İstanbul köşkləri və Qasım ağa (?-1695) Qasım ağa Bağdad və Rəvan köşklərinin müəllifidir. Bu köşklər Topqapı sarayının həyətində yerləşir. Rəvan köşkü 1635-ci ildə sultanın Rəvan səfərindən sonra Bağdad köşkü isə 1639-cu ildə Bağdadın alınması şərəfinə tikilmişdir.
Bəstəkarlar
Hafiz Post və onun tələbəsi İtri o dövrün ən məşhur bəstəkarlarıdır. H.Postun (1630-1654) əsl adı Mehmetdir. O, həm bəstəkar, həm xanəndə olmuşdur. H.Post 1000-dən çox mahnının müəllifidir. Lakin zamanımıza onun sadəcə 10 mahnısı gəlib çatmışdır. H.Postun həm də şair və xəttat olduğu bilinir.
İtri (1640-1712) klassik türk musiqisinin istedadı hesab olunur. Onun əsl adı Mustafadır. O, Krım xanı I Səlim Gərayın himayəsində olmuşdur.
İtri Enderunda musiqi dərsləri vermişdir. O, həm də meyvə yetişdirməyi çox sevmiş və öz adını verdiyi “Mustabey” armud növünü yetişdirmişdir. Onun 40-a yaxın mahnısı dövrümüzə çatsa da, əslində onun 1000-dən çox mahnı müəllifi olduğu bilinir.
İtri həm də dini musiqi müəllifi olmuşdur. Bu tərz musiqinin ən məşhur “Bayram təkbiri” adlanır.
Dostları ilə paylaş: |