Qurğuşun, tüstü, köz
Bu falda da cinlərin köməyindən istifadə olunur. Tüstüdə də, suda və güzgüdə olduğu kimi müəyyən işarələri yozaraq fala baxırlar.
Qurğuşunla suya baxma falında suyun içinə əridilmiş qurğuşun atılır və suya təmas zamanı isti qurğuşunun aldığı formalara baxaraq yozmalar edilir. Bu fal zamanı suya atılan maddələrlə evdəki xəstələrin xəstəliklərinə səbəb olan mənfi varlıqları qorxudub qaçırdırlar. Deməli, bu fal vasitəsilə həm də xəstələrə şəfa bəxş edirlər. Tüstü vasitəsilə xəstəliklərin səbəbini öyrənmək üsulu zəncilərdən gəlmə bir adətdir. Bu falçılar əsasən zənci qadınlar olublar. Godya adı verilən qadınlar cəzbə halına düşüb, cinləri şağırır və onlardan istədikləri şeyləri öyrənirdilər.
Dostları ilə paylaş: |