Memarlıq-Osmanlı dövlətinin ilk əsrlərinə aid olan memarlıq əsərləri məscidlər, mədrəsələr, türbələr, saraylar, körpülər və imarətlərdir. Zamanımıza qədər gəlib çatan memarlıq əsərləri bunlardır.
Orxan bəy camesi (Bursa)
Sultan Orxan tərəfindən 1339-cu ildə ucaldılmış, 2 qübbəli bir camedir. Şimal tərəfdə camaat yeri var. Müxtəlif vaxtlarda üzərində bərpa işləri aparılmış bu came klassik Osmanlı came memarlığının nümunəsidir.
Yaşıl came (İznik)
Çandarlı Xeyrəddin Paşa tərəfindən 1379-cu ildə ucaldılan bu camenin memarı Hoca bin Musadır. İnşaat müxtəlif səbəblərə görə uzun müddət davam etmiş və 14 ildə tamamlanmışdır. 3 hissədən ibarətdir. Tək qübbəlidir.
Dostları ilə paylaş: |