20-ci əsr
20-ci yüzillik Türkiyə xalqının ictimai-iqtisadi, mədəni həyatına əsaslı dəyişikliklərlə zəngin olan tarixi bir dövr kimi daxil olmuşdur. 19-cu yüzilliyin sonlarına doğru yarımmüstəmləkə vəziyyətinə düşmüş Osmanlı imperatorluğu yeni yüzilliklə rəsmən dünyanın siyasi xəritəsindən silindi. Bu tarixi məqamda iri Qərb dövlətləri, Yunanıstan, Rusiya Türkiyə xalqının müstəqilliyinə son qoymaq üçün xeyli fəallıq göstərirdilər. Lakin yüzilliklər ərzində böyük dövlətçilik təcrübəsinə malik türk millətinin azad, müstəqil yaşamaq əzmini qırmaq bu qüvvələrin imkanları xaricində idi.
Milli Qurtuluş Savaşının zəfərlə başa çatması ilə Türkiyə tarixində yeni mərhələ başlandı. 1923-cü il oktyabrın 29-da M.Kamal TBMM adından Türkiyəni Cümhuriyyət elan etdi. Bütün elmi müəssisələrin və məktəblərin nəzarəti Maarif Nazirliyinə verildi. Şəriət işləri üzrə nazirlik ləğv edildi və bununla da din dövlətdən, maarif dindən ayrıldı. Maarif sahəsində əhali arasında kütləvi savadsızlığı ləğv etmək üçün latın əlifbasına keçmək haqqında qərar qəbul edildi. 1928-ci il Yeni türk əlifbasının qəbulu, 1931-32-ci il Türk dil və tarix qurumlarının təşkili, 1933-cü il Universitet təhsilinin nizamlanması və incəsənətin bir çox sahələri ilə əlaqədar islahatlar həyata keçirilmişdir.
Bu dövrdə musiqi sahəsində də yenilikləri qeyd etmək olar. 1924-cü ildə Musiki Muallim Mektebi (Muzik Öğretmen Okulu) açıldı. Bu məktəbin əsas məqsədi sənətçidən daha çox müəllim yetişdirməkdi. II addım “Milli musiki ve temsil akademisi”nin qurulmasıydı. Həmçinin tələbələr musiqi təhsili üçün Paris, Berlin, Budapeşt kimi şəhərlərə göndərilirdi. 1936-cı ildə Ankara Dövlət Konservatoriyası açıldı.
Məşhur xerooqraf və balet müəllimi Dame Ninette 1947-ci ildə Türkiyə hökumətinin dəvəti ilə buraya gələrək balet sənətinin inkişafında yardımçı olmuşdur.
Memarlıq sahəsində memar Kemalettin, Vedat bey, Arif Hikmet bey, italyan əsilli Giulio Mongerinin adını çəkmək olar. Bostancı ve Bebek camiləri, Kemer Hatun Camisi, 5. Mehmet türbesi, Denizcilik İşletmeler Binası, Haydarpaşa Vapur iskelesi, Ankara Türk Ocağı, Etnografya Müzesi, Cumhurbaşkanlığı köşkü, Emlak Bankası, Merkez Bankası, Sağlık Bakanlığı binası, Şişli camisi, İstanbul Spor ve Sergi sarayı, İstanbul Hilton Oteli məhz bu dövrün tikililəridir.
Yakup Kadri Karaosmanoğlu, Halıide E. Adıvar, R.N.Güntekin, R.X.Karay, S.Ali bu dövrün yazıçılarıdır. Həmçinin E.Şafak, O.Pamuk, M.Mungan, P.Safanın da adını qeyd etmək olar.
O.Pamuk ilk türk Nobel ədəbiyyat mükafatının sahibi. (İstanbul şehir ve hatıralar)
Dostları ilə paylaş: |