Yaşar Kamalın əsərlərində folklor və mifoloji qaynaqlar


-ci əsrdə mədəniyyət və incəsənət



Yüklə 270,5 Kb.
səhifə35/38
tarix02.01.2022
ölçüsü270,5 Kb.
#35303
1   ...   30   31   32   33   34   35   36   37   38
AYDAN MEDENIYET VE INCESENET yeni

18-ci əsrdə mədəniyyət və incəsənət

18-ci əsr Osmanlı dövləti üçün durğunluq dövrü hesab olunur. Məhz bu dövrdə bir-birinin ardınca uduzulmuş müharibələr nəticəsində Krım torpağı da əldən getmişdir. Macarıstan, Bağdad, Sırbistan avropalılar tərəfindən öz aralarında bölüşdürülmüşdü. Əsrin əvvəllərində islahatlar aparılmış, daha sonra isə Lalə dövrü adı verilmiş dövrə qədəm qoyulmuşdur. Bu dövrdə olduqca möhkəm köşklər tikilmiş, çeşmələr salınmış, kitabxanalar,parklar açılmışdır. III Əhməd çeşməsi, şəxsi villalar, Laləli və Nur Osmaniyə camesi məhz bu dövrdə inşa edilmişdir. Böyük tarixçi Naima, Şair Nədim, Şeyx Qalib, bəstəkar İtri, rəssam Levni bu dövrdə yaşamışdır.



Memarlıq

Bu dövrdə memarlıq əsərləri daha çox Lalə dövründə və III Mustafa zamanında meydana gəlmişdir.

III Əhməd Çeşməsi-Çeşmənin planını şəxsən III Əhməd çəkmiş, baş memar Mehmet Ağa tikintini həyata keçirmişdir. Aya Sofyanın yaxınlığında, Topqapı sarayının bayır qapısının üzbəüzündəki bu çeşmənin üzərindəki beytin müəllifi də, xəttatı da III Əhmədin özü olmuşdur. Çeşmənin üzərində “Aç Besmeleyle iç suyu Han Ahmede eyle dua” misrası yazılmışdır. Çeşmenin üzərindəki digər yazılar Seyid Vəhbinin qəsidəsindən alınmışdır.

Nur Osmaniyə camisi - Caminin inşasına I Mahmud dövründə 1748-ci ildə başlanılmış və 1755-ci ildə inşaat sona çatmışdır. Caminin memarı Mustafa Ağadır. Cami geniş həyəti, mədrəsə, kitabxana, imarət, türbə, çeşmə, dükanlar və handan ibarətdir. Barokko üslubunda tikilmişdir.

Laleli camesi - III Mustafa dövründə 1759-63-cü illərdə tikilmişdir. Memarı Mehmet Tahir Ağadır. İmarət, türbə, hamam, han və dükanları vardır. 2 minarədən ibarətdir. Caminin qarşısındakı türbədə III Mustafa, III Səlim və qohumları dəfn olunmuşdur. Lalə dövründə (1718-30) Kağıthane deresi və Boğaz sahillərində gözəl köşkdə çiçək bağçaları salınmışdır. Haliçin axırındakı Kağıthanenin yatağı mərmərlə örtülmüş, kanalın içinə alınmış və bu kanala “Cedveli-Sim” gümüş yol adı verilmişdir. Həmçinin bu dövrdə Sahildə “Sadabat” qəsri tikilmişdir. Burada çox gözəl gəzinti, piknik yerləri salınmış, fantanlar tikilmişdir. İstanbul məhz Lalə dövründə olduqca gözəl köşklərlə zənginləşmişdir. Bu dövrdə “Sadabat”, “Hüsrevabad”, “Humayun-abad”, “Baği-Fərah” köşkləri tikilmişdir. Lakin bu köşklərin çoxu Patron Xəlil üsyanı zamanı məhv olunmuşdur.

Bu dövrdə musiqi də inkişaf etməkdə idi. Zəmanənin ən böyük bəstəkarlarından biri Əbubəkr Ağa (1685-1759) Lalə dövrünün abu-havasını öz əsərlərində əks etdirə bilmişdir. Onun mahnılarının əksəriyyəti Lalə dövrünün məşhur şairi Nədimin sözlərinə yazılmışdır. Digər bəstəkarlardan tamburi Mustafa Çavuş daha çox özünün yazdığı şeirlərə mahnı qoşurdu. Onun əsas xidməti isə divan musiqisi ilə xalq musiqisi arasında əlaqə yarada bilməsidir. Digər bəstəkar Tab-i Mustafa Əfəndi klassik türk musiqisinin seçilən nümunələrini yaratmışdır. Zəmanəmizə onun bəstələdiyi 30-a yaxın mahnısı gəlib çatmışdır.

Bu dövrdə Sultan III Səlim də bir sıra musiqi bəstələmişdir. Onun 62 mahnısı zəmanəmizə gəlib çatmışdır.


Yüklə 270,5 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin