ayağı öküz ayağı kimi qüvvətli, beli qurd beli kimi incə, umbuzları samur umbuzları kimi, köksü ayı vücudu kimi qüvvətli və bütün bədəni tüklü idi. İlxı güdər, at minər, ov ovlardı. Günlərdən, gecələrdən sonra igid dəliqanlı oldu".

Göründüyü kimi, Oğuzun dünyaya gəlişi və böyüməsi mübaliğəli və əfsanəvi şəkildə baş verir. Şübhəsiz, belə motivlər qədim Şərq dastanları üçün səciyyəvi olub. Oğuz sürətlə böyüdükdən sonra qeyri-adi qəhrəmanlıqlar göstərir. Bir gün Oğuz tanrıya üz tutduğu zaman göydən yerə göy işıq düşür. İşığın içərisində bir qız görünür. Qız elə gözəldi ki, gülsə Göytanrı da gülərmiş, ağlasa Göytanrı ağlarmış. Oğuz qızı görcək ona vurulur və alır. O qızdan üç oğlu oldu. Onlara Gün, Ay, Ulduz adlarını qoydu. "Dədə Qorqud"da Pəri qızı ilə Sarı çobandan doğulan Təpəgöz də mifik bir tərzdə dünyaya gəlir və böyüyür. Pəri qızın dediyi kimi, Təpəgöz Oğuza yağı kəsilir.

"Yenə bir gün Oğuz xan ova getmişdi. Gölün ortasında, ağacın koğuşunda bir qız gördü. Göy görümlü gözəl qızdı. Gözü göydən də göy idi. Saçları dalğa kimi, dişləri inci kimi idi. O qədər gözəl idi ki, onu görüncə el: Ay, ay, ax, ax öldük, - dedi. Oğuz xan onu gördü, ürəyinə od düşdü. Onu sevdi, aldı. Diləyinə çatdı. Günlər, aylar keçdi, qız üç oğlan doğdu. Onlara Göy, Dağ, Dəniz adları qoydular". Göründüyü kimi, Gün, Ay, Ulduz, Göy, Dağ, Dəniz Göyü və Yeri təmsil edir. Oğuz bütün kainatın - Göyün və Yerin sahibi kimi onu oğlanları arasında bölür və sonrakı oğuz nəsli onlardan törəyir. Bundan sonra Oğuz xanın hərbi yürüşləri və qələbələri təsvir olunur. Bir gecə Oğuz xanın çadırına göy dərili erkək bir qurd yürüməkdə və qurdun ardı ilə ordu sırayla irəliləməkdədir. Bu savaşlarda Oğuz xan qələbə çaldı...

Oğuz xan böyük ordugahın sağ yanında qırx qulac ağac dirək diklədi. Onun başına bir qızıl quş qoydu. Ayağına bir ağ qoyun bağladı. Sol yanına bir qırx qulac ağac diklətdi. Onun başına da bir gümüş quş, ayağına bir qara qoyun bağladı. Sağ yanında bozoxlar, son yanında üçoxlar oturdu. Qırx gün, qırx gecə yedilər, içdilər, sevinib şadlandılar. Ondan sonra Oğuz xaqan yurdunu bölüb oğullarına verdi.

Oğuz xanın yürüşləri, döyüşləri, qələbələri oğuzların ilkin qəhrəmanlıqlarından xəbər verir. Dastanın məzmunu və araşdırıcıların dedikləri aydın göstərir ki, "Oğuz Kağan" dastanı "Kitabi-Dədə Qorqud"un sələfidir, yaxud əksinə, "Kitabi-Dədə Qorqud" "Oğuz Kağan" dastanının daha sonrakı xələfidir. Xatırladaq ki, "Oğuz Kağan" dastanının ehtiva etdiyi tarixi məqamlar da islamın yarandığı zamanla səsləşir. Əlbəttə, oğuznamələr tarixi reallıqları əks etdirsələr də, ilkin olaraq rəvayətçilərin söyləmələrinə söykənir. Bununla belə, tarixin izləri dastanlarda daha çox qorunub. "Kitabi-Dədə Qorqud"dakı hekayələr də həmin zamanların əks-sədasıdır. Ancaq yazıya alınma zamanları müxtəlifdir. Bunu dastanın dili də təsdiqləyir.

Oğuz xanın yürüşləri Yaxın Şərqi və Qafqazı əhatə edir. "Dədə Qorqud" boyları da demək olar ki, eyni coğrafi məkanda yaranıb inkişaf edib. F.Rəşidəddinin "Oğuznamə"si hər iki dastanda cərəyan edən hadisələri tarixilik baxımından tamamlayır. Rəşidəddinin "Oğuznamə"sində Dədə Qorqud da, Bayandır xan da, Qazan xan da, Bəkdüz Əmən də tarixi şəxsiyyət kimi iştirak edirlər. Hər üç "Oğuznamə"dəki hadisələr VI-VII əsrlərdə oğuzların dirçəliş və fəaliyyət dövrləri ilə üst-üstə düşür. "Kitabi-Dədə Qorqud"dakı boyların sonralar başqa bir variantdan üzü köçürüldüyündən onların dili bizə daha yaxındır. Şübhəsiz, ozan söyləmələri də onu bizə xeyli yaxınlaşdırıb.

"Oğuz Kağan" dastanındakı Ulu Türklə "Kitabi-Dədə Qorqud"dakı Dədə eyni missiyanı yerinə yetirirlər. "Oğuz Kağan"dakı Ulu Türk "Kitabi-Dədə Qorqud"da hər boyda ozanların xatırladığı dünyasını dəyişmiş Qorqud Ata ilə oğuz bəylərini yada salır. Güman ki, onlar eyni şəxslərdir. Məzmunu əsrlər boyu yaşamaqda davam edir və İran - Turan müharibəsinin qısa xülasəsini özündə yaşadır. Əlbəttə, tarixçilərin qeyd etdiyi kimi, "Şahnamə" müəllifinin məqsədi ilk növbədə İran şahlarının qəhrəmanlığını tərənnüm etmək idi. Bu dastan İran - Turan müharibəsini olduğu kimi təsvir edə bilməzdi. Bununla belə, iranlıların Əfrasiyab adlandırdıqları Alp Ər Tunqanın əzəmətli qəhrəmanlıqlarının izləri dastanda yaşanıb. Dastanda da deyildiyi kimi, Alp Ər Tunqa uzun illər İranı diz çökdürüb, sonra İran hökmdarı onu ziyafətə dəvət edərək hiylə ilə öldürtdürüb. Bu acı xəbər bütün Turanı matəmə bürüyüb, türklər qanlı göz yaşı tökərək yaxalarını yırtıb alamış, ağı söyləmişlər:

 

Alp Ər Tunqa öldümü?



Yaman dünya qaldımı?

Fələk öcün aldımı?

İndi ürək dağlanır.


Yüklə 270,5 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin