Nəqqaş və Xəttatlar
16-cı əsrdə bir çox nəqqaşlar, xəttatlar, miniatür sənəti ustaları yetişmişlər. Bu dövrdə nəqqaş Sərxoş İbrahim, xəttat Karahisarlı Şəmsəddin, Həsən Çələbi, dövrün mini sənətinin ustaları Naqşi bey, Makrakçı Nasuh, türk bəzək sənətini yüksəklərə qaldıran Həsən Paşa və s. Matrakçı Nasuh eyni zamanda coğrafiyaçı, tarixçi, riyaziyyatçı, rəssam, həm də döyüşçü olmuşdur. Türk mini sənətinin bir çox inciləri Topqapı sarayında saxlanılmaqdadır. 16-cı əsr həm də elm sahəsində, coğrafiya sahəsində alimlərin yetişdiyi dövrdür. Bu dövrdə məşhur xəritələr müəllifi Piri Rəis türk mədəniyyəti və elminə töhvələr bəxş etmişdir.
Piri Rəis 1465-1470-ci illəri arasında anadan olmuş və 1554-cü ildə Misirdə vəfat etmişdir. O, dünyanın ən böyük kartoqrafı hesb olunur. O, həmçinin məşhur dənizçi olmuşdur. 1481-ci ildə o, dənizə səyahətə çıxmış və 1521-ci ildə “Kitabi-Bahriye” adlı dənizçilik kitabını tamamlamışdı. Lakin onun ən məşhur əsəri hazırladığı dünya xəritəsidir. O, dünyanı əhatə edən dənizləri və quru yerləri xəritəsində işarə etmişdir. Bu dövrdə həm də dövrümüzə qədər gəlib çıxan musiqi əsərlərini yaradan bəstəkarlar yaşamışlar. Onların arasında Nəfili Bəhram ağa, Həsən Cam Çələbi, Şeyx Əbdüləli, Kamançaçı Şah Qulu, tamburi Hacı Qasımi misal göstərmək olar. 16-cı əsr ədəbiyyat sahəsində ən məşhur şairlər Baki, Ruhi, Xəyali olmuşdur. Bu dövrdə Y.S.Səlim “Səlimi” təxəllüsü ilə, Q.S.Süleyman”Mühübbi”, Sultan III Murad “Muradi” təxəllüsü ilə əsərlər yaratmışlar.
Dostları ilə paylaş: |