Yaşar Kamalın əsərlərində folklor və mifoloji qaynaqlar


Səlcuqlularda mədəniyyət və incəsənət



Yüklə 270,5 Kb.
səhifə20/38
tarix02.01.2022
ölçüsü270,5 Kb.
#35303
1   ...   16   17   18   19   20   21   22   23   ...   38
AYDAN MEDENIYET VE INCESENET yeni

Səlcuqlularda mədəniyyət və incəsənət
Səlcuq türkləri Oğuz türklərinin Qınıq tayfasına mənsub olmuşlar. Bu tayfa adını türk sərkərdəsi olan Səlcuğun adından götürmüşdür.

Səlcuqlar Qaraxanlılar və Qəznəvilər tərəfindən sıxışdırıldıqdan sonra qərbə doğru axışdılar. Azərbaycan və İran torpaqların keçib Bizans torpaqlarına hücum etdilər. Daha sonra Van gölü hövzəsi, Naxçıvan və onun ətrafındakı Azərbaycan torpaqlarını nəzarət altına aldılar.

Səlcuqlar əvvəlcə, Xorasanda məskunlaşdılar. 1038–ci ildə paytaxtı Nişapur şəhəri olan ilk Səlcuq türk dövləti yarandı. Səlcuğun nəvəsi Toğrul bəy (1040-1063) sultan elan olundu. Səlcuqlar Toğrulun dövründə daha da qüvvətləndilər və 1040-cı ilin mayında Dəndənəkan döyüşündə Qəznəvilər dövlətini məğlub etdilər. Səlcuqlar İran, Bizans, Cənubi Qafqaz, o cümlədən Azərbaycan ərazilərini işğal etmək məqsədilə paytaxtı 1043-cü ildə Nişapurdan Reyə köçürdülər. 1048-ci ilin 18 sentyabrında isə Səlcuq-Azərbaycan türkləri birləşmiş Bizans, erməni və gürcü feodallarını darmadağın etdilər. Toğrulun dövründə bütün Xorasan, Xarəzm, Qərbi İran Səlcuq türklərinin hakimiyyəti altına keçdi. Toğrul 1055-ci ildə Bağdad da daxil olmaqla İraqı özünə tabe etdi və Abbas xilafəti Səlcuqlardan asılı vəziyyətə düşdü.

1-ci Toğruldan sonra hakimiyyətə Alp Arslan (1063-1072) gəldi. Onun əsas məqsədi Anadolunu türk torpaqlarına qatmaq idi. 1071-ci ilin avqustunda Malazgird döyüşündə Səlcuqlar və Bizans ordusu üz-üzə gəldi və bu döyüşdə Səlcuqlar qalib gəldi, Səlcuqlarla Bizans arasında 50 illik müqavilə imzalandı, Şərqi Anadolu torpaqları türklərə verildi. Bu münasibətlə Bağdad xəlifəsi Alp Arslanı təbrik edərək onu "İslamın nuru" adlandırdı.



I Məlikşah-ın dövründə (1072-1092) səlcuqların yeni ərazilər ələ keçirməsi prosesi başa çatdı. Məlikşahın dövründə paytaxt Reydən İsfahana köçürüldü. Məlikşahın dövründə ticarətin canlanması üçün vahid çəki, ölçü və pul sistemi tətbiq olunmuş, tacirlər bəzi rüsumlardan azad edilmişdir.

Səlcuq dövləti I Məlikşahın və Nizamülmülkün ölümündən sonra zəiflədi. Feodalların mərkəzi hakimiyyətə tabe olmamaq cəhdləri gücləndi. Uzun sürən ara müharibələri və İsmaililərin qiyamları dövlətin zəifləməsini daha da gücləndirdi. Sonuncu Səlcuq sultanı Səncərin (1118-1157) zamanı dövlətin ərazi bütövlüyü yenidən pozuldu və Səncərdən sonra Böyük Səlcuq imperatorluğu 1157-ci ildə dağıldı. Onun ərazisində KonyaKirmanSuriyaİraq Səlcuq sultanlıqları, Kiçik Asiya da bir sıra əmirliklər yarandı.


Səlcuqlular Anadoluya təkcə bir hərbi güc şəklində gəlmədilər. Türklər Anadoluya türklüyü, müsəlmanlığı gətirdilər. Bu ənənələrin mənbəyi Böyük Səlcuqlu İmperiyası idi. Səlcuqlular üzləşdikləri yeni mədəniyyətin təsirinə qapılmışsa da, onların özlərinin də ayrı-ayrı mədəniyyətlərə təsiri olmuşdur.

Dünyada ilk universiteti səlcuqlular qurmuşdular. Ən məşhur sufilər də məhz onların dövründə yetişmişdilər.

1066-cı ildə Sultan Alparslanın əmrilə ilk universitet Bağdadda təsis olunmuşdur. Bu universitet 60.000 dinar qızıla başa gəlmişdi. O dövrün ən məşhur alimləri bu universitetdə dərs demişdilər. Burada oxuyan tələbələr həm də pulsuz şəkildə universitetdə qala bilirdilər. Həm müəlimlər, həm il də tələbələr pulsuz yeməklərlə təmin olunurdu. Universitetin geniş və zəngin bir kitabxanası vardı. “Nizamiyə” adı verilən bu universitetdə dini elmlərlə yanaşı, filologiya, riyaziyyat, astronomiya kimi elmlər də tədris olunurdu. Məhz bu universitet sonralar məşhurlaşacaq bir çox alimləri yetişdirmişdir.


Yüklə 270,5 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin