Yaşar Kamalın əsərlərində folklor və mifoloji qaynaqlar



Yüklə 270,5 Kb.
səhifə30/38
tarix02.01.2022
ölçüsü270,5 Kb.
#35303
1   ...   26   27   28   29   30   31   32   33   ...   38
AYDAN MEDENIYET VE INCESENET yeni

16-cı əsr Türk mədəniyyəti

16-cı əsrdə Osmanlı imperiyası həm siyasi, həm də mədəni cəhətdən olduqca inkişaf etməkdə idi. Osmanlı dövlətinin ən qüdrətli hökmdarı S.S.Qanuni, admiral barbaros Hayreddin paşa, memar Sinan, Ruhi, Baqi məhz bu dövrün xadimləridir. Türk memarlıq sənətinin ən məşhur ustası memar Sinandır. Başda İstanbul şəhəri olmaqla, bir çox digər yerlərdə came, saray, türbə, imarət, xəstəxana, karvansaray, hamam, su yolları ucaldan memar Sinan 1400-cü ildə Kayserinin Ağırnas kəndində doğulmuşdur. Yavuz Sultan Səlim dövründə orduda xidmət etməyə başlamışdı. Yavuzun İran və Misir, Qanuninin Belqrad, Rodos, Mahaç, Vyana, Almaniya, İraq, İtaliya səfərlərində iştirak etmişdir. Bu səfərlər zamanı memar Sinan binalar tikdirmiş, körpülər salmış, digər tərəfdən də qədim əsərlərini tədqiq edərək memarlıq sahəsindəki bildiklərini genişləndirirdi.

M.Sinanın ucaltdığı məscidlərin akustikası xüsusilə seçilməkdədir. M.Sinan mərmər üzərində işi, naxış qoymanı, bəzəmə texnikalarını, çini sənətini dərindən bilir və əsərlərində olduqca yüksək profesionallıq nümayiş etdirirdi. Onun sənət əsərləri həm də özünün möhkəmliyi ilə seçilir. M.Sinan 1548-ci ildə Şahzadə camisini, 1550-57- ci illər arasında isə Süleymaniyə camesini ucaltmışdır. 1574-cü ildə II Səlimin şərəfinə Ədirnədə Səlimiyə camisini bitirdi. M.Sinan 84 came, 51 məscid, 57 mədrəsə, 22 türbə, 17 imarət, 3 xəstəxana, 5 su yolu, 8 körpü, 18 karvansaray, 46 hamam müəlifidir. Hesablamalara görə, M.Sinan toplam 411 əsərin müəllifidir.


Yüklə 270,5 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin