Yaşar Kamalın əsərlərində folklor və mifoloji qaynaqlar



Yüklə 270,5 Kb.
səhifə36/38
tarix02.01.2022
ölçüsü270,5 Kb.
#35303
1   ...   30   31   32   33   34   35   36   37   38
AYDAN MEDENIYET VE INCESENET yeni

19-cu əsr mədəniyyəti

Bu dövrdə Osmanlı İmperiyası özünün ən ağır dövrünü yaşayırdı. Yeniçəri ocağı ləğv olunmuş,tənzimat fərmanı elan olunmuş, Məşrutiyətin elanı böyük dəyişikliklərdən xəbər verirdi. Bütün bu dəyişikliklər imperiyanın çökməsinin

Bu dövrdə elm və təhsil sahəsində olduqca mühüm addımlar atılmışdı. Dəmir yolları, teleqraf xətləri çəkilmişdi. İlk dəfə qızlar məktəbi, qız-müəllim məktəbi, peşə məktəbi, texniki universitet, meşə və mədənçilik açılmış, veteraniya sahəsi inkişaf etmiş, bu sahəni öyrədən məktəblər açılmışdı.

Milli təhsil - 1861-76-cı illər arasında hökmranlıq edən Sultan Əbdüləziz dövründə ilk qız rüşdiyəsi açılır. Darüşşəfaka lisesi 1865, Qalatasaray lisesi-1868, Heybeliada dənizçilik məktəbi, Sultan Ahmet erkek sanat okulu və Darül-fünuni Osmani məhz onun zamanında açılan təhsil ocaqları idi. Sultan Fransada olarkən müasir tipli təhsil ocaqlarını ziyarət etmiş və geri qayıdarkən ölkədə də onların açılmasına çalışmışdır. Lakin demək lazımdır ki, 19-cu əsrdə ən çox təhsil ocağı Sultan Əbdülhəmidin dövründə açılmışdır. Bunlar hüquq, texniki elmlər, ədəbiyyat, tibb, siyasi elmlər fakültələri, Texniki Universitet, Halkalı Yüksək Ziyarət və Veterinar okulu, Yüksek Ticaret okulu Güzel Sanatlar (okulu) akademisi ve s. bu dövrdə fəaliyyətə başlamışdır.

Məhz 19-cu əsrdə 1840-cı ildə Sultan Əbdülməcidin dövründə ilk dəfə kağız pul çap olundu. Kaimeyi mütabere adı verilən ilk kağız pulların ən böyüyü 500, ən kiçiyi isə 10 kuruşluq idi.

1855-ci ildə Türkiyə ərazisində ilk dəmir yolu İzmir-Turgutlu arasında çəkilmiş oldu. 1855-ci ildə ilk teleqraf xətti çəkildi. Bu teleqraf xətti İstanbul-Ədirnə Varna-Krım arasında çəkilmiş və uzunluğu baxımından Amerika-İngiltərə- Rusiya-Fransa sonra 5–ci yeri tutmaqda idi. 1869-cu ildə ilk yeraltı dəmiryol xətti inşa olunmağa başladı. 1874-cü ildə tamamlandı, 1875-ci ildə istifadəyə verildi.

19-cu əsrdə tənzimat fərmanının elanı ilə Avropa mədəniyyətinə olan maraq ssssssssdaha da artdı. Bu dövrdə tərcümə büroları açıldı, gənclərin çoxu Parisə təhsil almağa göndərildi. Maarif sahəsində islahatlar aparıldı, ilk qəzetlər çap olunmağa başladı. İlk türk qəzeti 1831-ci ildə Sultan Əbdülhəmidin əmri ilə Təqvimi Vəqai adlanırdı. İlk özəl qəzet Tərcümani-Əhval adlı Agah Əfəndi tərəfindən tərcümə olunmuş qəzet idi.

1862-ci ildəv maarifçi İ.Şinasi “Təsviri-Əfkar” adlı qəzeti çap etdirməyə başladı. Həmçinin bu dövrdə avropasayağı ilk türk teatrı - Gədikpaşa teatrı fəaliyyət göstərməyə başladı. Bu teatrın səhnələrində əvvəlcə Avropa sənətkarlarının türkcəyə tərcümə olunmuş əsərləri sonra isə türk yazıçılarının ilk dram əsərləri səhnələşdirildi. Bu əsərlər tənzimatçı yazıçıların əsərləri idi. 19-cu əsrdə türk dilinin sadələşdirilməsi sahəsində addımlar atan maarifpərvər yazıçılar vardı: bunlardan İ.Şinasinin adını çəkmək olar. Ümumiyyətlə, 19-cu əsr Türk mədəniyyətinin yeni dövrü idi. Avropa mədəniyyətinin güclü təsirinə qapılan mədəniyyət xadimləri yeniliyə can ataraq bir çox hallarda türklərin milli əsaslarından uzaqlaşaraq, Avropa mədəniyyətinin təqlidinə can atmaqda idilər. Bu dövrdə həm də rəssamlıqda miniatür sənətinin yerini qərb tərzində rəsm tabloları almağa başladı. Rəssamlardan Osman Hamdi bəyin əsərləri xüsusilə seçilirdi. Məhz 19-cu əsrdə Dolmabahçesarayı, Bəylərbəyi Sarayı, Yanğında məhv olan, lakin daha sonra bərpa olunaraq otelə çevrilən Çırağan sarayı məhz bu dövrdə tikilmişdir.



Yüklə 270,5 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin