Qəhvə falı, iskambil (kart) falı, çay falı, əl falı, təsbeh falı və s. fal növləri də vardır. Hal-hazırda qəhvə falına daha çox əyləncə kimi baxdırılır.
Xalq Rəqsləri
Xalq rəqslərinin tarixi ən qədim insanlara qədər uzanır. İbtidai insanlar ovçuluqla məşğul olurdular. Ona çıxmamışdan əvvəl ovçular bir yerdə toplaşaraq müəyyən rəqslər ifa edirdilər. Bu rəqslə onlar ətrafdakıların, icma üzvlərinin etibarını sanki artırmış olurdular. Rəqs edənlər əl çalaraq ayaqlarını yerə bərk şəkildə vuraraq güclərini nümayiş etdirmiş olurdular. İlk rəqsləri ibtidai insanların sehrli güvvələrə sitayiş etməsi dövründə meydana çıxmışdır. Qədim insanlar təbiət qarşısında acizliyi, gördüklərini bir növ ifadə edə bilmək üçün müxtəlif üsullardan istifadə etmişdilər. Onlardan biri də yamsılamalar idi. Beləcə, insanlar təbiətdə üzləşdiklərini mimikalarıyla, jestləriylə ifadə edir, təkrarlayırdılar. Məhz bu hərəkətlər rəqslərin əsasını təşkil etmişdir. Beləcə, getdikcə mərasim oyunları meydana çıxmışdır. İnsanlar zaman keçdikcə bu rəqsləri müxtəlif bayramlarda ifa etməyə başlamış, bu adət günümüzə qədər gəlib çatmışdır.
Anadolu xalq rəqslərinin böyük hissəsini təqlid nəticəsində yaranan rəqslər təşkil edir. Bu rəqslərdə təbiət hadisələri, gündəlik həyat, qadın və kişi münasibətləri, vuruşmalar, heyvanların təqlidi yer alır.
Dostları ilə paylaş: |